AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Fuad Axundov: Ermənistan istorioqrafiya sahəsində informasiya müharibəsini uduzub - FOTO

  28

İyunun 14-də Bakı Kitab Mərkəzində "Tarixlə üz-üzə" layihəsi çərçivəsində "İosif Orbelinin kitabının yoxa çıxmasının səbəbləri haqqında" elmi kitaba həsr olunmuş seminar keçirilib. Kitabın müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri, politoloq və tarixçi Fuad Axundovdur.

Kitaba ad kimi seçilmiş mövzu fəaliyyəti regionun alban dini abidələrinin erməniləşdirilməsinə yönəldilmiş erməni tarixçilərinin, etnoqraflarının və kilsə xadimlərinin saxtalaşdırmaları nəticəsində Cənubi Qafqaz tarixində yaranmış boşluqları doldurmaq baxımından son dərəcə əhəmiyyətlidir.

Seminarı Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva açaraq qeyd edib ki, "kitab barədə bilavasitə onun müəllifindən daha yaxşı heç kim danışa bilməz".

Sonra G.Rzayeva tədbirin moderatorunu - Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynovu təqdim edib. R.Hüseynov deyib: "Bu mövzuda araşdırmalar çoxdan aparılır. Fuad Axundov İosif Orbelinin faktiki olaraq itirilmiş kitabını Sankt-Peterburq arxivlərində tapıb".

Fuad Axundov bildirib ki, bu nəşr internetdə yayıldıqdan sonra kitabın yerləşdirildiyi resurs 10 min dəfədən çox haker hücumuna məruz qalıb. Politoloq deyib: "Bu onu göstərir ki, bu kitab çox qiymətli informasiya daşıyıcısıdır. Rəqəmsal inqilabın spesifikasını nəzərə alaraq biz bütün kitab və filmləri internetdə yerləşdiririk və bütün hücumlara baxmayaraq onlar mühüm funksiyalar daşıyır".

Müəllifin sözlərinə görə, artıq şərtlər dəyişib. Əgər əvvəllər Ermənistan öz tarixini özü yazırdısa, xalqını elmə zidd fikirlərlə yolundan azdırırdısa, indi internet sayəsində erməni xalqının alternativ tarixi öyrənmək imkanı yaranıb. "Hər halda mən ermənilərdən rəylər alıram. Doğrudur hələlik Ermənistanın hüdudlarından kənarda yaşayan ermənilərdən. Onlar bildirirlər ki, bu faktlarla heç vaxt tanış olmayıblar. Elə bunun özü o deməkdir ki, artıq buz hərəkətə gəlib", - deyə F.Axundov qeyd edib.

Kitabının bir nüsxəsini "Exo Moskvı" radiostansiyası vasitəsilə Nikol Paşinyanın xanımına təqdim etdiyini bildirən F.Axundov deyib: "Bir həftə sonra mənə bildirdilər ki, kitab N.Paşinyanın xanımına çatıb. O tez-tez deyir ki, Qanzasarı çox sevir. Buna görə də xahiş etdim ki, kitabın nüsxəsini ona versinlər və o, Qanzasarın həqiqi tarixi ilə tanış olsun. Mən radiostansiyanın efirində Paşinyanın xanımına onu da bildirdim ki, əgər o, Qanzasarı erməni mənəviyyatının ürəyi adlandırırsa, orada ermənilərə aid heç nə yoxdur".

Kitabın yazılmasına ən yaxşı alimlərin cəlb olunduğunu bildirən müəllif deyib: "Tam əminliklə deyə bilərəm ki, Ermənistan istorioqrafiya sahəsində informasiya müharibəsini uduzub.

