AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Vyetnamda “Azərbaycan ilə tanışlıq-2019” adlı tədbir keçirildi - FOTO

  52

Hanoy şəhərində Vyetnam Sosialist Respublikasının Xarici İşlər Nazirliyinin binasında Azərbaycanın Vyetnamdakı Səfirliyi və Vyetnam Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə "Azərbaycan ilə tanışlıq-2019" adlı tədbir keçirilib.

Demokratikmusavat.com Trend-ə istinadən bildirir ki, tədbirin məqsədi Vyetnam bölgələrinin nümayəndələrinin Azərbaycan haqqında məlumatlandırılması, ölkələrimizin bölgələri arasında birbaşa əlaqələrin qurulması imkanlarının müzakirə edilməsi, habelə Vyetnam biznesinin Azərbaycana cəlb edilməsinin təşviqi olub. Tədbirə Vyetnamın iyirmiyə yaxın əyalətinin rəhbərləri və müxtəlif təşkilatlarının nümayəndələri qatılıb.

Tədbirin rəsmi açılış mərasimində çıxış edən səfir Anar İmanov son illər ərzində yüksələn xətlə inkişaf edən Azərbaycan-Vyetnam dostluq münasibətlərinin təməlinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Vyetnam Prezidenti Xo Şi Min tərəfindən qoyulduğunu xüsusi vurğulamışdır. Həmçinin A.İmanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnama dövlət səfərinin zəngin tarixi keçmişə əsaslanan münasibətlərimizin parlaq tarixində yeni səhifə açdığını qeyd edib. Öz çıxışında A.İmanov müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev və onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyatı və siyasi fəaliyyətlərindən bəhs edib, ölkəmizin bügünkü sürətli inkişafının məhz bu dövlət xadimlərinin adı ilə bağlı olduğunu xüsusi vurğulayıb.

A.İmanov hazırda dinamik şəkildə inkişaf edən Azərbaycanın hər iki ölkənin bölgələri arasında münasibətlərin bütün spektri üzrə, o cümlədən, turizm, nəqliyyat infrastrukturu və kənd təsərrüfatı sahələrində qarşılıqlı faydalı əməkdaşlığın qurulmasında maraqlı olduğunu bildirərək Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyinin qeyd olunduğu 2019-cu ildə hər iki tərəfin səyləri sayəsində sözügedən istiqamətdə ciddi irəliləyişlərin əldə olunacağına ümid bəslədiyini qeyd edib.

Öz növbəsində toplantıda çıxış edən Vyetnam Xarici İşlər Nazirliyinin Əyalətlər ilə İş üzrə İdarəsinin Baş direktoru Nguyen Hoang Long dərin köklərə əsaslanan münasibətlərimizin sürətlə inkişaf etdiyini böyük razılıq hissi ilə etiraf edib. Nguyen Hoang Long mürəkkəb dövrlərdə Azərbaycan tərəfinin Vyetnama göstərdiyi yardımı yüksək qiymətləndirərək bu köməkliyin xalqının yaddaşından heç bir zaman silinməyəcəyini bildirib.

Həmçinin Nguyen Hoang Long Vyetnam tərəfinin Azərbaycan ilə bütün istiqamətlər üzrə, o cümlədən bölgələrarası əməkdaşlığı genişləndirmək əzmində olduğunu xüsusi vurğulayıb. Nguyen Hoang Long şahidi olduqları Azərbaycanın son illər ərzindəki sürətli inkişafından böyük sevinc hisslərini keçirdiklərini bildirərək Vyetnam tərəfinin Azərbaycanın müxtəlif sahələrdəki geniş imkanları və zəngin təcrübəsindən faydalanmaq niyyətində olduğunu qeyd edib.

Nguyen Hoang Long bu kimi tədbirlərin keçirilməsinin Vyetnam-Azərbaycan münasibətlərinin bütün istiqamətləri üzrə, o cümlədən, turizm, nəqliyyat infrastrukturu və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndirilməsini və xalq arasındakı əlaqələrin möhkəmləndirilməsini təşviq edəcəyinə əminliyini ifadə edib.

Tədbir yuxarıda qeyd olunan istiqamətlər üzrə panellərə bölünüb. Vyetnam əyalətlərinin rəsmiləri və həmin vilayətlərdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri Azərbaycan ilə əməkdaşlıqda olduqca maraqlı olduqlarını bildirərək ölkələrimiz arasında logistika, infrastruktur və beynəlxalq daşımalar, turist səyahətlərinin həcminin artırılması və turizm infrastrukturunun inkişafı, habelə kənd təsərrüfatı mallarının yetişdirilməsi, qablaşdırılması və satışı üzrə əməkdaşlığın təşviqi istiqamətində atılması zəruri olan addımlar barədə öz fikirləri ilə bölüşüblər.

