AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Ramazan nəfsə kölə yox, nəfsi kölə etmək ayıdır

  7

Oruc - imsak vaxtından iftar vaxtına qədər yemək, içmək və cinsi əlaqədən imtina edilən niyyətli ibadət formasıdır. İmsak, sübh namazını qılmaq və eyni zamanda yemək-içməyi dayandıraraq, oruca başlamaq vaxtıdır. İftar isə orucun açıldığı və axşam namazına başlamaq vaxtıdır. Səhər (sübh) namazının başlanğıcını fəcir təşkil edir və günəş doğması ilə namazın vaxtı bitmiş olur. Fəcir - dan yerinin ağarması, yəni Günəşin doğacağı yerdə ətrafa açılan bəyazlıqdır. Axşam namazının vaxtı isə, Günəşin batmasından üfüqdəki qırmızımtıl rənglərin yox olmasına qədərki zamandır.       

 

Orucun icra mexanizmi

 

  1. Oruca niyyət. Hər bir ibadətdə olduğu kimi, orucda da əsas şərt niyyətdir. Zira «əməllər niyyətə görə yaxşı və pis olur». Xalis niyyət qəlb ilə olur. «Dil ilə niyyət etmək bidətdir, yəni sonradan əmələ gələndir» (İmam Rəbbani). Oruc tutacaq şəxs belə niyyət etməlidir: «Allah rizası üçün Ramazanın sabahkı günündə oruc tutmağı niyyət edirəm».
  2. İmsak vaxtına, yəni oruca başlamaq vaxtına qədər səhər yeməyini tamamlamaq lazımdır. Buna Sahura qalxmaq deyilir. Peyğəmbər (ə) buyurub: «Sahur yeməyini yeyin. Zira bu yeməkdə bərəkət var». İslam orucu ilə yəhudi və xristian orucunun fərqini həz. Məhəmməd belə açıqlayıb: «Bizim orucumuzla əhli kitabın orucu arasındakı fərq, Sahur yeməyini yeməkdədir». Göründüyü kimi, 24 saat ərzində bir dəfə qidalanan əhli kitabdan fərqli olaraq, İslamda səhər tezdən yeyilən yemək, oruc tutmağı yüngülləşdirir.

Qeyd 

Sahur - Günəşin batmasından imsak vaxtına qədər olan zamanın son 1/6-i, oruc tutmaq üçün yeməyə qalxılan vaxtdır. Tutaq ki, iftar 18:00-a, imsak isə 06:00-a təsadüf edir. Bu, 12 saatın 1/6-i 2-dir. İmsak vaxtı 06:00 qəbul edildiyindən, Sahur (obaşdan) 04:00-dan 06:00-a qədər olan zamandır.

  1. Sahuru mümkün qədər gec yemək, iftarı isə tez, yəni günəş batan kimi açmaq müstəhabdır (bəyəniləndir).«İnsanlar iftarı tez açıb, Sahuru da gecikdirdikləri müddətdə xeyirlə yaşayarlar», - Peyğəmbər (ə) kəlamıdır. Rəbb isə buyurub: «Qullarımın ən sevimlisi iftarı tez açanlardır».

Rəsulu Əkrəm adətən iftarını bir xurma və ya bir-iki qurtum su ilə açdıqdan sonra namaz qılardı. O, şam yeməyini namazını bitirəndən sonra yeyərdi. Həmin səbəbdən, iftarı yüngül bir şey ilə açaraq, namaz qıldıqdan sonra şam etmək sünnətdəndir. Kitab əhli adətən iftarı ulduzlar görünəndən sonra açırlar. İslamda isə onlara bənzəməmək üçün iftar tez açılır. Sahurun nə qədər gecikdirilməsi barədə səhabədən gələn hədisdə deyilir: “Biz Rəsululləh ilə birlikdə sahur yeməyini yedik. Sonra sübh namazını qıldıq: «Sahur ilə sübh namazı arasındakı vaxt nə qədərdir» - sualına, həz. Peyğəmbər cavab verdi: «O, təxminən 50 ayə oxuyacaq və ya bir abdəst alınacaq müddətə bərabərdir». Bu isə 8-10 dəqiqə vaxt deməkdir. Göründüyü kimi, obaşdan yeməyi üçün ayrılan bu qısa müddət mədəni doldurmaq üçün deyil, orqanizmin optimal fəaliyyətini təmin edəcək minimum qidanı qəbul etmək üçündür.

