AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

"Uşaqların ilk ideal fərdləri öz valideynləridir" - Mənim balam - FOTO

  14

Nəsimi Paşayev: Hər kəs müəllim, həkim, hüquqşünas olmaq məcburiyyətində deyil 

Demokratikmusavat.com kaspi.az-a istinadən yazını təqdim edir.

O, media nümayəndələri ilə çox rahatlıqla dil tapır, ayrı-ayrılıqda onların hər biri ilə öz dilində danışmağa çalışır və bu işin öhdəsindən də peşəkarcasına gəlir. İndi ona Hünərli Nəsimi deyirlər...

Nəsimi Paşayev. O, fəaliyyətdə olduğu illər ərzində çalışdığı müəssisələrlə bağlı bir çox müsahibələr və açıqlamalar verib, odur ki, gördüyü işlərə bələdik. Bu dəfə isə onu sizə bir jurnalist, PR mütəxəssisi və ya medianın dostu kimi deyil, bir ata kimi yaxından tanıtmağa çalışacağıq.

Nəsimi Paşayevin iki övladı var. Qızı Fidan 9, oğlu Fərid isə 15 yaşındadır. Deyir ki, övladları arasında heç zaman seçim etməyib. Həmişə onların ehtiyacı olduğu anda yanlarında olmağa çalışıb.

- Övladlarınızı tərbiyə edərkən ən çox hansı üsuldan istifadə edirsiniz?

- Hər bir ailənin öz təlim-tərbiyə sistemi var. Uşaqlar adətən ailələrindən gördüklərini götürməyə çalışırlar. Biz nə qədər çalışsaq da, övladımıza başqa mədəniyyəti, tərbiyəni aşılaya bilmirik. Çünki bu o qədər də inandırıcı görünmür. Etdiyiniz hər bir hərəkət uşaqlarınızın beyninə həkk olunur. Onlar üçün valideynləri həyat fəlsəfələridir. Uşaqların ilk ideal fərdləri elə onların valideynləridir. Ailənin içərisində olunan hərəkətlər övladların yaddaşına həkk olunur. Biz istəsək də, istəməsək də uşaqlarımız tərbiyəni məhz oradan götürürlər. Bu, onların həyatında istiqamətverici bir qüvvədir. Misal üçün, onlarla söhbət etdikdə yalan danışmağın, pis vərdişlərin zərərlərindən bəhs edirik və onlara cəmiyyətdə insanlara faydalı olmağın vacibliyindən danışırıq. Ancaq danışığımızla hərəkətimiz bir-birinə uyğun gəlmirsə, o zaman uşaqlar üçün böyük bir çaşqınlıq yaranır.

- Gün ərzində övladlarınıza nə qədər zaman ayıra bilirsiniz?

- Çalışıram ki, onlara maksimum dərəcədə zaman ayırım. Bəzən işimlə bağlı övladlarımın yanında ola bilmirəm. Buna baxmayaraq, ehtiyac duyduqları anda, ən önəmli zamanlarında onların yanında olmağa çalışmışam. Və bunun üçün əlimdən gələni edirəm.

- Onlarla uşaq, yoxsa şəxsiyyət kimi davranırsınız?

- Onlarla uşaq kimi davranıram, ancaq gələcəkdə böyük şəxsiyyət kimi yetişmələri üçün çalışıram. Maksimum dərəcədə çalışıram ki, övladlarım yaxşı təhsil alsınlar. Musiqi, sosial, idman sahələrində də özlərini inkişaf etdirsinlər. Mən onlara ancaq istiqamət göstərə bilərəm.

- Bəs, uşaqları hansı üsulla cəzalandırırsınız?

- Əslində, uşaqlar məni çox sərt ata kimi tanıyırlar. Hətta bir neçə gün bundan qabaq qızım ailə üzvlərini yamsılayırdı. Mənə növbə çatanda, özünü sanki daha sərt, uşaqlarla davranırammış kimi göstərməyə çalışdı. Hiss etdim ki, yaddaşlarında sərt biri kimi qalmışam. Ancaq  maksimum dərəcədə çalışıram ki, onların hər hansı səhvini yüksək səslə deməyim.

- Sizcə, döymək tərbiyə üsuludurmu?

