AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

2018-ci ildə Azərbaycanla 3 dövlət arasında diplomatik münasibətlər qurulub

  46

2018-ci ildə Azərbaycanla 3 dövlət arasında diplomatik münasibətlər qurulub.

Demokratikmusavat.com Trend-ə istinadən xəbər verir ki, bu barədə 2018-ci ilin yekunlarına dair Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat buraxılışında deyilir.

Qeyd olunur ki, dövlət rəhbəri tərəfindən 2018-ci ildə çoxsaylı rəsmi və işgüzar səfərlər həyata keçirilib, o cümlədən Azərbaycan Prezidentinin Türkiyə, Rusiya, Böyük Britaniya, Fransa, Belçika, Xorvatiya, İsveçrə, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistana səfərləri reallaşdırılıb. Eyni zamanda, Türkiyə, Rusiya, İran, İtaliya, Serbiya, Monqolustan, Benin, Tacikistan, Əfqanıstan, Moldova, Makedoniya və Albaniyanın Prezidentləri, həmçinin Almaniyanın federal kansleri ölkəmizə rəsmi və işgüzar səfərlər ediblər.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin İtaliya və Fransaya rəsmi və işgüzar səfərləri baş tutub.

Bildirilir ki, cari ildə qonşu və region ölkələri ilə qarşılıqlı hörmət və etimad əsasında siyasi, iqtisadi və humanitar sahələrdə tərəfdaşlıq münasibətləri inkişaf etdirilib. Müxtəlif regional əməkdaşlıq formatları çərçivəsində öz təşəbbüskarlığı ilə seçilən Azərbaycan ilk dəfə olaraq dövlət başçıları səviyyəsində keçirilmiş Azərbaycan-Rusiya regionlararası forum və Azərbaycan-İran biznes forumu, həmçinin Azərbaycan, Gürcüstan, İran və Türkiyənin xarici işlər nazirlərinin birinci dördtərəfli görüşünə ev sahibliyi edib, eyni zamanda "Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası" və xarici işlər nazirləri səviyyəsində baş tutmuş Azərbaycan-Türkiyə-Gürcüstan və Azərbaycan-Türkiyə-İran üçtərəfli toplantılarında fəal iştirak edib.

12 avqust 2018-ci il tarixində Xəzər dənizinin hüquqi statusuna dair aparılan uzunmüddətli danışıqların nəticəsi olaraq, Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında "Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya" və Xəzər dənizində əməkdaşlığı təşviq edən digər saziş və protokollar imzalanıb.

21-22 fevral 2018-ci il tarixlərində keçirilmiş Azərbaycan-Rusiya Birgə demarkasiya komissiyasının iclası çərçivəsində ilk dəfə olaraq Azərbaycanın demarkasiya sərhəd nişanı Azərbaycan-Rusiya dövlət sərhədinin 49 nömrəli delimitasiya nöqtəsi sahəsində Samur çayının sahilində Qusar rayonu ərazisində quraşdırılıb.

Dövlətimizin xarici siyasət kursunun vacib istiqamətlərindən biri kimi xarici ölkələrdə yaşayan Azərbaycan Respublikasının vətəndaşı olan soydaşlarımızın hüquqlarının müdafiəsi sahəsində konsulluq-hüquqi yardım əməliyyatları uğurla davam etdirilib. İraqın Bağdad şəhərində uşaq evində saxlanılan, xüsusi qayğıya ehtiyacı olan və Azərbaycan vətəndaşı olan kimsəsiz uşaqlara hüquqi yardım göstərilərək, həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində onların Azərbaycana repatriasiyası uğurla baş tutub

Ölkəmizdə turizmin təşviqi və inkişafı məqsədilə Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi baxımından həyata keçirilmiş tədbirlər nəticəsində bir sıra xarici ölkə "ASAN Viza" sistemi vasitəsilə elektron viza verilən ölkələr siyahısına əlavə edilib. Eyni zamanda, 2018-ci ildə Serbiya və Makedoniya tərəfindən bu ölkələrə səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə viza tələbi birtərəfli qaydada ləğv edilib.