  1. İftar açmazdan öncə bu dua oxunmalıdır: «Allahummə ləkə sumtu, və bikə əməntu, və aleykə təvəkkəltu və alə rizqikə əftərtu». Anlamı: «Allahım, Sənin üçün oruc tutdum. Və Sənə iman etdim və sənə güvəndim, təvəkkül etdim. Və verdiyin ruzi ilə orucumu açıram». Əgər həmin duanı ərəb dilində söyləmək çətindirsə, o zaman oruclu duanı ana dilində də ifadə edə bilər. Zira Allah insana onun qəlbi ilə baxar.
  2. Nəfsi kölə edən orucun ən mühüm ədəblərindən biri də insanın mənəvi pəhriz saxlaması, mənəvi orucudur. Yəni bəndə gözünü, əlini, ayağını, qulağını, qəlbini, dilini elə saxlamalıdır ki, o, orucdan umulan kamal və fəzilətə qovuşa bilsin. Peyğəmbər (ə) buyurub: «Beş şey oruc və dəstəmazı batil edər: yalan danışmaq, qeybət  və xəbərçilik etmək, harama şəhvətlə baxmaq və yalandan and içmək».

Zira yalançı şəxsdə rəhm və mərdlik olmadığı kimi, harama şəhvətlə baxmaq da həmin haramı etməyə bərabərdir. İslamda qeybət və xəbərçilik  nifaq olduğu üçün pis əməl sayılır. Yalandan and içmək isə ən böyük günahlardan biridir. Başqa sözlə, tam və kamil oruc, bütün günahlardan və Allahın yasaqladığı  şeylərdən uzaq olmaqdır. Zira müqəddəs Ramazana layiq olan ehtiram, ancaq kamil insanın kamil orucudur.

 

Kim oruc tutmaya bilər

 

Ən humanist bir din kimi, İslam heç kimi gücündən artıq işə mükəlləf etmir. Belə ki, «Allahın məbədi olan insan» (həz. İsa) bəzi ibadətlərdə bioloji varlığına xələl gətirərsə, o zaman ibadət ya ən yüngül halda, (məsələn, şikəst  və xəstə insanın yataqda namaz qılması kimi), ya da məkan və səhhətin imkan verdiyi vaxtda edilir. Həmin səbəbdən şəriət bəzi hallarda oruc tutmamağı və ya başlanan orucu pozmağı caiz hesab edir (icazə verir). Bu hallar aşağıdakılardır: xəstəlik, səfərdə olmaq, məcbur edilmə və ya zor tətbiq edilmə, hamiləlik və ya uşaq əmizdirmə dövründəki çətinliklər, şiddətli aclıq və susuzluq, həddən artıq qocalıq  və s. və i. Həmin şəxslər pozulan və ya tutulmayan orucun qəzasını sonradan tutmalıdırlar. Peyğəmbər (ə) demişkən: «O şəxs ki, mütəmadi surətdə oruc tuta bilmir, hər ay üç gün oruc tutsa, bir ayın orucuna bərabərdir». O ki qaldı heç vaxt oruc tutmağa taqəti olmayan insanlara, belələri üçün Peyğəmbər (ə) buyurub: «Toxluğuna şükür edən adam, səbrlə oruc tutan dərəcə­sin­də­dir».

 

Ramazan orucu kimlərə

fərzdir (vacibdir)

 

Oruc həddi-buluğa çatan və ağlı başında olan hər bir müsəlman üçün fərzdir. «Ey iman edənlər! Oruc sizdən öncəki ümmətlərə fərz qılındığı kimi sizə də fərz qılındı» (Bəqəra, 183).

Həddi-buluğa çatmayan  uşaqlar üçün bu ibadət fərz olmasa da, fəqət onları namazda olduğu kimi, kiçik yaşlarından tədricən oruc tutmağa həvəsləndirmək təqdirəlayiq işdir. Peyğəmbər (ə) buyurub: «Kim inanaraq və mükafatını Allahdan gözləyərək Ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar».