Tədbir çərçivəsində tərəflər arasında əməkdaşlığın inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb, habelə ölkəmizin müxtəlif sahələrinin inkişafını əks etdirən sənədli filmlər nümayiş etdirilib və tematik təqdimatlar keçirilib. Tədbir iştirakçıları 2019-cu ildə ölkəmizdə keçirilməsi planlaşdırılan 18-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər və 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgilərinə qatılmağa dəvət olunublar. Həmçinin tədbir iştirakçılarına Səfirlik tərəfindən Vyetnam dilində dərc etdirilən müxtəlif nəşrlər, o cümlədən E.Axundovanın müəllifi olduğu "İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda" adlı kitab təqdim olunub.

Demokratikmusavat.com 

Xəbər Lenti

İranda çovğun və daşqın: 68 nəfər ölüb - YENİLƏNİB - VİDEO

Zaur mer postuna namizəd oldu

"Həyəcan təbili hələ Azərbaycanla oyunda çalınmışdı" - Modriç

“Əcəb edir, günah onu efirə buraxanlardadı”

Emiliana R. Simon-Tomas Bakıda "Xoşbəxtlik elmi" adlı ödənişsiz təcrübi təlim keçirəcək - VİDEO - FOTO

Kəramətin şair atası: “Bu adam hər şeyini itirib. Arvadı, evi yox. Verdiyim evi də xaraba qoyub”

"Oğlumun ad gününə gəldi, ərimi əlimdən aldı" - Xoşqədəm daha bir məşhuru biabır etdi

Xəyal Əhmədov almaniyalı rəqibinə aman vermədi - "Tank" dünya kəmərini qazandı

ICGB: "Azərbaycan qazının Avropaya nəqli layihəsi daha rəqabətqabiliyyətli qiymətləri təmin edəcək"

Serj Sarkisyan üzə çıxdı - FOTO

Trampın çəkindiyi 3 əsas siyasi rəqib məlum oldu

Varan "Real"dan ayrılacağı haqda açıqlama verdi

Ağ Evdən açıqlama: “Tramp demokratlara qarşı hüquqi təqibə başlamayacaq”

İranın Şiraz şəhərində 11 nəfər öldü - FOTO

"Napoli" futbolçusuna 150 milyon qiymət qoydu

Bağ evlərindən oğurluq edən şəxslər saxlanıldılar - FOTO

“Tünzalə çox danışır, Elza müğənni deyil”

İtaliyada 100-ə yaxın reys təxirə salınıb - SƏBƏB

Ekspert: "Nazarbayevin əsasını qoyduğu xarici siyasi kurs onun xələfləri tərəfindən davam etdiriləcək"

ABŞ-da məscidə od vuruldu

Tereza Mey istefa şərtini açıqladı

"Bizə qarşı oyunlarda güclərinin 200 faizini istifadə edirlər"

Süd və süd məhsulları alarkən diqqətli olun!

Türkiyə Rusiya vətəndaşları üçün vizanı ləğv edir

"Reytinqə görə məxluqları efirə çıxarıb dağ başına qoyurlar"

Bakıda kompüter oyunları salonundan oğurluq edən qrupun bir üzvü saxlanıldı

Tanınmış marketdə malların kassada başqa qiymətə satılması ilə bağlı açıqlama - FOTO

“Çat Kapı Aşk” filminin qala-gecəsi İstanbulda keçirildi - VİDEO - FOTO

10 448 tənha ahıl və əlilliyi olan şəxs evlərində sosial xidmətlə təmin olunur

“Qaşıqçı cinayəti”ndə əsas günahkarın məhkəmədən yayındığı məlum olub

LUKOIL "Şahdəniz- 2" layihəsi üçün kreditdən niyə imtina etdi?

Azərbaycanda 25 nəfərin öldüyü yanğın daha bir cinayətin üstünü açıb - Qaçırdığı qadını öldürmək istəyib.…

İranda çovğun və daşqın: 113 min nəfərə yardım edilib - VİDEO

AÇ-2020-nin talismanı bəlli oldu

Almaniya yeni islam yaratmaq istəyir

Ayanın 4 evi, 3 maşını var

Qazaxıstanda daha iki şəhərin adını dəyişmək istəyirlər

Gömrükdə avtomobillərdən 14 mobil telefon çıxdı - FOTO

Əminin məhbus qardaşoğluna telefon ötürmək cəhdi alınmadı - FOTO

Peçenye 24 yaşlı qadını öldürdü

Azərbaycan hekayələri Fransada təqdim olundu - FOTO

İspaniya Kralı Argentinada bir saat təyyarədə qaldı

19 cinayətin üstü “isti izlər”lə açıldı

"Erməni əsgərlərin cəzalandırılaraq Dağlıq Qarabağa göndərilməsi bir çox mətləblərdən xəbər verir"

