AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

"Avropa parlamentləri Ermənistanın "konyak diplomatiyası"nda adı keçən siyasətçilərin fəaliyyətlərini ifşa edən araşdırmalar aparmalıdırlar"

  26

Azərbaycan Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası ilə bağlı kütləvi informasiya vasitələrinə müsahibə verib.

Demokratikmusavat.com Trend-ə istinadən müsahibəni təqdim edir.

- Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi. İclasda dövlətimizin başçısı xarici siyasət məsələləri barədə ətraflı danışdı. Bununla bağlı nə deyərdiniz?

- Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısı proqram xarakterli nitqində beynəlxalq aləmdəki vəziyyət, xarici siyasətimizin gündəliyində olan məsələlər, ötən il əldə edilmiş nailiyyətlər və görülən işlər barədə əhatəli danışaraq xarici siyasət sahəsində qarşıda duran yeni vəzifələri müəyyən etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici və daxili siyasət biri digərini tamamlayır, Azərbaycanın siyasi və iqtisadi müstəqilliyini, xalqımızın firavanlığını, ölkəmizin təhlükəsizliyini və daha da güclənməsini təmin edir.

İclasda 2018-ci ildə xarici siyasətimizin uğurlarını diqqətə çatdıran Prezident İlham Əliyev əsas istiqamətləri təsnif etdi:

- Azərbaycanın xarici siyasəti çoxşaxəlidir və bizimlə əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır. 2018-ci il ərzində dövlətimizin başçısının xarici ölkələrə 16 səfəri, Azərbaycana 16 dövlət və hökumət başçısının səfəri bunun əyani sübutudur;

- Azərbaycan qonşu dövlətlərlə əlaqələrini yüksək pilləyə qaldırıb. Ölkəmiz düşünülmüş siyasət apararaq bütün qonşularla çox gözəl münasibətlər qurub. Hər bir ölkə üçün qonşu dövlətlərlə əlaqələrin inkişaf etdirilməsi çox vacib amildir. Bu, ölkə ətrafında xoşməramlı mühitin formalaşmasına, nəqliyyat, enerji layihələrinin icrasına və ticarət əlaqələrimizin inkişafına xidmət edir. Keçən il qonşu ölkələrin dövlət və hökumət başçıları ilə Prezidentimizin çoxsaylı görüşləri olub, bu görüşlər nəticəyönümlü xarakter daşıyıb və praktiki məsələlər həllini tapıb.

- Azərbaycan müsəlman aləmində böyük hörmət və nüfuza malikdir, İslam həmrəyliyinin inkişafı istiqamətində ölkəmizin atdığı addımlar, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində irəli sürdüyü təşəbbüslər İƏT-ə üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir;

- Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafında keçən il Prezident İlham Əliyevin Brüsselə səfəri və səfər əsnasında Aİ ilə Azərbaycan arasında Tərəfdaşlıq Prioritetləri sənədinin imzalanması mühüm yer tutur. Bu sənəddə Avropa İttifaqı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı öz mövqeyini birmənalı şəkildə ortaya qoyur. Eyni zamanda, keçən il NATO-nun Zirvə görüşündə də qəbul edilmiş Yekun Bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə dəstək və hörmət əksini tapıb;

- Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb. Ölkəmizin uzun müddət müəyyən etdiyi mövqe bu sənəddə öz əksini tapıb. Bu sənədin imzalanması bir daha göstərir ki, Xəzər dənizi sülh, əməkdaşlıq, təhlükəsizlik dənizidir;

- Keçən il Azərbaycan Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin toplantısına ev sahibliyi etdi. Bu il ölkəmizdə Qoşulmama Hərəkatının Zirvə toplantısı təşkil olunacaq. 2019-2022-ci illərdə Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi həyata keçirəcək;

- Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Bu məsələ yalnız ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməli, Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan tam və qeyd-şərtsiz çıxarılmalıdır;

- Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan məsələlər çox müsbət xarakter alır. Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək və hörmətin ifadə olunduğu mövqe daha da gücləndirilir və beynəlxalq sənədlərdə bu, öz təsbitini tapır;

