AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Stas Rubençik: "Bakıda yaşayanda gicbəsərlərlə oturub-dururdum" - FOTO

  10

Demokratikmusavat.com bildirir ki, tanınmış prodüser, rejissor, aktyor Stas Rubençik oxu.az-a verdiyi müsahibədə doğma şəhəri, gördüyü iş və ümumilikdə yaradıcılıq prosesi ilə bağlı fikirlərini bölüşüb.

- Dünyanın üç paytaxtı ilə əlaqəniz var: Bakı, Moskva, Berlin. Onların oxşar və fərqli cəhətlərini nədə görürsünüz?

- Matrisa hər yerdə fərqlidir. Hər paytaxtın özünəməxsus dəyərləri var, bu dəyərlər minilliklər ərzində formalaşıb. Hətta deyərdim iqlimin də çox təsiri olub. Şimalda yaşayan insanlar daha təmkinli olurlar: onlar il boyu daha az gün işığı və istilik görür. Hər halda gün işığı vitamin D mənbəyidir. Cənubda yaşayanlar isə daha istiqanlı və coşğun olurlar.

Qloballaşma epoxası, əlbəttə ki, bir çox xalqları birləşdirir. Moskvalı olsan belə, Bakıya gəlib, burada bir il qalsan, istər-istəməz mentalitetin, dünyagörüşün dəyişməyə başlayacaq, bu məkanın həyat atributlarını və özəlliklərini qəbul etməyə başlayacaqsan. "Şüuru varlıq təyin edir" qədim formulası bu günə kimi "qüvvədədir". 

Bakıda yaşayanda yığıncaqlarda qalmaqal salırdım, artıq-əksik danışırdım. Bəzi gicbəsərlərlə oturub-dururdum. Köçəndən sonra dəyişdim. İndi ətrafımda başqa adamlar var. Dünyagörüşüm dəyişib, müdrikləşmişəm, insan 30 yaşında sarsaqdırsa, elə 70 yaşında da sarsaq qalacaq. Ümid edirəm ki, bu sözlər mənə aid deyil.

- Azərbaycan sizin üçün nə deməkdir?

- Bakıdan çoxdan köçmüşəm, bununla belə, harada doğulub boya-başa çatdığımı unutmuram. Üstəlik, indiyə kimi dünya ölkələrinə səyahət edəndə sol cibimdə Azərbaycan vətəndaşı pasportu olur. Ona görə buranı unutmaq mümkün deyil. Bu, insanları çox təəccübləndirir, çünki məni bu ölkənin vətəndaşı kimi heç cür təsəvvür edə bilmirlər. Amma bu məni zərrə qədər də narahat etmir. Hətta deyərdim əyləndirir.

Məni artıq bezdiriblər, hamı deyir Xavyer Bardemə oxşayırsan, barlarda məni görüb ingilis dilində danışırlar, onlara səlis rus dilində cavab verirəm, mat-məəttəl qalırlar. Saitlərin uzadılması şəklində Bakı ləhcəsi də məndə yoxdur. 

Bakıya nadir hallarda gəlsəm də, hər halda gəlirəm. İki dəfə maşınla Azərbaycana səfər etmişəm. Ailəmlə Almaniyadan Balkanlara, oradan Türkiyəyə, Türkiyə sərhədindən Gürcüstana səyahət etmişdik. Bunu təkrarlamaq istərdim. Bütün gəzib-gördüklərindən sonra "Krasnıy most" (Qırmızı körpüdən) üzərindən keçəndə özünü istər-istəməz evdəki kimi hiss edirsən. Çox möhtəşəm duyğudur.

Xəzər dənizi su tərkibinə görə dünyanın ən yaxşı dənizlərindəndir. Yaxşı çimərlik olanda, burada çimmək adama sözün əsl mənasında ləzzət edir. Bakıda ədabazların yığışdığı, məsələn, qadınların çimərliyə dikdabanda gəlib, bir növ şöhrət yarmarkası təşkil etdiyi yerləri sevmirəm. Belə yerlərdən uzaq durmağa çalışıram, az adam olan çimərliklərdə oluram.

Bəzən xoş tapıntılar da olur. Məsələn, keçən dəfə Qobustanın palçıq vulkanlarında oldum, ardınca yaxınlıqdakı tərtəmiz yaşıl suyu olan boş sahil boyunca gəzdik. Əntiqə idi. Tez-tez rusiyalı tanışlarımın Bakı səyahəti ilə bağlı təəssüratlarını eşidirəm, Bakıya çox valeh olduqlarını bildirirlər, belə şərhlər mənə çox xoş təsir bağışlayır. İnsanların Azərbaycana münasibəti dəyişib. Əvvəllər ağıllarına birinci növbədə "alverçilik" gəlirdisə, indi hamısı "yeni Dubaydan" danışır.

