AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Azərbaycan həmin gün xilas edildi

  14

Hər bir xalqın taleyində çətin məqamlar olur. Onu bu mürəkkəb şəraitdən qurtara biləcək milli liderə, ümumxalq məhəbbəti qazanmış şəxsiyyətə zərurət də xalqın iradəsinin nəticəsi kimi meydana çıxır.

Azərbaycan 1991-ci ilin 18 oktyabrında yenidən müstəqillik qazandıqdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə ictimai həyatın bütün sahələrində hökm sürən xaos, hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, anarxiya respublikanı bürüdü. Orduda da vəziyyət ağırlaşdı, fərarilik halları artdı. Erməni təcavüzü get-gedə daha geniş miqyas alırdı. Respublikada hakimiyyətə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. 1992-ci ildə hakimiyyətə gəlmiş Xalq Cəbhəsi ilk gündən özünün qeyri-peşəkar, yarıtmaz fəaliyyəti ilə ölkəni idarə edə bilməyəcəyini göstərdi. Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixinə hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi yazıldı.

1993-cü ilin yayında vətəndaş müharibəsi həddinə qədər yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə təhlükə altına aldı. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin ağır sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğu zərurəti yaratmışdı. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü bu ağır vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Vətənin belə ağır günündə xalq Azərbaycanın böyük oğlu Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi.

Heydər Əliyev qısa zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi və bununla da ölkədə yeni eranın başlanğıcı qoyuldu. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. 1993-cü il oktyabrın 3-də Heydər Əliyev xalqımızın böyük əksəriyyəti tərəfindən ölkə Prezidenti seçildi. Ulu öndər bütün maneələrə baxmayaraq ölkədə ictimai-siyasi sabitliyi bərpa etdi, respublikanın müstəqilliyini qorudu, ölkədə tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Ümummilli lider dağılmaqda olan, parçalanan, yox olmaq təhlükəsinin bir addımlığında dayanan Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini təmin edərək, Vətənimizi dünyada söz və nüfuz sahibi, dinamik inkişaf edən ölkəyə çevirdi.

Bu önəmli tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi yazıldı və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilməyə başladı.

Bu gün qazanılan nailiyyətlərin əsasında Ümummilli lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bunun nəticəsində Azərbaycan dünyanın inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gün-gündən artan dövlətinə çevrilib, möhtəşəm iqtisadi uğurlara imza atıb.

... XX əsrin doxsanıncı illərinin əvvəllərində Azərbaycan belə bir siyasi böhran vəziyyətində idi. 1991-1993-cü illərdə ölkədə hərc-mərclik, özbaşınalıq, siyasi-iqtisadi tənəzzül baş alıb gedirdi. Azərbaycan doğma torpaqlarımızın işğalı, yüzlərlə insanın şəhid olması, qaçqın və məcburi köçkün problemləri azmış kimi, siyasi qarşıdurmalar, vətəndaş müharibəsi məngənəsində də boğulurdu. Xalq Cəbhəsi-Müsavat hakimiyyəti isə ölkəyə rəhbərlik etmək iqtidarına malik deyildi. Azərbaycan sonu görünməyən dəhşətli bir uçurum - minlərlə qurbanlar bahasına qazandığı müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsi qarşısında qalmışdı. Belə bir vaxtda xalqın ümid dolu baxışları sövq-təbii olaraq bəşər həyatının yeni başlanğıc məskəni, qədim Nuh yurdu, görkəmli dövlət xadimi Heydər Əliyevin yaşayıb fəaliyyət göstərdiyi Naxçıvana yönəldi. Bunun da əsası vardı. Çünki ölkəni ağır vəziyyətdən yalnız əsl rəhbər xilas edə bilərdi.

