AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Satılacaq təlxək və ya Mxitaryan faciəsi

  16

Birinci Dünya Müharibəsi illərində Fransanın lənətlədiyi bir alman vardı - Vilhelm Frintser. 46 yaşlı Frintser fransızlarla almanlar arasında az qala əzəli və əbədi mübahisə mövzusu olan Elzasda doğulmuşdu, anası da Lotaringiyadan idi.

1914-cü ilin dekabrın sonlarında Parisdə çağdaş sənət sərgisi olanda rəssam Frintseri də dəvət etmişdilər. Sərgiyə 3 alman rəssam və heykəltaraşın qatılmağına rəğmən, V.Frintser "təhlükəsizliyimin təmin olunacağını düşünmürəm" demiş və Parisə yollanmaqdan boyun qaçırmışdı.

Sərgi baş tutdu, iki həftə sonra isə Frintserin bütün fransız müştəriləri ondan imtina etdilər. Daha sonra almanlar da belə etdilər və rəssam "atılmış" sayıldı.

O, artıq kimsəyə gərək deyildi. Hətta Parisə getməkdən boyun qaçırması ilə bağlı "müstəqil qərar"ının sifarişçisi "Böyük Alman İttifaqı"nın rəhbərliyi belə, "rədd olsun bu bacarıqsız" demişdi.

Vilhelm Frintser özünü dahi rəssam saysa da, indi onu yalnız 20-ci əsrin əvvəllərinin alman rəngkarlığının biliciləri və ekspertləri xatırlayırlar.

Sovetlər dövrünün tanınmış futbolçusu, erməni Hamlet Mxitaryanın oğlu, 30 yaşlı yarımmüdafiəçi Henrix Mxitaryanı da belə tale gözləyir.

Daha doğrusu, o, kədərli və acı taleyini artıq yaşayır.

London "Arsenal"ının rəhbəri Ermənistan yığmasının yarımmüdafiəçisi Henrix Mxitaryanı satmağa hazırlaşır.

Klubun rəhbərliyi oyunçunun Premyer Liqadakı pik formasına çıxa bilməyəcəyini zənn edir.

Xatırladaq ki, Mxitaryan "Arsenal"a "qırmızı şeytanların" rəhbəri Joze Mourinyo onunla vidalaşmağa qərar verdikdən sonra, 2018-ci ilin qışında keçib. Qeyd edək ki, erməni futbolçu "Çelsi" ilə Avropa Liqasının mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında iştirak etməkdən imtina edib.

Nədən, nə üçün?

Bakıda keçirilən bütün nüfuzlu beynəlxalq turnirlərə erməni və Ermənistan atletləri qatılırlar, iştirak edirlər, narazılıqlarını bildirmirlər. Son mövsümdə matçların əksəriyyətini ehtiyat oyunçular skamyasında keçirən, amma özünü Lionel Messi və Kriştianu Ronaldudan da az qala "böyük futbolçu" sayan Mxitaryan Bakıya gəlməkdən qorxur.

Qorxmur, çəkinmir. Yalan danışır, yalan yazır. Məqsədi "Arsenal"ın futbolçusu olduğu üçün dünya mediasının gündəminə gəlmək, barəsində layiq olduğundan artıq danışılmasına nail olmaqdı.

Primitiv marketinq üsullarından biri idi.

Qərb mediası isə həmişə olduğu kimi, "araşdırma"lara başladı və bu araşdırmasız "çözələmələr"in sonucu bu idi ki, sən demə, Bakıda erməniləri təhlükə gözləyir, Avropa Liqasının final matçının mayın 29-da Bakıda keçirilməsi ilə bağlı UEFA-nın qərarı yanlışdır, "Arsenal" və "Çelsi" azarkeşləri Bakıya getmək üçün zillət çəkəcəklər və s.

Halbuki elə həmin media bir qədər əvvəl, İsraildə "Eurovision" keçiriləndə özünə sual vermədi ki, əcəba, İsrail Avropa deyil axı, nədən mahnısı orada keçirilməlidi ki...