- Kiminsə xoşuna gəlsə də, gəlməsə də, açıq deyəcəm ki, biz döyülərək böyümüşük. Mənim babam İkinci dünya müharibəsini görmüş adam idi. O, hər zaman "bizim zəmanəmizin uşaqları belə deyildi" - deyirdi. Daha sonra o sözü atamdan eşitdim. Qəribəsi də odur ki, o sözü indi mən də işlədirəm. Baxıram ki, indiki gənc nəsil ondan sonra yetişməkdə olan nəslə baxıb bu sözü işlədir. İstəsək də, istəməsək də, zaman dəyişir və bizim zamanımızda belə idi deyə, o zamana uyğun hərəkət etmək məcburiyyətində də deyilik. Biz dərs oxumamağın, nadinclik etməyin, sözə baxmamağın üstündə döyülən uşaqlar olmuşuq. Bəlkə də uşaq yaşlarımdan döyüldüyüm, qadağalarla yaşadığım üçün bu gün öz əziyyətimlə bu səviyyəyə qədər gəlib çıxmışam. Bəlkə də uşaq vaxtı döyülməsəydim, bu qədər çalışmazdım. Təsəvvür edin ki, məktəbdə nadinclik üstə müəllim bizi döyürdü. Evdə onu valideynlərimizə etiraf etməyə çətinlik çəkirdik. Çünki evdə bunu deyəndə, üstəlik valideynlərimiz də bizi döyürdü. Deyirdilər, yəqin dərs prosesində bir günahın olub ki, müəllim səni cəzalandırıb. İndi biz uşaqlarımıza əl qaldıra bilmirik. Bəlkə də bu, psixoloji bir müddətdir. Ancaq şiddət istənilən halda yaxşı bir hal deyil.

-  Özünüz necə övlad olmusunuz?

- Mən çox nadinc uşaq olmuşam, ancaq buna baxmayaraq, dərslərimi yaxşı oxumuşam. Dərslərimi oxumamış məktəbə gedirdim. Orda 15 dəqiqəyə dərsimi öyrənib hər dəfə 5 alırdım. Bütün idman növlərində - şahmat, voleybol, futbol oynamağı bacarıram. Elə bir sahə yoxdur ki, onun haqqında müəyyən bilgilərə sahib olmayım. Həm oxuyur, həm oynayır, uşaqlığımı yaşayırdım. Kənddə valideynlərimiz deyirdi ki, dərsinizi oxuyun, ondan sonra oynamağa gedin, hava qaralmamış evə gəlin. Biz hər gün hava qaralandan sonra evə gəlirdik və buna görə döyülürdük. Gedirdik futbol oynamağa, başımız qarışırdı, evə gec gəlirdik. Yadıma gəlmir ki, mən hansısa tərbiyəsiz hərəkət edim. Biz çayda çimirdik, hər cür uşaq oyunları oynayırdıq. Ancaq indiki uşaqların kompyuterdən başqa oyunu yoxdur. Ənənəvi oyunlarımız var idi ki, onları oynayırdıq. Ağaca çıxırdıq, meyvə yığırdıq, kitab oxuyurduq.

- Övladlarınızı məktəbdə müəllim döyərsə, reaksiyanız necə olar?

- İlk növbədə onu araşdırmağa çalışaram ki, müəllim şagirdə nə üçün əl qaldırıb. Təbii ki, istənilən halda müəllimin şagirdi döyməyinin tərəfdarı deyiləm. Əgər şagird dərs oxumursa, müəllimin sözünə baxmırsa, dərs zamanı uşaqların fikrini yayındırırsa, ilk növbədə bu, həmin şagirdin valideyninə bildirilməlidir. Valideyn hər hansı bir tədbir görməsə, yenə də heç bir şiddətə baş vurmaq olmaz. Hansısa bir müəllim övladıma əl qaldırarsa, bəzi valideynlərin etdiyi kimi mən də müəllimi döyüb və yaxud da onu təhqir etmərəm. Qanuni yolla onu cəzalandırmağa çalışaram və bu məsələni ictimailəşdirərəm. Övladlarıma qarşı müəllim adına layiq olmayan hərəkətlər görülübsə, o müəllimi təhsil sistemindən uzaqlaşdırmaq üçün əlimdən gələni edərəm.

- Az əvvəl qeyd etdiniz ki, "bizim dövrümüzdə elə deyildi". İnternet əsridir, sosiallaşırıq,  dünyaya inteqrasiya edirik. Siz övladınızı bu internetdən, sosial şəbəkələrdən qorumağı bacaran valideynlərdənsinizmi?

