AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Tranzit nömrəli avtomobillər artıb - Sürücülər bu “hiylə” ilə rüsumlardan yayınırlar - FOTO

  22

Son günlər ölkədə tranzit nömrəli avtomobillərin artmasının şahidi oluruq. Bu nömrəli avtomobillərin əksəriyyəti müəyyən müddətdən bir ölkəni tərk edir və yenidən Azərbaycana qayıdır. Bu üsulla bir çoxları avtomobili qeydiyyata salmaq üçün tələb olunan xərclərdən qaçmağa müvəffəq olurlar.

Bu cür avtomobillərin artması, eləcə də insanların belə addımlar atması nə ilə bağlıdır? 

Bəziləri bunu gömrük rüsumlarının baha olması ilə izah edir. Onların sözlərinə görə, bir neçə ay ara ilə yüzlərlə kilometr məsafəni qət etmək belə bu rüsumlardan daha ucuz başa gəlir. 

Nəzərə alsaq ki, Bakıdan "Qırmızı körpü" kimi tanınan "Sınıq körpü" gömrük sərhəd buraxılış məntəqəsinə qədər məsafə 500 kilometrə yaxındır və bu yolu qət etmək altı saatdan çox vaxt alır, o zaman sürücülərin avtomobili qeydiyyata saldırmamaq üçün hansı əziyyətə hazır olduqları daha aydın görünür. 

Demokratikmusavat.com bildirir ki, gömrük rüsumlarının yüksək olması fikrini oxu.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı da təsdiqləyib. 

Onun sözlərinə görə, rüsumlar hər kəsin cibinə uyğun olsa, heç kim belə varianta əl atmaz, üç-beş aydan bir ölkədən çıxıb geri qayıtmaz:

"İstər tranzit, istərsə də başqa ölkələr, xüsusən Gürcüstan nömrəli avtomobillərlə bağlı vəziyyət sırf gömrük rüsumlarının yüksək olması ilə bağlıdır".

Məsələ ilə bağlı oxu.az-a danışan digər nəqliyyat eksperti Tural Yusifovda əsas diqqəti gömrük rüsumlarına çəkib:

"Gətirdiyi avtomobilin qiyməti qədər gömrük rüsumu ödəməkdənsə, riskə gedib orada kiminsə adına avtomobil alır, etibarnamə ilə ölkəmizə gəlir, 90 gün müddətinə burada avtomobili idarə edir və ölkədən çıxış edirlər".

O qeyd edib ki, bu, bütün növ - benzin, dizel, hibrid və ya elektrik avtomobillərinə aiddir. 

"Tutaq ki, mən qiyməti 20 min dollar (34 min manat) olan ikinci əl elektrik avtomobili almaq istəyirəm. Bu pulun 15 faizini idxal rüsumu olaraq verirəmsə, avtomobil 40 min manata başa gəlir.

Bir çox dünya ölkələrində elektrik avtomobilinin idxalına rüsum yoxdur, bizdə də bu rüsum ləğv olunmalıdır. Onsuz da bu tip avtomobillərin istifadəçisi azdır. Hibridin qənaətli avtomobil olmasına baxmayaraq, bu tip maşınlarla benzinlə işləyən avtomobillərin qiyməti gömrük rəsmiləşdirilməsində, demək olar ki, eynidir". 

Burada bir başqa məsələyə də diqqət yetirək. Əgər avtomobil qeydiyyata alınırsa, buradan əldə olunan gəlir dövlət büdcəsinə daxil olur. Və əgər bəzi sürücülər göstərilən yolla qeydiyyatdan yayınırsa, deməli, büdcə də buradan kifayət qədər zərər görür. 

E.Muradlı da diqqət yetirdiyimiz məsələ ilə bağlı fikirlərini bölüşüb:

"Bu məsələdə dövlət büdcəsi də ziyan görür. Misal üçün, biri var, 10 maşın gətirir və hərəsindən 10 min manat rüsum alır, ümumilikdə 100 min manat büdcəyə daxil olursa, normal gömrük rüsumları tətbiq olunsa, bu 10 rəqəmi 50-100 olar".

