AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Filmlərdə yaşayan musiqi - FOTO

  26

Bu gün görkəmli bəstəkar Rauf Hacıyevin anadan olmasından 97 il ötür

Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş Rauf Hacıyev yaradıcılığı ilə gələcəyə yeni yollar açan novator sənətkar olub. Adını mədəniyyət tariximizə böyük hərflərlə yazdırmış fitri istedad sahibinin əsərləri hələ çox yüzilliklər insanların mənəvi dünyasının zənginləşməsinə, zövqünün formalaşmasına xidmət edəcək.

Demokratikmusavat.com AZƏRTAC-a istinadən bildirir ki, bu gün Azərbaycan musiqili komediyasının inkişafında mühüm xidmətləri olmuş Xalq artisti, bəstəkar Rauf Hacıyevin doğum günüdür.

Rauf Hacıyev 1922-ci il mayın 15-də Bakı şəhərində anadan olub. Üç yaşınadək gözləri görməyib, sonradan görmə qabiliyyəti bərpa olunub. Onu Həsən bəy Zərdabinin qızı Qəribsoltan xanım Məlikova dörd yaşından götürüb saxlayıb.

Raufun musiqi istedadı erkən yaşlarından özünü büruzə verib. Qəribsoltan Məlikovanın himayəsi altında tərbiyə almış Raufun bəstəkarlıq sahəsində formalaşmasında Üzeyir Hacıbəylinin mühüm əhəmiyyəti var. Belə ki, Raufun fortepiano üçün pyeslərini "Tarantella", "Dağıstan", "Ləzgihəngi" dinlədikdən sonra dahi bəstəkar onun fitri istedadını yüksək qiymətləndirib və ilyarım onunla məşğul olandan sonra Rauf bir neçə mahnı bəstələyib. Onların arasında, xüsusilə "Samur", "Mingəçevir", "Gənclik marşı" ona şöhrət gətirib. İlk gənclik məhsulu olan bu əsərlərdən sonra mahnı janrı R.Hacıyevin yaradıcılığında aparıcı əhəmiyyət kəsb edir. Xüsusilə, bəstəkarın həm ifaçılar, həm də musiqisevərlər arasında "Sevgilim", "Mənim Azərbaycanım", "Lirik mahnı", "Bahar gəlir", "Sevimli şəhər", "Bakı haqqında mahnı", "Leyla", "Neft daşlarında", "Ceyran" və sair mahnıları daha çox populyarlıq qazanır.

O, 15-ə qədər filmə musiqi yazıb və hər bir filmdə olduqca çox musiqi parçaları mövcuddur. Bunlardan "Əhməd haradadır", "Mən rəqs edəcəyəm", "Bir qalanın sirri", "Kölgələr sürünür", "Qara daşlar" və s. göstərə bilərik. Bu filmlərdə musiqi obrazların dolğun təcəssümü, səmimiyyəti, gözəl melodikliyi, şəffaf orkestrləşdirməsi ilə fərqlənir.

Bəstəkar yeddi operetta yazıb və onlardan beşi məhz Moskva Dövlət Operetta Teatrının səhnəsində tamaşaya qoyulub. Eyni zamanda, bu operettalar keçmiş SSRİ-nin mərkəz şəhərlərində uğurla öz səhnə təcəssümünü tapıb.

Sözün əsl mənasında, Rauf Hacıyevin istedadı daha çox operetta janrında parlayıb. Bəstəkarın operettaları respublikamızda bu janrın yeni səhifəsini açıb. Onun operettalarında vokal-simfonik, balet və estrada sənəti bir-biri ilə üzvi surətdə birləşir. Onun musiqi dilinin xalq musiqisi və müasir estrada üslubunun sintezindən ibarət olduğunu söyləmək lazımdır. Operettalarının mövzularını isə ən çox insanların gündəlik həyatı təşkil edir.

R.Hacıyevin Moskvada tamaşaya qoyulmuş ilk operettası "Romeo mənim qonşumdur" olub. O da diqqətəlayiqdir ki, operetta keçmiş SSRİ respublikaları bəstəkarlarının əsərlərinə baxışda üçüncü mükafata layiq görülüb və 23 teatr səhnəsində tamaşaya qoyulub. Operettanı "Azərbaycanfilm" kinostudiyası 1963-cü ildə rejissor Şamil Mahmudbəyovun quruluşunda ekranlaşdırıb.

