AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

40 ildir hökm edən "Qayınana" - FOTO

  71

Demokratikmusavat.com kaspi.az-a istinadən yazını təqdim edir.

Komediyanı kim sevmir, xüsusilə kinematoqrafik komediyanı? Komediyaya baxanda tamaşa zalında ətrafı gülüş səsləri bürüyür, kinoteatrdan xoş əhval-ruhiyyə ilə çıxırsan, baxdığın filmin yaradıcılarına öz ürəyində minnətdarlığını bildirirsən.

Biz hamımız incəsənətin bu növünü sevirik. Çünki o, adamların əhval-ruhiyyəsinə xoş təsir bağışlayır. 

Kinonun janrları arasında ən populyar olanı musiqili kinokomediyadır. Musiqili kinokomediyanı "ulduzlarsız" təsəvvür etmək mümkün deyil. Azərbaycan estradasının kralı, müğənni və aktyor Rəşid Behbudov, görkəmli gülüş ustalarından Mirzəağa Əliyev, Ələkbər Hüseynzadə, Mustafa Mərdanaov, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Bəşir Səfəroğlu, Hacıbaba Bağırov, Yaşar Nuri, Səyavuş Aslan, Münəvvər Kələntərli, Eldəniz Zeynalov və bu kimi digər sənətkarlarda komik və dramatik istedad, musiqi duyumu, xarici görünüş, milli temperament, zalı və ya kinokameranı hiss eləmək qabiliyyəti, tamaşaçıların sevgisini qazana biləcək digər nüanslar harmonik şəkildə birləşir. Belə aktyorlar uzun müddət musiqili komediyaların, ümumiyyətlə kinokomediyaların daşıyıcısı olurlar.

Misal üçün, xalq artisti Nəsibə Zeynalova "Ögey ana" (Fatmanisə), "Mollanın sərgüzəşti" (Gülsüm), "Ulduz" (Züleyxa), "Qanun naminə" (kəndli qadın), ""1001-cı qastrol" (Şərəbanı nənə), "Qayınana" (Cənnət), "Qorxma, mən səninləyəm" (Mərdanın anası), "Bəyin oğurlanması" (Nəsibə), "Yuxu" (Məsmə) kimi müxtəlif janrlı bədii filmlərdə mükəmməl komik obrazlar yaratmışdır.

Adını çəkdiyim filmlər içərisində rejissor Hüseyn Seyidzadənin son işi olan və bu il 40 yaşına çatmış "Qayınana" musiqili kinokomediyasının kino tariximizdə öz xüsusi yeri var.
 
Ümumiyyətlə, "Qayınana" tamaşasının və filminin maraqlı tarixçələri var. Bu tamaşa Musiqili Komediya Teatrında ilk dəfə 1965-ci ilin dekabrında göstərilmiş və tamaşaçılar tərəfindən böyük uğurla qarşılanmışdır. "Qayınana" musiqili komediyasını bəstəkar Zakir Bağırov aktyor Məcid Şamxalovun librettosu əsasında yazmışdır. İlk tamaşanın rejissoru Niyaz Şərifov, rəssamı Böyükağa Mirzəzadə idi.

"Qayınana" tamaşasını məşhurlaşdıran, əsl sənət hadisəsinə çevirən əsas səbəbkar aktrisa Nəsibə Zeynalovanın əvəzsiz oyunu olmuşdur. Təsadüfi deyil ki, "Qayınana" tamaşası xalq artisti Nəsibə xanımın sağlığında teatrda 1000 dəfədən çox oynanılmışdır. Bu faktın özü həmin əsərin xalqa nə qədər yaxın olduğunu bir daha sübut edir.