 

Orucu pozmağın cəzası:

qəza və kəffarə

 

Ramazan orucu Quranla təsbit olunan Allah əmridir. Obyektiv səbəb olmadan bu ibadəti yerinə yetirməmək günah sayılır. Əgər bəndə orucunu qəza edərsə, bu zaman o, orucunu sonradan günə-gün tutmalıdır. Qəza hökm vermə, Allahın təqdir etdiyi əməli icra etmək deməkdir. Orucun kəffarəsi isə, qəsdən tutulmayan bir günlük Ramazan orucunun əvəzinə cəza olaraq, iki  ay ardıcıl oruc tutmaq  deməkdir. Yaşlı, xəstə və zəif  insanlar oruc tutmadıqları təqdirdə, 60 yoxsulun axşam və səhər  yeməyini və ya bir yoxsulun 60 gün ərzində iki dəfə yeməyini verməlidirlər. Onlar bu yeməyin dəyərini 60 yoxsula da verə bilərlər. Kəffarə cəzası oruc tutmağa səhhəti imkan verməyən şəxslərə şamil  edilmədiyi kimi, bu cəza maddi imkanları olmayan şəxslərə də şamil edilmir. Bu zaman onların edəcəyi ibadət yalnız Allahdan əfv və məxfirət diləməkdir. Kəffarə oruc tutmamağın yox, tutulan orucu qəsdən pozmağın cəzasıdır. Bu baxımdan Ramazan orucunu tutmağa niyyət etməyən şəxs, tutmadığı bu orucları sadəcə qəza edər, kəffarə isə verməz. Orucda kəffarə cəzası, mübarək Ramazan ayının hörmət və namus pərdəsini yırtmanın qarşılığıdır.

Məcbur olmayan, məcbur edilməyən və unutqanlıq halları istisna olmaqla, bilərəkdən (qəsdən) pozulan orucda qəza və kəffarəni gerçəkləşdirən hallar: Cinsi münasibətdə olmaq, yemək, içmək, ağıza düşən yağış və qarı bilərəkdən udmaq, siqaret, qəlyan çəkmək, onları qəsdən iyləmək və ya tüstüsünü qəsdən udmaq və s. Bu hallar bədənin qidalanması, bəslənməsi və ya zövq və ləzzət alması olduğu üçün, pozulan orucun həm qəzası, həm də kəffarəsi var.

Orucu pozmayan şeylər: a) unutqanlıq üzündən yemək-içmək, əgər bu səbəbdən yeyib-içən adam zəif, ixtiyar yaşındadırsa, ona xatır­lat­ma­maq  daha yaxşı olar. Çünki bu, bəlkə də Allahın həmin bəndəsinə orucunu qəsdən unutduraraq, ona verdiyi ruzidir. Əgər unudaraq yeyib-içən şəxs sağlamsa və qoca deyilsə, bu zaman ona xatırlanmalıdır; b) qan aldırmaq; v) bədəndəki yaralara qoyulan dərmanlar; q) özündən asılı olmayaraq, siqaret çəkən müsahibinin tüstüsünü udmaq və s. və i.

 

Orucun növləri

 

6 növ oruc var.

1.Quranda fərz sayılan Ramazan orucu. Bu orucun tutulması da, qəzası da fərzdir.

  1. Vacib oruc. Bu oruclardan biri də nəzir orucudur. Məsələn: «Filan iş düzələrsə, filan günə qədər oruc tutacağam» - kimi. Əgər insanın dilədiyi həmin iş düzələrsə, onun oruc tutması vacibdir.
  2. Sünnət, yəni Peyğəmbər (ə)-nin tutduğu oruclar. Məhərrəm ayı­nın 9 və 10 və ya 10 və 11-ci günləri oruc tutmaq sünnətdir. Bu oruca Aşura orucu da deyilir. Məhərrəmin yalnız 10-cu günü (9-u və ya 11-i olmadan) oruc tutmaq məkruhdur. “Aşura orucu keçmiş ilin günahlarına kəffarədir” (həz.Məhəmməd).
  3. Məndub, yəni tutulması savab, tutulmaması isə günah olmayan oruclar. Məsələn, hər qəməri ayın 13, 14 və 15-ci günləri tutulan oruclar həmin qisimdəndir. Hər həftənin bazar ertəsi və cümə axşamı günləri, həmçinin Şəvval ayında 6 gün oruc tutmaq da məndubdur. Rəsulullah (ə)-dən bazar ertəsi günü oruc tutması barədə soruşduqda o, «həmin gün mənim doğulduğum, peyğəmbərliyim və Quran nazil olduğu gündür» demişdir. Yeri gəlmişkən, Peyğəmbər (ə) məhz bazar ertəsi günü vəfat edib.
  4. Məkruh (bəyənilməyən) oruc. Məhərrəm ayının yalnız 10-cu günü, baharın ilk günü, cümə günü, bayram günləri və s. oruclar bu qismə daxildir. Fitr və Qurban bayramlarında oruc tutmaq isə haramdır.
  5. Nafilə, yəni fərz və vacib olmayıb, sırf fəzilət və savab üçün tutulan oruclar.

