Beş rayon əvəzində "Dağlıq Qarabağa"a status?!

 

На данном изображении может находиться: 1 человек, часть тела крупным планом

Qabil Hüseynli: İnanmıram ki, Azərbaycan ""Dablaq Qarabağ"ya hər hansı statusun verilməsinə razı olsun, çünki rəsmi Bakı problemin öz ərazi bütövlüyü çərçivəsində həll edilməsini tələb edir"

Fotoqrafiya 

Zərdüşt Əlizadə: "Bu görüşün əsas səbəbi, Rusiyanın öz hegemonluğunu nümayiş etdirməsidir"

 Məlum olduğu kimi, Vyana görüşündən cəmi iki həftə sonra Azərbaycan və Ermənistanın xarici işlər nazirləri səviyyəsində növbəti görüş Moskvada baş tutdu. Bu görüşün maraqlı məqamları ondan ibarətdir ki, bir tərəfdən ölkə rəhbərləri yenicə görüşüb, digər tərəfdən isə Minski Qrupunun həmsədriləri ilə yanaşı görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak edib. Görüş ərəfəsində atəşkəsin erməni silahlı qüvvələri tərəfindən intensiv şəkildə pozulması müşahidə edilir.

Dünən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi çərçivəsində erməni həmkarı Zohrab Mnatsakanyanla görüşdü. Qapalı müzakirələr 29 Mart tarixində Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında aparılmış danışıqların yekunu fonunda keçirilir.

 Görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Minsk Qrupu həmsədr ölkəsinin XİN rəhbəri qismində iştirak edib.

Bütün bu əlamətlər cəmiyyətdə belə bir fikir formalaşdırır ki, Rusiya Vyana görüşlərinin nəticələrini korrekte etmək üçün yeni görüşün keçirilməsini istəyib. Lakin bu, sadəcə proseslərin əlamətlərinə əsaslanan qənaətdir. Məsələyə mütəxəssis rəyi almaq üçün politoloq Qabil Hüseyinliyə müraciət etdik. Politoloq bildirdi ki, Rusiya fərqlənməyə çalışır - o, dünyaya mesaj vermək istəyir ki, bu münaqişənin həllinin açarları onun əlindədir, başqa dövlətlərin bu məsələyə baş vurması işi irəlilədə bilməz: "Bu nöqteyi-nəzərdən Moskva problem üzərində öz inhisarını dünya ictimaiyyətinə geniş şəkildə çatdırmiaq istəyir. Rusiyanın Vyana görüşünün nəticələri üzərində korreksiyasına gəldikdə isə qeyd edim ki, həmin görüşdə problem barədə hər hansı bir ciddi müzakirənin aparıldığına inanmıram, ciddi müzakirə yoxdursa,  nəticə də yoxdur - irəliyə doğru hər-hansı bir addım atılmayıb. Çünki masa üzərində konkret müzakirə mövzusu yox idi. Amma bu dəfə S. Lavrov görüşdə iştirak edirsə, deməli stolun üzərində müzakirə ediləcək nələrsə var. Əlbəttə, bu Rusiyanın gah Kazan, gah da Lavrov modeli adlandırdığı 5 rayonun geri qaytarılması da ola bilər. Düşünürəm ki, bu məsələ ətrafında fikir mübadiləsi gedəcək. Bu modeldə Azərbaycandan tələb edilən addım "Dablaq Qarabağ"ın statusu məsələsidir - bu modelin prinsiplərinə əsasən "Dablaq Qarabağ"a keçici statusun verilməsi tələb edilir. Amma mən inanmıram ki, Azərbaycan "Dablaq Qarabağ"a hər hansı statusun verilməsinə razı olsun, çünki rəsmi Bakı problemin öz ərazi bütövlüyü çərçivəsində həll edilməsini tələb edir. Danışıqlar kifayət qədər mürəkkəb mərhələdədir, nəticə verə biləcəyinə ümid etmək olmaz".

Danışıqlar ərəfəsində həmişə Ermənistanın cəbhə bölgəsində atəşkəs rejimini intensiv pozmasına aydınlıq gətirən siyasi şərhçi bildirdi ki, düşmən ölkə Azərbaycanın əsəblərini sınağa çəkir: "Ermənistan düşünür ki, Azərbaycan atəşkəs rejiminin intensiv pozulmasını əsas gətirərək danışıqlardan imtina edə bilər, o da bundan bir bəhanə kimi istifadə edərək rəsmi Bakının danışıqlardan qaçdığını bütün beynəlxal təşkilatlara və dünyaya bəyan edə bilir. Bu ermənilərin təxribatıdır və Azərbaycan heç vaxt bu təxribatlara getməyəcək, "yalançını evinə qədər qovmaq" prinsipini rəhbər tutacaq, amma çətin ki, bu danışıqlar hansısa nəticə versin...".

Məsələ barədə bizimlə söhbət zamanı politoloq Zərdüşt Əlizadə bildirdi ki, bu görüşün səbəbi Rusiyanın tərəflərə müəyyən məsələləri diktə etməsidir: "Rusiyanın arzusu odur ki, cəbhənin hər iki tərəfində də onun qoşunları yerləşsin. Faktiki olaraq Rusiyanın Ermənistanda qoşunları var, istəyirlər ki, Azərbaycanda da olsun. Ümumiyyətlə, bu görüşün əsas səbəbi Rusiyanın öz hegemonluğunu nümayiş etdirməsidir".

Digər siyasi şərhçilərin də açıqlamalarında vurğulanır ki, Rusiya çəkinmədən münaqişənin onun inhisarında olduğunu hər addımda sezdirməyə, hətta, gözə soxmağa çalışır. Bu dəfə də Rusiya çalışacaq ki, onun kurasiyası ilə keçirilən sözügedən görüş səmərəsinə görə, Vyana görüşündən bir addım qabaqda olsun. Bu baxımdan S.Lavrov münaqişənin həlli istiqamətdə təsirsiz olsa belə, münaqişə tərəflərinin imzaladığı bir sənəd ortaya qoymağa çalışacaq.

 Akif Nəsirli

0.15307998657227