AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

ABŞ-ın xarici siyasətində ikiləşmə: proses daha da dərinləşir

  12

Demokratikmusavat.com newtimes.az-a istinadən yazını təqdim edir.

Vaşinqton administrasiyasının xarici siyasi kursunda yeni meyllərin meydana gəldiyi barədə təhlili yazılar tez-tez dərc olunur. Bu məsələ müxtəlif aspektlərdən analiz edilir. Belə bir fikir yaranır ki, hazırda ABŞ rəhbərliyi vahid mövqedən çıxış edə bilmir, bu isə dünya siyasi arenasında ciddi problemlərə səbəb olur. Demək olar ki, bütün qitələrdə Vaşinqtonun yeritdiyi siyasət uğursuz olur. Avropada ondan narazı olanlar az deyil. Asiyada böyük dövlətlərin Amerika ilə problemləri məlumdur. Latın Amerikasında Venesuela məsələsi fikirləri qarışdırıb. Yaxın Şərqdə Suriya, İraq və İran problemlərinin necə həll olunacağı məlum deyil. Digər faktlar da ortaya sual çıxarır: belə davam etsə, qlobal miqyasda hansı geosiyasi trendlər meydana gələ bilər? Həmin kontekstdə mövzu üzərində geniş dayanmağı lazım bildik.

Pompeo və Bolton: iki "qırğı"nın bir hədəfi

Ekspertlər Amerikanın xarici siyasətini təhlil edərkən daha çox ziddiyyətlərdən bəhs edirlər. D.Trampın prezident seçilməsindən sonra dünyanın ən qüdrətli dövlətinin atdığı addımlarda uyğunluqdan çox, vahid mövqeni ifadə etməyən və qeyri-ardıcıl prosesin əlamətləri gözə çarpır. Bu qənaət həmin mövzuya həsr edilmiş analitik yazılarda çox müxtəlif əsaslara görə əldə edilir. Burada C.Nayın "Amerikanın yumşaq gücü"ünü xarakterizə edən zaman gəldiyi nəzəri qənaətlərdən tutmuş, "realpolitik"ə qədər geniş çalarlı yanaşmalar mövcuddur (bax: məs., Joseph S.Nye. American Soft Power in the Age of Trump / "Project Syndicate", 6 may 2019). Məhz onların ümumi mənzərəsi belə bir tezisi irəli sürməyə imkan verir: ABŞ-ın xarici siyasəti məqsəd və məzmunca ikiləşməyə doğru gedir!

Bunun səbəbi kimi D.Trampın komandasında vahid mövqenin olmaması göstərilir. Belə ki, Amerika rəhbərliyində "qırğılar" adlandırılan və çox sərt siyasi kursun tərəfdarı olan kadrlar üstünlük təşkil edirlər. İlk sırada M.Pompeonun və C.Boltonun adı çəkilir. Xarici siyasətdə özünü göstərən sərtləşmə həmin kadrlarla əlaqələndirilir. Belə bir fikir ifadə edilir ki, D.Tramp, əslində, başqa ölkələrə hərbi müdaxilənin tərəfdarı deyil. Onun İraqdan, Suriyadan və Əfqanıstandan amerikan əsgərlərini çıxarmaqla bağlı verdiyi vədləri xatırladırlar. Doğrudan da, D.Tramp bu istiqamətdə addımlar atmağa cəhd göstərir. Lakin son anda hansısa qüvvə prosesin reallaşmasına mane olur.

Suriyada məhz belə oldu. Türkiyə prezidenti R.T.Ərdoğanla telefon danışığında D.Tramp Suriyadan əsgərləri çıxaracağını vəd etdi. Ancaq ətrafdan ona güclü təzyiqlər oldu və fikrini hələlik həyata keçirməyib. Əksinə, yayılan informasiyalara görə, amerikalılar bir qədər başqa statusda Suriyada radikal qruplara yardım edirlər. İndi onlar qondarma dövlət qurmaqla məşğuldurlar.

