AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib

  10

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən iyunun 7-dən etibarən Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin "Sarsılmaz qardaşlıq-2019" birgə döyüş atışlı taktiki təlimləri başlayıb.

Müdafiə Nazirliyindən Demokratikmusavat.com-a verilən məlumata görə, iyunun 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov birgə döyüş atışlı taktiki təlimi izləyiblər.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev təlimə hazırlıq barədə raport verib.

İdarəetmə məntəqəsində əməliyyat taktiki təlimin planı diqqətə çatdırılıb. Bildirilib ki, təlimin keçirilməsində məqsəd qərargahların müştərək döyüş əməliyyatları planlarının hazırlanması, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətini koordinasiya etməkdən ibarətdir. Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikasının güc strukturlarının, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələri bölmələrinin iştirakı ilə keçirilən təlimə 5 minə yaxın şəxsi heyət, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 təyyarə, helikopter, pilotsuz uçuş aparatı, silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və texnika nümunələri, 30-dan çox hava hücumundan müdafiə vasitəsi və 300-ə yaxın avtomobil texnikası cəlb edilib. Təlim zamanı şəxsi heyətlərin qidalanması və məişət şəraiti üçün də lazımi tədbirlər görülüb.

Naxçıvan Qarnizonu Qoşunlarının istifadəsində olan silah, texnika və döyüş maşınları ilə tanışlıqdan sonra təlimə start verilib.

Təlimin ssenarisinə əsasən "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının Çevik Hərəkət Taborundan ayrılmış taktiki hava desantı müdafiəmizin yaxın dərinliyində yerləşən yüksəklik istiqamətində irəliləyən düşməni məhv etmək üçün vertolyotdan əraziyə endirilib. Qrup tərəfindən düşmənin kəşfiyyat dozoru aşkarlanaraq məhv edilib. Tabora atəş dəstəyi üçün "D-44" topu vertolyotla yüksəkliyə çatdırılıb. Yaranmış şəraitdən məharətlə istifadə edən bölmələrimiz yüksəklikdə möhkəmlənərək, düşmənin canlı qüvvəsini və zirehli texnikasını məhv edib, düşmən ağır itkilər verərək geri çəkilməyə məcbur olub.

Naxçıvan Qarnizonu Qoşunlarının xüsusi təyinatlı qrupları fəaliyyətə başlayıb. Həmlə qrupu ərazinin relyefindən və məhdudgörmə şəraitindən yararlanaraq düşmənin müdafiə mövqeyinə basqın edib. Əlahiddə Əməliyyat Briqadasının yüksək manevr qabiliyyətinə malik "KOBRA" tipli zirehli döyüş maşınları qrupa atəş dəstəyi veriblər.

Təlimin gedişində tank, "ZMA", "Xrizantema-S", "TOS-1A" və "ZU-23-2" tərkibində bölük taktiki qrupu mövqelərimiz arasındakı boşluqları tutaraq müdafiəni gücləndiriblər. Əlahiddə Ümumqoşun Ordunun raket-artilleriya birləşmə və hissələri müdafiə olunan bölmələrin atəş dəstəyinə başlayıb, ən uzaq hüdudlarda düşmənin irəliləyən motoatıcı və tank bölmələrinə, atəş mövqeyində olan artilleriya və minaatan batareyalarına, hava hücumundan müdafiə vasitələrinə, komanda məntəqələrinə zərbələr endiriblər. "SU-25" hücum təyyarələri isə düşmənin irəliləyən bölmələrinin qarşısını aviabombalarla alıb.

Düşmənin hücum edən bölmələrinin tankları, zirehli texnikası və canlı qüvvəsi "T-90 S" tanklarının sərrast atəşi ilə zərərsizləşdirilib. "TOS-1A" yaylım atəşli ağır odsaçan sistemi düşmənin dayaq məntəqələrini tələfata uğradıb. Bu zaman həmləyə keçən düşmən tankları "Xrizantema-S" tank əleyhinə idarə olunan raket kompleksinin atəşi ilə məhv edilib. "OSA-1T", "İqla-S" və "ZU-23-2" hava hücumundan müdafiə vasitələrinin atəşi ilə düşmən aviasiyasının hücumları dəf olunub. Tank, "PDM-2", "ZMA", minaatan, "AQS-30", snayper və digər atıcı silahların atəşi ilə hücum edən düşmənin zirehli texnikası və canlı qüvvəsi məhv edilib, "Mİ-35" vertolyotlarının məharətli atəş zərbələri ilə sıradan çıxarılıb.

