AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Prezident İlham Əliyev Dövlət Himnindən istifadə qaydaları haqqında qanunu təsdiqləyib

  8

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında qanunu təsdiqləyib.

Demokratikmusavat.com AZƏRTAC-a istinadən bildirir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinə və "Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi, oxunması, dinlənilməsi və Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydalarını müəyyən edir.

Maddə 1. Azərbaycan Respublikasının Dövlət Himni

1.1. Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinin I hissəsinə əsasən, Azərbaycan Respublikasının Dövlət Himni Azərbaycan Respublikasının dövlət rəmzidir.

1.2. Azərbaycan Respublikasının Dövlət Himninin musiqisi və mətni "Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyən edilir.

Maddə 2. Azərbaycan Respublikasının Dövlət Himninə hörmət

2.1. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən, hər bir vətəndaş Azərbaycan Respublikasının Dövlət Himninə hörmət etməlidir. Azərbaycan Respublikasının Dövlət Himninə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

2.2. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də bu Qanunun 2.1-ci maddəsində göstərilən vəzifəni daşıyırlar.

Maddə 3. Azərbaycan Respublikasının Dövlət Himni haqqında qanunvericilik

Azərbaycan Respublikasının Dövlət Himni haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, "Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunundan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və bu Qanuna uyğun qəbul edilmiş digər normativ hüquqi aktlardan ibarətdir.

Maddə 4. Azərbaycan Respublikasının Dövlət Himni ilə bağlı dövlətin vəzifələri

4.0. Azərbaycan Respublikasının Dövlət Himni ilə bağlı dövlətin vəzifələri aşağıdakılardır:

4.0.1. Azərbaycan Respublikasının Dövlət Himninin mahiyyətini və əhəmiyyətini əhali arasında geniş təbliğ etmək və onları bu barədə maarifləndirmək;

4.0.2. gəncləri və təhsilalanları Azərbaycan Respublikasının Dövlət Himninə hörmət ruhunda tərbiyələndirmək;

4.0.3. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının Dövlət Himninə qarşı hörmətsizliyin nümayiş etdirilməsinin qarşısının alınması üçün beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun tədbirlər görmək;

4.0.4. bu Qanuna riayət olunmasına nəzarəti təmin etmək.

Maddə 5. Azərbaycan Respublikasının Dövlət Himninə müəlliflik hüququ

5.1. "Müəllif hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, dövlət rəmzləri müəlliflik hüququnun obyekti deyildir.

5.2. Azərbaycan dövləti Azərbaycan Respublikasının Dövlət Himnini qeyri-qanuni istifadədən və ona zərər vuran digər hərəkətlərdən qoruyur.

Maddə 6. Azərbaycan Respublikasının Dövlət Himninin mütləq ifa edildiyi hallar və həmin hallarda ifa edilməsinə, oxunmasına və dinlənilməsinə dair tələblər

6.1. Azərbaycan Respublikasının Dövlət Himni aşağıdakı hallarda mütləq ifa edilir:

6.1.1. Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin andiçmə mərasimində (and içdikdən sonra);

6.1.2. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Milli Məclisinin iclaslarına gəldiyi zaman;

6.1.3. Azərbaycan Respublikası Milli Məclisinin növbəti və növbədənkənar sessiyalarının başlanması və qurtarması zamanı;

6.1.4. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbəti və növbədənkənar sessiyalarının başlanması və qurtarması zamanı;

6.1.5. Azərbaycan Respublikasının bayramlarına həsr olunmuş təntənəli yığıncaqların və iclasların açılışı və bağlanışı zamanı;

6.1.6. Azərbaycan dövləti və xalqı üçün mühüm tarixi hadisələr olduqda;

6.1.7. Azərbaycanın görkəmli dövlət, siyasi, ictimai, elm, ədəbiyyat, incəsənət xadimlərinin və Azərbaycanın Milli Qəhrəmanlarının abidələrinin və ya xatirə lövhələrinin açılışı zamanı;

6.1.8. dövlət orqanları (qurumları), yerli özünüidarə orqanları, siyasi partiyalar və ya qeyri-hökumət təşkilatları tərəfindən keçirilən mərasimlər və digər təntənəli tədbirlər zamanı (Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılarkən və ya asılarkən);

6.1.9. Azərbaycan Respublikasına rəsmi görüşə gələn xarici ölkələrin dövlət və hökumət başçılarının qarşılanması və yola salınması zamanı (müvafiq ölkənin Dövlət Himni ifa edildikdən sonra).

6.2. Azərbaycan Respublikasının Dövlət Himni musiqisinə (partiturasına) uyğun orkestr, xor və ya orkestr-xor tərəfindən, yaxud başqa vokal üsulla və ya alətlər vasitəsilə, həmçinin səsyazma vasitəsindən istifadə etməklə bütün hallarda tam ifa edilir.