Maraqlı bir fakt. Ulu öndər Heydər Əliyev istər yaradıcılıq təşkilatlarında, istərsə də mötəbər məclislərdəki çıxışlarında həm teatr və kino sənətini, həm də teatr və kino işçilərinin əməyini həmişə yüksək qiymətləndirərdi. O, teatr tamaşalarına, filmlərə baxar, öz fikrini söyləyər, tövsiyələrini verərdi. Belə tamaşaların birində ulu öndər "Qayınana"ya baxandan sonra demişdi ki, kamil sənət ustası, realist sənətkar Nəsibə Zeynalovanın iştirakı ilə "Qayınana" tamaşasının ekran variantını çəkmək lazımdır.

1978-ci ildə ulu öndər Heydər Əliyevin bu tövsiyəsi reallaşdı. "Qayınana" musiqili kinokomediyası M.Şamxalovun eyni adlı pyesinin motivləri əsasında çəkildi. Filmin ssenari müəllifləri Əjdər İbrahimov və Marqarita Maleyevadır. Müəlliflər komediyanın süjetini saxlamaqla yanaşı, onun ekran variantına bəzi mühüm ştrixlər də əlavə etmişlər. Filmin şən və baxımlı olmasına, komik səhnələrin təsvirinə xüsusi diqqət yetirilmiş, bu məqsədlə kino sənətinin imkanlarından istifadə edilmişdir.

Rəngli, genişekranlı filmdə toxunulan mövzu ümumbəşəri və əbədidir. Məişət problemi kimi qaynana ilə gəlinin qarşılıqlı münasibət tarixçəsi yer üzündə ailələrin yaranışından mövcuddur.

Gəlinin bəy evinə gəlməsindən bir müddət sonra iki qadın, daha doğrusu, qaynana ilə gəlin arasında ya mehriban, xeyirxah, ya da, bir çox hallarda kəskin düşmənçilik münasibətləri qurulur. Bu vəziyyətdə kim haqlıdır, kim təqsirkardır?  Buna qəti cavab vermək çətindir! Təəssüf ki, mövcud ailə problemi dərin psixoloji tədqiqata cəlb olunmayıb, daha  doğrusu,  bu məsələyə elmi əsər, dissertasiyalar həsr edilməyib.

Dünyada dərisinin rənginə, millətinə və xarakterinə görə müxtəlif olan milyonlarla qaynana yaşayır. Bizim "Qayınana" filmi isə azərbaycanlı, dəqiq desək, bakılı qaynana haqqında söhbət açır.

Filmin qəhrəmanının adı Cənnətdir. Müəlliflər qayınanaya bu adı təsadüfən qoymayıblar. Bu ad çoxmənalıdır. Bu Cənnət, necə deyərlər, gəlinlərin başında turp əkən hökmlü qayınanadır. Cənnətin obrazını teatrda olduğu kimi, filmdə də görkəmli sənətkar, xalq artisti Nəsibə Zeynalova yaratmışdır. Filmdə, biz onun ifasında Cənnət xalanı daha qabarıq, daha dolğun cizgilərlə görürük. Nəsibə xanımın yaradıcılıq manerasına məxsus təbiilik, sərbəstlik və bütövlük nəinki obrazın, həm də filmin təsir qüvvəsinin xeyli artmasına imkan vermişdir.

Film yüngül yumoru, ağıllı dialoqları, milli müdrikliyi, sadə süjeti və personajların parlaq xarakterləri ilə diqqəti cəlb edir.

Vaxtilə rejissor Hüseyn Seyidzadədən  "Qayınana" filmi ilə bağlı aldığım müsahibədən:  "Filmin quruluşçusu kimi, etiraf edim ki, mən aktrisa Nəsibə Zeynalova ilə işimizdən böyük yaradıcılıq zövqü aldım. Geniş diapazon, onun aktyorluq fərdiyyətinin parlaq təkrarsızlığı, personajının obrazına tam dəqiqliyi ilə düşməsi, oyununda emosionallıq, doğruluq və kamera  qarşısında özünü olduqca təbii və səmimi  aparmaq bacarığı, Nəsibə Zeynalovanın rol üzərində zərgər işi həqiqətən bizim filmi zinətləndirir".

