AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Türkiyədə soğan böhranı: Azərbaycandan alıb aparacaqlar...

  22

Türkiyənin kənd təsərrüfatı məhsullarının topdansatış bazarlarında soğan sürətlə bahalaşır.

Demokratikmusavat.com Virtualaz.org-a istinadən xəbər verir ki, ötən həftədən soğanın kiloqramı 6 lirəyə (2 AZN-ə) satılır. Türkiyə qiymətləri Azərbaycandan soğan idxal etməklə azaltmağa çalışır.

Ölkənin Kənd Təsərrüfatı İstehsalçılar Birliyinin rəhbəri Yüksel Tavşan yerli mətbuata açıqlamasında firmaların Azərbaycandan soğan almaq üçün danışıqlara başladıqlarını deyib. Soğanın qiymətinin alınma, daşınma, saxlama kimi xərclərlə birgə 2,5-3 lirə arasında olacağı ehtimal edilir.

"Soğan ixracı anbarların boşalmasına, yəni iş adamlarının əldəki məhsullarını sürətlə bazara çıxarmasına səbəb olacaq. Anbarlardakı məhsulların bazara çıxarılması isə qiymətləri azaldacaq. Soğandan əlavə bibər, pomidor və badımcan kəskin ucuzlaşmayacaq, qış mövsümündə bu məhsullar 1-2 liraya satıla bilməz",-birlik rəhbəri əlavə edib.

Onun sözlərinə görə, bölgələrdə aramsız yağışların, sel və tufanın təsərrüfatlara vurduğu ziyanla yanaşı fermerlərin daha çox qazanmaq istəyi ilə qiymətləri süni artırması da bahalaşmaya səbəb olub. Amma Azərbaycandan soğan alınandan sonra yerli fermerlər də qiyməti azaltmağa məcbur olacaqlar.

Bəs məhsulun xaricə daşınması Azərbaycan bazarında qiymətlərə təsir edəcəkmi? Hazırda yerli bazarda soğan neçiyədir?

Araşdırdıq ki, türklər Azərbaycan soğanının kiloqramına təxminən 20 qəpik təklif edir, təlabat isə daha çox Ağdam və Bərdədə istehsal edilən "Dollar", "Sabir", eləcə də "AKT" sortlarınadır. Təklif qəbul olunarsa qonşu dövlətə təxminən 4-5 milyon dollarlıq məhsul satıla bilər.

Azərbaycanda ötən il 233 min ton soğan istehsal edilib. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2018-ci ildə ölkəyə ancaq toxumluq məqsədilə soğan gətirilib. Çünki yerli istehsalla təlabatı tam ödəmək mümkün olub.

Qiymətlərə gəldikdə isə, hazırda yerli bazarda qiymətlər növə görə 45 qəpik-1 manat 20 qəpik arasında dəyişir.

Nazirliyin Aqrar Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi Pərviz Əliyev virtualaz.org-a bildirib ki, Türkiyə firmaları soğanın hər tonuna 118 dollar təklif edir. Ötən illər isə Azərbaycan qonşu dövlətə soğanın tonunu 231 dollardan satıb. "Əgər onların təklif etdiyi qiymətə satış olarsa təxminən 4 milyon dollarlıq məhsul satıla bilər. Qiymət artarsa qazanc da çox olacaq", -Əliyev deyib.

Hazırda anbarlarda kifayət qədər soğan ehtiyatı var. Baş mütəxəssis söyləyir ki, anbarda qalan məhsul satışa çıxarıla bilər, belə olduqda yerli bazarlarda qiymətlərə təsir etməyəcək. "Soğan bazarı fərqlidir, yəni bir qədər tərəddüdlü bazar hesab edilir. Məhsul istehsalı gah artır, gah da azalır. Azərbaycan Rusiya və Ukrayna bazarına da soğan satır, amma bu qiymətlərə təsir etmir, əksinə ölkəyə valyuta daxil olur", -Əliyev əlavə edib.

Qeyd edək ki, Türkiyə hökuməti soğana 49,5 faizlik gömrük rüsumunu ləğv edib. Qərara əsasən, quru soğan (və ya baş soğan) idxalı üçün tətbiq edilən gömrük rüsumu bu il fevralın 28-dək sıfırlanıb. Fermerlər bundan yararlanaraq məhsulunu qonşu bazara çıxara bilərlər. Əliyev hesab edir ki, satılacaq məhsulun həcmi artarsa qiymətlərə cüzi də olsa təsir edə bilər. Hələlik isə yerli bazarda qiymət təlabata və fəsilə uyğun hesab edilir.

