AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə yükdaşımaların həcmi 10 dəfə artıb

  14

Azərbaycanda səfərdə olan İranın İqtisadi işlər və maliyyə naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Fərhad Dejpəsəndin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq, abidəsi önünə əklil qoyublar.

İqtisadiyyat Nazirliyindən Demokratikmusavat.com-a verilən məlumata görə, Şəhidlər Xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini anıb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

Sonra İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin İran nümayəndə heyəti ilə keçirilən görüşündə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən nəqliyyat-tranzit, turizm, investisiya, energetika, İKT və s. sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri müzalirə edilib.

Nazir Ş.Mustafayev Azərbaycan və İran arasında siyasi və iqtisadi əlaqələrin inkişafetdiyini, əməkdaşlığın genişlənməsində Azərbaycan və İran prezidentlərinin siyasi iradəsini, iikitərəfli əməkdaşlığın inkişafına böyük önəm verdiklərini vurğulayıb. Qarşılıqlı hörmət və dostluq, mehriban qonşuluq prinsiplərinə əsaslanan Azərbaycan-İran əlaqələri son illər sürətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Son Azərbaycan və İran beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq edir və regional inkişafa öz töhfələrini verir.

İki ölkə arasında iqtisadi-ticarət əlaqələri barədə məlumat verən Ş.Mustafayev qeyd edib ki, ötən dövrdə ticarət əlaqələrinin inkişaf etdirilməsi istiqamətində davamlı tədbirlər görülüb, ticarət dövriyyəsi 2018-ci ildə əvvəlki ilə nisbətən 74% artıb. Ölkələrimiz arasında qarşılıqlı investisiya qoyuluşu sahəsində də uğurlu əməkdaşlıq həyata keçirilir. Bu əməkdaşlığın nümunəsi kimi Neftçala Sənaye Məhəlləsində birgə "Xəzər" avtomobil istehsalı zavodunu göstərmək olar. Qeyd olunub ki, Zavodda istehsal olunan avtomobillərin artıq 95%-i satılıb. Bununla yanaşı, Pirallahı Sənaye Parkında "Caspian Pharmed" birgə əczaçılıq zavodu tikiləcək.

Nazir diqqətə çatdırıb ki, Azərbaycanla İran arasında, Hacıqabul Sənaye Məhəlləsində "Scania" markalı avtobuslar istehsal edəcək birgə müəssisənin yaradılması nəzərdə tutulur.

İranla əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini qeyd edən İqtisadiyyat naziri nəqliyyat-tranzit sahəsində də uğurlu əməkdaşlıq həyata keçirildiyini diqqətə çatdırıb. Böyük əhəmiyyətə malik Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması istiqamətində mühüm irəliləyişlərə nail olunub. Belə ki, bu məqsədlə müvafiq hüququ baza yaradılıb. Azərbaycan bu layihə üzrə öz ərazisində müvafiq infrastrukturun yaradılması işini uğurla tamamlayıb. Astara-Astara dəmir yolunun tikintisi, Astaraçay çayı üzərində dəmir yolu körpüsünün inşası, Astarada (İran) tikintisi davam edən yük terminalı və məhsul anbarları Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində həyata keçirilən işlərin mühüm tərkib hissələridir.

Bu günlərdə açılışı həyata keçirilən və mühüm əhəmiyyətə malik Qəzvin-Rəşt dəmir yolunun tikintisi də bu sahədə görülən uğurlu işlərin nəticələrindəndir. Uzunluğu 164 km olan Qəzvin-Rəşt dəmir yolunun fəaliyyətə başlaması təkcə Şimal-Cənub deyil, eyni zamanda Cənub-Qərb Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində atılmış çox önəmli addımdır. Bütün bunlar daşınan yüklərin həcminin artırılmasını təmin etməklə Azərbaycan Respublikasının və İran İslam Respublikasının nəqliyyat-tranzit və ticarət-iqtisadi potensialının gücləndirilməsinə böyük töhfə verəcəkdir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı istiqamərində tədbirlər davam etdirilir. Qeyd olunub ki, 2018-ci ildə ötən illə müqayisədə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə yükdaşımaların həcmi 10 dəfə artıb.