"İ.Orbelinin kitabı təqribən 100 il elmi dairələrdə itirilmiş sayılıb. İ.Orbeli Qanzasarın Ermənistanın siyasi mərkəzi olması barədə erməni istorioqrafiyasının postulatını tamamilə inkar edir. Müəllif öz kitabında Qanzasarda Müqəddəs Vəftizçi Yəhya peyğəmbər kilsəsinin divarında yazıların tərcüməsi zamanı yol verilmiş səhvləri və sonradan edilmiş əlavələri göstərib. Müəllif faktiki olaraq erməni kilsəsinə qarşı çıxır", - deyə F.Axundov diqqətə çatdırıb.

Onun sözlərinə görə, erməni tərəfi son 160 ildə Qanzasarda baş kilsənin divarlarında yazıların tərcüməsi zamanı alban katolikosunun patriarx rütbəsini xatırlatmamağa üstünlük verib. Müəllif deyib: "Aparılan tədqiqatlar nəticəsində müəyyən olunub ki, xristian dünyasında ən yüksək patriarx rütbəsi alban katolikoslarında olub. Müqəddəs Vəftizçi Yəhya Kilsəsinin divarındakı yazıda "albanların katolikosu Nersesin patriarxlığı" dövründə alban dini liderinin titulu tamamilə aydın tərcümə olunub. Bu, onu göstərir ki, Alban Apostol Kilsəsi müstəqildir və ona İsa Peyğəmbərin həvariləri tərəfindən xeyir-dua verilib, yəni avtokefaldır və erməni-qriqorian kilsəsinə heç bir aidiyyəti yoxdur".

Lakin F.Axundov əmindir ki, ermənilər alban xalqının katolikosu Nersesin dini liderliyi haqqında fraqmentin olmasını gizlətməyə çalışır və hazırda baş kilsənin divarındakı yazılara dəyişiklik edərək və ya lövhələri dəyişdirərək sübut etməyə çalışırlar ki, Dağlıq Qarabağ torpaqları onlara məxsusdur. "Qanzasardakı yazılar həmin dövrdə alban xalqının artıq mövcud olmaması barədə erməni alimlərinin və ermənipərəst alimlərin iddialarını təkzib edir. Bu yazılar dəqiq göstərir ki, həmin torpaqlar alban xalqına məxsus olub, alban knyazları və Alban kilsəsi tərəfindən idarə olunub. Bunlar ermənilərin Cənubi Qafqaza tarixi-coğrafi mənsubiyyəti haqqında mifi təkzib edir", - deyə F.Axundov vurğulayıb.

Yeri gəlmişkən, F.Axundovun qeyd etdiyi kimi, qarabağlı erməni K.Şahnazarov bildirib ki, onlar əvvəlcə türk olublar, sonra erməniləşiblər. "O deyib ki, soyadındakı həm "şah", həm də "nəzər" sözləri erməni deyil, türk mənşəlidir, eləcə də ulu babasının adı - Hüseyn erməni mənşəli deyil. K.Şahnazarovun bu bəyanatı Ermənistan ictimaiyyətində güclü tənqid dalğası yaradıb. "Alban Avtokefal Kilsəsinin və xristian türklərin irsinin bərpası uğrunda hərəkat"ın rəhbəri Artur Ağacanov hesab edir ki, Qafqaz Albaniyasının erməni-qriqorian kilsəsi tərəfindən məhv edilmiş irsi regionun türk xalqları ilə qırılmaz surətdə bağlıdır", - deyə nəşrin müəllifi qeyd edib.

Sonra "Azer-Globe" İctimai-Siyasi Araşdırmalar İnstitutu nəzdində Qafqaz Tarixi Mərkəzinin direktoru, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi Rizvan Hüseynov, tarixçi- türkoloq Elşad Əlili, Azərbaycanın Alban-Udin Xristian İcmasının rəhbəri Robert Mobili çıxış edərək bu tapıntının əhəmiyyətini və erməni tərəfinin regionun erməniləşdirilməsinə yönəldilmiş saxtalaşdırmalarına və yalanlarına gələcəkdə yol verilməməsinin əhəmiyyətini vurğulayıblar.

