AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Almaniyadakı Cərrahiyyə və Transplantologiya klinikasında işləyən yeganə azərbaycanlı - Uğur hekayəsi - FOTO

  23

Uğur Ağamalıyev: "İnsan məşğul olduğu hər işdə təşəbbüskarlıq göstərməli və başqalarından asılı olmaqdan yayınmalıdır" 

Demokratikmusavat.com kaspi.az-a istinadən yazını təqdim edir.

Pozitiv, məqsədli, tələbkar, işini sevən cərrahdır. Düşünür ki, bu dünyada birinə deyilə biləcək ən gözəl cümlə "səni sevirəm" deyil, "sizdə xərçəng xəstəliyi var, amma xoşbəxtlikdən biz onu müalicə edə bilərik"dir. Çünki bu iki cümlə xəstələrə xoşbəxtlik, həyat verir.

Müsahibimiz Almaniyanın ən böyük universitet xəstəxanalarından biri olan Münhen Universitet xəstəxanasının Cərrahiyyə və Transplantologiya klinikasında işləyə yeganə azərbaycanlı Uğur Ağamalıyevdir.

28 yaşı var. Füzuli rayonunun Aşağı Veysəlli kəndində anadan olub və Beyləqan şəhərində böyüyüb. Ali təhsilini Azərbaycan Tibb Universitetinin Müalicə profilaktika fakültəsində alıb. 2014-cü ildə universiteti bitirdikdən sonra Almaniyanın Mannheim Tibb Fakültəsinin Cərrahiyyə Klinikasında doktorantura təhsilinə başlayır. Müsahibimiz orada elmi tədqiqatlarını yekunlaşdıraraq, Almaniyanın ən böyük universitet xəstəxanalarından biri olan Münhen Universitet xəstəxanasının Cərrahiyyə və Transplantologiya klinikasında assistent həkim kimi işləyir. Həmsöhbətimiz burada çalışan bir neçə xarici həkimdən biri və yeganə azərbaycanlıdır. Bu müddət ərzində onun beynəlxalq jurnallarda 4 elmi məqaləsi də çap olunub.

- Uğur bəy, həkimlik peşəsi təsadüfi seçilmir. Nə üçün həkim olmaq istədiniz?

- 5-6-cı sinifdən etibarən həkim olmaq istəyirdim. O vaxt həm də peşəkar şəkildə şahmatla məşğul olurdum. Amma sonda tibbi seçdim. Açığı, hazırlıq vaxtı həkim olmaqdan daha çox, bir məqsəd kimi ön planda 4-cü qrupa hazırlaşmaq və 600-dən çox bal toplamaq dayanırdı. Çünki həkimliyin yolu da elə buradan keçirdi. İndi də, abituriyentlərdən soruşulan ilk sual "hansı sahəyə marağın var?" deyil, "neçənci qrupa hazırlaşırsan?" olur. Məndə də elə idi. Məqsədimə çatdım. 601 bal toplayaraq ATU-ya qəbul oldum və əynimdə ağ xalat universitetin qarşısında dayandım.

- Çalışdığınız klinikada yeganə azərbaycanlısınız. Başqa bir ölkədə tək olmaq necə hissdir?

- Bizim klinikada təxminən 40-a yaxın assistent həkim işləyir. Onlar arasında Almaniyadan kənarda doğulub-böyüyən, tibb təhsilini burada almayan tək mənəm. Düşünürəm ki, kliniki təcrübəm və indiyədək nəşr edilən elmi məqalələrim onlarla mənim aramdakı böyük bir uçurumun qarşısını alır. Amma 2-3 il əvvəl istər aradakı dil baryerinə, istərsə də təhsil və səhiyyə sistemindəki fərqlərə görə müəyyən çətinliklər olurdu. Təsəvvür edin, xəstədən anamnez topladığınız zaman, xəstə dialektlə danışır və ya hansısa bir bitkiyə allergiyası olduğunu deyir. Amma siz xəstəni başa düşməkdə çətinlik çəkirsiniz. Ya da, alman həmkarlarım hansısa bir müğənnidən, 10-15 il əvvəl baş vermiş tarixi hadisədən və yaxud da uşaqlıq vaxtı izlədikləri hansısa bir cizgi filmindən danışdıqları zaman, söhbətdə aktiv iştirak etmək elə də asan olmurdu. Hazırda gün ərzində əksər hallarda 12-13 saat birlikdə işləməyimizə baxmayaraq, işdən kənar müzakirələrə elə də çox vaxt olmur.