Cari il ərzində ikitərəfli və çoxtərəfli əsasda qarşılıqlı bir çox rəsmi və işgüzar səfərlər baş tutub. Azərbaycanın Baş naziri Fransa və Qazaxıstanda işgüzar səfərdə olub. Öz növbəsində, Türkiyə, Bolqarıstan, Gürcüstan və Slovakiya hökumət başçıları, həmçinin Avstriyanın vitse-kansleri və Türkmənistan Nazirlər Kabinetinin sədr müavini ölkəmizə rəsmi və işgüzar səfərlər həyata keçirib.

2018-ci ildə Azərbaycanın xarici işlər naziri Türkiyə, ABŞ, Çin, Bolqarıstan, Banqladeş, Belarus, Fransa, Meksika, Türkmənistan və İtaliyaya rəsmi və işgüzar səfərlər edib. Eyni zamanda Türkiyə, İran, Yaponiya, Finlandiya, Macarıstan, Fransa, Serbiya, Bosniya və Herseqovina, Gürcüstan, Türkmənistan, Kosta Rika, Monqolustanın, Venesuela, Ekvador, Əfqanıstan, Hindistan, Banqladeş, Nepal, Şri Lanka, Koreya Xalq Demokratik Respublikası, Sent Vinsent və Qrenadin, Müqəddəs Taxt-Tac və San Marinonun xarici işlər nazirləri, Kubanın xarici işlər nazirinin müavini, həmçinin ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi və Böyük Britaniya Baş nazirinin ticarət elçisi ölkəmizə rəsmi və işgüzar səfərləri həyata keçirib.

Hesabat ili ərzində Azərbaycanla Samoa Dövləti, Palau Respublikası, San-Tome və Prinsipi Demokratik Respublikası arasında diplomatik münasibətlər qurulub. 2018-ci ildə Venesuela Bolivar Respublikası və Çili Respublikasının ölkəmizdə diplomatik nümayəndəlikləri, həmçinin San Marino Respublikasının fəxri konsulluğu fəaliyyətə başlayıb.

Eyni zamanda, Avstriyanın Sankt Pölten və Klaqenfurt am Vörterse şəhərlərində Azərbaycanın Fəxri konsulluqlarının açılışı baş tutub, Ukraynanın Poltava şəhərində isə yeni Fəxri konsulluğumuz işə başlayıb.

2018-ci ildə əldə olunmuş xarici siyasət nailiyyətlərimiz milli təcrübə və ənənələr, ölkənin artan maddi-iqtisadi potensialı, eləcə də ölkədaxili sabitliyə əsaslanıb. Öz növbəsində, daxili potensial, milli imkan və qabiliyyətlərin xarici siyasət fəaliyyətinə təkan verməsi münbit qarşılıqlı əlaqəni təmin edib ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışında qeyd edib: "Bizim uğurlu xarici siyasətimiz bu gün daxili inkişafımıza da müsbət təsir göstərir".

Demokratikmusavat.com

Xəbər Lenti

Heydər Əliyev Fondu sosial xidmət müəssisəsində Novruz şənliyi təşkil edib - FOTO

Böyük Britaniya Aİ-dən "Brexit"in təxirə salınmasını istəyib

Bakı sakinindən tapança və 6 ədəd patron götürülb

Bu xəstəxananın 14 min qaz borcu var - "Azəriqaz" məhkəməyə verdi

Nə qədər çalışsam da "Bacanaqlar"la "Qız atası"nı... - Mehriban Ələkbərzadə ilə MÜSAHİBƏ - FOTO

Modriç 7-ci dəfə "ən yaxşı" seçildi

ABŞ Azərbaycanda məhkum olunmuş şəxslərin əfv olunmasını alqışlayıb

DİM məhkəməyə verildi - 75 manata görə

Prezident İlham Əliyev Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevi təbrik edib - YENİLƏNİB

