AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Birinci vitse-prezident Mehriban Əliyeva: "Əsas hədəf yeni xidmətlərin insanlara yönəlməsi və vətəndaşların keçmişdə üzləşdiyi çətinliklərin aradan qaldırılmasından, dövlət xidmətlərini insanlar üçün rahat, asan etməkdən ibarətdir"

  17

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva iyunun 24-də Bakıda, Heydər Əliyev Mərkəzində Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə BMT-nin Dövlət Xidmətləri Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Demokratikmusavat.com AZƏRTAC-a istinadən bildirir ki, Birinci vitse-prezident Mehriban Əliyeva deyib:

"Cənab Baş katibin müavini, Zati-aliləri

Xanımlar və cənablar, hörmətli qonaqlar, əziz dostlar.

Sizin hamınızı Azərbaycanda salamlamaqdan məmnunam. Şərqi Avropa regionunda ilk dəfə təşkil olunan BMT-nin Dövlət Xidmətləri Forumunu keçirməkdən şərəf hissi duyuruq. Bu tədbiri paytaxtımızda keçirmək qərarına görə BMT-yə təşəkkürümüzü bildiririk. Biz bunu Azərbaycanın dövlət xidmətləri sahəsində əldə etdiyi nailiyyətlərin dəyərləndirilməsi hesab edirik. Bu il keçirilən tədbirin mövzusu bütün xalqlar üçün mühüm əhəmiyyət kəsb edir. Bu, dünyanın müxtəlif yerlərindən gəlmiş, qərar qəbul edən yüksək rütbəli şəxslər üçün təcrübələrini bölüşmək, çağırışları müzakirə etmək və BMT-nin 2030-cu il gündəliyinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün faydalı platformadır. Bu prosesdə dövlət qurumlarının xalqımıza yüksək keyfiyyətli xidmətlər göstərmək və innovativ dəyişikliklərdə iştirak etmək bacarığı xüsusi rol oynayır. Bu baxımdan, mən fürsətdən istifadə edərək, bu gün sizinlə səmərəli dövlət qulluğu sistemi sahəsində Azərbaycanın uğurları ilə bölüşmək istərdim.

Azərbaycanın birinci vitse-prezidenti vurğuladı ki, əsas hədəf və məqsəd yeni xidmətlərin insanlara yönəlməsi və vətəndaşların keçmişdə üzləşdiyi çətinliklərin aradan qaldırılmasından, dövlət xidmətlərini insanlar üçün əlçatan, rahat, asan və səmərəli etməkdən ibarətdir. "Vahid pəncərə" prinsipi əsasında dövlət xidmətlərinin göstərilməsi ideyasının bu cür ərsəyə gəldiyini qeyd edən Mehriban Əliyeva ASAN adının Azərbaycan dilində, mənaca, həmçinin "asan" olduğunu vurğulayaraq dedi:

-"ASAN xidmət" Azərbaycan Prezidentinin təşəbbüsü ilə genişmiqyaslı dövlət idarəçiliyi islahatlarının bir hissəsi kimi 2012-ci ildə təsis edildi. Xalq isə dərhal bu islahatları alqışladı. "ASAN xidmət" Bakıda kiçik pilot layihə ilə fəaliyyətə başladı. Həmin vaxt xalqın tələbatlarına şəffaf, əlçatan, səmərəli və rahat şəkildə cavab vermək məqsədilə bir neçə dövlət xidmətləri göstərən qurum bir binaya toplaşdı. ASAN dərhal əhali arasında o qədər populyarlaşdı ki, biz, bu uğurun davamı olaraq, göstərilən xidmətlərin sayını və növünü çoxaltmaq fikrinə gəldik və "ASAN xidmət" Azərbaycanın rayonlarında da açılmağa başlandı.