O bildirib ki, burada həm dövlət büdcəsi qazanmış olar, həm də bizim avtomobilləşmə prosesimiz davam edər, üstəlik, köhnə avtomobillər dövriyyədən çıxar.

Əlbəttə, bu gün Azərbaycan avtomobil parkında ən böyük və əsas problemlərdən biri köhnə, istismara yararsız avtomobillərin çoxluq təşkil etməsidir. İnsanlar qiymətlərin yüksək olması səbəbindən yeni avtomobillərə maraq göstərmir, daha çox ili köhnə maşınlara üstünlük verirlər. Həqiqətən də, bu gün Azərbaycan avtomobil bazarındakı qiymətlər kifayət qədər yüksəkdir. 

Gömrük rüsumları hər kəsin cibinə uyğun olsa, insanlar xaricdən aldıqları avtomobilləri qeydiyyatdan keçirər və bununla da avtomobil parkında yenilənmə müşahidə edilər. 

T.Yusifovun fikrincə, daxili bazarda avtomobil almaq şərtləri uyğun olarsa, ikinci əl avtomobil bazarı da inkişaf edər. 

"İnsanlar bu halda Gürcüstandan və ya digər ölkələrdən deyil, elə Azərbaycandan avtomobil alarlar. Bu, gömrük rüsumlarının uyğunlaşdırılmasının əsasında ola bilər. Bizdə gömrük qiymətləri altı pilləlidir, yəni maşın aldığın zaman altı pilləli vergi ödəyirsən - aksiz, rəsmiləşdirmə, əməliyyat xərcləri və s. Bunlar hamısı avtomobilin qiymətinə təsir edir". 

Hətta 2018-ci il dekabrın 27-də Prezident İlham Əliyev yol hərəkətinin təhlükəsizliyinə dair dövlət proqramını təsdiqləyib və həmin proqramda da ölkəyə sağlam, yeni avtomobillərin gətirilməsi bir şərt kimi qoyulur.

E.Muradlı deyib ki, xüsusən ekoloji cəhətdən təmiz avtomobillərə şərait yaradılması, bu cür maşınlar gətirənlərə müəyyən güzəştlərin edilməsi, stimullaşdırılması məsələsi bu sənəddə öz əksini tapır.

"Sənədin imzalanmasından beş aydan çox vaxt keçməsinə baxmayaraq, hələ ortada əməli iş yoxdur. 

Ona görə biz hələ də Gürcüstan nömrəli, tranzit nömrəli maşınların Azərbaycanda kütləvi şəkildə artmasının və belə avtomobillərin müəyyən müddətdən bir ölkədən çıxıb geri qayıtmasının şahidi olacağıq. Bu məsələlərə kompleks şəkildə yanaşmaq və həll yollarını insanların büdcəsinə uyğun şəkildə tapmaq lazımdır. Köhnə avtomobillər Azərbaycanda çox ciddi problemə çevrilib".

T.Yusifov problemdən çıxış yolu kimi kredit şərtlərinin münasib olmasının və rüsumlara yenidən baxılmasının vacibliyini qeyd edib:

"Əgər yeni avtomobilin qiyməti insanları qane etmirsə, təbii ki, köhnə, dizellə işləyən avtomobil alacaqlar. Halbuki dizel avtomobillərinin atmosferə zərəri daha çoxdur. Bu cür avtomobillərin utilizasiyası mümkün deyil, yəni həmin avtomobil ölkədə qalacaq, başqa ölkələrə göndərilə bilməyəcək".

Demokratikmusavat.com

Xəbər Lenti

Türkiyə qarşı sanksiyalar qəbul ediləcəkmi? - Trampdan AÇIQLAMA

Orxan Camalın qətli: dörd müstəntiq dəyişsə də, hamısı aciz qalıb...