- Alman dilini kursa getmədən öyrənmisiniz.

- Bəli, alman dilini Mannheimda olarkən fərdi şəkildə, heç bir kursda iştirak etmədən öyrənmişəm. Hazırlıq kurslarının qiyməti çox baha olduğundan, elektron vəsaitlərlə, youtube-da videolar izləyərək bir il ərzində dili öyrəndim və həkim işləmək üçün tələb edilən imtahandan uğurla keçdim. Məncə, hər işdə, eləcə də dil öyrənməkdə ən əsası, müntəzəm şəkildə hazırlaşmaqdır. Gün ərzində bəzən 15 dəqiqəlik olsa belə, arada uzun fasilələr vermədən, hər gün məşğul olmaq lazımdır.
 
- Beynəlxalq elmi jurnallarda 4 elmi məqaləniz çap edilib. Bəs elmi tədqiqat apardığınız müddətdə hansısa çətinliklərlə qarşılaşmısınızmı?

- Mannheimda tədqiqat qrupunun apardığı elmi layihəyə qoşuldum. Azərbaycanda olduğum müddət ərzində elmi tədqiqatla məşğul olmadığımdan, burada hər şey mənim üçün yeni idi. Bundan əlavə, o vaxt mənə verilən elmi layihədən də, belə desək "gözüm su içmirdi". Layihənin ortaya qoyduğu sual və tədqiqat müddətində aldığım nəticələr məni qane etmirdi deyə, elmi rəhbərimlə dəfələrlə müzakirələr edirdim. Amma, görünür təcrübəsiz olduğumdan, mənə sadəcə, tədqiqata davam etməyi məsləhət görürdülər. Təxminən 8-9 ay sonra bütün nəticələri müzakirə edəndə aydın oldu ki, doğrudan da ürəkaçan deyil. Sonda hamı tədqiqatlar üçün çəkilən xərcə görə təəssüfləndi. Halbuki, mən bəzən gecə saatlarına qədər laboratoriyada tədqiqatlar aparır, zamanımın böyük hissəsini buna xərcləyirdim. Daha sonra özüm elmi ədəbiyyatı araşdıraraq ortaya elmi bir sual qoydum və o haqda yeni bir layihəyə başladım. Və düzünü deyim ki, elmi işlərim içində ən uğurlusu da o oldu. Həmin mövzu haqda "Avropa Cərrahiyyə Tədqiqatı" jurnalında elmi məqaləm dərc olundu. O hadisədən sonra əmin oldum ki, elmi işdə insanın öz təşəbbüskarlığı böyük rol oyanır, nəinki robot kimi sənə tapşırılan tapşırıqları yerinə yetirmək. Məncə, insan məşğul olduğu hər işdə təşəbbüskarlıq göstərməli və başqalarından asılı olmaqdan yayınmalıdır.

- Bir statusunuzda araşdırmanızın nəticəsinə görə, atanıza təşəkkür etdiyinizi bildirirsiniz. Ailənizin təhsilinizdə rolu nədir?

- Təhsilimdə də, şahmat karyeramda da ailəmin rolu çox böyükdür. Mənə şahmatı atam öyrədib. Amma qısa müddət sonra atama qalib gəlməyə başladım və o da məndəki həvəsi görüb şahmat məktəbinə yazdırdı. İlk müəllimələrim iki cavan qız idi. Bir neçə həftədən sonra onlara da qalib gəldim deyə, atam məni rayonda tanınmış şahmat müəllimi Vilayət Quliyevin yanına göndərdi. Açığı, onun da həmin vaxtı tələbələri çox idi, bir neçə dəfə xahiş-minnətdən sonra məni hazırlaşdırmağa razılaşmışdı. Atam həm o vaxt, həm də şahmat turnirlərində iştirakım üçün mənə çox dəstək olub. Bəzi ailələrdə, uşaq "3-4" alanda evdə müzakirəyə səbəb olurdusa, mən bir həftə hansısa fəndən "5" almayanda sorğu-sual edirdilər ki, niyə qiymət almıram. Anam da biologiya müəlliməsi olduğu üçün mənimlə həm biologiya, həm də digər fənlərlə bağlı məşğul olurdu. Amma bu tələbkarlıq yalnız təhsil barəsində olmayıb. Lap 5-6 yaşımdan getdiyim çox toylarda mənə söz verilirdi və mən C.Novruzun "Dünya" şeirini deyirdim. Düşünürəm bu, həmin dövrdə mənim özgüvənimə müsbət təsir edib.

