AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Əyləncə mərkəzlərində təhlükəsizlik nə dərəcədə təmin olunur?

  58

Uşaqlar üçün nəzərdə tutulmuş qapalı məkanlarda yanğın mənbəyi ola biləcək vasitələrdən istifadə edilməməlidir

Demokratikmusavat.com kaspi.az-a istinadən yazını təqdim edir.

Bir neçə gün əvvəl Bakı şəhərinin Xətai rayonu A.Cəlilov 96 ünvanında yerləşən "Megafun" əyləncə mərkəzinin 2-ci mərtəbəsində yanğın baş verib. Dəqiqləşdirilmiş məlumata görə, hadisə helium şarlarının partlaması səbəbindən yaranıb. Hadisə hazırda aidiyyəti orqanlar tərəfindən ciddi şəkildə araşdırılır və təhlükəsizlik tədbirlərinin ciddiləşdirilməsi ilə bağlı lazımi tədbirlər görülür. bu barədə Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Komitədən bildirilib ki, iyunun 22-də "Megafun" əyləncə mərkəzində helium şarlarının partlaması nəticəsində baş verən alışma 3-ü uşaq olmaqla 8 nəfərin xəsarət almasına səbəb olub: "Baş verən hadisənin nəticələrindən dolayı təəssüfləndiyimizi bildiririk. Komitə tərəfindən zərərçəkmiş ailələrin hər biri ilə əlaqə saxlanılıb və səhhətlərinin qənaətbəxş olduğu, ilkin tibbi yardım göstərildikdən sonra evə göndərildikləri barədə məlumat əldə edilib. Uşaqların daha çox vaxt keçirdiyi əyləncə mərkəzlərində ciddi təhlükəsizlik tədbirlərinin görülməsini zəruri hesab edirik. Valideynlərə isə uşaqların yaş xüsusiyyətlərini nəzərə alaraq, onların psixo-emosional sferasını zədələməyəcək əyləncə formalarına üstünlük vermələrini, uşaqları psixikanın həssas inkişaf dövründə səs-küylü, qarışıq rəng çalarlı məkanlardan mümkün qədər uzaq tutmalarını məsləhət görürük".

Məsələnin aktuallığını nəzərə alaraq, ölkəmizdə fəaliyyət göstərən bir sıra əyləncə mərkəzləri ilə əlaqə saxlayıb, təhlükəsizlik baxımından nə kimi işlər gördüklərini öyrənməyə çalışdıq. Amma təəssüflər olsun ki, bəzi uşaq əyləncə mərkəzlərindən ya telefonu götürən olmadı, ya da götürənlər mövzu ilə bağlı danışmaq istəmədilər. Yalnız "Happyland" uşaq əyləncə mərkəzinin baş meneceri Nemət Abbasovla həmsöhbət ola bildik. 

Nemət bəy qeyd etdi ki, təhlükəsizlik onlar üçün prioritet məsələdir: "Bu sahədə 9 ildir ki, fəaliyyət göstərirəm. Normalda helium şarı partlamamalıdır. Təcrübəmizdə belə bir hal yaşanmayıb. Helium şarları havadan yüngül olur və yanmayan qazdır. Ola bilsin ki, həmin şarın içindəki helium qazı olmayıb. Çünki helium qazı olan şarın partlaması mümkünsüzdür. Bu, insanın bir qaşıq suda boğulması kimi şeydir". 

Müsahibim menecerliyini etdiyi əyləncə mərkəzindəki təhlükəsizlik qaydalarından da danışdı: "Bizim mərkəz 1 saat gec açılır. Buna səbəb isə həm təmizlik işlərinin getməsi, həm də texniki heyətin qurğuları yoxlamasıdır. Bizdə hər gün xidmətə açılmamışdan əvvəl qurğularımız, avadanlıqlarımız texniki baxışdan keçirilir. Çünki bizim əsas müştəri kontingentimiz uşaqlardır və ona görə daha həssas yanaşırıq. Ümumiyyətlə, bizim məkanda alovlu şoular keçirilmir. Çünki bağlı və balaca məkanda o cür oyunların olması təhlükəlidir. Bizim məkanda belə bir hadisə baş verməyib, bundan sonra da baş verməməyi üçün çalışırıq".  