 

Allahın rəhməti zəhmətin

halallarda olmasındadır

 

Ramazan ayı yardımlaşma, paklaşma, tövbə, yaxşı işlərin görülməsi və təbliği baxımından ilahi bir ərməğandır. «Əvvəli rəhmət, ortası məxfirət, sonu cəhənnəmdən qurtuluş» olan bu ay, həm də KİV-lər üçün gözəl bir fürsətdir. Zira KİV-lərin dinin vacibləri və onun istinad etdiyi əsasları təbliğ etmələri ayrı-ayrı fərdlərin  yas məclislərində Quran hikmətinə söykən­mə­yən özfəaliyyətilə müqayisədə həm auditoriya, həm də keyfiyyət baxımından daha fəzilətdir. «(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işləri  görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun!. Bunlar (bu camaat) həqiqətən nicat tapmış şəxslərdir» (Ali İmran 104). Əslində bu kəlam varlığı və onun ən kamili olan insanı yaradılış qayəsinə aparan yoldur. Zira Allah kainat sarayını bu uca vəzifə üçün yaradıb və insanı da həmin vəzifəni icra etmək üçün xəlifə edib. Elə Qurandakı 114 surə, 6204 (və ya 6236) ayə və 77934 sözün hikmət və qayəsi də, məhz insanları pis işlərdən çəkindirib, yaxşılığa dəvətdən ibarətdir. («Əmr-i bil-məruf nəhyi anil-münkər»).

Allah və Peyğəmbər (ə) kəlamlarının irşad və təbliği olmayan yerdə namaz və həcdən, oruc və zəkatdan  söhbət gedə bilməz. Əgər namaz, oruc, zəkat fərdin şəxsi ibadətləridirsə, irşad və təbliğ isə çoxsaylı xalq və millətlərə, bütöv bir ümmətə xidmət edir. Bu baxımdan Kütləvi İnformasiya Vasitələri, o cümlədən TV-lər, xüsusən bu ayda Allahın uca adını yüksəltmək və həm də özlərinin «nicat tapmaları» üçün Ramazan, Quran və Peyğəmbər (ə)-yə həsr olunan proqramlar nümayiş etdirməlidirlər. Bu ayda onlar haqqı, ədaləti təbliğ  etməklə yanaşı, həm də Rəbbin haram buyurduğu şeyləri çoxmilyonlu tamaşaçıya şayən etməməlidirlər. Zira Peyğəmbər (ə) buyurub: «Gizli şəhvətin şayən edilməsi bağışlanmaz günahdır».

«Vücudu təmiz olaraq yatan insan, ibadətlə məşğul olan oruc tutana bənzər» - Peyğəmbər (ə) kəlamıdır. Ruh və bədən vəhdətini təşkil edən vücudun təmizliyi isə, həm də onun təbliğ etdiyi mövzu ilə tanınır. Zira əməllər xarakterlərin aynasıdır. Və hər kəs xarakte­ri­nə, düşüncə tərzinə, əxlaqına görə hərəkət edir. Bu baxımdan KİV-lər haram reklam və verilişlərdən alacağı qonorar naminə Ramazanın  ülvi pərdəsini yırtmamalıdırlar. Ramazanda «Oruclunun yuxusunu ibadət, sükutunu təsbih, günahını məxfirət, duasını məqbul və ibadətini qəbul edən» Rəbb, Onun rizası üçün həmin qonorarlardan imtina edənləri də, İnşaallah, qiymətləndirər. Kim bilir, bəlkə də qonorardan imtina edib, haramları göstərməyən KİV-lər  üçün bu bir kəffarə sayılar?

Ramazan kainatın Rəbbə həmd-səna, şeytan və onun əməllərinə isə «veto» ayıdır. Bu səbəbdən o, Allah rizasını qazanmaq naminə gələcəyi  çiyinlərində bayraqlaşdıracaq gənc nəslin dini maarifləndirilməsi ayı olmalıdır. Ramazan ayı mallarını KİV-lərdə reklam edən iş adamları üçün də gözəl məqamdır. Xüsusən bu ayda Quranda haram kimi təsbit olunan müxtəlif spirtli içkilər, çılpaq və yarıçılpaq qadınların sərgiləndirilməsi, həyaya zidd əşyalar, donuz ətindən hazırlanan qida məhsulları və s. münkərlər reklam sahibləri tərəfindən əhaliyə sırınmamalıdır. Əksinə, həmin haramlara həsr olunan TV vaxtları Allah kəlamları və Ramazanın fəzilətlərindən bəhs edən yazı, telesüjet, Davud (ə)-nin səsinə bənzər həzin və düşündürücü müsiqilə əvəzlənməlidir. Kim bilir, bəlkə bu onlar üçün də bir kəffarə kimi qəbul olunacaq?!