- Danışıqların davam etdirilməsi prosesi başlanıb, baxmayaraq ki, ilkin mərhələdə Ermənistanın yeni rəhbərliyi danışıqlardan boyun qaçırmaq istəyirdi. Hətta belə fikirlər səslənirdi ki, Azərbaycan qondarma rejimlə danışıqlar aparmalıdır. Biz dərhal belə cəhdləri rədd etdik. Əlbəttə ki, münaqişənin həlli ilə məşğul olan vasitəçilər də belə anlaşılmaz yanaşmanı heç cür dəstəkləyə bilməzdilər və öz fikirlərini bildiriblər. Nəticə etibarilə, danışıqlar prosesi bərpa edildi;

- Ermənistanda iyirmi il hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş kriminal xunta rejimi süqut etdi. Bu, kriminal rejimin məntiqi acı sonu idi. Bu məsələdə əlbəttə ki, Ermənistanın işğalçılıq siyasəti də mühüm rol oynayır. Çünki məhz bu siyasətə görə Ermənistan biz tərəfdən bütün regional layihələrdən təcrid edildi. Bu işğalçılıq siyasətinə görə Ermənistan iqtisadiyyatı demək olar ki, çökdü. Ermənistan çox dərin demoqrafik böhran içindədir və depopulyasiya, yəni, əhalinin azalması prosesi geniş vüsət alıb. Azərbaycan dünyaya sübut etdi ki, onun apardığı siyasət düzgün siyasətdir. Ermənistan bütün layihələrdən təcrid edilib. Azərbaycan Ermənistanı təcrid etmək üçün bütün vasitələrdən istifadə edir və edəcək, o vaxta qədər ki, torpaqlarımız azad olunmayıb. Bu siyasət öz nəticəsini verdi, kriminal rejim çökdü və Ermənistanda yeni vəziyyət yarandı.

Müstəqil və uğurlu xarici siyasətimizin təməlində dövlətimizin başçısının müəyyən etdiyi uzaqgörən və düşünülmüş siyasət, verdiyi məntiqi əsaslı və hədəfli tapşırıq və təlimatlar, digər dövlət başçıları ilə keçirdiyi çoxsaylı və nəticəyönümlü görüşlər və səfərlər dayanır. Əminliklə deyə bilərik ki, 2019-cu ildə də Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu xarici siyasətimiz davam etdiriləcək.

- Dövlətimizin başçısı Ermənistanın həyata keçirdiyi "konyak diplomatiyası", Avropa Şurası, Avropa Parlamenti və demokratiyadan danışan bir sıra beynəlxalq təşkilatların Ermənistandakı saxtakarlığa göz yumması məsələlərinə də toxundu. Bu barədə nə deyərdiniz?

- Dövlətimizin başçısı tərəfindən qeyd olunduğu kimi, Ermənistan tərəfindən açıq şəkildə "konyak diplomatiyası" həyata keçirilir. Bu yolla Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası, həmçinin bəzi Qərb ölkələrinin qanunverici orqanlarındakı korrupsioner siyasətçilər ələ alınır və həmin şəxslər tərəfindən də Azərbaycana qarşı iyrənc şəkildə şər-böhtan və saxta məlumatlar əsasında təxribat həyata keçirilir. Məsələn, bir nümunəni qeyd edək. Kriminal rejim tərəfindən 2017-ci ildə Ermənistanda keçirilmiş parlament seçkilərini müşahidə edən sözügedən təsisatların müşahidəçiləri yekun hesabatlarında seçkilərdə fundamental azadlıqların təmin olunduğunu iddia edirdilər. Həmin seçkilərdə kriminal xunta rejiminin nümayəndələri 50 faizdən çox səs almışdılar, son parlament seçkilərində isə 5 faiz səs belə yığa bilmədilər. Ermənistan xalqı sonradan həmin kriminal xunta rejimini siyasi səhnədən biabırçı şəkildə rədd etdi. Mənzərə tam aydın olur ki, sözügedən təsisatlarda təmsil olunan bir çox siyasətçilər Ermənistanın kriminal rejimi ilə müəyyən maddi maraqların, yəni, "konyak diplomatiyası"nın müqabilində şərik olaraq seçkilərin saxtalaşdırılmasında iştirak edir, sonra saxta hesablarla ona "demokratik" don geyindirirlər. İndi hansı əsasla həmin şəxslər demokratik dəyərlərdən danışırlar? Kriminal xunta rejiminə bu kimi hesabatlarla legitimlik verən həmin siyasətçilərin bir qismi hələ də sözügedən təsisatlarda təmsil olunmaqda davam edirlər. Brüsseldə Serj Sarkisyanla bir masa ətrafında oturub siyasi xarakterli kriminal əməlləri müzakirə edən, kriminal xunta rejiminin seçkilərini dəstəkləyən, işğal olunmuş ərazilərimizə qanunsuz səfərlər edən Avropa Parlamentinin üzvləri Yaroslav Stetina və Frank Engel kimi siyasətçilər indi hansı mənəviyyatdan danışa bilərlər? Ermənistanın "konyak diplomatiyası"nın maliyyə mənbəyini isə kriminal pullar təşkil edir. Burada kriminal fəaliyyətlə siyasi lobbizm bir-birini tamamlayacaq şəkildə inkişaf edir.