- Əslində mən onları internetin yaratdığı bu dünyadan bir qədər kənarda tutmaq istəyirəm, ancaq bu məndə o qədər də effektli alınmır. Çünki internet, sosial şəbəkələr bu günün tələbidir. Evdə telefonu onların əlindən alsam, interneti kəssəm, onların ürəyində belə bir istək varsa, bunun bir yolunu tapacaqlar. Əgər bütün dünya bununla məşğuldursa, biz onu uşağın əlindən almaqla nəyəsə nail ola bilmərik. Mən onları internetdən səmərəli istifadə etməyə yönləndirirəm. Onlara məsləhət görürəm ki, əgər cizgi filminə baxmaq istəyirsinizsə, ingilis və ya rus dilində baxın. Ən azından, baxdıqları cizgi filmindən bir neçə xarici söz öyrənəcəklər. Müasir gənclərdir, hərəsinin öz maraq dairəsi var. Çalışıram ki, onları düzgün yönə istiqamətləndirim.

- Oğlunuz sosial şəbəkədə varmı?

- Fərid 9-cu sinifdə oxuyur. Oğluma "Facebook"dan istifadəyə qadağa qoymuşam. Sosial şəbəkələrdən sadəcə yay aylarında istifadə etməsinə tam sərbəstlik vermişəm. Məqsədim onları internetdən uzaqlaşdırmaq deyil. Ancaq internetdən faydalı şeylər üçün istifadə etmələrinə şərait yaradıram.

- Sizcə, övladın formalaşmasında ilk növbədə ailənin, yoxsa çevrənin, mühitin böyük rolu var?

- İlk növbədə ailənin. Əgər ailə övladını nəzarətsiz qoysa, o, çevrəsindəki insanların təsirinə düşər və valideyn bir də onda görər ki, uşağı artıq başqa aləmin insanıdır. Valideyn uşağın gündəlik rejiminə nəzarət etməsə, bir gün ayılacaq ki, o, tamamilə başqa bir uşaqdır. Uşağın bütün hərəkətlərinə nəzarət etmək lazımdır. Təbii ki, 15-16 yaşlı uşağın əlindən tutub məktəbə apara bilməzsiniz. Sadəcə olaraq, kənardan uşağa nəzarət etmək lazımdır. Oğlan uşaqlarının xüsusilə cibini, çantasını tez-tez yoxlamağın tərəfdarıyam. Sonradan xoşagəlməz sürprizlərlə qarşılaşmamaq üçün uşaqların yeniyetməlik çağında onlara nəzarətin olması mütləqdir.

- Bəzən valideynlər öz arzularını övladlarının üzərində tətbiq etmək istəyirlər. Misal üçün, "mən həkim olmaq istədim, ola bilmədim, sən mütləq həkim olmalısan" - deyə övladını sevmədiyi bir sahə üzrə təhsil almağa məcbur edirlər.

- Fəridin anası da, mən də onun tamamilə başqa bir peşəyə yiyələnməsini istəmişik. Çalışmışıq ki, onu həmin istiqamətə yönləndirək. Ancaq gördük ki, Fəridin bizim yönləndirdiyimiz sahəyə marağı yoxdur. Biz ona sərbəstlik verdik. Əlimizdən gələni edirik ki, öz arzularının arxasınca getsin. Bütün insanlar ali təhsilli ola bilməz. Hər kəs müəllim, həkim, hüquqşünas olmaq məcburiyyətində deyil. Bu ölkəyə santexnik, pinəçi, usta, aqronom, qəssab da lazımdır. İlk növbədə uşaqlara insan olmağı öyrətməliyik. Hansı peşənin sahibi olursan-ol, əsas odur ki, insani dəyərləri itirməyəsən. Hətta bənna olsa belə, gərəkdir ki, işinin peşəkarı olasan. Şərt deyil ki, ali təhsil ocağına daxil olasan və diplom alasan. Bu gün o qədər insanlar var ki, əlində bir deyil, iki diplomu var, ancaq heç bir işə yaramırlar. Fəhlə belə olsan, gərək o sənətin peşəkarı olasan.

