AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Paşinyan "karabaxtsi"lərə qarşı: ermənilərdə müharibə xofu

  12

Ermənistanda hakimiyyət real və çox qorxulu təhlükə ilə üzləşib. Baş nazir Nikol Paşinyana qarşı onun devirdiyi Serj Sarqsyan, sabiq prezident Robert Köçəryan, habelə Dağlıq Qarabağ separatçılarının indiki lideri Bako Saakyan və terrorçuların əvvəlki lideri Arkadi Qukasyan birləşiblər.

Onların hamısı əslən Dağlıq Qarabağdandır və Ermənistanın daxili həyatının istisnasız olaraq bütün sahələrində ciddi rol oynayan, xüsusi çəkiyə malik "karabaxtsi"lərin üzdə olan, hadisələrə təsir imkanlarına malik liderləridir.

Ermənistanda "karabaxtsi" adlandırılan qarabağlı ermənilərin siyasi, iqtisadi və sosial qüvvə statusunu daha da gücləndirməsi baş nazir Nikol Paşinyanı çox ciddi narahat edib.

O, Faceboook səhifəsindəki videomüraciətində deyib: "Ermənistanda konkret qüvvələr var ki, ermənistanlı və qarabağlı ermənilər arasında nifaq, təfriqə salmaq istəyirlər. Rüşvətxor və korrupsioner sistemdən Ermənistan ermənilərindən daha çox Qarabağ erməniləri əziyyət çəkiblər. Bu korrupsioner sistemin bəzi nümayəndələri şəxsi əlaqələrindən Ermənistan hökuməti və baş nazirinə qarşı təbliğat üçün istifadə edirlər. Bütün faktları təhlil edəndən sonra belə nəticəyə gəldim ki, bütün bunların arxasında Qarabağda yeni müharibəyə başlamaq və hətta bəzi ərazilərdən geri çəkilmək, sonra da məsuliyyəti Ermənistan hökumətinin boynuna atmaq istəyi var. Belə fəaliyyəti dövlətə xəyanət sayıram. Ermənistanın baş naziri, ölkənin silahlı qüvvələrinin Ali Baş Komandanı qismində bəyan edirəm ki, belə çevriliş cəhdlərinin qarşısını almaq üçün ən sərt tədbirlərə əl atacağam".

Paşinyan Ermənistan məhkəmələrinə qarşı

Ermənistanın Baş naziri Nikol Paşinyan bir il əvvəl onu hakimiyyətə gətirən inqilabın "ikinci mərhələsi" çərçivəsində ölkənin məhkəmə sistemində radikal islahata çağırış edib.

Paşinyan mayın 20-də Ermənistanın hərbi, məhkəmə və siyasi liderlərinin iştirak etdiyi konfransda çıxış edərək bildirib ki, son 12 ay ərzində ölkədə legitim icra və qanunvericilik hakimiyyətləri formalaşdığı halda məhkəmə sistemi öncəki "korrupsiyalaşmış hökumətin" nəzarəti altındadır.

Onun sözlərinə görə, Avropa İnsan Haqları Məhkəməsi tərəfindən qərarları qanunsuz sayılan bütün hakimlər tutduqları vəzifədən azad edilməli və lazımi islahatların aparılması üçün konstitusion dəyişikliklər həyata keçirilməlidir.

"Cərrahi müdaxilə üçün zaman gəlib," - o, vətəndaşları korrupsiya və hökuməti devirməkdə ittiham edilən keçmiş prezident Robert Koçaryanın həbsinə etiraz etmək üçün məhkəməyə girişi bloklamağa çağırdıqdan bir gün sonra belə deyib.

Ötən yaz Serj Sarqsyanı ümummilli etiraz dalğası ilə devirərək hakimiyyətə gələn Paşinyan bütün hakimlərin ədalətə xidmət edə biləcəklərini ortaya qoyacaq "yoxlama prosesinə" tabe tutulmalı olduğunu söyləyib.