Demokratikmusavat.com

Xəbər Lenti

ABŞ İran-a məxsus PUA-nı vurub

“Neftçi” rəqibini darmadağın edib, mərhələ adladı - YENİLƏNİB

Türkiyə qarşı sanksiyalar qəbul ediləcəkmi? - Trampdan AÇIQLAMA

Orxan Camalın qətli: dörd müstəntiq dəyişsə də, hamısı aciz qalıb...

"Ümid edirəm ki, bazar günü məni buraxacaqlar" - Bakıda patronlarla tutulan israilli

Gülnarə Kərimovanı həbsxanadan “təcili yardım”la çıxarıb apardılar

Cüdoçumuz Asiya açıq kubokunda bürünc medal qazanıb

Bakıda gənc oğlan parkda bıçaqlanıb, vəziyyəti ağırdı

Ağabaladan əla göstərici

"Neftçi"dən 6-cı qol - YENİLƏNİR

"Səbail" Avropa Liqası ilə vidalaşdı - YENİLƏNİB

Bakı-Şarm əl-Şeyx birbaşa aviareysi fəaliyyətə başlayıb - FOTO

"Mazda" 900-dən çox avtomobili geri çağırdı

Meteohəssas insanlar üçün XƏBƏR

Rusiyada ağır qəza: Yeddi nəfər ölüb

"Neftçi" fasiləyə üstün yollandı - YENİLƏNİR

"Neftçi"dən ikinci qol - YENİLƏNİR

"Səbail" hesabı bərabərləşdirdi - YENİLƏNİR

Müsabiqəyə 7 minə yaxın vakant müəllim yeri çıxarılacaq - Təhsil Nazirliyi

"Zirə" - "Keşlə" oyununda 4 qol

"Səbail" uduzur - YENİLƏNİR

"Neftçi" "Sperantsa"ya qarşı - YENİLƏNİR

Bu saraya yeni aşpaz axtarılır - 47 min maaş veriləcək

ABŞ Türkiyəyə qarşı sanksiyaya start verdi: Ankaraya 9 milyardlıq zərbə

PSJ-nin yetirməsi Bundesliqa klubunda - Rəsmi

İran silahlı qüvvәlәri yanacaq tankerini ələ keçirdi

İran Xəzər dənizinə hərbi gəmilər buraxacaq

Vaxtsız ölən xanımının fotosunu cibində gəzdirirdi - Mirzə dayı haqqında bilmədiklərimiz

Pentaqona ağır zərbə: Türkiyə bu sahədə liderdir

Azərbaycanlı paralimpiyaçılar “Tokio 2020” paralimpiya oyunlarına ilk lisenziyasını qazandı

Rustavi-2 məğlub oldu: TV İvanişviliyə verilir

"Neftçi" - "Sperantsa" - Heyətlər açıqlandı

Afaqdan daşların üstündə FOTOSESSİYA

ATƏT-in yeni qətnaməsi: ərazi bütövlüyünə və beynəlxalq hüquqa hörmətin ifadəsi

Ərdoğan S-400-ləri əslində buna görə alıb - “Röyter”dən şok

“Roma” yetirməsini yunanlara satdı

“Brilliant Aygündən, Faiqdən o qədər yüksəkdə dayanır ki... ” - Lalə Dadaşova

“Brilliant Aygündən,Faiqdən o qədər yüksəkdə dayanır ki... ” - Lalə Dadaşova

Cavidin müğənni olan keçmiş həyat yoldaşından açıq-saçıq FOTOlar

Leyla Abdullayeva: "Belə olduğu halda, Ermənistan rəhbərinin sülh və münaqişənin həlli ilə bağlı dediklərinə necə inanmaq olar?!"

