AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Senat sədri İtaliyanın Azərbaycanla əməkdaşlığı barədə danışdı

  20

Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti İtaliyada səfərdədir.

Demokratikmusavat.com xəbər verir ki, Milli Məclisdən Trend-ə verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Azər Kərimli, deputatlardan Ülviyyə Ağayeva, Vahid Əhmədov, Elşad Həsənov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Səfər çərçivəsində nümayəndə heyəti İtaliya Senatının və Deputatlar Palatasının rəhbərliyi və Azərbaycan-İtaliya Dostluq Qrupunun təmsilçiləri ilə görüşüb.

Əvvəlcə O.Əsədov İtaliya Senatının yerləşdiyi Palazzo Madama sarayında ölkə parlamentinin qanunvericilik fəaliyyəti ilə yaxından tanış olub.

Sonra Milli Məclisin sədri İtaliya Senatının sədri Maria Elizabetta Alberti Kasellati ilə görüşüb.

O.Əsədov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu yaxınlarda İtaliyaya rəsmi səfərinin önəmini vurğulayaraq, səfər çərçivəsində Romadakı Custiniani sarayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərinə dair konfransın keçirildiyini xatırladıb, səfəri iki ölkə arasında qarışlıqlı hörmətin bariz nümunəsi kimi qiymətləndirib.

İtaliya-Azərbaycan əlaqələrinin möhkəm hüquqi baza üzərində qurulduğunu deyən O.Əsədov, diqqətə çatdırıb ki, ölkələrimiz arasında bu günədək 44 ikitərəfli sənəd imzalanıb. Bu sənədlərin ən önəmlilərindən biri "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında" Birgə Bəyannamədir.

İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu bildirən parlamentin sədri deyib ki, TANAP, TAP, "Cənub Qaz Dəhlizi" layihələri əlaqələrimizin daha da inkişaf edəcəyinə inamı artırır. Hazırda Azərbaycanda 50-dək italyan şirkəti fəaliyyət göstərir, bu şirkətlərin sayı getdikcə çoxalacaq.

O.Əsədov qeyd edib ki, ölkələrimiz arasında mədəni, humanitar əlaqələr də inkişaf edir. Heydər Əliyev Fondu iki ölkə arasında siyasi, mədəni əlaqələrin möhkəmlənməsində böyük rol oynayır.

Sədr Azərbaycan-İtaliya parlamentlərarası əlaqələrinin yaxşı səviyyədə olduğunu vurğulayıb, dostluq qruplarının işini yüksək qiymətləndirib.

Görüşdə Milli Məclisin sədri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə də danışıb. Bildirib ki, 2010-cu ildə İtaliya Senatının Cənubi Qafqazda vəziyyət haqqında qətnaməsi, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi bizim üçün çox əhəmiyyətlidir. O, İtaliya Senatının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına gələcəkdə də öz dəstəyini verəcəyinə inamını ifadə edib.

Xanım Maria Elisabetta Alberti Kasellati Azərbaycan ilə İtaliya arasında müxtəlif istiqamətlər üzrə, o cümlədən siyasi, iqtisadi, humanitar sahələrdə yaxşı əlaqələrin qurulduğunu, əməkdaşlığımızın strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edib.

Senatın sədri Heydər Əliyev Fondunun İtaliyada mədəni və humanitar sahələrdə, o cümlədən tarixi abidələrin bərpası ilə bağlı həyata keçirdiyi layihələrin ölkəsində yüksək dəyərləndirildiyini deyib, humanitar əlaqələrin daha da genişləndirilməsinin önəmini xüsusi vurğulayıb.

Maria Elisabetta Alberti Kasellati İtaliya şirkətlərinin Azərbaycanda bir sıra iqtisadi layihələrdə uğurla iştirak etdiyini söyləyib. Senatın sədri bildirib ki, İtaliya şirkətləri Azərbaycanda nəqliyyat, kənd təsərrüfatı, müdafiə sənayesi, infrastruktur və digər sahələrdə fəaliyyət göstərməkdə maraqlıdır.