Bəstəkarın maraqlı operettalarından biri "Mənim məhəbbətim - Kuba"dır. Əsər Moskva Operetta Teatrının sifarişi ilə yazılıb. R.Hacıyev özü Kubada heç bir zaman olmayıb, lakin onun qarşısında çətin bir vəzifə - bu ölkənin xalqının milli xarakterini, musiqi sənətinin xüsusiyyətlərini açmaq vəzifəsi durmuşdu. Doğrudan da, operettanın musiqisi zövqlə yazılıb. Əsərdə musiqinin dramaturgiyasının əsasını üç melodiya təşkil edir. Bunlar Kubaya məhəbbət, vətənpərvərlik andı və Raul ilə Deliyanın məhəbbət hisslərini təcəssüm etdirən melodiyalardır. Bəstəkar Paçanqa bayramının rəqs səhnələrini də maraqlı musiqi boyaları ilə yaradıb. O, maqnitofonda yazılmış əsl Kuba melodiyalarını tamaşanın musiqi ahənginə böyük peşəkarlıqla daxil edə bilib.

Rauf Hacıyevin rəğbətlə qarşılanan səhnə əsərlərindən "Dördüncü fəqərə", "Qafqaz əsiri", "Ana, mən evlənirəm", "Yolayrıcında" operettalarıdır. "Dördüncü fəqərə" Finlandiyanın satirik yazıçısı Marti Larninin eyniadlı romanı əsasında yazılıb. Əsər əvvəlki operettalardan fərqli olaraq məişət komediyası səciyyəsindədir. Bəstəkar kəskin siyasi-ictimai qayəli operetta yaratmağa nail olub.

Təqdirəlayiqdir ki, "Qafqaz əsiri" operettasının Moskva Operetta Teatrında tamaşa təcəssümündə iştirak edən yaradıcı heyət əsasən azərbaycanlılardan ibarətdir.

Ötən əsrin 70-ci illərin sonunda R.Hacıyevin daha bir yeni operettası "Ana, mən evlənirəm" Moskva Operetta Teatrında tamaşaya qoyulur. Əsər tez bir zamanda özünə geniş rəğbət qazanır. Çünki həmişə olduğu kimi bəstəkar təzə operettasında yenə də aktual məsələlər qaldırır. Bunlar gənc nəslin tərbiyəsi, onların öz həyat yolunu düzgün seçməsi məsələləridir.

Rauf Hacıyevin bütün operettaları kimi bu operettasında da musiqi aparıcı amildir. Əsərin kompozisiya, dramaturji planı diqqəti cəlb edir. Musiqi operettada milli xalq rəqslərinin ritmləri ilə rövnəqlənib. Bu cəhət səhnə əsərinə bütövlükdə ehtizaz, nikbinlik, şənlik, xoş əhval-ruhiyyə aşılayır. Bu baxımdan əsərin partiturası çox zəngin alınıb. 1982-ci ildə Moskva Operetta Teatrında "Yolayrıcında" operettası öz səhnə təcəssümünü tapıb.

Bəstəkarın axırıncı operettası Üzeyir Hacıbəylinin anadan olmasının 100 illiyinə həsr olunmuş "Ordan-burdan" əsəridir. Xüsusi olaraq televiziya tamaşası üçün nəzərdə tutulmuş həmin operetta müəllifin musiqili səhnə formalarını mavi ekrana keçirmək işində maraqlı təcrübə olub.

Operetta janrında çalışmaqla yanaşı R.Hacıyev musiqili teatrın başqa janrlarında da öz qələmini sınayıb. Ötən əsrin 60-cı illərində o, opera və baletlə də maraqlanırdı. Belə ki, 60-cı illərin sonunda balet janrında daha intensiv çalışmağa başlayır. Bunun nəticəsində R.Hacıyev əvvəl iki xoreoqrafik miniatür - "Ləzgihəngi" və "Yallı"nı bəstələyir. Hər iki əsər ayrı-ayrılıqda parlaq səciyyəli kompozisiya-lövhələrdir. Xalq rəqs ənənələri əsasında qurulmuş bu əsərlərdə müəllif istər melodik, istərsə də ritmik məziyyətləri qabarıqlıqla açıb göstərə bilib. 1969-cu ildə "Ləzgihəngi" Parisdə və Fransanın bir çox şəhərlərində, eləcə də Lüksemburq və Monakoda göstərilib və tamaşaçıların rəğbətini qazanıb.