“Bu ölkə sizin üçün zibilxana deyil” - ABŞ-a sərt mesaj

12 israilli turist hoteldə 19 yaşlı qıza TƏCAVÜZ ETDİ - SKANDAL OLAY

Bu iti tapana 200 manat veriləcək - FOTO

2019-cu ilin birinci yarısında paytaxtda cinayət hadisələrinin sayı azalıb

Qızını qətlə yetirən ATAYA HÖKM OXUNDU

Namiq “qorxusundan" imicini dəyişdi - FOTO

Oteldə sevgilisini öldürən “zek”ə ağır cəza verildi - Ciddi rejim

Dünyanın ən varlı idmançısı Həbibə yalvarır

Türkiyədə avtobusu daşa basdılar - Azərbaycanlı xəstəxanalıq oldu

Tanınmış şairə vəfat etdi

AB Türkiyəyə “ikinci cəbhə” açdı: Nə baş verir?

Amerikalı pastor: "Azərbaycan multikultural dəyərlərin təbliği istiqamətində dünya ölkələri üçün bir örnəkdir" - FOTO

KOBİA-nın informasiya və məsləhət xidmətlərindən yüzlərlə sahibkar yararlanıb - FOTO

Rusiya səfirinin qətli və görüntülərin yayımlanması - TRT-NİN 6 ƏMƏKDAŞI SAXLANILDI

Gerye "Qarabağ"dan bu səbəbə QOVULUBMUŞ - TƏFƏRRÜAT

Rusiya Türkiyəyə qırıcı da satmaq istəyir

Bu il 573 sahibkara 52 milyon manat güzəştli kredit verilib - Nazir müavini

Həbsdən çıxdı, qonşusunu "Zeytun bağları"nda öldürdü - Cəzası ağır oldu

Maradonanın keçmiş klubunda faciə - 20 yaşlı futbolçu öldürüldü

Azərbaycanlı model İnstaqramı “partlatdı” - Bəyənmə rekordu qıran FOTO

Səfirlik: "İranla Ermənistan arasında..."

Zakir Həsənov İranın ölkəmizdəki səfiri ilə görüşdü

Bu il yaşa görə pensiya təyinatlarının 82 faizi avtomatlaşdırılmış qaydada həyata keçirilib

Elza sponsorunun kim olduğunu açıqladı

Azərbaycanda bir sıra toxum sortları və tinglərin Dövlət Reyestrinə salınması təklif edilir

Pul üçün qul əzabı çəkənlərin şabaşı

Misirdə intiharçı-terrorçu partlayış törətdi - 2 ölü, 3 yaralı

Fransada avro şousu… - VIDEO - FOTO

Yasamalda baş verən davaya görə bir nəfər saxlanıldı

Neymarla bağlı yeni iddia - "Yuventus"...

Xalq artisti Zauru efirdə BİABIR ETDİ: Mən elə ifaçılardan deyiləm ki... - FOTO

Budur simanız, Əli Kərimli?

Prezident İlham Əliyev: "Azərbaycan ilə Aİ arasında əməkdaşlıq qarşılıqlı maraqlarımıza uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcək"

SON DƏQİQƏ: Türkiyədə faciə - Onlarla ölü, çox sayda yaralı var

İran yenə silkələndi - 4,2 bal

Çimərlikdəki biabırçı olay polisi hərəkətə keçirdi: 5 qadın lüt soyunub... - FOTO

Azərbaycan XİN-dən türk diplomatlarına hücumla bağlı BƏYANAT

Ruhinin hər yerdən sildirmək istədiyi arxiv FOTOları yayılıb

Qayınata arvadına təcavüz etmiş kürəkənini bağışladı

Mənzurə efirdə Manafdan ACIĞINI BELƏ ÇIXDI: Borc pul istədim, dedi... - FOTO

Türkiyədə terror aktının qarşısı alındı

Sumqayıtın şəhər statusu almasının 70 illiyi qeyd olunacaq - FOTO

Cinayətdə şübhəli bilinən 28 nəfər saxlanılıb

4 yaşlı qızın bilərziyini oğurlayan keçmiş məhkum saxlanıldı

Rafael Ağayevə qiymətli hədiyyə - FOTO

Qurban Qurbanov futbolçulara fasilədə nə deyib?