Bildirilib ki, Azərbaycan və İran energetika sahəsində də uğurla əməkdaşlıq edir. Ölkələrimiz arasında "Xudafərin/Qız Qalası" və "Ordubad/Marazad" hidroqovşaqlarına dair sazişlər imzalanıb, 330 kv-luq Muğan (İmişli-Parsabad) elektrik xətti tikilib. Azərbaycandan İrana elektrik satışı üzrə Çərçivə Sazişi imzalanıb.

Nazir Ş.Mustafayev martın 14-də Bakıda İranın iqtisadi işlər və maliyyə naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Fərhad Dejpəsənd son illərdə ölkələrimiz arasında əməkdaşlığın genişlənməsi üçün görülən işləri, Azərbaycan nümayəndə heyətinin bu ilin martında İrana səfərinin, keçirilən görüşlərin uğurlu olduğunu vurğulayıb, Bakıda keçiriləcək Dövlət Komissiyasının 13-cü iclasının ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı istiqamətlərinin müzakirəsi üçün əhəmiyyətli platforma olacağını qeyd edib. F.Dejpəsənd ölkəsinin Azərbaycanla əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu bildirərək, sənaye, energetika, kənd təsərrüfatı, səhiyyə, turizm, maliyyə və bank, sığorta, ticarət, gömrük və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını diqqətə çatdırıb. Bildirilib ki, İranda birgə investisiyalı müəssisələrin yaradılması ölkələrimiz arasında əlaqələrin inkiişafına töhfə verə bilər.

Sonra Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-İran biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən turizm, sənaye, əczaçılıq, tikinti, ticarət, tekstil, maliyyə və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox sahibkar iştirak edib.

Biznes forumda çıxış edən iqtisadiyyat naziri Ş.Mustafayev Azərbaycan və İran dövlət başçılarının siyasi iradəsi və dostluq münasibətlərinin ikitərəfli əməkdaşlığın inkişafında əsas hərəkətverici qüvvə olduğunu, son illərdə ölkələrimiz arasında əlaqələrin ikitərəfli formatda, regional müstəvidə və beynəlxalq təşkilatlar çərçivəsində sürətlə inkişaf etdiyini vurğulayıb. Azərbaycan və İran arasında siyasi və iqtisadi əlaqələrin yüksələn xətlə inkişafı sahibkarlar arasında əməkdaşlığın daha da genişləndirilməsinə əlverişli şərait yaradır. Təsadüfi deyildir ki, son 5 ildə ölkələrimiz arasında 25 biznes forum və işgüzar görüş təşkil edilib.

İqtisadiyyat naziri bildirib ki, Azərbaycan-İran iqtisadi-ticarət əlaqələrinin inkişafı baxımından işgüzar dairələr arasında əməkdaşlığın genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir və bu istiqamətdə biznes forum, işgüzar görüş və sərgilərin keçirilməsi önəmlidir. Bu günkü biznes forum bu sahədə öz töhfəsini verəcək.

Nazir Ş.Mustafayev hər iki ölkənin işgüzar dairələrini mövcud imkanlardan, sənaye parkları və məhəllələrində yaradılan əlverişli şəraitdən yararlanmağa və birgə layihələr həyata keçirməyə dəvət edib.

İranın iqtisadi işlər və maliyyə naziri, Azərbaycan-İran Dövlət Komissiyasının həmsədri F.Dejpəsənd ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında, qarşılıqlı iqtisadi-ticarət, maliyyə və digər sahələrdə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialı vurğulayıb. F.Dejpəsənd İranın investisiya imkanları barədə məlumat verərək, Azərbaycanlı investorların bu imtiyazlardan və güzəştlərdən yararlanmasının, bir sıra sahələrdə, o cümlədən mədən sənayesi, turizm, kənd təsərrüfatı sahəsində birgə müəssisələrin təşkilinin faydalı olacağını qeyd edib.

Sonra AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev, İran Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatası sədrinin müavini Hüseyn Pirmüəzzin müvafiq olaraq Azərbaycanın və İranın biznes və investisiya mühiti, Azərbaycan Turizm Bürosunun şöbə müdiri Sevinc Zeynallı isə Azərbaycanın turizm imkanları barədə təqdimatla çıxış ediblər.

Tədbir Azərbaycan və İran iş adamları arasında əməkdaşlığın artırılması imkanlarının müzakirə olunduğu ikitərəfli görüşlərlə davam edib.

