“Kitayski” dünya

 

Sonra xəbərdar etmədiyimizi deməyin”...

 Bu günlər Çin mediasında xəbərlər dolaşır ki, ticarət müharibəsindənadir elementlərdən o, hətta silah olaraq da istifadə edə bilər. Nəticədə bu ölkə ABŞ-a həmin elementlərin ixracını da məhdudlaşdıra bilər. Ölkənin Dövlət Planlaşdırma Agentliyinin mediaya hesabatında da qeyd edilir ki, Pekinin Vaşinqtonla davam edən ticarət müharibəsində onun nadir elementlər sahəsindəki üstünlüyündən istifadə etmək ehtimalı var.

ÇKP-nin mətbu nəşrində deyilir ki, ABŞ ticarət müharibəsində Çinin gücünü zəif hesab etməməlidir. Maraqlıdır, “sonra xəbərdar etmədiyimizi deməyindeyiminin təkrar işlədildiyi məqalədə onun nəyi xatırlatdığı da aydın bildirilir. Yəni Çin hələ keçən əsrin 60- illərində Hindistanla müharibəsindən əvvəl bu xəbərdarlıqdan istifadə etmişdi. ÇKP-nin digər bir nəşrindəsəÇinin diplomatik dilinə dost olanlar bu ifadənin mənanı verdiyini çox yaxşı bilirlərdeyilir. Yəni bu fikir yenə keçən əsrin 70-ci illərində Çinin Vyetnamla əlaqələrinin pozulmasından əvvəl istifadə edilib.

Beləliklə, Pekin Vaşinqtonla ticari rəqabətdə nadir elementlər sahəsindəki üstünlüyündən istifadə etmək ehtimalını konkretləşdirir. Bunahaqqıolduğunu bəyan edən Çinindilinə görə, dilçəyi var”, çünki dünyanın nadir elementlər ehtiyatının 40 faizi məhz Çindədir. Aydınlıq üçün qeyd edək ki, kimyəvi elementlərin bir qrupu ümuminadir elementləradlanır. Yerdə adi elementlərdən xeyli miqdarda az olan xassələri az öyrənildiyi üçün məhdud çərçivədə tətbiq edilən həmin elementlərdən kompüter, mobil telefon, lazer, fiber optik kabellər, lampa, kamera, ekran digər məhsulların istehsalında istifadə olunur. Ona görə , “Kitayskidirdeyib keçməyək, Çinin istənilən ölkəyə nəhəng iqtisadi diqtələr edəcəyini hər addımda gözləmək olar. Hansı ölkənin istehsalı olursa-olsun, gecə ixtira edilənin sübh çağı surətini ortaya qoyan Çindən hər şey gözləmək mümkündür...

Adicə bir misal, dost-tanışların Avropa ökələrinə səyahətdən dönərkən aldıqları məhsulun sonradan Çin istehsalı olduğunu görcək necə məyus vəziyyətə düşdüyünü azmı görüb-eşitmişik?! Bu, həm Çinin hər ölkənin məhsulunun surətini çıxarmaq, həm istənilən ölkənin ticarət bazarında iştirakçı olmaq məharətini ortaya qoyur. Ədalət naminə, Çinin fabrik məhsullarının heç avrozona məhsullarından geri qalmadığını da demək mümkündür. Pal-paltar, geyim satışıyla məşğul olanlar da bu məqamı əldə əsas tutaraq, materialın keyfiyyətinə şübhəylə baxan alıcılaraPekinin fabrik malıdırdeyə, təqdim tərif etmək fürsətini qaçırmır. Məhsulun doğrudan da, fabrik istehsalı olub-olmadığını müəyyən etmək, aydınlaşdırmaq mümkün olmasa da, insanlardafabrik malıinamı onları həmin məhsulların alış-verişinə yönəldir...

Bir zamanlar hər addımda, küçədə, bazarda, hər tində rast gəldiyimiz çinli xırdavatçılar hazırdayoxa çıxsalarda, bu o demək deyil ki, ölkə bazarında onların ticarətinə son qoyulub. Bir sıra iri ticarət mərkəzləri, misal üçün, “Binə”, “Sədərək”, “Neftçilər bazarı digər yerlərdə Çin istehsalı məhsullar liderliyini saxlamaqdadır. Bir ölkə ki ABŞ kimi ticarət nəhəngiylə, dünyanın aparıcı, ider ölkəsiylə baş-başa gəlmək istəyir, deməli, məhsulunu - istər surətçıxarma maşınından çıxsın, istərsə özəl ideyasının məhsulu olsun - satmaq istədiyi, bazarını qurmaq istədiyi yerdə, məkanda da gerçəkləşdirəcək.

Dünyanın mobil telefon, texniki vasitələr, cihazlar, ofis, məişət, geyim s. istehsal sahələrində liderlik edən nəhəng ölkələrlə iqtisadi mənada rəqabət aparan bir ölkənin insanlarınınboyunun yarısı da yerin altındadır”. Bu obrazlı ifadəni, məcazı tam mənada, çinlilərə aid etmək mümkündür. Yoxsa, amerikanların boyuna çatmağa genetikanın imkan vermədiyi şəraitdə, çinlilər yalnız ticarət, texnika, sonda da onların timsalında silah istehsalı sahəsində özləriniazman, nəhəng, böyükgöstərə bilərlər.

... Bəli, nadir elementlərdən onun silah olaraq da istifadə edəcəyi təqdirdə, ABŞ-a həmin elementlərin ixracını da məhdudlaşdıra bilər. Çin istehsalı məhsullar qədər təhlükəli keyfiyyətsiz hesab edilsə , o, “Kitayski dünyayarada bilib. Belə olan halda, nadir elementlər sahəsindəki üstünlüyündən istifadə edərək, onun silah istehsalına da baş vurmayacağına kim zəmanət verə bilər?!

Təkrarçılıq olmasın, geyimdə, qidada, texniki vasitələrdə məişətdə, az qala həyatın hər sahəsindəkitayskiməhsulların əsarətindəyiksə, onların bircə başımıza silah dayamağı qalır... Yazıya da, özləri demiş, “sonra xəbərdar etmədiyimizi deməyinmisalıyla nöqtə qoyuram.

 Nigar Vaqifqızı

0.31168007850647