Təyyarələr insanları hər yerə çatdırar - sürətinə görə istədiyi ünvana, nasazlığına görə son mənzilə

 

AZAL 10 ədəd təyyarənin alınması haqda müqaviləni ləğv edib

 

Müasir dünyada istənilən nəqliyyat növündə əsas tutulan meyar sürət, komfort qiymətdirsə, fəqət ən vacib məsələ insan faktorudur. Yəni bu xidmət insanların getdiyi ünvana daha rahat az vaxtda çatmasına hesablanıbsa, insan həyatı ondan daha vacib faktordur. Lakin bu gün dünyada baş verən təyyarə qəzaları da insanları rahatsız edən məsələlərdəndir. Qəzalar insan tələfatı təəssüf ki, bu gün dünyanın qlobal problemlərindəndir. Təhlükəsiz sürətli hesab edilməsinə rəğmən, hava nəqliyyatında baş verən qəzalar da əsas bu qrupa aid edilir. Əlverişsiz hava şəraitindən baş verən qəzalardan savayı, köhnə buraxılışdan olan təyyarələrdən hələ istifadə edilməsi səbəbindən, dünya əhalisi sürətli nəqliyyat növündən istifadədə heyf ki, anındaca həyatını itirir.

Öncələrdə qeyd etdiyimiz kimi, bir sıra modeldən olan təyyarələr var ki, əksər ölkələr onları uçuşdan kənarlaşdırsa da, bəzi hallarda onların istismarını həyata keçirənlər mövcuddur. Həmin arzuolunmazlar siyahısında yer alanlarardan biri Boeing-737 MAX-8” təyyarəsidir ki, onu dünyanın bir neçə ölkəsi artıq istifadə etmir (BraziliyanınGOL Hava Yollarıbu təyyarənin yüzdən çox modelini uçuşlardan çıxarıb, Türkiyə, Efiopiya, Çin, Cənubi Koreya, Meksika, Norveç s. ölkə bu təyyarələrdən bir müddətdir istifadə etmir). Səbəb həmin model təyyarənin cəmi bir neçə ay aralığında, qısa müddət ərzində iki dəfə qəza etməsi, 346 nəfərin ölümünə səbəb olmasıdır.Nəticədə , bir neçə aviaşirkət bu tip təyyarənin istismarını müvəqqəti olaraq dayandırıb.

Oxucuların yadında olar, “Boeing-737 MAX-8” təyyarəsinin bütün ekipajla birlikdə Efiopiyadakı qəzada həlak olmasından sonra ölkəmizdə bu məsələyə diqqət yönəlib. Belə ki, “AZALın prezidenti Cahangir Əsgərov həmin təyyarələrlə baş verən iki aviasiya qəzasının təhlili nəticəsində oxşar məqamların müəyyən edildiyini, hər iki təyyarənin uçuşdan bir neçə dəqiqə sonra qəzaya uğradığını bir müddət əvvəl demişdi. O zaman qəzaya laynerlərin proqram təminatında nasazlıq olması ehtimalı da ilkin versiya kimi irəli sürülmüşdü.

Xatırladaq ki, Azərbaycan hava yolları yeniBoeing 737 MAX-8” təyyarələrinin alınması üçün 2017-ci ildə saziş imzalamışdı. “AZALaviaşirkəti ilə Boeing korporasiyası arasında imzalanan sazişə görə, Azərbaycana üç il ərzində 10 ədədBoeing 737 MAX-8” modelli təyyarə gətirilməliydi. Bir müddət öncə C.Əsgərov aviaşirkətin sözügedən korporasiyada çalışan amerikalı mütəxəssislərlə daimi əlaqələrinin olduğunu söyləyərək, yeni təyyarənin proqram təminatında aşkar ediləcək qüsurların təyyarələrin Azərbaycana çatdırılması zamanı aradan qaldırılacağını demişdi. AZAL-ın mətbuat xidmətindən isə, bir sıra ölkələrinBoeing -737 MAX-8” təyyarəsindən birdəfəlik deyil, müvəqqəti imtina etdiyi söylənmişdi. Yəni məlum hadisələrlə bağlı nəticənin gözləndiyi araşdırma bitəndən sonra bu tip təyyarələrdən yenidən istifadə olunacağı istisna deyildi. Azərbaycan tərəfi sözügedən təyyarələrin qüsursuzluğu aşkar olunacağı təqdirdə, onları qəbul edəcəkdi.

İyunun 3- aid məlumata görə isə, artıq Azərbaycan tərəfi Boeing şirkəti ilə bağladığı, 10 ədəd sözügedən seriyalı təyyarənin alınması haqqında müqaviləni ləğv edib. Təyyarələri almaqdan rəsmi qaydada imtina edilməsinin səbəbi həmin təyyarələrin təhlükəsizliyi ilə bağlıdır.

Məlumatda o da bildirilib ki, 2017-ci ilin aprelində AzərbaycanınSilk Way Airlinesaviaşirkəti AmerikanınBoeingkorporasiyası ilə 10 ədədBoeing 737 MAX-8” sərnişin təyyarəsinin alınmasına dair müqavilə imzalayıb. “Azərbaycan Hava Yollarıda həmin təyyarələrin operatoru olmalı idi. Ümumi dəyərinin təxmini olaraq, bir milyard dollar təşkil etdiyi bildirilən müqavilə çərçivəsində həmin təyyarələrin üç il ərzində ölkəmizə gətiriləcəyi deyilirdi.

Müxtəlif ölkələrdə baş verən qəzalarda eyni aqibətin, insan tələfatının şahidi olan aviaşirkətlərin həmin təyyarələrdən istifadəni müvəqqəti olsa dayandırması vacib məsələdir. AZAL-ın isə, sözügedən modeldən olan on təyyarənin alınması barədəki müqaviləni ləğv etməsi sonunda əsas olaraq insan faktorunun, onun təhlükəsizliyinin diqqətə alınmasıdır.

Təyyarələr insanları hər yerə çatdıra bilər; sürətinə görə istədiyi ünvana, nasazlığına görə isə, son mənzilə. Hava gəmisinin insanları göylərə qaldırdığı kimi yerə endirməsi, təhlükəsiz uçuşlar üçün normativlərin gözlənməsi dünyəvi arzulardandır. O mənada, təyyarələrin fantastik görünən qiymətinin qarşılığında, dəyəri rəqəmlərlə ölçülməyən insan həyatının, onun təhlükəsizliyinin əsas götürülməsi yüksək qiymətə layiqdir.

Müqavilələr, sazişlər, qarşılıqlı razılaşmalar, texnikalar, əşyalar həmişə əldə olunandır. Təki onlaravəsiqəverən, düzəldən, həyata keçirən insanlar, dünyanın əşrəfi kimi dəyərləndirilənlər mövcud olsun.… Onun var olmasının, mövcudluğunun yolu isə özünün təhlükəsizliyindən başlayır.

 Nigar Orucova  

0.17698383331299