AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır

  11

Tarix keçmişi, bu günü və sabahı bir-birinə möhkəm tellərlə bağlayan bir keçid, körpüdür. Keçmişi bilmədən bu günə və gələcəyə keçmək qeyri-mümkündür. Keçmişimizi öyrənmək üçün ilk addım kimi tarixə, onun fəlsəfəsinə və təyinatına olan münasibətimizi dəyişməli, anlayışların zahirindən daha çox, onların daxilini görməyə, anlamağa vərdiş etməliyik.

Bu fikirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yenicə çapdan çıxmış "Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında" kitabında yer alıb.

Xanlıqlar dövrünün siyasi sənədlər əsasında qiymətləndirilməsi istiqamətində mühüm elmi addım

Akademik Ramiz Mehdiyevin bu kitabı Azərbaycan tarixinin ən ağrılı və həssas mərhələlərindən sayılan xanlıqlar dövrünün indiyədək tarixşünaslığımıza məlum olmayan siyasi sənədlər əsasında qiymətləndirilməsi istiqamətində atılmış mühüm elmi addımdır. Ümumilikdə 22 orijinal sənədin daxil edildiyi toplu xanlıqlar dövrünün siyasi təhlilinə və tarixi dəyərləndirilməsinə həsr olunan sanballı tədqiqat işidir. Akademik xanlıqlar dövrünün indiyədək ciddi elmi mübahisələrin predmeti olan bir sıra mühüm problemlərinə, hadisə və şəxsiyyətlərə faktlar və etibarlı elmi mənbələr, arxiv sənədləri əsasında münasibət bildirir, həmin tarixi mərhələyə obyektiv qiymət verməyə mane olan məsələlərə aydınlıq gətirir. Nəticədə müqayisəli və hərtərəfli elmi təhlil metodu əsasında tarixşünaslığımızda ilk dəfədir ki, xanlıqlar dövrü siyasi və tarixi nöqteyi-nəzərdən mahiyyətcə yeni kontekstdə dəyərləndirilir.

Müəllif tədqiqatların nəticəsi olaraq bu qənaətə gəlir ki, xanlıqlar dövrü Azərbaycan dövlətçiliyinin və xalqının taleyində oynadığı rol baxımından tariximizin ən mühüm mərhələlərindən birini təşkil edir. Məhz bu dövrdə Azərbaycan dövlətçiliyi mərkəzləşmə prinsipindən məhrum olur. Vaxtilə Səfəvi şahlarının, xüsusən Şah İsmayıl Xətainin və Nadir şahın hərbi dühası və siyasi məharəti hesabına yaradılan, Azərbaycan türklərinin titul xalq statusunda idarə etdikləri böyük bir coğrafiyada irili-xırdalı onlarca feodal dövlətin meydana gəlməsi siyasi böhranla yanaşı, böyük iqtisadi və mədəni tənəzzülə aparıb çıxarır. Xanlıqlar dönəmini Azərbaycan üçün aktuallaşdıran başqa bir amil isə xalqımızın məhz həmin siyasi dövrün səhvləri ucbatından ikiyə bölünməsi və bu günə qədər də parçalanmış vəziyyətdə yaşamağa davam etməsi ilə bağlıdır. Şimali Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğal olunması, Qacarların bütün cəhdlərə baxmayaraq, onları geri qaytara bilməməsi, nəhayət, imzalanan Gülüstan və Türkmənçay müqavilələri indiyədək mövcud olan reallığın mühüm tarixi səbəbləridir.

Bütün hallarda tarix olduğu kimi yazılmalıdır və bu, tarixçilərin əsas missiyasıdır. "Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında" kitabı bu baxımdan tarixşünaslığımıza çox dəyərli töhfədir və öz mötəbərliyi ilə ilk baxışda diqqəti çəkir.

22 sənəd və ya tarixçilər üçün yol xəritəsi

Azərbaycan oxucusuna ana dilində ilk dəfə təqdim edilən 22 sənəd arasında Qacar şahlarının Azərbaycan xanlarına məktubları, həmçinin xanların o dövrdə Rusiya komandanlığı ilə yazışmaları özündə tarixi həqiqətləri əks etdirir. Fətəli şahın 1796-cı ilin noyabrında bütün Tiflis əhalisinə ünvanlandığı fərman, yaxud İstanbuldakı İran səfirliyinin ermənilərə sığınacaq verilməsi barədə Xarici İşlər Nazirliyinə məktubu, Cavad xanın Knyaz Sisianova cavab məktubu və digər sənədlər həmin dövrün real mənzərəsinə aydınlıq gətirmək baxımından böyük əhəmiyyət kəsb edir.