6.3. Azərbaycan Respublikasının Dövlət Himni ifa edildikdə Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Dövlət Himnini ayaq üstə, farağat vəziyyətdə sona qədər dinləməli və ya mətninə uyğun olaraq oxumalıdırlar.

6.4. Azərbaycan Respublikasının Dövlət Himni ifa edildikdə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət Himnini ayaq üstə, farağat vəziyyətdə sona qədər dinləməlidirlər.

Maddə 7. Azərbaycan Respublikasının Dövlət Himnindən istifadənin digər halları və qaydaları

7.1. Azərbaycan Respublikasının Dövlət Himninin hərbi qulluqçular tərəfindən ifa edilməsi, ifa edilən zaman əsgəri salam verilməsi, dinlənilməsi və oxunması qaydaları bu Qanunun tələbləri əsas götürülməklə Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi" ilə, xüsusi rütbəli şəxslərə münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlar (qurumlar) tərəfindən müəyyən edilir.

7.2. Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiramın göstərilməsi nəzərdə tutulmuş şəxslərin dəfn mərasimində Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi qaydası bu Qanunun tələbləri əsas götürülməklə Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi" ilə tənzimlənir.

7.3. Xarici dövlətin ərazisində Azərbaycan Respublikasının keçirdiyi təntənəli tədbirlər zamanı Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi qaydası bu Qanunun tələbləri əsas götürülməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

7.4. İdman yarışları zamanı Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi qaydası bu Qanunun tələbləri əsas götürülməklə həmin yarışları təşkil edən idman təşkilatı tərəfindən müəyyən edilir.

7.5. Azərbaycan Respublikasının Dövlət Himni hər səhər Azərbaycan Respublikasının televiziya və radio yayımlarının əvvəlində bu Qanunun 6.2-ci maddəsində müəyyən edilmiş qaydada ifa edilir.

7.6. Azərbaycan Respublikasının Dövlət Himninin mətni və musiqisi (partiturası) Əlifba kitabının birinci səhifəsində dərc edilir.

7.7. Azərbaycan Respublikasının bütün təhsil müəssisələrində yeni dərs ilinin birinci dərsi Azərbaycan Respublikasının digər dövlət rəmzləri ilə yanaşı Azərbaycan Respublikasının Dövlət Himninin öyrənilməsinə həsr edilir.

Maddə 8. Azərbaycan Respublikasının Dövlət Himnindən istifadəyə dair məhdudiyyətlər

8.1. Azərbaycan Respublikasının Dövlət Himni başqa dildə oxuna bilməz.

8.2. Azərbaycan Respublikasının Dövlət Himninin təhrifinə yol verilmir.

Maddə 9. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Maddə 10. Yekun müddəa

Bu Qanun qüvvəyə mindiyi gündən "Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 11, maddə 328; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 6, maddə 380; 2004, № 4, maddə 199; 2017, № 5, maddə 687) 1-ci maddəsi ləğv edilir.

Demokratikmusavat.com

Xəbər Lenti

TREND İnformasiya Agentliyi baş direktorunun müavini Elxan Ələsgərov Moskvada təhlükəsizlik konfransında iştirak edəcək

Azad gizli toy edəcək

Şri-Lankada fövqəladə rejim tətbiq olunacaq

Hanoyda AZƏRTAC və Yonhap informasiya agentlikləri rəhbərlərinin görüşü olub

Xoşbəxt Yusifzadə: "Azərbaycan xarici bazarlara yüz milyonlarla ton neft tədarük edib"

SON DƏQİQƏ! Şri-Lankada daha bir partlayış - Kilsə yaxınlığında

Muğam Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş I Açıq Musiqi Müsabiqəsinin açılışı keçirilib

Fatimə: “Yəhudilər başıma 5 min pul səpdi”

Tarixin ibrət dərsləri...

Bakıda SOCAR-ın IV beynəlxalq forumu keçirilir - FOTO

"Regional İnkişaf" İctimai Birliyi üzünü it parçalayan uşağın bundan sonrakı müalicəsinə dəstək göstərəcək

Zidandan Poqba ilə bağlı açıqlama

Problemli kreditlər üzrə kompensasiyalar üçün ayrılan ilkin məbləğ açıqlandı

Ukraynada seçkiləri izləyən deputat: "Hər hansı bir problem qeydə alınmayıb"

Növbəti 30 il ərzində AÇQ-dən nə qədər neft hasil ediləcək?