Əgər baş rolun - qayınananın ifaçısı ilə rejissorun bəxti gətirmişdisə, ona tərəf - müqabil - ikinci  gəlin  (Afət) roluna partnyor (oyundaş)  seçmək olduqca çətin idi. Burada səhv etmək olmazdı. Ona görə ki, bu duet filmin taleyini, onun bədii səviyyəsini həll edirdi.

Afət rolunun ifaçısı artistlik istedadından başqa əla xarici görünüşə, musiqi qabiliyyətinə, plastikliyə  və  ekssentrikliyə malik olmalı idi. Çünki bu obraz filmdə müzik-hollun solistidir. Bu rola kinosınaq üçün rejissor tərəfindən Leninqrad və Moskvadan dörd gənc aktrisa dəvət olunmuşdu. Sınaq nəticəsində, necə deyərlər, yaradıcılıq yarışında Moskva Dövlət Operetta Teatrının aktrisası İnarə Quliyeva qalib gəldi. Aktrisa İ.Quliyevanı tamaşaçılar "Alma almaya bənzər", "Dədə Qorqud", "Günlərin bir günü" filmlərindən də yaxşı tanıyırlar.

Filmdə Ayaz rolunda aktyor Ceyhun Mirzəyev çəkilməli idi. O, hətta kinosınaq çəkilişindən də uğurla çıxmışdı. Amma çəkilişlər başlanarkən onu Fuad Poladov əvəz etdi. Digər rollarda İlham Əhmədov (İlqar, o, müzik-hollun  rejissorudur), Tənilə Əhmərova (Sevda, birinci gəlin), Səfurə İbrahimova (Sədaqət), Tələt Rəhmanov (Əli) iştirak edirlər.

Mən bu aktyor heyəti arasında Tənilə xanım haqqında bir qədər ətraflı məlumat vermək istəyirəm. 

Azərbaycanın əməkdar aktrisası Tənilə Əhmərova 1977-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Elə həmin il "Sevinc buxtası" filmində Leyla roluna çəkilmişdir. 1978-ci ildən C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında aktrisa kimi fəaliyyət göstərmişdir. Bundan sonra o, "Şir evdən getdi", "Üzü küləyə", "Yarımçıq qalmış mahnı", "Üzeyir ömrü", "Əlavə iz", "İşarəni dənizdən gözləyin", "Dağıdılmış körpü" və s. filmlərdə müxtəlif rollar ifa etmişdir. Bir neçə xarici filmdə də çəkilmişdir. T.Əhmərova 2015-ci il avqustun 4-də vəfat etmişdir.

Filmin operatoru Fikrət Əsgərov, rəssamı Nadir Zeynalov, baletmeysterlər Rəfiqə Axundova  və Maqsud Məmmədovdur.

Filmdə bir çox milli, eyni zamanda müasir caz, vokal və rəqs nömrələri səslənir. Bütün bunlar xalq artisti, bəstəkar Tofiq Quliyev tərəfindən yazılmışdır. Bəstəkarın hadisələrlə həmahəng səslənən musiqisi filmi bir növ tamamlayır. Tamaşaçıya ümumi hadisələr axınını  daha aydın başa düşməyə imkan verir.

Bir-birindən şən və lakonik olan mahnıların mətnini şair Fikrət Qoca yazmışdır. Bu mahnıları müğənnilərdən Flora Kərimova, Akif İslamzadə, Mirzə Babayev və Yalçın Rzazadə ifa edirlər. Şirin yumor, canlı komik səhnələr və hadisələrin dinamikliyi "Qaynana" bədii filmini daha da baxımlı etmişdir.

Qayınana rolunun ifaçısı Nəsibə Zeynalovanın xatirələrindən: "1965-ci ildən doğma teatrımızda bu rolda çıxış etmişəm. Lakin teatr səhnəsi bir başqa, kino sənəti bir başqadır. Çox sevdiyim bu obrazı ekranda görmək mənim ən böyük arzum olub. Rejissor Hüseyn Seyidazadə yeni çəkəcəyi "Qayınana" kinokomediyasına məni baş rola dəvət edəndə çox sevindim.