Azərbaycanın Avropanın, o cümlədən İtaliyanın enerji təhlükəsizliyindəki rolunu yüksək qiymətləndirən Senatın sədri deyib ki, Cənub Qaz Dəhlizi gələcəkdə ölkələrimizin iqtisadi əməkdaşlığının daha da genişlənməsinə xidmət edir.

Səfər zamanı O.Əsədov İtaliya Deputatlar Palatasının sədri Roberto Fiko ilə görüşüb.

Görüşdə vurğulanıb ki, İtaliya ölkəmizin Avropada və dünyada mühüm tərəfdaşlarından biridir. İki ölkə arasında sıx dostluq əlaqələri var, İtaliya və Azərbaycan yaxın dost və strateji tərəfdaşdır.

İkitərəfli münasibətlərin bütün sahələrdə yüksələn xətt üzrə inkişaf etdiyini deyən O.Əsədov, İtaliya və Azərbaycanın siyasi, iqtisadi və humanitar sahədə əməkdaşlıq əlaqələrindən danışıb. Bildirib ki, İki ölkə arasında əməkdaşlıq yüksək səviyyəli qarşılıqlı səfərlər sayəsində daha da möhkəmlənib. Milli Məclisin sədri Prezident İlham Əliyevin 2005, 2008 və 2014-cü illərdə İtaliyaya rəsmi və 2011 və 2015-ci illərdə işgüzar səfərlərini xüsusilə xatırladıb.

İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana ilk rəsmi səfərinə diqqət çəkən O.Əsədov diqqətə çatdırıb ki, bu səfər dövlətlərarası münasibətlərimizin tarixində mühüm əhəmiyyət kəsb edib.

İtaliya və Azərbaycanın mədəni əlaqələrindən söz açan O.Əsədov vurğulayıb ki, Heydər Əliyev Fondu siyasi və mədəni əlaqələrin möhkəmlənməsində əvəzedilməz işlər görməkdədir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun İtaliyada həyata keçirildiyi layihələr iki ölkə arasında humanitar sahədə əməkdaşlığa xüsusi töhfə verir.

Vurğulanıb ki, Mehriban Əliyeva keçən il İtaliyaya rəsmi səfəri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Müqəddəs Sebastian katakombaların açılış mərasimində iştirak edib. Ölkələr arasında əlaqələrin inkişafında parlamentlər yaxından iştirak edirlər. Son illər Azərbaycan Milli Məclisi ilə İtaliya parlamentinin hər iki palatsı arasında sıx əməkdaşlı yaranıb.

Ölkəmiz Avropa İttifaqı ilə münasibətlərin dərinləşməsində yaxından maraqlıdır. Azərbaycan Avropa institutları ilə yaxından əməkdaşlıq edir.

İtaliya Respublikasının Deputatlar Palatasının sədri Roberto Fiko bildirib ki, ölkələrimiz arasında olan münasibətlər yüksək səviyyədədir, parlamentlər arası əlaqələr də inkişaf edir yaxşı səviyyədədir. Bu da iki ölkə arasında olan münasibətlər öz töhfəsini verir.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. Qeyd edilib ki, münaqişəyə dair İtaliya Senatının qəbul etdiyi "Cənubi Qafqazda vəziyyətlə bağlı" Qətnamə çox mühüm və tarixi əhəmiyyətə malikdir. Bu qətnamədə İtaliyanın Dağlıq Qarabağ münaqişəsinin həllində, ümumiyyətlə, Cənubi Qafqazda sülhün bərqərar olunmasında ölkələrin ərazi bütövlüyü prisipinə böyük önəm verdiyi öz əksini tapıb.

Romada olarkən O.Əsədov İtaliya Parlamentində Parlamentlərarası İttifaq yanında İtaliya-Azərbaycan Dostluq Qrupu və İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri ilə də görüşüb.

