AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

"O illərdə mənə günün 24 saatı bəs etmirdi" - Keçmişdəki mən - FOTO

  29

Faiq Sücəddinov: "Bizim dövrümüzdə gənclik illəri daha maraqlı və rəngarəng keçirdi"

Demokratikmusavat.com kaspi.az-a istinadən yazını təqdim edir.

"Hər kəsin anası onun üçün əlindən gələni edir. Anam da mənə görə öz həyatını fəda etdi. Həmişə valideynlərimi yadıma salanda kövrəlirəm. Xüsusilə anamı xatırladığım zaman onun üçün çox darıxıram. Tələbələrimə də deyirəm ki, valideynlərinizin qədrini bilin, hər gün onların üzündən öpün. Valideynlər Allahın bizə verdiyi hədiyyə, lütfdür".

Bu sözləri bizimlə söhbətində bəstəkar, xalq artisti, əməkdar incəsənət xadimi Faiq Sücəddinov söylədi.
 
"Həyətdə oynamaq mənə maraqlı gəlmirdi"
 
İlk olaraq onun uşaqlıq illərindən danışdıq. Bu mövzuya toxunanda "həyatı sevə-sevə yaşamaq, yaşayıb-yaratmaq eşqi ilə keçirmək lazımdır" dedi: "1947-ci ildə Gəncə şəhərində anadan olmuşam. Ailədə iki uşaq olmuşuq. Məndən böyük bir qardaşım var. Uşaqlıq illərim Bakıda keçib və uşaqlığı mənim kimi bu şəhərdə keçənlər bilir ki, bizim o illərimiz küçədə və məktəbdə keçib. Müxtəlif pioner dərnəklərinə üzv olmuşduq. Hər birimizin başı müxtəlif işlə qarışıq olurdu. Tez-tez Abdulla Şaiq adına uşaq kitabxanasına gedib kitablar oxuyurdum. Elə o illərdə musiqi məni öz ağuşuna aldı. Artıq həyətdə oynamaq mənə maraqlı gəlmirdi. Uşaqlarla çox nadir hallarda futbol oynayırdım. Bu mənada özümü şanslı hesab edirəm. Çünki anam məni doğru istiqamətə yönəldib. Əslində, hər bir uşağın kiçik yaşlarında nəyə marağı olduğuna valideynlər diqqət etməlidir. Kiçik yaşlarda uşağın nə istədiyin, nəyə meyl etdiyi özünü büruzə verir və bunu valideynin duyması çox vacibdir. Valideynlər övladlarını öz istəkləri naminə "şikəst" etməməlidir. Böyüklər övladlarına istiqamət verməli, onların seçdiyi sahə üzrə yaxşı mütəxəssis olmasına dəstək göstərməlidir. 6 yaşımda olanda anam məni musiqi məktəbinə yazdırdı. Buna görə hər zaman anama minnətdaram. Əgər bu gün nəyəsə nail olmuşamsa, buna görə yalnız Allaha və anama minnətdaram".

