AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Aliment qalxdıqca boşanmalar da artır

  126

Telekanallar da körpüləri yandırmaqla məşğuldur

 Son günlərin ən çox danışılan, müzakirə olunan məsələlərindən biri də (bəlkə də gecikmiş müzakirədir, amma ziyanın yarısından qayıtmaqda da fayda var-Ş.S) artan xətt üzrə gedən boşanmalarla bağlı məsələdir. Bir az dərindən yanaşanda, statistik rəqəmlərə nəzər yetirəndə görürsən ki, həqiqətən də danışılası, hətta həyəcan təbili çalınası bir problemlə qarşı-qarşıyayıq. Bu məsələdə narahatlıq doğuran əsas məqamlardan biri də ondan ibarətdir ki, sanki cəmiyyətdə bu olaya səthi, sıradan bir məsələ kimi baxmaq tendensiyası formalaşıb, başqa sözlə, problem insanların nəzərində adiləşib. Halbuki, əvvəllər ən ucqar bir kənddə belə, bir ailənin dağılması xəbəri az qala bütün rayona yayılır, müzakirə edilir, çıxış yolları aranır, bölgənin hörmətli ağsaqqalları qabağa düşüb barış yaratmağa çalışır və əksər hallarda bu missiya uğurla başa çatırdı. Dəyişən zamanla dəyişən dəngələr, sürətlə artan boşanmalar, artıq bu ənənəni də sıradan çıxarıb. Bu gün toyuna gedib şahidlik eləyirsən, üstündən bir il keçməmiş xəbər tutursan ki, dünən həyatları şirin olsun deyə bir-birinə tort yedizdirənlər, and içib əhd-peyman bağlayanların səsi məhkəmə salonlarından gəlir, cehiz, aliment, yaşayış yeri davası gedir. Bəzən inanmaq istəmirsən, ancaq yekunda faktla barışmalı olursan. On, on beş il bundan əvvəl məhkəmələrin qapısından asılan elanda əsasən mülk, vərəsəlik uğurunda dava edənlər (atanın oğula, qardaşın qardaşa, bacının qardaşa və s. iddiaları) üstünlük təşkil edirdisə, bu gün siyahıya boşanmalarla bağlı iddialar liderlik edir. Məhkəmələrdə baxılası hər on işin təxminən altı-yeddisi nigahın pozulması, aliment və yaşayış yeri ilə təmin etmə iddialarıdır. Durum tam şəkildə nəzarətdən çıxıb, eynən bazar kimi. Baxmayaraq ki, əvvəlki illərdən fərqli olaraq pis-yaxşı ailə məsələlərinə nəzarət edən, bu sahəni tənzimləyən konkret dövlət təşkilatı, çox sayda Qeyri-Hökümət Təşkilatları (QHT) fəaliyyət göstərir.

