AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

AŞPA-da sensasiya: Bakı da sözünü deyəcək

  22

Avropa Şurasının Parlament Assambleyasında bu gün əsl sensasiya yaşanıb. Belə ki, AŞPA-nın toplantısında Rusiyanın nümayəndə heyətinin səlahiyyətlərinin tam bərpası və Rusiyanın nümayəndə heyətinin AŞPA strukturlarında normal fəaliyyətinin təminatı ilə bağlı qətnamə qəbul olunub. AŞPA-nın reqlament komitəsinin sədri, ixtisasca ginekoloq olan belçikalı Petra de Sutterin hazırladığı "AŞPA-da səlahiyyətlər və səsvermə ilə bağlı qərarların qəbul prosesinin təkmilləşdirilməsi haqqında" adlı qətnamə AŞPA-nın daxili qaydalarını dəyişməklə yanaşı, Rusiyaya qarşı tətbiq olunan sanksiyaları ləğv edir. Eyni zamanda, qətnamə AŞPA üzvü olan ölkələrə qarşı hər hansı sanksiyaların tətbiqini də çətinləşdirir.

Qətnamənin lehinə AŞPA-nın 118 deputatı, əleyhinə 62 nəfər səs verib. 10 nəfər bitərəf qalıb.

Olay Ukraynada kəskin narazılıqla qarşılanıb.

Ukrayna Ali Radasının vitse-spikeri İrina Geraşenko Facebook səhifəsində yazıb: "AŞPA-nın 118 deputatı Rusiyannı üzvlük haqları ödəyərək təşkilatın heç bir qətnaməsinə əməl etməyəcəyinə səs verdilər. Onlar üçün pullar prinsiplərdən üstün oldu. Bu biabırçılığın əleyhinə səs verən 62 deputata minnətdarlığımızı bildiririk".

Qətnamə müzakirə olunarkən AŞPA Rusiyanın nümayəndə heyətinin səlahiyyətlərinin tam bərpası ilə bağlı sənədə Ukrayna nümayəndə heyətinin təklif etdiyi 226 düzəliş və əlavəni rədd edib.

Sənədin müzakirəsi 9 saatdan çox davam edib.

Xatırladım ki, 2014-cü ildə Krımın ilhaqına görə AŞPA-da Rusiyanın nümayəndə heyəti səsvermə hüququndan və təşkilatın icraedici strukturlarına seçilmək hüququndan məhrum edilmişdi.

Rusiya da buna cavab olaraq AŞPA sessiyalarına qatılmaqdan imtina etmişdi. Rusiya təşkilatın bütün başqa orqanlarında fəaliyyətini davam etdirirdi.

Əsl siyasi sensasiya kimi dəyərləndirilən qətnamənin lehinə Avstriya, Fransa, İtaliya, İspaniya, İslandiya, Norveç, Portuqaliya, Serbiya, Türkiyə, Slovakiya və s. ölkələrin nümayəndə heyətləri bütünlüklə səs veriblər.

Almaniya, İsveçrə, Çexiya, Moldova, Hollandiyanın nümayəndə heyətlərindəki deputatların əksəriyyəti Rusiyanın qayıdışını dəstəkləyib.

Ermənistanın nümayəndə heyətində Edmon Marukyanla Naira Zöhrabyan sənədin lehinə, Ruben Rubinyan isə əleyhinə səs verib.

Ukraynanın nümayəndə heyəti bütünlüklə sənədə qarşı səs verib. Onları Polşa, Gürcüstan, Latviya, Litva, Estoniya, Britaniya və İsveçdən olan deputatlar dəstəkləyiblər.

Beləliklə, Rusiya AŞPA-nın iyun sessiyasında tam heyətlə iştirak edəcək və iclaslara AŞPA-nın sanksiyalar tətbiq edərək cəzalandırdığı 4 rusiyalı deputat da qatılacaq.

... Rusiya ilə yanaşı, Azərbaycanın da nümayəndə heyətinin bəzi üzvlərinə AŞPA-da gülünc və absurd ittihamlarla sanksiyalar tətbiq olunduğunu nəzərə alsaq, sənəd yetərincə maraq kəsb edir.

Petra de Sutterin hazırladığı və AŞPA-da qəbul olunmuş qətnamədə deyilir: "Bundan belə təşkilat üzvlərinin Assambleyada və onun orqanlarında səs vermək, çıxış etmək və təmsil olunmaq hüquqları dayandırıla, yaxud ləğv oluna bilməz".

