Kontakt Home Səmanın şikayətinə münasibət bildirdi

 

Hörmətli redaksiya,

Dünən saytınızda axsam.az saytına istinadən keçmiş aparıcı Səma Camalqızının iddiası dərc olunmuşdur.

Kontakt Home şirkəti olaraq daima müştərilərimizə keyfiyyətli məhsul və xidmət təqdim etmək prinsipini rəhbərtutduğumuzu diqqətinizə çatdırmaq istərdik.

Məlumat üçün bildirək ki, şikayət şirkətimizə daxil olduğu andan etibarən məsələ araşdırılmaq üçün Səma xanımla əlaqə yaradılmış və həlli ilə bağlı işlər görülməyə başlanılmışdır.

Prosedur qaydalarına və zəmanət şərtlərinə əsasən Səma xanıma rəsmi servis mərkəzlərimizə müraciət etmək tövsiyə olunmuş və bununla bağlı razılığa gəlinmişdir.

Ümumiyyətlə qeyd olunan məsələ ilə bağlı rəsmi servis diaqnostikası olmadan məhsulun keyfiyyəti ilə əlaqədar hər hansı bir şərh vermək və bununla bağlı ittiham irəli sürmək doğru deyil.

Saytda gedən başlıq əhali arasında çaşqınlıq yaradır, həmçinin şirkətimizin imici əleyhinə işləyir.

Sizdən başlıq seçiminə daha həssas yanaşmağ.ınızı və şirkətimizin mövqeyini də dərc etməyinizi xahiş edirəm.

Öncədən təşəkkür edirəm.

Xəbərə keçid: https://demokratikmusavat.com/index.php?view=article&id=155320&dil=az

0.1871018409729