 Səbəblər: onlar müxtəlifdir

Boşanmaların belə geniş vüsət almasının müxtəlif səbəbləri var: virtual aləmdən (sosial şəbəkələrdən, maddi vəziyyətin ağırlığına qədər) tutmuş hər iki cinsin hisslərinə hakim çıxa bilməməsinə qədər və s. Bunlardan konkret hansının çoxluq təşkil etdiyini təəssüf ki, demək çətindir. Çünki bunu sosioloji sorğu, dərin araşdırma aparmaqla müəyyən etmək olar ki, bunu da yuxarıda qeyd etdiyimiz dövlət təşkilatı və formal sənədlərlə dövlətdən ayrılan qrantları mənimsəməklə işini bitmiş hesab edən QHT-lər müəyyən edə bilər və etməlidirlər. İndiki halda biz sadəcə məhkəmələrdə gətirilən arqumentlərə istinadən bəzi təxminlər söyləyə bilərik ki, boşanmaların əsas səbəblərindən biri sosial vəziyyətin yəni dolanışığın ağırlığı (baxmayaraq ki, cütlük ailə qurarkən belə bir vəziyyətlə üzləşə biləcəklərini əvvəldən nəzərə almalı, buna tab gətirə biləcəyini qabaqcadan müəyyən etməlidir-Ş.S) və dəbdə olan xəyanət. Yenə keçmişə qayıdaq. Məlum olduğu kimi hamıya cənnət bərabərliyi vəd edən sovet dövründə də, heç də hamı eyni cür yaşamayıb. O zaman da varlı, kasıb və ortabab yaşayanlar olub, amma o kasıb təbəqədə ailə telləri daha möhkəm olub, nəinki süfrəsində quş südü olanların. Təbii, o dövrlərdə də tərəflərdən biri həyat yoldaşına xəyanət edib. Fəqət bu, indiki dövrlə müqayisədə nadir hallarda rast gəlinən iş idi və xüsusilə kişinin xəyanəti əksər hallarda ailə sirri kimi qapalı qalırdı, boşanmalara gətirib çıxarmırdı. Bu günsə dəngələr dəyişib xəyanətdə qadınlar ön sıraya keçib ki, bu da daha çox sosial şəbəkələr, virtual aləmdəki gəzişmələrlə birbaşa bağlı məsələdir. Detallarını da açıqlamaq olar, ancaq az qala hamımızın gündəlik həyatımızda rastlaşdığımız bu faktın təhlilə ehtiyacı yoxdur. Məsləhət olaraq yalnız onu deyə bilərik ki, sosial şəbəkələrdə tanışlıqla qurulan ailə uzunömürlü ola bilməz. Çünki, özünə hörmət edən kişi qadın fərqi yoxdur, internet üzərindən telekanallardakı əyləncə xarakterli verlişlərdən  özünə ömür yolunda birgə, sonadək addımlayacaq həyat yoldaşı axtarmaz. Bu yolla baş tutan izdivacların mində biri uğurlu olar, ya olmaz. İnternet tanışlığı, yaxud ailəsi,olsa-olsa tərəflərdən birinin şəhvət hissini təmin etməyə xidmət edə bilər ki, bu da məlum olduğu kimi keçici xarakter daşıyır.Təəssüf ki, dünyaya açıq gözlə baxmaq imkanı geniş olduğu indiki zamanda hər iki cinsin təmsilçiləri arasında bu gün internet üzərindən müvəqqəti ,,ər",,arvad" axtarışına çıxan oyunçuların sayı az qala hər gün artır. 

Telekanalların ,,yandırdığı körpülər"

 Ürək ağrısı ilə qeyd edək ki, boşanmalardakı astronomik artımın günahkarları sırasında ölkədə fəaliyyət göstərən televiziyalar da yer alıb, həm də daha eybəcər formada. Simasını qoruyub saxlayan AzTv və İTV-dən başqa digər telekanallar ucuz şou xatirinə neçə-neçə ailənin dağımasına rəvac verib, saymaqla qurtarmaz. Yazının əvvəlində qeyd etdik ki, əvvəllər nadir hallarda baş verən boşanmalar zamanı çalışılıb ki, hadisəylə bağlı xəbər gizli saxlanılsın, ağsaqqallar işə qarışıb və əksər hallarda barış yarada, ailənin dağılmasının qarşısını ala biliblər. Bu gün isə ,,ağsaqqal" funksiyasını telekanallar yerinə yetirir, həm də, çox iyrənc formada. Əslində, onların ağsaqqallığı dağıdıcı xarakter daşıyır, tərəflərin nə vaxtsa səhvlərini anlayıb ailəsinə sahib çıxma ehtimalını sıfırlayır. Bu ,,ziyanvericilər" paytaxtla kifayətlənməyib, ailə tellərinin hələ möhkəm olduğu bölgələri gəzib cüzi bir narazılıqdan müvəqqəti ayrılan cütlüyü tapır, tərəflərin valideynlərini də ekrana daşımaqla bir-birinin ünvanlarına bir batman balla yeyilməsi mümkün olmayan təhqirləri, ittihamları ölkə boyu yayır və sonra da deyir ki, biz gəlmişik sizə problemdən ,,çıxış yolu" tapmaqda kömək edək. Onların bu ,,xeyirxah missiyası"nın sonunda sabah barışmaq ehtimalı olan ailənin şansları əllərindən alınır. Ekrandan ünvanına söylənilən yalan, doğru o ittihamları hansı ər, yaxud arvad və onların valideynləri bağışlayar ki? Bilərəkdən, yaxud bilməyərəkdən işıq gələn yerə də pambıq tıxayaraq, reytinq xatirinə neçə -neçə ailəni dağıdıb uşaqları yetim qoyur, qaş düzəltmək əvəzinə vurub gözü də çıxardırlar. Ən eybəcəri, ikrah doğuranı isə bu tip verilişlərə ekspert adı ilə dəvət edilənlərin cəmiyyətdəki mənfi imici ilə bağlıdır. Məntiqlə hansısa məsələnin, problemin telemüzakirəsinə o sahənin bilicisi, cəmiyyət tərəfindən müsbət xarakterizə olunan və qəbul edilən şəxslər dəvət olunmalıdır ki, insanlar onun dediklərinə, məsləhətlərinə ciddi yanaşsın. Konkret boşanmalarla bağlı yayımlanan verlişlərin əksəriyyətində ekspert statusunda elələri iştirak edir ki, (kişi və ya qadın) onların özəl həyatı bərbad durumdadır, ər, arvad anlayışına pencək (geyin, soyun) kimi baxır. Əzizlərim, əvvala qeyd etdiyimiz kimi ailə dramlarını, boşanmaları ekrana çıxarmağın özü qəbuledilməzdir. Digər tərəfdən keçmişi qaranlıq, heç özü sağlam bir ailəyə sahib olmayan, nəsihətləri bunca ayıq olan cəmiyyətdə nəinki müsbət qarşılanır, əksinə ikrah doğurur. Bir halda ki, xalqa ekrandan ailə dərsi keçməkdə israrlısınız onda heç olmasa ,,müəllimləri" dəyişin! Eləsini seçib dəvət edin ki, qonşusu baxanda deməsin ki, uşaqlar bura gəlin, normal əxlaqa sahib olmayan qonşumuz filankəsə baxın, televiziyadan gənc ailələrə evlilik dərsi keçir, məsləhət verir. Qısaca, bu gün telekanallar boşanma ərəfəsində olanların barış körpüsünü yandırmaqla məşğuldur.