Sənəd Bosniya-Hersoqovina və Rusiyanın nümayəndə heyətlərinə əvvəl nəzərdə tutulduğu kimi AŞPA-nın 2020-ci ilin yanvar sessiyasında yox, elə indi, iyun sessiyasında "tam və normal fəaliyyət" imkanı yaradır.

Bu isə Rusiyanın nümayəndə heyətinin Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) və Avropa Şurasının yeni baş katibinin seçkilərinə qatılması deməkdir.

Avropa Şurasının baş katibi, norveçli Turbyörn Yaqlandın açıqlaması da maraqlıdır: "Sanksiyalarımız Krımın Ukraynaya qayıtmasına və Rusiyada insan haqları ilə bağlı vəziyyətin dəyişməsinə gətirib çıxarmadı. Bundan başqa, AŞPA-nı münaqişələrə cəlb olunmaqdan çəkinməli olan Qırmızı Xaça bənzədərdim".

Rusiya nümayəndə heyətinin 18 üzvü (7 senator və Dövlət Dumasının 11 üzvü) artıq Strasburqa yollanıblar. Uçuş sənədin qəbulundan əvvəl olub və rusiyalı deputatlar Ukrayna heyətinin 226 düzəlişi ilə bağlı müzakirələrin nəticəsini gözləməyiblər.

Yəni görünən budur ki, rəsmi Moskva səsvermənin sonuclarını əvvəlcədən təxminləyibmiş.

Moskva AŞPA-ya üzvlük haqqının ödənilməsini də bərpa edəcək.

Avropanın 47 ölkəsində "insan haqları və demokratik prinsiplərin keşiyində durduğunu" bəyan edən, əslində isə son illərdə aşkar təzyiqlərə əl ataraq pressinqdən yararlanmağa çalışmaqdan çəkinməyən AŞPA Rusiyanı cəzalandırmaq istəsə də, itirən özü olmuşdu. Çünki Rusiya ildə 33 milyon avro məbləğində üzvlük haqqını ödəmirdi.

Bu günsə Rusiya bəyan edib ki, AŞPA-dakı nümayəndə heyətinin bütün səlahiyyətləri və hüquqları bərpa olunandan sonra yığılıb qalmış üzvlük haqqı borcunu - 75 milyon avronu - "ən qısa zamanda"  ödəyəcək.

"Hüquqlarımız bərpa olunsa, borcumuzu dərhal ödəyəcəyik", - Rusiyanın AŞPA-dakı daimi nümayəndəsi İvan Soltanovski demişdi.

Əslində, AŞPA-nın geri çəkilməsi maliyyə məsələsi ilə bağlı deyil.

Hadisələrin gedişatına nəzər salaq.

Mayın 17-də Avropa Şurasının Nazirlər Komitəsinin iclasında AŞPA üzvü olan ölkələr Rusiya ilə qurum arasındakı münasibətlərdəki böhranı nizamlamağa imkan verən bəyanat qəbul etdilər.

Mayın sonlarında prosesə Almaniyanın kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makron da qatıldılar. Onlar Rusiya prezidenti Vladimir Putin ilə telefon söhbətlərində vurğuladılar ki, "Rusiya Avropa Şurasında tamhüququqlu yerə malikdir və bu yeri qorumaq, hüquqları və səlahiyyətləri bərpa etmək üçün çıxış yolu ən qısa zamanda tapılmalıdır".

Bir qədər sonra Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündə E.Makron demişdi: "Rusiyanın AŞPA-nı tərk etməsi ilə nəticələnə biləcək proseslərin qarşısı alınmalıdır".

Sonra iyunun 3-də AŞPA-nın reqlament komitəsi müvafiq məruzəni qəbul edərək "qayıdış"la bağlı texniki işləri yekunlaşdırdı.

Səbəb AŞPA-nı içdən gəmirən və mövqelərini zəiflədən ümumi siyasi böhrandır. Rusiyasız AŞPA nüfuzunun xeyli hissəsini itirmişdi.

Ukraynanın AŞPA-dakı nümayəndə heyəti və rəsmi Kiyev qurumun sədri, ixtisasca mamaça olan isveçrəli Lilian Mori Paskyenin təcili istefasını, vəzifəsindən kənarlaşdırılmasını tələb etsələr də, onların istəkləri çətin ki, reallaşa.