Ordunun raket-artilleriya birləşmə və hissələri bölmələrimizin əks atəş hazırlığına başlayıblar. Ordu aviasiyası düşmənin aşkar olunmuş zirehli texnikasına, ehtiyatlarına və komanda məntəqələrinə zərbələr endirib. Atəş basqınından yararlanan tabor taktiki qrupları sürətlə düşmənin ön xəttinə yaxınlaşaraq döyüş düzülüşünə açılıb, ön xətdə və yaxın dərinlikdə yerləşən düşmənin atəş vasitələrini məhv ediblər. Tank və digər döyüş maşınlarının sərrast atəşi ilə düşmənin zirehli texnikası, sığınacaqlarda olan atəş vasitələri məhv edilib. Güclü atəş imkanına malik olan tabor taktiki qrupları düşmənə cinahlardan zərbələr endirib.

Hərəkəti təminetmə dəstəsi bir istiqamətdə düşmənin tank əleyhinə xəndəkləri üzərində körpü qurub, digər istiqamətdə isə mina sahəsindən keçidlər açaraq ehtiyatların irəliləməsinə nail olub. Təxliyə qrupları döyüş meydanında vurulmuş texnika və yaralıların təxliyəsini həyata keçiriblər. Hücumun inkişaf etdirilməsi və cinahlara doğru genişləndirilməsi məqsədilə Əlahiddə Ümumqoşun Ordunun ehtiyatları döyüşə salınıb, düşmən ehtiyatlarının irəliləməsinin qarşısının alınması məqsədi ilə taktiki və hava desantları endirilib. Beləliklə də Naxçıvan Qarnizonu Qoşunları Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələri ilə birgə təlimdə qarşıya qoyulmuş tapşırığı uğurla yerinə yetirərək şərti düşmən üzərində zəfər qazanıblar.

Sonda Azərbaycan və Türkiyə Respublikalarının dövlət bayraqları "SU-25" hücum təyyarələrinin və vertolyotların müşayiəti ilə döyüş meydanında nümayiş olunub.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev təlimin başa çatması barədə raport verdikdən sonra şəxsi heyətlə görüş olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov əsgər və zabitləri salamlayıb, onları və tədbir iştirakçılarını Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birgə təlimlərinin uğurla başa çatması münasibətilə təbrik edərək deyib: Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, "Müstəqil Azərbaycan dövlətinin ən böyük dayağı, onun sütunu Azərbaycan Ordusudur". İşğalçı ölkə ilə sərhəddə yerləşməsi və blokada şəraitində yaşaması Naxçıvan Muxtar Respublikasında müdafiə təhlükəsizliyini əsas məsələlər sırasına çıxarmışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: "Naxçıvan strateji yerdə yerləşir. Naxçıvan blokada şəraitində yaşayır. Belə olan halda Naxçıvanın döyüş potensialı ən yüksək səviyyədə olmalıdır".

Ali Məclisin Sədri deyib: Dövlət başçısı Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə xüsusi diqqət yetirmiş, müasir silah və texnika ilə təminat gücləndirilmiş, bunların nəticəsi olaraq Əlahiddə Ümumqoşun Ordu yaradılmışdır. Bu gün muxtar respublikadakı ordu, hissə və birləşmələr güclü maddi-texniki təminata, müasir silahlara və peşəkar şəxsi heyətə malikdir. Naxçıvanda ordu quruculuğu sahəsində görülən işlərdə Türkiyə Silahlı Qüvvələrinin dəstəyi də qeyd olunmalıdır. Bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında hərbi sahədəki əməkdaşlığın səviyyəsi məmnunluq doğurur. Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin keçirilməsi də bu əməkdaşlığın davamı, eyni zamanda ordularımız arasındakı birliyin göstəricisidir.

