AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Azərbaycan multikultural dəyərlərin xalq və dövlət səviyyəsində dəstəkləndiyi və beynəlxalq miqyasda təbliğ olunduğu ölkə kimi tanınır - Müraciət

  28

İyulun 11-12-də Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi (IRCICA) və AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə keçirilmiş "İslam Sivilizasiyası Qafqazda" II Beynəlxalq Simpoziumunun iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.

Demokratikmusavat.com Trend-ə istinadən xəbər verir ki, müraciəti simpoziumun bu gün keçirilən bağlanış mərasimində Aİİ rektoru Ceyhun Məmmədov oxuyub.

Müraciətdə deyilir ki, İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycan tarixən müsəlman sivilizasiyasının yaranması və tərəqqisində mühüm rol oynayıb:

"Təsadüfi deyildir ki, Bəhmənyar Azərbaycani, Şihabəddin Sührəvərdi, Nizami Gəncəvi, Nəsirəddin Tusi, İmadəddin Nəsimi, Seyid Yəhya Şirvani, Məhəmməd Füzuli və yüzlərlə başqa azərbaycanlı mütəfəkkirlər müsəlman aləmində elmi, fəlsəfi və ədəbi düşüncənin inkişafında müstəsna xidmətlər göstərmişlər. İslam mədəniyyəti Qafqazın digər bölgələrinə məhz Azərbaycandan yayılmışdır. Ulu öndər Heydər Əliyev "Qafqazda İslamın yayılması və inkişaf etməsi Azərbaycandan başlayır" söyləməklə İslam sivilizasiyasının Qafqazda bərqərar olmasında Azərbaycanın oynadığı əhəmiyyətli rola diqqət çəkmişdir. İslamın Qafqazda yaşayan xalqların həyatındakı tarixi rolu və əhəmiyyətinə dərindən bələd olan Ümummilli Liderin birbaşa təşəbbüsü və iştirakı ilə 9-11 dekabr 1998-ci il tarixdə Bakıda "İslam Sivilizasiyası Qafqazda" Beynəlxalq Simpoziumu keçirilmişdir.

11-12 iyul 2019-cu il tarixdə Bakıda keçirilən "İslam Sivilizasiyası Qafqazda" II Beynəlxalq Simpozium da məhz Heydər Əliyevin misilsiz ideyalarının həyata keçirilməsinə xidmət edir. Bu Simpoziumun keçirilməsi Azərbaycan Dövlətinin və şəxsən Sizin İslam mədəniyyətinə verdiyiniz qiymətin əyani təzahürüdür".

Müraciətdə qeyd olunur ki, müasir dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi baxımdan sürətlə inkişaf edən Azərbaycan elm və mədəniyyət sahəsində də çoxsaylı nailiyyətlərə imza atır. Azərbaycan, artıq multikultural dəyərlərin xalq və dövlət səviyyəsində dəstəkləndiyi və beynəlxalq miqyasda təbliğ olunduğu ölkə kimi tanınır:

"2016-cı ili "Multikulturalizm İli" elan etməyiniz Sizin bu ali dəyərlərə yüksək münasibətinizin bariz nümunəsidir. Həqiqətən də qloballaşan dünyada monokultural mədəniyyət anlayışının multikultural düşüncə ilə əvəzlənməsi, mədəniyyətlərin öz "getto"larından çıxması bir zərurətə çevrilmişdir. Bu baxımdan, Azərbaycan Dövlətinin sivilizasiyalararası və mədəniyyətlərarası əlaqələrdə multikulturalizmi önə çəkməsi zamanın çağırışları ilə səsləşir".

Müraciətdə bildirilir ki, 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsi haqqında 10 yanvar 2017-ci il tarixli Sərəncamınız İslam dünyasının ən böyük ehtiyacını çox dəqiqliklə müəyyənləşdirdiyinizi göstərir. Bu Sərəncam dünyada getdikcə güclənən ksenofob və islamofob qüvvələrə tutarlı cavabdır, eyni zamanda, 2016-cı ilin "Multikulturalizm İli" elan olunması barədə 11 yanvar 2016-cı il tarixli Sərəncamınızın məntiqi davamıdır. Аzərbаycаn həm multikultural dəyərlərin tətbiqi və təbliği, həm də müsəlman aləmində vəhdət və qardaşlıq ideyalarının yayılması baxımından nümunəvi ölkədir.