Bir dəqiqə dayansan, bu, həyat olmaz
 
1965-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano şöbəsinə daxil olan xalq artisti deyir ki, orada oxumaq heç də asan deyildi: "Texnikumda bizə dərs deyən müəllimlər çox tələbkar idi. Çox şey tələb edirdilər deyə, daim öz üzərimizdə çalışırdıq. Texnikumu konsertlə bitirdim. Oranı bitirəndə böyük əsərlər ifa edirdim. Gənclik illərimdə mən piano çalırdım, yaradıcılıqla məşğul idim, müxtəlif müsabiqələrdə iştirak edirdim. 1969-cu ildə Azərbaycan Dövlət Televiziya və Radio Komitəsinin estrada orkestrinin rəhbəri Tofiq Əhmədovun dəvətilə orkestrdə çalışmağa başladım. Daha sonra oradakı fəaliyyətimi dayandıraraq Azərbaycan Dillər Universitetinə qəbul oldum. Universitetdə oxuduğum dövrdə ansambl rəhbəri idim. Hərdən o illərə qayıdanda fikirləşirəm  ki, bizim dövrümüzdə gənclik illəri daha maraqlı və rəngarəng keçirdi. Bütün günü konsertlərdə, çıxışlarda, müsabiqələrdə olurdum. Hətta o illərdə mənə günün 24 saatı bəs etmirdi. Gənclik elə bir dövrdür ki, insan həmin illərdə daima aktiv şəkildə yaşamalıdır. Bir dəqiqə dayansan, bu, həyat olmaz. Həyatın özü hərəkət deməkdir. Bəxtiyar Vahabzadə deyirdi ki, şam əgər yanmırsa, yaşamır demək. İnsan yaşamalıdır ki, başqalarına yararlı olsun. Bu lazımlılıq məni sənətimdə müəyyən yerə gətirib çıxardı. Təbii ki, buna görə həyatım boyunca dayanmadan öz üzərimdə işləmişəm".

Başa düşdüm ki, həyatım sırf  musiqidən ibarətdir 
 
Universiteti bitirdikdən sonra hərbi xidmətə yollanana bəstəkar 3 ildən sonra - 1977-ci ildə Azərbaycan Milli Konservatoriyasının bəstəkarlıq fakültəsinə qəbul olunur: "Elə insanam ki, heç vaxt geriyə boylanmağı sevmirəm, daim irəli baxmağa çalışıram. Mənim üçün yenilik daha önəmlidir. Amma indi gənclik illərimə nəzər yetirəndə görürəm ki, istədiyim bir çox şeyi etmişəm, edə bilmədiklərimə isə sadəcə vaxt çatmayıb. Çox vaxt gecələr yatmır, öz yuxuma haram qatırdım ki, öz sahəmdə daha da irəliyə gedə bilim. Həmin illərdə həm işləyir, həm də oxuyurdum. Bir müddət sonra aranjemanla məşğul olmağa başladım. Beləliklə, fərdi yaradıcılığıma qədəm qoydum. Həmin vaxt başa düşdüm ki, həyatım sırf  musiqidən ibarətdir və mənə lazım olan tək şey məhz budur. Konservatoriyada oxuduğum illərdə çox şey qazandım.

Müəllimlərimdən bir çox yeni şeylər öyrəndim. Orada təhsil aldığım zaman yeni mahnılar yazırdım. Beləliklə, bəstəkarlıq sahəsinə gəlib çıxdım".

Sevə-sevə etdiyin işdən gəlir qazanmaq daha şirin olur
 
Xalq artisti ilk məvacibini ailəsinə göndərib: "İlk gəlirimi  ailəmə, atama göndərmişdim. Atam mənimlə fəxr edirdi ki, oğlu ona pul göndərib. Əslində, onun buna ehtiyacı yox idi. Çünki özü həkim idi. Amma mənim qazancım onu fərəhləndirmişdi. İnsanın ilk qonorarı, ilk gəliri heç vaxt yadından çıxmır. Fikirləşəndə ki, mən öz qazancımla ailəmə dəstək oluram, bu, məni sevindirirdi. Əslində, məsələ pulda deyildi. Bu məsələyə yanaşma tərzi başqadır. Mən heç vaxt maddi məsələlərə iqtisadi tərəfdən yanaşmamışam. Hər zaman çalışmışam ki, özümdən başqalarını, ailəmi fikirləşim. Xüsusilə sevə-sevə etdiyin işdən gəlir qazanmaq daha önəmlidir. Rəssam, rejissor, bəstəkar, fəhlə olmağının fərqi yoxdur, hər kəs gördüyü işin qarşılığında pul qazanır. Amma deyim ki, maddi məsələlərə çox da önəm verən biri olmamışam".