Bu gün Avropa ölkələrində, o cümlədən Almaniya, İspaniya, Çexiya və Belçikada "erməni mafiyası" adı altında geniş mütəşəkkil cinayətkar qruplaşmalar aşkar edilib. Bu mütəşəkkil cinayətkar qruplaşmalar yalnız kriminal fəaliyyətlə deyil, eyni zamanda, siyasi lobbizmlə də məşğul olublar. Həmin kriminal qruplaşmaların bəzi üzvləri Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən verilən diplomatik pasportlarla həbs olunublar. Erməni mafiyası ilə əlaqədar aparılan cinayət işində Azərbaycana qarşı kampaniya həyata keçirən, işğal olunmuş ərazilərimizə qanunsuz səfər edən bir sıra siyasətçilərin adları hallanmaqdadır. Eyni zamanda, bu proseslərdə Ermənistanın bir sıra səfirlərinin də adı keçir.

Hesab edirik ki, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin, həmçinin bir sıra Qərb ölkələrinin parlamentlərinin etik komitələri parlament üzvlərinin və siyasətçilərin bu kimi qanunsuz və korrupsiyalaşmış fəaliyyətlərini ifşa edən araşdırmalar aparmalıdırlar. Həmçinin bu çərçivədə anti-Azərbaycan kampaniyaların kökləri araşdırılmalıdır. Əks təqdirdə, hər hansı ədalətdən və ya demokratik dəyərlərdən danışmaq qeyri-mümkündür.

Demokratikmusavat.com

Xəbər Lenti

Süd məhsullarında brusellyoz xəstəliyi və onun fəsadları

12 il sonra üçəmləri oldu, üçotaqlı mənzil bağışlandı - FOTO

Novruz tətilini necə keçirək? - Gənclərə məsləhət

Həyat yoldaşı Aytən Səfərovanı belə təbrik etdi - FOTO

Niderlandda atışma nəticəsində üç nəfər həlak olub

Türkün zəfər dastanı - Çanaqqala savaşının 104-cü ili

Senator Kirsten Cillibrand 2020-ci ildə ABŞ prezidenti vəzifəsinə namizədliyini irəli sürəcək

Görkəmli xanəndə Xan Şuşinskinin vəfatından 40 il ötür

Ölənlərin sayı minə çata bilər - Mozambik prezidentindən ŞOK AÇIQLAMA

Yeni Zelandiyada kütləvi qətl törədən şəxs haqda daha bir fakt

Babayandan Qarabağla bağlı inanılmaz TƏKLİF

Kiyevdə Poroşenkonun şirniyyat mağazası yandı - VİDEO

Babam yaşındakı kişinin qucağında... - Terrorçudan şok etiraf

Gənc oğlan azyaşlı qohumunu cinsi əlaqəyə məcbur etdi - Qusarda şok olay

Nazir: "Venesuela neft tədarükü üçün yeni bazarlar axtarır"