Nəfsə köləliyi yox, nəfsin köləliyini təşviq edən Ramazan, həm də «rəhmət zəhmətdədir» Peyğəmbər (ə) kəlamının təntənəsi ayı olmalıdır. Yəni Allahın rəhməti o zəhməti çəkənlər üstündə olur ki, onlar zəhmətinin bəhrəsini haramlardan yox, halallardan alırlar. Deməli, müqəddəs Ramazanda Allah kəlamlarına, milli adət-ənənələrimizə və mədəniyyətimizə zidd həyat  və iş prinsipləri, haramları satmaq və onları təbliğ etmək, ən azı Rəbbi unutmaq (haşə!), xalqı isə pisliyə dəvət etmək deməkdir. Əslində bu, bəzi başıpozuq, fəqət imkanlı fasiqlərin, xalq və deməli, bizim hər birimiz üçün əkdikləri zəqqum ağacıdır. Onun meyvəsini isə hamımız hər gün yeyirik. Özü də etiraz etmədən yeyirik. Və əgər yeyiriksə, deməli «içərinizdə pis əməlləri qadağan edən bir camaat olsun» Rəbb kəlamlarına məhəl qoymuruq. Əbədi və əzəli qanunlara zidd olan bu etinasızlıq isə şübhəsiz ki, bəlaların hələ bizdən uzaqlaşmadığından xəbər verir. Necə deyərlər: «Qəza gəlməz Haqq yazmayınca, bəla gəlməz  qul azmayınca».

Günahdan tövbə etməyi unudanlara xatırlatma, onlara verilən şans və bərəkətdir, Ramazan. Orucu da pis əməllərdən çəkinmək üçün əmr etdi YARADAN. Elə isə Allah tövbə, dua və orucunuzu qəbul etsin. Amin.

 

Vaqif Cəliloğlu

Tex. elmləri üzrə fəlsəfə doktoru

Xəbər Lenti

Təhsil Nazirliyinin kollegiyasında dəyişiklik edilib

Kubada baş verən yol qəzası nəticəsində beş nəfər həlak olub

Adaman adaları yaxınlığında güclü zəlzələ olub

Günay təkzib etdi - Sevgilisini bıçaqlamayıb

Sabunçu-Bakı qatarında gediş haqqı məlum oldu

Yaponiya müharibə dövründə əməyin ödənilməsi ilə əlaqədar arbitraj komissiyasının yaradılmasını tələb edir

Manafdan qalmaqallı açıqlama

Türkiyədə yol qəzası baş verib: iki nəfər həlak olub

Kanadada baş verən meşə yanğınına ən yüksək çətinlik kateqoriyası verilib

Ötən il Türkiyədə 1 milyon 300 minə yaxın uşaq doğulub

Suriyada iki raket mərmisi partlayıb

Almaniyada "polisləri" mühakimə edirlər

Nigeriyada quldurların hücumu zamanı 26-dan çox nəfər ölüb

Azərbaycan ilk dəfə isthesal olunan alkoqolsuz şərab Çexiyaya ixrac olunacaq

Sükan arxasında diqqətsizlik ABŞ-da hər il 3 min nəfərin ölümü ilə nəticələnir

Silahlılar Suriya ordusunun mövqeyinə hücum etməyə çalışıblar

Bakıda kişi itkin düşdü

Yunanıstan qəbul etdiyi qaçqınların sayına görə Avropada lider ölkədir

Günün qoroskopu: Nədənsə imtina etmək, nə iləsə vidalaşmaq, hansısa situasiyada güzəştə getmək gərəkdir

İran yeni hərbi birləşmənin anonsunu verdi

Masallıda zəlzələ olub

Dövlət Uşaq Filarmoniyası binasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub - FOTO