Bərdəli fermer Nemət Məmmədov isə sayta bildirib ki, ötən il istehsal edilən soğana alıcı tapmaqda çətinlik çəkiblər, məhsul bol, qiymət isə aşağı olub. Üstəlik anbarda ehtiyat soğanı da qalıb. Amma Türkiyə bazarı onun kimi fermerlər üçün əlçatmazdır. Çünki soğan elə məhsuldur ki, təlabatı hesablamaq olmur, bolluq olan kimi qiymət azalır, xərci borcun ödəmir. Hələ bunun daşınması üçün xüsusi maşın, məhsulu saxlamaq üçün anbar tapmaq kimi dərdləri var.

Demokratikmusavat.com 

Xəbər Lenti

"Ləzzət almasam, burada 25 il işləyə bilməzdim" - FOTO

Bakıda təhlükəli anlar: kişinin başına oyun açdılar - VIDEO - FOTO

"Exit Poll": Zelenski Ukrayna prezidenti seçkilərində qalib gəlir

"Başqa ölkənin himnini səsləndirməyi təsəvvür edə bilmirəm" - Nazim Babayev - FOTO

"Uşaqların ilk ideal fərdləri öz valideynləridir" - Mənim balam - FOTO

Almaniyadakı Cərrahiyyə və Transplantologiya klinikasında işləyən yeganə azərbaycanlı - Uğur hekayəsi - FOTO

Azərbaycanlı gimnast Nərminə Səmədova: "Səhvə yol verməsəydim, birinci yeri tutacaqdım"

İslamı qəbul edib müsəlman olan DÜNYA ULDUZLARI - FOTO

AGF Junior Trophy-də bürünc medal qazanan Arzu Cəlilova: "Medal qazandığıma görə şadam"

Rafael Ağayevin növbəti uğuru

AGF Junior Trophy-də qızıl medal qazanan Azərbaycanın qrup komandasının üzvləri: "Hər şey hələ qabaqdadır"

Şri-Lankada dəhşətli TERROR: 8-ci partlayış - 215 ölü, 400 yaralı - YENİLƏNİB - VİDEO - FOTO

Milli oyunlarımızı "yeyən" "iqra"lar - FOTO

Suriyaya sutka ərzində mindən artıq qaçqın qayıdıb

17 ildir azarkeşlik edən Ayan - FOTO

Müasir alimlər kainat haqqında heç nə bilmir - Patriarx Kirill

"Mançester Yunayted" darmadağın oldu - 0:4!

Türkiyə XİN rəhbəri Şri-Lankada baş verən teraktları pisləyib

"Başakşəhər" məğlubiyyətdən qaçdı - 90+6-da - PENALTİ

Şri-Lankada terror aktı törətmiş kamikadzenin FOTOsu yayıldı

"Bacarmazsan" dedilər, dünya çempionu oldu - Röyalə Fətəliyeva - FOTO

Anri keçmiş klubunda

PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah - Video layihə - 21.04.2019 tarixli bölüm

PSG Draksleri satışa çıxardı

Fransa yenə "qaynayır" - Etirazçılar əl çəkmir - FOTO

Mariana Vasileva: "Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyinin inamı və dəstəyi olmadan biz heç vaxt belə bir nəticəyə nail ola bilməzdik"

Pankisidə çeçenlərlə toqquşma - 15 polis yaralandı

Deputat: "Bəzi dairələr Azərbaycanın qısa müddətdə belə böyük uğurlar əldə etməsini həzm edə bilmirlər"

Yaponiyada avtobus piyadalara çırpılıb, ölən və yaralananlar var

Əməkdar artist efirə ikinci xanımı ilə gəldi - FOTO

Paşinyan Madrid prinsiplərindən imtina etsin - Babayan dilini dinc saxlamır

Xatirə İslam: "Sənəti var, amma adam deyil" - VİDEO

Yaz gəldi, meşə yanğınları başladı - Riqada təhlükə...