İraqda da eyni vəziyyətdir. Vaşinqtonun bu ölkədən çəkilmək niyyəti yoxdur. Əksinə, İraqa indi qonşu ərazilərə hərbi nəzarət etmək məkanı kimi baxırlar. ABŞ-ın rəhbərliyi məhz İraqa gizli səfərlər edir, orada hərbçilərlə görüşür və faktiki olaraq, Yaxın Şərqin böyük bir ərazisinə nəzarətin məsuliyyətini onların daşıdığını ifadə edirlər. Əfqanıstanda analoji vəziyyət mövcuddur. Burada da Amerikanın hərbi qüvvələri ölkədəki vəziyyətə nəzarəti əldən vermək fikrində deyillər. Terrorla mübarizə adı altında müxtəlif üsullarla burada möhkəmlənməkdədirlər. Belə görünür ki, D.Tramp Əfqanıstandan da əsgərlərin çıxarılmasını reallaşdıra bilməyəcək.

Bütün bunlara son vaxtlar Venesuela və Sudan ətrafında yaranmış gərginlik də əlavə olunub. Daha çox Venesuela məsələsi Amerikanın xarici siyasətinin predmetinə çevrilib. Venesuelada hakimiyyət dəyişikliyinin baş tutmamasında D.Trampın M.Pompeonu və C.Boltonu günahlandırdığı bildirilir. Amerika prezidenti isə C.Boltonun aqressivliyini cilovlamağa çalışdığından yazıb. Bu fikri əsas tutaraq, ekspertlər hesab edirlər ki, Vaşinqtonun siyasi kursunda ikiləşmə meydana gəlir. Yəni artıq D.Tramp ətrafındakı "qırğılar"dan şikayətçidir.

Nəhayət, İran və Şimali Koreya məsələsində də fikir ayrılığından bəhs edilir. C.Bolton bir neçə gün öncə bəyanat vermişdi ki, Fars körfəzinə əlavə hərbi qüvvə göndərirlər və İran hər hansı addım atsa, "amansızcasına cavab veriləcək". "Amansızcasına" ifadəsi güzəşt etmədən və dərhal İrana hərbi zərbə endirilməsini nəzərdə tutur. Eyni ifadələri bir neçə ay öncə D.Tramp Şimali Koreya ilə bağlı da işlətmişdi. Onda ABŞ dövlət başçısı Koreyanı xalq və dövlət kimi yer üzündən silə biləcəklərini demişdi. Bu da KİV-lərin etirazına səbəb olmuşdu. Lakin məhz bu cür çıxışdan sonra Şimali Koreya Amerika ilə danışıqlara başladı. İran isə bunu etmir. Onun fonunda sanki Vaşinqtonda "qırğılar"ın mövqeyi möhkəmlənir.

Dünya siyasəti: yeni risklər və xaosa rəvac verən amillər

Bununla yanaşı, yenə də Venesuela məsələsi "qırğılar"ın kefini pozur. Çünki D.Tramp Venesuelada prezident N.Maduronun gücünü amerikalıların düzgün hesablamadığı qənaətinə gəlib. Konkret olaraq, "qırğılar"ın prezidentə yanlış və şişirdilmiş məlumat verdiyi ifadə edilir. Onlar Venesuelada çox qısa bir zamanda hakimiyyəti dəyişə biləcəkləri haqqında D.Trampa danışıb onu inandırdılar. Hadisələr isə tamamilə başqa mənzərəni ortaya qoydu. Müxalifətin lideri hakimiyyət dəyişikliyinin baş tutmadığını etiraf edib və Vaşinqtondan yardım istəyib. Bununla Amerika hərbi müdaxilə edib-etməmək arasında seçim etməyə məhkum olub. Bunu reallaşdırmaq asan deyil. Çünki Venesuelaya hərbi yardım göstərən başqa böyük dövlətlər var.