Nisbətən az müddət ərzində "ASAN xidmət"in insanların tələbatlarını həll etməkdə dövlət xidmətləri sahəsində yeni mədəniyyəti təqdim edən milli brendə çevrildiyini deyən Birinci vitse-prezident hazırda 10 "ASAN xidmət"in rayonlarda, 5 "ASAN xidmət"in isə Bakıda fəaliyyət göstərdiyini bildirdi. Planda bu ilin sonuna qədər əlavə 5 "ASAN xidmət"in rayonlarda, ikisinin isə Bakıda açmaq olduğunu diqqətə çatdıran Mehriban Əliyeva dedi:

-Görülmüş işlərin həcmi baxımından sizə bir rəqəmi təqdim edəcəyəm. 2013-cü ildən etibarən ASAN mərkəzlərində ölkə üzrə 30 milyondan artıq ərizəyə baxılmışdır. Bu gün həmin mərkəzlərdə 320 dövlət və özəl xidmət göstərilir. 12 müxtəlif dövlət qurumu və bir qrup özəl şirkətlər bir bina daxilində "ASAN xidmət"də təmsil olunurlar. Çox qısa müddət ərzində "ASAN xidmət" dövlət ilə vətəndaş arasında münasibətlərdə mərkəzi yeri tutdu.

"Vətəndaş rəyinin daimi monitorinqi bu layihənin uzun perspektivdə uğuruna xidmət edir", - deyən Birinci vitse-prezident bu uğurun digər səbəbinin gənclərimizin fəal və geniş şəkildə iştirakı ilə bağlı olduğunu söylədi. Mehriban Əliyeva qeyd etdi ki, 2013-cü ildən başlayaraq 19 mindən artıq könüllü ASAN-ın işində iştirak edib. Onlardan 1100 nəfərinin müxtəlif "ASAN xidmət"lərdə tam ştatlı işlə təmin olunduğunu vurğulayan Birinci vitse-prezident dedi:

-Biz istedadlı, yüksək motivasiyalı və yaradıcı gənclərimizin ölkənin müasirləşməsində necə yaxından iştirak etməsini görməkdən fərəh hissi duyuruq. Müsbət təcrübəmiz beynəlxalq ictimaiyyətin də diqqətini cəlb etmişdir və 2015-ci ildə "ASAN xidmət" dövlət xidmətlərinin təchizatının təkmilləşdirilməsi kateqoriyasında BMT tərəfindən mükafata layiq görülmüşdür. Bizim ASAN ilə bağlı olan təcrübəmizin daha geniş regionda ən yaxşı təcrübə kimi izlənilməsinə görə fərəhlənirik.

Mehriban Əliyeva vurğuladı ki, bu ilin əvvəlində birinci bənzər mərkəz Kabildə açılıb, Əfqanıstandan olan 100-dən çox ekspertə ASAN tərəfindən təlim keçirilib. Birinci vitse-prezident yaxşı təcrübələrimizi başqa ölkələrlə paylaşmağı davam etdirməyə hazır olduğumuzu bildirdi, bu günədək ASAN-la müxtəlif ölkələr və beynəlxalq təşkilatlar arasında 10 anlaşma memorandumun imzalandığını vurğuladı. Mehriban Əliyeva qeyd etdi ki, biz bununla kifayətlənmirik və dövlət xidmətlərinin keyfiyyətini təkmilləşdirməyə davam edirik. İnsanlara proaktiv elektron xidmətlərin göstərilməsi üçün Asan my-gov portalının yaradıldığını, bununla da vətəndaşların həmçinin onlayn xidmətdən yararlandığını diqqətə çatdıran Birinci vitse-prezident 2016-cı ildə ölkəmizdə ASAN-ın uğur hekayəsinin davamı olaraq ABAD adı altında digər sosial yönümlü xidmətin fəaliyyətə başladığını xatırlatdı. ABAD Azərbaycanın regionlarında kiçik ailə təsərrüfatı bizneslərinə yardım etmək və kiçik sahibkarlığı inkişaf etdirmək məqsədini daşıyan publik hüquqi şəxsdir. Bu layihənin reallaşmasında məqsədin ölkənin sosial və iqtisadi inkişafına vətəndaşların daha fəal və yaradıcı şəkildə cəlb edilməsi olduğunu, 400-ə yaxın üzvü olan ABAD-ın regionlarda işsizlik məsələsinin həlli üçün mühüm bir vasitəyə çevrildiyini bildirən Mehriban Əliyeva dedi:

-Xanımlar və cənablar, bu, vətəndaşlarımızın faydalanması üçün dövlət xidmətləri sahəsində islahatların aparılması üzrə Azərbaycanın təcrübəsinə dair kiçik bir xülasə idi. Müntəzəm paylanıla və araşdırıla bilən digər çoxsaylı nümunə və təcrübələrin mövcud olduğuna əminəm. Məhz buna görə Azərbaycan bilavasitə bu forumun nəticəsi olaraq Dövlət Xidmətlərinin Təchizi üzrə Müəssisələrin ASAN Assosiasiyasının yaradılması təşəbbüsünü irəli sürmüşdür. Ümid edirəm ki, bu yeni assosiasiya dövlət xidmətlərinin səmərəli təchizi üçün ekspertlər arasında dialoqu təşviq etmək məqsədi daşıyan əhəmiyyətli beynəlxalq bir alətə çevriləcəkdir. Bu, sözügedən sahədə bütün mövcud yaxşı təcrübələrdən istifadə etmək istəyində olanlara yardım edə bilər.