Görkəmli dövlət xadimi Heydər Əliyevin ötən əsrin 70-80-ci illərində Azərbaycana rəhbərlik etdiyi dövrdə gələcək müstəqilliyin hazırlanması, milli iradə və özünüdərkin formalaşması naminə məqsədyönlü fəaliyyət göstərməsi hamıya yaxşı məlum idi. Digər tərəfdən bu dahi şəxsiyyət 1987-ci ildə Moskvada olarkən təhlükə və təhdidlərə baxmayaraq, Sovet İKP MK-nın Siyasi Bürosunun üzvlüyündən istefa verərək 20 Yanvar faciəsini törədənləri kəskin ittiham etməklə milli iradə, qətiyyətli və prinsipial mövqe, həqiqi vətənpərvərlik nümayiş etdirmişdi.

Ulu öndərin o zamankı iqtidarın ögey münasibəti ucbatından "təklənmiş ada" vəziyyətinə salınan və işğal təhlükəsi yaşayan Naxçıvanı xilas etməsi, taleyüklü tarixi qərarlar qəbul etməsi xalqın qəlbində dahi şəxsiyyətə ümid işığını daha da alovlandırmışdı. Tarixə nəzər salsaq görərik ki, Naxçıvanın işğaldan xilas edilməsi, burada iqtisadi islahatların aparılması, ilkin beynəlxalq iqtisadi əməkdaşlığın təməlinin qoyulması məhz ümummilli liderin tarixi xidmətləri idi. Hələ Sovetlər İttifaqının mövcud olduğu bir dövrdə üçrəngli dövlət bayrağının Naxçıvanda qaldırılması, muxtar respublikanın adından "Sovet Sosialist" sözlərinin çıxarılması, dünya azərbaycanlılarının həmrəyliyinin əsasının qoyulması, Naxçıvanın 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendumda iştirak etmə­məsi ölkəmizin gələcək milli istiqla­lına rəvac verən əsas amillər idi. Ulu öndərin rəhbərliyi ilə hələ o zaman Naxçıvanda Azərbaycanın müstəqil dövlətçilik prinsipləri işlənib hazırlanırdı. Muxtar respublikada ərazinin bütövlüyü, sosial-iqtisadi müdafiəsi, cəmiyyət quruculuğu baxımından qazanılan əhəmiyyətli uğurları, ən əsası isə xalq-rəhbər birliyinin qısa zaman kəsiyində nələrə qadir olduğunu görən müdrik Azərbaycan xalqı da bütün bunların Azərbaycan siyasi mühitində həyata keçirilməsi tələbi ilə ayağa qalxdı.

Bu ümumxalq tələbini gerçəkləşdirmək üçün Azərbaycanın nüfuzlu ziyalıları - alimlər, müəllimlər, jurnalistlər, hüquqşünaslar, həkimlər 1992-ci il oktyabrın 16-da ulu öndər Heydər Əliyevə rəsmi müraciət etdi. Həmin günlərin reallıqlarını ifadə edən müraciətdə erməni təcavüzü, baş alıb gedən siyasi, iqtisadi, mənəvi böhran, sosial ədalətsizlik, rəhbərliyin siyasi naşılığı, idarəetmə səriştəsizliyi, hakimiyyət hərisliyi, iflic vəziyyətinə düşmüş ölkənin həm daxildən, həm də xaricdən müəyyən qüvvələr tərəfindən parçalanma təhlükəsi öz əksini tapmışdı. Ziyalılar ulu öndəri təkidlə ölkəyə rəhbərliyə dəvət edərək yazırdılar: "Möhtərəm Heydər bəy! İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübələrinizə əsaslanaraq, Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Buna görə də Azərbaycanın, demək olar ki, bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə və bizim təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq, belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz və ya yalnız bu halda, yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək, Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu dolduracaq, dövlət quruculuğu işlərində öz layiqli töhfəsini verə biləcək".