"Ümid edirəm ki, bazar günü məni buraxacaqlar" - Bakıda patronlarla tutulan israilli

Gülnarə Kərimovanı həbsxanadan “təcili yardım”la çıxarıb apardılar

Cüdoçumuz Asiya açıq kubokunda bürünc medal qazanıb

Bakıda gənc oğlan parkda bıçaqlanıb, vəziyyəti ağırdı

Ağabaladan əla göstərici

"Neftçi"dən 6-cı qol - YENİLƏNİR

"Səbail" Avropa Liqası ilə vidalaşdı - YENİLƏNİB

Bakı-Şarm əl-Şeyx birbaşa aviareysi fəaliyyətə başlayıb - FOTO

"Mazda" 900-dən çox avtomobili geri çağırdı

Meteohəssas insanlar üçün XƏBƏR

Rusiyada ağır qəza: Yeddi nəfər ölüb

"Neftçi" fasiləyə üstün yollandı - YENİLƏNİR

"Neftçi"dən ikinci qol - YENİLƏNİR

"Səbail" hesabı bərabərləşdirdi - YENİLƏNİR

Müsabiqəyə 7 minə yaxın vakant müəllim yeri çıxarılacaq - Təhsil Nazirliyi

"Zirə" - "Keşlə" oyununda 4 qol

"Səbail" uduzur - YENİLƏNİR

"Neftçi" "Sperantsa"ya qarşı - YENİLƏNİR

Bu saraya yeni aşpaz axtarılır - 47 min maaş veriləcək

ABŞ Türkiyəyə qarşı sanksiyaya start verdi: Ankaraya 9 milyardlıq zərbə

PSJ-nin yetirməsi Bundesliqa klubunda - Rəsmi

İran silahlı qüvvәlәri yanacaq tankerini ələ keçirdi

İran Xəzər dənizinə hərbi gəmilər buraxacaq

Vaxtsız ölən xanımının fotosunu cibində gəzdirirdi - Mirzə dayı haqqında bilmədiklərimiz

Pentaqona ağır zərbə: Türkiyə bu sahədə liderdir

Azərbaycanlı paralimpiyaçılar “Tokio 2020” paralimpiya oyunlarına ilk lisenziyasını qazandı

Rustavi-2 məğlub oldu: TV İvanişviliyə verilir

"Neftçi" - "Sperantsa" - Heyətlər açıqlandı

Afaqdan daşların üstündə FOTOSESSİYA

ATƏT-in yeni qətnaməsi: ərazi bütövlüyünə və beynəlxalq hüquqa hörmətin ifadəsi

Ərdoğan S-400-ləri əslində buna görə alıb - “Röyter”dən şok

“Roma” yetirməsini yunanlara satdı

“Brilliant Aygündən, Faiqdən o qədər yüksəkdə dayanır ki... ” - Lalə Dadaşova

“Brilliant Aygündən,Faiqdən o qədər yüksəkdə dayanır ki... ” - Lalə Dadaşova

Cavidin müğənni olan keçmiş həyat yoldaşından açıq-saçıq FOTOlar

Leyla Abdullayeva: "Belə olduğu halda, Ermənistan rəhbərinin sülh və münaqişənin həlli ilə bağlı dediklərinə necə inanmaq olar?!"

“Bu ölkə sizin üçün zibilxana deyil” - ABŞ-a sərt mesaj

12 israilli turist hoteldə 19 yaşlı qıza TƏCAVÜZ ETDİ - SKANDAL OLAY

Bu iti tapana 200 manat veriləcək - FOTO

2019-cu ilin birinci yarısında paytaxtda cinayət hadisələrinin sayı azalıb

Qızını qətlə yetirən ATAYA HÖKM OXUNDU

Namiq “qorxusundan" imicini dəyişdi - FOTO

Oteldə sevgilisini öldürən “zek”ə ağır cəza verildi - Ciddi rejim

Dünyanın ən varlı idmançısı Həbibə yalvarır

Türkiyədə avtobusu daşa basdılar - Azərbaycanlı xəstəxanalıq oldu

Tanınmış şairə vəfat etdi

AB Türkiyəyə “ikinci cəbhə” açdı: Nə baş verir?