Ali Məclisin Sədri deyib: Ordu quruculuğu tədbirləri sırasında hərbi təlimlərin əhəmiyyəti böyükdür. Çünki təlimlər əsgər və zabitlərdə hərbi vərdişləri formalaşdırır, onların döyüş hazırlığını artırır. Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürk deyirdi ki, "Hər hansı bir ordunun dəyəri onun əsgər və komandan heyətinin dəyəri ilə ölçülür". Azərbaycan-Türkiyə birgə hərbi təlimində qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsi bir daha əminlik yaratdı ki, təlimə cəlb olunmuş şəxsi heyətlərdə yüksək döyüş hazırlığı vardır.
"Ordunun gücünü və döyüş qabiliyyətini yalnız maddi-texniki baza və silah təminatı deyil, həm də şəxsi heyətin vətənpərvərliyi və birliyi artırır. O ordu güclüdür ki, onun əsgər və zabitlərində vətənpərvərlik və birlik olsun. Keçirilən təlimdən çıxan nəticə də ondan ibarətdir ki, bir millətin, iki dövlətin silahlı qüvvələrində yüksək vətənpərvərlik və birlik vardır", - deyən Ali Məclisin Sədri hərbi təlimin uğurla başa çatması münasibətilə şəxsi heyətləri təbrik edib, hərbi təlimin hazırlanmasında əməyi olanlara təşəkkürünü bildirib.

Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar iki qardaş ölkə silahlı qüvvələrinin birgə fəaliyyəti olan "Sarsılmaz qardaşlıq-2019" təlimləri münasibətilə şəxsi heyətləri təbrik edərək deyib: Regional təhdidlərin artdığı bir dövrdə ölkələrimizin və xalqlarımızın təhlükəsizliyini təmin etməyin yolu güclü və mübariz orduya sahib olmaqdan keçir. Güclü ordu üçünsə müasir silah və texnika, həmçinin peşəkar hərbçilər lazımdır. Peşəkar hərbçilərin yetişdirilməsinin ən optimal yolu təlimlərin keçirilməsidir. Təlimlərdə əsgər və zabitlərin ərazi və hava şərtləri ilə tanış olması döyüşə hazırlıq baxımından çox əhəmiyyətlidir. Çünki şəxsi heyət döyüş həmlələrini təlimlərdə öyrənir. Xüsusilə müştərək və birləşmiş təlimlər bir-birimizi tanımamıza, çiyin-çiyinə mübarizə aparmağımıza böyük dəstək verir. Dostluq və birgə əməkdaşlıq çərçivəsində icra etdiyimiz "Sarsılmaz qardaşlıq-2019" təliminin layiqli şəkildə məqsədinə çatdığını və böyük müvəffəqiyyətlə yerinə yetirildiyinin şahidi olduq. İki dövlətin bir millət, bir ordu olduğunda nələr edə biləcəyinə bu təlim bir nümunədir. Mustafa Kamal Atatürkün də dediyi kimi: "Azərbaycanın sevinci bizim sevincimiz, Azərbaycanın kədəri bizim kədərimizdir". Qardaş ölkə Azərbaycan və Türkiyə hər cür təhdid və təhlükəyə qarşı kədərdə və sevincdə bərabərdir.

Hulusi Akar təlimlərin yüksək səviyyədə başa çatması münasibətilə Türkiyə Silahlı Qüvvələrinin adından təbriklərini çatdırıb.

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov çıxış edərək deyib: Türkiyə Silahlı Qüvvələri dünyanın ən güclü ordularındandır. Qardaş ölkə ilə olan milli bağlarımız ordu quruculuğu sahəsində əməkdaşlıq üçün geniş imkanlar açır. Türkiyə Silahlı Qüvvələrinin təcrübəsindən bəhrələnmək mühüm əhəmiyyət daşıyır. Birgə təlimlər bir daha bütün dünyaya nümayiş etdirdi ki, silahlı qüvvələrimiz hər bir vəzifəni birgə icra etməyə hazırdır və qadirdir. Naxçıvanda keçirilən təlimdə Türkiyə Respublikasının Milli Müdafiə nazirinin iştirakı onun əhəmiyyətini daha da artırdı.

Zakir Həsənov təlimin uğurla başa çatması münasibətilə şəxsi heyətə təbriklərini çatdırıb.
Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev təlimə hazırlıqla bağlı görülən işləri diqqətə çatdırıb, hazırlanmış ssenariyə uyğun Türkiyə Respublikası Silahlı Qüvvələrinin təlimə cəlb olunan heyəti ilə Naxçıvan Qarnizonu Qoşunlarının şəxsi heyəti arasında bölmələrin birgə idarə edilməsində vahid prosedurların tətbiqinə nail olunduğunu, hədəflərin 85, maketlərin 90 faizindən çoxunun məhv edildiyini bildirib.