Ümummilli lider ziyalıların müraciətinə cavabında Azərbaycanın düşdüyü vəziyyətin köklü səbəblərini təhlil etmiş, ölkəni böhrandan xilas etməyin konsepsiyasını təqdim etmişdi. Təkcə bu tarixi sənəd deməyə kifayət edər ki, xalq müstəqil Azərbaycan dövlətinin gələcək taleyini həll etmək üçün dahi rəhbərə üz tutmaqda heç də yanılmayıb. Bu müraciət əsasında yaradılan, 700 minə yaxın siyasi həmfikri öz ətrafında birləşdirən Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın taleyində xüsusi əhəmiyyətə malik olan bir partiya kimi bu gün də öz liderlik missiyasını qoruyub saxlayır. Nəhayət, 1993-cü il iyunun 15-də görkəmli dövlət xadimi Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtmış, bununla da, ölkəmizdə milli qurtuluş hərəkatının əsası qoyulmuşdur. Azərbaycan parlamentinin iclasındakı çıxışında ulu öndər dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi özünün əsas vəzifələrindən biri hesab edərək demişdir: "Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni öz üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm".

Ulu öndər Heydər Əliyev həyatı qədər sevdiyi Azərbaycanı dağılmaq və məhv olmaq təhlükəsindən qurtardı. İlk olaraq siyasi sabitliyə, milli həmrəyliyə nail oldu, torpaqlarımızın işğalının qarşısı alındı və atəşkəs elan edildi. Azərbaycanda tarixi ənənələrin, dünyəvi dəyərlərin məcmusu olan modern dövlətçilik konsepsiyası həyata keçirildi. Bir vaxtlar Azərbaycanı tanımaq belə istəməyən dünyanın əksər böyük dövlətləri artıq Azərbaycanla, onun rəhbəri ilə hesablaşmalı oldu. Ümummilli lider uğurlu daxili və xarici siyasət həyata keçirdi, Azərbaycançılıq ideologiyasını dövlət siyasəti kimi müəyyənləşdirdi. Bütün bunların sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrildi. Dünyanın aparıcı dövlətləri və şirkətləri siyasi sabitliyə və dinamik inkişafa nail olmuş Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul etdi, bağlanan beynəlxalq müqavilələr ölkəyə xarici investisiyanı cəlb etməklə iqtisadi tərəqqidə, əhalinin rifah halının yüksəlməsində mühüm rol oynadı. Ölkəmizdə dövlət quruculuğu prosesinə başlandı, güclü ordu yaradıldı, ölkənin demokratik prinsiplərini, insanların siyasi hüquq və azadlıqlarının toxunulmazlığını bəyan edən müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyası qəbul olundu.

Qazanılan nailiyyətlərin əsasında isə ulu öndər Heydər Əliyevin Vətənə, xalqa sonsuz məhəbbəti, milli köklərə bağlılıq, tükənməz ümumxalq sevgisi dayanırdı. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ulu öndərin Naxçıvandan Bakıya qayıdışı məhv olmaqda olan Azərbaycanı QURTULUŞ yoluna, yeni inkişaf və intibah mərhələsinə çıxardı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: "1993-cü ilin 15 iyununa qədər Azərbaycan formal olaraq müstəqil dövlət idisə, həmin tarixdən sonra real müstəqilliyin əsası qoyuldu. 1993-cü ilə qədər Azərbaycanda hakimiyyətsizlik, siyasi hərc-mərclik, vətəndaş qarşıdurması hökm sürürdüsə, həmin tarixdən sonrakı dövr ölkəmizdə dövlət müstəqilliyinin möhkəmlənməsi ilə xarakterizə edilir. 1993-cü ildən sonra Azərbaycanın inkişafı göz qabağındadır. Əgər o vaxt Azərbaycanda xaos hökm sürürdüsə, bu gün Azərbaycanda sabitlikdir. O vaxt Azərbaycanda hərc-mərclik var idisə, bu gün Azərbaycanda əmin-amanlıqdır. O vaxt Azərbaycanın iqtisadiyyatı tənəzzülə uğrayırdısa, bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. O vaxt Azərbaycanda total böhran hökm sürürdüsə, bu gün Azərbaycan qüdrətli ölkəyə çevrilmişdir".