Nazpərini Hema Maliniyə oxşatdılar - FOTO

Ruhani: "İran ABŞ-ı məhkəməyə verməlidir"

“Türk Hava Yolları” Antalya-Bakı-Antalya istiqamətində birbaşa uçuşlara başlayır

Yol polisi ər-arvadı belə döydü - İranda tükürpədən olay - VİDEO

Trend İnformasiya Agentliyinin əməkdaşı KİVDF-nin elan etdiyi yazı müsabiqəsinin qalibi olub - FOTO

Əli Həsənov: "Azərbaycan dövlətinin KİV-lərə, jurnalistlərə dəstəyi şəffaf şəkildə həyata keçirilir, bu prosesdə heç bir qaranlıq məqam yoxdur" - FOTO

Əli Həsənov: "Azərbaycan dövlətinin KİV-lərə, jurnalistlərə dəstəyi şəffaf şəkildə həyata keçirilir, bu prosesdə heç bir qaranlıq məqam yoxdur"

Artıq ayrı evlərdə yaşayırlar

Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum Evinin və Uşaq Xəstəxanasının əsaslı təmirinə 2 milyon manat ayrılıb

İstanbul heç vaxt Konstantinopol olmayacaq - Ərdoğan

Hikmət Hacıyev Almaniya XİN-in Şərqi Avropa bölməsinin direktoru ilə görüşüb

“Qarabağ”ın qapıçısı Fransa ilə oyun üçün milliyə çağırıldı

"Elə qadın var ki, müğənni ondan namusludur" - Damla

“Messi ilə eyni dövrdə yaşamaq xoşbəxtlikdir” - Valverde

Elnur niyə efirlərdən imtina edib?

“Narkotikə görə 1-2 sutka komada olmuşam” - Elşad Xose

"Beşiktaş"ın futbolçusu Azərbaycan millisindən kənarlaşdırıldı

Prezident İlham Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

“Bacanaqlar”da bu dəfə Afəti ələ saldılar - VİDEO

Gürcüstan parlamentində dava - VİDEO

Millət vəkili: "Əfv sərəncamlarının verilməsi humanizm, əxlaqi və cəmiyyətdaxili harmoniyanın qorunması baxımından böyük önəm daşıyır"

Nazirlər Kabinetinin illik hesabatı: sistemli və ardıcıl fəaliyyətin töhfələri

Gülnarə Xəlilovanın “Novruz” kolleksiyasi Özbəkistanda təqim ediləcək - VİDEO - FOTO

Səudiyyəli nazir: "Azərbaycan OPEC+ sazişinin digər ölkələri üçün nümunədir"

Ekspert: "Prezident İlham Əliyevin əfv sərəncamı ulu öndər Heydər Əliyevin humanizm siyasətinin uğurla davam etdirilməsinin təsdiqidir"

UEFA Ronalduya intizam işi açdı - "Atletiko" ilə oyunda etdiyi hərəkətə görə

Kəpəyin istehsalı və satışının da ƏDV-dən azad edilməsi təklif olunur

Azərbaycana 84 kq heroin keçirmək istədilər, qarşısı alındı

LUKOYL Azərbaycanda fəaliyyətini genişləndirmək istəyir

Poçt göyərçini fantastik qiymətə satıldı - FOTO

Maştağada 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ərazisində yeni korpusun tikintisi ilə bağlı maliyyə vəsaiti ayrılıb

“Xoşuma gəldi, qoydum belimə” - Küçədən silah tapan şəxs - VİDEO - FOTO

OPEC+ monitorinq komitəsinə yeni ölkələr daxil olacaq

Hikmət Hacıyev: "Azərbaycanın da səbrinin həddi var"

Rüşvətə görə həbs edilən prokuror azadlığa buraxıldı

Xorvatiya - Azərbaycan oyununun hakimləri açıqlandı

"Testene Art Baku" III Beynəlxalq İncəsənət festival-müsabiqənin Qala konserti keçirildi

Nəhənglərin Kante savaşı - "Çelsi" 100 milyon tələb edir

Siyavuş Novruzov: "Əfv sərəncamının imzalanması xarici qüvvələri, ermənipərəst dairələri ciddi şəkildə narahat edir"

Nəsrinin incəbelliyinin sirri - 7-dən sonra yemək yemir - FOTO

İki qadın futbolçu nişanlandı - FOTO

Bank Respublika Torpaq çərşənbəsində kreditlər üzrə faizləri endirəcək!