1971-ci ildə R.Hacıyev xaricə işləməyə gedir. O, Mədəniyyət Nazirliyinin göndərişi ilə Əlcəzair Respublikasında mədəniyyət qrupuna rəhbərlik edir. Bu qrupun əsas məqsədi Əlcəzairdə musiqi təhsilinə, milli musiqiçi kadrlarının hazırlanmasına kömək göstərmək idi. Bununla əlaqədar R.Hacıyev və onun həmkarları istər Əlcəzair Milli Konservatoriyasında, istərsə də Buduau şəhərində yeni açılmış musiqi məktəbində müəllim kimi çalışırlar.

Əlcəzairdə işləyərkən R.Hacıyev, eyni zamanda, bu ölkənin mədəniyyət tarixini də dərindən öyrənir, xalq musiqi nümunələrini toplayıb nota köçürür, onların məqam, melodik və ritmik xüsusiyyətlərini mənimsəyir. O, topladığı lirik havalar əsasında öz tələbələri üçün tədris repertuarı kimi bir sıra orijinal instrumental əsərlər bəstələyir. Onu da deyək ki, Əlcəzairdə ilk dram teatrı açıldıqdan sonra orada Milli Musiqi Teatrı da fəaliyyət göstərirdi. Həmin teatrın nəzdində balet truppası və milli xalq rəqsləri ansamblı da var idi. Bu milli teatr kollektivi üçün ilk baleti Rauf Hacıyev özü yazıb. "Üç inqilab" adlanan bu balet Əlcəzair Mədəniyyət Nazirliyinin sifarişi ilə bəstələnib. Əsərdə əsarətdən azad olmuş Əlcəzair xalqlının yeni həyat quruculuğuna qədəm qoymasından söz açılır. İlk baletin uğurlarından ruhlanan Hacıyev daha sonra "Alov" və "Hürriyyət" adlı baletlərini də inqilab mövzusuna həsr edir. Baletdə Əlcəzair xalqının müstəqillik uğrunda mübarizəsindən söz açılır. Bu əsər Əlcəzair inqilabının tarixinə həsr olunub. Müəllif baletdə xalq və inqilabi mahnılardan, milli himndən sitat şəklində istifadə edib.

R.Hacıyev ötən əsrin 60-cı illərindən başlayaraq ictimai işlərdə də fəal çalışıb. O, 1964-cü ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına direktor, 1965-ci ildə isə Azərbaycanın mədəniyyət naziri təyin olunur. Nazir işlədiyi illərdə onun təşəbbüsü ilə Azərbaycan Dövlət Xor Kapellası, Mahnı Teatrı, Azərbaycan Dövlət Rəqs Ansamblı, eləcə də dünyada birinci Xalçaçılıq muzeyi açılır. Azərbaycan Bəstəkarlar İttifaqının V qurultayında idarə heyətinin birinci katibi, VI qurultayda isə idarə heyətinin katibi seçilib.

Görkəmli bəstəkarımız Rauf Hacıyev dünyasını dəyişsə də, onun musiqisi daim yaşayır və xalqımızın estetik baxımdan formalaşmasında, tamaşaçı və dinləyicilərin musiqi zövqünün inkişafında mühüm rol oynayır. Biz inanırıq ki, Azərbaycan nə qədər varsa Rauf Hacıyevin musiqisi, səhnə əsərləri daim yaşayacaq. Çünki, onun yaradıcılığı ölməzdir.

Demokratikmusavat.com

Xəbər Lenti

Ölkədə 31 min 432 narkoman qeydiyyata alınıb

Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb

Bakıda pedofil futbol məşqçisi saxlanıldı - SMS-lər üzə çıxdı

Bakıda 43 yaşlı kişiyə borca görə 4 bıçaq vurdular

İranda tayfalar bir-birini qırdı - 1 ölü, 13 yaralı

Bu ölkədə FACİƏ - 12 ölü

Azərbaycanda əhalinin banklarda əmanəti daha çox xarici valyutadadır

Rusiyalı generaldan "Stratfor"a cavab: "S-400" istənilən şəraitdə döyüş apara bilər