Təqdim edilən sənədlər müvafiq şərh və izahlarla müşayiət olunur.

Akademik Ramiz Mehdiyevin yeni kitabı tarixçi alimlər üçün yol xəritəsi də sayıla bilər. O, bu sahənin mütəxəssislərinə çağırış edərək yazır: "Tarixçilərimiz, filosoflarımız, ədəbiyyatşünaslarımız, mədəniyyətşünaslarımız onu da unutmamalıdırlar ki, keçmişin irsindən qorxmağa, yaxud ehtiyatlanmağa lüzum yoxdur. Onu olduğu kimi qəbul edib öyrənmək, müsbət tərəflərini və qüsurlarını obyektiv şəkildə göstərmək və ədalətli qiymətləndirmə əsasında ictimaiyyətə ötürmək lazımdır. Tarixi mirasla işləyərkən, əslində, tamam başqa bir məsələdən - hansısa siyasi-ideoloji səbəblərdən, yaxud təəssübkeşlik ucbatından ört-basdır etməyə çalışdığımız və ya mahiyyətini təhrif edərək çatdırdığımız faktların sonradan aşkara çıxarıldığı zaman xalqda, cəmiyyətdə yaradacağı məyusluqdan, ruh düşkünlüyündən və psixoloji sarsıntıdan ehtiyatlanmaq lazımdır".

Kitabda türkiyəli tarixçi F.Sümər, iranşünas və şərqşünas alimlər M.S.İvanov, K.E.Bosvort, Y.Krımski və başqalarının xanlıqlar dövrünün hadisələri ilə bağlı maraqlı fikirlərinə istinad edilir.

Tarix ondan zəruri dərslər çıxarılmadığı təqdirdə
daha amansızlıqla təkrar olunur

Əsərdə xanlıqlar dövrünün hadisələrinin müasir dövrlə əlaqələndirilməsi daha bir mühüm məziyyət kimi diqqəti cəlb edir. Müəllif yazır ki, xanlıqlar dövrü ilə müstəqilliyimizin ilk illəri arasında mövcud olan kədərli oxşarlıqlardan daha biri isə torpaqlarımızın itirilməsi ilə bağlıdır. Əgər xanların özbaşınalığı və separatçı davranışları Şimali Azərbaycanın çarizm tərəfindən işğalı və 1828-ci il Türkmənçay sazişinin müddəalarına əsasən İran ermənilərinin Qarabağa, Naxçıvana və İrəvana köçürülməsi ilə yekunlaşmışdısa, ötən əsrin 90-cı illərinin əvvəlində üzləşdiyimiz vəziyyət Ermənistanın öz havadarlarının birbaşa dəstəyi sayəsində Dağlıq Qarabağı, həmçinin onun ətrafındakı 7 rayonu qəsb etməsi ilə nəticələndi. Bu həm də onu sübut edir ki, tarix ondan zəruri dərslər çıxarılmadığı təqdirdə daha amansızlıqla təkrar olunur.

Akademik bu qənaətə gəlir ki, Azərbaycan xanları vaxtilə birləşib ümumi düşmənə qarşı vahid cəbhədən çıxış edə bilsəydilər, böyük ehtimalla torpaqlarımızın bu qədər asanlıqla və qısa zamanda işğalı da mümkün olmazdı.

Kitabda Ağa Məhəmməd şah Qacar, Abbas Mirzə Qacar, Fətəli şah Qacar, Qarabağ xanı İbrahimxəlil xan, Gəncə xanı Cavad xan, Şəki xanı Səlim xan, general Pavel Sisianov, birinci və ikinci Rusiya-İran müharibələri, həmçinin Kürəkçay müqavilələri barədə verilən məlumatlar oxucuya həmin dövrün mühüm şəxsiyyətləri və hadisələrinə dair yığcam məlumatlar çatdırır.

Akademik Ramiz Mehdiyevin tədqiqatları, dərin məntiqə söykənən fikir və mülahizələri, dəyərli tövsiyələri, həmçinin təqdim etdiyi qiymətli sənədlər xanlıqlar dövrünə aid bir çox yanlış yanaşma və şərhləri aradan qaldırmağa imkan yaradacaq. Bununla yanaşı, Azərbaycan tarixşünaslığında, ictimai fikrində məsələyə münasibətdə daha sistemli və ədalətli baxışın formalaşmasına təkan verəcək.

Kitab həm peşəkar tarixçilər və mənbəşünaslar, həm də Azərbaycan tarixi ilə maraqlanan oxucular üçün nəzərdə tutulur.