- "Bu dünyada birinə deyilə biləcək ən gözəl cümlə "səni sevirəm" deyil, "sizdə xərçəng xəstəliyi var, amma xoşbəxtlikdən biz onu müalicə edə bilərik" deməkdir demisiniz.

- Hazırda çalışdığım klinika metastazlaşmış xərçəng xəstəlikləri üzrə Avropa mərkəzidir. Ona görə də ağırlaşmış xərçəng xəstələrimiz çox olur. Onu deyim ki, bu xəstələr, xüsusən qadınlar, ünsiyyət zamanı əksər hallarda ağlayırlar. Ya da, əməliyyatdan sonra xəstə soruşur ki, "həkim, nə düşünürsünüz? Nəvələrimlə daha 5-10 il keçirə biləcəyəmmi?". Təbii ki, "yox" demirik. Yalandan "hə, əlbəttə" demək də olmaz. Bu cavab bizim üçün gündəlik işin arasında iki kəlmədir, amma xəstələr üçün, bir həyatdır.

- Həkimlik təcrübənizdə unutmadığınız, təsirləndiyiniz hansısa nüans olubmu?

- Bizdə palatada ən az 30 xəstə olur. Əgər onların hamısından təsirlənsək, onda işləyə bilmərik. Amma maraqlı nüanslar çox olur. Bir dəfə gecə növbəsində ikən tibb bacıları çağırdılar ki, 96 yaşlı qadın xəstəmiz həkimlə danışmaq istəyir. Otağa girib, salam verəndə iki əli ilə əlimi tutub ürəyinə aparıb dedi ki, "həkim, mənə kömək edin. Görürsünüz, 96 yaşım olsa da, ağlım hələ başımdadır, xahiş edirəm mənə kömək edin, yaşamaq istəyirəm". Amma bizdə 60 yaşlı ürəyi ağrıyan birinə "get, müayinə ol" deyirsən, deyirlər, yaşım onsuz da keçib, Allahın verdiyi ömürdür və s.

- Yəqin ki, alman xəstələri ilə azərbaycanlı xəstələri arasında fərqlər çoxdur.

- Bizim xəstələr əməliyyatdan daha çox qorxurlar. Bir dəfə burda 18 yaşlı bir gəncə qaraciyərə və qarın divarına metastaz vermiş bağırsaq xərçəngi diaqnozu qoymuşduq. Bu yaşda çox nadir rast gəlinən bir haldır. Uşaq bunu soyuqqanlılıqla qarşılayıb, bizlə müalicə yolları ilə bağlı ətraflı söhbət edirdi. Amma bizdə yaşlı adama xərçəng diaqnozu qoyulur, əməliyyat olunur, lakin yaxınları ondan xəstəliyinin xərçəng olduğunu gizlədirlər. Belə halla burda ərəb xəstələrdə də rastlaşmışam. Təbii ki, bunu nə bütün azərbaycanlılara, nə də almanlara aid etmək olmaz.

Məncə, digər fərqlərdən biri də transplantasiya, yəni orqan köçürmə ilə bağlıdır. Biz burada orqanları əsasən beyin ölümü gerçəkləşmiş insanlardan götürüb, onların heç tanımadığı insanlara köçürürük. Qohumdan qohuma orqan köçürmə bizə nisbətən çox az olur. Amma bizdə dayı gəlir ki, "buyur, bacıoğlu böyrək", bibi qardaşı qızına "bibin qurban, götür qaraciyər". Həyatda ikən, özü də əməliyyat riskinə girir, qaraciyərini, böyrəyini verir, amma öldükdən sonra orqanlarının bağışlanmasını qətiyyən rədd edir. Almanlarda isə bunun tərsinədir.

- Sizcə, səbəb nədir?

- Qohumların bir-birinə orqan bağışlamamasının səbəbi, onlarda ailə bağlarının bizdəki kimi güclü olmamasıdır. Onların beyin ölümü gerçəkləşdikdən sonra orqanlarını bağışlaması isə məncə, bu barədə daha çox məlumatlı olmalarına görədir. Digər səbəb də bizdə ölünün müqəddəsliyidir. Biz ölünü narahat etməkdən daha çox qorxuruq, nəinki dirini. Yəni diri olduğumuz halda orqanımızı bölüşməkdən çəkinmirik, lakin ölü toxunulmazdır.