Qürurla demək olar ki, ulu öndərin bizə əmanət qoyub getdiyi Azərbaycan, onun əbədiyyət qazandığı dövlət müstəqilliyi bu gün etibarlı əllərdədir. Dünya dövlətləri sırasında layiqli yerini tutan Azərbaycanın ulu öndəri­miz tərəfindən müəyyənləşdirilən inkişaf xəttini hazırda ölkə başçısı cənab İlham Əliyev uğurla davam etdirir. 2003-cü ildən ötən dövrdə Azərbaycan Respublikasının beynəlxalq aləmdə mövqeləri daha da möhkəmləndirilmiş, ölkəmizin dünya dövlətləri arasında nüfuzu artmışdır. Azərbaycanın tranzit ölkəyə çevrilməsi bu qədim diyarda siyasi düşüncələrin, elmi fikirlərin, mədəniyyətlərin, dini baxışların dialoqunun baş tutmasını şərtləndirmişdir. Ölkəmizdə Azərbaycançılıq məfkurəsi dərinləşmiş, respublikamız bütün dünyada tanıdılmış, bu istiqamətdə geniş təbliğat işləri aparılmışdır. Mədəniyyət, elm, təhsil və səhiyyənin inkişafı istiqamətində görülən işlər xalqın mənəvi varlığının və milli kimliyinin qorunub saxlanmasına, bu sahələrin sıçrayışlı inkişafına təkan vermişdir. Bu gün Azərbaycan bir çox beynəlxalq əhəmiyyətli tədbirlərin nümunəvi ev sahibi və təşkilatçısıdır. Avropa Şurasında, İslam Əməkdaşlıq Təşkilatında, BMT-nin Təhlükəsizlik Şurasında, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında, YUNESKO-da, digər nüfuzlu təşkilatlarda Azərbaycanın xüsusi yeri vardır.

Orxan Hun
Demokratikmusavat.com

Xəbər Lenti

Günün qoroskopu: İstəklərinizə nəzarət edin

Tbilisidə hökumət əleyhinə aksiya yenidən başlayıb

Xorvatiya əcnəbilərin işə qəbul kvotasını artırıb

Azərbaycan idmançıları "Minsk 2019"un dördüncü günündə üç bürünc medal qazanıblar

"Bizim üçün ailə dəyərləri hər şeydən önəmlidir" - Mənim balam - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskvada Azərbaycan Mədəniyyəti Günündə iştirak edib

"Lenta.ru" Azərbaycan haqqında məqaləyə görə üzr istədi - FOTO

“Ebola” bu ölkəni darmadağın edir - 1500 ölü

Saxta 100 manatlıq əsginaslar dövriyyəyə buraxan şəxs tutulub

Dani Alveş "Fənərbaxça"ya keçir?

ABŞ və Argentinadan imtina etdi - İtaliyada qalmaq istəyir

Neftçalada "Mercedes" yanıb

Trampdan şok qərar: Xamenei hədəfdə...

Bakıda 19 yaşlı qız xəstəxanadan itkin düşdü

Dövlət qulluğuna qəbulla bağlı test imtahanı keçiriləcək

Boksçumuz II Avropa Oyunlarının dörddəbir finalına yüksəlib

Röyadan YENİ FOTOlar

Azərbaycanda yol hərəkətinin nizamlanması üçün iki yeni nişan yaradılır

Mikroavtobus ağaca çırpılıb və yanıb, xəsarət alan var

Ceyranların evi - Şirvan Milli Parkına ekskursiya - FOTO

Bakıda zor tətbiq etməklə 17 min manat mənimsəyən şəxs saxlanılıb

ABŞ İrana qarşı sanksiyaları ləğv edə bilər, əgər...