 Paradoks: Aliment qalxdıqca boşanmalar da artır

 Məlum olduğu kimi, son illər boşanmalarla bağlı açıqlanan qorxunc statistik rəqəm ölkə parlamentarilərini də narahat etməyə başlayıb. Təbiidir, çünki məmləkətin problemləri ilk növbədə həm də Milli Məclisdə müzakirə olunur, çıxış yolları aranır. Məslə ilə bağlı bu günlərdə mətbuata müsahibə verən deputat Aqiyə Naxçıvanlı da deyir ki, boşanmaların belə sürətlə artmasına onlar da məətəl qalıb. Parlamentdə səslənən fikirlərdən biri də ondan ibarətdir ki, bu tendesiyanı iqzibati üsulla, yəni alimentin həcmini artırmaqla qismən önləmək olar. Fikrimizcə, kökündən yanlış yanaşmadır. Təhlillər də göstərir ki, alimentin həcminin artması, boşanmaları nəinki azaltmayıb, əksinə artırıb. Məsələn, tutaq ki, aliment 80 manat olanda il ərzində ölkə üzrə boşanmaların sayı ailə quranların sayına nisbətdə 15-20% təşkil edirdisə, ayıq alimentin 156 manat təşkil etdiyi indiki zamanda bu faiz göstəricisi artaraq, 25-30%-ə çatıb.

Tutaq ki, alimentin həcmini 200 manatadək qaldırdıq, bu nəyi dəyişəcək? Axı boşananlardan üzərinə aliment öhdəliyi qoyulanların hamısı neft sənayesində işləmir ki, övladına aliment ödəsin, özünə də çörək pulu saxlasın. Bunların içərisində cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar var ki, aylıq gəliri heç 200 manatdan yuxarı deyil. Bunları adbaad da sadalamaq olar, sadəcə biz ümumi danışdıq. Maraqlı orasıdır ki, üstəlik alimenti vaxtında ödəməkdən boyun qaçıranlara qarşı cinayət təqibi də nəzərdə tutulur və həmin adam çatdırıb ödəyə bilmir, biz isə onu həbsə atıb, uşaqları da dolanışıq mənbəyindən məhrum edirik. Gülünc deyilmi, çıxış yolunu alimentin həcmini artırmaqda görmək, hörmətli deputatlar? Müşahidələr və təhlillər bunu deməyə əsas verir ki, alimentin miqdarını qaldırmaq zərif cinsin  sərbəst yaşamağa meyilli bu nümayəndələrini  addım atmağa şirnikləndirməyə xidmətdən başqa bir şey deyil. Qeyd edək ki, virtual aləm, sosial şəbəkələr insanların yaşam tərzini, illərin ailə dəyərlərini tamamilə dəyişib, şahidi olduğumuz faktlara istinadən deyə bilərik ki, bu gün ailə quran əksər qadınlar ər anlayışına müvəqqəti, istədiyi vaxt həyatından silib ata biləcəyi ötəri bir hal kimi baxır.