Əziz dostlar, bir daha Azərbaycana xoş gəlmisiniz. Mən hamınıza maraqlı və faydalı müzakirələr, forumun işinə böyük uğurlar arzu edirəm. Nəhayət, sizi Bakıda qaldığınız müddətdə boş vaxt tapıb bizim gözəl şəhərimizi kəşf etməyə və ənənəvi Azərbaycan qonaqpərvərliyindən həzz almağa dəvət edirəm. Təşəkkür edirəm".

Demokratikmusavat.com 

Xəbər Lenti

Türkiyə qarşı sanksiyalar qəbul ediləcəkmi? - Trampdan AÇIQLAMA

Orxan Camalın qətli: dörd müstəntiq dəyişsə də, hamısı aciz qalıb...

"Ümid edirəm ki, bazar günü məni buraxacaqlar" - Bakıda patronlarla tutulan israilli

Gülnarə Kərimovanı həbsxanadan “təcili yardım”la çıxarıb apardılar

Cüdoçumuz Asiya açıq kubokunda bürünc medal qazanıb

Bakıda gənc oğlan parkda bıçaqlanıb, vəziyyəti ağırdı

Ağabaladan əla göstərici

"Neftçi"dən 6-cı qol - YENİLƏNİR

"Səbail" Avropa Liqası ilə vidalaşdı - YENİLƏNİB

Bakı-Şarm əl-Şeyx birbaşa aviareysi fəaliyyətə başlayıb - FOTO

"Mazda" 900-dən çox avtomobili geri çağırdı

Meteohəssas insanlar üçün XƏBƏR

Rusiyada ağır qəza: Yeddi nəfər ölüb

"Neftçi" fasiləyə üstün yollandı - YENİLƏNİR

"Neftçi"dən ikinci qol - YENİLƏNİR

"Səbail" hesabı bərabərləşdirdi - YENİLƏNİR

Müsabiqəyə 7 minə yaxın vakant müəllim yeri çıxarılacaq - Təhsil Nazirliyi

"Zirə" - "Keşlə" oyununda 4 qol

"Səbail" uduzur - YENİLƏNİR

"Neftçi" "Sperantsa"ya qarşı - YENİLƏNİR

Bu saraya yeni aşpaz axtarılır - 47 min maaş veriləcək

ABŞ Türkiyəyə qarşı sanksiyaya start verdi: Ankaraya 9 milyardlıq zərbə

PSJ-nin yetirməsi Bundesliqa klubunda - Rəsmi

İran silahlı qüvvәlәri yanacaq tankerini ələ keçirdi

İran Xəzər dənizinə hərbi gəmilər buraxacaq

Vaxtsız ölən xanımının fotosunu cibində gəzdirirdi - Mirzə dayı haqqında bilmədiklərimiz

Pentaqona ağır zərbə: Türkiyə bu sahədə liderdir

Azərbaycanlı paralimpiyaçılar “Tokio 2020” paralimpiya oyunlarına ilk lisenziyasını qazandı

Rustavi-2 məğlub oldu: TV İvanişviliyə verilir

"Neftçi" - "Sperantsa" - Heyətlər açıqlandı

Afaqdan daşların üstündə FOTOSESSİYA

ATƏT-in yeni qətnaməsi: ərazi bütövlüyünə və beynəlxalq hüquqa hörmətin ifadəsi

Ərdoğan S-400-ləri əslində buna görə alıb - “Röyter”dən şok

“Roma” yetirməsini yunanlara satdı

“Brilliant Aygündən, Faiqdən o qədər yüksəkdə dayanır ki... ” - Lalə Dadaşova

“Brilliant Aygündən,Faiqdən o qədər yüksəkdə dayanır ki... ” - Lalə Dadaşova

Cavidin müğənni olan keçmiş həyat yoldaşından açıq-saçıq FOTOlar

Leyla Abdullayeva: "Belə olduğu halda, Ermənistan rəhbərinin sülh və münaqişənin həlli ilə bağlı dediklərinə necə inanmaq olar?!"