Halbuki ukraynalılar inad edərək uğur əldə etməyə, Rusiyanın AŞPA-ya qayıdışına imkan verməməyə çalışırdılar.

İlk əvvəl ukraynalı deputatlar Petra de Sutterin hazırladığı qətnamə layihəsini profil struktura, yəni reqlament komitəsinə "yenidən işlənmək" üçün qaytarmağa çalışdılar. Bu təklifin lehinə 52, əleyhinə 110 deputat səs verdiyi üçün Kiyevin niyyəti baş tutmadı.

İkinci cəhdin qarşısını AŞPA-nın baş katibi Lilian Mori Paskye aldı və dedi: "Bir sənədin geri qaytarılması üçün eyni gündə iki dəfə səs vermək qaydalara ziddir".

Sessiyada fasilədən sonra deputatlar qətnamə layihəsi ilə bağlı ukraynalıların 226 təklif və düzəlişinə baxmalı oldular. Ukraynanın nümayəndə heyəti iclası uzadaraq Rusiyanı dəstəkləyən deputatların yorulacaqlarına, zalı tərk edəcəklərinə ümid edirdilər. Amma deputatlar yerlərində qaldılar, çalışmağa davam etdilər.

Ukraynalıların bütün təklif və düzəlişlərini yorğun, qıcıqlanmış deputatlar rədd etdilər.

Hər təklif və düzəlişlə bağlı ukraynalı deputatların çıxışlarına 1 dəqiqə, müzakirələrə 3 dəqiqə vaxt ayrılmışdı.

"Tələsək, iclas çox uzandı", - Paskye belə deyəndə ukraynalı deputat Yelena Sotnik ayağa duraraq hiddətlə söylədi: "Ciddi məsələyə niyə belə səthi yanaşdığınızı anlayıram: mənim ölkə təki, ölkəniz işğala məruz qalmayıb və əsgərlərin dəfnində iştirak etmirsiniz".

Paskye ilk əvvəl sussa da, sonradan cavab verdi: "Əks mövqelərə sayğı ilə yanaşın və belə mövqeni bəyənmirsinizsə, qışqırmayın!"

Ukraynanın AŞPA-dakı nümayəndə heyəti bu gün bəyan edib ki, əgər rusiyalı deputatlar iclas zalına qayıtsalar, AŞPA-nı tərk edəcəklər.

"Yığışacaq və qərar qəbul edəcəyik. Prinsip etibarilə rusiyalılarla bir zalda özümüzü görmürük. Sadəcə, AŞPA-nın yay sessiyasında iştirak etməyəcəyik. Düzünü desəm, o zala necə qayıdacağımızı bilmirəm", - Ukraynanın Ali Radasının avrointeqrasiya məsələləri komitəsinin sədri Mariya İonova deyib.

... AŞPA-nın qətnaməsi bu strukturda son vaxtlar Azərbaycanı hədəfə alan dövlətlərə, təşkilatlara və siyasətçilərə xəbərdarlıq siqnalı sayıla bilər. Təşkilatdan ikili standarlara əsaslanan siyasət üzərində köklənmiş məqsədlər üçün istifadə etmək, Azərbaycanın ərazi bütünlüyü və sərhəd toxunulmazlığı prinsiplərinə qarşı insan haqlarından tutmuş, absurd "siyasi məhbuslar siyahısı"nadək ən çeşidli vasitələrdən yararlanmaq cəhdlərini artırmağa çalışan şəxslərlə qüvvələr Rusiya ilə bağlı qətnamənin hazırlanması və qəbulu ilə bağlı prosesləri diqqətlə öyrənsələr, pis olmazdı.

Rəsmi Bakı müstəqil, yalnız dövlətin maraqlarının və vətəndaşların mənafeyinin təminatına yönəlmiş siyasət yürüdür.

Bu səbəbdən də AŞPA-dakı müzakirələrlə qəbul edilən sənədlər təzyiq istəkləri yox, faktların konstatasiyası olmalıdır.

Gerçək istənilən formalı yalandan üstündür.

Bakı da bunu deyir.

Elçin Alıoğlu
Demokratikmusavat.com

Xəbər Lenti

“Çelsi” onu Almaniyaya göndərir

Avropa Gənclər Yay Olimpiya Festivalına güləşçilərimiz qələbə ilə başlayıblar

Yevlaxda ailə quran gənc oğlan həbsxanalıq oldu - Şok səbəb

Səmra makiyajsız FOTOsunu paylaşdı

Bu ölkədə zəlzələ - Sunami təhlükəsi...