"Mən məhkəmə tərəfindən qəbul edilən qərarların qanuniliyi və etibarlılığını mühakimə edə bilmərəm. Bu, mənim gücümdə deyil... Buna baxmayaraq, məhkəmə qərarlarına xalqın inanmadığı da ortadadır," - o deyib.

"Ermənistan xalqı məhkəmə hakimiyyətini hələ də köhnə korrupsiya sisteminin qalıqları kimi görür. Bu təxminlər nə dərəcədə real və əsaslıdır, bu, artıq başqa məsələdir, amma məhkəmənin xalqın güvənini itirməsi o deməkdir ki, bu fəaliyyət üçün kifayət qədər legitim deyildir", - Paşinyan əlavə edib.

Ermənistanın aparıcı müxalif qüvvələri məhkəmələrin blokadasını pisləyib. Onların fikrincə, bu hərəkət məhkəmənin işinə hər hansı bir xarici müdaxiləni qadağan edən konstitusiya maddəsini pozur.

"Əgər bəzilərini  siyasət məyus edibsə, o, bunu məhkəmələrə təzyiq göstərərək, məhkəmələrin işini pozmaqla ifadə etməməlidir,"- "Çiçəklənən Ermənistan" Partiyasının (BHK) ali funksionerlərindən biri Gevorq Petrosyan "Azatutyun" radiosuna ("Azadlıq Radiosu"nun erməni xidməti, - red.) bildirib.

Ermənistanın baş naziri Nikol Paşinyan onu hakimiyyətə gətirmiş etiraz hərəkatını "inqilab" adlandırır. Bu mənada onun özünə qarşı qüvvələri əksinqilab adlandırması gözlənilən idi.

Hələ mayın 8-də hazırda məhkəməsi davam edən keçmiş prezident, əslən qarabağlı Robert Köçəryan təcridxanadan Reuters agentliyinə yazılı müsahibəsində demişdi ki, çox güclü müxalifət qüvvələri Ermənistanın yeni hakimiyyətinə meydan oxumaq üçün birləşirlər və onun özü də bu qüvvələrin arasında olacaq.

Köçəryan bu müsahibəsində ölkənin yeni hakimiyyətini "naşı" adlandrımış və demişdi ki, ötən il Ermənistanda baş verənləri inqilab adlandrımaq olmaz: "Bu, sadəcə olaraq, cəmiyyətin yığılıb qalmış narazılığının və dəyişikliyə canatmanın nəticəsi idi".

64 yaşlı Köçəryan bu ayın əvvəlində mühakimə olunub. O, 2008-ci ilin aprel ayında sona çatan hakimiyyəti zamanı konstitusion nizamı pozmaqda ittiham olunur.

Onunla yanaşı bu cinayət işində daha üç keçmiş yüksək rütbəli rəsmi var. Köçəryan, həmçinin böyük məbləğdə rüşvət almaqda ittiham olunur.

2008-ci ilin martında baş vermiş etirazlar zamanı nümayişləri dağıtmaq üçün Köçəryanın göndərdiyi təhlükəsizlik qüvvələri ilə toqquşma zamanı səkkiz nümayişçi və iki polis məmuru öldürülmüşdü. Üç həftəlik fövqəladə vəziyyət elan edildikdən sonra Köçəryan yenidən nəzarəti ələ ala bilmişdi.

1998-2008-ci illərdə Ermənistan prezidenti kimi fəaliyyət göstərməmişdən əvvəl R.Köçəryan Dağlıq Qarabağ separatçılarının lideri olub.

İrəvanda məhkəmələrə hücum

Dünən səhər İrəvanın iki inzibati rayonunda məhkəmə binalarının pəncərələri sındırılıb.

İnsident hakimlər içəriyə pəncərədən keçmək istəyərkən baş verib.

Daha öncə yayılmış informasiyaya görə, pəncərələri binaların giriş-çıxışını bağlamış vətəndaşları qırıb.

Polis vətəndaşları hakimlərin və işçilərin məhkəməyə girməsinə mane olmamağa çağırıb.

Hazırda hakimlər və işçilərin məhkəmə binalarına girməyə çalışmadığı bildirilir.