"Yaxşı musiqi ilk notlardan bəlli olur"
 
Bəstəkarın fikrincə, həyat bir mübarizədir. Hər bir insan öz sahəsində özünü təsdiq etməlidir. Çalışmaq lazımdır ki, hər kəs öz sahəsi üzrə vətəninə, insanlara faydalı olsun: "Məncə, insanlar səni öz işinə, biliyinə, bacarığına görə tanımalı, hörmət etməlidirlər. Önəmli olan insanın içindəki istedad və bacarıqdır. Mən öz tələbələrimə də həmişə bunu deyirəm ki, sabah universiteti bitirəndə sizdən soruşacaqlar ki, nəyi bacarırsan? Bizim sahə belədir ki, burada məhdudiyyət yoxdur. Çünki musiqi sonsuzdur. Yaxşı musiqi ifa etməklə insan özünü təsdiq edə bilər. Royal arxasında əsər ifa edirsənsə, insanlar sənin nə demək istədiyini yaxşı başa düşür. Çünki yaxşı musiqi ilk notlardan bəlli olur. Düzdür, hər bir insan həyatının müəyyən vaxtlarında səhvə yol verir. Çünki insan səhv edə-edə düzgünü dərk edir. Əgər səhv etməsək, yaşamağımızın bir mənası olmaz. Bir məsələ var: "Mənə dedilər ki, odla oynama, amma mən odla oynadım və bir gün əlim yandı. Sonra başa düşdüm ki, oddan uzaq olmaq lazımdır". Həyat elə bir şeydir ki, özü sənə dərs verir və nəyi edib-etməmək lazım olduğunu bilirsən. Təbii ki, bu insanların həyatına müdaxilə etmək demək deyil. İnsana nəyin səhv, nəyin nə düz olmadığını demək olar, amma onu yönləndirmək düz deyil. Səhv etməyən insan həyatı dərk edə bilməz. Mənim də etdiyim müəyyən səhvlər olub. Bəzən kiminləsə sərt davranmışam, amma sonra səhvimi başa düşüb həmin insandan üzr istəmişəm. Daha mülayim biri olmağa çalışmalıyıq. İnsanlarla düzgün qaydada münasibət qurmağı bacarmaq önəmlidir".

Faiq müəllim deyir ki, bəstəkarın oğlu və yaxud nəvəsi mütləq bəstəkar, həkimin oğlu həkim olmalıdır deyə bir qayda yoxdur: "Kimisə zorla hansısa sənətə yönəltmək olmaz. Mən övladlarımın tərbiyəsində bunu əsas götürmüşəm. Hər kəs öz sahəsini özü seçməlidir. Biz valideynlər isə onlara dəstək olmalıyıq. Bəzən valideynlər uşağına deyir ki, həkimlik sənətində çoxlu pul var, mütləq bu sahəyə yönəl. Bunu düzgün qəbul etmirəm. Uşağı uşaqlıqdan meyli olan sahəyə yönəltmək lazımdır. Müəllimlər, valideynlər bu məsələyə həssas yanaşmalıdır. Biz yalnız bu halda vətənimizə, millətimizə xeyirli ola bilərik. Çünki insan yalnız sevdiyi işdə uğur qazana bilir".

Xalq artisti məsləhət verməyi sevməsə də, rubrikanın ənənəsinə uyğun olaraq gənclərə tövsiyələrini bildirdi: "Ümumiyyətlə, məsləhət verməyi sevən insan deyiləm. Gənclik elə bir dövrdür ki, insan məsləhət dinləmək istəmir. Onlara yalnız bunu deyə bilərəm ki, vətənlərini və valideynlərini sevsinlər. Öz əməllərinizlə bu xalqa, millətə xidmət edin. Həyata gəlmişiksə, onu dəyərləndirməliyik".

Demokratikmusavat.com

Xəbər Lenti

Türkiyə qarşı sanksiyalar qəbul ediləcəkmi? - Trampdan AÇIQLAMA

Orxan Camalın qətli: dörd müstəntiq dəyişsə də, hamısı aciz qalıb...

