Holokost və Xocalı soyqırımları Los Ancelesdə anıldı

 

Azərbaycanın Los Ancelesdəki Baş konsulluğunun və “Bir ürək xilas et” Fondunun birgə təşkilatçılığı və sözügedən fondun üzvlərinin iştirakı ilə Nasist Almaniyasında yəhudilərə qarşı soyqırımın (Holokost) başlanğıcı hesab edilən, 1938-ci ilin “Kristal Gecə”sinin ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə fondun rəhbəri, kardioloq İzhar Xaruzi və fondun üzvü Ester Blauqrund çıxış edərək, baş konsulluğa belə bir önəmli tədbirə ev sahibliyi etdiyi üçün təşəkkürlərini bildiriblər. Onlar “Kristal Gecə” haqda danışaraq, 1938-ci ilin 9-10 noyabr tarixlərində bütün Nasist Almaniyasında yəhudilərə qarşı geniş miqyaslı poqromlara start verilməsindən və bu qanlı gecənin 1945-ci ilədək 6 milyon yəhudinin məhvi ilə nəticələnəcək Holokosta yol açdığını qeyd ediblər.

Azərbaycanın Los Ancelesdəki Baş konsulu Nəsimi Ağayev 1918-ci ilin mart soyqırımı haqda danışıb və erməni daşnaklarının bolşeviklərlə əlbir olaraq on minlərlə mülki Azərbaycan vətəndaşını amansızlıqla qətl etdiklərini, eləcə də Qubada həyata keçirilən soyqırım zamanı erməni daşnakların azərbaycanlılarla yanaşı yəhudiləri də qətl etdiyini qeyd edib. N.Ağayev Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq və etnik təmizləmə siyasəti barədə danışaraq, tədbir iştirakçılarını 1992-ci ilin Xocalı soyqırımı haqda da məlumatlandırıb.

Tədbirin sonunda İsrail kinematoqraflarının çəkdiyi, Holokosta həsr olunmuş sənədli film nümayiş olunub.

 

0.1552619934082