Ermənistanda fəallar Nikol Paşinyanın çağırışına səs verərək səhərdən məhkəmə binalarının girişlərini tutmağa başlayıblar.

Şənbə günü keçmiş prezident Robert Köçəryanı azadlığa buraxmış Nor Nork məhkəməsinin girişi bloklanmışdı.

Eləcə də İrəvandakı digər məhkəmələrin, Konstitusiya məhkəməsinin girişləri bağlanıb.

Xatırladım ki, ötən həftənin şənbə günü İrəvanda sabiq prezident Robert Köçəryanın əleyhdarları etiraz aksiyası keçirib. Onlar Köçəryanın Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionunun keçmiş və indiki rəhbərliyinin zaminliyi ilə azadlığa buraxılmasına etiraz ediblər.

Keçmiş hakim Ermənistan Republikaçı Partiyası "məhkəmə sisteminə görünməmiş təzyiqi" pisləyib. "Daşnaksutyun" isə Paşinyanın bəyanatlarını "Ermənistanın konstitusion quruluşuna qarşı addım" kimi xarakterizə edib.

Prezident Armen Sarkisyan xalqa müraciət edərək "ayıq-sayıqlıq və dözümlülüyün üstün mövqedə olmasına" çağırıb.

"Karabaxtsi"lərdən Paşinyana sərt cavab

Dağlıq Qarabağdakı separatçı rejimin lideri Bako Saakyan Ermənistanın baş naziri Nikol Paşinyanın "bəzi xəyanətkar qüvvələr"lə bağlı bəyanatına sərt cavab verib.

"Əgər belə qüvvələr varsa, biz bu adamları aşkara çıxarmalıyıq və əgər belə məqsədlər varsa, mən də bunu xəyanət kimi qiymətləndirirəm. Məndə belə satqın hərəkətlər hazırlayan qüvvələrin, xadimlərin olmasına dair informasiya yoxdur", - B.Saakyan deyib.

O, ermənistanlı və qarabağlı ermənilər arasındakı münasibətlərdə gərginlik mövzusunun süni şəkildə yaradıldığını vurğulayıb: "Bizim aramızda belə gərginliyin mövcudluğunu istisna edirəm və əgər belə bir hallar varsa, biz onların aradan qaldırılması üçün hər şeyi etməyə borcluyuq".

B.Saakyan zaminə buraxılmış Robert Köçəryanla görüşüb-görüşmədiyinə dair suala cavab verməyib.

Saakyanla Köçəryan görüşüblər və bu görüşdə N.Paşinyanın bəyanatları, son davranışları, daha dəqiq olsaq, "karabaxtsi" klanını zəiflətməyə çalışması müzakirə olunub.

Bako Saakyan "satqın hərəkətlər hazırlayan qüvvələrin, xadimlərin olmasına dair informasiya yoxdur" deməklə, əslində, Nikol Paşiyanın yalançılıqda və böhtançılıqda suçlayıb.

Ermənistanda hamı gözəl anlayır ki, N.Paşinyan "satqın qüvvələr" dedikdə Robert Köçəryanı, Serj Sarqsyanı, Bako Saakyanı və Dağlıq Qarabağ separatçılarının sabiq lideri Arkadi Qukasyanı nəzərdə tuturdu.

Paşinyanın məhkəmələri boykot və blokada etməyə çağırması da İrəvandakı Nor Nork məhkəməsinin R.Köçəryanı zaminə buraxması qərarı ilə bağlıdır.

Ermənistanın baş naziri "qarabağlı ermənilər klanı"nı maksimum zəiflətmək, siyasətdən kənarlaşdırmaq, onların ölkə iqtisadiyyatındakı çox güclü mövqelərini zəiflətmək niyyətindədir.

Paşinyan özünü dalana salıb

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın İrəvandakı Nor Nork məhkəməsində zaminə buraxılması, yəni faktiki olaraq azad edilməsi baş nazir Nikol Paşinyana ən böyük zərbədir.