Azərbaycan kubokunda yarımfinalın hakimləri açıqlandı

Azərbaycan Beynəlxalq Bankı kompensasiya ödənişlərinə start verdi

Daniil Kvyat: "Bakı trası maraqlı trasdır"

"Tarixin ən yaxşı "Liverpul"u ilə mübarizə aparırıq" - Qvardiola

Kişi arvadını və 3 uşağını öldürüb, video çəkdi - Dəhşətə gətirən səbəb - FOTO

Prezident İlham Əliyev Şri-Lanka Prezidentinə başsağlığı verib

Kubada iki yük maşını toqquşdu - 30-dan çox yaralı

Het-trik etdi, tarixə düşdü

Rafael Ağayevdən bürünc medal

Röyanın sevgilisi var

Şri-lanka terrorunda ölənlərdən 3-ü milyarderin övladları imiş - FOTO

TANAP vasitəsilə qaz nəqlinin həcmi açıqlandı

“Anam qan içində görüb ürəyi getdi” - Qardaşı Dilarənin başını kəsibmiş - VİDEO – FOTO

Rabitəbank ilk kompensasiyasını ödədi

Azərbaycanın ən iri qaz yatağından hasilat həcmləri açıqlanıb

Əfqanıstanda mədəndə 8 nəfər boğulub öldü

Xatirə: "Kişi olsaydım, Xumar Qədimovanı alardım"

PSJ Fransa çempionu oldu - VİDEO - FOTO

Xatirə: "Şou-biznesdə soyunmaq lazımdır"

"Liverpul"dan səfər qələbəsi - VİDEO - FOTO

Xalq artistini görənlər tanımadı - FOTO

"Mançester Yunayted" darmadağın oldu - VİDEO - FOTO

Afət Fərmanqızı "Domra"nı yeni mahnısı kimi təqdim etdi

Xalq artisti: "Prezident İlham Əliyevin apardığı uğurlu siyasət sayəsində Azərbaycan böyük inkişaf mərhələsindədir" - VİDEO

Müxalifətimiz niyə dəyişmir?

Deputat: "Xalq-iqtidar birliyindən narahat olan qüvvələr ölkə daxilində “5-ci kolon” vasitəsilə ictimai narazılıq formalaşdırmağa çalışırlar"

Azyaşlı Aygün Kazımovanı görüb özünü itirdi - VİDEO

AKP Kılıçdaroğluna qarşı hücumu pisləyib

Azərbaycanlı futbolçu Bakıda döyüldü

34 il sonra çempion oldular - FOTO

Türk oğlandan "Tarqovı"da azərbaycanlı qızlara əxlaqsız təklif - Qızların reaksiyası təəccübləndirir - FOTO

Şri Lanka teraktı haqda acı etiraf: Kəşfiyyat bilirdi, lakin...

Gürcüstanda qarşıdurmalar baş verib, onlarla yaralı var

Poroşenko tərəfdarları aksiyaya çıxır

Londonda həbs edilən etirazçıların sayı 963-ə çatıb

Türk hərbi bazasına ildırım düşdü: yaralananlar var

Lənkəranda F-1 əl qumbarası tapılıb - FOTO

Gürcüstanda kilsə himnini və milli folklor nümunələrini öyrədən musiqi məktəbləri açılır

BU MÜƏLLİMLƏR yerdəyişmə müsabiqəsində iştirak edə bilməzlər

Ukraynada protokolların 66%-i hesablanıb: lider 73,04% səslə...

Şri-Lankada törədilən terror aktları nəticəsində ölənlərin sayı 262-yə çatıb

Litva katolik kilsəsi Parisdəki Notr-Dam kilsəsinin bərpası üçün ianələr toplamağa başlayıb

Tramp Zelenskiyə zəng edib

Estoniyada azərbaycanlı sədrin rəhbərlik etdiyi partiyada daxili seçkilər keçiriləcək

Əli Xamenei yeni komandan təyin edib

Ayaz "Spartak"da ilk qolunu vurdu

Qazaxıstanda təyyarə qəzaya uğrayıb, ölənlər var

Kolumbiyada torpaq sürüşməsi 14 nəfərin həyatına son qoydu

Protokolların 3%-nın emalından sonra Zelenski Ukrayna prezidenti seçkilərində 72,12% səslə liderdir

Günün qoroskopu:Diqqətli olun, xırdalıq və təfərrüatlara fikir verin

"Liverpul" zirvədə, "Arsenal"dan gözlənilməz məğlubiyyət

Benzema "Real"a qələbə qazandırdı

"Kino saçımı tumarlayır..." - FOTO

"Borussiya"dan böyükhesablı qələbə

"Fənərbağça" aşağı liqaya doğru - YENƏ UDUZDULAR

PSJ oynamadan çempion oldu - 8-ci dəfə

Bakıda yanğın olub, 2 nəfər azyaşlı zəhərlənib

Zelenski qələbəsindən danışdı

Poroşenko məğlubiyyətlə barışdı

Səyahət həvəskarlarının sevimli məkanı, 5 min illik tarixə malik Sündü kəndindən FOTOREPORTAJ