“Bu ölkə sizin üçün zibilxana deyil” - ABŞ-a sərt mesaj

12 israilli turist hoteldə 19 yaşlı qıza TƏCAVÜZ ETDİ - SKANDAL OLAY

Bu iti tapana 200 manat veriləcək - FOTO

2019-cu ilin birinci yarısında paytaxtda cinayət hadisələrinin sayı azalıb

Qızını qətlə yetirən ATAYA HÖKM OXUNDU

Namiq “qorxusundan" imicini dəyişdi - FOTO

Oteldə sevgilisini öldürən “zek”ə ağır cəza verildi - Ciddi rejim

Dünyanın ən varlı idmançısı Həbibə yalvarır

Türkiyədə avtobusu daşa basdılar - Azərbaycanlı xəstəxanalıq oldu

Tanınmış şairə vəfat etdi

AB Türkiyəyə “ikinci cəbhə” açdı: Nə baş verir?

Amerikalı pastor: "Azərbaycan multikultural dəyərlərin təbliği istiqamətində dünya ölkələri üçün bir örnəkdir" - FOTO

KOBİA-nın informasiya və məsləhət xidmətlərindən yüzlərlə sahibkar yararlanıb - FOTO

Rusiya səfirinin qətli və görüntülərin yayımlanması - TRT-NİN 6 ƏMƏKDAŞI SAXLANILDI

Gerye "Qarabağ"dan bu səbəbə QOVULUBMUŞ - TƏFƏRRÜAT

Rusiya Türkiyəyə qırıcı da satmaq istəyir

Bu il 573 sahibkara 52 milyon manat güzəştli kredit verilib - Nazir müavini

Həbsdən çıxdı, qonşusunu "Zeytun bağları"nda öldürdü - Cəzası ağır oldu

Maradonanın keçmiş klubunda faciə - 20 yaşlı futbolçu öldürüldü

Azərbaycanlı model İnstaqramı “partlatdı” - Bəyənmə rekordu qıran FOTO

Səfirlik: "İranla Ermənistan arasında..."

Zakir Həsənov İranın ölkəmizdəki səfiri ilə görüşdü

Bu il yaşa görə pensiya təyinatlarının 82 faizi avtomatlaşdırılmış qaydada həyata keçirilib

Elza sponsorunun kim olduğunu açıqladı

Azərbaycanda bir sıra toxum sortları və tinglərin Dövlət Reyestrinə salınması təklif edilir

Pul üçün qul əzabı çəkənlərin şabaşı

Misirdə intiharçı-terrorçu partlayış törətdi - 2 ölü, 3 yaralı

Fransada avro şousu… - VIDEO - FOTO

Yasamalda baş verən davaya görə bir nəfər saxlanıldı

Neymarla bağlı yeni iddia - "Yuventus"...

Xalq artisti Zauru efirdə BİABIR ETDİ: Mən elə ifaçılardan deyiləm ki... - FOTO

Budur simanız, Əli Kərimli?

Prezident İlham Əliyev: "Azərbaycan ilə Aİ arasında əməkdaşlıq qarşılıqlı maraqlarımıza uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcək"

SON DƏQİQƏ: Türkiyədə faciə - Onlarla ölü, çox sayda yaralı var

İran yenə silkələndi - 4,2 bal

Çimərlikdəki biabırçı olay polisi hərəkətə keçirdi: 5 qadın lüt soyunub... - FOTO

Azərbaycan XİN-dən türk diplomatlarına hücumla bağlı BƏYANAT

Ruhinin hər yerdən sildirmək istədiyi arxiv FOTOları yayılıb

Qayınata arvadına təcavüz etmiş kürəkənini bağışladı

Mənzurə efirdə Manafdan ACIĞINI BELƏ ÇIXDI: Borc pul istədim, dedi... - FOTO

Türkiyədə terror aktının qarşısı alındı

Sumqayıtın şəhər statusu almasının 70 illiyi qeyd olunacaq - FOTO

Cinayətdə şübhəli bilinən 28 nəfər saxlanılıb

4 yaşlı qızın bilərziyini oğurlayan keçmiş məhkum saxlanıldı

Rafael Ağayevə qiymətli hədiyyə - FOTO

Qurban Qurbanov futbolçulara fasilədə nə deyib?