"Ümid edirəm ki, bazar günü məni buraxacaqlar" - Bakıda patronlarla tutulan israilli

Gülnarə Kərimovanı həbsxanadan “təcili yardım”la çıxarıb apardılar

Cüdoçumuz Asiya açıq kubokunda bürünc medal qazanıb

Bakıda gənc oğlan parkda bıçaqlanıb, vəziyyəti ağırdı

Ağabaladan əla göstərici

"Neftçi"dən 6-cı qol - YENİLƏNİR

"Səbail" Avropa Liqası ilə vidalaşdı - YENİLƏNİB

Bakı-Şarm əl-Şeyx birbaşa aviareysi fəaliyyətə başlayıb - FOTO

"Mazda" 900-dən çox avtomobili geri çağırdı

Meteohəssas insanlar üçün XƏBƏR

Rusiyada ağır qəza: Yeddi nəfər ölüb

"Neftçi" fasiləyə üstün yollandı - YENİLƏNİR

"Neftçi"dən ikinci qol - YENİLƏNİR

"Səbail" hesabı bərabərləşdirdi - YENİLƏNİR

Müsabiqəyə 7 minə yaxın vakant müəllim yeri çıxarılacaq - Təhsil Nazirliyi

"Zirə" - "Keşlə" oyununda 4 qol

"Səbail" uduzur - YENİLƏNİR

"Neftçi" "Sperantsa"ya qarşı - YENİLƏNİR

Bu saraya yeni aşpaz axtarılır - 47 min maaş veriləcək

ABŞ Türkiyəyə qarşı sanksiyaya start verdi: Ankaraya 9 milyardlıq zərbə

PSJ-nin yetirməsi Bundesliqa klubunda - Rəsmi

İran silahlı qüvvәlәri yanacaq tankerini ələ keçirdi

İran Xəzər dənizinə hərbi gəmilər buraxacaq

Vaxtsız ölən xanımının fotosunu cibində gəzdirirdi - Mirzə dayı haqqında bilmədiklərimiz

Pentaqona ağır zərbə: Türkiyə bu sahədə liderdir

Azərbaycanlı paralimpiyaçılar “Tokio 2020” paralimpiya oyunlarına ilk lisenziyasını qazandı

Rustavi-2 məğlub oldu: TV İvanişviliyə verilir

"Neftçi" - "Sperantsa" - Heyətlər açıqlandı

Afaqdan daşların üstündə FOTOSESSİYA

ATƏT-in yeni qətnaməsi: ərazi bütövlüyünə və beynəlxalq hüquqa hörmətin ifadəsi

Ərdoğan S-400-ləri əslində buna görə alıb - “Röyter”dən şok

“Roma” yetirməsini yunanlara satdı

“Brilliant Aygündən, Faiqdən o qədər yüksəkdə dayanır ki... ” - Lalə Dadaşova

“Brilliant Aygündən,Faiqdən o qədər yüksəkdə dayanır ki... ” - Lalə Dadaşova

Cavidin müğənni olan keçmiş həyat yoldaşından açıq-saçıq FOTOlar

Leyla Abdullayeva: "Belə olduğu halda, Ermənistan rəhbərinin sülh və münaqişənin həlli ilə bağlı dediklərinə necə inanmaq olar?!"

“Bu ölkə sizin üçün zibilxana deyil” - ABŞ-a sərt mesaj

12 israilli turist hoteldə 19 yaşlı qıza TƏCAVÜZ ETDİ - SKANDAL OLAY

Bu iti tapana 200 manat veriləcək - FOTO

2019-cu ilin birinci yarısında paytaxtda cinayət hadisələrinin sayı azalıb

Qızını qətlə yetirən ATAYA HÖKM OXUNDU

Namiq “qorxusundan" imicini dəyişdi - FOTO

Oteldə sevgilisini öldürən “zek”ə ağır cəza verildi - Ciddi rejim

Dünyanın ən varlı idmançısı Həbibə yalvarır

Türkiyədə avtobusu daşa basdılar - Azərbaycanlı xəstəxanalıq oldu

Tanınmış şairə vəfat etdi

AB Türkiyəyə “ikinci cəbhə” açdı: Nə baş verir?