Sonra xatirə şəkli çəkdirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimdə fərqlənən zabit, gizir və əsgərləri qiymətli hədiyyələrlə mükafatlandırıblar.
Zabit, gizir və əsgərlər şəxsi heyət arasındakı birlik və bərabərliyin ifadəsi olan "Hamı bir nəfər, bir nəfər hamı üçün" şüarını səsləndiriblər.

Demokratikmusavat.com

Xəbər Lenti

Nigar Camal: "Qadın ildə 7 dəfə aşiq olur, onların altısı..." - FOTO

Günün qoroskopu: Maraqlarınızın təminatı üçün görüş tuta bilər

Dörd gün öncə evlənən aktrisa hamilədir - FOTO

Avropa çempionatında Birgül Soltanova bürünc medal qazandı - FOTO

Nurgül Yeşilçay ərə gedir - FOTO

Bulvarda “Baku Soul of Art and Dance” festivalı keçirilib - FOTO

Hər zaman cavan qalan Cavan Zeynallı

Xırdalanda 14 yaşlı oğlanı motosiklet vurub

Bakıda qayın yeznəsini qətlə yetirib, arvadını isə bıçaqlayıb

Raul "Real"a qayıtdı

"Əsas odur, Avroliqadakı ilk oyunumuza hazır olaq" - Namiq Ələsgərov

“AvtoVAZ” bütün “Lada” modellərinin qiymətini artırır

Gürcü parlamentində ruslarla qalmaqal - Bakıda olan spikerin istefası tələb olunur - FOTO

Boris Conson və Ceremi Hant Britaniyanın baş nazir postu uğrunda mübarizə aparır

Birinci vitse-prezident Mehriban Əliyeva 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub - FOTO

Uşaq pulu ilə bağlı müzakirə gedir, yaxşı xəbər olacaq

Dollar üçün qiyamət günü: Hətta müttəfiqləri ABŞ valyutasından imtina edir

"28 May"da nə baş verir? - polis polkovnikindən açıqlama - FOTO

Şamaxı rəsədxanasından Kainatın seyri: "Fonda itirmişik" - REPORTAJ

Putin: "Zelenski anlamalıdır ki, komediyanın yox, faciənin içərisindədir"

Dünyanın baş polisi günahını etiraf etdi – 2,1 milyonluq rüşvət qalmaqalı

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 84-cü kitabı çapdan çıxıb

Sabunçu dəmiryolu vağzalı kompleksindən neçə min insan istifadə edib? - STATİSTİKA

Ombudsman Aparatında Avropa Şurasının nümayəndələri ilə görüş keçirilib - FOTO

PSJ Neymara fantastik qiymət qoydu

"Neftçi" Rusiya klubuna qalib gəldi

"Səbail"də yeni müqavilə

Adebayor göndərildi

"Qarabağ"ı keçmək həm də yeni maliyyə resursları deməkdir"

Sulşer üçün 100 milyonluq transfer büdcəsi

"Ayaks" baş məşqçisini saxladı

Məşhurlarımız İnstaqram-da nələr paylaşdılar - FOTO

Məşhurlarımızın rəngarəng İnstaqram görüntüləri

Gömrük Komitəsi itiihamlara CAVAB VERDİ

"Real"dan "Atletiko"ya keçdi - 40 milyona

Plastik paketlər üçün vergi tətbiq olunacaq

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

Mata "Mançester Yunayted"də qaldı

Zelenski Prezident Administrasiyasının adını dəyişdi

Mədəndə qaz iki nəfəri boğdu

Azərbaycanlı alimlər “İvo Andriç” medalı ilə təltif olunublar

"Mançester Siti"də yeni müqavilə

Uşaqların sağlam qidalanması necə təmin olmalıdır?

"Zirə" Rodriqeslə yeni müqavilə imzaladı

Federasiya: "Bəzi güləşçiləri Avropa Oyunlarında yoxlamaq istəyirik"

Rusiyalı alim Azərbaycanın neolit dövrü keramikasını tədqiq edir

Polis 600 kiloqramdan artıq narkotik vasitəni dövriyyədən çıxardı - FOTO

ABŞ təsdiqlədi: dronu İran vurub

"Neftçi" Mirabdullanın müqaviləsini uzadıb, icarəyə verdi

Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun fəaliyyəti təkmilləşdirilir - FƏRMAN

