AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

REAL sədri "siyasi intihar" yolunu tutub: UEFA-nı da hədələdi

  12

Respublikaçı Alternativ Hərəkatının (REAL) sədri İlqar Məmmədov psevdosiyasi karyerası dönəmində az qala bütün beynəlxalq və pan-Avropa təşkilatlarına müraciətlər edəndən sonra bu dəfə UEFA-ya üz tutub.

Ərzi-hal, şikayətnamə və ultimatumun əcaib qarışığı olan açıqlamanı İ.Məmmədov Facebook-dakı səhifəsində paylaşıb.

İlk əvvəl o, bəyan etdi: "REAL İdarə Heyəti dünən qərar verdi ki, həmişəki kimi, mayın 28-də gedib İstiqlal abidəsinə gül qoyub 1-ci Cümhuriyyəti anacağıq.

Lakin UEFA Liqasının finalının mayın 29-da Bakıda keçirilməsini bəhanə gətirərək hakimiyyyət bu gün elan elədi ki, abidənin yerləşdiyi İstiqlaliyyət küçəsinə giriş bir neçə günlük məhdudlaşdırırlacaq", - İ.Məmmədov dübarə həmişəki ampluasına dönüb və hakimiyyəti suçlayıb.

Halbuki...

UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejimində çalışacaq.

Mayın 29-da baş tutacaq oyunu izləmək üçün ölkəmizə çoxsaylı əcnəbi azarkeşlərlə bərabər turist axını da gözlənilir.

Bütün bunları nəzərə alan və həmin günlərdə gücləndirilmiş iş rejimində xidmət aparacaq hüquq-mühafizə, o cümlədən daxili işlər orqanları tərəfindən final oyunu ərəfəsində ictimai asayişin və ictimai təhlükəsizliyin daha etibarlı qorunması, oyunu izləmək üçün gəlmiş çoxsaylı əcnəbilərin rahat, maneəsiz və sərbəst gəzintilərinin təmin edilməsi üçün may ayının 25-dən 31-dək paytaxtın bəzi mərkəzi küçə və meydanlarında, xüsusən də Nizami ("Tarqovı") və İstiqlaliyyət küçələrində və Fəvvarələr meydanında vətəndaşların sıx hərəkətinə, eləcə də Respublika günü ilə əlaqədar İstiqlaliyyət küçəsindəki abidəni ziyarətə gəlmələrinə məhdudiyyətlər qoyulacaq.

Bu qədər bəsit, sadə və konkret.

REAL sədri isə reallığı görmək istəmir, anlamadığını anlatmağa çalışır və UEFA-nı suçlayır.

"UEFA-ya ayıb olsun ki, bu rejimin siyasi istəklərini ört-basdır edənə çevrilib. O abidə ilə matçın keçirələcəyi stadion arasında 10 kilomert məsafə var, ziyarətlər isə matçdan bir gün qabaq olur. Bu biabırçılığa görə UEFA-ya sabah video müraciətimlə etiraz edəcəm. UEFA bizim həbsimizin ayıb ləkəsini öz tarixindən heç vaxt silə bilməyəcək!", - Facebook səhifəsində İ.Məmmədov az qala göz yaşlarnı silərək hıçqırıb.

O, həmişəki ampluasındadır. Əbədi şikayətçi, daimi uğursuz, bitmək bilməyən iradlar, iddialar və istisnalar daşıyıcısı obrazına pərçimlənmiş İ.Məmmədov arqumentlərinin nə qədər əsassız, hətta miskin olmasının fərqində deyil.

Azərbaycan hakimiyyətini "rejim" adlandırmaqla öz aləmində müstəsna və fövqəladə demokratlıq edən, guya iqtidarı "sərt tənqid edən" REAL sədri dərk etmir ki, "hakim rejim" ifadəsinin vətəni Britaniya, ən çox işləndiyi ölkə isə ABŞ-dır. Amerikalılarla britaniyalılar iqtidarlarını "hakim rejim" adlandıranda bu ifadənin məna yükünə nə yalançı müxalifətçilik çalarları qatır, nə də misilsiz və təkrarsız mübariz tanınmaq istəklərini faş etməyə meylli olurlar.