Parkda Bakı sakininə quldurluq edənə hökm oxundu - 8 il

Deputat: "2019-cu il Azərbaycan tarixinə sosial və idarəçilik islahatlarının qızıl səhifəsi kimi yazılacaq"

Londonda Zamirə Hacıyeva ilə bağlı yeni məhkəmə başladı

Azərbaycan II Avropa Oyunlarında neçəncidir? - Medal sıralaması

"Evlənərkən qızın yaşını dəqiq bilmirdim" - 14 yaşlı qızla evlənib cinsi əlaqəyə girdi - Azərbaycanda şok

Bakı aeroportunda həbs edilən ər-arvadın məhkəməsi başlayıb

Azərbaycanlının davada ölməsinə görə millətlərarası münaqişə? - VİDEO - FOTO

"Neftçi"nin Türkiyədə ikinci rəqibi müəyyənləşdi

Birinci vitse-prezident Mehriban Əliyeva: "Əsas hədəf yeni xidmətlərin insanlara yönəlməsi və vətəndaşların keçmişdə üzləşdiyi çətinliklərin aradan qaldırılmasından, dövlət xidmətlərini insanlar üçün rahat, asan etməkdən ibarətdir"

Gürcüstan sərhədçiləri erməniləri aparan avtobusu saxladı

“Brilliantın müğənni olmağına mən səbəb olmuşam” - Akif İslamzadə

Komitə rəsmisi: "Azərbaycana yad dini ideologiyaların ixrac edilməsinə cəhdlər olunur" - FOTO

Elmar Qasımov ipponla qazandı - 4-cü medal

Dərmanın qiyməti pensiyasının

məbləğindən yüksək...

 Türk xalqı bir daha özünü təsdiqlədi

Mərkəzi Bank depozit hərracının NƏTİCƏLƏRİNİ açıqlayıb

Tunar oğlu üçün qonaqlıq verdi - FOTO

Bolqarıstanda elektrik stansiyasında yanğın

"Bu boyda bədən olar?" - Damla idman zalından paylaşdığı FOTOlara görə tənqid edildi

Zelenski daha 3 qubernatoru işdən qovdu

Rafael Beniteslə yollar ayrıldı

Kanadada fil təlimçiyə hücum etdi

Nazir: "Kənd təsərrüfatı sahəsində innovativ texnologiyaların tətbiqi lazımdır"

Aleksandr Səmədov Azərbaycandan təklif alıb: "Bu haqda düşünürəm"

"Sperantsa" - "Neftçi" oyununun saatı açıqlandı

Zakir Həsənov Ordunun yaradılmasının 101 illiyi münasibətilə şəxsi heyəti təbrik edib

Azərbaycan Prezidenti Sloveniyanın dövlət başçısını təbrik edib

Gürcüstan hökuməti müxalifətin tələbini qəbul etdi

Türkiyədə yük qatarı avtobusla toqquşdu - Ölənlər var

Azərbaycan İsrailə biyan ixrac edəcək

Prezident İlham Əliyev xorvatiyalı həmkarını təbrik edib

Zabit Səmədov Ramzan Kadırovla döyüşdü - VİDEO

Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib

İki təyyarə toqquşdu

Xalq artistinin evindən oğurluq edən xadiməyə HÖKM OXUNDU

Ermənistan tərəddüd edir: daxili gərginlik və geosiyasi ziddiyyətlərin yaratdığı təzyiqlər

Azərbaycan və Türkiyə dövlət xidmətləri və e-hökumət sahəsində əməkdaşlıq edəcək

“Qadın müğənnilərimiz “kim tez və çox soyundu” deyə, məqsəd qoyublar”

Bakıda blokda qadına şok yaşatdılar

ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb

“Real” və “Çelsi”nin əfsanələrinin matçında qol yağışı - FOTOlar

Azay Quliyev: "QHT-lər şər, böhtan, hədə-qorxu yolu ilə bizdən layihə almağa çalışır"