Ukraynada nöbədənkənar parlament seçkiləri - Səsvermə başlayıb

Tükiyədə ağıq qəza: Ölənlər var

Teymur Rəcəbov növbəti oyununu keçirib

ABŞ-ın dövlət katibi Türkiyənin "S-400" məsələsindən danışdı

Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb

Bu gün Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb

Almaniyada təyyarə qəzaya uğradı: 3 ölü

Türkiyədən növbəti əməliyyat: 3 PKK terrorçusu məhv edildi

XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışları start götürüb

XV Avropa Gənclər Olimpiya Festivalının ilk yarış günü - CƏDVƏL

Bu gün Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürür

Günün qoroskopu: Təəssüratlar, tələblər, iddialar və dəvətlər çoxdur

Xames "Atletiko"ya keçə bilər - "Real" razılıq verdi

Messi üzr istədi

Məmuru döyən futbolçuların həbsdən çıxacağı tarix bilindi

"Tottenhem"dən Eriksenə yeni müqavilə - həftəlik 200 min avro

Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar - FOTO

Cəlilabadda 4 evdən pul və qızıl əşyalar oğurlayan yeniyetmə saxlanılıb

Toy karvanına “Kalaşnikov”la hücum... – Cəzası ağır oldu

Sabunçuda 28 yaşlı oğlan bıçaqlandı

23 mindən çox abituriyentin ərizəsi - Təsdiqləndi

Türkiyə sərhəddə ordu yığır - Döyüşə hazırlıq

“Bakı-2019”-da iştirak edəcək ölkələrin nümayəndə heyətləri Atletlər Kəndində şənlik təşkil ediblər - FOTO

Biznesdə gender disbalansı: kişilər qadınlardan dörd dəfə çoxdur

Bakıda yaşıllıqların salınması prosesi dayandırılıb - SƏBƏB

Paytaxtda dilənən uşaqlar saxlanıldı

Sathasat başlayıb – Hamı ABŞ-a arxa çevirir

İran ətrafında vəziyyət gərginləşir, ABŞ qonşu ölkəyə qoşunlar göndərir

Murad Arifin bugünkü konserti ləğv olundu

İŞİD-ə 30 min pul göndərən azərbaycanlı HƏBS EDİLDİ

Əfqanıstanda hərbi əməliyyatlar: “Taliban” hərəkatının 18 üzvü öldürülüb

KOBİA Koreyanın KOSME Agentliyi ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Qusarda qoyun oğruları saxlanıldı

Küveytdə ABŞ hərbçisi həlak olub

Bakıda atasının təhqirlərinə dözməyən 19 yaşlı qız bıçağa əl atdı

Mədəniyyət TV-də "İtirilmiş cənnət" filmi yayımlanacaq

"Neftçi"nin rəqibi liderliyə yüksəldi

"Dundalk"ın oyunu təxirə salındı - "Qarabağ"a görə

"Sumqayıt"ın bütün rəqibləri müəyyənləşdi

ABŞ-da isti hava altı nəfərin ölümünə səbəb olub

Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı

Xalq artisti saçlarını və bığını elə qaraltdı ki... - FOTO

İran tankeri saxlamaqla təhlükəli yol seçir - FOTO

Türkiyə diplomatını öldürən terrorçu tutulub

İran enerji birjasında neft satacaq

"Mançester Yunayted" qələbə ilə başladı

"Enerji ilə doluyam" - Nazarov

Trezeqe Premyer Liqada

"Roma"da fransalı yarımmüdafiəçi

“Neftçi” və “Qarabağ”ın səviyyəsi Rusiya Premyer Liqasının ikinci “səkkizliy”idir” - Emin Mahmudov

"Qarabağ" 25 futbolçu sifariş etdi - Çempionlar Liqası

"Dundalk"ın ikinci təsnifat mərhələsi üçün heyəti - SİYAHI

Rəşad Dağlı “bıçaqladığı” həmkarı ilə - FOTO

Afrika Millətlər kubokunun ən yaxşısı

KOBİA sahibkarların maarifləndirilməsi istiqamətində tədbirləri davam etdirir - FOTO

“Oktar televiziyada ağlayan şəhid xanımı görən kimi deyirdi, “onu mənə gətirin” - FOTO