Amerikalı pastor: "Azərbaycan multikultural dəyərlərin təbliği istiqamətində dünya ölkələri üçün bir örnəkdir" - FOTO

KOBİA-nın informasiya və məsləhət xidmətlərindən yüzlərlə sahibkar yararlanıb - FOTO

Rusiya səfirinin qətli və görüntülərin yayımlanması - TRT-NİN 6 ƏMƏKDAŞI SAXLANILDI

Gerye "Qarabağ"dan bu səbəbə QOVULUBMUŞ - TƏFƏRRÜAT

Rusiya Türkiyəyə qırıcı da satmaq istəyir

Bu il 573 sahibkara 52 milyon manat güzəştli kredit verilib - Nazir müavini

Həbsdən çıxdı, qonşusunu "Zeytun bağları"nda öldürdü - Cəzası ağır oldu

Maradonanın keçmiş klubunda faciə - 20 yaşlı futbolçu öldürüldü

Azərbaycanlı model İnstaqramı “partlatdı” - Bəyənmə rekordu qıran FOTO

Səfirlik: "İranla Ermənistan arasında..."

Zakir Həsənov İranın ölkəmizdəki səfiri ilə görüşdü

Bu il yaşa görə pensiya təyinatlarının 82 faizi avtomatlaşdırılmış qaydada həyata keçirilib

Elza sponsorunun kim olduğunu açıqladı

Azərbaycanda bir sıra toxum sortları və tinglərin Dövlət Reyestrinə salınması təklif edilir

Pul üçün qul əzabı çəkənlərin şabaşı

Misirdə intiharçı-terrorçu partlayış törətdi - 2 ölü, 3 yaralı

Fransada avro şousu… - VIDEO - FOTO

Yasamalda baş verən davaya görə bir nəfər saxlanıldı

Neymarla bağlı yeni iddia - "Yuventus"...

Xalq artisti Zauru efirdə BİABIR ETDİ: Mən elə ifaçılardan deyiləm ki... - FOTO

Budur simanız, Əli Kərimli?

Prezident İlham Əliyev: "Azərbaycan ilə Aİ arasında əməkdaşlıq qarşılıqlı maraqlarımıza uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcək"

SON DƏQİQƏ: Türkiyədə faciə - Onlarla ölü, çox sayda yaralı var

İran yenə silkələndi - 4,2 bal

Çimərlikdəki biabırçı olay polisi hərəkətə keçirdi: 5 qadın lüt soyunub... - FOTO

Azərbaycan XİN-dən türk diplomatlarına hücumla bağlı BƏYANAT

Ruhinin hər yerdən sildirmək istədiyi arxiv FOTOları yayılıb

Qayınata arvadına təcavüz etmiş kürəkənini bağışladı

Mənzurə efirdə Manafdan ACIĞINI BELƏ ÇIXDI: Borc pul istədim, dedi... - FOTO

Türkiyədə terror aktının qarşısı alındı

Sumqayıtın şəhər statusu almasının 70 illiyi qeyd olunacaq - FOTO

Cinayətdə şübhəli bilinən 28 nəfər saxlanılıb

4 yaşlı qızın bilərziyini oğurlayan keçmiş məhkum saxlanıldı

Rafael Ağayevə qiymətli hədiyyə - FOTO

Qurban Qurbanov futbolçulara fasilədə nə deyib?