Demokratikmusavat.com

Xəbər Lenti

"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib - FOTO

Ferqüssonun çeynənmiş saqqızı ŞOK QOYMƏTƏ satıldı

Vüsalə həbsdə olan Təranənin qızını ziyarət etdi - FOTO

Qazaxıstan parlamenti Astananın adının dəyişdirilməsi haqda qanun qəbul etdi

Kasilyasdan yeni müqavilə

"Qadağalarla yaşayan qızlar ikiüzlüdür" - Səmra

Türkiyədə şiddətli zəlzələ

Dariqa Nazarbayeva Qazaxıstan senatının spikeri seçilib

"Barselona"nın transfer bombası

Bundesliqa klubu yeni baş məşqçisini açıqladı

Ronaldo və Messi eyni klubda çıxış edə bilər - İDDİA

Hökumətdən maraqlı təklif - Hər ata görə min dollar

Qazaxıstanın yeni prezidenti vəzifəsinin icrasına başladı

Zakir Həsənov Pakistana rəsmi səfərə gedir

Əlilliyi olan şəxslər, valideyn himayəsindən məhrum olmuş uşaqlar peşə təhsili müəssisələrinə müsabiqədənkənar qəbul ediləcək - YENİ QAYDA

Elmar Məmmədyarov Çili Respublikasında bir sıra görüşlər keçirib - FOTO

Evində narkotik yetişdirən şəxs ələ keçdi

Nikola Yurçeviç Qurban Qurbanovun qadağasını ləğv etdi - Zaqrebdə son vəziyyət necədir?

Azərbaycanda ötən il 1286 minik avtomobili istehsal edilib

Prezident İlham Əliyev: "Azərbaycan infrastruktur baxımından çox sürətlə inkişaf edir"

Prezident İlham Əliyev: "Azərbaycanın qonşu dövlətlərlə əlaqələri yeni mərhələyə qədəm qoyub"

"Mərcan" toyuqlu Şah plov Novruz süfrəsinin əsas bəzəyidir

Prezident İlham Əliyev: "Cənub Qaz Dəhlizi layihəsinin icrası Azərbaycanın uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcək, siyasi və iqtisadi maraqlarımızı qoruyacaq"

Dörd ölkədən Türkiyəyə qarşı həmlə

"Barselona"nın bəyənmədiyi futbolçunu 25 klub istəyir

Prezident İlham Əliyev: "Azərbaycan xalqı islahatların nəticələrini görür və bundan sonra da görəcək"

Prezident İlham Əliyev: "Bu il və bundan sonrakı illərdə ordu quruculuğu üçün nə lazımsa, onu da edəcəyik"

Türkiyədə əməliyyat: Çox sayda PKK mənsubu həbs olundu

Azərbaycan Prezidenti: "Hər bir sahədə islahatların aparılması ilə bağlı müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır"

Əhalinin banklardakı pulları 8 milyard manatı keçib

Abramoviç “Çelsi”yə qiymət qoydu: 2,5 milyard!

Azərbaycan Prezidenti: "Problemli kreditlərin həlli ilə bağlı fərmanın dünyada bənzəri yoxdur"

Gümüş İtaliya yolunda

Prezident İlham Əliyev: "Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar formatının dəyişdirilməsi ilə bağlı qaldırılan məsələləri qəbul edə bilməz"

Prezident İlham Əliyev: "Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedəcək, vətəndaşların sosial vəziyyəti ildən-ilə yaxşılaşacaq"

ABŞ-Türkiyə böhranının nəticəsi ağır olacaq - Oleq Ponomarenko

Qazaxda bir gecədə üç nəfər bıçaqlandı

Düşmən cəbhədə təxribat törətdi

Tramp Makrona zəng etdi: Suriyadakı vəziyyət...

"Sarı jiletlər"in aksiyaları Fransaya 200 milyon avroya başa gəlib

"O insanlarla İŞİD arasında fərq yoxdur" - Ərdoğandan sərt sözlər

İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların sayı artıb

Cənubi Koreyada neft tankerində yanğın: 2 ölü

İndoneziyada zəlzələ, 5,2 bal

Azərbaycanda Novruz bayramı qeyd edilir

Qaçqın axınının azalması meyli saxlanılır

Şəkər xəstələri üçün dərmanların alınmasına ayrılan vəsait 22 faiz artırılıb

Bayram repertuarı

On yaşlı azərbaycanlı qız Amerikada 100 min dollar qazana bilər - VİDEO

ABŞ prezidentliyinə namizəd ilk 24 saat ərzində 6,1 milyon dollardan artıq vəsait toplayıb