- Pozitiv həkimsiniz. Sizcə, yaxşı cərrah necə olmalıdır?

- Yaxşı cərrah ilk növbədə, nə vaxt əməliyyata ehtiyac olmadığını bilən cərrahdır. Eyni zamanda, yaxşı cərrah yaxşı əməliyyat edə bilən, əməliyyatdan sonra əmələ gələ biləcək komplikasiyaları düzgün idarə edə biləndir.

- İşləriniz yolunda getməyəndə özünüzü necə motivasiya edirsiniz?

- Konkret bir formulum yoxdur. Məni motivasiya edən uğurlarımdır. Uğur olaraq ilk gördüyüm isə, qazandığım dostlarımdır. Gözəl, mərd, sədaqətli dostlarımın olması və onların da məni dost bilməsi ən böyük motivasiyadır. Onlardan böyük uğur yoxdur. Həyatda nəyi itirsəm də bilirəm ki dostlarım var.

- Sizcə, uğurun sirri nədir?

- Ümumiyyətlə, uğur özü nədir? Sevdiyin şəxslə evlənib, xoşbəxt ola bilmək də uğurdur, sevdiyin işlə məşğul olub müəyyən nailiyyət əldə etmək də. Qısacası, uğur qarşıya qoyulan məqsədə çatmaqdır. Altıncı sinifdə oxuyarkən, Bakıda şahmat turnirində 8-ci turda turnirin birincisi ilə oynamalı idim. İlk 7 yerin sahibi Rusiyaya, beynəlxalq olimpiadaya gedəcəkdi. Mən heç-heçə edəcəyim təqdirdə o turnirdə iştirak edə bilərdim, rəqibim isə oynadığı bütün rəqiblərinə qalib gəlmişdi və dolayısı ilə növbəti turlarda uduzsa belə, vəsiqəni təmin etmişdi. Buna görə mənim müəllimim onun müəllimindən rəqibin mənimlə heç-heçə etməyini xahiş etmişdi. Onda da məni göstərib demişdilər ki, bu balaca uşaq kimdir ki, onunla da heç-heçə edilsin. Çox pərt olmuşdum. Amma artıq qarşımda başqa bir məqsəd vardı. Oyuna bütün gücümü qoydum, rəqibim səhv etmirəmsə, 19-cu gedişdə özü mənə heç-heçə təklif etdi. Ona görə də məncə, uğur əldə etməyin əsas şərtlərindən biri prinsipiallıqdır. Təcrübəmdən deyə bilərəm ki, mənə prinsipial şəkildə qalib gəlmək istəyən, amma 15-ci gedişdə mat olanlar da az olmayıb. Ya da mənə var gücümü qoymağıma rəğmən qalib gələnlər. Ona görə də, digər əsas məsələ insanın qarşısında qoyduğu məqsədə çatmağa potensialı, qabiliyyəti olmasıdır. Ümumiyyətlə, insan özünə bu sualı verməlidir: mənim məqsədim nədir? Bu sualın cavabı sizin sonda çatacağınız nöqtəni göstərir. Misal üçün mən A nöqtəsindən B nöqtəsinə getməyi qarşıma məqsəd qoyuram. Növbəti "necə" sualıdır. Bu yolu 10 saata da, 10 günə də getmək olar. Ona görə məqsədə necə çatmalı olduğunu da bilmək mütləqdir. Və son olaraq, "niyə" sualı. Çünki, yolda çətinliklərlə qarşılaşdığınız zaman bu sualın cavabı sizin qətiyyətinizi müəyyən edəcək.

Demokratikmusavat.com

Xəbər Lenti

Həsrətin möhkəmləndirdiyi ailə - FOTO

Otel və kirayə evlərə pul xərcləməyən turistlər - FOTO

"Savaşçı"nın mövsüm finalında Azərbaycan bayrağı dalğalandırıldı - FOTO

Azərbaycanın şərq hissəsində quru ilə dənizin kəsişdiyi nöqtə - Şahdili burnu - FOTO

Günün qoroskopu: gərgin, nevroz, aqressiv, yovuşmazlıq hisslərinin aktivləşəcəyi gündür