- Ölkə xaricində azərbaycanlını tanımaq asandır? Həmvətənlərlə münasibətləriniz nə yerdədir?

- Azərbaycanlını dünyanın istənilən yerində tanıya bilərəm. Bu, izahı olmayan bir vəziyyətdir. Sadəcə, baxan kimi dərhal anlayıram ki, "bizimkidir". Ola bilər, rejissor olduğum üçün belədir. İnsanların simalarını oxuya bilirəm.

Ümumiyyətlə, bakılılar heç yerdə dəyişmirlər. Çoxları həm də köhnə Bakını xatırlayıb, doluxsunmağı sevir... Dərdli, bir qədər sərxoş "50+" yaşlı əmilər "Planovaya" mahnısının sədaları altında ağlayıb, köhnə Bakının xatirəsinə "vururlar". Sözün düzü, bu, mənim o qədər də ürəyimcə deyil. Mən belə nostaljik, naftalin qoxusu verən söhbətlərdən uzağam. Belə anlarda yerimdən qalxıb, üzrxahlıq edirəm və məclisi tərk edirəm. Bir az da önə gedim: bu cür söhbətlərə görə "bakılı" ifadəsini ifrat dərəcəyə çatdırıblar. Ona görə mən bakılı deyiləm. Sadəcə, Bakıda anadan olmuşam.

- Prodüser, rejissor, aktyor... Bunun davamı gələcək?

- Mənim üçün aktiv, pozitiv, kreativ olmaq daha böyük önəm kəsb edir, elə insan ki, ona hər zaman tələbat olsun, insanlara sevinc gətirsin. Yəqin, elə buna görədir ki, bu yaxınlarda şoumen də oldum. Sadəcə, dostlar tövsiyə etmişdi. İnsanları sevirəm, insanlarla enerjimi bölüşməyi sevirəm. Diqqət mərkəzində olmağı sevirəm və düşünürəm ki, məndə onlara çatdırası çox şeylər var.

Misal üçün, mənə FTX (Rusiyanın Federal Təhlükəsizlik Xidməti - red.) polkovnikinin yubiley şənliyində aparıcı olmağı təklif etmişdilər. Əvvəl şokda idim, çünki həmin vaxta qədər heç vaxt bunu etməmişdim. Bununla belə, getdim və yerinə yetirdim. Ən əsası odur ki, enerji mübadiləsi oldu. Üstəlik, nələrdənsə qorxub-çəkinmə dövrü keçib. Sadəcə, öhdəyə götürüb, yerinə yetirmək lazımdır.

Bir ildən sonra nə ilə məşğul olacağımı bilmirəm. Gərək sənə maraqlı olan şeylərlə məşğul olasan. Kim bilir, bəlkə, gələcəkdə başıaşağı dayanmaqdan xoşum gələcək.

- Enerjini bölüşmək yaxşı haldır. Bu enerjini haradan toplayırsınız?

- Başqa insanlardan. Özümü yeni bilgilər, müsbət enerji və ya qazanc əldə elə biləcəyim insanlarla ünsiyyətə kökləmişəm. Bu qədər utanmaz şəkildə. Bu, əlbəttə ki, ailə və qohumlara aid deyil. Mənə dünənki fikirlərin səsləndiyi, enerjini tükədən yığıncaqlar maraqlı deyil.

Həmçinin, öz yaradıcılığımda, iş başında olan vaxt çox enerji hasil edirəm. Maddi dünyada yaşayırıq, istənilən yaradıcılıq qiymətləndirilməlidir. Ancaq pul heç də hər zaman hər şeyin fövqündə olmur. Bu, bilirsiniz, nəyə bənzəyir, arıqlamaq istəyirsən, trenajorlara gedirsən. Ancaq bu, kifayət etmir axı, düzgün qidalanmaq da şərtdir. Kino sənayesində də vəziyyət eynidir, pul hər şeyi həll etmir. Nə ifadə etmək istədiyini, daxilindən gələnləri anlamalısan. 

Üstəlik, bəzən prosesin özü nəticədən daha vacib olur. Məsələn, sərasər üç ay ərzində çəkiliş aparırsan, ekranlara isə cəmi dörd saat gedir. İstənilən halda üç ay dörd saatdan çoxdur. Bu aylar ərzində çəkilişlər qalmaqallar, əsəb gərginlikləri, anlaşılmazlıqlarla müşayiət olunsa, onun nəticəsi də sual altına olacaq. Ona görə fikir verməlisən ki, əhatəndə düzgün insanlar olsun.