AGF Junior Trophy beynəlxalq turnirində komandalar arasında beş gürz və beş lentlə qrup hərəkətlərində qaliblər mükafatlandırılıb: Azərbaycan qızıl və gümüş medallar qazanıb - FOTO

Türkiyədə müxalifət liderinə hücum olub - FOTO

Ukraynada seçicilərin 48 faizə yaxını səs verib

Kinomuzun "Təhminə”si: “Qorxurdum ki, məni Azərbaycanda oğurlayarlar”

Azərbaycan komandası AGF Junior Trophy beynəlxalq turnirində beş lent ilə qrup hərəkətlərində gümüş medal qazanıb

“Qazprom”un menecerinin evindən seyf oğurlandı

Ukraynada SON DURUM: kim qalib gəlir? - Exit-poll-un qeyri-rəsmi nəticələrinə görə...

Azərbaycana qarşı yeni "kampaniya"lar hazırlanır

"Beşiktaş" futbolçusu ilə bağlı qərarını verdi

Azərbaycan komandası AGF Junior Trophy beynəlxalq turnirində beş halqa ilə qrup hərəkətlərində qızıl medal qazanıb

Bundesliqa təmsilçisində məşqçi istefası

Azərbaycan XİN Şri-Lankada baş verən terror aktlarını pisləyib

Leyla Abdullayeva: "Azərbaycan Gürcüstanla dövlət sərhədinin demarkasiyasına dair müzakirələrin davam etdirilməsi məsələsində hər hansı bir maneə görmur" - MÜSAHİBƏ

Ərdoğandan Şri Lanka açıqlaması: Bəşəriyyətə qarşı...

Ronaldo "Juventus"dan gedəcəyi haqda danışdı

Sevgilisindən ayrılmış gənc özünü Venesuela səfirliyinin damından atmaq istədi

Zelenskiyə çılpaq qadın hücum etdi

AGF Junior Trophy beynəlxalq turnirinin ip, top, gürz və lentlə hərəkətlərdə qalibləri mükafatlandırılıb - FOTO

Fransanın Nant şəhərində Azərbaycan məktəbi açıldı

Nərminə Səmədova II AGF Junior Trophy beynəlxalq turnirində gümüş medal qazanıb

"GRENKE Chess Classic 2019": Arkadi Naydiç ilk turu heç-heçə ilə başa vurub

Bakıda bədii gimnastika üzrə AGF Junior Trophy beynəlxalq turnirinin final yarışları davam edir - FOTOREPORTAJ

Bakıda bədii gimnastika üzrə AGF Junior Trophy beynəlxalq turnirinin finall yarışları davam edir - FOTOREPORTAJ

Şri-Lankada dəhşətli TERROR: 8-ci partlayış - 185 ölü, 500 yaralı - YENİLƏNİB - VİDEO - FOTO

İtaliyalı Sofiya Raffaelli bədii gimanstika üzrə AGF Junior Trophy beynəlxalq turnirində gürzlə hərəkətlərdə birinci yeri tutub

Görənlər şoka düşdü: 11 kq qızılla oyuna getdi - FOTO

Poçettino üçün 180 milyon avro

Şri-Lankada dəhşətli TERROR: kilsələrdə və otellərdə partlayışlar: 185 ölü, 500 yaralı - YENİLƏNİB - VİDEO - FOTO

Azərbaycanlı gimnast Nərminə Səmədova AGF Junior Trophy beynəlxalq turnirində bürünc medal qazanıb

Zelenski səs verdi, çıxış etdi - VİDEO

Azərbaycan gimnastı AGF Junior Trophy beynəlxalq turnirində bürünc medal qazanıb

Bakıda bədii gimnastika üzrə II AGF Junior Trophy beynəlxalq turnirinin ikinci günü start götürüb - FOTO

Binəqədidə qan töküldü: kürəyindən bıçaqladılar

Qvardiolanın güvənmədiyi futbolçunu “Yuventus” və “Bavariya” istəyir

Kluba məxsus təyyarə qəzaya uğradı - Ölənlər var

İngiltərədə ilin ən yaxşısı adına 6 namizəd

ABŞ-da hər həftə 100 kilsə bağlanır

"Real"dan 3 transfer bombası: 320 milyon avro...