"Bakının uzaq olması" ilə bağlı iddialar da sərsəm və absurddur.

Rusiyada keçirilən mundialın matçlarına yollanan fanatlar şikayətlənmədilər.

Cənubi Afrika Respublikasındakı dünya çempionatının qarşılaşmalarını tribunalardan izləmək üçün "Qara qitə"nin cənubuna üz tutan ingilis futbolçular arasında da nə "təsadüf"! ağlaşma və vaysınma müşahidə olunmurdu.

Ona görə də "Arsenal"ın indiki mövqeyi, iddiaları və Mxitaryanın inkarını az qala dünya futbolunu alt-üst edən açıqlama kimi qələmə verməsi aşkar şizofreniya da sayıla bilər.

Necə ki, H.Mxitaryandan sui-istifadə, daha doğrusu, tam istifadə edən Ermənistan və erməni lobbisi udduqlarını düşünsələr də, uduzdular.

Çünki Xocalıdakı erməni cəlladlarını vəsf etmiş, soyqırımdan həzz almış Zori Balayanın ölkəmizə və xalqımıza nifrətinin açıq sezildiyi açıqlamaları ilə Ermənistan XİN bu olayın arxasında məhz İrəvanın durduğunu etiraf etmiş sayıldı.

Mxitaryan bəlkə də Bakıya gəlmək istəyirdi, gələrdi də - amma erməni diasporundan və Ermənistandan qorxdu.

Halbuki "Arsenal" rəhbərliyinin isteriyasına rəğmən, "topçular"ın heyətində Mxitaryan istisna olmaqla bütün futbolçular Bakıya can atırdılar.

Məsələn, türk əsilli alman yarımmüdafiəçi Məsut Özil Twitter-dəki profilində yazmışdı: "Azərbaycanlı qardaşlarım! Biz bunu etdik - finaldayıq! Bakıda görüşənədək".

Məsut Bakıdadır və dediyinə görə, özünü bəxtəvər hiss edir.

... Avropa Liqasının "Arsenal"la "Çelsi" arasındakı final görüşü mayın 29-da Bakı Olimpiya Stadionunda  keçiriləcək.

"Arsenal" rəhbərliyinin, baş məşqçisinin, futbolçu Henrix Mxitaryanın mövqeləri bəllidir. Olsun. Biz "Arsenal"a "Yox, onu mütləq gətirin, qoy, hamı görsün" deyə bilməzdik. Demədik də. "Okey, onun təhlükəsizliyinə tam təminat veririk" söylədik. Vəssalam. Bu, edə biləcəyimiz idi. Henrix Mxitaryanı zorla Bakıya gətirmək və şəhərimizin təhlükəsiz olduğunu bu minvalla göstərmək absurd olardı.

Henrix Mxitaryan məsələsi artıq unudulmaqdadır. Bu futbolçu da faktiki "canlı ölü"dür. Çirkin ssenarini quranların iki məqsədi vardı və onlardan biri Bakıda guya erməni idmançılarının təhlükəsizliyinə təminat olmamasını göstərmək idi - erməni lobbisi ilə İrəvanın oyununun hədəfi bu idi.

"Arsenal"ın oyuna qatılmasında da klub rəhbərliyinin sırf merkantil marağı vardı.

Yəni şayət, "topçular" Bakıda uduzsalar, "Arsenal" bossları deyəcəklər: "Mxitaryanın meydana çıxmaması və bununla bağlı yaşananlar oyunçularımıza pis təsir etdi".

"Arsenal" Bakıda "Çelsi"ni məğlub etsə, son günlərdəki anti-Azərbaycan kampaniyasına, ermənilərin "Mxitaryan"la bağlı "hayp"ına sarsıdıcı zərbə dəyəcək.

"Arsenal" uduzsa belə, heç nə dəyişən deyil. "Çelsi" heç də "Qarabağ" deyil və "topçular" Bakıda 3:0 hesablı qələbənin təkrarlanma ehtimalını mikroskopik dərəcədə az olduğunun fərqindədir.