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, istehlakçıların hüquqlarından biri də təhlükəsizliklərinin təmin edilməsidir: "İstehlakçıların təhlükəsiz xidmət almaq hüquqları var. İstehlakçıların hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlərdə də göstərilir ki, dövlət istehlakçıların təhlükəsiz xidmətdən istifadə etməsinə şərait yaratmalıdır. Təəssüf ki, bu kimi hallarla dəfələrlə qarşılaşmışıq. Vətəndaşları istirahətləri zamanı hovuzda elektrik cərəyanı vurması, boğulma halları da bu qəbildəndir. Ölkəmizdə kolibrasiya, yəni cihazların standartlara uyğun işləyib-işləməməsinin yoxlanılması çox ciddi məsələlərdəndir. Bütün texniki avadanlıqlar ən azı ildə bir dəfə texniki yoxlanışdan keçməlidir. Çox təəssüf ki, bu yoxlanış tətbiq edilmir deyə belə hadisələr baş verir". 

Hüquqşünas Ceyhun Cəfərli bu hadisədə qapalı şəraitdə yanğın təhlükəsizlik tələblərinin pozulduğunu qeyd edir: "Belə ki, hadisənin baş verdiyi əyləncə mərkəzi hündürmərtəbəli yaşayış binasının içərisində yerləşən qeyri-yaşayış sahəsidir. Belə şəraitdə, xüsusilə də uşaqların əyləndiyi yerlərdə fişənglərdən istifadə edilməsi yolverilməzdir. Yəni, əslində hər kəs hadisənin helium qazı ilə dolu olan şarın partlaması nəticəsində baş verdiyini düşünür. Amma məsələ burasındadır ki, hadisə klounun əlindəki fişəngin heliumlu şara dəyməsi ilə baş verib. Yəni, helium özlüyündə yanğın mənbəyi deyil. Bu hadisə yanğın təhlükəsizlik tələblərinin pozulması nəticəsində baş verib. Qapalı şəraitdə fişəng tipli yanğın törədə biləcək vasitələrdən uzaq olmaq lazımdır. Yalnız açıq havada və ətrafda partlamaya meyilli əşyanın olmadığı yerlədə istifadə edilə bilər. Yanğın təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verən hadisələr Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 225-ci maddəsi ilə tənzimlənir. Amma burada bir şərt var. Əgər zərərçəkən şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olubsa, qarşı tərəf cinayət məsuliyyətinə cəlb edilir. Yəni, tibbi kateqoriyaya əsasən, xəsarətlərin dərəcəsindən asılı olaraq cinayət işi qaldırıla bilər".

Demokratikmusavat.com

Xəbər Lenti

Abşeronda yük avtomobili yanıb

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib

Fransada bazar yanıb - sakinlər təxliyə edilib

Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm - VİDEO - FOTO

"Fars körfəzində istənilən gəmini ələ keçirə bilərik" - iranlı admiral

Xaçmazda qəza: üç yaralı

Beyl “Real”da qalacaq

Yük maşını hərəkətdə olarkən yandı - FOTO

Mourinyo niyə kədərləndi?

Ordumuz düşməni nişangah altında saxlayır - Müdafiə Nazirliyi

Estoniya hökuməti ictimai televiziya üçün yeni bina inşa edəcək

Bakıda 2 otaqlı mənzil yanıb - 1 nəfər xilas edilib

Qardabani rayonundakı Azərbaycan məktəbləri təmir olunur

Çində 5 bal gücündə zəlzələ olub

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib

Portlend şəhəri etirazlara hazırlaşır

Finlandiya enerji sisteminin sabitləşməsində Azərbaycana kömək üçün yeni yollar axtarır

Fəriddən yeni mövsümdə ilk qol – Çexiyada

Kavani Bekhemin klubuna keçir

Hüseynov 300-ə çatdı

"Səbail" "Zirə"yə qarşı - YENİLƏNİR

Azərbaycanlı xanım müğənni avtomatla şəklini paylaşdı - Bağdadda... - FOTO

Vilayət Eyvazov bu rayona yeni polis rəisi təyin etdi

“Linfild”-“Qarabağ” matçının hakimləri müəyyənləşib

"İntihar" hallarını siyasiləşdirənlər, faciədən gəlir güdənlər

Bərdədə iki yaşlı uşağı “tok” vurdu

Oktay Rza vəfat etdi

İsmayıl Abdullayev şərhçilikdən uzaqlaşdırıldı - İrqçiliyə görə

Üç fələstinli Qəzza zolağının sərhədində atışmada ölüb

DİN və Paş Prokurorluqdan Şəmkirdəki dəhşətli hadisə ilə bağlı AÇIQLAMA

"Səbail" "Zirə"yə qarşı

Xavi ilk titulunu qazandı - Məşqçi kimi

Tiflis MDB-dən çıxmaqla səhv etdi - Burcanadze

Anomal hava şəraiti balıqların kütləvi ölümünə səbəb olub

Çin silkələndi

Markizio Italiyaya qayıdır

Şoyqu ABŞ-ı təhdid etdi: Raketləriniz...