Aşqabadda ATƏT-in regional seminarı işə başlayıb

Tuğ qəsəbəsində silah-sursat aşkar edilərək götürülüb

Azərbaycanlı idmançı “Tokio 2020” Olimpiya Oyunlarına vəsiqə qazanıb - FOTO

Moskvada keçmiş rus kəşfiyyatçısı öz kitabını təqdim edib

Qarqarçayın səviyyəsi kəskin artıb, çobanlar köməksiz qalıb

Ermənistan Mxitaryanı öz təxribatçı məqsədləri üçün istifadə edir - XİN

Ölkənin qızıl-gümüş bazarı ucuzlaşır

Bakıda 17 yaşlı qız səhər evdən çıxdı və.. .itkin düşdü

Hələb bombalandı - Yaralılar var

Qaxda iri və xırdabuynuzlu heyvanlar arasında profilaktik peyvəndləmə işləri aparılır

Zelenski biznes ortağını prezidentin birinci köməkçisi təyin etdi

Argentina millisinin yekun heyəti

Balaca qızın ev tapşırığı

Bölgələrdə gicitkən və şeytanqanqalı kəpənəklərinin tırtılları yayılıb

Ramazanın 17-ci gününün duası, imsak və iftar vaxtı

Bu ölkə “Visa” və “MasterCard”dan - İMTİNA EDİR

Qətər və Çin Xəzərdə külək elektrik stansiyasının tikintisi ilə bağlı layihədə maraqlıdırlar

AFFA-dan "Arsenal"ın Mxitaryan qərarı ilə b ağlı bəyanat

ABŞ millisinin üzvü "Çelsi"də

Batistuta baş məşqçi olmağa hazırlaşır

"Neftçi"nin legioneri milliyə çağırıldı

"Arsenal"ın Bakıda çoxlu azarkeşinin olduğunu bilirəm" - Emeri

Mətbuat Şurasının təşəbbüsü ilə "Azərbaycana baxış: siyasi maraqlar media müstəvisində" mövzusunda "dəyirmi masa" keçirilib - FOTO

“Hər şey edəcəyəm ki, siz ağlamayasınız”: Zelenskinin inauqurasiyasındakı əsas məqamlar

Bəstəkar etiraf etdi: "Avroviziya" siyasi oyundur!

Azərbaycan və Avstraliya turizm sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır

Bu ölkə su altında qala bilər

Tiflisdən böyük səhv: ermənilər ölkəni parçalayır - Şok

Zelenski Ali Radanı buraxdı

Əhalinin alıcılıq qabiliyyəti artıb - STATİSTİKA

Kabinetlərdən çıxın, küçələri tutun! - Saakaşvili

Cindara 216 min verən qadın: "Sarı su içirirdilər, sonra bədənimə..." - TƏFƏRRÜAT

"Uğurların sərhədi yoxdur" - Ronaldo

Rayondan gəlib bacanağının qohumu ilə cinsi əlaqəyə girdi, sonra... - Bakıda gecəyarısı ŞOK OLAY

Çingizdən bir ilk - Dünyada 25-cidir

Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb

Neft Daşlarında hasilatın həcmi açıqlanıb

"Başakşəhər" dağılır

"Taliban"a qarşı əməliyyat: 40-dan çox silahlı məhv edildi

ABŞ-da erməni silah baronu həbs olundu

Assancın səfirlikdə saxlanılması Ekvadora neçəyə başa gəlib?

Premyer Liqada mövsümün qolu - VİDEO

Səməd Seyidov Parisə gedir - AŞ PA-nın iclası keçiriləcək

İsveç XİN: Azərbaycanla Aİ arasında yeni saziş ikitərəfli münasibətləri dərinləşdirəcək

Paytaxt sakinini aldadan dələduz saxlanıldı

Almaniyada "Aksel" həyəcanı - Ölən var

REAL sədri "siyasi intihar" yolunu tutub: UEFA-nı da hədələdi

Kiyev Poroşenko ilə bağlı araşdırmaya başladı - Xəyanət...

Ramal səhifəsində "krevetka" paylaşanlara lağ etdi

Kestutis Yankauskas: "İcbari tibbi sığortanın tətbiqi Azərbaycanın bütün vətəndaşları üçün genişləndirilməlidir" - FOTO

Ukraynada rusiyalı zabitin öldürülmə anı - VİDEO

“İstanbulda yarım milyona ev aldım” - Aytac Vidadiqızı - VİDEO - FOTO

Azərbaycan-Çexiya hökumətləri arasında Qarışıq Komissiyanın tərkibində dəyişiklik edilib