 Odur ki, fatasını hələ başından açmamış gəldiyi evə (ərin öz, yaxud ərin atasının evidir fərq etməz) qeydiyyata düşməsini tələb edir. Evliliyinin 2-3 ilində bir, yaxud iki övladı olandan sonra içində boğub saxladığı azadlıq, sərbəst yaşamaq istəyi özünü biruzə verir. İtirəcəyi isə yalnız ərdir. Yaşamaq üçün yeri, uşaqlarının təminatı üçün alimenti, artıq heç kimə hesabat verməyəcək azad bir qadın, istənilən ünvana istənilən kişiyə gedən yolu açıq bir insan. Söylədiklərimiz ayrılığı qaçılmaz olan ailəni saxlamaqçün hər cür fədakarlıq göstərsə də, sonunda taleyi ilə barışmağa məcbur olan namuslu xanımlarımız əsla şamil oluna bilməz. Çünki, bu cür məcburi ayrılıq hər birimizin başına gələcək hadisədir. Söhbət əzəldən yüngül həyat tərzi keçirməyə meyilli olan qadınlardan gedir və təəssüf ki, boşanmalarda onlar çoxluq təşkil edir. Tezis formasında toxunduğumuz bu məsələdən çıxış edərək belə düşünürük ki, alimentin həcmini artırmaq yox, əksinə azaltmaq lazımdır ki, şiddət görməyən, yeməyə çörəyi, yatmağa yeri olan bəzi qadınlar alimentə ümüdlü olub boşanmağa can atmasın, ailəsini qoruyub saxlamaq üçün fədakarlıq göstərsin. Nəzərə alsın ki, 80 manatla övlad böyütmək ona hansı acıları yaşada, internetdən ona ,,gəl, gəl" deyən günün, uzağı ayın qonağı ola bilər. Fikrimizcə, boşanmalarla bağlı məsələlərdə məhkəmələrin də üzərinə böyük məsuliyyət düşür. Yəni onlar daha asan yol seçib bir qərarla işlərini bitmiş hesab etməməlidir. Araşdırma aparmalı, nikahın pozulmasında tərəflərdən hansının daha çox günahkar olduğunu müəyyənləşdirməli və buna müvaiq olaraq da qərar qəbul etməlidir. Ayrılığın səbəbi ər yox, arvaddırsa, qanunvericiliyə zidd olsa da, övladları elə onları saxlayan (əlbəttə kişi bunu istəsə) ataya həvalə etməli, yaxud, alimentin həcmini azaltmalıdır ki, qadını ayrılmaq fikirindən çəkindirsin. Bizcə, bu məsələləri çözmək üçün Ailə Məcəlləsi haqqında Qanuna və bəzi digər qanunverici aktlara əlavə və dəyişikliklər etməyin vaxtı çoxdan çarıb. Əks halda, sürətlə artan boşanmaları heç olmasa müəyyən qədər azaltmaq mümkün olmayacaq.

 Şahnaz Salehqızı

Xəbər Lenti

İşçilər üçün elektron icazə sabahdan etibarən alınacaq - Rəsmi

Avropada koronavirusdan ölənlərin 95%-ni bu yaş qrupu təşkil edir

Kriştianu Ronaldo futbol tarixində yeni rekord vuracaq

Elmir Vəlizadə: Bəzi rayonlarda sərnişindaşımada azalma istədiyimiz səviyyədə deyil

Dünyada koronavirusdan ölənlərin sayı 50 minə çatıb

Xaçmaz rayonunda tibbi-profilaktik tədbirlər davam etdirilir - FOTO

Yaxın qohumun vəfat etməsi ilə bağlı həkimin təsdiq etdiyi teleqram vacibdir - İbrahim Məmmədov

ABŞ-da koronavirusdan ölənlərin sayı 5,3 mini keçib

İbrahim Məmmədov: SMS-lər üçün operatorlara ödənilməsi nəzərdə tutulan vəsait dövlət hesabına ödəniləcək

Azərbaycanda xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə Qərar qəbul olunub

Ülvi Mehdiyev: Vətəndaşlar SMS sisteminə aidiyyəti olmayan məzmunda informasiyalar verməkdən qəti surətdə çəkinsinlər