Qorxmaz Əlili uzun fasilədən sonra efirdə

Bu da Aynur Dadaşovanın qızı - İLK DƏFƏ ÜZÜNÜ GÖSTƏRDİ - FOTO

TRT əməkdaşları saxlanıldı - Rus səfirin qətlinin görüntülərinin yayımlanmasına görə

Vəzifəli şəxsə hökm oxundu

"Qarabağ" Azərbaycanın xalını artırdı - UEFA reytinqi

Qa­zaxda əsgərimiz yaralandı - General cəbhə bölgəsinə getdi - FOTO

"Mənə görə kişilər arasında mübarizə gedib"

Rusiyada atom elektrik stansiyasında qəza baş verdi

Roza Zərgərli qarın əzələlərini nümayiş etdirdi - FOTO

Bakıda Türkiyə vətəndaşı qarət olundu

İstirahət mərkəzində biabırçı olay: cütlük kimsəyə fikir vermədən eyvanda cinsi əlaqədə oldu - FOTO

"Artıq kiminlə qarşılaşacağımız önəmli deyil" - Vaqner da Silva

Stoltenberq: "NATO-da Türkiyənin alyansdan çıxarılması fikri səsləndirilməyib"

Azər Axşam hüquq-mühafizə orqanlarına şikayət etdi: "O, mənəviyyatsızlığa, vicdansızlığa yol verib"

Ərindən ayrılan azərbaycanlı aktrisa erotik görüntüsünü paylaşdı - VİDEO

Xəzərdə batmış qadın və 2 uşağın meyiti tapıldı

Muradla Ülviyyə aparıcılığa başlayır

Atəşkəs pulemyot və snayperlərlə pozuldu - 25 dəfə

Azərbaycanlı məşhurun övladının toyu oldu - 4 gün sonra oğlan toyudur - FOTO

Ata ağlayan qızlarını bu üsulla sakitləşdirdi - Rekord qıran VİDEO

Avropada azərbaycanlıları qarət edən mühacir biznesi: maskaları özləri yırtdılar - VIDEO - FOTO

Avropada azərbaycanlıları qarət edən mühacir biznesi: maskaları özləri yırtdılar

Yaponiyada güclü yanğın: ölən və yaralananlar var

Bolton: "ABŞ Özbəkistandakı islahatları alqışlayır"

Türkiyə XİN ABŞ-ın Ankaranın F-35 proqramından çıxarılması barədə qərarını qanunsuz adlandırıb

Zərif: Avropa Hərtərəfli Birgə Fəaliyyət Planını qoruyub saxlamaq istəyir

Azərbaycanda əhalinin gəlirləri artıb

"Taliban" tərəfdarları Əfqanıstanda generalı qətlə yetiriblər

Bakıda yaşayış binasında təhlükə aradan qaldırıldı

Pentaqon Meksika ilə sərhədə daha 2 min hərbçi göndərib

Ağ Ev: Ankaranın S-400 sistemlərini almaq qərarı onun F-35 proqramında iştirakını mümkünsüz edir

Türkiyənin F-35 proqramında iştirakının dayandırılacağı vaxt bəlli olub

Azərbaycanda onkoloji xəstələri müəyyən edə bilən yeni metod hazırlanıb

"Qarabağ"ın 100-cü qolu

Ermənistanda polislə toqquşma zamanı 13 etirazçı xəsarət alıb

Nazarov Bundesliqa klubuna qol vurdu

"Qarabağ"a qarşı təbii ki, müdafiə futbolu oynamalısan" - Franko Lerda

"İrlandiya çempionu ilə ağır oyunlarımız olacaq" - Rəşad Sadıqov

"Hamımızın ürəyi açıldı" - Tahir Gözəl

"Yaxşı hazırlaşmalıyıq ki, növbəti mərhələni də keçək" - Araz Abdullayev

"Partizani" müdafiə olunmaqdan həzz alırdı" - Qurban Qurbanov

ÇL-də birinci mərhələyə yekun vuruldu

Günün qoroskopu: Qisas və ya inciklik çox pis məsləhətçilərdir

"Qarabağ"ın növbəti rəqibi müəyyənləşdi

İspaniyada idman mərclərində fırıldaqçılığa qarşı mübarizə üzrə komissiya yaradılır