2015-ci ildə Bakıdakı 1-ci Avropa Oyunlarına Ermənistan yığması 24 idmançı ilə qatılmışdı. Onların Bakıda hər hansı bir problemlə üzləşmələri ilə bağlı fakt, iddia yoxdur. Ermənilər çox istəsələr də, yalandan bəhs etməyə, uydurmalara səbəb olası ən kiçik insident belə, yaşanmamışdı.

Mxitaryanla bağlı "barmaqdan sovurma" kampaniyasının yeganə məqsədi yaranmış situasiyadan bəhrələnmək, siyasi və maddi dividentlər əldə etməkdir.

Və ən nəhayət - Bakı ilə bağlı narazılıq edən ingilis fanatlara bir qədər düşünməyi tövsiyə edərdim.

Avropa Liqasının final matçının Bakıda keçirilməsi ilə bağlı qərarı UEFA 2017-ci ildə qəbul edib. O zaman dünyada kimsə bilə bilməzdi ki, "Arsenal" və "Çelsi" finala çıxacaqlar, Bakıda qarşılaşmalı olacaqlar.

Ona görə aviabiletlər, otellər və s. ilə bağlı iradlar Bakının yox, UEFA-nın, bir də olmayan yerdə problem görən binəvalarındır.

Bakıda otellər də yetərincədir, qiymətləri də baha deyil, aviabiletlər və viza da normaldır.

Dünyanın ən bahalı şəhərlərindən biri Londondursa, orada bir buterbrodun qiyməti Bakıda ortabab oteldə otağın 1 sutkalıq dəyərinə bərabərdirsə, Britaniyaya yollanmaq istəyən Azərbaycan vətəndaşı üç həftəlik viza üçün 128 dollar ödəməlidirsə, bu adamlar nədən və niyə şikayətlənirlər ki...

Çempionlar Liqasının finalında İngiltərənin "Tottenhem" və "Liverpul" klubları Madriddə qarşılaşacaqlar.

London-Madrid aviabiletləri də ucuz deyil, İspaniya paytaxtındakı otellər də final oyunu ilə bağlı qiymətləri aşağı salmayıblar.

Bunlar iddialar yox, faktlardır.

Henrix Mxitaryanla bağlı ucuz, amma çoc ucuz və bəsit şounu yaradanların şüuru anlarsa...

Elçin Alıoğlu
Demokratikmusavat.com

Xəbər Lenti

Günün qoroskopu: İstəklərinizə nəzarət edin

Tbilisidə hökumət əleyhinə aksiya yenidən başlayıb

Xorvatiya əcnəbilərin işə qəbul kvotasını artırıb

Azərbaycan idmançıları "Minsk 2019"un dördüncü günündə üç bürünc medal qazanıblar

"Bizim üçün ailə dəyərləri hər şeydən önəmlidir" - Mənim balam - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskvada Azərbaycan Mədəniyyəti Günündə iştirak edib

"Lenta.ru" Azərbaycan haqqında məqaləyə görə üzr istədi - FOTO

“Ebola” bu ölkəni darmadağın edir - 1500 ölü

Saxta 100 manatlıq əsginaslar dövriyyəyə buraxan şəxs tutulub

Dani Alveş "Fənərbaxça"ya keçir?

ABŞ və Argentinadan imtina etdi - İtaliyada qalmaq istəyir

Neftçalada "Mercedes" yanıb

Trampdan şok qərar: Xamenei hədəfdə...

Bakıda 19 yaşlı qız xəstəxanadan itkin düşdü

Dövlət qulluğuna qəbulla bağlı test imtahanı keçiriləcək

Boksçumuz II Avropa Oyunlarının dörddəbir finalına yüksəlib

Röyadan YENİ FOTOlar

Azərbaycanda yol hərəkətinin nizamlanması üçün iki yeni nişan yaradılır

Mikroavtobus ağaca çırpılıb və yanıb, xəsarət alan var

Ceyranların evi - Şirvan Milli Parkına ekskursiya - FOTO

Bakıda zor tətbiq etməklə 17 min manat mənimsəyən şəxs saxlanılıb

ABŞ İrana qarşı sanksiyaları ləğv edə bilər, əgər...

