Tələbələrimiz magistraturada
oxumaq üçün xaricə niyə axın edir?

 

Nabatəli Qulamoğlu: “Yetərli şərait olmadığı
üçün onlar xaricdə təhsilə üstünlük verirlər

 Şahlar Əsgərov: “Magistratura daha dərin bilikdir,
tələbələr bu pilləni xaricdə oxusalar yaxşıdır

 Похожее изображение

Azərbaycanın ali təhsil müəssisələrinin bakalavr pilləsində olanlar daha çox xaricdə təhsilə üstünlük verirlər. İstər ilk kurslardan, istərsə təhsilin magistratura pilləsini əcnəbi ölkələrdə oxumaq istəyi son dönəmlər daha çox üstünlük təşkil edir.

Bakalavrların üçün xarici universitetlərə üstünlük verməsinə cəmiyyətdə birmənalı cavab yoxdur. Boloniya sisteminin tətbiq olunması, təqaüd proqramlarından yararlanma, sərbəst təhsil qrafiki, sosial ünsiyyətin bolluğu sadalamadığımız digər şərtlər tələbələrimizi məzunlarımızı xarici ölkələrə səsləyir. Bu məqamda ali məktəblərin məşğulluq səviyyəsindən qısaca söz açmaq istərdik. Bu yaxınlarda beynəlxalq təhsil agentliyi ali məktəb məzunlarının məşğulluq səviyyəsinə görə qiymətləndirmə reytinqini açıqlayıb. Məlum olub ki, dünya üzrə 42 min işəgötürən arasında aparılan sorğu nəticəsində tələbə-işəgötürən arasındakı əlaqə, məzunların təhsil nəticələri, bu iki tərəf arasındakı əməkdaşlıq məşğulluq səviyyəsi reytinqdə əsas götürülüb. Siyahıda Massaçusets, Stenford, Kaliforniya, Harvard (ABŞ), Kembric (Böyük Britaniya), Oksford (İngiltərə), Melburn (Avstraliya), Sinxua (Çin) bir neçə ölkənin qabaqcıl universitetlərinin adı keçir.

Doğrudur, bizim məzunların əksəriyyəti təhsil səviyyəsinə görə heç xarici tələbələrdən geri qalmır. Lakin işlə təminat digər məqamlarla bağlı problemlər ölkədə hələ qalmaqdadır. Bəzən bu səbəblərdən xaricdə təhsil almağa axın baş verir. Yəni bu digər məsələlərlə bağlı yaşanan çətinliklər kifayət qədərdir. İndilikdə isə, magistratura pilləsi üçün tələbələrimizin niyə xarici ölkələri seçdiyini aydınlaşdıraq.

Bu məqamda, yeri gəlmişkən, ötən bazar magistraturaya qəbulun ilk mərhələsi keçirilib. Üç istiqamətdə həyata keçirilən imtahanların gedişatından isə əksəriyyət razı qalmayıb. Sınaq imtahanlarının daha asan olduğunu deyən, qəbulda isə əsas deyil, kənar, dəxli olmayan, mənasız-məntiqsiz sualların salındığından şikayətlənən bakalavrlar, dinləmə mərhələsində sual səsləndirmə şəraitinin bərbad vəziyyətdə olduğunu bildiriblər. Yəni səslənən sualların sürətli keçidi, səsin aydın eşidilməməsi imtahan verənlərin onu anlamasında çətinliklər yaradıb. Bəzi bakalavrlar isə ölkə daxilində magistraturaya qəbulun oxumağın çətinliyindən danışıb. Bu məqamda, ehtimallarımız bəlkə həqiqəti əks etdirə bilər. Yəni mümkündürmü ki, magistraturada oxumağın müəyyən çətinliklərinə görə tələbələrimiz əcnəbi ölkələrdə oxumağa üstünlük verirlər? Çünki həmsöhbət olduğumuz bakalavrların demək olar ki, böyük hissəsi yerli deyil, xarici ölkələrdə magistr təhsili almağın gələcək üçün daha perspektivli olduğunu deyirlər.

Təhsil sahəsi üzrə ekspert Nabatəli Qulamoğlu qeyd edir ki, təkcə magistratura deyil, eyni zamanda, bakalavr pilləsi üçün tərtib olunmuş testlər başdan-başa mübahisə mənbəyidir.

Ekspert söyləyir ki, elmin özəyi, onurga sütununu bir kənara qoyub, detallardan yapışırlar: “Testlərdə elə məsələlər salırlar ki, özləri onun mahiyyətini anlamaqda çətinlik çəkirlər. Bakalavr mərhələsinə qəbulda gizli məqamlar çoxdur. Bu barədə çox deyilib. Mübahisəli olan, şəffaf olmayan məqamlar magistratura mərhələsində var. Bakalavrlar magistraturada oxumaq istəyənlər biliyinin rahat şəkildə qiymətləndirilməsini nailiyyət əldə etmək istəyirlər. Belə bir yetərli şərait olmadığı üçün isə, onlar xaricdə təhsilə üstünlük verirlər. Dövlət İmtahan Mərkəzi heç kimə tabe olmayan orqandır. Sualları da özlərinə lazım olan tərzdə hazırlayırlar”.

Tanınmış alim, professor Şahlar Əsgərov hesab edir ki, tələbələr bakalavr pilləsini Azərbaycanda oxusalar yaxşıdır. Çünki ölkəmizdə bu səviyyədə təhsil vermək hardasa, mümkündür: “Amma magistr daha dərin bilik olduğu üçün, tələbələr bu pilləni xaricdə oxusalar yaxşıdır. Burda bir məsələ var. Bakalavrların xaricdə oxumasının təhlükəsi budur ki, onlar xaricdə təhsilini bitirəndən sonra bəzən geri qayıtmırlar. Amma magistrlərin xaricdə təhsil almasının üstünlüyü odur ki, onların əksəriyyəti geri qayıdır. Təcrübə bunu göstərir. Ən yaxşı halda, doktorantura mərhələsi xaricdə olmalıdır. O, daha yaxşı perspektiv vəd edir onlar təhsil alandan sonra qayıdaraq dövləti idarəetmə sahəsində ölkəsinə kömək edəcəklər”.

 

Nigar Vaqifqızı

0.20066094398499