Gecə klubunda təcavüzə məruz qalan qadın Facebook-da canlı yayım açıb.
Demokratikmusavat.com xarici mətbuata istinadla xəbər verir ki, barda səhnədə oynayarkən seksual xarakterli hərəkətlərə məruz qalan qadın şəxsi Feysbuk hesabında canlı yayım açaraq kömək istəyib.
12 dəqiqə davam edən video Facebook-dan silinib. Polis sosial şəbəkədəki görüntülərlə bağlı araşdırmalara başlayıb.
Hadisə ABŞ-ın Corciya ştatının Atlanta şəhərindəki "Opera" gecə klubunda baş verib.
Videoda "kömək edin" deyə qışqıran qızı oğlanlar sakitləşdirməyə çalışıblar.
Klubdan baş verən olayla bağlı açıqlama verilib, məsələnin polis tərəfindən araşdırıldığı qeyd olunub.
Fuad
Demokratikmusavat.com