İndi amerikalılar ehtiyat edirlər ki, İran daha çətin rəqib ola bilər. Çünki Tehran ballistik raketlərə belə malikdir. Onların xüsusi hazırlanmış hərbi kontingenti mövcuddur və bir neçə ildir ki, Yaxın Şərqdə odun-alovun içindədirlər. Buna baxmayaraq, C.Boltonun aqressiv bəyanatları və İranı hədələməsi də faktdır. Deməli, iki böyük dövlət hansısa bir nöqtədə toqquşa bilər. Məhz bu məqamda Amerikanın Suriya, Əfqanıstan, İraq və Venesueladan sonra İran məsələsində uğur əldə edə bilməməsi onun beynəlxalq imicinə zərbə ola bilər. Bu isə bumeranq effekti ilə Vaşinqtonun siyasi kursunda ciddi problemlər meydana gətirə bilər. Türkiyə ilə münasibətlərin də qeyri-müəyyənliyə düşməsi fonunda bu, kifayət qədər riskli görünür.

Əslində, Vaşinqtonun xarici siyasətində vahid mövqenin olmadığını təsdiqləyən ən açıq nümunələrdən biri Amerikanın strateji müttəfiq adlandırdığı Türkiyəyə olan münasibətdir. Faktdır ki, son illər Türkiyə istiqamətində ABŞ rəhbərliyi ziddiyyətli addımlar atır. Bir tərəfdən, Ankaranın strateji əhəmiyyətindən bəhs edir, digər tərəfdən isə həm Türkiyəyə qarşı olan terror qruplarına dəstək verir, həm də onu hərbi baxımdan müdafiəsiz buraxmağa istiqamətlənmiş addımlar atır. Konkret olaraq, Amerika Suriya və İraqda yuva salmış PKK, PYD/YPG terror qruplaşmalarını silahlandırır.

Eyni zamanda, Türkiyənin özünün hava hücumundan müdafiə sisteminin yaradılmasına ciddi şəkildə mane olmağa çalışır. ABŞ özünün istehsal etdiyi "Patriot" raket sistemlərini Ankaraya verməkdən imtina etdi. Əvəzində, Türkiyə Rusiyadan "S-400" raket komplekslərini aldı. Ancaq bu barədə müqavilə imzalanan kimi, Vaşinqton əks-hücuma keçdi. Onun addımlarından aydın olur ki, təzyiqlə Türkiyəni fikrindən döndərmək niyyətindədir. Lakin Türkiyə birmənalı şəkildə böyük dövlət olduğunu və suveren addımlar atdığını sübut etdi. Konkret olaraq, Ankara "S-400"-lərlə bağlı fikrini dəyişməyəcək. Bunu, deyəsən, amerikalılar anlamağa başlayıblar. İndi Vaşinqton Ankaraya dalbadal öz raket sistemlərini təklif edir. Çalışır ki, Türkiyənin özü bu cür sistemlər istehsal edə bilmək səviyyəsinə yüksəlməsin. Ekspertlər isə əmindirlər ki, Ankaranı heç kimsə mövqeyindən döndərə bilməyəcək. Bununla Türkiyə istiqamətinin ABŞ-ın xarici siyasətində möhkəm bir faktora çevrildiyini qəbul etmək lazım gəldiyi aydın olur.

Deyilənləri eyni məntiqi sapa düzdükdə, ekspertlərin gəldikləri qənaətin xeyli əsası olduğunu görürük. Doğrudan da, Vaşinqton xarici siyasətdə ardıcıl və ədalətli görünmür. Bu sahədə çalışanlar arasında fikir ayrılığı getdikcə daha qabarıq surətdə özünü göstərir. Bütün prinsipial məsələlərdə Amerikanın atdığı addımlar meydana əlavə çətinliklər çıxarır.