Biz istədiyimizə nail olduq – qızıl medalı qazanan Azərbaycan gimnastları

Evdə dondurma hazırlamaq qaydası

Üzünömürlü münasibət üçün 7 qızıl qayda

Zaqatalada ildırım evi yandırdı

Burkina Fasoda kilsəyə silahlı hücumda üç adam öldürülüb

Ali təhsil müəssisələrinin və AMEA magistraturalarına qəbul imtahanı başa çatıb

Tehran-Ankara qatarı tezliklə işə başlayacaq

Keçmiş icra başçısı vəfat etdi - FOTO

Gəncənin İmamzadə ziyarətgahında iftar süfrəsi açıldı - FOTO

Kürdəmirdə “KAMAZ” traktora çırpıldı

Hokkaydoda temperatur rekordu qeydə alınıb

Güclü külək Tbilisidə ciddi fəsadlar törədib - FOTO

Polşa avroya keçməyə tələsmir

Heç bir problem bizim mehriban qonşuluq münasibətlərimizə mane olmamalıdır - Salome Zurabişvili

Kannda yaxtalar toqquşdu, britaniyalı turist həlak oldu

"Arsenal" Bakıda məşqə çıxdı - FOTO

"Yuventus"dan Qvardiola açıqlaması

Nə Neymar, nə də Mbappe

Abşeronda 4 otaqlı ev yanıb

İraqda üç fransız ölüm cəzasına məhkum edilib

Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı

Azərbaycanın aerobika gimnastikası üzrə baş məşqçisi: Qələbəyə inanırdıq

Katmanduda iki partlayış baş verib: 3 ölü

Bakıda aerobika gimnastikası üzrə AÇ-ın böyüklər arasında üçlük, qrup və aero dans proqramlarının qalibləri mükafatlandırılıb - FOTO

Məşhur türk aktyoru vəfat etdi

İrandan Fars körfəzi ölkələrinə maraqlı çağırış

Azərbaycan miqrant böhranı ilə üzləşə bilərmi?

"Mançester Yunayted" De Liqtdən imtina etdi

La Liqadan Anriyə təklif

"Barselona" 9 futbolçu ilə yolları ayırır

Şeydayev oynadı, komandası 6 cavabsız qolla uduzdu

"Messi mənə "eşşək" dedi" - "Liverpul"un futbolçusu

Bakıda dəhşətli intihar - Qadın özünü 16-cı mərtəbədən atdı

PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah - Video layihə - 26.05.2019 tarixli bölüm

Dzeko 12 milyon avroya transfer olunur

Macarıstan üçlüyü Bakıda aerobika gimnastikası üzrə AÇ-ın qızıl medalını qazanıb

Oklahomada 2 nəfər tornado qurbanı olub

Ançelottidən Kulibali ilə bağlı açıqlama

İran özünə qarşı təhlükəni sovuşdurmaq üçün radikal təkliflə çıxış etdi

Gimnastlarımız Avropa Çempionatının aero dans proqramında qızıl medal qazanıblar - FOTO

Bu ölkədə şok: Prezident seçkisinə namizəd tapılmadı

Hərbi maşın karvanına hücum: 6 ölü, 11 yaralı

Bakıda aerobika gimnastikası üzrə AÇ-nın fərdi qadın və kişi, qarışıq cütlüklər proqramlarının qalibləri mükafatlandırılıb - FOTO

"Juventus"da yeni müqavilə

Meksikada ailə şənliyi iştirakçılarına hücum: 5 ölü, 3 yaralı

Azərbaycan millisinin üzvü rəsmən İngiltərə klubunda

Tələbə qıza sataşan 40 yaşlı kişini küçənin ortasında döydülər

Balotelli “Marsel”dən ayrıldığını açıqladı

Macarıstan cütlüyü Bakıda aerobika gimnastikası üzrə AÇ-da qızıl medal qazanıblar

Arsen Vengerə təklif göndərən klub açıqlandı

Satılacaq təlxək və ya Mxitaryan faciəsi

Bakıda aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatının final yarışmalarının ən yaxşı anları - FOTO

Bakıda tükürpədən namus cinayətinin bəzi detalları məlum olub - Bacısının sevgilisini öldürüb, zirzəmiyə atıb...