Çəkiliş meydanına insanların üzərinə çığırmaq, onları aşağılamaq mənlik deyil. Məndə bu yolla içində boğduqlarını sublimasiya edən "mama uşağı" rejissorlara xas olan komplekslər yoxdur. Heç bir sıxıntım yoxdur. Həm səfillə, həm də oliqarxla eyni tərzdə söhbət edə bilərəm.

- Yaradıcılıqda rasionalizmlə "ürəyə yatan" iş arasında sərhəd haradan başlayır?

- İdealda, hər hansı işi pul müqabilində görsən belə, onu özün üçün görməlisən. İşə "tutdu qatıq, tutmadı ayran" şəklində yanaşmaq olmaz. Hətta sonradan nəticənin gözləntilərə uyğun olmadığını anlasan belə. İstənilən halda sənin yaratdığın məhsul sənin bir parçandır. Keyfiyyətli etsən, effektini istər-istəməz görəcəksən: maddi olmasa belə, azından əxlaqi. İstənilən işdə mükəmməlliyə can atmaq lazımdır. Fərqi yoxdur, hansı peşənin sahibisən, istəyirsən çörəkçi ol, istəyirsən çilingər. Əks halda, məşğulluğun heç bir önəmi qalmır.

- Bu yaxınlarda Rusiyanın "İz" serialında görüntülənmisiniz. Nədir, yoxsa aktyorluq sənəti ilə məşğul olmağı qərara almısınız?

- Məni rejissor dostum Jernevski dəvət etdi. Artıq Rusiya teleməkanında 10 il ərzində yayımlanan əfsanəvi serialdır. Orada əclaf obrazını canlandırmaq mənə elə də çətin olmadı. Orada özümdən xoşuma gəlmirdi, ancaq bu heç vecimə də deyildi. Rusiyanın elə aktyoru tapılmaz ki, orada oynamasın, ancaq çoxları bunu gizlədir, belə ki, bu, onların karyerasına zərər vura bilər, mən isə, sadəcə, bir neçə şən gün keçirdim. Bu, öyünərək danışmaq istədiyim işlərdən deyil. Ancaq ümumiyyətlə, "əclafları" oynamağı sevirəm, bu, bir növ mənim sublimasiyamdır.

Həyatda dürüst və yaxşı birisənsə, ekranda onun tam əksini canlandırmağa can atırsan. Rusiyanın Birinci kanalında "Kop" serialının yayıma gedəcəyi günü səbirsizliklə gözləyirəm, orada fırıldaqçı-psixoloq rolunu oynamışam. Rejissor Radd Novikova məni bu rola uyğun bildi, alman ləhcə o qədər də yaxşı alınmasa belə. Daha çox ingilis ləhcəsinə bənzəyirdi. Füsunkar Anna Snatkina və Kirill Zaysevlə çiyin-çiyinə kamerə önünə çıxmışamsa (serialda qəhrəmanımı həbs edib, dindirirlər), deməli, qocalanda xatırlamağa maraqlı bir şey olacaq. "Mənim problemlərimi həll etmiş" "Afobazol"a gəlincə isə, reklam çarxı artıq çoxlarının gözlərini qabar edib. Təki o, həqiqətən, mənim problemlərimi həll edəydi, təki...

Rejissorluq planında - TVS telekanalında dekabr ayında iki seriyalı "Qırmızı lent" detektivinin premyerası olub. Heç vaxt detektiv çəkməmişəm, işləmək maraqlı oldu. Adama elə gəlir, hansısa uğurlu işdən sonra bütün dünya sənin ayaqların altına düşəcək. Ancaq reallıqda bu, belə deyil. Ona görə hər dəfə hər şeyi yenidən sübuta yetirməli olursan, çox uzun, incə psixolji danışıqlar aparmalı olursan. Ona görə də rahatlaşmaq, gördüyün işlərlə kifayətlənmək olmaz.

Noyabr ayında mənim "Güzgüdəki naməlum" melodramım "Qızıl qartal" mükafatının uzun siyahısına düşdü. Bu, mənim üçün tam gözlənilməz idi. İlk belə iş idi. Bu qədər sayda melodram ola-ola, mükafata mənim lentimin namizədliyini irəli sürdüklərinə görə "Rossiya" telekanalına minnətdaram. Mahiyyət etibarilə bu, hind kinosudur, bir çox aktyorlar bundan gileylənirdilər, ancaq mən onlara belə dedim:

"Uşaqlar, düzdür bu hind kinosudur, ancaq gəlin əl-ələ verib Rusiyanın ən yaxşı hind kinosunu çəkək". Elə bil bizdə alındı. Baş antaqonistin azərbaycanlı prodüser olması, ekran əsərinə özünəməxsus kinayə və kef qatdı. Tima Bədəlbəyli gözəl aktyordur, Sarı Gəlin kadrında hətta royalda özü ifa edib. Təbii ki, ssenaridə bu nəzərdə tutulmamışdı. Mənim "Qara volqa" Bakı "bandası" haqqında serial çəkmək ideyamı Birinci kanala işləyən "Sentral Partnerşip" oğurladı. Ancaq təəssüflər olsun ki, yerlilərimdən qaynaqlanan intriqalar və təxribatlar ucbatından indi bu ideya ilə heç bir əlaqəm yoxdur. Mən bunlara hazır deyildim. Lakin təvazökarlıqdan uzaq olsa da, düşünürəm ki, Moskvada Bakı haqqında serialı məndən yaxşı çəkən tapılmaz. Onda anladım ki, Moskva kinoaləmində "bizimkilərdən" uzaq dursan, yaxşıdır. Rüstəm İbrahimbəyov istisnadır. Yadlar daha yüksək qiymət verirlər. Çoxdan buna öyrəşmək lazım idi, ancaq "uşaqlığın" ilk 40 ili insanın ən çətin illəri olur.

Hazırda bir alman şirkəti üçün reklam çarxı çəkirəm. Görək axırı necə olacaq. Hələlik yüksəlirəm, yavaş da olsa, yeriyirəm.  

-  Rusiya kinosu və televiziyasında nə kimi yeni tendensiyalar var?

- Hər şey internetə doğru səmt götürüb. Televizoru daha az yandırırlar. Prodüserlər daha çox internetdən pul götürəcək formatlar barədə düşünürlər. Ona görə də  "qısametrajlı" bloqerlik fəaliyyəti çiçəklənməkdədir. Uzun hekayələri lentə almaq artıq sərf eləmir. Hələlik bu lazımdır, çünki auditoriyada "40+" yaş kateqoriyasından olan qadınlar çoxluq təşkil edir. Kənddən şəhərə köçən, oliqarxın "fırladaraq" atdığı, sonra isə yaxşı bir polis zabiti ilə tanış olub ona ərə gedən əyalət qızı tipli hekayələr hələ də auditoriya üçün maraqlıdır və buna tələb var, hələ ki... Sadəcə, internetdə daha geniş azadlıq var. Orada ürəyin nə istəyir, edə bilərsən, heç bir "pas atmış" prodüser hansısa kanalda öz köhnəlmiş fikirləri ilə səni dəng etməyəcək. Belə zamanlar həmişəlik gedəcək.  

 - Bu yaxınlarda həm də "Facebook" bloqeri kimi tanınmağa başlamısınız. Sosial şəbəkələrə belə sevgi haradan gəlir? Bu, sizə nə verir?

- İstənilən yaradıcı layihəyə başlayanda, ilk növbədə öz hədəf auditoriyanı müəyyənləşdirməli olursan - söhbət kontentin istehlakçısından gedir. Hansısas konkret bir şəxs.

Mən "Facebook"da oğlum üçün yazıram. Onun yazdıqlarımı oxumasını istəyirəm. Ola bilsin, bu mənim özünəməxsus bir tərbiyə metodumdur.

Bloq - özünüifadədir. Mən "Facebook" adamıyam, başqa sosial şəbəkələrdə oturmuram. Mənim "Instagram" səhifəm də var, ancaq oraya çoxdandır daxil olmuram. "Instagram" qızlarlıqdır. Ondan bütün əzəmətini göstərməyə çalışan qəşəng kişi və ya striptizçi istifadə edə bilər, misal üçün, Tarzan-Qluşko (yeri gəlmişkən, biz onunla həmyaşıdıq). "Instagram" onun sahəsidir.

Mənim sahəm isə "Facebook"dur. Orada öz fikirlərimi ifadə edirəm. 10 il əvvəl FB-də oturanda hələ onun nə işə yaradığını, mənim nəyimə lazım gəldiyini anlamırdım. Ancaq sonra gördüm ki, reallıqda sərf edə bilmədiyim enerjinin bir növ sublimasiyasıdır. Bu, mənim mühitimdə işə yarayır. Çünki dostluğumda çox sayda "yığıncaq" tanışları, prodüserlər var. Onlar sənin səhifəndə yazılanlardan, kiminlə iş gördüklərini anlayırlar. Bu ya işə çox yarayır, ancaq hərdən də olur, ümumiyyətlə, yaramır.   

Bundan mənfəət güdmürəm, çünki belə şeylər həyati fəlsəfə kimidir, çətin gəlir gətirir. Ancaq istər-istəməz nəticədə bu maddiyyata çevrilir, belə ki, kino sənayesi sahəsində təmaslarımın 90 faizi "Facebook" vasitəsilə gerçəkləşir. Əvvəllər kimisə tapmaq və söhbət aparmaqda çətinliklər olurdu, indi isə (sosial şəbəkənin sayəsində) daha çevik baş verir.