Yox, çünki onların ağlına da gəlməz ki, Azərbaycanda yaşayıb Azərbaycanı yaşatmaq istəməyən REAL sədri kimi bir fərd var və o fərd də öz ölkəsindən UEFA-ya şikayətlənərək "rejimdən zillət görüb əziyyət çəkən" adam olduğunu vurğulayır.

Az qala hər gün, özünü tragikomik vəziyytə salaraq.

Dörd il əvvəl Bakıda keçirilmiş 1-ci Avropa Oyunları ərəfəsində də analoji şikayətlər vardı.

Eyni ritorika, əkiz lüğət, ütülü və saxta vətənpərvərlik eşqi - tələblər də İlqar Məmmədovun sözlərinin təkrarı idi.

Fəqət, 2015-ci ildə ölkə sərhədlərindən çox kənardakı sifarişçilərin əmri ilə ortaya salınmış marionetlər nəyi niyə istədiklərini üstüörtülü olsa da, vurğulamışdılar.

Bakıda "Eurovision" mahnı müsabiqəsi ərəfəsində də "Demokratiya üçün oxu" adı ilə çirkin ssenari işə salınmışdı: həmin günlərdə əcnəbi kütləvi informasiya vasitələri arasında Azərbaycana xüsusi nifrəti ilə seçilənlər ifrat aktivləşmiş, ölkəmizi ora yollanmış turistin həyatını riskə atdığı Somali, Bakını da küçələrində atışmaların səngimədiyi, kriminalın tavan vurduğu Moqadişo kimi qələmə verirdilər. Bu yaramazlıqlara ölkəmizdəki kin şüurlu, küdurət mənəviyyatlılar da var qüvvələri ilə dəstək verirdilər.

Alınmadı, əcnəbilər gəldilər, gördülər və Azərbaycanı təriflədilər.

Di gəl, İlqar Məmmədov "sələf"lərindən fərqli olaraq sifarişli oyunun fiqurantı olduğunu etiraf etmir və "28 may günü Bakıda geniş etiraz aksiyası keçirək!" bağırıb səs-səsə verənlərlə eyni göstəriş aldığını ciddi-cəhdlə pərdələməyə çalışır.

Halbuki mayın 28-də, məhz Avropa Liqasının final matçı ərəfəsində Bakıda "yürüş və etiraz aksiyası" adı ilə qarşıdurma yaradıb onu kütləvi iğtişaşa çevirmək planı ayın əvvəlindən işə salınıb. Plan dedikdə əslində xarici ölkələrə sığınmış mühacirlər arasındakı "müstəqil bloqer", "siyasi fəal"lar və YouTube-da yaşayan "aktivist"lər Azərbaycanı hədəfə almış kampaniyanın kiçik kölələrinə dönərək dartqı vasitələri qismində çıxış edir, nifrətlərini sosial şəbəkələrə yayırlar.

Bu səbəbdən REAL sədrinin mayın 28-də aksiya keçirmək istəyi təsadüfdür, yoxsa əvvəlki illərdə təşəkkül tapmış ənənənin davamı?! İlqar Məmmədov "sadəcə", İstiqlal abidəsinin önünə gül qoymaq istədiklərini yazır.

İnanmaq çox çətindir, çünki ötən il "gül qoyacaq, çıxıb gedəcəyik" deyən REAL rəhbərliyi bu adi tədbiri siyasi aksiyaya döndərmişdilər. İşə polislər qarışmalı olmuşdular.

İlqar Məmmmədov belə "ənənə"dən bəhs edirsə, yanılır: növbəti buffonada olmayacaq.

Yox əgər o, xaricdə hazırlanan və ölkəmizə, stabilliyə qarşı yönələn "28 may aksiyası"nın tərkib hissəsi olduğunu israrla pərdələyərək "rejim"i suçlayıb UEFA-ya şikayət etməkdə israrlıdırsa, buyursun.

Zatən ona səbəb gərəkmir: REAL sədri qəmli Pyero kimi daim küskün pozadadır və hamının həmişə ona borclu olduğuna, kimsənin onun dühasını və möhtəşəm siyasi-analitik qabiliyyətini anlamadığına əmindir.

Belə əminlik siyasətçilərdə hansı səbəbdən yaranır - yazıb İlqar Məmmədovun onsuz da rəncidə olmuş əhvalını yerlə bir etmək istəməzdik.