Parkda Bakı sakininə quldurluq edənə hökm oxundu - 8 il

Deputat: "2019-cu il Azərbaycan tarixinə sosial və idarəçilik islahatlarının qızıl səhifəsi kimi yazılacaq"

Londonda Zamirə Hacıyeva ilə bağlı yeni məhkəmə başladı

Azərbaycan II Avropa Oyunlarında neçəncidir? - Medal sıralaması

"Evlənərkən qızın yaşını dəqiq bilmirdim" - 14 yaşlı qızla evlənib cinsi əlaqəyə girdi - Azərbaycanda şok

Bakı aeroportunda həbs edilən ər-arvadın məhkəməsi başlayıb

Azərbaycanlının davada ölməsinə görə millətlərarası münaqişə? - VİDEO - FOTO

"Neftçi"nin Türkiyədə ikinci rəqibi müəyyənləşdi

Birinci vitse-prezident Mehriban Əliyeva: "Əsas hədəf yeni xidmətlərin insanlara yönəlməsi və vətəndaşların keçmişdə üzləşdiyi çətinliklərin aradan qaldırılmasından, dövlət xidmətlərini insanlar üçün rahat, asan etməkdən ibarətdir"

Gürcüstan sərhədçiləri erməniləri aparan avtobusu saxladı

“Brilliantın müğənni olmağına mən səbəb olmuşam” - Akif İslamzadə

Komitə rəsmisi: "Azərbaycana yad dini ideologiyaların ixrac edilməsinə cəhdlər olunur" - FOTO

Elmar Qasımov ipponla qazandı - 4-cü medal

Dərmanın qiyməti pensiyasının

məbləğindən yüksək...

 Türk xalqı bir daha özünü təsdiqlədi

Mərkəzi Bank depozit hərracının NƏTİCƏLƏRİNİ açıqlayıb

Tunar oğlu üçün qonaqlıq verdi - FOTO

Bolqarıstanda elektrik stansiyasında yanğın

"Bu boyda bədən olar?" - Damla idman zalından paylaşdığı FOTOlara görə tənqid edildi

Zelenski daha 3 qubernatoru işdən qovdu

Rafael Beniteslə yollar ayrıldı

Kanadada fil təlimçiyə hücum etdi

Nazir: "Kənd təsərrüfatı sahəsində innovativ texnologiyaların tətbiqi lazımdır"

Aleksandr Səmədov Azərbaycandan təklif alıb: "Bu haqda düşünürəm"

"Sperantsa" - "Neftçi" oyununun saatı açıqlandı

Zakir Həsənov Ordunun yaradılmasının 101 illiyi münasibətilə şəxsi heyəti təbrik edib

Azərbaycan Prezidenti Sloveniyanın dövlət başçısını təbrik edib

Gürcüstan hökuməti müxalifətin tələbini qəbul etdi

Türkiyədə yük qatarı avtobusla toqquşdu - Ölənlər var

Azərbaycan İsrailə biyan ixrac edəcək

Prezident İlham Əliyev xorvatiyalı həmkarını təbrik edib

Zabit Səmədov Ramzan Kadırovla döyüşdü - VİDEO

Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib

İki təyyarə toqquşdu

Xalq artistinin evindən oğurluq edən xadiməyə HÖKM OXUNDU

Ermənistan tərəddüd edir: daxili gərginlik və geosiyasi ziddiyyətlərin yaratdığı təzyiqlər

Azərbaycan və Türkiyə dövlət xidmətləri və e-hökumət sahəsində əməkdaşlıq edəcək

“Qadın müğənnilərimiz “kim tez və çox soyundu” deyə, məqsəd qoyublar”

Bakıda blokda qadına şok yaşatdılar

ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb

“Real” və “Çelsi”nin əfsanələrinin matçında qol yağışı - FOTOlar

Azay Quliyev: "QHT-lər şər, böhtan, hədə-qorxu yolu ilə bizdən layihə almağa çalışır"