Qonşu ölkədə təbii qaz bahalaşır

Milli Paralimpiya Komitəsində media nümayəndələri ilə görüş

Bakıda piyadanı vurub öldürən marşrut sürücüsü 6 il cəza aldı

Bakıda 4 yaşlı qızı kim oğurlayıb? - Məhkəmə

Oktay Kazıminin mahnılarından ibarət konsert keçiriləcək

Yeni Zelandiyada məscidlərə hücum məsələsində yenilik - Terror ittihamı

Koçaryan Moskvanın mərkəzində döyüldü

Motosiklet oğurlayan şəxs saxlanıldı - FOTO

Bakıda ər keçmiş arvadını azyaşlı uşağının gözü qarşısında öldürdü - TƏFƏRRÜAT

Deputat: "Ermənistandakı son proseslər yaxşı heç nə vəd etmir"

"Arsenal" Bakıda qalib gəlsə... - Fantastik mükafat

“Niyam oksigen israfıdır” - “Çör-çöp” qalmaqalına cavab

Deputat: "Azərbaycanın arzusu, istəyi olmadan bu regionda heç nəyi reallaşdırmaq, icra etmək mümkün deyil"

İsrail KİV: HƏMAS-la altı aylıq sülh əldə olunub

Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə təsdiq edilib

Terrorçular bu dəfə Məkkəni HƏDƏF ALDI: 299 nöqtəyə hücum...

İran soğan ixracına qadağanı ləğv etdi

Kənan Aygünə nə qadağa edib?

Dəniz səviyyəsi sürətlə qalxır - Yüz milyonlarla insan yurdundan olacaq

ABŞ Rusiyanın bu meqalayihəsini məhv edir

Rusiya təyyarəsi Tehranda qəza enişi edib

Rusiyada itkin düşən gənc həmyerlimiz tapıldı - Yoxa çıxma səbəbi bilindi - FOTO

Seks, toy, meyxana, şou-biznes...

5000 manatadək cərimə - Sanksiyalar sərtləşdirilir

Henrix Mxitaryan Bakıya gəlməyəcək - RƏSMİ

Neymar "Real"la danışığa başladı

Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Kürdəxanı qəsəbəsində olub - FOTO

Azərbaycan Prezidenti: "Pensiyaların, əməkhaqlarının, müavinətlərin artırılması gündəlikdə duran məsələlərdən biridir"

Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Kürdəxanı qəsəbəsində olub

“Real” onunla razılaşdı, finalı gözləyir

Qadın altı uşaq dünyaya gətirdi - Beş övlad gözləyirmiş

Özünü bakirə kimi qələmə verib ərə gedən qadınla bağlı yeni fakt: Əri evli ola-ola... - Toydan FOTOlar

Azərbaycanda qohum evlilikəri qadağan oluna bilər?

Yerevanda gərginlik artır

Rusiya Elmlər Akademiyasının prezidenti: "Xəzər dənizi ilə bağlı tədqiqatların aparılması önəmlidir"

AFFA kubokun finalçılarını cəzalandırdı

Respublika Kinematoqrafçılar İttifaqı “Qızıl Pillə” adlı Milli Kinofestival təsis edib

Buraxılış imtahanının nəticələri elan olundu

AZAL prezidenti və Misirin Azərbaycandakı səfiri yeni aviareyslərin açılmasını müzakirə ediblər - FOTO

Qara dənizdə Türkiyənin gəmisi atəşə tutuldu: yaralılar var

Plutonda okean tapılıb

Moskvada "Kutuzov Tauer" biznes mərkəzi yanır

Sürücüləri soyan dayanacaq QİYMƏTLƏRİ - VİDEO

Millət vəkili: "Büdcə məsələlərinin müzakirəsi daha geniş spektrdə təşkil olunmalıdır"

Ağdaşda ev əşyalarını oğurlayan şəxs saxlanıldı

“Ölüm xəbərini anamdan gözləyirdim" - Anasından sonra özünün öləcəyini bilən mərhum aparıcının qardaşı - VİDEO - FOTO

Ziyad Səmədzadə: "Büdcə modelini dəyişmək lazım deyil"

