Ağdam şəhər icra nümayəndəliyində həbslər ola bilər- ŞOK KORRUPSİYA FAKTLARI AŞKARLANIB

 

Azərbaycanda idarəçilikdə ciddi islahatlar, xoşagəlməz hallara qarşı mübarizə aparılır.Lakin neqativ hallar yenə qalmaqdadır.

“Korrupsiya, rüşvətxorluq bizim uğurlu inkişafımızı əngəlləyən əsas bəlalardır.”- bunu Azərbaycan prezidenti İlham Əiliyev çıxışlarının birində deyib. Və bu bəla ilə mübarizədə medianın da rolunu xüsusi vurğulayıb. Odur ki, belə halların üzə çıxmasında biz də mətbu orqan olaraq çalışırıq.

Növbəti korrupsuya qalmaqalı ilə bağlı xəbər Ağdamdan gəldi.

Milletinsesi.info-nun məlumatına görə Realmedia.az-a verilən xəbərə görə Dövlət Maliyyə Nəzarəti Xidmətinin rayonda apardığı təftiş zamanı ciddi nöqsanlar aşkarlanıb.

Məlum olub ki, Ağdam Şəhər Nümayəndəliyinin balansında olan 02-AA-055 dövlət nömrə nişanlı, QAZ-31 markalı avtomobil qəza səbəbindən 3 ildir ki, yararsız halda qarajda olmasına baxmayaraq həmin maşına hər ay küqlllü-miqdarda yanacaq silinib. Bu hələ harasıdır, Fəxrəddin adslı şəxsə bu avtomoibilin sürücüsü kimi maaş da ödənilib vaxtı-vaxtında. Həmin bu Fəxrəddini rayonda hamı nümayəndəliyin “qara kassası” kimi tanıyırlar.

Dövlət Maliyyə Nəzarəti Xidmətinin Ağdama ezam olunmuş Rövşən adlı işçisi az müddətdə 30 min yeyinti faktını aşkarlayıb. Bu hələ üzdə olasn faktlardır.  Ağdam şəhər icra nümayəndəsi Zabil Mehdiyev  müfəttişin daha dərinə getməsindən qorxaraq dərhal danışıqlara başlayıb.Rayonda verilən məlumata görə Rövşənə imtina edə bilməyəcəyi məbləğdə “şirinlik” vəd olunub.

Yoxlamanın necə nəticələnəcəyi , müfəttişin Zabil Mehdiyevlə anlaşmaya gəlib-gəlməyəcəyi tam məlum deyil. Bu haqda məlumat verəcəyik.

Düşünürük ki, Zabil Mehdiyevlə prokurorluq orqanlarının maraqlanmasının vaxtıdır.

0.29739999771118