Bəzi QHT layihələrinin maliyyələşdirilməməsi SƏBƏBLƏRİ açıqlanıb

ASAN: Məqsədimiz vətəndaşların həyatını asanlaşdırmaqdır

Bu layihələr Bolqarıstan üçün mühüm əhəmiyyət kəsb edir - XİN - FOTO

“ABŞ əsgərlərinin həyatını qorumaq istəyirsə…” - İranlı general hədələdi

Toyda çəkiliş üstündə dava - 1 nəfər bıçaqlandı

"Pişiyin əli ətə çatmayanda deyir iylənib" - Günelin sözü başına bəla oldu - FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya BMT-nin xüsusi mükafatı təqdim edilib - FOTO

Fanatları Şəbnəm Tovuzluya hücum etdi - VİDEO

Penitensiar xidmət və polis tərəfindən birgə ƏMƏLİYYAT - Məhkumun gizlətdiyi silah...

İranda 3 min "Peugeot 301" istehsal olunacaq

Nisə Qasımova: “Gəlinimdən ötrü ölərəm"

“Bir də gördüm ki, babam yox oldu” - Arif Məlikovun nəvəsi - VİDEO - FOTO

15 yaşlı azərbaycanlı qız ABŞ-da 1-ci oldu, qızıl medal qazandı - FOTOlar

Türkiyədə 32 hərbçi saxlanıldı

“Övlad sahibi olmaq üçün ailə olmasa da olar” - Xəyalə Manaflı - VİDEO - FOTO

“Hər oyunda bir az daha artıraraq, davam edəcəyik” - Messi

Tehran ABŞ-ın pilotsuz aparatlarını vurmağa hazırdır

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT-nin xüsusi mükafatına layiq görülüb - FOTO

"Ayaks" Hollandiya millisinin üzvünü transfer edir

Məşhur “avtoş”un qatilinə hökm oxundu

AŞ PA-nın yay sessiyası işə başlayıb

Oyuna Rusiya əleyhinə şüarla çıxdılar - Gürcü futbolçulardan etiraz

Dünyanın ən bahalı müdafiəçi transferi reallaşır

Azərbaycan Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyada səfərdədir

Mətanət adaşı haqda dediklərini dandı - VİDEO

2 yaşlı uşaq özünü nənəsini tapançası ilə vurub

Qasımov və Mehdiyev 1/4, Kokauri 1/2 finalda - YENİLƏNİB

“Elzanın “ağzını tikmişəm” şeiri öz başına gələnlərdir”

Şəkidə 5 tondan artıq narkotik tərkibli bitki məhv edilib - FOTO

Ailə faciəsi: Fiziki qüsurlu oğullarını yanğınsöndürənlərə verib, yanaraq öldülər - VİDEO - FOTO

Arvadını it zəncirinə bağladı, onu və 20 günlük körpəsini döyə-döyə öldürdü - TƏFƏRRÜAT - FOTO

Yeni nazir əməliyyat müşavirəsi keçirdi

“Dedilər ki, tutulana qədər özünü öldür” - 2-ci əri ilə bibisinin evini soyan məhkum qadın - VİDEO - FOTO

Dilarə Əliyevanın qızının toyunda NƏLƏR BAŞ VERDİ? - VİDEO - FOTO

"Copa Amerika"nın tribuna gözəlləri - FOTOlar

Azərbaycanda İLK DƏFƏ minimum əmək haqqı yaşayış minimumunu üstələyir

“İntihara cəhdlərim oldu” - Tanınmış ifaçı depressiyaya düşməyindən danışdı - VİDEO - FOTO

Bank VTB (Azərbaycan)-ın kollektivi qanvermə aksiyası keçirib

Zaur canlı yayımda yeməyi döşəməyə dağıtdı - VİDEO

“Hər şeyimlə diqqət çəkirəm” - Səmra

Hərbi hissədə yanğın - Ətrafdakı sakinlər təxliyə edilir

İki cüdoçumuz 1/8 finalda

Bu gün hansı idmançılarmız yarışır? - Avropa Oyunları

Dilarənin Çingiz sevgisi: “Gir həyatıma”