Demokratikmusavat.com

Xəbər Lenti

Otel və kirayə evlərə pul xərcləməyən turistlər - FOTO

"Savaşçı"nın mövsüm finalında Azərbaycan bayrağı dalğalandırıldı - FOTO

Azərbaycanın şərq hissəsində quru ilə dənizin kəsişdiyi nöqtə - Şahdili burnu - FOTO

Günün qoroskopu: gərgin, nevroz, aqressiv, yovuşmazlıq hisslərinin aktivləşəcəyi gündür

Biz istədiyimizə nail olduq – qızıl medalı qazanan Azərbaycan gimnastları

Evdə dondurma hazırlamaq qaydası

Üzünömürlü münasibət üçün 7 qızıl qayda

Zaqatalada ildırım evi yandırdı

Burkina Fasoda kilsəyə silahlı hücumda üç adam öldürülüb

Ali təhsil müəssisələrinin və AMEA magistraturalarına qəbul imtahanı başa çatıb

Tehran-Ankara qatarı tezliklə işə başlayacaq

Keçmiş icra başçısı vəfat etdi - FOTO

Gəncənin İmamzadə ziyarətgahında iftar süfrəsi açıldı - FOTO

Kürdəmirdə “KAMAZ” traktora çırpıldı

Hokkaydoda temperatur rekordu qeydə alınıb

Güclü külək Tbilisidə ciddi fəsadlar törədib - FOTO

Polşa avroya keçməyə tələsmir

Heç bir problem bizim mehriban qonşuluq münasibətlərimizə mane olmamalıdır - Salome Zurabişvili

Kannda yaxtalar toqquşdu, britaniyalı turist həlak oldu

"Arsenal" Bakıda məşqə çıxdı - FOTO

"Yuventus"dan Qvardiola açıqlaması

Nə Neymar, nə də Mbappe

Abşeronda 4 otaqlı ev yanıb

İraqda üç fransız ölüm cəzasına məhkum edilib

Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı

Azərbaycanın aerobika gimnastikası üzrə baş məşqçisi: Qələbəyə inanırdıq

Katmanduda iki partlayış baş verib: 3 ölü

Bakıda aerobika gimnastikası üzrə AÇ-ın böyüklər arasında üçlük, qrup və aero dans proqramlarının qalibləri mükafatlandırılıb - FOTO

Məşhur türk aktyoru vəfat etdi

İrandan Fars körfəzi ölkələrinə maraqlı çağırış

Azərbaycan miqrant böhranı ilə üzləşə bilərmi?

"Mançester Yunayted" De Liqtdən imtina etdi

La Liqadan Anriyə təklif

"Barselona" 9 futbolçu ilə yolları ayırır

Şeydayev oynadı, komandası 6 cavabsız qolla uduzdu

"Messi mənə "eşşək" dedi" - "Liverpul"un futbolçusu

Bakıda dəhşətli intihar - Qadın özünü 16-cı mərtəbədən atdı

PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah - Video layihə - 26.05.2019 tarixli bölüm

Dzeko 12 milyon avroya transfer olunur

Macarıstan üçlüyü Bakıda aerobika gimnastikası üzrə AÇ-ın qızıl medalını qazanıb

Oklahomada 2 nəfər tornado qurbanı olub

Ançelottidən Kulibali ilə bağlı açıqlama

İran özünə qarşı təhlükəni sovuşdurmaq üçün radikal təkliflə çıxış etdi

Gimnastlarımız Avropa Çempionatının aero dans proqramında qızıl medal qazanıblar - FOTO

Bu ölkədə şok: Prezident seçkisinə namizəd tapılmadı

Hərbi maşın karvanına hücum: 6 ölü, 11 yaralı

Bakıda aerobika gimnastikası üzrə AÇ-nın fərdi qadın və kişi, qarışıq cütlüklər proqramlarının qalibləri mükafatlandırılıb - FOTO

"Juventus"da yeni müqavilə

Meksikada ailə şənliyi iştirakçılarına hücum: 5 ölü, 3 yaralı

Azərbaycan millisinin üzvü rəsmən İngiltərə klubunda

Tələbə qıza sataşan 40 yaşlı kişini küçənin ortasında döydülər

Balotelli “Marsel”dən ayrıldığını açıqladı

Macarıstan cütlüyü Bakıda aerobika gimnastikası üzrə AÇ-da qızıl medal qazanıblar

Arsen Vengerə təklif göndərən klub açıqlandı

Satılacaq təlxək və ya Mxitaryan faciəsi

Bakıda aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatının final yarışmalarının ən yaxşı anları - FOTO

Bakıda tükürpədən namus cinayətinin bəzi detalları məlum olub - Bacısının sevgilisini öldürüb, zirzəmiyə atıb...