“Bunu bacaracağımıza şübhəm yoxdur” - Messi

Azərbaycanın yeni daxili işlər naziri kimdir? - DOSYE

“Yadplanetli deyiləm, buna sübutum da var” - Putin

Məleykə Əsədova Gürcüstanda istirahət edir - FOTO

ABŞ-da atışma: 10 yaralı

“Zero Line” tərəfindən hazırlanmış iki vebsayt - “AtaBank” və “Silk Way Travel” “NETTY 2019” mükafatına layiq görülüb - FOTO

DTX rəisi vəzifəsindən azad edilən Mədət Quliyev yeni vəzifəyə TƏYİN EDİLDİ

"Ərə getmək yox, eşq yaşamaq istəyirəm"

Gəncədə "Ermənistanın regional təhdidi" mövzusunda beynəlxalq forum keçirilib - FOTO

Milli Məclisdə “Aqrar sığorta haqqında” qanun layihəsi müzakirə olunub

"Dəfn edilməmiş ölülər" Sumqayıt Dövlət Dram Teatrında

"Ürəklə sevən qadın çox şey umur" - Gülay

Futbolçunun ölümü ilə bağlı yeni xəbər - Bir nəfər saxlanıldı

Azərbaycanın güləş yığması Avropa Oyunlarında bu heyətlə iştirak edəcək

Səudiyyə Ərəbistanına silah satışı qadağan edildi

Prezident İlham Əliyev yeni daxili işlər naziri təyin etdi - FOTO

Ramil Usubov nazir vəzifəsindən azad edildi - Yeni vəzifəyə təyin edildi

Rəqsanənin İnstaqramını oğurladılar - VİDEO

YARAT Müasir İncəsənət Məkanı ARTIM Layihə Məkanının yeni ünvanında ilk sərgisini keçirib - FOTO

Bakı-Batumi birbaşa avtobus reysləri açılır - QİYMƏT

Türkiyənin böyük mübarizəsi: Yaxın Şərqi risklər və təhlükələrdən xilas etmək xətti

Hindistanda avtobus dərəyə aşdı: 25 ölü

"Snapchat" sevgisi müğənninin başına bəla oldu

İnterpolun keçmiş rəhbəri rüşvət aldığını etiraf etdi

AZAL prezidenti Cahangir Əsgərov "Paris Air Show 2019" aviasalonunun işində iştirak edib - FOTO

Tikilməkdə olan sosial evlərdən xəbər var - VİDEO

Hər il dünyada hava çirklənməsindən 7 milyondan çox insan dünyasını dəyişir - FOTO

"Qarabağ"ın Çempionlar Liqası oyunları "Dalğa Arena"da olacaq

Qabanlar insanlara hücum etdi: yaralanan da var

Tiflisdə rus deputatlara təhqir: "Rədd olun ölkədən!" - VİDEO

Vüsal Hüseynov: "İnkişaf etmiş ölkələr, beynəlxalq təşkilatlar münaqişələrin həllinə dəstəyi artırmalıdır"

"Əmi" ləqəbli narkotacir Hacıqabulda saxlanıldı

Bir mənzili bir neçə nəfərə satan şirkət rəhbəri: "Məni şəriklərim aldadıb"

BMT rəsmisi qaçqınlara münasibətinə görə Azərbaycana təşəkkür etdi

Maqnit qasırğasının səviyyəsi açıqlandı

İntihar edən Elinanın qəbri təhqir olundu

Yaponiya qırıcıları havaya qaldırdı - Rusiyaya görə

“Bəs, anamın günahı nə idi?” - Qan davasının qurbanının oğlu

Xanımlara sevgilərimizlə!

Komitə sədri: "Beynəlxalq qurumlar köçkünlərin yurd-yuvalarına qayıtması üçün daha ciddi addımlar atmalıdır"

Bakıxanovda 12 minlik oğurluq

İkinci Avropa Oyunlarında 4 minə yaxın idmançı iştirak edəcək

Əli Əhmədov: "Dağlıq Qarabağ problemi olmasaydı, Azərbaycan daha sürətlə inkişaf edər, insanlar daha firavan yaşayardı"

Terror təşkilatının qadın lideri həbs olundu - İstanbulda əməliyyat

ABŞ prezidentinin hərbi güc istifadə hüququ əlindən alındı

"Azərbaycan qaçqınlarının sayına görə, yəqin ki, ən gərgin və ciddi tədbirlərin görülməsinə ehtiyac olan ölkələrdən biridir"

İran ABŞ-a meydan oxudu - Yox olacaq

Ərdoğan: "Türkiyə Cənubi Qafqazdakı münaqişələrə biganə qala bilməz"