Bəzi QHT layihələrinin maliyyələşdirilməməsi SƏBƏBLƏRİ açıqlanıb

ASAN: Məqsədimiz vətəndaşların həyatını asanlaşdırmaqdır

Bu layihələr Bolqarıstan üçün mühüm əhəmiyyət kəsb edir - XİN - FOTO

“ABŞ əsgərlərinin həyatını qorumaq istəyirsə…” - İranlı general hədələdi

Toyda çəkiliş üstündə dava - 1 nəfər bıçaqlandı

"Pişiyin əli ətə çatmayanda deyir iylənib" - Günelin sözü başına bəla oldu - FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya BMT-nin xüsusi mükafatı təqdim edilib - FOTO

Fanatları Şəbnəm Tovuzluya hücum etdi - VİDEO

Penitensiar xidmət və polis tərəfindən birgə ƏMƏLİYYAT - Məhkumun gizlətdiyi silah...

İranda 3 min "Peugeot 301" istehsal olunacaq

Nisə Qasımova: “Gəlinimdən ötrü ölərəm"

“Bir də gördüm ki, babam yox oldu” - Arif Məlikovun nəvəsi - VİDEO - FOTO

15 yaşlı azərbaycanlı qız ABŞ-da 1-ci oldu, qızıl medal qazandı - FOTOlar

Türkiyədə 32 hərbçi saxlanıldı

“Övlad sahibi olmaq üçün ailə olmasa da olar” - Xəyalə Manaflı - VİDEO - FOTO

“Hər oyunda bir az daha artıraraq, davam edəcəyik” - Messi

Tehran ABŞ-ın pilotsuz aparatlarını vurmağa hazırdır

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT-nin xüsusi mükafatına layiq görülüb - FOTO

"Ayaks" Hollandiya millisinin üzvünü transfer edir

Məşhur “avtoş”un qatilinə hökm oxundu

AŞ PA-nın yay sessiyası işə başlayıb

Oyuna Rusiya əleyhinə şüarla çıxdılar - Gürcü futbolçulardan etiraz

Dünyanın ən bahalı müdafiəçi transferi reallaşır

Azərbaycan Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyada səfərdədir

Mətanət adaşı haqda dediklərini dandı - VİDEO

2 yaşlı uşaq özünü nənəsini tapançası ilə vurub

Qasımov və Mehdiyev 1/4, Kokauri 1/2 finalda - YENİLƏNİB

“Elzanın “ağzını tikmişəm” şeiri öz başına gələnlərdir”

Şəkidə 5 tondan artıq narkotik tərkibli bitki məhv edilib - FOTO

Ailə faciəsi: Fiziki qüsurlu oğullarını yanğınsöndürənlərə verib, yanaraq öldülər - VİDEO - FOTO

Arvadını it zəncirinə bağladı, onu və 20 günlük körpəsini döyə-döyə öldürdü - TƏFƏRRÜAT - FOTO

Yeni nazir əməliyyat müşavirəsi keçirdi

“Dedilər ki, tutulana qədər özünü öldür” - 2-ci əri ilə bibisinin evini soyan məhkum qadın - VİDEO - FOTO

Dilarə Əliyevanın qızının toyunda NƏLƏR BAŞ VERDİ? - VİDEO - FOTO

"Copa Amerika"nın tribuna gözəlləri - FOTOlar

Azərbaycanda İLK DƏFƏ minimum əmək haqqı yaşayış minimumunu üstələyir

“İntihara cəhdlərim oldu” - Tanınmış ifaçı depressiyaya düşməyindən danışdı - VİDEO - FOTO

Bank VTB (Azərbaycan)-ın kollektivi qanvermə aksiyası keçirib

Zaur canlı yayımda yeməyi döşəməyə dağıtdı - VİDEO

“Hər şeyimlə diqqət çəkirəm” - Səmra

Hərbi hissədə yanğın - Ətrafdakı sakinlər təxliyə edilir

İki cüdoçumuz 1/8 finalda

Bu gün hansı idmançılarmız yarışır? - Avropa Oyunları

Dilarənin Çingiz sevgisi: “Gir həyatıma”