 - Sizin bloqlar "40+" kateqoriyasından olan qadınlar arasında kifayət qədər populyardır, bunu postlarınızda da qeyd edirsiniz. Bu yaş dövrünü Balzak da öz əsələrində xüsusi qeyd edirdi. Müasir zamanda bu fenomenin təzahür etməsi nə ilə əlaqədardır?

- Əslində, "20+" da məni oxuyur. Ötən gün barda gecə saat üçdə bir azərbaycanlı gənc mənə yaxınlaşıb belə dedi: "Sizi çox bəyənirəm. Yazılarınızı oxuyuram, sizin kliplərinizlə böyümüşəm". Bu, mənə çox xoş təsir bağışladı. Artıq kimsə böyüyüb. Yəni bu qədər qocalmışam? Rusiyada isə əsas "istehlakçılar" "40+" yaş kateqoriyasına aid qadınlardır. 

Onlar əhalinin aktiv hissəsidir, əsas televiziya məhsulları məhz onlara hesablanıb. Ona görə bu qədər çox melodram, sevgi hekayəsi, başdan-ayağa qiybət olan anormal tok-şoular var. Ancaq söhbət pasportdan getmir. Sən aktiv insansansa, 40 yaşından, 50 yaşındada, 60 yaşındada sevib-sevilə və özünü gənc hiss edə bilərsən. Təəssüflər olsun ki, əks tendensiya da var. İnsanın 30 yaşı var, tez qocalmasını gözləyir və ya artıq özünü zehni olaraq qoca hiss edir. Ancaq insan qoca yaşlarında cavan ölməyə can atmalıdır. Bax budur həyat fəlsəfəsi.

- Öncəki müsahibələrinizdən birində demişdiniz ki, klipmeykerlik rejissorluğun erkən mərhələsidir və ömür boyu bununla məşğul olmaq olmaz. Sizə Azərbaycanda klip çəkmək üçün yüksək məbləğli təklif gəlsə, razılaşarsınız?

- Dünya dar ixtisaslı olub. Əgər klip çəkirsənsə, insanlar bununla bağlı sənə müraciət edəcək və sən artıq bu halqadan çıxa bilməyəcəksən. Əksər Hollivud rejissorları da kliplə sənətə gəlib, ancaq sonradan işləyərək, böyük kinolentlər çəkməyə başlayıb. Bu janra qayıtmağa gəlincə - niyə də olmasın. Hər şey materialdan asılıdır. Mən hələ də reklam çarxları çəkirəm və bunu böyük məmnuniyyətlə edirəm. Hər şeyi əvvəldən axıra kimi düşünməyi xoşlayıram. Yaxşı rejissor hər şeyi çəkməyi bacarmalıdır.

Uzaq mövzular barədə fikir yürütməyi xoşlamasam da, ancaq Azərbaycanda, deyək ki, şərti olaraq "Formula 1, Avroviziya qızı" klipini çəkməyi təklif etsələr,  həqiqətən, bir yandan çoxlu pul olacaq (bu əsas şərtdir), digər yandan isə səviyyə və reputasiya aşağı düşə bilər... Belə vəziyyətlərdə rejissorlar bir "biclik" işlədir: kinoda son məhsulu bəyənməyəndə, sadəcə, titrlərdən adını çıxarırsan. Realıqda belə bir təklif daxil olsa, nə olacağını bilmirəm. Ola bilsin, çəkdin və heç kimə bu barədə bir kəlmə demədim. Ancaq ən azından can yandırıb, yaxşı iş ortaya çıxarmaq lazımdır. Rejissor öz məhsulu üçün cavabdehlik daşıyır, necə ki ata öz övladına cavabdeh olur...

Demokratikmusavat.com

Xəbər Lenti

"Damla mənim fanatım olub" - TƏƏCCÜBLƏNDİRƏN AÇIQLAMA - FOTO

ABŞ Türkiyəyə 2 həftə vaxt verdi

Təhsil Nazirliyinin kollegiyasında dəyişiklik edilib

Kubada baş verən yol qəzası nəticəsində beş nəfər həlak olub

Adaman adaları yaxınlığında güclü zəlzələ olub

Günay təkzib etdi - Sevgilisini bıçaqlamayıb

Sabunçu-Bakı qatarında gediş haqqı məlum oldu

Yaponiya müharibə dövründə əməyin ödənilməsi ilə əlaqədar arbitraj komissiyasının yaradılmasını tələb edir