Gömrük Komitəsi bəzi media qurumlarına müraciət etdi: Bu, o rəis deyil

Azərbaycanda təhsil alan əcnəbi tələbələrlə bağlı yenilik

Yoxlamaların dayandırılması ilə bağlı qanuna dəyişiklik təklif edilır

Azərbaycanda 17 yaşlı oğlanda quyruq aşkarlanıb - FOTO

Xarici valyutada olan borclar milli valyutada olan borclarla əvəz ediləcək

Elmar Məmmədyarov paraqvaylı həmkarına məktub yazıb

“Toppuş” tibbi maskada aparıcılığa başladı - VİDEO

Bakıda restoranda müştərini bıçaqlayan ofisiant məhkəməyə çıxarılır

Ordumuzun genişmiqyaslı əməliyyat-taktiki təlimləri davam edir - YENİLƏNİB - VİDEO - FOTO

Bakıda restoranda müştərini bıçaqalayan ofisiant məhkəməyə çıxarılır

Azərbaycanda bu dövlət rüsumları dəyişir

Əcnəbilərə iş icazəsi 10 gün ərzində verilə bilər

Deputat: "İqtisadi islahatlar Azərbaycanda əlverişli biznes mühitinin inkişafına xidmət edib"

“Trabzonspor”un futbolçusu seçim qarşısında - Azərbaycan, yoxsa Türkiyə?

Ordumuzun genişmiqyaslı əməliyyat-taktiki təlimləri davam edir - YENİLƏNİB

Zaqatala-Tbilisi yolundakı xristian abidəsi ilə bağlı yeni tapıntı aşkar edildi - FOTO

Millimizin baş məşqçisi jurnalistlərlə görüşəcək

Günay Musayeva sevgilisini bıçaqladı - Həbs edilə bilər

Nazir Zelenskinin inauqurasiyasından sonra ölkədən getdi - VİDEO

Azərbaycanda gəlin toyun səhəri həyatının şokunu yaşadı - VİDEO

Prezident İlham Əliyev Rusiya Elmlər Akademiyasının prezidentini qəbul edib

"Qalibi davada sındırmaq istəyiblər, pis sözü..." - Ölən tələbənin əmisi

Paşinyan "karabaxtsi"lərə qarşı: ermənilərdə müharibə xofu

Türkiyə Prezident Adminstrasiyası: "Amerikalılar biləcəklər Türkiyə siyasəti nədir"

Azərbaycanlı Rusiyada qızı zorlayıb öldürdü, meyitini çaya atdı - VİDEO

Bakıda həbsdən çıxan kişi arvadını öldürüb - Məhkəmə

"Qoca"nın məzar daşı - VİDEO

"Arsenal" Mxitaryanla bağlı qərarını bu gün açıqlayacaq

Keçmiş və indi bir arada... - FOTO

“10 min uzatdı, dedi özünə ev alarsan” - Oğlunu satmağa görə həbs olunan ana - VİDEO - FOTO

Nazir: "Azərbaycan ÜDM-də xarici borcun həcmini 17 faizədək azaldıb"

La Liqaya yüksələn ilk klub müəyyənləşdi

Nyu-Yorkda göydələn yanır

Dubayın 3 şeyxi eyni gündə evləndi

Azərbaycanda dörd ayda 436 ədəd minik avtomobili istehsal olunub

"Mətanət A" şirkəti yeni vakansiyalarını təqdim etdi

Marmarisi zəlzələ silkələdi - Sakinlər təşvişə düşdülər

Ordumuzun genişmiqyaslı əməliyyat-taktiki təlimləri davam edir

Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib

Çavuşoğlu: "Türkiyənin bütün dövlət strukturları FETÖ tərəfdarlarından təmizlənəcək"

Premyer Liqa klubunda yeni baş məşqçi

"TDƏŞ digər beynəlxalq təşkilatlarla münasibətləri inkişaf etdirməlidir"

Rusiyada azərbaycanlı “07” ilə “avtoşluq” etdi, qəzaya düşdü - VİDEO

Heydər Əliyev Mərkəzində Zurab Seretelinin sərgisi açılacaq

"Yuventus" baş məşqçisini seçdi

Bu dəfə də kökəlməsini istədilər - Kazımovadan yeni FOTOlar

Daha 1 il "Çelsi"də

Polşada bu mahnını oxumaq qadağan edildi - VİDEO

Mükafatlandırmaya getmədi, gecəni məşhur müğənni ilə keçirdi - FOTO

Azərbaycanda xarici ticarət fəaliyyəti ilə bağlı qaydalar dəyişdi

“Mançester Siti”də mövsümün ən yaxşısı açıqlandı

Anasını öldürüb, meyitini yandıran oğuldan xəbər var - Qətlin səbəbi açıqlandı

Putin 84 yaşlı əmək veteranını əfv etdi

Meksika ştatlarında atışmalar: 10 nəfər ölüb