Azərbaycan OPEK+ sazişini əvvəlki şərtlərlə davam etdirməyi planlaşdırır

Bakıda Birləşmiş Millətlər Təşkilatının dövlət xidmətləri üzrə mükafatlandırma mərasimi keçirilib - FOTO

Zavod işçiləri çimərlik geyimində çalışır - Belarusda istilərin nəticələri - FOTO

Mingəçevirdə oğul ananı bıçaqlayıb

Ronaldo ailəsi ilə istirahətdə - FOTO

Avropada cinsi əlaqə festivalına insan axını BAŞLADI - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva BMT-nin Dövlət Xidmətləri Forumunun açılış mərasimində iştirak edib - FOTO

Avropada cinsi əlaqə festivalına insan axını BAŞLADI: VİDEO

Dilarə qızının toyunda Röya ilə barışdı - VİDEO

Rahidənin qısa ətəkdə paylaşımı maraq doğurdu - FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT Baş katibinin müavini Liu Cenmin ilə görüşüb - FOTO

YouthSpeak Forum 2019 uğurla başa çatdı - FOTO

“İnanmayın, o, mənim dostumdur”

"Meydana çıxmağı səbirsizliklə gözləyirəm" - "Qarabağ"ın transferi

Sənubərin məclislərə eynəkli getməsinin səbəbi bilindi - FOTO

Sənubər məclislərə eynəkli getməsinin səbəbi bilindi - FOTO

Kolumbiya qrup lideri kimi mərhələ adladı - VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva BMT-nin Dövlət Xidmətləri Forumunun açılış mərasimində iştirak edib

Millət vəkili: "Dövlət başçısının imzaladığı sərəncamlarda sosial ədalət və inkluzivlik təmin edilir"

İki uşağı ölən azərbaycanlı məşhur: Sonra övladımız olmadı - FOTO

İmamoğlu: "İstanbulda qanun və ədalət hökmranlıq edəcək"

Argentinanı 1/4 finala yüksəldən qələbə - VİDEO - FOTO

Azərbaycan millisi Avropa ikincisi oldu

Azərbaycanda qohumlar arasında dava - 18 yaşlı gəncin üzərindən avtomobillə keçdi

Azərbaycanlı müğənni sevdiyi qızı qaçırdı: polislər qapılarını kəsdilər - FOTO

La Liqaya yüksələn son klub müəyyənləşdi - FOTO

Paşinyan Qarabağda savaş istəyir

Çimərlikdə atanı uşağının gözü qarşısında daşla döydülər - Azərbaycanda ŞOK HADİSƏ

Manaf məşhur müğənninin ərə getməsinə qarşı çıxdı: "Nəbadə…"

Qonşu ölkədən meyvə ixracı azalır

Banqladeşdə qatar relslərdən çıxıb: ölənlər və yaralılar var

Bu gün 40 dərəcə isti gözlənilir

İndoneziya adaları yaxınlığında güclü zəlzələ olub

Yeni Qvineya adasınd 6,1 bal gücündə zəlzələ qeydə alınıb

Argentina Amerika Kubokunun play-off mərhələsinə vəsiqə qazanıb

Kamerunda yol qəzasında 22 nəfər həlak olub

Sabir Cəfərov erməniyə qalib gələrək çempion olub - FOTO

İllik 10,6 milyon avro qazanacaq

Diaqnostik qiymətləndirmədən keçməyən müəllimlərin də maaşı artacaq - RƏSMİ

Tbilisidə kütləvi etiraz aksiyaları DİN-in binası qarşısında davam edəcək

Batumidə üçüncü mərtəbədən lift qırılıb düşüb

Səudiyyə Ərəbistanında hava limanı atəşə tutulub

Türkiyə SQ İraqın şimalında 58 terrorçunu zərərsizləşdirib

Yunanıstanda avtomobil velosipedçilərin üstünə sürüb: ölənlər var

Cənub bölgəsinin bu kəndlərində həsirtoxuma sənəti bu gün də yaşadılır - FOTO

Silahlilar Suriyada yeddi yaşayış məntəqəsini atəşə tutub