Qızlar üçün maraqlı NOVRUZ FALLARI

Sədaqət toyunun vaxtını AÇIQLADI

Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur - FOTO

Günün qoroskopu: Özəl həyatda isə işlər o qədər də yaxşı deyil

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

Əfv sərəncamı Prezidentimizin humanizm siyasətinin daha bir nümunəsidir

Sabahdan BAYRAM TƏTİLİ başlayır

Övladlığagötürmə ilə bağlı yeni qaydalar hazırlanır

Türkiyədə Koroğluya abidə ucaldıldı

Tehranda təyyarədə yanğın olub

Xoşqədəm Hidayətqızı: "O rəqqasə də ailə dağıdıb"

Azərbaycan şəhəri erməni şəhəri ilə qardaşlaşıb?

Məşhur müğənnini öldürmək istəyən azərbaycanlı kimdir?

Paşinyan “Putinin NATO-su”na faciəvi ssenari yazdı: Dağılacaq, əgər...

Zurabişvili azərbaycanlılarla görüşdü - FOTO

U-21 millimizə daha bir futbolçu çağırıldı

Bütün oyunlar eyni saatda - birinci divizion

Novruzda damdan atılan duz və Bahar qız haqqında maraqlı məlumatlar

Yeni yaradılan Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin ödənişli xidmətləri - SİYAHI

Azərbaycanda bayram ərəfəsində qızıl və gümüş bahalaşıb

Bakıdan tarixi Novruz şəkilləri - FOTO

Ronaldu İspaniyada klinika açdı

AÇ-2020-nin seçmə mərhələsinin topu təqdim olundu

"0:6 hesablı məğlubiyyəti hamımız xatırlayırıq" - Maksim Medvedev

"Azərbaycan millisi bizə çətinlik yarada bilər" - xorvatiyalı hücumçu

Rusiya diviziyaları HÜCUMA HAZIRDIR

Qıpçaq bəyinin sultan nəvəsinin gedişi – Nazarbayev hər kəsi mat qoydu

BMW-dən türk dili qadağası

Bakıda yataqxanada yanğın: Sakinlər təxliyyə olundu

Riqa-Bakı-Riqa aviareysləri bərpa olunacaq

Novruz gəlir, yaz gəlir...

“Keçəl” və “Kosa” ilə bağlı təzadlı fikirlər - Onlar dəyişdirilməlidirmi?

Prezident İlham Əliyev: Bizim tariximiz qorunur, tarixi abidələr bərpa olunur və İçərişəhər öz gözəl simasını saxlayır

İtaliyanın əyalət parlamenti “erməni soyqırımı”nı tanıdı

Nəriman Həsənzadə: "Onda “Oskar”ı da ləğv etsinlər" - MÜSAHİBƏ

Gömrükçülərdən daha bir əməliyyat: 110 kiloqramdan artıq heroin aşkarlandı

Azərbaycan Premyer Liqasında 22-ci turun oyunlarının vaxtı açıqlandı

"Ailə dağıdan bütün məşhurların adını efirdə açıqlayacağam" - Xoşqədəm

"Atası yaşda kişi ilə eşq yaşamamalıdır" - Aysel Xoşqədəmi məhkəməyə verib

Messi və Dibala millinin yeni formasını təqdim etdi - FOTO

Aygün oxudu, Ayan oynadı - 3 ildir küsülüdürlər - VİDEO

Bakı toplantısının əks-sədası: Neft bahalaşır

"Aqolli Azərbaycanda ən yaxşı səfirimiz idi" - Albaniyanın prezidenti

Yeni Zelandiya terrorçusu Türkiyədə “Vampir” Drakulanın əsir saxlandığı yeri ziyarət edibmiş

"Real"ın "Liverpul"u dağıtmaq planı - Ulduzlar hədəfdədi

"Bu nə sinədir?" - Mətanətin dekoltesi tənqid edildi

Fətullah Gülənin qardaşı evində ölü tapıldı

“Bu il çempion “Neftçi” olacaq” - Ramin Musayev

Tanış olduğu qadının kişi çıxdığını görüb onu öldürdü - TƏFƏRRÜAT

"Çelsi" üçün yeni müştəri

Bakıda bank hesabından oğurluq edən şəxs tutuldu

Onlayn satış səhifələrinə inanmaq olarmı? - VİDEO - FOTO

"Qızını oğluma almaq istəyirdim" - Rozadan Fatiməyə gözlənilməz sözlər

AŞ PA məruzəçiləri Azərbaycanda məhkum olunmuş şəxslərin əfv olunmasını alqışlayıb