Sevda bir çantaya 5 min dollar ödəyib

Bottas Avstraliya Qran Prisinin qalibi oldu

Xristian futbolçu müsəlmanlara dəstək oldu - VİDEO

OPEK+ ölkələrinin növbəti görüşü təxirə salına bilər

Azərbaycan OPEK+ sazişi çərçivəsində göstəricilərini daha da yaxşılaşdıracaq

Qızların Avropa çempionatında yumruq davası - VİDEO

"Nar" nömrə ilə xaricdə Wi-Fi pulsuzdur

İranda çay daşdı - Park su altında qaldı - VİDEO

2010-cu ildə Şəbnəm - Təəccübləndirən dəyişim - FOTO

“Ronalduya nifrət edirəm, ancaq…” – Qrizmann

Rusiyalı ekspert Azərbaycan-Səudiyyə Ərəbistanı birgə layihələrinin reallaşdırılmasını proqnozlaşdırır

“Bəzilərində xarizma və sənət yoxdur” - Əməkdar artistdən atmaca - VİDEO - FOTO

Super Liqada qalmaqal - Derbi yarıda qaldı - FOTO

Hollandiyada tramvayda gülləbaran - FOTO

Millət vəkili: "Prezidentin əfv sərəncamı ümumi ictimai həmrəylik baxımından da əlamətdar hadisəyə çevrildi"

Serbiyada prezidentin istefası istənilir - FOTO

Aşıq Ulduz iş adamı olan kürəkəninin sərvətindən danışdı: "Bakıda, İstanbulda evi..."

Sosial şəbəkədən asılı qalanların qorxusu - VİDEO - FOTO

Abbas Bağırov ilk dəfə həyat yoldaşı və oğlu ilə - FOTO

"İndi arvadlarımıza daha çox vaxt ayıracağıq" - Tomas Müller

Yeni 10 manatlıqlar dövriyyəyə buraxılıb - FOTO

Yeni 10 manatlıqlar dövriyyəyə buraxılıb

İstanbulda fabrik yanır: 5 nəfər zəhərlənib - YENİLƏNİB

Əfsanəvi gitaraçı vəfat etdi

140 kq-lıq qadın 9 yaşlı qızın üstündə oturub, öldürdü - FOTO

Realiti şounun iştirakçısı meşədə ölü tapıldı - FOTO

"Pop oxuyanlar acından ölür, mənə isə bir toya 7 min verirlər"

"Xalq seçimi": Day.Az-ın oxucuları yaxşıların yaxşısını seçdilər - VİDEO - FOTO

Doğuş "Səni axtarıram"a bu geyimdə gəldi - FOTO

İşdən çıxarılan tibb işçilərindən daha bir VİDEO

Məscid qətliamını canlı yayımlayan yeniyetmə də həbs olundu - FOTO

Bakı ilə Dərbənd və Maqas şəhərləri arasında əməkdaşlıq memorandumu imzalanıb

Cüdo üzrə paralimpiya yığmamız Gürcüstana gedib

Talıbdan onu tənqid edənlərə: "İkiüzlülər" - Qalmaqal

Deputat: "OPEC+ formatında iclasın Bakıda keçirilməsi mühüm hadisədir"

Bursa səfərində "Qalatasaray"dan möhtəşəm geri dönüş - VİDEO - FOTO

Aydın Xırdalanlı bu hala düşdü - FOTO

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye nazirini qəbul edib

Messidən het-trik, "Barselona" darmadağınla qalib gəldi - VİDEO - FOTO

İsrail əsgəri öldürüldü, Qəzzada ehsan paylandı

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi, 20 Yanvar və Çernobıl hadisələri zamanı əlil olanlar avtomobillə təmin olunacaqlar - SƏRƏNCAM

Səudiyyəli nazir: "Əsas məqsəd qlobal neft ehtiyatları səviyyəsini normallaşdırmaqdır"