Müraciətdə nəzərə çatdırılır ki, dünyada sülh, əmin-amanlıq və tolerantlığın carçısı olan Azərbaycan, təəssüf ki, bu dəyərləri heçə sayan Ermənistanın təcavüzü ilə üz-üzə qalmış, torpaqlarının 20 faizi işğal edilib, bir milyondan çox azərbaycanlı öz doğma yurd-yuvalarından didərgin salınıb. İşğal altındakı torpaqlarda yüzlərlə İslam mədəniyyəti nümunəsi məhv edilmiş, məscid və türbələr dağıdılıb:

"Simpozium iştirakçıları olaraq, dünya ictimaiyyətinin bu vandalizmə biganə qalmayacağına, Azərbaycanın haqlı səsinə səs verəcəyinə ümidvarlığımızı bildiririk. Əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycanın ərazi bütövlüyü təmin ediləcəkdir. Möhtərəm cənab Prezident! Biz "İslam Sivilizasiyası Qafqazda" II Beynəlxalq Simpoziumunun iştirakçıları bu beynəlxalq tədbirə göstərdiyiniz qayğı və diqqətə görə bir daha Sizə öz dərin minnətdarlığımızı bildirir, Azərbaycanda və dünyada sülh və əmin-amanlığın qorunması, ölkəmizin inkişafı və çiçəklənməsi naminə fəaliyyətinizdə uğurlar arzulayırıq".

Demokratikmusavat.com

Xəbər Lenti

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib

Fransada bazar yanıb - sakinlər təxliyə edilib

Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm - VİDEO - FOTO

"Fars körfəzində istənilən gəmini ələ keçirə bilərik" - iranlı admiral

Xaçmazda qəza: üç yaralı

Beyl “Real”da qalacaq

Yük maşını hərəkətdə olarkən yandı - FOTO

Mourinyo niyə kədərləndi?

Ordumuz düşməni nişangah altında saxlayır - Müdafiə Nazirliyi

Estoniya hökuməti ictimai televiziya üçün yeni bina inşa edəcək

Bakıda 2 otaqlı mənzil yanıb - 1 nəfər xilas edilib

Qardabani rayonundakı Azərbaycan məktəbləri təmir olunur

Çində 5 bal gücündə zəlzələ olub

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib

Portlend şəhəri etirazlara hazırlaşır

Finlandiya enerji sisteminin sabitləşməsində Azərbaycana kömək üçün yeni yollar axtarır

Fəriddən yeni mövsümdə ilk qol – Çexiyada

Kavani Bekhemin klubuna keçir

Hüseynov 300-ə çatdı

"Səbail" "Zirə"yə qarşı - YENİLƏNİR

Azərbaycanlı xanım müğənni avtomatla şəklini paylaşdı - Bağdadda... - FOTO

Vilayət Eyvazov bu rayona yeni polis rəisi təyin etdi

“Linfild”-“Qarabağ” matçının hakimləri müəyyənləşib

"İntihar" hallarını siyasiləşdirənlər, faciədən gəlir güdənlər

Bərdədə iki yaşlı uşağı “tok” vurdu

Oktay Rza vəfat etdi

İsmayıl Abdullayev şərhçilikdən uzaqlaşdırıldı - İrqçiliyə görə

Üç fələstinli Qəzza zolağının sərhədində atışmada ölüb

DİN və Paş Prokurorluqdan Şəmkirdəki dəhşətli hadisə ilə bağlı AÇIQLAMA

"Səbail" "Zirə"yə qarşı

Xavi ilk titulunu qazandı - Məşqçi kimi

Tiflis MDB-dən çıxmaqla səhv etdi - Burcanadze

Anomal hava şəraiti balıqların kütləvi ölümünə səbəb olub

Çin silkələndi

Markizio Italiyaya qayıdır

Şoyqu ABŞ-ı təhdid etdi: Raketləriniz...

Əfqanıstanda daha bir partlayış, 10 ölü

London məhkəməsindən Nigeriya ilə bağlı sarsıdıcı qərar - Ölkə büdcəsinin üçdə birini...