"Qarabağ" - "Partizani" - Heyətlər açıqlandı

Azərbaycanlı məşhur Türkiyədə sevgili tapıb və yenə ərə gedir

İrana pis xəbər: İngiltərə üçüncü gəmini də göndərir

Azərbaycanda ən çox evlənən qadın sənətçilər - ADLAR

AB-nin Türkiyəyə sanksiya qərarının əsl səbəbi... - Ekspert

Arvadını azyaşlı uşağının gözü qarşısında öldürəndən ŞİKAYƏT

"Real" Poqbadan imtina edir

"Qarabağ" yeni hücumçu transferini rəsmən açıqladı

Tünzalə Bodrumdan istirahət FOTOlarını paylaşdı

Bakıda qadını döyüb evini qarət etdillər - İŞ MƏHKƏMƏDƏ

Aysun izləyiciləri ilə açıq-saçıq FOTOlarını bölüşdü

Həbsxanada işgəncə: yeni şok kadrlar yayıldı - VİDEO

“Mənim eynəyimdən taxma” - Əməkdar artistdən qəribə istək

Generallar Bakıda görüşür: qlobal təhlükəsizlik və əməkdaşlıq imkanları

Reklam fasiləsində olduğuna inanan Fatimə əsəbiləşdi

"Avroviziya"nın növbəti yeri Rotterdam və ya Maastrixt ola bilər

Külli miqdarda dələduzluq edən şəxsə 8 il cəza verildi

"Levandovski Şvartsneqqere oxşayır" - Rummenigge

Qocalmaq bilməyən Zülfiyyədən yeni FOTOlar

Rusiya rublunun ən pis günü yaxınlaşır - Xəbərdarlıq edildi

“Nyukasl”ın yeni baş məşqçisi məlum oldu - Rəsmi

ABŞ-a cavab: Rusiya Türkiyəyə bunu təklif etdi

Avropa qorxu içərisində: Rusiya "qəfil zərbə" endirə bilər

İnsanların gözü qarşısında asıldı - İranda növbəti dəhşət

Arıçılara şad xəbər - 4 milyon manatdan çox subsidiya veriləcək

Azərbaycanın ən gözəl qadınından açıq-saçıq FOTOlar

Hazard bu türk klubunun formasını geyinəcək - ÖZÜ AÇIQLADI

Pələng avtomobildən küçəyə tullandı - VİDEO

Hava limanına hücum edildi, bütün uçuşlar dayandırıldı

“Euronews” telekanalı UNESKO-nun Bakı sessiyası haqqında süjet yayımlayıb

Rektor Cəfər Cəfərov ADPU-nu darmadağın etməyi sanki qarşısına bir məqsəd qoyub

Haramxorun möminliyi

Gürcülər  odla oynayır!

Biz niyə kasıbıq?

Ağıl xəzinəsinin qılıncı – Dil

Dostu Telman Adıgözəlovla bağlı: “Həkimlərdən qorxurdu”

Bu ölkədə türkiyəli diplomat öldürüldü

Pentaqonun ölümsaçan silahı laboratoriyadan qaçıb - Hər kəs təlaş içindədir

23 yaşlı qadının ölümündən bir neçə saat əvvəl çəkilən FOTOsu

6 ayda dövlət büdcəsinin gəlirləri 10,4, xərcləri isə 10,9 milyard manat olub

Əmircanda qadın piyadanı vurub qaçan sürücü saxlanıldı

Türkiyə tarixində ən dağıdıcı - İstanbulda 7,5 bal gücündə zəlzələ proqnozlaşdırıldı

Tehranda zavodda yanğın - Ölən var

Bakcell sosial şəbəkələrdə cavablandırılmış müraciətlərə görə ən yüksək nəticə göstərməkdə davam edir

De Rossi karyerasını Argentinada davam etdirməyə yaxındır

Mumbayda 100 yaşı olan bina uçuldu - 14 nəfər altında qaldı

“Həddinizi aşdınız!” - “ATV maqazin onlarla” da qalmaqala qoşuldu

Nizamülmülk qazdığı quyuya özü düşdü - Bilinməyən tarixi fakt

Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu

Bu gün Şah İsmayıl Xətainin doğum günüdür

Poroşenko sorğuya getməkdən imtina etdi

Azərbaycanda adambaşına düşən ÜDM-in həcmi artıb

Bakıda ərəb turistin küçədə qadını döyməsilə bağlı yayılan məlumat yalandır - RƏSMİ

“Daşkəsən Zəylik Alunit Mədəni” ilə bağlı keçirilən tender üçün Ekspertlər Şurası yaradılıb

101 milyona satdı, 60 milyona geri qaytarır

Azərbaycanda mübahisələrin məhkəməyə qədər həlli ilə bağlı XİDMƏT HAQLARI müəyyən edildi

Azərbaycan müxalifətinin içindəki xəstəlik: yazığımız gəlsin?