Bu, Avropada, Afrikada, Latın Amerikasında, Asiya-Sakit okean regionunda, Yaxın Şərqdə özünü göstərir. Belə çıxır ki, məsələ Amerika üçün ciddi məzmun kəsb etməyə başlayıb. Yaxın Şərqdə müəyyən siyasi qüvvələrin maraqlarına uyğun siyasət yeritmək, yalnız gizli dairələrdə rəğbət oyada bilər, lakin bu, Amerikanın dünyanın ən qüdrətli dövləti imicinə ciddi zərbədir. Əsrlərdir, dünya miqyasında fəaliyyət göstərib, ədalətli mövqe tutmağa çalışan bir ölkənin indi hansısa məhdud dairələrin təsiri altında olması liderliyə başucalığı gətirmir. Hətta həmin dairənin adı "qırğı" olsa belə! Bizcə, Amerikanın xarici siyasətində ikiləşmə yaradan bu faktorun zərəri getdikcə daha çox ola bilər.

Demokratikmusavat.com

Xəbər Lenti

Təhsil Nazirliyinin kollegiyasında dəyişiklik edilib

Kubada baş verən yol qəzası nəticəsində beş nəfər həlak olub

Adaman adaları yaxınlığında güclü zəlzələ olub

Günay təkzib etdi - Sevgilisini bıçaqlamayıb

Sabunçu-Bakı qatarında gediş haqqı məlum oldu

Yaponiya müharibə dövründə əməyin ödənilməsi ilə əlaqədar arbitraj komissiyasının yaradılmasını tələb edir

Manafdan qalmaqallı açıqlama

Türkiyədə yol qəzası baş verib: iki nəfər həlak olub

Kanadada baş verən meşə yanğınına ən yüksək çətinlik kateqoriyası verilib

Ötən il Türkiyədə 1 milyon 300 minə yaxın uşaq doğulub

Suriyada iki raket mərmisi partlayıb

Almaniyada "polisləri" mühakimə edirlər

Nigeriyada quldurların hücumu zamanı 26-dan çox nəfər ölüb

Azərbaycan ilk dəfə isthesal olunan alkoqolsuz şərab Çexiyaya ixrac olunacaq

Sükan arxasında diqqətsizlik ABŞ-da hər il 3 min nəfərin ölümü ilə nəticələnir

Silahlılar Suriya ordusunun mövqeyinə hücum etməyə çalışıblar

Bakıda kişi itkin düşdü

Yunanıstan qəbul etdiyi qaçqınların sayına görə Avropada lider ölkədir

Günün qoroskopu: Nədənsə imtina etmək, nə iləsə vidalaşmaq, hansısa situasiyada güzəştə getmək gərəkdir

İran yeni hərbi birləşmənin anonsunu verdi

Masallıda zəlzələ olub

Dövlət Uşaq Filarmoniyası binasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub - FOTO

Aşqabadda ATƏT-in regional seminarı işə başlayıb

Tuğ qəsəbəsində silah-sursat aşkar edilərək götürülüb

Azərbaycanlı idmançı “Tokio 2020” Olimpiya Oyunlarına vəsiqə qazanıb - FOTO

Moskvada keçmiş rus kəşfiyyatçısı öz kitabını təqdim edib

Qarqarçayın səviyyəsi kəskin artıb, çobanlar köməksiz qalıb

Ermənistan Mxitaryanı öz təxribatçı məqsədləri üçün istifadə edir - XİN

Ölkənin qızıl-gümüş bazarı ucuzlaşır

Bakıda 17 yaşlı qız səhər evdən çıxdı və.. .itkin düşdü

Hələb bombalandı - Yaralılar var

Qaxda iri və xırdabuynuzlu heyvanlar arasında profilaktik peyvəndləmə işləri aparılır

Zelenski biznes ortağını prezidentin birinci köməkçisi təyin etdi

Argentina millisinin yekun heyəti

Balaca qızın ev tapşırığı

Bölgələrdə gicitkən və şeytanqanqalı kəpənəklərinin tırtılları yayılıb

Ramazanın 17-ci gününün duası, imsak və iftar vaxtı

Bu ölkə “Visa” və “MasterCard”dan - İMTİNA EDİR

Qətər və Çin Xəzərdə külək elektrik stansiyasının tikintisi ilə bağlı layihədə maraqlıdırlar