Qorxmaz Əlili uzun fasilədən sonra efirdə

Bu da Aynur Dadaşovanın qızı - İLK DƏFƏ ÜZÜNÜ GÖSTƏRDİ - FOTO

TRT əməkdaşları saxlanıldı - Rus səfirin qətlinin görüntülərinin yayımlanmasına görə

Vəzifəli şəxsə hökm oxundu

"Qarabağ" Azərbaycanın xalını artırdı - UEFA reytinqi

Qa­zaxda əsgərimiz yaralandı - General cəbhə bölgəsinə getdi - FOTO

"Mənə görə kişilər arasında mübarizə gedib"

Rusiyada atom elektrik stansiyasında qəza baş verdi

Roza Zərgərli qarın əzələlərini nümayiş etdirdi - FOTO

Bakıda Türkiyə vətəndaşı qarət olundu

İstirahət mərkəzində biabırçı olay: cütlük kimsəyə fikir vermədən eyvanda cinsi əlaqədə oldu - FOTO

"Artıq kiminlə qarşılaşacağımız önəmli deyil" - Vaqner da Silva

Stoltenberq: "NATO-da Türkiyənin alyansdan çıxarılması fikri səsləndirilməyib"

Azər Axşam hüquq-mühafizə orqanlarına şikayət etdi: "O, mənəviyyatsızlığa, vicdansızlığa yol verib"

Ərindən ayrılan azərbaycanlı aktrisa erotik görüntüsünü paylaşdı - VİDEO

Xəzərdə batmış qadın və 2 uşağın meyiti tapıldı

Muradla Ülviyyə aparıcılığa başlayır

Atəşkəs pulemyot və snayperlərlə pozuldu - 25 dəfə

Azərbaycanlı məşhurun övladının toyu oldu - 4 gün sonra oğlan toyudur - FOTO

Ata ağlayan qızlarını bu üsulla sakitləşdirdi - Rekord qıran VİDEO

Avropada azərbaycanlıları qarət edən mühacir biznesi: maskaları özləri yırtdılar - VIDEO - FOTO

Avropada azərbaycanlıları qarət edən mühacir biznesi: maskaları özləri yırtdılar

Yaponiyada güclü yanğın: ölən və yaralananlar var

Bolton: "ABŞ Özbəkistandakı islahatları alqışlayır"

Türkiyə XİN ABŞ-ın Ankaranın F-35 proqramından çıxarılması barədə qərarını qanunsuz adlandırıb

Zərif: Avropa Hərtərəfli Birgə Fəaliyyət Planını qoruyub saxlamaq istəyir

Azərbaycanda əhalinin gəlirləri artıb

"Taliban" tərəfdarları Əfqanıstanda generalı qətlə yetiriblər

Bakıda yaşayış binasında təhlükə aradan qaldırıldı

Pentaqon Meksika ilə sərhədə daha 2 min hərbçi göndərib

Ağ Ev: Ankaranın S-400 sistemlərini almaq qərarı onun F-35 proqramında iştirakını mümkünsüz edir

Türkiyənin F-35 proqramında iştirakının dayandırılacağı vaxt bəlli olub

Azərbaycanda onkoloji xəstələri müəyyən edə bilən yeni metod hazırlanıb

"Qarabağ"ın 100-cü qolu

Ermənistanda polislə toqquşma zamanı 13 etirazçı xəsarət alıb

Nazarov Bundesliqa klubuna qol vurdu

"Qarabağ"a qarşı təbii ki, müdafiə futbolu oynamalısan" - Franko Lerda

"İrlandiya çempionu ilə ağır oyunlarımız olacaq" - Rəşad Sadıqov

"Hamımızın ürəyi açıldı" - Tahir Gözəl

"Yaxşı hazırlaşmalıyıq ki, növbəti mərhələni də keçək" - Araz Abdullayev

"Partizani" müdafiə olunmaqdan həzz alırdı" - Qurban Qurbanov

ÇL-də birinci mərhələyə yekun vuruldu

Günün qoroskopu: Qisas və ya inciklik çox pis məsləhətçilərdir