Musa Yaqub xəstəxanaya yerləşdirilib

Gürcüstanda nazir istefaya göndərildi - QALMAQAL

Rusiyali gimnast Bakıda AÇ-nın fərdi proqramında qızıl medal qazanıb

İran parlamentinin yeni sədri seçildi

Leyla Mustafayeva bişməmiş dəniz canlısı yedi, hamı “iyrənc” dedi - VİDEO

Yekaterina Pıxtova aerobika gimnastikası üzrə AÇ-ın fərdi proqramında qızıl medal qazanıb

Fransa klubunda ayrılıq

Ölümsüz dollar sadəcə nağıldır - Zaxarova

“Sizin başınızı daşla əzəcəyik!...” - İrəvandaki mitinqdə qarabağlilar belə hədələndi

Rusiyalı gimnastlar Bakıda Avropa çempionatında aero step proqramında birinci yerə yüksəliblər

Bu ölkənin baş naziri istefa verdi

Anton Kolobov: "Qızıl medal qazanmağıma görə çox xoşbəxtəm"

“Final matçını "Liverpool" qazansa…” - Mourinyo

İran-ABŞ gərginliyi nə ilə nəticələnəcək? - Politoloq şərh edir

Aerobika gimnastikası üzrə Avropa çempionatının gənclər arasında üçlük, qrup və aero dans proqramlarında mükafatlandırma mərasimi keçirilib - FOTO

Həmidə Ömərovanı belə görməmişdiz - FOTO

Avropa çempionatında gənclər arasında aero dans proqramında qaliblər məlum oldu

Bakıda aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının final mərhələsi yarışları davam edir - FOTO

Peruda dəhşətli zəlzələ - 8 bal

“Arsenal” Mxitaryanı satışa çıxarır - “Özünü doğrultmur”

Aerobika gimnastikası üzrə Avropa çempionatında gənclər arasında qrup proqramının qalibləri müəyyənləşib

Aerobika gimanstikası üzrə Avropa çempionatında gənclər arasında qrup proqramının qalibləri müəyyənləşib

Bakıda azyaşlı qız cinsi əlaqəyə girdi, uşaq dünyaya gətirdi - TƏFƏRRÜAT

Rusiya üçlüyü aerobika gimnastikası üzrə Avropa çempionatında qızıl medal qazanıb

Aralıq dənizində iki yüzdən çox miqrant xilas edildi

Aerobika gimnastika üzrə Avropa çempionatının gənclər arasında fərdi qadın və kişi, qarışıq cütlüklər proqramlarında qaliblər mükafatlandırılıb - FOTO

Türkiyədən Suriya ilə bağlı gözlənilməz addım

Zalımoğlunun faciəli taleyi - Özü öz əli ilə qəbrini qazdı... - FOTO

Taksi sürücüsü binanın həyətində avtomatdan atəş açdı – VİDEO

Aerobika gimnastikası üzrə Avropa Çempionatında gənclər arasında qarışıq cütlük proqramının qalibləri müəyyənləşib

Lempard “Çelsi” ilə bağlı iddialardan danışdı

Baxçalıdan HDP ilə bağlı xüsusi tapşırıq

Anton Kolobov gənclər arasında fərdi proqramda Bakıda aerobika gimnastikası üzrə Avropa çempionatında qızıl medal qazanıb

Millət vəkili: "Korrupsiyalaşmış “Amnesty İnternational” təşkilatının bir sıra ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə olunduğu hamıya məlumdur"

“Qalatasaray”dan Fatih Terimlə yeni müqavilə - RƏSMİ

Rusiyalı gimnast Bakıda aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatında gənclər arasında fərdi proqramda qızıl medal qazanıb

Ərdoğan məşhurlarla iftarda - FOTO

Bakıda aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının final mərhələsi start götürüb - FOTO

“Fiorentina” satılır - 150 milyon dollara

Ermənilər dinc durmur - CƏBHƏDƏ TƏXRİBAT

Roza Zərgərli və Pərviz Bülbülə ölkə kubokunun təqdimatında çıxış edəcəklər

İran ABŞ-ı "gizli" silahla hədələdi

"Sarı jiletlər" əl çəkmir - Bu dəfə 12,5 min insan küçəyə çıxdı

Əfqanıstanda hava limanına hücum - TERROR

"Bavariya"dan üç cavabsız qol - VİDEOİCMAL

21 ölkədə Avropa Parlamentinə seçkilər keçiriləcək

"Valensiya" İspaniya Kubokunun qalibi oldu - VİDEOİCMAL

Gəncənin İmamzadə ziyarətgahında Heydər Əliyev Fondunun təşəbbüsü ilə iftar süfrəsi açılıb - FOTO

Türkiyəli idmançı: "Bakıda Milli Gİmnastika Arenası möhtəşəmdir"

Yaponiyada iki gəmi toqquşub, itkin düşənlər var