"Roma" İquaini 1 illik icarəyə götürmək istəyir

Bakıda 2 ekspress marşrut xətti üzrə həyata keçiriləcək - FOTO

Elnarə makiyajsız paylaşımına görə peşman oldu - FOTO

5500 manat oğurlayan cibgirlər saxlanıldı

"Dekorativ-tətbiqi sənətdə uşaqların özlərini tapması" layihəsinin icrasına başlanılıb - FOTO

Çeçen toyuna qaz hücumu - "Təkcə onu gördüm ki, adamlar milçək kimi yerə tökülürdü"

Müğənni ərinin belinə çıxıb, bikinili ŞƏKLini paylaşdı

Parisin ən böyük ticarət mərkəzinə basqın

"Liverpul"un 3-cü forması - FOTO

Etnanın oyanması Siciliyada reysləri ləngitdi

Meşədə çətənə əkən şəxs saxlanıldı

İdmançılarımız final mərhələsində

Lalə Azərtaşın qızı ilə bağlı inanılmaz olay - "Allaha dedim ki, səndən çox şey istəmirəm..."

İran Britaniya neft tankerinin saxlanmasının səbəbini açıqladı

"Sahibkara maneə yaradıldığına dair yayılan məlumatlar həqiqətə uyğun deyil"

Millət vəkili: "Mediamız Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında xüsusi rol oynayıb"

“Suriyanın şimal-şərqində əsl Quantanamo cəhənnəmi yaradılıb” - "Liberation"

Oğrular öz həmkəndliləri imiş

Nazirliyin bu qurumu “Azəriqaz”ı məhkəməyə verdi

Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb

ABŞ İrana qarşı xüsusi əməliyyata başlayır

Prezident İlham Əliyev Belçika Kralını təbrik edib

“Mən Meksikanın prezidenti deyiləm, sahibiyəm” demişdi, indi ABŞ-da dustaqdır - FOTO

Tibb bacısı işləyən qayınanasını dispanserdə öldürən gənc narazıdır

Rusiyada “S-400” istehsal edən zavod sahibi həbs olundu

"Tamamilə dəqiqdir ki, oliqarxlar Trampın rəqiblərinə pul veriblər...” - Putin bu haqda ilk dəfə danışdı

Zakir Həsənov: "Ali Baş Komandanın qarşımızda qoyduğu ən əsas tapşırıq yüksək döyüş hazırlığıdır"

Taksi sürücüsünə 16 bıçaq zərbəsi vuran quldurlar tutuldular - FOTO

Lukaşenko 6 min məhkumu əfv etdi

Biləsuvar sakini Sumqayıtdan qonaq gəlmiş bibisi oğlunu güllələdi

3500-cü ilə "gedib-gələn" qadından sensasion iddia

Qaraçı qızı polisə hər şeyi ETİRAF ETDİ - VİDEO

Nigar Camal bədənini masaj etdirdi - Çəkib VİDEOsunu paylaşdı

Bakıda qadın 40 yaşlı sevgilisinin qanını tökdü

Saakaşvili parlament seçkisindən imtina etdi

Soyunub dəsmala büründü - Cazibədar müğənni Bakı çimərliyində... - VİDEO

Prezident İlham Əliyev Tələbələrin XXX Ümumdünya Yay Universiadasında ən yüksək nəticə göstərən idmançıları və onların məşqçilərini mükafatlandırıb

"Arsenal" - "Neftçi" görüşündə alban hakimlər

Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib - FOTO

Bakıda saxta pul satan şəxs saxlanıldı

İraqda Türkiyə hərbçisi şəhid oldu

Bakıda polislər qaraçıların evinə basqın etdi - Dəhşətə gətirən mənzərə - VİDEO

24 yaşlı qız oğurladığı 8500 dollara çoxlu alt paltarları aldı - FOTO

İsmayıllıda gənc oğlan özünü asdı - Üç ay əvvəl də onu qardaşı bıçaqlayıbmış - FOTO

Bakı metrosunda qadını öldürmək istəyən şəxsin şikayəti təmin olunmadı

Təranə Qumral: "Kürəkənimi istirahətə göndərəcəyəm"

3 yaşlı qız konfet bilib "ekstazi" uddu - Vəziyyəti kritikdir - FOTO

Qrizmana görə "Barselona"ya intizam işi açıldı

İbrahimoviçdən het-trik - VİDEO

Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Tekstil şirkətləri İstanbulu tərk edir - SƏBƏB

İranda turistləri daşıyan "pikap" aşdı: ölən və yaralananlar var