Sadəcə, onu deyək ki, ölkəsindən UEFA-ya şikayətlənmək siyasi mənəviyyatsızlıq və absurddur.

Fikrində qətidirsə, buyursun.

Zatən REAL sədri indiyədək o qədər absurd açıqlamalarla çıxış edərək sosial şəbəkələrdə lağlağı obyektinə dönüb ki, bundan sonra hansısa imic itkisindən bəhs etmək tamamən mənasızdır.

Elçin Alıoğlu
Demokratikmusavat.com

Xəbər Lenti

Azərbaycanda toyda dava düşdü: bıçaqlanan var

Göyçayda 35 yaşlı kişi ürəyindən bıçaqlandı

Mariya Zaxarova: Mən Bakını çox sevirəm

Günün qoroskopu: Xırda səhvlər və yarımçıq işlərə yol verməyin

Onlar da evləndi - FOTO

Bakıda 52 yaşlı kişi binadan yıxılıb ödü

“Baladadaşın toy hamamı”na yığışacaqlar

Azərbaycanlı müğənni iki ay sonra yenidən toy etdi

“Yaşlandıqca qadına ət lazımdır” - Röya

Zelenskidən Donbasla bağlı gözlənilməz bəyanat

Sabirabadda dəhşətli intihar

Hindistandan ABŞ-ı qəzəbləndirəcək addım

Ukrayna ilk dəfə futbol üzrə dünya çempionu oldu

Lənkəranda "Nissan" yanıb

Əfqanıstanda "Taliban"ın 25 silahlıları öldürülüb

Füzulidə 15 ha biçilməmiş taxıl sahəsi yanıb

Dəməşqdə partlayış baş olub

Millimizdən heç-heçə

"Qəbələ"dən ikinci transfer

"Qarabağ" "Səbail"ə qalib gəldi

"Real"dan "Atletiko"ya

"Qəbələ"nin Türkiyədəki ilk rəqibi açıqlandı

"Fənərbaxça"da yeni yarımmüdafiəçi

Leonardo PSJ-yə qayıtdı

"Qəbələ" ilk transferini etdi

Sudanın sabiq prezidenti məhkəmə qarşısına çıxacaq

Bakı - Şarm əl - Şeyx - Bakı birbaşa çarter reysi açılıb

Alim Qasımov kilsədə azan oxudu - VİDEO

Alim Qasımov kilsədə azan oxudu

Dünyanın ən rəqabətqabiliyyətli şəhərlərinin reytinqi açıqlanıb

“İnsanlara kömək etdim, tanrı da mənə ikiqatını verdi” - Ronaldu

Sankt-Peterburqda azərbaycanlının avtomobili gözü qarşısında qaçırıldı

Qurban Qurbanovun oğlu “Qarabağ”ın əsas heyətində

Poroşenko ilə bağlı vacib qərar

“Faytonçu” Nazim: Kişi bir dəfə evlənər, boşanmaz

Gürcüstan parlamentinin I vitse-spikerindən “Keşikçidağ” bəyanatı

Goranboyda kombayn, Sabirabadda traktor qoşqusu yanıb

Bakı Konqres Mərkəzində məzun gecəsi keçirilib - FOTO

Deputat: Heydər Əliyev xilaskar missiyasını şərəflə yerinə yetirdi

Güzəştli vergi tutulan ölkələrin və ərazilərin yeni siyahısı

“Niyə anam məni yaltaq doğmayıb?” - Nadir Qafarzadə

Bal ayına 120 min xərclədilər

Koçaryanın işi ilə bağlı Apellyasiya qərarı gələn həftə elan edilə bilər

Səudiyyə husilərin mövqelərinə hücum edib

ABŞ və Polşa hərbi əməkdaşlığı genişləndirir

Honq Konq ekstradisiya qanun layihəsini təxirə salır

Məhəmməd Rəhmanifər: Uşaqların evdə də ana dilində danışmasını istəmirlər

Pentaqon: Türkiyə müttəfiq mövqedən çıxış etmir

Tehran məhkəməsi türk fəalın həbs və məhrumiyyət cəzasını qüvvədə saxlayıb

Tramp: seçkilərdə qalib gəlmədiyim halda bazar çökəcək

İran Azərbaycanı və Tehranda Abbas Lisaniyə dəstək məktubları yazılıb

Kreditlər haqqında maraqlı faktlar

Makrondan Türkiyə ilə bağlı skandal sözlər: "Ankara buna son qoymalıdır"