Görüşdə vurğulanıb ki, ölkələrimiz arasında olan münasibətlər yüksək səviyyədə olduğu, parlamentlərarası əlaqələrin də yaxşı səviyyədə olduğu qeyd edilib.

Bildirilib ki, İtaliya Avropada Azərbaycanın ən mühüm ticarət tərəfdaşıdır. İndiyədək İtalyanın Azərbaycanda ticarət, sənaye, tikinti, xidmət, bank və sığorta sahələrində 100 şirkəti qeydiyyata alınıb. 2018-ci ildə Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsinin həcmi 6.22 milyard ABŞ dolları təşkil edib ki, bu da Azərbaycanın xarici ticarətinin 20,11 faizinə bərabərdir. Cari ilin yanvar-mart ayları ərzində isə iki ölkə arasında 1.48 milyarda ABŞ dolları həcmində ticarət əməliyyatı həyata keçirilib. Bu gün hər iki ölkənin iqtisadi potensialı imkan verir ki, bu göstəricilər yüksək olsun. Vurğulanıb ki, ölkələrimiz arasında mütəmadi olaraq qarşılıqlı biznes forumları işgüzar görüşlər keçirilir.

Görüşdə enerji sahəsindəki uğurlu əməkdaşlıqdan da danışılıb. Qeyd olunub ki, son illərdə Azərbaycan-İtaliya əlaqələri ikitərəfli münasibətlər müstəvisindən kənara çıxaraq bütövlükdə Avropa regionunu əhatə edən böyük əməkdaşlıq fəzasına qədəm qoyub.

Bizim Şahdəniz, Abşeron, Ümid və digər yataqlarımızda təsdiq olunmuş 2.5 trilyon kubmetr qaz ehtiyatları vardır ki, bu da gələcək 100 il ərzində bizə və tərəfadaşlarımıza kifayət edəcək səviyyədədir. Gələcəkdə TANAP və TAP qaz boru kəmərləri bu yataqlardan hasil olunan təbii qazı Avropa bazarına çıxaracaq.

Bu layihələr, ümumilikdə Avropanın, o cümlədən İtaliyanın da enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaq. Bununla da Avropa və İtaliya özünün enerji təminatında şaxələndirməni təmin etmiş olacaqdır. Bu layihələrin (Şahdəniz-2, TANAP, TAP) həyata keçirilməsi istiqamətində işlər sürətləndirilir.

İtaliya Parlamentində Azerbaycanla Parlamentlerarası Dostluq Qrupunun sədri senator Stefano Luçidi vurğulayıb ki, ölkələrimiz arasında olan münasibətlər yüksək səviyyədədir, parlamentlər arası əlaqələr də inkişaf edir. Bu da iki ölkə arasında olan münasibətlər öz töhfəsini verir.

Görüşdə həm iqtisadi, həm də siyasi sahədə əlaqələrin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Parlament nümayəndə heyəti bu gün Vətənə dönəcək.

Demokratikmusavat.com

Xəbər Lenti

"Nar" 120-dən artıq yeni baza stansiyasını istifadəyə verib

Avropa Liqasının final oyununa bilet satışı davam edir

22 kq marixuananı qurutmaq üçün sərdi, tutuldu - FOTO

"Tottenhem"in zədəliləri qayıtdı

"Qadınlara qarşı zorakılığın qarşısının alınması iqtisadi cəhətdən faydalıdır"

David Luiz Mxitaryan problemi haqda: "Azərbaycan çox gözəl ölkədi"

Deputat: "Zorakılığa məruz qalmış qadınlar üçün "Qaynar xətt"in yaradılmasına ehtiyac var"

Komitə sədri: "Məişət zorakılığı cəmiyyət tərəfindın həmişə mənfi qarşılanır"

