Ölkədə ətin qiymətini qaldıranlar kimlərdir?

 

İcra başçıları mal bazarından xeyli gəlir əldə edirlər

 Kənd rayonlarında fəaliyyət göstərən mal bazarları çox gəlirli sahələrdən hesab olunur. Buna görə, rayonda vəzifəli şəxslərin asan qazanc mənbəyi hesab olunani mal bazarları uğrunda daim mübarizə gedir. Adətən, mal bazarlarını icra hakimiyyət başçıları idarə edirlər. Elə rayonlar var ki, bazar fəaliyyətdə olan gün yığılan pulu, hətta icra başçısı özü yığdırır və qəpiyinə qədər haqq-hesab aparır. Kənd rayonlarının icra başçıları arasında mal bazarından yaxşı gəlir götürənlərin adı qəssabların dilində hər gün hallanır. Çünki mal bazarında qiymətlərin artırılması ölkədə gündəlik heyvandarlıq məhsullarının, xüsusən ətin qiymətinin artması birbaşa icra başçılarının daha çox pul qazanmaq ehtiraslarından asılıdır. Mal-qara və qoyun-keçi alveri ilə məşğul olan şəxslərin dediyinə görə, ətin qiymətini qaldırmaq, çoxlu pul qazanmaq üçün qonşu rayonların icra başçıları bir yerə toplaşaraq, ətin qiymətini qaldırmaq barədə razılığa gəlirlər. Birlikdə qəbul etdikləri qərardan sonra icra başçıları özlərinə məxsus olan fermaları idarə edənlərə və rəhbərlik etdikləri rayonlardakı mal-qara sahiblərinə və öz nəzarətlərində olan bazarlara ətin qiymətinin qalxması barədə elan verilməsini tapşırırlar. Beləliklə, ölkədə heyvandarlıq məhsullarının, xüsusən ətin qiymətinin qalxması baş verir. 

Bu sahə ilə, yəni ölkədə heyandarlıq məhsullarının, o cümlədən ətin qiymətinin bazarda müəyyən edilməsi ilə təkcə rayon icra hakimiyyət başçıları məşğul olmur. Ölkədə ətin qiymətinə təsir göstərmək imkanına malik olan “Ət mafiyası”nın çoxdan fəaliyyət göstərməsi heç kimə sirr deyil. Bu “mafiya”nın başında ölkənin ən yüksək kürsülərində əyləşən məmurların dayanması haqqında ölkə mediasında çoxsaylı yazılar dərc olunub. Bu yazıların dövrü mətbuatda tez-tez işıqlandırılmasına baxamayaraq, ölkə rəsmilərinin heç bir reaksiyasına rast gəlinməməsi ətin qiymətinin məmurlar tərəfindən qaldırılmas barədə xalq arasında gəzən şayiələrin yalan olmadığını təsdiqləyir. Məsələn, yüksək çinli məmurların sahibkarlıq fəaliyyəti ilə məşğul olması qanunla qadağan olsa da, Milli Bankın sədri Elman Rüstəmovla qudası, Azərbaycan Melorasiya və Su təsərrüfatı ASC-nin sahibi Əhməd Əhmədzadənin bir neçə rayonda, o cümlədən Füzuli rayonunda bir neçə yüz hektar sahəni zorla vətəndaşlardan alıb öz adamlarına verməsi barədə ciddi şikayətlər yuxarılara qədər gedib çıxsa da, onlar haqqında heç bir tədbir görülmür.

Bu iddianı ona görə diqqətə çəkdim ki, rayonlarda sahibkarlıqla məşğul olan və ölkədə kənd təsərrüfatı, o cümlədən heyvandarlıq məhsullarının, xüsusən ətin qiymətinin qalxmasından bəhrələnən icra başçıları qazandıqlarını təkbaşına yox, yuxarıdakı havadarlarının köməyi ilə əldə edirlər. İcra başçılarına yüksək vəzifəli məmurlar tərəfindın himayədarlıq ənənsinin yalnız Azərbaycanda tətbiq olunduğu mətbuatda dəfələrlə qeyd olunub. Elman Rüstəmovla Əhməd Əhmədzadə qudalarının Füzulidə böyük otlaq sahələrinə sahib olmasının səbəbkarı Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev olduğunu rayonda hər kəs bilir. Qeyd edim ki, Alı Alıyevin 2012-ci ildə Nəbi Muxatarovun yerinə Füzuli rayon Su idarəsinin müdiri vəzifəsindən icra başçısı vəzifəsinə gətirilməsi də yuxarıda bəhs etdiyim qudaların birgə hərəkət etməsi nəticəsində baş tutub. Ona görə də Alı Alıyev prezidentin sərəncamı ilə başçı kürsüsündə əyləşsə də, ona rəhbərliyi qudalar həyata keçirirlər. O qudalar ki, onlar ölkədə böyük kapitala malikdirlər və bu pullar onların nə babasından qalmayıb, nə də qazanmayıblar, dövlətdən və xaldan oğurlayıblar.

Bəli, ölkə prezidentinin sturuktur islahatlarına start verməsi ölkədə fəaliyyət göstərən və dövlətə əlavə xərcdən başqa heç bir fayda verməyən bir sıra lazımsız qurumların ləğv edilməsinə və orada yuva salmış, hər gün ölkəni bataqlığa sürüəməklə, yalnız qazanc əldə etmək barədə düşünən köhnə qurdların sıradan çıxmasını təmin edəcək ən yaxşı mütərəqqi metoddur. Ölkəmizdəki bütün bazarları, dükanları, marketləri, satış bazalarını, hətta mal-qara bazarlarını belə, zəbt etmiş, sərvət hərisləri kimi, dövlətə və xalqa ziyan vuran bu cür tiplərin ortadan qaldırılmasına köklənmiş Prezidentimizə Allahdan kömək istəyirəm! Amin!..

Tahir Abbaslı

0.17415499687195