Əli Əhmədov: "Özəl sektorda çalışanların da əməkhaqqının artırılması nəzərdə tutulur"

“Toğrul Türkiyədəki yarışa qatılacaq” - Namiq Əliyev

"Tarixin canlı səhifələri" bu dəfə Tomris Xatun və Şəmsəddin Eldənizə həsr edilib - FOTO

Bakıda maraqlı yoqa festivalı keçirildi - FOTO

Gürcüstan parlamentinin sədri Azərbaycana gəlib

Rüstəm Usubov Ağstafadakı 4 nəfərin öldürüldüyü güllələnmədən danışdı

Bakıda qanlı hesablaşma - Küçədə kişiyə 5 bıçaq zərbəsi vurdular - YENİLƏNİB - FOTO

Davamlı islahatlar dövlət qulluğunun təkmilləşdirilməsində mühüm vasitədir

Ağsuda qadını ölümlə hədələyən şəxs tərksilah edildi

QDİƏT Parlament Məclisinin Baş Assambleyasına sədrlik Bolqarıstana keçib

Mərkəzi Bankda növbəti hərrac keçirilib

Yasamal sakini talanıb - 600 manat pul, 5 ədəd qol saatı

Prezident İlham Əliyev Bolqarıstanın “Dostluq” medalına layiq görülüb

“Evlənib-boşanmışlar səndən yaxşı kişidir” - Səbinədən Nazimə SƏRT CAVAB - VİDEO - FOTO

"Mənə dedi ki, gəlmirsən, gəlmə" - Aynur Dadaşova Niyamla davasından DANIŞDI - VİDEO - FOTO

Qardaşını gəzintiyə aparmadılar, məzunu bıçaqladı - FOTO

Asəf Hacıyev yenidən QDİƏT Parlament Məclisinin baş katibi seçilib

"Arsenal" cəbhəsindən iddialı açıqlama: "Həm "Neftçi"ni, həm də "Sperantsa"nı keçə bilərik"

Türkiyədə hərbi çevrilişə cəhd edənlərə hökm oxundu

“Dedi ki, o sənin pulunu verəcək” - Elvin borcunu ala bilmək üçün falçıya getdi - VİDEO - FOTO

Ac ayı şəhərdə qorxu yaratdı - FOTO

Aygünlə Faiq küsülüdür - İllərin dostluğu bitdi

"İki ay əvvəl boşanmışam" - Sevda danışdı

Əməkhaqlarına olan artımların maliyyə mənbəyi açıqlandı

"Yanvarın 1-dən bütün pensiyaçıların pensiyası əlavə 15% artacaq" - Nazir

"Neftçi" 1:8 hesabı ilə uduzduğu komandaya qarşı

Azərbaycanlı sahibkarların kredit almaq imkanları sadələşdirilib

MN: Ermənistan hakimiyyəti ölkədə olan xaosu ört-basdır etmək üçün cəbhə xəttində təxribatlar törədir

Bakıda qanlı hesablaşma - Küçədə kişini belə bıçaqladılar - FOTO

Toğrul Əsərov yığmadan niyə kənarlaşdırıldı?

Bolqarıstanlı nazir: "Regionda infrastruktur layihələrinin gerçəkləşdirilməsi üçün təhlükəsizliyə töhfə vermək lazımdır"

Çılpaq cütlük yaşlı qadının evinə zorla girib, gözü qarşısında sevişdi - FOTO

Orduda dini təbliğat qadağası ilə bağlı yayılan məlumatlara KOMİTƏDƏN REAKSİYA

"2,1 milyon vətəndaşın əməkhaqqı və pensiyasında ciddi artım olacaq" - Nazirlik

İstanbulda əməliyyat: vertolyotlar da cəlb edildi

“Mən öz kişilərimizdən başqa heç kimlə münasibət qura bilmirəm” - Pərvin Abıyeva

"Azərbaycanda radikalizm və ekstremizmin bazası yoxdur, belə qruplaşmalar mövcud deyil" - Komitə rəsmisi

Kaşıkçının səs yazısı yayıldı: "Onlara nə deyim? Qaçırılıram?"