Bakıya qarşı erməni oyunu: futbola siyasəti qatırlar

Azərbaycanlı aktrisa süni mayalanma ilə ana olmaq istəyir

Çingiz AzTV-nin studiyasına avtomobili və iti ilə girdi - VİDEO

"Borussiya" Almaniya millisinin üzvünü transfer etdi

Mətanət Əsədovanın bu FOTOsuna lağ etdilər

Prezident İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib - FOTO

Ramil Usubov polkovnik-leytenantı işdən çıxardı

Qulam İsaqzai: "Azərbaycanda məişət zorakılığına qarşı mübarizədə əldə edilmiş nailiyyətlər təqdirəlayiqdir"

Məşhur qapıçı 43 yaşında karyerasını başa vurdu

23-cü mərtəbədən şaxtaya düşən azyaşlı uşaq sağ qaldı

Heydər Əliyev Fondu müqəddəs Ramazan ayında rayonlarda iftar süfrələri təşkil edir - FOTO

Nigar da DNT analizi verdi

Ali təhsilini bitirə bilməyənlər üçün yeni şans: 15 il müddətində...

Expressbank-ın müştəriləri kartla ödədilər və qazandılar!

“Oğlumun epilepsiyası yox idi, döyə-döyə öldürüblər” - Tələbənin atası

ABŞ-da tornado 3 adamı öldürdü

Prezident İlham Əliyev Çinin Xarici İşlər nazirini qəbul edib - FOTO

"Azərbaycan xalqı “Amnesty İnternational” təşkilatının hansı məqsədlərə xidmət etdiyini yaxşı bilir"

"Bir ananın fəryadını eşidib, necə susmaq olar?"

Tereza Mey istefaya gedə bilər

Mahirin bacısı da soyadını dəyişdirdi - FOTO

Türkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladı

Prezidentin tələbi ilə milliyə qayıtdı

Samsung AddWash paltaryuyan maşınları ilə ideal təmizlik

Azərbaycanlı futbolçu 90 dəqiqə oynadı, komandası heç-heçə etdi

Mask ABŞ ordusunu məhkəməyə verdi

Şri-Lankada terror aktı törədənlərin kimliyi müəyyən edildi

MSK İstanbulda bələdiyyə seçkilərinin yenidən keçirilməsi qərarına aydınlıq gətirdi

ABŞ-da “F-16” təlim döyüşlərində “Su-57” kimi iştirak edəcək

Hava limanının “avtoş”luq edən əməkdaşı saxlanıldı

Bu ölkə bal istehsalında dünyada 3-cü yeri tutur

Moskva Univermağının yanında 22 yaşlı gənc bıçaqlanıb

“Kids Fashion Design” dəb nümayişi keçirilib - FOTO

Meksikada cinayətkar qruplaşmalar arasında toqquşma olub, çox sayda ölən var

Beyləqanda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub

Samboçumuz erməniyə qalib gəlib, “bürünc” qazandı

Tramp Yaponiyada sumo yarışmasını izləyəcək

DÇ-2022-də 32, yoxsa, 48 komanda? - FİFA açıqladı

Bakıda tuneldə iki yük maşını toqquşub

Ölkədə 3 mindən çox xəstə buynuz qişanın transplantasiyası əməliyyatını gözləyir

Sabirabadda 2 otaqlı ev yanıb

Rusiya kubokunun qalibi müəyyənləşdi

Britaniya İcmalar Palatasının lideri istefaya gedib

Bakıda birmərtəbəli evdə yanğın olub

İran regionda ABŞ gəmilərinin hərəkətlərini tamamilə nəzarətdə saxlayır

Terrorçular Suriyada elektrik stansiyasına hücum ediblər

Cənubi Karolinada 28 may 2019-cu il “Azərbaycan günü” elan edilib

Mey mayın 24-ü istefaya getdiyini bəyan edə bilər

Tramp və Ərdoğan Yaponiyada G20 sammiti çərçivəsində görüşə bilərlər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisinin açılış mərasimində iştirak edib - FOTO

Günün qoroskopu: Daxili harmoniyaya nail olun

Cənubi Karolina ştatının qubernatoru 28 may tarixini Azərbaycan Günü elan edib - FOTO

Əməkdar artist vəfat etdi

Bakıda 99-VS-999 nömrəli avtomobillə adam vuran sahibkarın oğlu HƏBS EDİLDİ

Buynuz qişanın transplantasiyası əməliyyatları aparılan xəstələrin əksəriyyəti...