AFFA-dan "Arsenal"ın Mxitaryan qərarı ilə b ağlı bəyanat

ABŞ millisinin üzvü "Çelsi"də

Batistuta baş məşqçi olmağa hazırlaşır

"Neftçi"nin legioneri milliyə çağırıldı

"Arsenal"ın Bakıda çoxlu azarkeşinin olduğunu bilirəm" - Emeri

Mətbuat Şurasının təşəbbüsü ilə "Azərbaycana baxış: siyasi maraqlar media müstəvisində" mövzusunda "dəyirmi masa" keçirilib - FOTO

“Hər şey edəcəyəm ki, siz ağlamayasınız”: Zelenskinin inauqurasiyasındakı əsas məqamlar

Bəstəkar etiraf etdi: "Avroviziya" siyasi oyundur!

Azərbaycan və Avstraliya turizm sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır

Bu ölkə su altında qala bilər

Tiflisdən böyük səhv: ermənilər ölkəni parçalayır - Şok

Zelenski Ali Radanı buraxdı

Əhalinin alıcılıq qabiliyyəti artıb - STATİSTİKA

Kabinetlərdən çıxın, küçələri tutun! - Saakaşvili

Cindara 216 min verən qadın: "Sarı su içirirdilər, sonra bədənimə..." - TƏFƏRRÜAT

"Uğurların sərhədi yoxdur" - Ronaldo

Rayondan gəlib bacanağının qohumu ilə cinsi əlaqəyə girdi, sonra... - Bakıda gecəyarısı ŞOK OLAY

Çingizdən bir ilk - Dünyada 25-cidir

Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb

Neft Daşlarında hasilatın həcmi açıqlanıb

"Başakşəhər" dağılır

"Taliban"a qarşı əməliyyat: 40-dan çox silahlı məhv edildi

ABŞ-da erməni silah baronu həbs olundu

Assancın səfirlikdə saxlanılması Ekvadora neçəyə başa gəlib?

Premyer Liqada mövsümün qolu - VİDEO

Səməd Seyidov Parisə gedir - AŞ PA-nın iclası keçiriləcək

İsveç XİN: Azərbaycanla Aİ arasında yeni saziş ikitərəfli münasibətləri dərinləşdirəcək

Paytaxt sakinini aldadan dələduz saxlanıldı

Almaniyada "Aksel" həyəcanı - Ölən var

REAL sədri "siyasi intihar" yolunu tutub: UEFA-nı da hədələdi

Kiyev Poroşenko ilə bağlı araşdırmaya başladı - Xəyanət...

Ramal səhifəsində "krevetka" paylaşanlara lağ etdi

Kestutis Yankauskas: "İcbari tibbi sığortanın tətbiqi Azərbaycanın bütün vətəndaşları üçün genişləndirilməlidir" - FOTO

Ukraynada rusiyalı zabitin öldürülmə anı - VİDEO

“İstanbulda yarım milyona ev aldım” - Aytac Vidadiqızı - VİDEO - FOTO

Azərbaycan-Çexiya hökumətləri arasında Qarışıq Komissiyanın tərkibində dəyişiklik edilib

Qonşu ölkədə təbii qaz bahalaşır

Milli Paralimpiya Komitəsində media nümayəndələri ilə görüş

Bakıda piyadanı vurub öldürən marşrut sürücüsü 6 il cəza aldı

Bakıda 4 yaşlı qızı kim oğurlayıb? - Məhkəmə

Oktay Kazıminin mahnılarından ibarət konsert keçiriləcək

Yeni Zelandiyada məscidlərə hücum məsələsində yenilik - Terror ittihamı

Koçaryan Moskvanın mərkəzində döyüldü

Motosiklet oğurlayan şəxs saxlanıldı - FOTO

Bakıda ər keçmiş arvadını azyaşlı uşağının gözü qarşısında öldürdü - TƏFƏRRÜAT

Deputat: "Ermənistandakı son proseslər yaxşı heç nə vəd etmir"

"Arsenal" Bakıda qalib gəlsə... - Fantastik mükafat

“Niyam oksigen israfıdır” - “Çör-çöp” qalmaqalına cavab

Deputat: "Azərbaycanın arzusu, istəyi olmadan bu regionda heç nəyi reallaşdırmaq, icra etmək mümkün deyil"

İsrail KİV: HƏMAS-la altı aylıq sülh əldə olunub

Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə təsdiq edilib

Terrorçular bu dəfə Məkkəni HƏDƏF ALDI: 299 nöqtəyə hücum...