Azərbaycanlı “Qızıl Qurd” karate üzrə dünya çempionuna qarşı - FOTO

Narkotiklə tutuldu, evindən bıçaq-balta çıxdı - FOTO

Xalq artisti Hüseynağa Sadıqovun xatirəsi yad olundu

Turun ən yaxşısı "Zirə"nin futbolçusu oldu - FOTO

Paşinyan: "Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır"

Keçmiş prezident ABŞ-da həbs olundu

Heydər Əliyev Sarayında “Min bir gecə” baleti nümayiş ediləcək

Expressbank bayram günlərində də müştərilərə xidmət göstərəcək

Qida təhlükəsizliyi mətbəxdə bitir

“Azərbaycanda heç kim möcüzəyə ümid etmir” - Yurçeviç

25-ci Yubiley Azərbaycan Beynəlxalq “Qida sənayesi” sərgisi

"Biz, öz işlərimizlə möhtərəm Prezidentimizi dəstəkləyirik" - İş adamı Azay Möhnətov

Azərbaycanda publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzi yaradılır

Türkiyədə "aşirət" başçısı Leylaya elçi düşdü - FOTO

Əhali iki ayda 7 milyard manatdan çox gəlir əldə edib

Premyer Liqada 21-ci turun rəmzi komandası açıqlandı - FOTO

Baş nazirin müavini: "Əli İnsanov əvvəlki səhvinin mənəvi yükünü nəinki dərk edir, hətta onu yenidən etməyə hazırdır"

AŞPA-nın rəsmi saytı “Azərbaycan ədəbiyyatı antologiyası”ndan yazdı

Afətdən daha bir qalmaqallı addım: Nəsiminin bu qəzəlinə mahnı oxudu - İt hürər... - VİDEO

"ASAN xidmət"ə yeni sədr müavini təyin olunub

Nazarbayev istefa verdi

Ədliyyə Nazirliyi dəfnlərin vahid dövlət reyestrini aparacaq

Bakıda əcnəbi vətəndaşın pulunu oğurlayan qadın saxlanıldı

Şahzadə Turki Al Faysal: "Səudiyyə Ərəbistanı və Azərbaycan iqtisadi əməkdaşlıq üçün böyük potensiala malikdirlər"

“Çempionlar Liqasında bir favorit varsa, bu, “Barselona”dır” – Poçettino

Beynəlxalq Muğam Mərkəzinin “Qəzəllər” layihəsi davam edir

Heydər Əliyev Fondunun təşəbbüsü ilə kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənlikləri keçirilib - FOTO

Bakıda daha bir poçt şöbəsi istifadəyə verilib - FOTO

Deputatlarımız ABŞ-a səfər edəcəklər

Sumqayıtdan ev almaq istəyənlərə "Kristal Abşeron"dan ŞAD XƏBƏR

"Nar" abunəçiləri üçün Novruz kampaniyası!

Qulaq falına çıxmaq cəhalətdir - RƏY

"Qeyrətini ayaq altına atma" - Vasifdən papaq atanlara irad

Türkiyəyə gözlənilməz dəstək - Fransa da ABŞ-a qarşı çıxdı

Tanınmışlar İlkinin qızının ad gününə yığışdılar - FOTO

ETSN: Qızılğac Milli Parkında 3000-4000 qızılqaz qışlayır - FOTO

Əli Əhmədov: "Əfv sərəncamı Prezident İlham Əliyevin humanizm siyasətinin daha bir nümunəsidir"

Nazir: "Əhaliyə xidmət keyfiyyətini daha da yaxşılaşdıracağıq"

"Çelsi" "Real"ın 82 milyonluq təklifini qəbul etmədi

Yeni Zelandiya parlamentində Qurani-Kərim oxundu

Əli Əhmədov: "Yataqxanada baş verən yanğından sonra oradakı məcburi köçkünlərə istədikləri formada dəstək göstərildi"

İranda gəmi batdı

Keçmiş “KVN”çi Ukrayna prezidentliyinə əsas favoritdir

“Kinoya baxandan sonra hər şey beynimdə oturmuşdu” - Baxdığı filmlərdən təsirlənən oğru - VİDEO - FOTO