İtaliyada təqribən 14 min insan COVID-19 diaqnozu ilə həyatını itirib

Türkiyədə koronavirusdan ölənlərin sayı 356-ya çatıb

Azərbaycanın Rusiyadakı səfirliyi koronavirusla mübarizəyə ianə etdi

Tədris mərkəzindən oğurluq edən şəxs tutulub

Operativ Qərargahın növbəti iclası keçirilib

Hacıqabulda avtomobildən pul və qızıl qolbaq oğurlayan şəxs saxlanılıb

Məleykə Əsədova: Özünüzü və xalqımızı qorumaq üçün bu günlərdə evdə qalın - VİDEO

Küçəyə bu nömrəyə SMS yazıb çıxacaqsız

Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur - Qərar qəbul edilib

Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı Qərar qəbul edib

Beynəlxalq Muğam Mərkəzi yeni onlayn layihələrə start verir

İran parlamentinin sәdri koronavirusa yoluxub

Tramp koronavirusa görə 1 milyard dollar itirib

Pandemiya dövründə qan donoru olmaq üçün tələblər açıqlanıb

Azərbaycan və Rusiya arasında 15 sərhəd nişanı qoyulub

Qusar polisi tərəfindən profilaktik tədbirlər davam etdirilir - FOTO

Bolqarıstan KİV-ləri 31 mart - Azərbaycanlıların Soyqırımı Günü barəsində yazdı - FOTO

Gəncədə yeniyetmə ürəyindən bıçaqlandı

Məleykə Abbaszadə abituriyent, məzun, müəllim və valideynlərə müraciət etdi

Cinayətdə şübhəli bilinən 20 nəfər saxlanılıb

XİN səhiyyə işçiləri ilə bağlı VİDEOçarx hazırlayıb

Xanım UFC döyüşçüsü əri ilə çılpaq məşq etdi, FOTOsunu paylaşdı

104 yaşlı kişi koronavirusdan sağaldı

Belçikada koronavirusdan ölənlərin sayı min nəfəri ötdü

90-ların pop ulduzu koronavirusa yoluxdu - FOTO

Karantin günlərində kommunal idarələr necə işləyir? - VİDEO

Bakıda kişi qonşusunu bıçaqladı

Rusiyalı politoloq: "Azərbaycanda epidemioloji vəziyyət nəzarət altındadır"

Hüseyin Altınalan: "Aprel döyüşlərində Azərbaycan həm hərbi, həm də siyasi sahədə qələbə qazandı"

Birinci vitse-prezident Mehriban Əliyeva: "Aprel döyüşlərində Vətən uğrunda qəhrəmancasına həlak olmuş igid oğullarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır" - FOTO

"Sağlamlığımız naminə bunu etməliyik" - Nadir Qafarzadə

"İnsanlar işindən, dolanışığından qalıb" - Nadir Qafarzadə

Klopp Almaniya milisinə gedir? - "Liverpul" narahatdır

Tacikistanda koronovirus niyə yoxdur- karantindəkilər evə gedib - gəlirlər!

Putin neft qiymətindən danışdı: "Biz ikiqat zərbə almışıq"

Evlərində sosial xidmətlərlə təmin olunanların sayı 12 minə çatıb - FOTO

Fransanın ən iri bazarı meyitxanaya çevriləcək

"Niyə hazırda pul önəmli, insanların sağlamlığı önəmsizdir?"

Bakı marketlərində un məmulatları “karantində” - FOTO

Məcburi köçkünlər üçün inşa ediləcək mənzillərin sayı açıqlandı

Xruşovun Amerikada qazlı su aparatı məcarəası - SSRİ rəhbərinin səfəri ölkədə yeniliyə səbəb olub - FOTO

Quldurluq yolu ilə avtomobili ələ keçirən Abşeron sakini saxlanıldı

90 yaşında virusdan dünyasını dəyişdi - Etdiyi fədakarlıq ÜRƏK DAĞLADI

UEFA pley-off matçlarının vaxtını dəyişdi

İtaliyada 10 mindən çox həkim koronavirusa yoluxub

Müdafiə Nazirliyindən 100 min cəsəd torbası istədilər - Trampın dediyi gerçəkləşir

Milli Məclis Aparatında və İşlər İdarəsində struktur islahatları aparılır

"Sabah"ın xorvatiyalı baş məşqçisi: "Futbolçuların hamısını nəzarətdə saxlamaq asan deyil"