Demokratikmusavat.com

Xəbər Lenti

BMT-nin Qolan yüksəkliklərinin statusu üzrə mövqeyi dəyişməz olaraq qalır

Afrika Millətlər Kubokunun təsnifat mərhələsinə yekun vurulub

Tramp İsrailin Qolan yüksəklikləri üzərində suverenliyini tanıyıb

Tramp İsrailin Qolan yüksəklikləri üzərində suverenliyinin tanınması barədə sənəd imzalayıb

Pens: "Tramp Qolan yüksəlikləri üzərində İsrailin suverenliyini rəsmi olaraq tanıyacaq"

İsrail HƏMAS-ın mövqelərinə zərbələr endirir

Millimiz Litva ilə bacarmadı

"Real" Mbappeyə görə 280 milyon avro verməyə hazırdır

Nərgiz Cəlilova SİRLƏRİNİ AÇDI: "O, romantik keyfiyyətlərə malikdir" - FOTO

Yaponiya hökumətinin istifadə etdiyi təyyarələr istismardan çıxarılacaq

Çin dünyanın ən böyük təbii qaz idxalçısına çevrilib

“O, futbol tarixinin bənzərsiz bir oyunçusudur” - Enrike

“Oğlunuza qız verməsinlər ki, anası müğənnidir”

İranda çovğun və daşqın: 68 nəfər ölüb - YENİLƏNİB - VİDEO

Zaur mer postuna namizəd oldu

"Həyəcan təbili hələ Azərbaycanla oyunda çalınmışdı" - Modriç

“Əcəb edir, günah onu efirə buraxanlardadı”

Emiliana R. Simon-Tomas Bakıda "Xoşbəxtlik elmi" adlı ödənişsiz təcrübi təlim keçirəcək - VİDEO - FOTO

Kəramətin şair atası: “Bu adam hər şeyini itirib. Arvadı, evi yox. Verdiyim evi də xaraba qoyub”

"Oğlumun ad gününə gəldi, ərimi əlimdən aldı" - Xoşqədəm daha bir məşhuru biabır etdi

Xəyal Əhmədov almaniyalı rəqibinə aman vermədi - "Tank" dünya kəmərini qazandı

ICGB: "Azərbaycan qazının Avropaya nəqli layihəsi daha rəqabətqabiliyyətli qiymətləri təmin edəcək"

Serj Sarkisyan üzə çıxdı - FOTO

Trampın çəkindiyi 3 əsas siyasi rəqib məlum oldu

Varan "Real"dan ayrılacağı haqda açıqlama verdi

Ağ Evdən açıqlama: “Tramp demokratlara qarşı hüquqi təqibə başlamayacaq”

İranın Şiraz şəhərində 11 nəfər öldü - FOTO

"Napoli" futbolçusuna 150 milyon qiymət qoydu

Bağ evlərindən oğurluq edən şəxslər saxlanıldılar - FOTO

“Tünzalə çox danışır, Elza müğənni deyil”

İtaliyada 100-ə yaxın reys təxirə salınıb - SƏBƏB

Ekspert: "Nazarbayevin əsasını qoyduğu xarici siyasi kurs onun xələfləri tərəfindən davam etdiriləcək"

ABŞ-da məscidə od vuruldu

Tereza Mey istefa şərtini açıqladı

"Bizə qarşı oyunlarda güclərinin 200 faizini istifadə edirlər"

Süd və süd məhsulları alarkən diqqətli olun!

Türkiyə Rusiya vətəndaşları üçün vizanı ləğv edir

"Reytinqə görə məxluqları efirə çıxarıb dağ başına qoyurlar"

Bakıda kompüter oyunları salonundan oğurluq edən qrupun bir üzvü saxlanıldı

Tanınmış marketdə malların kassada başqa qiymətə satılması ilə bağlı açıqlama - FOTO

“Çat Kapı Aşk” filminin qala-gecəsi İstanbulda keçirildi - VİDEO - FOTO

10 448 tənha ahıl və əlilliyi olan şəxs evlərində sosial xidmətlə təmin olunur

“Qaşıqçı cinayəti”ndə əsas günahkarın məhkəmədən yayındığı məlum olub

LUKOIL "Şahdəniz- 2" layihəsi üçün kreditdən niyə imtina etdi?