Manafdan qalmaqallı açıqlama

Türkiyədə yol qəzası baş verib: iki nəfər həlak olub

Kanadada baş verən meşə yanğınına ən yüksək çətinlik kateqoriyası verilib

Ötən il Türkiyədə 1 milyon 300 minə yaxın uşaq doğulub

Suriyada iki raket mərmisi partlayıb

Almaniyada "polisləri" mühakimə edirlər

Nigeriyada quldurların hücumu zamanı 26-dan çox nəfər ölüb

Azərbaycan ilk dəfə isthesal olunan alkoqolsuz şərab Çexiyaya ixrac olunacaq

Sükan arxasında diqqətsizlik ABŞ-da hər il 3 min nəfərin ölümü ilə nəticələnir

Silahlılar Suriya ordusunun mövqeyinə hücum etməyə çalışıblar

Bakıda kişi itkin düşdü

Yunanıstan qəbul etdiyi qaçqınların sayına görə Avropada lider ölkədir

Günün qoroskopu: Nədənsə imtina etmək, nə iləsə vidalaşmaq, hansısa situasiyada güzəştə getmək gərəkdir

İran yeni hərbi birləşmənin anonsunu verdi

Masallıda zəlzələ olub

Dövlət Uşaq Filarmoniyası binasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub - FOTO

Aşqabadda ATƏT-in regional seminarı işə başlayıb

Tuğ qəsəbəsində silah-sursat aşkar edilərək götürülüb

Azərbaycanlı idmançı “Tokio 2020” Olimpiya Oyunlarına vəsiqə qazanıb - FOTO

Moskvada keçmiş rus kəşfiyyatçısı öz kitabını təqdim edib

Qarqarçayın səviyyəsi kəskin artıb, çobanlar köməksiz qalıb

Ermənistan Mxitaryanı öz təxribatçı məqsədləri üçün istifadə edir - XİN

Ölkənin qızıl-gümüş bazarı ucuzlaşır

Bakıda 17 yaşlı qız səhər evdən çıxdı və.. .itkin düşdü

Hələb bombalandı - Yaralılar var

Qaxda iri və xırdabuynuzlu heyvanlar arasında profilaktik peyvəndləmə işləri aparılır

Zelenski biznes ortağını prezidentin birinci köməkçisi təyin etdi

Argentina millisinin yekun heyəti

Balaca qızın ev tapşırığı

Bölgələrdə gicitkən və şeytanqanqalı kəpənəklərinin tırtılları yayılıb

Ramazanın 17-ci gününün duası, imsak və iftar vaxtı

Bu ölkə “Visa” və “MasterCard”dan - İMTİNA EDİR

Qətər və Çin Xəzərdə külək elektrik stansiyasının tikintisi ilə bağlı layihədə maraqlıdırlar

AFFA-dan "Arsenal"ın Mxitaryan qərarı ilə b ağlı bəyanat

ABŞ millisinin üzvü "Çelsi"də

Batistuta baş məşqçi olmağa hazırlaşır

"Neftçi"nin legioneri milliyə çağırıldı

"Arsenal"ın Bakıda çoxlu azarkeşinin olduğunu bilirəm" - Emeri

Mətbuat Şurasının təşəbbüsü ilə "Azərbaycana baxış: siyasi maraqlar media müstəvisində" mövzusunda "dəyirmi masa" keçirilib - FOTO

“Hər şey edəcəyəm ki, siz ağlamayasınız”: Zelenskinin inauqurasiyasındakı əsas məqamlar

Bəstəkar etiraf etdi: "Avroviziya" siyasi oyundur!

Azərbaycan və Avstraliya turizm sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır

Bu ölkə su altında qala bilər

Tiflisdən böyük səhv: ermənilər ölkəni parçalayır - Şok

Zelenski Ali Radanı buraxdı

Əhalinin alıcılıq qabiliyyəti artıb - STATİSTİKA

Kabinetlərdən çıxın, küçələri tutun! - Saakaşvili

Cindara 216 min verən qadın: "Sarı su içirirdilər, sonra bədənimə..." - TƏFƏRRÜAT

"Uğurların sərhədi yoxdur" - Ronaldo

Rayondan gəlib bacanağının qohumu ilə cinsi əlaqəyə girdi, sonra... - Bakıda gecəyarısı ŞOK OLAY

Çingizdən bir ilk - Dünyada 25-cidir

Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb

Neft Daşlarında hasilatın həcmi açıqlanıb

"Başakşəhər" dağılır

"Taliban"a qarşı əməliyyat: 40-dan çox silahlı məhv edildi

ABŞ-da erməni silah baronu həbs olundu

Assancın səfirlikdə saxlanılması Ekvadora neçəyə başa gəlib?

Premyer Liqada mövsümün qolu - VİDEO

Səməd Seyidov Parisə gedir - AŞ PA-nın iclası keçiriləcək

İsveç XİN: Azərbaycanla Aİ arasında yeni saziş ikitərəfli münasibətləri dərinləşdirəcək

Paytaxt sakinini aldadan dələduz saxlanıldı

Almaniyada "Aksel" həyəcanı - Ölən var

REAL sədri "siyasi intihar" yolunu tutub: UEFA-nı da hədələdi

Kiyev Poroşenko ilə bağlı araşdırmaya başladı - Xəyanət...

