AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Dövlət Yol Polisi İdarəsinin 5 saylı otağında pul yığılır

  23

Kompüterdə yazılan ərizə avtomobil sahiblərinə 10 manata satılır

 Ölkə Prezidenti bütün dövlət orqanlarında rüşvətxorluğun, qənimətçiliyin, süründürməçiliyin ləğv edilməsi istiqamətində ardıcıl mübarizə aparmasına baxmayraq, əksər dövlət orqanlarında müxtəlif adlar altında vətəndaşlardan pul alınır. Maraqlıdır ki, bu hallar dövlət orqanlarında o qədər geniş yayılıb ki, hətta bəziləri bu pulları dövlət rüsumu kimi qələmə verməkdən belə çəkinmir. Qeyd edim ki, belə bir hal, yəni vətəndaşlardan qanunsuz pul yığmaq ölkənin cəzaçəkmə müəssisələrində çoxdan mövcuddur. Məhbusla görüşə gələn hər kəsə 1 manata ərizə yazmaq məcburi təklif olunur. Ərizə formasını əlində hazır saxlayan şəxs üçün, hətta cəzaçəkmə müəssəsinin rəisi tərəfindən ayrıca otaq da ayrılıb. Bu hal, ərizələrdən əldə olunan pulun bir hissəsinin rəisə çatdıını deməyə əsas verir və bu, belədir.

Bu günlərdə avtomobil aldığım insanla DİN – in Respublika DYP İdarəsinə getdik. Avtomobili baxışdan keçirdikdən sonra bizi 5 saylı otağa göndərdilər. Otaqda məlum oldu ki, maşını qeydiyyatdan çıxarmaq üçün rəisin adına ərizə yazmalıyıq və bu ərizə mütləq (!) kompüterdə yazılmalıdır. Təbii ki, bura gələn avtomobil sahibləri özləri ilə kompüter gətirmir, həm də orada onlara kompüterdə ərizə yazmaq üçün şərait yaradılmayıb. Deməli, Azərbaycan Respublikası Dövlət Yol Polisi İdarəsində vətəndaşlardan düşünülmüş şəkildə pul qoparmaq üçün mexanizm yaradılıb. Eyni zamanda, o da məlum oldu ki, kompüterdə ərizəni yazan adama 10 manat pul verilməlidir. Maraqlanıb məlumat aldıq ki, hər gün 250 – 500 sayda avtomobil qeydiyyatdan çıxarılır və ya qeydiyyata salınırsa, deməli, tək 5 saylı otaqda gün ərzində 2500 – 5000 manat pul əldə olunur və mənimsənilir!

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyində olan Dövlət Yol Polisi İdarəsinə 30 ilə yaxındır ki, DİN müavini, general Ramiz Zeynalov rəhbərlik edir. İdarəyə rəhbərlik etdiyi müddətdə cənab generalın mətbuatın gündəmini zəbt etməsi heç də təsadüfi deyil. Çünki bu idarə başdan- ayağa, təpədən- dırnağa, giriş qapısından çıxış qapısına kimi rüşvətlə idarə olunur. Bu idarədə rüşvətxorluğun qanun halına salınması barədə yalnız ölkə vətəndaşları, ölkə mətbuatı deyil, eyni zamanda, beynəlxalq təşkilatlar, ictimaiyyət və mətbuat geniş materiallar dərc edir. Amma ölkədə bu sahəyə rəhbərlik edən cənab nazir və nazir müavini nədənsə, ölkəni beynəlxalq aləmdə hörmətdən salan, vətəndaşın dövlətə bəslədiyi inama açıq sarsıdıcı zərbə vuran rüşvətxorluğun hökm sürdüyü idarənin rəhbərliyinə cəza vermir, tədbir görmür və idarədə baş verən rüşvətxorluq kimi, çirkin cinayət hadisələrinə loyal münasibət bəsləyir ki, buna yanaşmanı anlamaq və bu loyallığa haqq qazandırmaq qəti mümkün deyil.

Açıq, çəkinmədən qeyd edirəm ki, ölkəmizin Daxili İşlər Nazirliyinin tərkibində olan idarələri arasında nazirliyi xalqın tənqid hədəfinə çevirən, narazılıq yaradan, dövlət – xalq münasibətlərini gərginləşdirən və dövləti ən çox hörmətdən salan Dövlət Yol Polisi İdarəsidir! Bu cür eybəcər hal həm Bakı şəhərində, həm də əyalətlərdə xalqı çox narahat edir. Xalq DYP tərəfindən o qədər talanır ki, bu talanın gerçək rəqəmlərlə ifadəsi milyonlarla manatdır. Ölkə başdan başa kameralaşdırılıb. Bu kameralar xalqın və dövlətin xeyirinə deyil, DİN – də yüksək vəzifə tutan adamlara xidmət edir. Ailəsini zorla, çətinliklə, köhnə avtomobili ilə saxlayan, yaxud təsərrüfatını inkişaf etdirən ölkə vətəndaşları yazıq kökə salınıb. DYP əməkdaşları həddlərini o dərəcədə aşıblar ki, əyalətlərdə alınan cərimələri mənimsəyib ciblərinə qoyurlar və külli miqdarda pulun dövlətin xəzinəsinə daxil olmasına imkan vermirlər.

DYP sistemində xalq və dövlət əleyhinə cərəyan edən hadisələr bundan sonra da indiki tərzdə davam edəcəksə, uzaq yox, yaxın gələcəkdə ölkəni xalq etirazları bürüyəcəyinə şübhə etmirəm və o zaman cənab nazir başda olmaqla, bu sistemi rüşvət çarxına çevirib xalqın üzərinə salanlar, milləti talayıb dövlətdən narazı salanlar ölkə Prezidentinin sərt qərarı ilə üzləşəcəklər!

Əminəm ki, ölkədə DYP sisteminin xalqa qarşı törətdiyi haqsızlıqlar barədə həqiqətlər ölkə Prezidenti cənab İlham Əliyevdən gizlədilir. Bu sahədə baş verən mənfi hadisələr haqqında cənab Prezidenti məlumatlandırmalı olan vəzifəli şəxslər öz vəzifə borclarını yeinə yetirmək əvəzinə, xalqı incidən, avtomobil sahibi olan insanları talamaqla məşğul olan DYP əməkdaşlarını himayə edirlər.

Vəzifəsini lazımınca yeinə yetirməyən, oturduğu dövlət kürsüsündən öz şəxsi məqsədləri üçün geniş istifadə edən yüksək vəzifəli şəxslərin son 16 ildə uğursuzluğa düçar olmuş sələfləriylə bağlı kifayət qədər misal gətirə bilərəm. Amma Respublika DYP İdarəsi rəhbərliyinin taleyinin də belə uğursuzluğa düçar olmasını arzu etməsəm də, bu idarənin əməkdaşlarının törətdikləri rüşvətxorluq və korrupsiya əməllərinin yaxşı sonluqla bitəcəyinə edə əmin deyiləm.

 Mahir Abbas

Xəbər Lenti

Günün qoroskopu: Əməyinizin qədrini bilin, işləri yarımçıq qoymayın

5 otaqlı ev yanıb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub

Rumıniya və Bolqarıstan Avropa İttifaqında innovasiyaların artımı üzrə sonuncu yerdədir

ABŞ-ın Federal Ehtiyyatlar Sistemi baza faiz dərəcəsini dəyişilməz saxlayıb: 2,25-2,5%

Ölkədə qızıl və gümüş bahalaşıb

Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Azərbaycana səfərə gəlib

"Məni 70 yaşlı kişiyə ərə vermək istədilər" - Evdən qaçan Nuranə

Bu ölkədə kəskin istilər 92 nəfəri öldürdü

Elmar Məmmədyarov Con Boltonla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Şəkidə ferma yanıb

Yaponiyada uşaqlara fiziki cəza verilməsini qadağan edən qanuna düzəliş qəbul edilib

Serbiya Azərbaycan qazını nə zaman əldə edəcək?

Yerli məşhurların İnstaqram həyatı - FOTO

Rodrigesin klubu müəyyənləşdi

"Keşlə" Hollandiya klubunun futbolçusunu transfer etdi

Elxan Ələsgərov: "Azərbaycan Vyanada sivilizasiyalararası dialoqun inkişafına baxışını səsləndirdi və Qarabağla bağlı mövqeyini möhkəmləndirdi"

Ərdoğandan Ahmet Kaya açıqlaması

Magistraturaya qəbulun nəticələri açıqlandı

Azərbaycanla ABŞ arasında mədəniyyət sahəsində əlaqələrin daha da genişləndirilməsi müzakirə edilib

“Azərbaycan Gülüş Liqası”nın rəsmi açılış mərasimi oldu - FOTO

"Ştutqart"ın futbolçusu “Qarabağ”da oynamağa razılıq verdi

Kişiləri məişət zorakılığından qoruyan proqram hazırlanır

"Səbail"dən Bundesliqa klubuna keçdi

"Evimə - "Barselona"ya qayıtmaq istəyirəm" - Neymar

Merilin Monronun heykəlini oğurladılar

Qarabağda aviamərmi partladı, erməni yaralandı

"Yaponiya ilə Azərbaycan arasında viza sadələşdirilməsi istiqamətində işlər aparılır" - Səfir

Afaq Bəşirqızı və Mehriban Zəkidən etiraf - VİDEO

Mats Hummels rəsmən "Borussiya"da

Azərbaycan əhalisinin sayı açıqlandı

Bakıda 40 min manatlıq qızıl-zinət əşyaları oğurlandı

Pentaqon rəhbəri istefa verdi - İllər öncə arvadından şiddət görüb

Yoldan keçənləri pəncərədən güllələyən şəxs tutuldu

Enrike İspaniya millisindən gedir - Ailəsinə görə

Sərvəti 100 milyardı keçən üçüncü adam kim oldu?

Polis "06"nı saxladı - 3 kq.-dan çox narkotik tapıldı

Ərdoğan: "Mursini öldürüblər"

Rail Məlikovla müqavilə imzalandı

Azərbaycan daha bir beynəlxalq sənədə qoşulur

Milli mənlik şüurunun formalaşması daim diqqət tələb edir

Mirabdulla “Neftçi”ni məhkəməyə verir

Əlixan Rəcəbov bu xanımla ailə qurur - FOTO

Muğam Mərkəzinin "Unudulmayanlar" layihəsi Mirzə Məhəmmədhəsəni yad edib - FOTO

"Möhtərəm Prezidentimizin təqdim etdiyi yeni sosial paket inqilabi addımların növbəti mərhələsidir"

DİN sürücülərə müraciət etdi

Azərbaycan əhalisi daha çox nəyə pul xərcləyir?

Azərbaycanın mədəniyyət brendi yaradılır - Loqonun ilkin variantı hazırdır

Prezident İlham Əliyev: "Azərbaycan müxtəlif mədəniyyətlərin ahəngdar münasibətlərinə və humanitar əməkdaşlıq ideyalarına hərtərəfli dəstək verir"

Nazirlik: 72 abidənin pasportlaşdırılması planlaşdırılır

Çavuşoğlu İrana gedir

Beynəlxalq Qəzetçilər Cəmiyyətinin baş direktoru Mətbuat Şurasında olub

Serbiya Prezidenti Azərbaycan alimlərinin nümayəndə heyətini qəbul edib - FOTO

Dünya üzrə qaçqınların sayı 70 milyonu keçdi - 70 ilin ən yüksək göstəricisi

Nur-Sultanda Azərbaycan ticarət evi açılacaq

Bakıda şirkətə CV göndərən qıza qəribə cavab: "Ətəyini qısalt, gəl işlə"

Günel: "Bakıya pul qazanmağa gəlirəm"

Deputat silah təmizləyərkən özünü güllələdi

Gəncədə 2 yeniyetmə 27 minlik qızıl oğurlayıb

""Qarabağ" uduzub, Avroliqaya düşsə..." - Rəqibi

“Ostankino” qülləsində BOMBA həyəcanı - Axtarışlar aparılır

Qorxmaz Əlili: “Gürcüstanlılar bədbəxtdir”

Rusiyalı analitik: "Azərbaycanın "Şimal-Cənub" layihəsində iştirakı dövlətin siyasi statusunu artırır"

"Köpək oğlu sözünü mən evdə oğullarıma da deyirəm" - VİDEO

Çempionlar Liqasında 2-ci mərhələnin bütün cütlükləri

“Ural hava yolları” şirkəti bort jurnalının redaksiyası Azərbaycandan üzr istəyib

"Neftçi", "Səbail" və "Qəbələ"nin potensial rəqibi bəlli oldu - YENİLƏNİB

İsrailin TPS xəbər agentliyi AZƏRTAC ilə əməkdaşlıq əlaqələri qurmaqda maraqlıdır

“Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının iclasları keçirilib - FOTO

Cenevrədə "CANSO 2020: BAKU" tədbirinin rəsmi təqdimatı keçirilmişdir - VİDEO

OPEC+ ölkələri növbəti görüşün VAXTINI açıqladı

"Camaat müğənniləri harınlaşdırıb" - Nadir

Artıq İrana gedən turistlərin pasportlarına möhür vurulmayacaq - RƏSMİ

İçməli su nə zaman fasiləsiz veriləcək? - VİDEO - FOTO

Bu ölkənin paytaxtı dəyişdirilir - 2021-ci ildən

Minimum məvaciblər artır

Hindistanda epidemiya: 130-a yaxın uşaq ölüb

Rusiya azərbaycanlı qadını beynəlxalq axtarışa verdi

Əməkdar artist VİDEO paylaşdı, öpüş göndərdi

Əməkdar aktrisa VİDEO paylaşdı, öpüş göndərdi

"Hamı bizdən danışar" - Xatunla Rozanı birləşdirən omba

Azərbaycanlı sürücü generalı yarı yolda qoyub soydu

Türkiyədə azərbaycanlı qadın özünü çaya atdı - VİDEO

"Yaraşıqlı, şıq görünürəm, məni həzm edə bilmirlər"

Rəqəmsal terrorizm erası başlayır - Rusiyadan həyəcan

Zamiqlə Röyanın EHTİRASLI RƏQSİ - VİDEO

“Rəqibin adına önəm vermirəm” - “Partizani”nin baş məşqçisi

Bakıda diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş İƏT Xarici İşlər Nazirləri Şurasının simulyasiyası keçirilib - FOTO

“Baku Network” Vyanada "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfransında təmsil olunur - FOTO

Anasız qaldığım bir il yaxud, anamın qapısına gedən yol

Əli Əhmədov: "Azərbaycan vətəndaşını daha yüksək rifah gözləyir"

Ölkə xaricinə və ölkədaxili turlar...

Bu dəfə Yusif Mustafayev canlı efirdə söyüş söydü - VİDEO

Azərbaycan və Fransa birgə zirehli texnika istehsal edəcək

Azərbaycanlı futbolçu 27 yaşında karyerasını bitirdi

Cənnət xəzinələrindən

biri – Səbir

“Bölgələrdən bölgələrə” II yaradıcılıq festivalına yekun vuruldu - FOTO

Rusiyadan Azərbaycana gələn "Mercedes"də qanunsuz mallar tapıldı - FOTO

Zaur Kamala canlı efirdə sərt cavab

Öz ölkəsinə yadelli...

Zakir Həsənov: “Mxitaryan bir qəpiklik futbolçu deyil” - VİDEO

Mingəçevirdə qardaş qardaşı bıçaqladı

"Qarabağ"ın 2-ci mərhələdəki potensial rəqibləri bəlli oldu - YENİLƏNİB

"Azdrama" qastrola yollandı - Hamı avtobusla, Məleykə Əsədova təyyarəylə - FOTO

İpoteka və Kredit Zəmanət Fondu prosedur qaydalarına dəyişiklik edib

Azərbaycanla İran və İndoneziya arasında gələcək əməkdaşlığa dair fikir mübadilələri aparılıb - FOTO

Millət vəkili: "Bu sərəncam əhalinin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində əsl inqilabdır"

“Favorit bizik” - “Səbail”in rəqibini prezidenti

1700-dən çox müəllim iş yerini dəyişdi

Bakıda 80 minlik oğurluq - Evdən seyf aparıldı

İmamoğludan hotel görüşü ilə bağlı açıqlama

Kinoteatrlar "Bozbash pictures"i küsdürdü

Bakıda azyaşlı oğlanı zorlayan şəxsi 15 il həbs cəzası gözləyir - MƏHKƏMƏ

Evinin zirzəmisindən 3 kq.-dan çox narkotik tapıldı

16 cinayətin üstü açıldı

Sabahın HAVAsı

“Qurban atam kimidir, Rəşad qardaşımdır”

Masazırda işıq olmayacaq

Bakıda gənc oğlan evə apardığı qadını zorladı

Təranənin illərdir davam edən qadağası bitdi

Vaşinqtonda Qarabağla bağlı önəmli görüşlər başladı

Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların maaşı 40 faiz artırıldı

“Tiryək udub özünə kraliça deyirsən”