Qəbulda yeganə maksimum balı o yığsa da... - 700 toplaya bilmədi

Ramazanın 18-ci günü: dua, imsak və iftar vaxtı

Portuqaliyada səkkiz polis işçisi afrikalıları "təhqir etdiklərinə görə" mühakimə olunub

"Qarabağ" Qara Qarayevlə yeni müqavilə imzaladı

İran qonşu ölkələrlə tranzit yollarını genişləndirir

“Lotu Quli”nin daha bir adamı saxlanıldı

İndoneziya hakimiyyəti sosial şəbəkələrə girişi məhdudlaşdırıb

Dodon təhdid etdi: İşinizlə məşğul olun!

Çin şirkətləri "Boeing"dən təzminat tələb edib

Tarixdə ilk dəfə UEFA İcraiyyə Komitəsinin iclası Bakıda keçiriləcək

Aygün Kazımova ərə gedir? - Mətbuat katibi aydınlıq gətirdi

Bəstələrində gözəlliyin, səmimiliyin və həyatiliyin sirri olan sənətkar

Damlanın rəqsi tənqid edildi - VİDEO

Azərbaycanda yumurta istehsalı artırılacaq

Özünü polis kimi təqdim edən dələduz ələ keçdi

Maradona HƏBS EDİLDİ

Əri tərəfindən fahişəliyə məcbur edilən qadına ağır cəza tələbi

İrandan ABŞ-a xəbərdarlıq: Əvəzini ağır ödəyəcəksiniz

Deputat: "Səhvlərini etiraf edərək doğru yola gəlib əfv diləmək heç vaxt gec deyil"

Bakıda eston təcrübəsi
mümkündürmü?

“Sədərək”də oğru pulla dolu torbanı götürüb qaçdı - VİDEO

Murad Hüseynov: "Bakıda möhtəşəm beynəlxalq tədbirlər, o cümlədən musiqi festivalları keçirilir" - VİDEO

Rusiya XİN: Zelenski böyük səhv etdi

Mesut Özil paylaşım etdi: Azərbaycanlı qardaşlarım... - FOTO

Vətəndaşları aldadan tikinti şirkətinin rəhbərlərinə hökm oxundu

“Özümü çox sevirəm” - Rahidə Baxışova - VİDEO - FOTO

İnsanları yaralayan atı polis güllələdi - VİDEO

Rada prezidentə qarşı: Zelenskinin təklifi rədd edildi

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin gömrük idarələri arasında əməkdaşlığa dair Anlaşma Memorandumu təsdiq edilib

Bakıda pedofil saxlanıldı - 10 yaşlı oğlanı zorlayıb

Ramazanda hansı ölkədə orucu neçə saat tuturlar

Cavid Qurbanov: "Azərbaycana əlavə 50 sərnişin qatarı, 4000-ə yaxın yük vaqonu lazımdır"

Nailə İslamzadənin əsl soyadı belə imiş - ARXİV FOTO

Si Cinpin Prezident İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib

Makqreqor və Nurməhəmmədov arasında revanş döyüşü ola bilər

Səfir: "Qazaxıstan-Azərbaycan qardaşlıq münasibətləri ölkənin yeni rəhbərliyi dövründə də dinamik inkişaf edəcək"

İranlı rəsmi: "ABŞ-la müzakirələrin mənası yoxdur"

Löv “Barselona” və “Real”ın futbolçusunu milliyə çağırmadı

Avropa Birliyi Türkiyəni qazanmalıdır - Berluskoni

Mətyu Brayzə: "Şəxsi təcrübəmdən bilirəm ki, vaxtilə ailəmlə birlikdə yaşadığım Bakı çox təhlükəsiz şəhərdir"

Bakıda hədə-qorxu ilə pul tələb edən şəxs saxlanıldı

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

Deputat: "Öz partiyasında siyasi nüfuzu olmayan Əli Kərimlinin hakimiyyət iddiaları gülüncdür"

"Səbail"dən ilk rəsmi transfer

Qadınlara qarşı zoraklığa yox deyək!