UEFA statistikanı açıqladı: "Qarabağ" bu göstəricidə bütün klubları geridə qoydu

Mario Balotellinin yeni klubu

Amerikalılar rusların "Ölü əl"ini istəyirlər

ABŞ-da böyük qarşıdurma yaşana bilər - Tramp narahatdır

CHP sədrindən Əsədlə bağlı SKANDAL ÇAĞIRIŞ

“Linfild” - “Qarabağ” matçını bu hakim idarə edəcək

Türkiyədə dəhşətli zəlzələ ABŞ-ın gizli silahı ilə törədilib?

Həsən Şaş istefa verdi - “Qalatasaray”da ŞOK

Qazaxıstanda sutka ərzində 2 zəlzələ

Ölkələrin pensiya yaşı - Siyahı

İranda süni saqqal yapışdıran 6 qız cəza alacaq - Futbol sevgisi baha başa gəldi

Türkiyədə mikroavtobus qəzası: xəsarət alanlar var

Yunker məzuniyyətini yarımçıq qoydu - SƏBƏB

Nyu-Yorkda təyyarə yaşayış binasına çırpıldı, 1 ölü

La Liqada 8 qollu heç-heçə, "Real" isə... - VİDEO

Məşhur teleaparıcı təyyarə qəzasında öldü

Bu ölkədə toy mərasimində DƏHŞƏTLİ partlayış: 63 ölü, 182 yaralı

Rəqqasə Fatimənin qızının toyundan FOTOlar

Azərbaycanda şərab turizmini inkişaf etdirmək üçün böyük potensial var

Günün qoroskopu: kollektivdəki şərait qarşılıqlı yardımlaşma və əməkdaşlıq tələb edir

"Real" mövsümə qələbə ilə başladı

Çin Türkmənistandan Azərbaycana qaz kəmərinin çəkilməsini dəstəklədi

İstanbulda 1 nəfər daşqınların qurbanı olub

Fransada ac müştəri sifarişini gecikdirən ofisiantı güllələdi

Yunker xəstəxanaya yerləşdirildi

Bu yay Xəzərdə məhv olan həyatlar - FOTO

Zaur Əliyev dünya çempionatında gümüş medal qazanıb

Zakir Həsənov “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarının bağlanış mərasimində iştirak edib - FOTO

Cəlilabad sakinindən narkotik və psixotrop maddələr götürülüb

"Real"ın 100 milyonluq transferi 1 ay oynamayacaq

Dadaşov komandasına kömək edə bilmədi

Ən çox künc zərbəsini "Qarabağ" vurub - UEFA açıqladı

"Sumqayıt" ilk dəfə Qəbələdə qalib gəldi

Şəmkirdə evlərdən pul və qızıl oğurlayan şəxs saxlanılıb

Göyçayda toy karvanında qəza - Yaralılar var - FOTO

Cüdo üzrə ölkə birinciliyində bütün qaliblər bilindi - FOTO

Husilər Səudiyyə Ərəbistanında neft yatağına hücum edib

Moskvada ədalətli seçki çağırışı ilə yürüş, piketlər keçirilir

Suriyanın hücumu nəticəsində ölənlərin sayı artır

Honq Konqda müəllimlər yürüş keçirir

Taliban başçısinın qardaşı Pakistanda öldürüldü

Nyu-York metro stansiyasında şübhəli qurğular aşkar edilib

İran düyü ixracına qoyduğu qadağanı aradan qaldırıb

Beynəlxalq daşımalar zamanı ƏDV necə tənzimlənir?

Bakı Metropolitenində Polis Şöbəsində işləmək istəyənlərin DİQQƏTİNƏ

Bəhreyndə iki siyasi fəalın edam edilməsi etirazlara səbəb olub

Permdə avtobus qəzası: 22 yaralı

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dünya şöhrətli müğənni Müslüm Maqomayevin məzarını ziyarət edib - FOTO

Kəşmirdə torpaq sürüşməsi nəticəsində 7 nəfər ölüb

Dünya qorxunc savaşa doğru: Vəziyyət sürətlə dəyişir – İki nüvə gücü üz-üzə

Sevgilisi ilə bıçaqladı, sonra kəsərək pəncərədən atdı – Qayınana dəhşəti

Azərbaycanlı aktrisa türk aktyorla eşq yaşayır?

“Əsəddən icazə al…” – Moskvadan Ərdoğana tələb

Yolun kənarında ölümü gözləyirdilər

Süni saqqal taxıb stadiona getdilər – 6 qızdan ilginc addım

2019-cu ilin II rübü üzrə qazma, hasilat və ixrac göstəriciləri açıqlanıb

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb