"Kontakt home" azərbaycanlı aparıcının ittihamlarına cavab verdi

 

"Kontakt Home" aparıcı Səma Camalqızının ittihamlarına cavab verdi.

Demokratikmusavat.com-ın redaksiyasına göndərilən məktubda deyilir ki, şikayət şirkətə daxil olduğu andan etibarən məsələ araşdırılır:

""Kontakt Home" şirkəti olaraq daima müştərilərimizə keyfiyyətli məhsul və xidmət təqdim etmək prinsipini rəhbər tutduğumuzu diqqətinizə çatdırmaq istərdik.

Məlumat üçün bildirək ki, şikayət şirkətimizə daxil olduğu andan etibarən məsələ araşdırılmaq üçün Səma xanımla əlaqə yaradılmış və həlli ilə bağlı işlər görülməyə başlanılmışdır.

Prosedur qaydalarına və zəmanət şərtlərinə əsasən, Səma xanıma rəsmi servis mərkəzlərimizə müraciət etmək tövsiyə olunmuş və bununla bağlı razılığa gəlinmişdir".

Şirkətdən qeyd edilib ki, ümumiyyətlə, qeyd olunan məsələ ilə bağlı rəsmi servis diaqnostikası olmadan məhsulun keyfiyyəti ilə əlaqədar hər hansı bir şərh vermək və bununla bağlı ittiham irəli sürmək doğru deyil.

Demokratikmusavat.com

0.15958499908447