Azərbaycanda 25 nəfərin öldüyü yanğın daha bir cinayətin üstünü açıb - Qaçırdığı qadını öldürmək istəyib.…

İranda çovğun və daşqın: 113 min nəfərə yardım edilib - VİDEO

AÇ-2020-nin talismanı bəlli oldu

Almaniya yeni islam yaratmaq istəyir

Ayanın 4 evi, 3 maşını var

Qazaxıstanda daha iki şəhərin adını dəyişmək istəyirlər

Gömrükdə avtomobillərdən 14 mobil telefon çıxdı - FOTO

Əminin məhbus qardaşoğluna telefon ötürmək cəhdi alınmadı - FOTO

Peçenye 24 yaşlı qadını öldürdü

Azərbaycan hekayələri Fransada təqdim olundu - FOTO

İspaniya Kralı Argentinada bir saat təyyarədə qaldı

19 cinayətin üstü “isti izlər”lə açıldı

"Erməni əsgərlərin cəzalandırılaraq Dağlıq Qarabağa göndərilməsi bir çox mətləblərdən xəbər verir"

Ukraynada prezidentliyə ən şanslı namizədlər - REYTİNQ

77 il əvvəl itkin düşən sualtı qayıq tapıldı - VİDEO

Müharibə veteranlarına Prezident təqaüdü təyin olunacaq - Tarix açıqlandı

Müharibə veteranlarına Prezident təqaüdü təyin olunacaq - Tarix açıqlandı

Gürcüstanda sosial işçilər tətil elan edirlər

Son 100 ildə adını dəyişən ölkələr - SİYAHI

Expressbank aztəminatlı ailələrə bayram sevinci bəxş etdi

Netanyahu ABŞ səfərini yarımçıq qoydu

"Azərbaycanın güclü futbolçuları var"

Bu gün Sumqayıtın bir hissəsində işıq olmayacaq

Myanmada dəhşətli partlayış: 16 ölü, 48 yaralı

Bədii gimnastımız beynəlxalq turnirdə 2 bürünc medal qazandı

İranda benzin borusu yanır

Sabahın hava proqnozu açıqlandı

İdman gimnastlarımız Dünya Kubokunda çıxış ediblər

Yeni Zelandiyadakı terroru kral komissiyası araşdıracaq

Qazaxıstanda neft yatağında yanğın

Prezident İlham Əliyev banqladeşli həmkarını təbrik edib

“Ayselin günahı yoxdur” - Ayandan həmkarına dəstək - VİDEO

Azərbaycan Litvaya qarşı

Keşişə 1 milyon dollar verildi

Tramp-Rusiya sövdələşməsi təsdiq olunmadı

Rusiyalı ekspert: "Paşinyan və komandası Ermənistan iqtisadiyyatını tamamilə çıxılmaz vəziyyətə salacaq"

AVRO-2020-nin seçmə mərhələsi - Türkiyə yenə meydana çıxır

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artır

Putin II Dünya müharibəsi ilə bağlı tədbirə çağırılmadı

Gömrükdən "Marlboro" və kürü keçirmək istədi - FOTO

Hollandiya - Almaniya matçında 5 qol - VİDEO - FOTO

İsrailə raket atıldı - YARALILAR VAR

Tramp Türkmənistanın Azərbaycan vasitəsilə Qərbə qaz ixrac etmək imkanından yararlanacağına ümid edir

İsrail XİN Trampın Qolan yüksəkliləri haqqında imzalayacağı sənədin tarixini elan edib

ABŞ-ın Yaponiyadakı hərbi bazasında partlayış

NATO-nun baş katibi Tbilisiyə gəlib

Azərbaycanın rəqibi Uels Slovakiyanı məğlub etdi

Ərdoğan: "Bu bütün dünyaya təhdiddir"

Azərbaycanda 240-dan çox uşaq ürəyindən əməliyyat edilib

"Serbiya NATO üzvü olmaq istəmir"

Tarixi oyunlarda Azərbaycana ilk medalı qazandıran xanım - Portret - FOTO

Bir nəfərin auditoriyada 150 adamı öyrətmək dövrü bitmək üzrədir - Uğur hekayəsi - FOTO

Fərəh Əliyeva: "Bu sənət əynimə biçilib" - FOTO

15 yaşlı qız dəm qazından zəhərlənib

AVRO-2020: Almaniya - Niderland oyununda 5 qol vuruldu

Flora Kərimova ilə Afət Fərmanqızı arasında yaşanan qalmaqala Brilliant Dadaşova da qoşuldu

Günün qoroskopu: Yeni maraqlı görüş və tanışlıqlar ola bilər

İtaliyanın "Kazalesi" mafiya şəbəkəsinin 4 üzvü həbs olunub

Naməlum avtomobil 2 qadını vurdu

PSJ Tuxellə yeni müqavilə imzalayacaq

AVRO-2020: Xorvatiya uduzdu, İsraildə 6 qol

Seçkidə səs yığa bilmədi, istefa verdi

Nazarbayev istefa qərarını Putinə deyibmiş

Azəri qızı Güneldən sinəsi və göbəyi açıq FOTOLAR