Nazir müavini: "Rusiya OPEK+ sazişinin icrasına sadiqdir"

İki gün ərzində 31 cinayətin üstü “isti izlər”lə açıldı

Muğam Mərkəzində "musiqi alətlərinin tarixi” mövzusunda beynelxalq konfrans keçirilib - FOTO

Azərbaycanlı aktyor həmkarı ilə evləndi - FOTO

Nazir: "Azərbaycan OPEC-in neft bazarında balansın saxlanması üzrə səylərini bundan sonra da dəstəkləməyə hazırdır"

ARB 24-ün keçmiş əməkdaşları telekanal adından sui-istifadə edirlər - AÇIQLAMA

Muğam Mərkəzində konsert keçirilib - FOTO

Aprelin 1-dən yaşa görə müavinətlər 80 faizə yaxın artırılacaq

"Transfer sehrbazı" "Sevilya"ya qayıtdı

“Aparıcı olduğuma görə məni almırdılar”

“Marsel” də PSJ ilə bacarmadı

"Mançester Siti"yə zəif rəqib

La Liqa: lider fərqi artırdı

Yeni Zelandiya silah dövriyyəsi haqqında qanunu sərtləşdirir - Terror aktından sonra

Övladlığagötürmə ilə bağlı YENİ QAYDALARın layihəsi hazırlanır

“Gəlişini mayda gözləyirdik, özünü marta çatdırdı” - FOTO

"Prezident İlham Əliyevin əfv sərəncamı məhkum üzvü olan ailələrin bayram sevincinə əlavə sevinc qatdı"

“Boeing” qəzaları arasında oxşarlıq aşkarlandı - FOTO

Cəmilənin FOTOların istifadə edib, saxta hesab açdılar - FOTO

Kosmik təhlükə: Yerə asteroid yaxınlaşır

Ərdoğan tramvay sürdü - FOTO

Latviyalı nazir: "Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlıqda maraqlıyıq"

Bakıda OPEC+ Birgə Monitorinq Komitəsinin iclası start götürür

Bakıda güclü külək əsir

Boksçumuz Avropa çempionu oldu

Çin prezidenti İtaliya, Fransa və Monakoya səfər edəcək

Konqo DR-da qatar relsdən çıxıb: onlarla ölü və yaralı

Terrorçuya haqq qazandıran siyasətçini peşman etdilər

Messi "Barselona"nın tərkibində ən çox qələbə qazanan futbolçudur

Əfqanıstanda 5 İŞİD üzvü məhv edilib

Zelandiya teraktının səbəbkarı... - Türk nazir açıqladı

Xalid Əl Falih: "OPEK+ razılaşmasının icrası mart ayında 100 faizi keçəcək"

Honkonq metrosunda qatarlar toqquşub - FOTO

Bu dəfə "Boinq" sərnişinləri ölümdən döndü

"S-400 sistemlərinin alınması ABŞ-Türkiyə münasibətlərində ciddi problemlər yaradır"

Milan derbisində 5 qol vuruldu

Nazir: "Kiçik və orta biznesə sərmayələr Latviya və Azərbaycan arasında iqtisadi əməkdaşlığa böyük fayda verəcək"

Zimbabvedə daşqınlar nəticəsində ölənlərin sayı 65-ə çatıb

"Neft bazarında əminlik tədricən qayıdır"

5 ədəd top mərmisi tapılıb - FOTO

Bakteriya mənşəli qida zəhərlənmələri - İnsan orqanizminə düşdükdə...

İnformasiya müharibəsi dövründə kibertəhlükəsizlik

"İnsan vətənpərvər doğulmur, yetişdirilir" - Mənim balam - FOTO

"Azərbaycan ordusu aprel döyüşləri ilə düşmənə mesaj verdi"

Günün qoroskopu: İntuisiyanızın səsinə qulaq verin

Terrorçunun ailəsi üzr istədi - FOTO

Dəməşq qərb dördlüyünün birgə bəyanatına cavab verdi

Türk əsgərlər xüsusi təhlükəli terrorçunu məhv etdilər