Şri-Lankada dəhşətli TERROR: kilsələrdə və otellərdə partlayışlar: 160 ölü, 360 yaralı - YENİLƏNİB - VİDEO - FOTO

Luis Almaniyaya getməkdən imtina etdi

Hizbullah İsrailə qarşı savaşa başlayır? - Müharibə anonsu

Bu gün Şimali Makedoniya da prezident seçkiləridr

Namiqin Masallı paylaşımı diqqət çəkdi - FOTO

Şri-Lankada dəhşətli TERROR: kilsələrdə və otellərdə partlayışlar: ölü sayı 52-ə çatdı - YENİLƏNİB - VİDEO - FOTO

Boksçu Elnur Səmədov erməni rəqibini məğlub etdi

Türkiyə paytaxtında gey-paradlara icazə verildi

Rusiya Suriyanın bu limanını yarım əsrlik alır

Kamp-Nou-da növbəti "Barsa şou" - VİDEOİCMAL

Şri-Lankada dəhşətli TERROR: kilsələrdə və otellərdə partlayışlar: ölü sayı 42-ə çatdı - YENİLƏNİB - VİDEO

Hüsniyə yeməyə görə ağladı - FOTO

"Yuventus"dan möhtəşəm çempionluq oyunu - VİDEOİCMAL

Şri-Lankada dəhşətli TERROR: kilsələrdə və otellərdə partlayışlar: 20 ölü, 80 yaralı - YENİLƏNİB - VİDEO

Şri-Lankada dəhşətli TERROR: kilsələrdə və otellərdə partlayışlar: 20 ölü, 80 yaralı - YENİLƏNİB

Kriştianu Ronaldu yeni rekorda imza atdı

Səmra yenə bodidə - FOTO

Şri-Lankada kilsələrdə və otellərdə partlayışlar: 80 yaralı

Meksikada zavodda yanğın

Bu gün Ukraynada prezident seçkilərinin ikinci turudur

Millət vəkili: "Radikal müxalifət nümayəndələri düşmən qüvvələrə, anti-Azərbaycan şəbəkəyə dəstək verirlər"

ABŞ-da hücum hazırlayan məktəbli qızlar saxlanılıb

"Bakıda AGF Junior Trophy turniri parlaq və gözəl keçir" - tamaşaçı

Bu gün 11-ci sinif şagirdləri üçün imtahanlar keçirilir

Qazaxıstan yığmasının bədii gimnastika üzrə məşqçisi: "Bakıda hər zaman yeni təəssüratlar və bilik almağı planlaşdırırıq"

Fransada etirazlar zamanı 14 polis yaralanıb

"Bakıda Milli Gimnastika Arenasında ab-hava möhtəşəmdir" - rusiyalı gimnast

Aprelin 22-dən Formula 1 ilə əlaqədar avtomobillərin hərəkəti məhdudlaşdırılacaq yolların SİYAHISI

XI-XIV əsrlərə aid memarlıq incisi Pir Hüseyn Xanəgahına FOTOSƏYAHƏT

Ağaxan Abdullayev, Alim Qasımov, Elnarə, Simarə... - ARXİV VİDEO

Azərbaycanda yaz ayında füsunkar qış mənzərələri - FOTO

Ulduzlarımızın səhvlərlə dolu statusları - Kim Azərbaycan dilini yaxşı bilir?

Kinomuzun qaynanası... - FOTO

İradə İbrahimova toy şəkillərini paylaşıb ərindən danışdı - FOTO

Qazaxıstan gimnastı: Azərbaycan Gimnastika Federasiyası idmançılar üçün lazımi şəraiti yaradıb

Günün qoroskopu:Yaşamınızda yeni mərhələ başlanır

Zurabişvilidən Azərbaycanla sərhəd barədə bəyanat

“Seltik” Azərbaycan millisinin futbolçusunu almaq istəyir

"Qalatasaray" və "Trabzonspor"dan qələbə

"Yuventus"dan ardıcıl 8-ci çempionluq - rekord

Milli Gimnastika Arenasında AGF Junior Trophy turnirinin qrup hərəkətlərində çoxnövçülükdə qalib və mükafatçılar mükafatlandırılıb - FOTO

Azərbaycan komandası qrup hərəkətlərində AGF Junior Trophy beynəlxalq turnirinin finalına yüksəlib

Xameneini təhqir edən alimə 13 il həbs cəzası verildi

Şamaxıda ağac avtomobilin üstünə düşdü, xəsarət alanlar var

Zelenskinin namizədliyi ləğv oluna bilər

Qəbələdə dəhşətli qəza: 1 ölü, 5 yaralı

"Atletiko" səfərdən üç xalla qayıdır

"Bavariya"dan növbəti qələbə

Ramil Şeydayev əsas heyətdə