Ən azı ona görə ki, Bako Saakyanla Arkadi Qukasyanın İrəvana yollanaraq məhkəmə zalında R.Köçəryanla qucaqlaşmaları, ona tam dəstək vermələri, sonra da Köçəryanın azadlığa çıxması qarabağlı ermənilərin klanlarının Ermənistan siyasətində hələ də ifrat gücə və təsir imkanlarına malik olduğunu nümayiş etdirdi.

Bundan başqa, Ermənistanda heç bir hakim "karabaxtsi"lərin qəzəbinə tuş gəlmək istəmədi, Robert Köçəryanın həbs müddətini uzatmadı. Üstəlik, üç hakim onun məhkəməsini aparmaqdan imtina etdi.

R.Köçəryanın zaminə buraxılması barədə qərar verən hakimsə anlayır ki, Sarqsyan, Köçəryan və onların idarə etdikləri "karabaxtsi" klanı Nikol Paşinyanla İrəvandakı mövcud hakimiyyətdən qat-qat güclüdür.

Hakim risk etməmək, təhlükə ilə üzləşməmək üçün R.Köçəryanı məhkəmə zalından azadlığa buraxdı.

R.Köçəryanın azadlığa çıxması Rusiyanın Ermənistandakı təsir rıçaqlarının nə qədər güclü olduğunu göstərməklə yanaşı, Moskvanın Qərbə meylli N.Paşinyanı məğlubiyyətə uğratması oldu.

Beləliklə, Ermənistanda S.Sarqsyan və R.Köçəryan dueti ilə N.Paşinyan arasında, daha konkret olsaq, Rusiya ilə Qərb arasında mübarizə yeni, çox gərgin mərhələyə keçib.

Sarqsyan-Köçəryan dueti Moskva ilə qarabağlı ermənilərin dəstəyinə arxalanaraq Ermənistanda yeni, effektiv və genişmiqyaslı müxalifət formalaşdırmağa başlayıblar. Eyni zamanda, siyasi qüvvələrlə yarımhərbi strukturların simbiozu da yaranmaqdadı.

Nikol Paşinyan çıxılmaz vəziyyətdədir, dalandadır.

Əslində o, istənilən demokratik ölkədə hakimiyyətin üzləşdiyi çağırışı yaşayır, yəni siyasi idarəetmə institutları oliqarxlarla və siyasi rəqiblərlə üz-üzədir.

Di gəl, demokratik ölkələrdən fərqli olaraq Ermənistanda belə rəqiblərlə qanuni, sivil yollarla mübarizə aparmaq mümkün deyil.

Bu səbəbdən də həbsi və məhkəməsi sırf populizm olan R.Köçəryanı sırf qanun müstəvisində, sivil yollarla cəzalandırmaq üçün N.Paşinyan heç bir vasitəyə malik deyil.

Paşinyanın istəyi aydındır: o, Robert Köçəryanı cəmiyyət üçün təhlükləi, cəmiyyətə zərbələr vuran insan qismində tanıtmaq və cəzalandırmaq fikrindədir. Fəqət bunun üçün N.Paşinyan vəd etdiyi istalahatlardan əl çəkməli, mövcud sistemdən bəhrələnməli və demokratik olmayan, avtoritar üsullara əl atmalıdır.

Ermənistanın baş naziri anlayır ki, bəhs etdiyimiz addımları atarsa, hakimiyyəti çökəcək, baş nazir postu ilə vidalaşmalı olacaq.

R.Köçəryana gəldikdə isə, məhkəmənin qərarından apellyasiya verilməsi, sabiq prezidentin yenidən həbs olunması istisna deyil.

Lakin belə olarsa, Paşinyanla qarabağlı ermənilərin klanı arasında qarşıdurma artıq düşmənçiliyə dönəcək.