Ramal səhifəsində "krevetka" paylaşanlara lağ etdi

Kestutis Yankauskas: "İcbari tibbi sığortanın tətbiqi Azərbaycanın bütün vətəndaşları üçün genişləndirilməlidir" - FOTO

Ukraynada rusiyalı zabitin öldürülmə anı - VİDEO

“İstanbulda yarım milyona ev aldım” - Aytac Vidadiqızı - VİDEO - FOTO

Azərbaycan-Çexiya hökumətləri arasında Qarışıq Komissiyanın tərkibində dəyişiklik edilib

Qonşu ölkədə təbii qaz bahalaşır

Milli Paralimpiya Komitəsində media nümayəndələri ilə görüş

Bakıda piyadanı vurub öldürən marşrut sürücüsü 6 il cəza aldı

Bakıda 4 yaşlı qızı kim oğurlayıb? - Məhkəmə

Oktay Kazıminin mahnılarından ibarət konsert keçiriləcək

Yeni Zelandiyada məscidlərə hücum məsələsində yenilik - Terror ittihamı

Koçaryan Moskvanın mərkəzində döyüldü

Motosiklet oğurlayan şəxs saxlanıldı - FOTO

Bakıda ər keçmiş arvadını azyaşlı uşağının gözü qarşısında öldürdü - TƏFƏRRÜAT

Deputat: "Ermənistandakı son proseslər yaxşı heç nə vəd etmir"

"Arsenal" Bakıda qalib gəlsə... - Fantastik mükafat

“Niyam oksigen israfıdır” - “Çör-çöp” qalmaqalına cavab

Deputat: "Azərbaycanın arzusu, istəyi olmadan bu regionda heç nəyi reallaşdırmaq, icra etmək mümkün deyil"

İsrail KİV: HƏMAS-la altı aylıq sülh əldə olunub

Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə təsdiq edilib

Terrorçular bu dəfə Məkkəni HƏDƏF ALDI: 299 nöqtəyə hücum...

İran soğan ixracına qadağanı ləğv etdi

Kənan Aygünə nə qadağa edib?

Dəniz səviyyəsi sürətlə qalxır - Yüz milyonlarla insan yurdundan olacaq

ABŞ Rusiyanın bu meqalayihəsini məhv edir

Rusiya təyyarəsi Tehranda qəza enişi edib

Rusiyada itkin düşən gənc həmyerlimiz tapıldı - Yoxa çıxma səbəbi bilindi - FOTO

Seks, toy, meyxana, şou-biznes...

5000 manatadək cərimə - Sanksiyalar sərtləşdirilir

Henrix Mxitaryan Bakıya gəlməyəcək - RƏSMİ

Neymar "Real"la danışığa başladı

Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Kürdəxanı qəsəbəsində olub - FOTO

Azərbaycan Prezidenti: "Pensiyaların, əməkhaqlarının, müavinətlərin artırılması gündəlikdə duran məsələlərdən biridir"

Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Kürdəxanı qəsəbəsində olub

“Real” onunla razılaşdı, finalı gözləyir

Qadın altı uşaq dünyaya gətirdi - Beş övlad gözləyirmiş

Özünü bakirə kimi qələmə verib ərə gedən qadınla bağlı yeni fakt: Əri evli ola-ola... - Toydan FOTOlar

Azərbaycanda qohum evlilikəri qadağan oluna bilər?

Yerevanda gərginlik artır

Rusiya Elmlər Akademiyasının prezidenti: "Xəzər dənizi ilə bağlı tədqiqatların aparılması önəmlidir"

AFFA kubokun finalçılarını cəzalandırdı

Respublika Kinematoqrafçılar İttifaqı “Qızıl Pillə” adlı Milli Kinofestival təsis edib

Buraxılış imtahanının nəticələri elan olundu

AZAL prezidenti və Misirin Azərbaycandakı səfiri yeni aviareyslərin açılmasını müzakirə ediblər - FOTO

Qara dənizdə Türkiyənin gəmisi atəşə tutuldu: yaralılar var

Plutonda okean tapılıb

Moskvada "Kutuzov Tauer" biznes mərkəzi yanır

Sürücüləri soyan dayanacaq QİYMƏTLƏRİ - VİDEO

Millət vəkili: "Büdcə məsələlərinin müzakirəsi daha geniş spektrdə təşkil olunmalıdır"

Ağdaşda ev əşyalarını oğurlayan şəxs saxlanıldı

“Ölüm xəbərini anamdan gözləyirdim" - Anasından sonra özünün öləcəyini bilən mərhum aparıcının qardaşı - VİDEO - FOTO