Amerikalı pastor: "Azərbaycan multikultural dəyərlərin təbliği istiqamətində dünya ölkələri üçün bir örnəkdir" - FOTO

KOBİA-nın informasiya və məsləhət xidmətlərindən yüzlərlə sahibkar yararlanıb - FOTO

Rusiya səfirinin qətli və görüntülərin yayımlanması - TRT-NİN 6 ƏMƏKDAŞI SAXLANILDI

Gerye "Qarabağ"dan bu səbəbə QOVULUBMUŞ - TƏFƏRRÜAT

Rusiya Türkiyəyə qırıcı da satmaq istəyir

Bu il 573 sahibkara 52 milyon manat güzəştli kredit verilib - Nazir müavini

Həbsdən çıxdı, qonşusunu "Zeytun bağları"nda öldürdü - Cəzası ağır oldu

Maradonanın keçmiş klubunda faciə - 20 yaşlı futbolçu öldürüldü

Azərbaycanlı model İnstaqramı “partlatdı” - Bəyənmə rekordu qıran FOTO

Səfirlik: "İranla Ermənistan arasında..."

Zakir Həsənov İranın ölkəmizdəki səfiri ilə görüşdü

Bu il yaşa görə pensiya təyinatlarının 82 faizi avtomatlaşdırılmış qaydada həyata keçirilib

Elza sponsorunun kim olduğunu açıqladı

Azərbaycanda bir sıra toxum sortları və tinglərin Dövlət Reyestrinə salınması təklif edilir

Pul üçün qul əzabı çəkənlərin şabaşı

Misirdə intiharçı-terrorçu partlayış törətdi - 2 ölü, 3 yaralı

Fransada avro şousu… - VIDEO - FOTO

Yasamalda baş verən davaya görə bir nəfər saxlanıldı

Neymarla bağlı yeni iddia - "Yuventus"...

Xalq artisti Zauru efirdə BİABIR ETDİ: Mən elə ifaçılardan deyiləm ki... - FOTO

Budur simanız, Əli Kərimli?

Prezident İlham Əliyev: "Azərbaycan ilə Aİ arasında əməkdaşlıq qarşılıqlı maraqlarımıza uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcək"

SON DƏQİQƏ: Türkiyədə faciə - Onlarla ölü, çox sayda yaralı var

İran yenə silkələndi - 4,2 bal

Çimərlikdəki biabırçı olay polisi hərəkətə keçirdi: 5 qadın lüt soyunub... - FOTO

Azərbaycan XİN-dən türk diplomatlarına hücumla bağlı BƏYANAT

Ruhinin hər yerdən sildirmək istədiyi arxiv FOTOları yayılıb

Qayınata arvadına təcavüz etmiş kürəkənini bağışladı

Mənzurə efirdə Manafdan ACIĞINI BELƏ ÇIXDI: Borc pul istədim, dedi... - FOTO

Türkiyədə terror aktının qarşısı alındı

Sumqayıtın şəhər statusu almasının 70 illiyi qeyd olunacaq - FOTO

Cinayətdə şübhəli bilinən 28 nəfər saxlanılıb

4 yaşlı qızın bilərziyini oğurlayan keçmiş məhkum saxlanıldı

Rafael Ağayevə qiymətli hədiyyə - FOTO

Qurban Qurbanov futbolçulara fasilədə nə deyib?