Elçin Alıoğlu
Demokratikmusavat.com

Xəbər Lenti

Rusiya Premyer-Liqası UEFA-nın Avrokuboklarda islahatlar planına qarşı çıxış edib

Azərbaycanda toyda dava düşdü: bıçaqlanan var

Göyçayda 35 yaşlı kişi ürəyindən bıçaqlandı

Mariya Zaxarova: Mən Bakını çox sevirəm

Günün qoroskopu: Xırda səhvlər və yarımçıq işlərə yol verməyin

Onlar da evləndi - FOTO

Bakıda 52 yaşlı kişi binadan yıxılıb ödü

“Baladadaşın toy hamamı”na yığışacaqlar

Azərbaycanlı müğənni iki ay sonra yenidən toy etdi

“Yaşlandıqca qadına ət lazımdır” - Röya

Zelenskidən Donbasla bağlı gözlənilməz bəyanat

Sabirabadda dəhşətli intihar

Hindistandan ABŞ-ı qəzəbləndirəcək addım

Ukrayna ilk dəfə futbol üzrə dünya çempionu oldu

Lənkəranda "Nissan" yanıb

Əfqanıstanda "Taliban"ın 25 silahlıları öldürülüb

Füzulidə 15 ha biçilməmiş taxıl sahəsi yanıb

Dəməşqdə partlayış baş olub

Millimizdən heç-heçə

"Qəbələ"dən ikinci transfer

"Qarabağ" "Səbail"ə qalib gəldi

"Real"dan "Atletiko"ya

"Qəbələ"nin Türkiyədəki ilk rəqibi açıqlandı

"Fənərbaxça"da yeni yarımmüdafiəçi

Leonardo PSJ-yə qayıtdı

"Qəbələ" ilk transferini etdi

Sudanın sabiq prezidenti məhkəmə qarşısına çıxacaq

Bakı - Şarm əl - Şeyx - Bakı birbaşa çarter reysi açılıb

Alim Qasımov kilsədə azan oxudu - VİDEO

Alim Qasımov kilsədə azan oxudu

Dünyanın ən rəqabətqabiliyyətli şəhərlərinin reytinqi açıqlanıb

“İnsanlara kömək etdim, tanrı da mənə ikiqatını verdi” - Ronaldu

Sankt-Peterburqda azərbaycanlının avtomobili gözü qarşısında qaçırıldı

Qurban Qurbanovun oğlu “Qarabağ”ın əsas heyətində

Poroşenko ilə bağlı vacib qərar

“Faytonçu” Nazim: Kişi bir dəfə evlənər, boşanmaz

Gürcüstan parlamentinin I vitse-spikerindən “Keşikçidağ” bəyanatı

Goranboyda kombayn, Sabirabadda traktor qoşqusu yanıb

Bakı Konqres Mərkəzində məzun gecəsi keçirilib - FOTO

Deputat: Heydər Əliyev xilaskar missiyasını şərəflə yerinə yetirdi

Güzəştli vergi tutulan ölkələrin və ərazilərin yeni siyahısı

“Niyə anam məni yaltaq doğmayıb?” - Nadir Qafarzadə

Bal ayına 120 min xərclədilər

Koçaryanın işi ilə bağlı Apellyasiya qərarı gələn həftə elan edilə bilər

Səudiyyə husilərin mövqelərinə hücum edib

ABŞ və Polşa hərbi əməkdaşlığı genişləndirir

Honq Konq ekstradisiya qanun layihəsini təxirə salır

Məhəmməd Rəhmanifər: Uşaqların evdə də ana dilində danışmasını istəmirlər

Pentaqon: Türkiyə müttəfiq mövqedən çıxış etmir

Tehran məhkəməsi türk fəalın həbs və məhrumiyyət cəzasını qüvvədə saxlayıb

Tramp: seçkilərdə qalib gəlmədiyim halda bazar çökəcək

İran Azərbaycanı və Tehranda Abbas Lisaniyə dəstək məktubları yazılıb

Kreditlər haqqında maraqlı faktlar

Makrondan Türkiyə ilə bağlı skandal sözlər: "Ankara buna son qoymalıdır"