Zakir Həsənov: "Tabeliyinizdə olan şəxsi heyəti Vətənə sevgi və düşmənə nifrət ruhunda tərbiyə etməlisiniz" - FOTO

"Buta Airways"in Kiyev istiqamətində olan bütün reysləri müvəqqəti olaraq "Borispol" hava limanına həyata keçiriləcək

Vüsal Qasımlı: "Prezidentin imzaladığı yeni sosial paket iki milyondan çox insanı əhatə edəcək" - FOTO

Binəqədidə maşında öldürülən məşhur riyaziyyatçının oğludur - İlginc gəlişmə

“Qəbələ”nin rəqibləri azaldı - YENİLƏNİB

İmamoğlunun adı daha bir qalmaqala qarışdı - FOTO

Göldə çimənlər zəhərləndilər: 27 nəfər xəstəxanaya düşdü

Sel 7 nəfəri apardı

ABŞ Səfirliyi amerikalı idman elçilərinin Azərbaycana səfərini maliyyələşdirir

İsa Həbibbəyli: "Maaş artımı AMEA-nın 300-dən çox əməkdaşına şamil edilir"

“Rəqiblərin ən güclüsü bizə düşdü” - Hacıyev

Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə iştirak edib

“Qarabağ” 2-ci mərhələdəki rəqibini tanıyır

İlqar Xəyal ikinci dəfə evlənibmiş

200 manatdan aşağı pensiya alanlara ŞAD XƏBƏR

"Azərbaycanda sosial sahədə inqilabi addımların növbəti mərhələsi başlanır"

160 minə yaxın müəllimin maaşları artırılacaq

Avropa Liqası: "Qəbələ"nin rəqibi müəyyənləşir

Erməni kilsəsinin 60 tələbəsi 2 yəhudini öldürmək istədi

Düşünməyə dəyər - Kafe müdiri rolunda niyə məhz "Tofiq Bəhramov" adı...

Deputat: "Prezident İlham Əliyev tərəfindən imzalanan növbəti sosial paket inqilabi addımdır"

“Dünənki sərəncamla 950 min insanın maaşı artıb”

UEFA "Neftçi"nin oyununun yerini dəyişdirdi

İcma sədri: "Danışıqlar Azərbaycan və Ermənistan rəhbərliyi tərəfindən davam etdirilir, icmalar maraqlı tərəf kimi prosesi izləyir"

Maaşlar 40 faiz artırıldı: indi nə olacaq?

Bakıda kişi keçmiş arvadını bıçaqladı

Dilarə qızının xınasında ağladı - VİDEO

Maaşlar nə qədər artacaq? - Nazirlik açıqladı

Meksika prezidenti Zukerberqdən kömək istədi

İranlı general: "ABŞ-ın gəmilərini vura bilərik"

Səfir: "Azərbaycandan Türkiyəyə gedəcək turistlərin sayında artım gözlənilir"

Başına 4 milyon qoyulmuş PKK terrorçusu məhv edildi

29 yaşlı gənc güllələndi

Neftçalada 29 yaşlı gənc güllələndi

Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu

2 idmançımız Tunisdə dünya çempionu oldu

Aysun geyimi ilə Zauru efirdə çətin vəziyyətə saldı

Ağstafada 8 nəfərin güllələndiyi hadisənin yeni görüntüləri - VİDEO

Platini azadlığa buraxıldı

Filadelfiya limanında gəmidə 16,5 ton kokain aşkar edilib

Yaponiyada zəlzələ nəticəsində 21 nəfər xəsarət alıb

Çində dağ uçqunu nəticəsində beş nəfər həlak olub

İrana müalicə üçün gələnlər arasında azərbaycanlılar da var - Nazir müavini

Con Bolton: "ABŞ Azərbaycan və Ermənistan arasındakı dialoqu təşviq etməyə davam edəcək"

İspaniyada Suriyadakı terrorçuları maliyyələşdirən qruplaşma zərərsizləşdirilib

Türkiyədə adı "qırmızı siyahıya" alınan terrorist məhv edilib

Silahlılar Suriyada iki vilayəti atəşə tutublar

Hərracda 26 dövlət əmlakına 40 sifariş verilib

Kolumbiya ilə Venesuela sərhədində partlayışlar olub: 12 nəfər həlak olub

İspaniyada külli miqdarda narkotiklə dolu gəmi saxlanılıb