29 ildir bağlı qalan sərhəd açılır - Müharibədən sonra ilk dəfə

Qazandığı uğurların səbəbini kasıb ailədə doğulmaqda görən 28 yaşlı azərbaycanlı ilə MÜSAHİBƏ - FOTO

Premyer Liqanın reqlamentində dəyişiklik

Azərbaycan, Rusiya, İran və Türkiyənin rabitə nazirləri Tehranda görüşəcək - FOTO

“Həyasız, əyyaş, hoqqabaz, tramvay nömrəsi” - Aygünə sərt sözlər

Ad gününə hazırlaşan qız faciəvi şəkildə öldü - Ventilyator işləməyib - FOTO

Bakıda qardaşını güllələyən şəxsin məhkəməsi

Həmidə Ömərova kitab yazdı - FOTO

İkinci dəfə ərə gedən Sevincdən qısa şortda EHTİRASLI RƏQS - VİDEO

Zelenskiyə Krımı Rusiyadan satın almaq təklif olundu

2 uşaq anası borca görə özünü öldürüb - FOTO

Conni Kleq vəfat etdi

İntihar yoxsa qəza? - 18 yaşlı Günayın ölümü ilə bağlı dəhşətə gətirən kadrlar - VİDEO

Ələkbər Yasamallı da "qocaldı" - FOTO

İranda mikroavtobus dərəyə aşıb - 11 ölü

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində hüquqi şəxslərin qeydiyyatı başladı

Yol polisindən təmir və “moyka” məntəqələrinə görə sürücülərə tövsiyə

Xoşqədəm: "Lerikdə gözəl bacılarımla..." - VİDEO

İsveçrədə tarlada müəmmalı fiqurlar peyda oldu - FOTO

Aygünün Brillianta cavabı gecikmədi

“Səhnələrdə sərxoş halda yıxılan...” - Brilliant Aygünə söz atdı

Lina Vaytkyaviçene: "Aİ ilə Azərbaycan arasında yeni saziş tərəfdaşlığı daha yüksək səviyyəyə çatdırmalıdır" - VİDEO

Planeti dağıdıcı fəlakətlər gözləyir - Alimlərdən xəbərdarlıq

Bu gün ÇL-də cavab oyunlarıdır

Bakıda tanış olduğu qadını evə saldı, qapını bağlayıb zorladı - TƏFƏRRÜAT

Efirdə Şəbnəmə “küpəgirən qarı” dedilər

Azər Axşamı şikəst həyat yoldaşını atdığına görə QINADILAR - FOTO

Argentinada zəlzələ baş verib

ABŞ-da zəlzələ baş verib

Mateys de Liqt "Yuventus"a keçir

Azərbaycanda qoruqlarla bağlı yeni qaydalar təsdiqlənib

Rusiyada qəza: dörd nəfər ölüb

Türkiyədə üç terrorçu məhv edilib

Teymur Rəcəbov heç-heçə edib

Husilərin dronları Səudiyyə Ərəbistanında hava limanına hücum edib

Dənizdə batan 6 nəfər xilas edilib - 5-i əcnəbidir

Tramp: "ABŞ Türkiyəyə F-35 qırıcı təyyarələrini satmayacaq"

Kristin Laqard vəzifəsindən gedir

Azərbaycanda qızılgül yığımında məhsuldarlıq 20 faiz artıb - Lavanda yığımı isə...

Çempionlar Liqasında növbəti oyunlar keçirilib

Təyyarə qəzaya uğrayıb: həlak olanlar var

Günün qoroskopu: Şanslardan faydalanın

Pomidoru havaya "bağladılar" - qiymətində hiss olunacaq

"Azdrama" "son söz"ünü dedi - sentyabrda yenə eşidə bilərik

Xan Sarayını nə qədər turist ziyarət edib - STATİSTİKA

"Güzəştli mənzil" istəyənlərin bir gün vaxtı qaldı

Aygün Kazımova özünün oyuncaq kişisini göstərdi

Malta tennis turnirinə ev sahibliyi edəcək

İnquşetiyada nəsli kəsilmiş Ön Asiya bəbirinin izləri tapılıb

Bu ilin ilk beş ayında İstanbulu rekord sayda turist ziyarət edib

Ursula fon der Lyayenin Avropa Komissiyasının sədri seçilib

Gəncədə metal sexində faciə - 30 yaşlı işçi yıxılıb öldü

Həyat yoldaşını boynundan bıçaqladı - Qısqanclıq

Lənkəran teatrı 128-ci mövsümə yekun vurub - FOTO

"MegaFon" Azərbaycana qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb

Ağcabədidə traktor yanıb

Həkimlərdən Xalq artistinə qadağa: Diaqnoz qoydular ki...