Somalidə partlayış nəticəsində 8 nəfər öldü

Tanınmış rejissor dünyasını dəyişdi

"Milan"ın əfsanəvi futbolçusu baş direktor təyin olundu

Masazır sakininin həyətindən çətənə kolları götürüldü

Bekhem İkardini Amerikaya aparmaq istəyir

Türkiyədə sabiq deputatın qohumlarının torpaq davası: 4 nəfər öldürüldü

Təyyarə aviaşou zamanı çaya düşdü: ölən var - VİDEO

Gürcü kilsəsi ABŞ səfirini ittiham etdi

Ermənistanda kənd icmasının başçısı güllələndi

Rusiyada azərbaycanlını vəhşicəsinə döyən qrup üzvlərinə hökm oxundu: 55 il - FOTO

Ruslar “Çernobıl” serialına niyə bu qədər ağrılı reaksiya verirlər?

Rusiyada attraksiona minən 8 yaşlı qız öldü

Deputat: "Milli Qurtuluş Günü Heydər Əliyev əzəmətinin təntənəsidir"

ABŞ-da sabiq senator öldürüldü: 48 yaşlı rəfiqəsi həbs edildi

Bakıda turistlərin qaldığı mənzildən oğurluq edən qadın saxlanıldı

Keniyada partlayış: 8 polis öldü

Çində güclü yağışlar 61 nəfərin ölümünə səbəb olub

Türkiyəlini soyan azərbaycanlılara hökm oxundu - Ukraynada

Antalyada qəza: 7 turist yaralandı

Birinci vitse-prezident Mehriban Əliyeva: "Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir"

“Hər bir peşədə biqeyrət olacaq” - VİDEO

Ramil Usubov müavininin qardaşı oğluna vəzifə verdi

Miqrantlar Trampı tənqidi şüarlarla təbrik etdilər

"Beşiktaş"dan Şürleyə rəsmi təklif

Montella klubunda qalacaq

"Tanınmış olmasaydım, daha pis şərhlər yazardım"

Fil fermeri öldürdü

Dünya çempionu həbs edildi - SƏBƏB

Putinlə Ərdoğan arasında “ayaqüstü” söhbət

Tranzit nömrəli avtomobillər artıb - Sürücülər bu “hiylə” ilə rüsumlardan yayınırlar - FOTO

Osakada G20 ölkələri liderlərinin sammitini 25 minədək polis qoruyacaq

Gəncədə evdən oğurluq edən keçmiş məhkumlar saxlanıldılar - FOTO

Novruz Məmmədov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin V Zirvə toplantısında iştirak edib - FOTO

Keçmiş nazir mülk davasına başladı - Şirkəti məhkəməyə verdi

Bakıda Baku Food Fest-in yubiley sezonu açıldı

AzTV proqramın bağlanmasına aydınlıq gətirdi

Braziliya millisində ağır itki

Leonardo yenidən PSJ-də

Ruslarla qaraçılar arasında kütləvi dava: ölən və yaralananlar var - VİDEO

"Heydər Əliyevin Azərbaycanda rəhbərliyi öz üzərinə götürməsi dövləti siyasi iflasdan, vətəndaş müharibəsindən və yenidən əsarət altına düşməkdən xilas etdi"

Bakıda peyda olan bu şəxslər kimlərdir?.. - "Bazarımızı öldürüblər" - FOTO

Albiol La Liqaya qayıdır

Superkubokun vaxtı müəyyənləşdi

Elton valideynlərinin FOTOsunu paylaşdı

Müdafiə naziri: “Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı” - FOTO

“Ad günlərindən utanıram…”

Mübariz Qurbanlı: "Heydər Əliyev dövlətçiliyin möhkəmləndirilməsi üçün çox ciddi islahatlar həyata keçirib"

Ulduz futbolçunun evi qarət olundu

İdmançımız erməni rəqibini geridə qoyub Avropa birincisi oldu

Ankara və Bakı qardaşlaşmış şəhərlər olacaq

Sabah 38 dərəcəyə qədər isti olacaq

UEFA prezidenti: "Azərbaycan klubu Londonda oynasaydı, heç kim tənqid etməzdi"

Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib - FOTO

Frederiko yenidən "Neftçi"də - RƏSMİ

Azərbaycan XİN nazirlərin Vaşinqton görüşü barədə: "Ümid edirik ki, tərəflər daha konkret nəticələr əldə edəcəklər"

Günelin ev yalanını canlı yayımda BELƏ İFŞA ETDİ - VİDEO - FOTO

Elvin: "İndi özünü qız kimi aparan kişilər dəbdədir"

Putinin çinli həmkarına gözlənilməz hədiyyəsi - VİDEO

Ötən gün 31 cinayətkar saxlanılıb

24 il əvvəl 1 yaşında oxumuşdu, dünən isə toyunda - Aygünə sürpriz

Ailələrin gəldiyi çimərlikdə lüt gəzən kişini döydülər - VİDEO - FOTO

Dayədən ağlasığmaz əməl - FOTO

"Mən heç vaxt müğənni olmaram"- FOTO

Birinci vitse-prezidentin adından mərhum Həlimə Əliyevanın ailəsinə başsağlığı verilib

İradə Nigarın əri ilə - FOTO

Çində daşqınlar 19 nəfəri öldürdü

Müstəqil sosial müdafiə sisteminin qurucusu

Türkiyədə zəlzələ olub

Norveçdə biabırçılıq: keçmiş nazir üç miqrant kişini zorladı

Məşhur serialın aktrisası vəfat etdi

2 uşaq anası intihar etdi - Tik Tok-a görə - FOTO

"10 uşaq da doğmaq istəyirəm" - Oksanadan CƏSARƏTLİ AÇIQLAMA - FOTO

Səfir: "Azərbaycanın iştirakçısı olduğu enerji və nəqliyyat layihələri bütün region ölkələrinin inkişafına böyük töhvə verir"

Tünzalə: "Xəstə olduğum üçün məni xınaya çağırmırlar"

Nazir: "Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub"

Bu il Tunisdə 4 mindən artıq miqrant saxlanılıb

Ornella Muti həbs edildi - 6 ay cəza

Berlində 3 min insan təxliyə edildi - Bombaya görə

Nazilədən Xoşqədəmə: "Məndən üzr gözləmə"

“Yeşilçam” ulduzu vəfat etdi

İstanbulda ticarət mərkəzində yanğın başlayıb

Akademik: "Heydər Əliyev Azərbaycanı parçalanmaq təhlükəsindən qurtardı"

Xoşqədəm məhkəməni uddu - Nazilə üzr istəyib təzminat verəcək

Tərtərdə top mərmisi aşkarlanıb - FOTO

Bakıda yol qəzası: 2-si uşaq olmaqla 5 nəfər yaralandı

İsmayıllıda 30 ha biçilmiş taxıl sahəsi yanıb

Osakada keçiriləcək G20 sammiti 25 mindən artıq polisin nəzarəti altında olacaq

Rusların qaraçılarla davası: Ölü və yaralılar var - VİDEO Həkim isbat edir

Mexiko yaxınlığında vulkan 5 kilometr hündürlüyə kül püskürüb

Belarusdan ölüm hökmünü ləğv etmək tələb olundu

Rusiyada təyyarə sərt eniş edib, xəsarət alanlar var

Ağcabədidə biçilməmiş arpa sahəsi yanıb

Dünyanın ən bahalı futbolçuları - TOP 10

Fuad Axundov: Ermənistan istorioqrafiya sahəsində informasiya müharibəsini uduzub - FOTO

Moskvaya uçan təyyarə Əlcəzairdə məcburi eniş edib

Beyləqanda 4 otaqlı ev yanıb

Biləsuvarda yanğın qeydə alınıb

Novruz Məmmədov Tacikistanın prezidenti ilə görüşüb

Ərəb koalisiyası husilərin mövqelərini bombalayıblar

Şəmkirdə 3 otaqlı evdə yanğın olub

Türkiyə prezidenti Tacikistana səfərə gəlib

Milli Qurtuluş Günü - Azərbaycanın firavan gələcəyinə, böyük perspektivlərinə doğru açılan yol