İran soğan ixracına qadağanı ləğv etdi

Kənan Aygünə nə qadağa edib?

Dəniz səviyyəsi sürətlə qalxır - Yüz milyonlarla insan yurdundan olacaq

ABŞ Rusiyanın bu meqalayihəsini məhv edir

Rusiya təyyarəsi Tehranda qəza enişi edib

Rusiyada itkin düşən gənc həmyerlimiz tapıldı - Yoxa çıxma səbəbi bilindi - FOTO

Seks, toy, meyxana, şou-biznes...

5000 manatadək cərimə - Sanksiyalar sərtləşdirilir

Henrix Mxitaryan Bakıya gəlməyəcək - RƏSMİ

Neymar "Real"la danışığa başladı

Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Kürdəxanı qəsəbəsində olub - FOTO

Azərbaycan Prezidenti: "Pensiyaların, əməkhaqlarının, müavinətlərin artırılması gündəlikdə duran məsələlərdən biridir"

Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Kürdəxanı qəsəbəsində olub

“Real” onunla razılaşdı, finalı gözləyir

Qadın altı uşaq dünyaya gətirdi - Beş övlad gözləyirmiş

Özünü bakirə kimi qələmə verib ərə gedən qadınla bağlı yeni fakt: Əri evli ola-ola... - Toydan FOTOlar

Azərbaycanda qohum evlilikəri qadağan oluna bilər?

Yerevanda gərginlik artır

Rusiya Elmlər Akademiyasının prezidenti: "Xəzər dənizi ilə bağlı tədqiqatların aparılması önəmlidir"

AFFA kubokun finalçılarını cəzalandırdı

Respublika Kinematoqrafçılar İttifaqı “Qızıl Pillə” adlı Milli Kinofestival təsis edib

Buraxılış imtahanının nəticələri elan olundu

AZAL prezidenti və Misirin Azərbaycandakı səfiri yeni aviareyslərin açılmasını müzakirə ediblər - FOTO

Qara dənizdə Türkiyənin gəmisi atəşə tutuldu: yaralılar var

Plutonda okean tapılıb

Moskvada "Kutuzov Tauer" biznes mərkəzi yanır

Sürücüləri soyan dayanacaq QİYMƏTLƏRİ - VİDEO

Millət vəkili: "Büdcə məsələlərinin müzakirəsi daha geniş spektrdə təşkil olunmalıdır"

Ağdaşda ev əşyalarını oğurlayan şəxs saxlanıldı

“Ölüm xəbərini anamdan gözləyirdim" - Anasından sonra özünün öləcəyini bilən mərhum aparıcının qardaşı - VİDEO - FOTO

Ziyad Səmədzadə: "Büdcə modelini dəyişmək lazım deyil"

Gömrük Komitəsi bəzi media qurumlarına müraciət etdi: Bu, o rəis deyil

Azərbaycanda təhsil alan əcnəbi tələbələrlə bağlı yenilik

Yoxlamaların dayandırılması ilə bağlı qanuna dəyişiklik təklif edilır

Azərbaycanda 17 yaşlı oğlanda quyruq aşkarlanıb - FOTO

Xarici valyutada olan borclar milli valyutada olan borclarla əvəz ediləcək

Elmar Məmmədyarov paraqvaylı həmkarına məktub yazıb

“Toppuş” tibbi maskada aparıcılığa başladı - VİDEO

Bakıda restoranda müştərini bıçaqlayan ofisiant məhkəməyə çıxarılır

Ordumuzun genişmiqyaslı əməliyyat-taktiki təlimləri davam edir - YENİLƏNİB - VİDEO - FOTO

Bakıda restoranda müştərini bıçaqalayan ofisiant məhkəməyə çıxarılır

Azərbaycanda bu dövlət rüsumları dəyişir

Əcnəbilərə iş icazəsi 10 gün ərzində verilə bilər

Deputat: "İqtisadi islahatlar Azərbaycanda əlverişli biznes mühitinin inkişafına xidmət edib"

“Trabzonspor”un futbolçusu seçim qarşısında - Azərbaycan, yoxsa Türkiyə?