Somalidə partlayış nəticəsində 8 nəfər öldü

Tanınmış rejissor dünyasını dəyişdi

"Milan"ın əfsanəvi futbolçusu baş direktor təyin olundu

Masazır sakininin həyətindən çətənə kolları götürüldü

Bekhem İkardini Amerikaya aparmaq istəyir

Türkiyədə sabiq deputatın qohumlarının torpaq davası: 4 nəfər öldürüldü

Təyyarə aviaşou zamanı çaya düşdü: ölən var - VİDEO

Gürcü kilsəsi ABŞ səfirini ittiham etdi

Ermənistanda kənd icmasının başçısı güllələndi

Rusiyada azərbaycanlını vəhşicəsinə döyən qrup üzvlərinə hökm oxundu: 55 il - FOTO

Ruslar “Çernobıl” serialına niyə bu qədər ağrılı reaksiya verirlər?

Rusiyada attraksiona minən 8 yaşlı qız öldü

Deputat: "Milli Qurtuluş Günü Heydər Əliyev əzəmətinin təntənəsidir"

ABŞ-da sabiq senator öldürüldü: 48 yaşlı rəfiqəsi həbs edildi

Bakıda turistlərin qaldığı mənzildən oğurluq edən qadın saxlanıldı

Keniyada partlayış: 8 polis öldü

Çində güclü yağışlar 61 nəfərin ölümünə səbəb olub

Türkiyəlini soyan azərbaycanlılara hökm oxundu - Ukraynada

Antalyada qəza: 7 turist yaralandı

Birinci vitse-prezident Mehriban Əliyeva: "Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir"

“Hər bir peşədə biqeyrət olacaq” - VİDEO

Ramil Usubov müavininin qardaşı oğluna vəzifə verdi

Miqrantlar Trampı tənqidi şüarlarla təbrik etdilər

"Beşiktaş"dan Şürleyə rəsmi təklif

Montella klubunda qalacaq

"Tanınmış olmasaydım, daha pis şərhlər yazardım"

Fil fermeri öldürdü

Dünya çempionu həbs edildi - SƏBƏB

Putinlə Ərdoğan arasında “ayaqüstü” söhbət

Tranzit nömrəli avtomobillər artıb - Sürücülər bu “hiylə” ilə rüsumlardan yayınırlar - FOTO

Osakada G20 ölkələri liderlərinin sammitini 25 minədək polis qoruyacaq

Gəncədə evdən oğurluq edən keçmiş məhkumlar saxlanıldılar - FOTO

Novruz Məmmədov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin V Zirvə toplantısında iştirak edib - FOTO

Keçmiş nazir mülk davasına başladı - Şirkəti məhkəməyə verdi

Bakıda Baku Food Fest-in yubiley sezonu açıldı

AzTV proqramın bağlanmasına aydınlıq gətirdi

Braziliya millisində ağır itki

Leonardo yenidən PSJ-də

Ruslarla qaraçılar arasında kütləvi dava: ölən və yaralananlar var - VİDEO

"Heydər Əliyevin Azərbaycanda rəhbərliyi öz üzərinə götürməsi dövləti siyasi iflasdan, vətəndaş müharibəsindən və yenidən əsarət altına düşməkdən xilas etdi"

Bakıda peyda olan bu şəxslər kimlərdir?.. - "Bazarımızı öldürüblər" - FOTO

Albiol La Liqaya qayıdır

Superkubokun vaxtı müəyyənləşdi

Elton valideynlərinin FOTOsunu paylaşdı

Müdafiə naziri: “Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı” - FOTO

“Ad günlərindən utanıram…”

Mübariz Qurbanlı: "Heydər Əliyev dövlətçiliyin möhkəmləndirilməsi üçün çox ciddi islahatlar həyata keçirib"

Ulduz futbolçunun evi qarət olundu

İdmançımız erməni rəqibini geridə qoyub Avropa birincisi oldu

Ankara və Bakı qardaşlaşmış şəhərlər olacaq

Sabah 38 dərəcəyə qədər isti olacaq

UEFA prezidenti: "Azərbaycan klubu Londonda oynasaydı, heç kim tənqid etməzdi"

Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib - FOTO

Frederiko yenidən "Neftçi"də - RƏSMİ

Azərbaycan XİN nazirlərin Vaşinqton görüşü barədə: "Ümid edirik ki, tərəflər daha konkret nəticələr əldə edəcəklər"

Günelin ev yalanını canlı yayımda BELƏ İFŞA ETDİ - VİDEO - FOTO

Elvin: "İndi özünü qız kimi aparan kişilər dəbdədir"

Putinin çinli həmkarına gözlənilməz hədiyyəsi - VİDEO

Ötən gün 31 cinayətkar saxlanılıb

24 il əvvəl 1 yaşında oxumuşdu, dünən isə toyunda - Aygünə sürpriz

Ailələrin gəldiyi çimərlikdə lüt gəzən kişini döydülər - VİDEO - FOTO

Dayədən ağlasığmaz əməl - FOTO

"Mən heç vaxt müğənni olmaram"- FOTO

Birinci vitse-prezidentin adından mərhum Həlimə Əliyevanın ailəsinə başsağlığı verilib

İradə Nigarın əri ilə - FOTO

Çində daşqınlar 19 nəfəri öldürdü

Müstəqil sosial müdafiə sisteminin qurucusu

Türkiyədə zəlzələ olub

Norveçdə biabırçılıq: keçmiş nazir üç miqrant kişini zorladı

Məşhur serialın aktrisası vəfat etdi

2 uşaq anası intihar etdi - Tik Tok-a görə - FOTO

"10 uşaq da doğmaq istəyirəm" - Oksanadan CƏSARƏTLİ AÇIQLAMA - FOTO

Səfir: "Azərbaycanın iştirakçısı olduğu enerji və nəqliyyat layihələri bütün region ölkələrinin inkişafına böyük töhvə verir"

Tünzalə: "Xəstə olduğum üçün məni xınaya çağırmırlar"

Nazir: "Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub"

Bu il Tunisdə 4 mindən artıq miqrant saxlanılıb

Ornella Muti həbs edildi - 6 ay cəza

Berlində 3 min insan təxliyə edildi - Bombaya görə

Nazilədən Xoşqədəmə: "Məndən üzr gözləmə"

“Yeşilçam” ulduzu vəfat etdi

İstanbulda ticarət mərkəzində yanğın başlayıb

Akademik: "Heydər Əliyev Azərbaycanı parçalanmaq təhlükəsindən qurtardı"

Xoşqədəm məhkəməni uddu - Nazilə üzr istəyib təzminat verəcək

Tərtərdə top mərmisi aşkarlanıb - FOTO

Bakıda yol qəzası: 2-si uşaq olmaqla 5 nəfər yaralandı

İsmayıllıda 30 ha biçilmiş taxıl sahəsi yanıb

Osakada keçiriləcək G20 sammiti 25 mindən artıq polisin nəzarəti altında olacaq

Rusların qaraçılarla davası: Ölü və yaralılar var - VİDEO Həkim isbat edir

Mexiko yaxınlığında vulkan 5 kilometr hündürlüyə kül püskürüb

Belarusdan ölüm hökmünü ləğv etmək tələb olundu

Rusiyada təyyarə sərt eniş edib, xəsarət alanlar var

Ağcabədidə biçilməmiş arpa sahəsi yanıb

Dünyanın ən bahalı futbolçuları - TOP 10

Fuad Axundov: Ermənistan istorioqrafiya sahəsində informasiya müharibəsini uduzub - FOTO

Moskvaya uçan təyyarə Əlcəzairdə məcburi eniş edib

Beyləqanda 4 otaqlı ev yanıb

Biləsuvarda yanğın qeydə alınıb

Novruz Məmmədov Tacikistanın prezidenti ilə görüşüb

Ərəb koalisiyası husilərin mövqelərini bombalayıblar

Şəmkirdə 3 otaqlı evdə yanğın olub

Türkiyə prezidenti Tacikistana səfərə gəlib

Milli Qurtuluş Günü - Azərbaycanın firavan gələcəyinə, böyük perspektivlərinə doğru açılan yol

Kolumbiyada yaşayış evinin divarı uçub, ölənlər və yaralananlar var

Beynəlxalq Muğam Mərkəzin səhnəsində caz əhvalı davam edir - FOTO