“Yuventus” koronavirusa yoluxan futbolçu ilə müqaviləni uzatdı

Dünyada 200 mindən çox insan koronavirusdan sağalıb

"Valensiya" koronavirusdan qurtuldu

Azərbaycanda yeni tələbə yataqxanası istifadəyə veriləcək

"Argentinada Ronalduya nifrət edirlər"

“British Airways” əməkdaşlarının 80 faizini ixtisar edəcək

Falkao “Qalatasaray”dan gedir

Uhan sakini şəhərdəki vəziyyətdən danışdı

Azərbaycanın bu bölgəsində ictimai nəqliyyatdan istifadə azalıb - DANX

“NASA” Yer planetinə yaxınlaşan asteroidi məhv edəcək

Çexiya işğal olunmuş Dağlıq Qarabağda keçirilən qondarma "seçkiləri" tanımır

İki dəfə xərçəng xəstəliyinə qalib gələn şəxs koronavirusdan öldü

Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti ilə məşğul olan 15 nəfər müəyyən edilib

Yerevanda 5 həbsxana mühafizəçisi koronavirusa yoluxub

Ötən il 599 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib

Korona səbəbiylə ilk cinayət - Həkimi boğaraq öldürdü - FOTO

Azərbaycanda qanunsuz dini təbliğat aparan 12 nəfər həbs edildi

Bakı küçələri karantin rejimində - FOTO

Aprelin 1-dən vahid bəyannamənin təqdim edilməsinə başlanılıb

"Barselona" Umtitinin qiymətini açıqladı

Kanada işğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər”i tanımır

Səfir: "Azərbaycan ən çətin dövrdə Çinə müxtəlif yollarla güclü dəstək verdi"

"Onu gördükcə insanı dəhşət bürüyür" - Xatirə

Koronavirus təhlükəsinə görə Həcc ziyarəti təxirə salınıb - RƏSMİ AÇIQLAMA

Şirvanşahlar sarayında ilk dəfə online tamaşa nümayiş olunacaq

Tiryək satarkən tutuldu

XİN: Ermənistan dərk etməlidir ki, Kəlbəcər də daxil olmaqla, Azərbaycan ərazilərinin işğalı müvəqqəti xarakter daşıyır

Bakı Ali Neft Məktəbinin tələbəsi esse yazı müsabiqəsinin qalibi olub

Çin Azərbaycana 5 min koronavirus test dəsti verib - FOTO

"Həbib məndən qorxur və qaçır" - Ferqyusondan Nurməhəmmədovun ünvanına ağır sözlər

Rusiyada bir gündə daha 771 nəfər koronavirusa yoluxdu

Azərbaycanlı müğənni izləyicilərini hiddətləndirdi - "Koronavirus vaxtı bu nə hərəkətdir?" - FOTO

Gürcüstanda koronavirusa yoluxanların sayı

Putin özünü koronavirusdan qorumağa çalışır

"İqtisadiyyata dəyən zərərin aradan qaldırılması istiqamətində ciddi addımlar atılır"

Onlayn müsabiqəyə start verilib

DANX: Hələ də tələb olunan sərnişin azalmasına nail ola bilmirik

Azərbaycanın qeyri-neft sektoruna aid mal ixrac etdiyi əsas ölkələr açıqlanıb

Dağlıq Qarabağın azərbaycanlı icması Kəlbəcərin işğalının 27-ci ildönümü ilə bağlı bəyanat yayıb

İranda koronavirusa yoluxanların sayı 50 mini keçdi

Üç uşaq anası olan hamilə qadın koronavirusa qalib gəldi - FOTO

Tokioda məktəblər mayadək bağlı qalacaq

"Real" Xames Rodriqeslə bağlı qərarını verdi

"Dövlətin dəstək proqramı “Biz birlikdə güclüyük!” şüarını bir daha təsdiqlədi"

"Azərbaycanda qaldığım üçün şadam" - "Səbail"in legioneri

Kontakt Home-dan unikal xidmət - AZƏRBAYCANDA İLK DƏFƏ

Kıvanç Tatlıtuğun test nəticəsi açıqlandı

Koronavirusa yoluxan məşhur futbolçu: “Nəfəs ala bilmirdim”