Bakıda qızların bu mahnıya oynadıqları rəqs qalmaqal yaratdı: "kayf, kayf" - VİDEO

Zaqatala-Balakəndə yeni qoruq yaradılacaq

Zenfira ərinin maşın hədiyyə etdiyi qızı döyüb?

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Təzəpir məscidinin qarşısındakı bağın və Füzuli küçəsi boyunca salınmış Mərkəzi Parkın açılışında iştirak ediblər

"Onu zorla nişanlayıblar" - Azərbaycanlı leytenant qızın meyiti çaydan tapıldı

Kərimcan Bakıya niyə gəlmədi? - Ruhi fikrini dəyişib

Tramp İrlandiya səfəri zamanı oğullarına məxsus hoteldə qalacaq

Talıb Talenin nişanlısı ilə yeni fotosu

Narkotikdən müalicə olunan meyxanaçı yenidən efirdə - FOTO

Baş nazir 16 dəqiqəyə istefa verdi

Leyla Əliyeva “Zubrların Azərbaycana reintroduksiyası” proqramı çərçivəsində onların xüsusi əraziyə buraxılması mərasimində iştirak edib - FOTO

Kasilyasa daha bir şok - Arvadı xərçəngdən əməliyyat olundu

Ziyafət Əsgərov: "Azərbaycan hər zaman terrora qarşı mübarizənin önündə gedən dövlətdir"

“Kids Fashion Design” dəb nümayişi keçirildi - FOTO

Kanal rəhbərinin başı biabırçı reklamlara görə dərddə

Nadir: "Gedib bədənlərini kəsdirir, sonra da kababdan yeyirlər"

"Çelsi" və "Arsenal"ın Bakıda qalacağı otellər məlum oldu

“Əgər belə gündəmə gəlirəmsə, kül olsun başıma”

Atasının məzarına getməkdən qorxan azərbaycanlı məşhurdan ŞOK ETİRAF - FOTO

İsraildə Faiq Ağayevi Vill Smitə bənzətdilər

İtaliyada turistləri aparan avtobus aşdı: ölən və yaralananlar var

Müslüm Maqomayevin qızı uzun müddət sonra ilk dəfə müsahibə verdi: "Atam heç vaxt ona xəyanət etməyib" - VİDEO

"Borussiya" Hazardı transfer etdi - FOTO

İstanbulda təyyarə dirəyə çırpıldı

Avropa Liqası finalının açılışında məşhur DJ çıxış edəcək

"Camaatın qızını bazarda satırlar?" - Efirdə "BAYAĞI" SÖHBƏT- FOTO

Rusiyada milyondan artıq adam alkoqoldan zəhərlənib

Bakı finalı ilə əlaqədar bankların iş rejimi dəyişəcək

Benzema mövsümün ən yaxşısı seçildi

Türkiyə hərbçilərini Rusiyaya göndərdi

Gəncədə ofisdən 7 min dollar və 200 avro oğurlanıb

Azərbaycan-Gürcüstan sərhədi üzrə komissiyanın iclasının vaxtı açıqlandı

“Arsenal”da Bakı finalı öncəsi daha bir itki

"Röyanı yeyərəm, heç kimlə paylaşmaram" - Nadir efirdə olduğunu unutdu - FOTO

2 yaşlı uşağını qucağına alıb intihar edən qadının son paylaşımı kövrəltdi - FOTO

Azərbaycan millisi Xorvatiya klubu ilə heç-heçə etdi