Elə rejissorla filmin çəkilişi zamanı yaxından tanış oldum. Çox istedadlı sənətkar idi. Əfsus ki, "Qayınana" onun son işi oldu".

Xalq artisti, kinorejissor Muxtar Dadaşovun dediklərindən: "Azərbaycan kinosunun ən peşəkar rejissorlarından olan Hüseyn Seyidzadənin çəkdiyi "O olmasın, bu olsun", "Yenilməz batalyon", "Dəli kür" və "Qayınana" filmləri milli kinomuzun qızıl fonduna daxil olmuşdur.

Moskvada "Qayınana" musiqili kinokomediyası göstəriləndə moskvalılar bizi araya alıb, ürək sözlərini deyirdilər. Film barəsində ağız dolusu danışırdılar. Əfsus ki, Hüseyn Seyidzadə o dövrdə artıq həyatda yox idi."

Adi həyat hadisələrindən, insanların gündəlik qayğılarından, ailə-məişət problemlərindən bəhs edən bu film həmçinin dövrümüzə yad olan köhnə adət-ənənələrin də zərərli tərəflərini ekranda açıb göstərir: tanınmış və varlı ailədən qız almaq və qız vermək, bazarlarda qiymətlərin süni yolla artırılması, cehiz məsələsi, ailə qədrini bilməmək, qondarma adların qoyulması və s.

1979-cu ildə Aşqabadda keçirilən XII Ümumittifaq kinofestivalında "Qayınana" filminin musiqisinə görə bəstəkar T.Quliyevə priz, aktrisa N.Zeynalovaya diplom verilmişdir.

Hazırda bizim planet sosial, iqtisadi, siyasi və hərbi münaqişələrlə doludur. Bir tərəfdən də minlərlə ailə münaqişələri. Belə bir çətin vəziyyətdə "Qayınana", "Bəyin oğurlanması", "Evlənmək istəyirəm", "Bəxt üzüyü", "Əhməd haradadır?" kinokomediyaları insanlara sağlam gülüş, gözəl əhval-ruhiyyə bəxş edir.

Demokratikmusavat.com

Xəbər Lenti

Zakir Həsənov hərbi hospitalda - FOTO

3 maşın toqquşdu, qadın öldü - Azərbaycanda - FOTO

"Təki hamının ailəsi müğənnininki kimi qeyrətli olsun" - Fatimə və Roza əsəbiləşdi

Tanınmış azərbaycanlı müğənni məşhur restoranda zəhərləndi

11 klub 1 futbolçu ilə maraqlanır

Heydər Əliyev Fondu sosial xidmət müəssisəsində Novruz şənliyi təşkil edib - FOTO

Böyük Britaniya Aİ-dən "Brexit"in təxirə salınmasını istəyib

Bakı sakinindən tapança və 6 ədəd patron götürülb

Bu xəstəxananın 14 min qaz borcu var - "Azəriqaz" məhkəməyə verdi

Nə qədər çalışsam da "Bacanaqlar"la "Qız atası"nı... - Mehriban Ələkbərzadə ilə MÜSAHİBƏ - FOTO

Modriç 7-ci dəfə "ən yaxşı" seçildi

ABŞ Azərbaycanda məhkum olunmuş şəxslərin əfv olunmasını alqışlayıb

DİM məhkəməyə verildi - 75 manata görə

Prezident İlham Əliyev Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevi təbrik edib - YENİLƏNİB

Nazirlik “Veysəloğlu”nu 2 milyon cərimələdi

"Əminəm ki, problemi yoluna qoyacağıq"

Xınalıq yolunda qar uçqunu oldu

"Real" "Liverpul"un super ulduzunu istəyir

Bayrama gələnlər qəzaya düşdü - Azərbaycanda - FOTO

Prezident İlham Əliyev Qazaxıstan prezidenti vəzifəsini icra edən Kasım-Jomart Tokayevi təbrik edib