Türkiyədə müxalifət liderinə hücum olub - YENİLƏNİB - FOTO

Cənazə namazı qılınmayan, yası tutulmayan Səlcuqlu sultanı kim olub? - TARİXİ FAKT

Azərbaycana ərəbləri kütləvi şəkildə hansı xəlifə köçürüb? - TARİXİ FAKT

Pantomima Teatrının direktoru: Teatr işçilərinin maaşlarının 50 faiz artırılması sənət adamları arasında toy-bayrama çevrildi - VİDEO

"Ləzzət almasam, burada 25 il işləyə bilməzdim" - FOTO

Bakıda təhlükəli anlar: kişinin başına oyun açdılar - VIDEO - FOTO

"Exit Poll": Zelenski Ukrayna prezidenti seçkilərində qalib gəlir

"Başqa ölkənin himnini səsləndirməyi təsəvvür edə bilmirəm" - Nazim Babayev - FOTO

"Uşaqların ilk ideal fərdləri öz valideynləridir" - Mənim balam - FOTO

Almaniyadakı Cərrahiyyə və Transplantologiya klinikasında işləyən yeganə azərbaycanlı - Uğur hekayəsi - FOTO

Azərbaycanlı gimnast Nərminə Səmədova: "Səhvə yol verməsəydim, birinci yeri tutacaqdım"

İslamı qəbul edib müsəlman olan DÜNYA ULDUZLARI - FOTO

AGF Junior Trophy-də bürünc medal qazanan Arzu Cəlilova: "Medal qazandığıma görə şadam"

Rafael Ağayevin növbəti uğuru

AGF Junior Trophy-də qızıl medal qazanan Azərbaycanın qrup komandasının üzvləri: "Hər şey hələ qabaqdadır"

Şri-Lankada dəhşətli TERROR: 8-ci partlayış - 215 ölü, 400 yaralı - YENİLƏNİB - VİDEO - FOTO

Milli oyunlarımızı "yeyən" "iqra"lar - FOTO

Suriyaya sutka ərzində mindən artıq qaçqın qayıdıb

17 ildir azarkeşlik edən Ayan - FOTO

Müasir alimlər kainat haqqında heç nə bilmir - Patriarx Kirill

"Mançester Yunayted" darmadağın oldu - 0:4!

Türkiyə XİN rəhbəri Şri-Lankada baş verən teraktları pisləyib

"Başakşəhər" məğlubiyyətdən qaçdı - 90+6-da - PENALTİ

Şri-Lankada terror aktı törətmiş kamikadzenin FOTOsu yayıldı

"Bacarmazsan" dedilər, dünya çempionu oldu - Röyalə Fətəliyeva - FOTO

Anri keçmiş klubunda

PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah - Video layihə - 21.04.2019 tarixli bölüm

PSG Draksleri satışa çıxardı

Fransa yenə "qaynayır" - Etirazçılar əl çəkmir - FOTO

Mariana Vasileva: "Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyinin inamı və dəstəyi olmadan biz heç vaxt belə bir nəticəyə nail ola bilməzdik"

Pankisidə çeçenlərlə toqquşma - 15 polis yaralandı

Deputat: "Bəzi dairələr Azərbaycanın qısa müddətdə belə böyük uğurlar əldə etməsini həzm edə bilmirlər"

Yaponiyada avtobus piyadalara çırpılıb, ölən və yaralananlar var

Əməkdar artist efirə ikinci xanımı ilə gəldi - FOTO

Paşinyan Madrid prinsiplərindən imtina etsin - Babayan dilini dinc saxlamır

Xatirə İslam: "Sənəti var, amma adam deyil" - VİDEO

Yaz gəldi, meşə yanğınları başladı - Riqada təhlükə...

AGF Junior Trophy beynəlxalq turnirində komandalar arasında beş gürz və beş lentlə qrup hərəkətlərində qaliblər mükafatlandırılıb: Azərbaycan qızıl və gümüş medallar qazanıb - FOTO

Türkiyədə müxalifət liderinə hücum olub - FOTO

Ukraynada seçicilərin 48 faizə yaxını səs verib

Kinomuzun "Təhminə”si: “Qorxurdum ki, məni Azərbaycanda oğurlayarlar”

Azərbaycan komandası AGF Junior Trophy beynəlxalq turnirində beş lent ilə qrup hərəkətlərində gümüş medal qazanıb

“Qazprom”un menecerinin evindən seyf oğurlandı

Ukraynada SON DURUM: kim qalib gəlir? - Exit-poll-un qeyri-rəsmi nəticələrinə görə...

Azərbaycana qarşı yeni "kampaniya"lar hazırlanır

"Beşiktaş" futbolçusu ilə bağlı qərarını verdi

Azərbaycan komandası AGF Junior Trophy beynəlxalq turnirində beş halqa ilə qrup hərəkətlərində qızıl medal qazanıb