ABŞ-da 6 həftəlik körpə koronavirusun ən gənc qurbanı oldu

Prezident İlham Əliyev: "Aprel döyüşləri dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, vətənpərvərliyini nümayiş etdirdi"

"Bacımı heç vaxt efirə çıxarmayacağam" - Zaur

Qubada 10 ədəd subartezian quyusu qazılacaq - SƏRƏNCAM

Azərbaycan XİN-dən Qarabağdakı qondarma “seçkilər”lə bağlı açıqlama

Qonşu dövlətdə koronavirusun bitmə tarixi açıqlandı

Daha bir epidemiya yayılır: ölənlər var - ÜST AÇIQLADI

Koronavirusa görə karyerasını daha 2 il uzatdı

Azərbaycanlı aparıcı tanınmaz dərəcədə dəyişib - Özünə bənzəmir - FOTO

Estoniyada koronavirusa yoluxanların sayı 779 nəfərə çatıb

"Azadlığın, sərbəst həyatın dəyərini unutmuşduq" - Zülfiyyə Xanbabayeva

Hüquqi şəxsin ləğvi qaydası dəyişir

Bu ölkədə aprelin 5-də yeni mövsümə start veriləcək

ABŞ kəşfiyyatının hesabatı: Çin epidemiyanın əsl miqyasını gizlədib

Oğlunu karantin zamanı evdə saxlamaq istəyən ata qeyri-adi üsula əl atdı – FOTO

İqtisadiyyat nazirinə yeni müavin təyin edildi

Koronovirusla bağlı xərçəng xəstələrinə onkoloji tövsiyələr

Türkiyə koronavirusun daha bir müalicə üsulunu tapdı: 15 dəqiqə ərzində...

Koronavirus yalanları yayanlarla nə edək?

Fitosanitar nəzarəti xidmətlərinin özəlləşdirilməsinə icazə verilir

Əliqismət Lalayev: "Koronavirusa qarşı mübarizədə hər bir vətəndaş səfərbər olmalıdır" - VİDEO

Neft bahalaşıb

İcarə və istifadə hüququ ilə avtomobilə malik olanlar daşıyıcı ola biləcəklər

“Yuventus”da yeni müqavilə

İsrailin Səhiyyə naziri koronavirusa yoluxub

Xarici ölkələrdə Dövlət Himninin ifa edilməsi qaydası təsdiqləndi

Yeni ödəniş normativləri təbiətdən istifadə subyektlərinin məsuliyyətini artıracaq

ABŞ-da fizika üzrə Nobel laureatı vəfat edib

ABŞ-da koronavirusa yoluxanların sayı 200 min nəfəri keçib

İnyestanın komanda yoldaşı koronavirusa yoluxdu

Toronto əhalisi üç ay təcrid rejimində qala bilər

UEFA Avropa çempionatlarını bir il sonraya keçirib

Misirdə koronavirusa yoluxanların sayı çoxalıb

Koronavirus pandemiyası səbəbindən 80-dən çox ölkə BVF-dan kömək istədi

"Bavariya" anlaşdı - müqaviləsi yenilənir

Körfəz ölkələrində koronavirusa yoluxanların və ölənlərin sayında artım var

Rusiyada koronaviruslu körpə doğuldu

Fransada koronavirus pandemiyasından ölənlərin sayı daha da artıb

Evə basqın edən polis mənzərəni görəndə şoka düşdü – FOTO

İtaliyada koronavirus qurbanlarının ümumi sayı 13 mini ötüb

“Türk Hava Yolları” beynəlxalq uçuşları mayın 1-dək dayandırıb

Rusiyada koronavirslu xəstələrlə təmasda olan insanları aşkarlayan sistemin hazırlandığı bildirilir

ABŞ-da 1243 nəfər COVID-19-dan vəfat edib

Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 4 il ötür

Fransa karantindən çıxmaqla bağlı müzakirələr aparacaq

Sabunçu rayonundakı tikinti materialları bazarında yanğın söndürülüb - FOTO

Ərdoğan və Zelenski koronavirusla mübarizəni müzakirə ediblər

Facebook, İnstagram və WhatsApp-ın işində problemlər yaranıb

ÜST dünyada koronavirusdan yoluxan və ölənlərin ümumi sayını açıqladı

Kəlbəcərin işğalından 27 il ötür

Günün qoroskopu: adətən ünsiyyətdən qaçan adamlar da bu gün dost məclisi axtaracaqlar