Əfqanıstanda daha bir partlayış, 10 ölü

London məhkəməsindən Nigeriya ilə bağlı sarsıdıcı qərar - Ölkə büdcəsinin üçdə birini...

UEFA statistikanı açıqladı: "Qarabağ" bu göstəricidə bütün klubları geridə qoydu

Mario Balotellinin yeni klubu

Amerikalılar rusların "Ölü əl"ini istəyirlər

ABŞ-da böyük qarşıdurma yaşana bilər - Tramp narahatdır

CHP sədrindən Əsədlə bağlı SKANDAL ÇAĞIRIŞ

“Linfild” - “Qarabağ” matçını bu hakim idarə edəcək

Türkiyədə dəhşətli zəlzələ ABŞ-ın gizli silahı ilə törədilib?

Həsən Şaş istefa verdi - “Qalatasaray”da ŞOK

Qazaxıstanda sutka ərzində 2 zəlzələ

Ölkələrin pensiya yaşı - Siyahı

İranda süni saqqal yapışdıran 6 qız cəza alacaq - Futbol sevgisi baha başa gəldi

Türkiyədə mikroavtobus qəzası: xəsarət alanlar var

Yunker məzuniyyətini yarımçıq qoydu - SƏBƏB

Nyu-Yorkda təyyarə yaşayış binasına çırpıldı, 1 ölü

La Liqada 8 qollu heç-heçə, "Real" isə... - VİDEO

Məşhur teleaparıcı təyyarə qəzasında öldü

Bu ölkədə toy mərasimində DƏHŞƏTLİ partlayış: 63 ölü, 182 yaralı

Rəqqasə Fatimənin qızının toyundan FOTOlar

Azərbaycanda şərab turizmini inkişaf etdirmək üçün böyük potensial var

Günün qoroskopu: kollektivdəki şərait qarşılıqlı yardımlaşma və əməkdaşlıq tələb edir

"Real" mövsümə qələbə ilə başladı

Çin Türkmənistandan Azərbaycana qaz kəmərinin çəkilməsini dəstəklədi

İstanbulda 1 nəfər daşqınların qurbanı olub

Fransada ac müştəri sifarişini gecikdirən ofisiantı güllələdi

Yunker xəstəxanaya yerləşdirildi

Bu yay Xəzərdə məhv olan həyatlar - FOTO

Zaur Əliyev dünya çempionatında gümüş medal qazanıb

Zakir Həsənov “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarının bağlanış mərasimində iştirak edib - FOTO

Cəlilabad sakinindən narkotik və psixotrop maddələr götürülüb

"Real"ın 100 milyonluq transferi 1 ay oynamayacaq

Dadaşov komandasına kömək edə bilmədi

Ən çox künc zərbəsini "Qarabağ" vurub - UEFA açıqladı

"Sumqayıt" ilk dəfə Qəbələdə qalib gəldi

Şəmkirdə evlərdən pul və qızıl oğurlayan şəxs saxlanılıb

Göyçayda toy karvanında qəza - Yaralılar var - FOTO

Cüdo üzrə ölkə birinciliyində bütün qaliblər bilindi - FOTO

Husilər Səudiyyə Ərəbistanında neft yatağına hücum edib

Moskvada ədalətli seçki çağırışı ilə yürüş, piketlər keçirilir

Suriyanın hücumu nəticəsində ölənlərin sayı artır

Honq Konqda müəllimlər yürüş keçirir

Taliban başçısinın qardaşı Pakistanda öldürüldü

Nyu-York metro stansiyasında şübhəli qurğular aşkar edilib

İran düyü ixracına qoyduğu qadağanı aradan qaldırıb

Beynəlxalq daşımalar zamanı ƏDV necə tənzimlənir?

Bakı Metropolitenində Polis Şöbəsində işləmək istəyənlərin DİQQƏTİNƏ

Bəhreyndə iki siyasi fəalın edam edilməsi etirazlara səbəb olub

Permdə avtobus qəzası: 22 yaralı

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dünya şöhrətli müğənni Müslüm Maqomayevin məzarını ziyarət edib - FOTO

Kəşmirdə torpaq sürüşməsi nəticəsində 7 nəfər ölüb

Dünya qorxunc savaşa doğru: Vəziyyət sürətlə dəyişir – İki nüvə gücü üz-üzə

Sevgilisi ilə bıçaqladı, sonra kəsərək pəncərədən atdı – Qayınana dəhşəti

Azərbaycanlı aktrisa türk aktyorla eşq yaşayır?

“Əsəddən icazə al…” – Moskvadan Ərdoğana tələb

Yolun kənarında ölümü gözləyirdilər

Süni saqqal taxıb stadiona getdilər – 6 qızdan ilginc addım