"Beşiktaş"ın baş məşqçi postuna namizədlər - SİYAHI

"Bavariya”dan 80 milyonluq transfer

Prezident İlham Əliyev Qazaxıstan xalqının lideri Nursultan Nazarbayevə zəng edib

"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib - FOTO

Ferqüssonun çeynənmiş saqqızı ŞOK QOYMƏTƏ satıldı

Vüsalə həbsdə olan Təranənin qızını ziyarət etdi - FOTO

Qazaxıstan parlamenti Astananın adının dəyişdirilməsi haqda qanun qəbul etdi

Kasilyasdan yeni müqavilə

"Qadağalarla yaşayan qızlar ikiüzlüdür" - Səmra

Türkiyədə şiddətli zəlzələ

Dariqa Nazarbayeva Qazaxıstan senatının spikeri seçilib

"Barselona"nın transfer bombası

Bundesliqa klubu yeni baş məşqçisini açıqladı

Ronaldo və Messi eyni klubda çıxış edə bilər - İDDİA

Hökumətdən maraqlı təklif - Hər ata görə min dollar

Qazaxıstanın yeni prezidenti vəzifəsinin icrasına başladı

Zakir Həsənov Pakistana rəsmi səfərə gedir

Əlilliyi olan şəxslər, valideyn himayəsindən məhrum olmuş uşaqlar peşə təhsili müəssisələrinə müsabiqədənkənar qəbul ediləcək - YENİ QAYDA

Elmar Məmmədyarov Çili Respublikasında bir sıra görüşlər keçirib - FOTO

Evində narkotik yetişdirən şəxs ələ keçdi

Nikola Yurçeviç Qurban Qurbanovun qadağasını ləğv etdi - Zaqrebdə son vəziyyət necədir?

Azərbaycanda ötən il 1286 minik avtomobili istehsal edilib

Prezident İlham Əliyev: "Azərbaycan infrastruktur baxımından çox sürətlə inkişaf edir"

Prezident İlham Əliyev: "Azərbaycanın qonşu dövlətlərlə əlaqələri yeni mərhələyə qədəm qoyub"

"Mərcan" toyuqlu Şah plov Novruz süfrəsinin əsas bəzəyidir

Prezident İlham Əliyev: "Cənub Qaz Dəhlizi layihəsinin icrası Azərbaycanın uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcək, siyasi və iqtisadi maraqlarımızı qoruyacaq"

Dörd ölkədən Türkiyəyə qarşı həmlə

"Barselona"nın bəyənmədiyi futbolçunu 25 klub istəyir

Prezident İlham Əliyev: "Azərbaycan xalqı islahatların nəticələrini görür və bundan sonra da görəcək"

Prezident İlham Əliyev: "Bu il və bundan sonrakı illərdə ordu quruculuğu üçün nə lazımsa, onu da edəcəyik"

Türkiyədə əməliyyat: Çox sayda PKK mənsubu həbs olundu

Azərbaycan Prezidenti: "Hər bir sahədə islahatların aparılması ilə bağlı müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır"

Əhalinin banklardakı pulları 8 milyard manatı keçib

Abramoviç “Çelsi”yə qiymət qoydu: 2,5 milyard!

Azərbaycan Prezidenti: "Problemli kreditlərin həlli ilə bağlı fərmanın dünyada bənzəri yoxdur"

Gümüş İtaliya yolunda

Prezident İlham Əliyev: "Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar formatının dəyişdirilməsi ilə bağlı qaldırılan məsələləri qəbul edə bilməz"

Prezident İlham Əliyev: "Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedəcək, vətəndaşların sosial vəziyyəti ildən-ilə yaxşılaşacaq"

ABŞ-Türkiyə böhranının nəticəsi ağır olacaq - Oleq Ponomarenko

Qazaxda bir gecədə üç nəfər bıçaqlandı

Düşmən cəbhədə təxribat törətdi

Tramp Makrona zəng etdi: Suriyadakı vəziyyət...