Ukraynada prezidentliyə ən şanslı namizədlər - REYTİNQ

77 il əvvəl itkin düşən sualtı qayıq tapıldı - VİDEO

Müharibə veteranlarına Prezident təqaüdü təyin olunacaq - Tarix açıqlandı

Müharibə veteranlarına Prezident təqaüdü təyin olunacaq - Tarix açıqlandı

Gürcüstanda sosial işçilər tətil elan edirlər

Son 100 ildə adını dəyişən ölkələr - SİYAHI

Expressbank aztəminatlı ailələrə bayram sevinci bəxş etdi

Netanyahu ABŞ səfərini yarımçıq qoydu

"Azərbaycanın güclü futbolçuları var"

Bu gün Sumqayıtın bir hissəsində işıq olmayacaq

Myanmada dəhşətli partlayış: 16 ölü, 48 yaralı

Bədii gimnastımız beynəlxalq turnirdə 2 bürünc medal qazandı

İranda benzin borusu yanır

Sabahın hava proqnozu açıqlandı

İdman gimnastlarımız Dünya Kubokunda çıxış ediblər

Yeni Zelandiyadakı terroru kral komissiyası araşdıracaq

Qazaxıstanda neft yatağında yanğın

Prezident İlham Əliyev banqladeşli həmkarını təbrik edib

“Ayselin günahı yoxdur” - Ayandan həmkarına dəstək - VİDEO

Azərbaycan Litvaya qarşı

Keşişə 1 milyon dollar verildi

Tramp-Rusiya sövdələşməsi təsdiq olunmadı

Rusiyalı ekspert: "Paşinyan və komandası Ermənistan iqtisadiyyatını tamamilə çıxılmaz vəziyyətə salacaq"

AVRO-2020-nin seçmə mərhələsi - Türkiyə yenə meydana çıxır

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artır

Putin II Dünya müharibəsi ilə bağlı tədbirə çağırılmadı

Gömrükdən "Marlboro" və kürü keçirmək istədi - FOTO

Hollandiya - Almaniya matçında 5 qol - VİDEO - FOTO

İsrailə raket atıldı - YARALILAR VAR

Tramp Türkmənistanın Azərbaycan vasitəsilə Qərbə qaz ixrac etmək imkanından yararlanacağına ümid edir

İsrail XİN Trampın Qolan yüksəkliləri haqqında imzalayacağı sənədin tarixini elan edib

ABŞ-ın Yaponiyadakı hərbi bazasında partlayış

NATO-nun baş katibi Tbilisiyə gəlib

Azərbaycanın rəqibi Uels Slovakiyanı məğlub etdi

Ərdoğan: "Bu bütün dünyaya təhdiddir"

Azərbaycanda 240-dan çox uşaq ürəyindən əməliyyat edilib

"Serbiya NATO üzvü olmaq istəmir"

Tarixi oyunlarda Azərbaycana ilk medalı qazandıran xanım - Portret - FOTO

Bir nəfərin auditoriyada 150 adamı öyrətmək dövrü bitmək üzrədir - Uğur hekayəsi - FOTO

Fərəh Əliyeva: "Bu sənət əynimə biçilib" - FOTO

15 yaşlı qız dəm qazından zəhərlənib

AVRO-2020: Almaniya - Niderland oyununda 5 qol vuruldu

Flora Kərimova ilə Afət Fərmanqızı arasında yaşanan qalmaqala Brilliant Dadaşova da qoşuldu

Günün qoroskopu: Yeni maraqlı görüş və tanışlıqlar ola bilər

İtaliyanın "Kazalesi" mafiya şəbəkəsinin 4 üzvü həbs olunub

Naməlum avtomobil 2 qadını vurdu

PSJ Tuxellə yeni müqavilə imzalayacaq

AVRO-2020: Xorvatiya uduzdu, İsraildə 6 qol

Seçkidə səs yığa bilmədi, istefa verdi

Nazarbayev istefa qərarını Putinə deyibmiş

Azəri qızı Güneldən sinəsi və göbəyi açıq FOTOLAR

Ruminiya İsrail səfirliyini Qüdsə köçürür

Kənd uşaqlarına dərs keçmək üçün hər gün Bakıdan Siyəzənə gedən xanımlar - Örnək - FOTO

Universiteti bitirəndən 2 il sonra öz işini qurdu - FOTO

Hindistanda avtobus qəzası: 6 ölü, 45 yaralı

AVRO-2020: Uelsdən qələbə, Qazaxıstan darmadağın oldu

"Qaynanam Elminaz xala mükəmməl insandır" - FOTO

Dənizə düşən şəxs xilas edilib

Həyat yoldaşını səyahət zamanı tapan Rahidə - Səyyah - FOTO

Onun, erməni şahmatçı ilə qarşılaşmada etdiyi "quduz vəzir" kombinasiyası hələ də şahmat aləmində müzakirə olunur - FOTO

Keçmiş prezident evini 80 dollara kirayəyə verir

Enən təyyarəni ildırım vurdu

Soçidə enən təyyarəni ildırım vurdu