Qorxmaz Əlili uzun fasilədən sonra efirdə

Bu da Aynur Dadaşovanın qızı - İLK DƏFƏ ÜZÜNÜ GÖSTƏRDİ - FOTO

TRT əməkdaşları saxlanıldı - Rus səfirin qətlinin görüntülərinin yayımlanmasına görə

Vəzifəli şəxsə hökm oxundu

"Qarabağ" Azərbaycanın xalını artırdı - UEFA reytinqi

Qa­zaxda əsgərimiz yaralandı - General cəbhə bölgəsinə getdi - FOTO

"Mənə görə kişilər arasında mübarizə gedib"

Rusiyada atom elektrik stansiyasında qəza baş verdi

Roza Zərgərli qarın əzələlərini nümayiş etdirdi - FOTO

Bakıda Türkiyə vətəndaşı qarət olundu

İstirahət mərkəzində biabırçı olay: cütlük kimsəyə fikir vermədən eyvanda cinsi əlaqədə oldu - FOTO

"Artıq kiminlə qarşılaşacağımız önəmli deyil" - Vaqner da Silva

Stoltenberq: "NATO-da Türkiyənin alyansdan çıxarılması fikri səsləndirilməyib"

Azər Axşam hüquq-mühafizə orqanlarına şikayət etdi: "O, mənəviyyatsızlığa, vicdansızlığa yol verib"

Ərindən ayrılan azərbaycanlı aktrisa erotik görüntüsünü paylaşdı - VİDEO

Xəzərdə batmış qadın və 2 uşağın meyiti tapıldı

Muradla Ülviyyə aparıcılığa başlayır

Atəşkəs pulemyot və snayperlərlə pozuldu - 25 dəfə

Azərbaycanlı məşhurun övladının toyu oldu - 4 gün sonra oğlan toyudur - FOTO

Ata ağlayan qızlarını bu üsulla sakitləşdirdi - Rekord qıran VİDEO

Avropada azərbaycanlıları qarət edən mühacir biznesi: maskaları özləri yırtdılar - VIDEO - FOTO

Avropada azərbaycanlıları qarət edən mühacir biznesi: maskaları özləri yırtdılar

Yaponiyada güclü yanğın: ölən və yaralananlar var

Bolton: "ABŞ Özbəkistandakı islahatları alqışlayır"

Türkiyə XİN ABŞ-ın Ankaranın F-35 proqramından çıxarılması barədə qərarını qanunsuz adlandırıb

Zərif: Avropa Hərtərəfli Birgə Fəaliyyət Planını qoruyub saxlamaq istəyir

Azərbaycanda əhalinin gəlirləri artıb

"Taliban" tərəfdarları Əfqanıstanda generalı qətlə yetiriblər

Bakıda yaşayış binasında təhlükə aradan qaldırıldı

Pentaqon Meksika ilə sərhədə daha 2 min hərbçi göndərib

Ağ Ev: Ankaranın S-400 sistemlərini almaq qərarı onun F-35 proqramında iştirakını mümkünsüz edir

Türkiyənin F-35 proqramında iştirakının dayandırılacağı vaxt bəlli olub

Azərbaycanda onkoloji xəstələri müəyyən edə bilən yeni metod hazırlanıb

"Qarabağ"ın 100-cü qolu

Ermənistanda polislə toqquşma zamanı 13 etirazçı xəsarət alıb

Nazarov Bundesliqa klubuna qol vurdu

"Qarabağ"a qarşı təbii ki, müdafiə futbolu oynamalısan" - Franko Lerda

"İrlandiya çempionu ilə ağır oyunlarımız olacaq" - Rəşad Sadıqov

"Hamımızın ürəyi açıldı" - Tahir Gözəl

"Yaxşı hazırlaşmalıyıq ki, növbəti mərhələni də keçək" - Araz Abdullayev

"Partizani" müdafiə olunmaqdan həzz alırdı" - Qurban Qurbanov

ÇL-də birinci mərhələyə yekun vuruldu

Günün qoroskopu: Qisas və ya inciklik çox pis məsləhətçilərdir