Qorxmaz Əlili uzun fasilədən sonra efirdə

Bu da Aynur Dadaşovanın qızı - İLK DƏFƏ ÜZÜNÜ GÖSTƏRDİ - FOTO

TRT əməkdaşları saxlanıldı - Rus səfirin qətlinin görüntülərinin yayımlanmasına görə

Vəzifəli şəxsə hökm oxundu

"Qarabağ" Azərbaycanın xalını artırdı - UEFA reytinqi

Qa­zaxda əsgərimiz yaralandı - General cəbhə bölgəsinə getdi - FOTO

"Mənə görə kişilər arasında mübarizə gedib"

Rusiyada atom elektrik stansiyasında qəza baş verdi

Roza Zərgərli qarın əzələlərini nümayiş etdirdi - FOTO

Bakıda Türkiyə vətəndaşı qarət olundu

İstirahət mərkəzində biabırçı olay: cütlük kimsəyə fikir vermədən eyvanda cinsi əlaqədə oldu - FOTO

"Artıq kiminlə qarşılaşacağımız önəmli deyil" - Vaqner da Silva

Stoltenberq: "NATO-da Türkiyənin alyansdan çıxarılması fikri səsləndirilməyib"

Azər Axşam hüquq-mühafizə orqanlarına şikayət etdi: "O, mənəviyyatsızlığa, vicdansızlığa yol verib"

Ərindən ayrılan azərbaycanlı aktrisa erotik görüntüsünü paylaşdı - VİDEO

Xəzərdə batmış qadın və 2 uşağın meyiti tapıldı

Muradla Ülviyyə aparıcılığa başlayır

Atəşkəs pulemyot və snayperlərlə pozuldu - 25 dəfə

Azərbaycanlı məşhurun övladının toyu oldu - 4 gün sonra oğlan toyudur - FOTO

Ata ağlayan qızlarını bu üsulla sakitləşdirdi - Rekord qıran VİDEO

Avropada azərbaycanlıları qarət edən mühacir biznesi: maskaları özləri yırtdılar - VIDEO - FOTO

Avropada azərbaycanlıları qarət edən mühacir biznesi: maskaları özləri yırtdılar

Yaponiyada güclü yanğın: ölən və yaralananlar var

Bolton: "ABŞ Özbəkistandakı islahatları alqışlayır"

Türkiyə XİN ABŞ-ın Ankaranın F-35 proqramından çıxarılması barədə qərarını qanunsuz adlandırıb

Zərif: Avropa Hərtərəfli Birgə Fəaliyyət Planını qoruyub saxlamaq istəyir

Azərbaycanda əhalinin gəlirləri artıb

"Taliban" tərəfdarları Əfqanıstanda generalı qətlə yetiriblər

Bakıda yaşayış binasında təhlükə aradan qaldırıldı

Pentaqon Meksika ilə sərhədə daha 2 min hərbçi göndərib

Ağ Ev: Ankaranın S-400 sistemlərini almaq qərarı onun F-35 proqramında iştirakını mümkünsüz edir

Türkiyənin F-35 proqramında iştirakının dayandırılacağı vaxt bəlli olub

Azərbaycanda onkoloji xəstələri müəyyən edə bilən yeni metod hazırlanıb

"Qarabağ"ın 100-cü qolu

Ermənistanda polislə toqquşma zamanı 13 etirazçı xəsarət alıb

Nazarov Bundesliqa klubuna qol vurdu

"Qarabağ"a qarşı təbii ki, müdafiə futbolu oynamalısan" - Franko Lerda

"İrlandiya çempionu ilə ağır oyunlarımız olacaq" - Rəşad Sadıqov

"Hamımızın ürəyi açıldı" - Tahir Gözəl

"Yaxşı hazırlaşmalıyıq ki, növbəti mərhələni də keçək" - Araz Abdullayev

"Partizani" müdafiə olunmaqdan həzz alırdı" - Qurban Qurbanov

ÇL-də birinci mərhələyə yekun vuruldu

Günün qoroskopu: Qisas və ya inciklik çox pis məsləhətçilərdir

"Qarabağ"ın növbəti rəqibi müəyyənləşdi

İspaniyada idman mərclərində fırıldaqçılığa qarşı mübarizə üzrə komissiya yaradılır