Ordumuzun genişmiqyaslı əməliyyat-taktiki təlimləri davam edir - YENİLƏNİB

Zaqatala-Tbilisi yolundakı xristian abidəsi ilə bağlı yeni tapıntı aşkar edildi - FOTO

Millimizin baş məşqçisi jurnalistlərlə görüşəcək

Günay Musayeva sevgilisini bıçaqladı - Həbs edilə bilər

Nazir Zelenskinin inauqurasiyasından sonra ölkədən getdi - VİDEO

Azərbaycanda gəlin toyun səhəri həyatının şokunu yaşadı - VİDEO

Prezident İlham Əliyev Rusiya Elmlər Akademiyasının prezidentini qəbul edib

"Qalibi davada sındırmaq istəyiblər, pis sözü..." - Ölən tələbənin əmisi

Paşinyan "karabaxtsi"lərə qarşı: ermənilərdə müharibə xofu

Türkiyə Prezident Adminstrasiyası: "Amerikalılar biləcəklər Türkiyə siyasəti nədir"

Azərbaycanlı Rusiyada qızı zorlayıb öldürdü, meyitini çaya atdı - VİDEO

Bakıda həbsdən çıxan kişi arvadını öldürüb - Məhkəmə

"Qoca"nın məzar daşı - VİDEO

"Arsenal" Mxitaryanla bağlı qərarını bu gün açıqlayacaq

Keçmiş və indi bir arada... - FOTO

“10 min uzatdı, dedi özünə ev alarsan” - Oğlunu satmağa görə həbs olunan ana - VİDEO - FOTO

Nazir: "Azərbaycan ÜDM-də xarici borcun həcmini 17 faizədək azaldıb"

La Liqaya yüksələn ilk klub müəyyənləşdi

Nyu-Yorkda göydələn yanır

Dubayın 3 şeyxi eyni gündə evləndi

Azərbaycanda dörd ayda 436 ədəd minik avtomobili istehsal olunub

"Mətanət A" şirkəti yeni vakansiyalarını təqdim etdi

Marmarisi zəlzələ silkələdi - Sakinlər təşvişə düşdülər

Ordumuzun genişmiqyaslı əməliyyat-taktiki təlimləri davam edir

Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib

Çavuşoğlu: "Türkiyənin bütün dövlət strukturları FETÖ tərəfdarlarından təmizlənəcək"

Premyer Liqa klubunda yeni baş məşqçi

"TDƏŞ digər beynəlxalq təşkilatlarla münasibətləri inkişaf etdirməlidir"

Rusiyada azərbaycanlı “07” ilə “avtoşluq” etdi, qəzaya düşdü - VİDEO

Heydər Əliyev Mərkəzində Zurab Seretelinin sərgisi açılacaq

"Yuventus" baş məşqçisini seçdi

Bu dəfə də kökəlməsini istədilər - Kazımovadan yeni FOTOlar

Daha 1 il "Çelsi"də

Polşada bu mahnını oxumaq qadağan edildi - VİDEO

Mükafatlandırmaya getmədi, gecəni məşhur müğənni ilə keçirdi - FOTO

Azərbaycanda xarici ticarət fəaliyyəti ilə bağlı qaydalar dəyişdi

“Mançester Siti”də mövsümün ən yaxşısı açıqlandı

Anasını öldürüb, meyitini yandıran oğuldan xəbər var - Qətlin səbəbi açıqlandı

Putin 84 yaşlı əmək veteranını əfv etdi

Meksika ştatlarında atışmalar: 10 nəfər ölüb