Azərbaycan OPEK+ sazişini əvvəlki şərtlərlə davam etdirməyi planlaşdırır

Bakıda Birləşmiş Millətlər Təşkilatının dövlət xidmətləri üzrə mükafatlandırma mərasimi keçirilib - FOTO

Zavod işçiləri çimərlik geyimində çalışır - Belarusda istilərin nəticələri - FOTO

Mingəçevirdə oğul ananı bıçaqlayıb

Ronaldo ailəsi ilə istirahətdə - FOTO

Avropada cinsi əlaqə festivalına insan axını BAŞLADI - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva BMT-nin Dövlət Xidmətləri Forumunun açılış mərasimində iştirak edib - FOTO

Avropada cinsi əlaqə festivalına insan axını BAŞLADI: VİDEO

Dilarə qızının toyunda Röya ilə barışdı - VİDEO

Rahidənin qısa ətəkdə paylaşımı maraq doğurdu - FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT Baş katibinin müavini Liu Cenmin ilə görüşüb - FOTO

YouthSpeak Forum 2019 uğurla başa çatdı - FOTO

“İnanmayın, o, mənim dostumdur”

"Meydana çıxmağı səbirsizliklə gözləyirəm" - "Qarabağ"ın transferi

Sənubərin məclislərə eynəkli getməsinin səbəbi bilindi - FOTO

Sənubər məclislərə eynəkli getməsinin səbəbi bilindi - FOTO

Kolumbiya qrup lideri kimi mərhələ adladı - VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva BMT-nin Dövlət Xidmətləri Forumunun açılış mərasimində iştirak edib

Millət vəkili: "Dövlət başçısının imzaladığı sərəncamlarda sosial ədalət və inkluzivlik təmin edilir"

İki uşağı ölən azərbaycanlı məşhur: Sonra övladımız olmadı - FOTO

İmamoğlu: "İstanbulda qanun və ədalət hökmranlıq edəcək"

Argentinanı 1/4 finala yüksəldən qələbə - VİDEO - FOTO

Azərbaycan millisi Avropa ikincisi oldu

Azərbaycanda qohumlar arasında dava - 18 yaşlı gəncin üzərindən avtomobillə keçdi

Azərbaycanlı müğənni sevdiyi qızı qaçırdı: polislər qapılarını kəsdilər - FOTO

La Liqaya yüksələn son klub müəyyənləşdi - FOTO

Paşinyan Qarabağda savaş istəyir

Çimərlikdə atanı uşağının gözü qarşısında daşla döydülər - Azərbaycanda ŞOK HADİSƏ

Manaf məşhur müğənninin ərə getməsinə qarşı çıxdı: "Nəbadə…"

Qonşu ölkədən meyvə ixracı azalır

Banqladeşdə qatar relslərdən çıxıb: ölənlər və yaralılar var

Bu gün 40 dərəcə isti gözlənilir

İndoneziya adaları yaxınlığında güclü zəlzələ olub

Yeni Qvineya adasınd 6,1 bal gücündə zəlzələ qeydə alınıb

Argentina Amerika Kubokunun play-off mərhələsinə vəsiqə qazanıb

Kamerunda yol qəzasında 22 nəfər həlak olub

Sabir Cəfərov erməniyə qalib gələrək çempion olub - FOTO

İllik 10,6 milyon avro qazanacaq

Diaqnostik qiymətləndirmədən keçməyən müəllimlərin də maaşı artacaq - RƏSMİ

Tbilisidə kütləvi etiraz aksiyaları DİN-in binası qarşısında davam edəcək

Batumidə üçüncü mərtəbədən lift qırılıb düşüb

Səudiyyə Ərəbistanında hava limanı atəşə tutulub

Türkiyə SQ İraqın şimalında 58 terrorçunu zərərsizləşdirib

Yunanıstanda avtomobil velosipedçilərin üstünə sürüb: ölənlər var