Musa Yaqub xəstəxanaya yerləşdirilib

Gürcüstanda nazir istefaya göndərildi - QALMAQAL

Rusiyali gimnast Bakıda AÇ-nın fərdi proqramında qızıl medal qazanıb

İran parlamentinin yeni sədri seçildi

Leyla Mustafayeva bişməmiş dəniz canlısı yedi, hamı “iyrənc” dedi - VİDEO

Yekaterina Pıxtova aerobika gimnastikası üzrə AÇ-ın fərdi proqramında qızıl medal qazanıb

Fransa klubunda ayrılıq

Ölümsüz dollar sadəcə nağıldır - Zaxarova

“Sizin başınızı daşla əzəcəyik!...” - İrəvandaki mitinqdə qarabağlilar belə hədələndi

Rusiyalı gimnastlar Bakıda Avropa çempionatında aero step proqramında birinci yerə yüksəliblər

Bu ölkənin baş naziri istefa verdi

Anton Kolobov: "Qızıl medal qazanmağıma görə çox xoşbəxtəm"

“Final matçını "Liverpool" qazansa…” - Mourinyo

İran-ABŞ gərginliyi nə ilə nəticələnəcək? - Politoloq şərh edir

Aerobika gimnastikası üzrə Avropa çempionatının gənclər arasında üçlük, qrup və aero dans proqramlarında mükafatlandırma mərasimi keçirilib - FOTO

Həmidə Ömərovanı belə görməmişdiz - FOTO

Avropa çempionatında gənclər arasında aero dans proqramında qaliblər məlum oldu

Bakıda aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının final mərhələsi yarışları davam edir - FOTO

Peruda dəhşətli zəlzələ - 8 bal

“Arsenal” Mxitaryanı satışa çıxarır - “Özünü doğrultmur”

Aerobika gimnastikası üzrə Avropa çempionatında gənclər arasında qrup proqramının qalibləri müəyyənləşib

Aerobika gimanstikası üzrə Avropa çempionatında gənclər arasında qrup proqramının qalibləri müəyyənləşib

Bakıda azyaşlı qız cinsi əlaqəyə girdi, uşaq dünyaya gətirdi - TƏFƏRRÜAT

Rusiya üçlüyü aerobika gimnastikası üzrə Avropa çempionatında qızıl medal qazanıb

Aralıq dənizində iki yüzdən çox miqrant xilas edildi

Aerobika gimnastika üzrə Avropa çempionatının gənclər arasında fərdi qadın və kişi, qarışıq cütlüklər proqramlarında qaliblər mükafatlandırılıb - FOTO

Türkiyədən Suriya ilə bağlı gözlənilməz addım

Zalımoğlunun faciəli taleyi - Özü öz əli ilə qəbrini qazdı... - FOTO

Taksi sürücüsü binanın həyətində avtomatdan atəş açdı – VİDEO

Aerobika gimnastikası üzrə Avropa Çempionatında gənclər arasında qarışıq cütlük proqramının qalibləri müəyyənləşib

Lempard “Çelsi” ilə bağlı iddialardan danışdı

Baxçalıdan HDP ilə bağlı xüsusi tapşırıq

Anton Kolobov gənclər arasında fərdi proqramda Bakıda aerobika gimnastikası üzrə Avropa çempionatında qızıl medal qazanıb

Millət vəkili: "Korrupsiyalaşmış “Amnesty İnternational” təşkilatının bir sıra ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə olunduğu hamıya məlumdur"

“Qalatasaray”dan Fatih Terimlə yeni müqavilə - RƏSMİ

Rusiyalı gimnast Bakıda aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatında gənclər arasında fərdi proqramda qızıl medal qazanıb

Ərdoğan məşhurlarla iftarda - FOTO

Bakıda aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının final mərhələsi start götürüb - FOTO

“Fiorentina” satılır - 150 milyon dollara

Ermənilər dinc durmur - CƏBHƏDƏ TƏXRİBAT

Roza Zərgərli və Pərviz Bülbülə ölkə kubokunun təqdimatında çıxış edəcəklər

İran ABŞ-ı "gizli" silahla hədələdi

"Sarı jiletlər" əl çəkmir - Bu dəfə 12,5 min insan küçəyə çıxdı

Əfqanıstanda hava limanına hücum - TERROR

"Bavariya"dan üç cavabsız qol - VİDEOİCMAL

21 ölkədə Avropa Parlamentinə seçkilər keçiriləcək

"Valensiya" İspaniya Kubokunun qalibi oldu - VİDEOİCMAL

Gəncənin İmamzadə ziyarətgahında Heydər Əliyev Fondunun təşəbbüsü ilə iftar süfrəsi açılıb - FOTO

Türkiyəli idmançı: "Bakıda Milli Gİmnastika Arenası möhtəşəmdir"

Yaponiyada iki gəmi toqquşub, itkin düşənlər var