"Sarı jiletlər"in aksiyaları Fransaya 200 milyon avroya başa gəlib

"O insanlarla İŞİD arasında fərq yoxdur" - Ərdoğandan sərt sözlər

İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların sayı artıb

Cənubi Koreyada neft tankerində yanğın: 2 ölü

İndoneziyada zəlzələ, 5,2 bal

Azərbaycanda Novruz bayramı qeyd edilir

Qaçqın axınının azalması meyli saxlanılır

Şəkər xəstələri üçün dərmanların alınmasına ayrılan vəsait 22 faiz artırılıb

Bayram repertuarı

On yaşlı azərbaycanlı qız Amerikada 100 min dollar qazana bilər - VİDEO

ABŞ prezidentliyinə namizəd ilk 24 saat ərzində 6,1 milyon dollardan artıq vəsait toplayıb

Qızlar üçün maraqlı NOVRUZ FALLARI

Sədaqət toyunun vaxtını AÇIQLADI

Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur - FOTO

Günün qoroskopu: Özəl həyatda isə işlər o qədər də yaxşı deyil

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

Əfv sərəncamı Prezidentimizin humanizm siyasətinin daha bir nümunəsidir

Sabahdan BAYRAM TƏTİLİ başlayır

Övladlığagötürmə ilə bağlı yeni qaydalar hazırlanır

Türkiyədə Koroğluya abidə ucaldıldı

Tehranda təyyarədə yanğın olub

Xoşqədəm Hidayətqızı: "O rəqqasə də ailə dağıdıb"

Azərbaycan şəhəri erməni şəhəri ilə qardaşlaşıb?

Məşhur müğənnini öldürmək istəyən azərbaycanlı kimdir?

Paşinyan “Putinin NATO-su”na faciəvi ssenari yazdı: Dağılacaq, əgər...

Zurabişvili azərbaycanlılarla görüşdü - FOTO

U-21 millimizə daha bir futbolçu çağırıldı

Bütün oyunlar eyni saatda - birinci divizion

Novruzda damdan atılan duz və Bahar qız haqqında maraqlı məlumatlar

Yeni yaradılan Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin ödənişli xidmətləri - SİYAHI

Azərbaycanda bayram ərəfəsində qızıl və gümüş bahalaşıb

Bakıdan tarixi Novruz şəkilləri - FOTO

Ronaldu İspaniyada klinika açdı

AÇ-2020-nin seçmə mərhələsinin topu təqdim olundu

"0:6 hesablı məğlubiyyəti hamımız xatırlayırıq" - Maksim Medvedev

"Azərbaycan millisi bizə çətinlik yarada bilər" - xorvatiyalı hücumçu

Rusiya diviziyaları HÜCUMA HAZIRDIR

Qıpçaq bəyinin sultan nəvəsinin gedişi – Nazarbayev hər kəsi mat qoydu

BMW-dən türk dili qadağası

Bakıda yataqxanada yanğın: Sakinlər təxliyyə olundu

Riqa-Bakı-Riqa aviareysləri bərpa olunacaq

Novruz gəlir, yaz gəlir...

“Keçəl” və “Kosa” ilə bağlı təzadlı fikirlər - Onlar dəyişdirilməlidirmi?

Prezident İlham Əliyev: Bizim tariximiz qorunur, tarixi abidələr bərpa olunur və İçərişəhər öz gözəl simasını saxlayır

İtaliyanın əyalət parlamenti “erməni soyqırımı”nı tanıdı

Nəriman Həsənzadə: "Onda “Oskar”ı da ləğv etsinlər" - MÜSAHİBƏ

Gömrükçülərdən daha bir əməliyyat: 110 kiloqramdan artıq heroin aşkarlandı

Azərbaycan Premyer Liqasında 22-ci turun oyunlarının vaxtı açıqlandı

"Ailə dağıdan bütün məşhurların adını efirdə açıqlayacağam" - Xoşqədəm

"Atası yaşda kişi ilə eşq yaşamamalıdır" - Aysel Xoşqədəmi məhkəməyə verib