Qanunsuz saxlanılan odlu silahlar və artan insidentlər - VİDEO

Komitə sədri: "Əgər milli mənəvi-dəyərlərimizə ziddirsə, belə ədəbiyyatların idxalına icazə verilmir"

"Azərbaycan QDİƏT-ə üzv olan ölkələrdə sülh, sabitlik və inkişafın artırılması istiqamətində səyləri artırmağa çağırır"

Sona Əliyeva: "Prezident İlham Əliyev sosial rifahın yüksəldilməsi üçün davamlı tədbirlər həyata keçirir"

Tunar oğlu ilə - VİDEO

Oqtay Əsədov: "Silahlı münaqişələr bölgədə əməkdaşlıq imkanlarını ciddi şəkildə məhdudlaşdırır"

"Arxamda oğlumun atası dayanır" - Fatimə həyat yoldaşından DANIŞDI - VİDEO - FOTO

AtaBank NETTY 2019 mükafatını qazandı

Bakıda kişini seks kaseti ilə şantaj edənlərin məhkəməsi başlayır

Bakı Ali Neft Məktəbinin startapı “NewSpace” Biznes Akselerator Proqramında 2-ci yerin qalibi olub

Şamaxı RİH: "Zəlzələdə evləri dağılan ailələr üçün 288 ev inşa edilir"

Nazir müavini: "Qeyri-neft ixracı bu il 17,8 faiz artıb"

Çin tarixində 14 il sonra ilk yaşandı

Mətanət "Həyatımdan sildim" dediyi adaşının məclisində yallı getdi - VİDEO - FOTO

PSJ Neymarın qiymətini açıqladı - Fantastik məbləğ

İzləyiciləri Ülviyyəni tanımadılar - FOTO

Qazaxıstanda təyyarə qəzası: ölən var

Partiyaların fəaliyyətinin dayandırılması barədə məlumatlar dövlət reyestrinə daxil ediləcək

Bu işçilərin vəzifə maaşları qaldırılıb

Tural Gəncəliyev: "Münaqişədən daha çox ziyan görən erməni icmasıdır"

Tanınmış xanəndəmiz Türkiyədə vəfat etdi - VİDEO

Elariz Amerikada məktəbə gedir - FOTO

Bakıda polisləri bir-bir gizli kameraya çəkdilər - VİDEO

Argentina yenə qələbə qazana bilmədi - VİDEO

Yeni Zelandiyada dövlət kampaniyası: Silahını gətir, pulunu al

Nigar açıq-saçıq FOTO paylaşdı, tanış olmaq istəyənlər növbəyə düzüldülər

Röyadan Xatirəyə - "Sağ əlin mənim başıma" - VİDEO

Cəbhədə pulemyotlar işə düşdü

Bu Komitənin tabeliyindəki qurumların siyahısında dəyişiklik edildi

Eldar ətək geyinib, dərviş rəqsi etdi - VİDEO

"Milan"ın yeni baş məşqçisi açıqlandı

İran ABŞ-a məxsus PUA-nı vurub

Pentaqon Yaxın Şərqə "Patriot" kompleksləri göndərəcək - İrana görə

Yayda Bakının torpaq bazarında qiymətlər necə olacaq?

Husilər Səudiyyə Ərəbistanının elektrik stansiyasına zərbə endiriblər

Sabah Azərbaycanda yay fəsli başlayacaq

Heyl: Azərbaycanın Əfqanıstandakı əməliyyatlara göstərdiyi dəstək ABŞ tərəfindən yüksək qiymətləndirilir

Tramp G20 sammitində Putinlə görüşəcəyini təsdiq edib

Burkina-Fasoda silhalılar 17 nəfəri qətlə yetiriblər

Vanuatu sahillərində 5,8 bal gücündə zəlzələ olub

Türkiyədə mikroavtobus yük maşını ilə toqquşub, çox sayda yaralı var

Kanadada 9 mindən artıq insan təxliyə edildi

YAÇ-2019: Zenfira Həşimova və Birgül Soltanova üçün bürünc medal şansı

Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü başlayıb

ABŞ-da silah daşıyan qatar relsdən çıxıb

Elmar Məmmədyarov Filip Riker ilə görüşüb - FOTO

Lənkəranda 3 ədəd tank əleyhinə mina aşkarlanıb - FOTO

Yeni Qvineya sahillərində 6,2 bal gücündə zəlzələ olub

Yunan-Roma güləşi yığmamız Avropa ikincisi oldu

“Azərbaycan Gülüş Liqası”nın rəsmi açılış mərasimi baş tutub - FOTO

Niderlandda 14 yeniyetməni ildırım vurub