Ziyad Səmədzadə: "Büdcə modelini dəyişmək lazım deyil"

Gömrük Komitəsi bəzi media qurumlarına müraciət etdi: Bu, o rəis deyil

Azərbaycanda təhsil alan əcnəbi tələbələrlə bağlı yenilik

Yoxlamaların dayandırılması ilə bağlı qanuna dəyişiklik təklif edilır

Azərbaycanda 17 yaşlı oğlanda quyruq aşkarlanıb - FOTO

Xarici valyutada olan borclar milli valyutada olan borclarla əvəz ediləcək

Elmar Məmmədyarov paraqvaylı həmkarına məktub yazıb

“Toppuş” tibbi maskada aparıcılığa başladı - VİDEO

Bakıda restoranda müştərini bıçaqlayan ofisiant məhkəməyə çıxarılır

Ordumuzun genişmiqyaslı əməliyyat-taktiki təlimləri davam edir - YENİLƏNİB - VİDEO - FOTO

Bakıda restoranda müştərini bıçaqalayan ofisiant məhkəməyə çıxarılır

Azərbaycanda bu dövlət rüsumları dəyişir

Əcnəbilərə iş icazəsi 10 gün ərzində verilə bilər

Deputat: "İqtisadi islahatlar Azərbaycanda əlverişli biznes mühitinin inkişafına xidmət edib"

“Trabzonspor”un futbolçusu seçim qarşısında - Azərbaycan, yoxsa Türkiyə?

Ordumuzun genişmiqyaslı əməliyyat-taktiki təlimləri davam edir - YENİLƏNİB

Zaqatala-Tbilisi yolundakı xristian abidəsi ilə bağlı yeni tapıntı aşkar edildi - FOTO

Millimizin baş məşqçisi jurnalistlərlə görüşəcək

Günay Musayeva sevgilisini bıçaqladı - Həbs edilə bilər

Nazir Zelenskinin inauqurasiyasından sonra ölkədən getdi - VİDEO

Azərbaycanda gəlin toyun səhəri həyatının şokunu yaşadı - VİDEO

Prezident İlham Əliyev Rusiya Elmlər Akademiyasının prezidentini qəbul edib

"Qalibi davada sındırmaq istəyiblər, pis sözü..." - Ölən tələbənin əmisi

Paşinyan "karabaxtsi"lərə qarşı: ermənilərdə müharibə xofu

Türkiyə Prezident Adminstrasiyası: "Amerikalılar biləcəklər Türkiyə siyasəti nədir"

Azərbaycanlı Rusiyada qızı zorlayıb öldürdü, meyitini çaya atdı - VİDEO

Bakıda həbsdən çıxan kişi arvadını öldürüb - Məhkəmə

"Qoca"nın məzar daşı - VİDEO

"Arsenal" Mxitaryanla bağlı qərarını bu gün açıqlayacaq

Keçmiş və indi bir arada... - FOTO

“10 min uzatdı, dedi özünə ev alarsan” - Oğlunu satmağa görə həbs olunan ana - VİDEO - FOTO

Nazir: "Azərbaycan ÜDM-də xarici borcun həcmini 17 faizədək azaldıb"

La Liqaya yüksələn ilk klub müəyyənləşdi

Nyu-Yorkda göydələn yanır

Dubayın 3 şeyxi eyni gündə evləndi

Azərbaycanda dörd ayda 436 ədəd minik avtomobili istehsal olunub

"Mətanət A" şirkəti yeni vakansiyalarını təqdim etdi

Marmarisi zəlzələ silkələdi - Sakinlər təşvişə düşdülər

Ordumuzun genişmiqyaslı əməliyyat-taktiki təlimləri davam edir

Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib

Çavuşoğlu: "Türkiyənin bütün dövlət strukturları FETÖ tərəfdarlarından təmizlənəcək"

Premyer Liqa klubunda yeni baş məşqçi

"TDƏŞ digər beynəlxalq təşkilatlarla münasibətləri inkişaf etdirməlidir"

Rusiyada azərbaycanlı “07” ilə “avtoşluq” etdi, qəzaya düşdü - VİDEO

Heydər Əliyev Mərkəzində Zurab Seretelinin sərgisi açılacaq

"Yuventus" baş məşqçisini seçdi

Bu dəfə də kökəlməsini istədilər - Kazımovadan yeni FOTOlar

Daha 1 il "Çelsi"də

Polşada bu mahnını oxumaq qadağan edildi - VİDEO

Mükafatlandırmaya getmədi, gecəni məşhur müğənni ilə keçirdi - FOTO

Azərbaycanda xarici ticarət fəaliyyəti ilə bağlı qaydalar dəyişdi

“Mançester Siti”də mövsümün ən yaxşısı açıqlandı