Nazirlik “Veysəloğlu”nu 2 milyon cərimələdi

"Əminəm ki, problemi yoluna qoyacağıq"

Xınalıq yolunda qar uçqunu oldu

"Real" "Liverpul"un super ulduzunu istəyir

Bayrama gələnlər qəzaya düşdü - Azərbaycanda - FOTO

Prezident İlham Əliyev Qazaxıstan prezidenti vəzifəsini icra edən Kasım-Jomart Tokayevi təbrik edib

"Beşiktaş"ın baş məşqçi postuna namizədlər - SİYAHI

"Bavariya”dan 80 milyonluq transfer

Prezident İlham Əliyev Qazaxıstan xalqının lideri Nursultan Nazarbayevə zəng edib

"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib - FOTO

Ferqüssonun çeynənmiş saqqızı ŞOK QOYMƏTƏ satıldı

Vüsalə həbsdə olan Təranənin qızını ziyarət etdi - FOTO

Qazaxıstan parlamenti Astananın adının dəyişdirilməsi haqda qanun qəbul etdi

Kasilyasdan yeni müqavilə

"Qadağalarla yaşayan qızlar ikiüzlüdür" - Səmra

Türkiyədə şiddətli zəlzələ

Dariqa Nazarbayeva Qazaxıstan senatının spikeri seçilib

"Barselona"nın transfer bombası

Bundesliqa klubu yeni baş məşqçisini açıqladı

Ronaldo və Messi eyni klubda çıxış edə bilər - İDDİA

Hökumətdən maraqlı təklif - Hər ata görə min dollar

Qazaxıstanın yeni prezidenti vəzifəsinin icrasına başladı

Zakir Həsənov Pakistana rəsmi səfərə gedir

Əlilliyi olan şəxslər, valideyn himayəsindən məhrum olmuş uşaqlar peşə təhsili müəssisələrinə müsabiqədənkənar qəbul ediləcək - YENİ QAYDA

Elmar Məmmədyarov Çili Respublikasında bir sıra görüşlər keçirib - FOTO

Evində narkotik yetişdirən şəxs ələ keçdi

Nikola Yurçeviç Qurban Qurbanovun qadağasını ləğv etdi - Zaqrebdə son vəziyyət necədir?

Azərbaycanda ötən il 1286 minik avtomobili istehsal edilib

Prezident İlham Əliyev: "Azərbaycan infrastruktur baxımından çox sürətlə inkişaf edir"

Prezident İlham Əliyev: "Azərbaycanın qonşu dövlətlərlə əlaqələri yeni mərhələyə qədəm qoyub"

"Mərcan" toyuqlu Şah plov Novruz süfrəsinin əsas bəzəyidir

Prezident İlham Əliyev: "Cənub Qaz Dəhlizi layihəsinin icrası Azərbaycanın uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcək, siyasi və iqtisadi maraqlarımızı qoruyacaq"

Dörd ölkədən Türkiyəyə qarşı həmlə

"Barselona"nın bəyənmədiyi futbolçunu 25 klub istəyir

Prezident İlham Əliyev: "Azərbaycan xalqı islahatların nəticələrini görür və bundan sonra da görəcək"

Prezident İlham Əliyev: "Bu il və bundan sonrakı illərdə ordu quruculuğu üçün nə lazımsa, onu da edəcəyik"

Türkiyədə əməliyyat: Çox sayda PKK mənsubu həbs olundu

Azərbaycan Prezidenti: "Hər bir sahədə islahatların aparılması ilə bağlı müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır"

Əhalinin banklardakı pulları 8 milyard manatı keçib

Abramoviç “Çelsi”yə qiymət qoydu: 2,5 milyard!

Azərbaycan Prezidenti: "Problemli kreditlərin həlli ilə bağlı fərmanın dünyada bənzəri yoxdur"

Gümüş İtaliya yolunda

Prezident İlham Əliyev: "Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar formatının dəyişdirilməsi ilə bağlı qaldırılan məsələləri qəbul edə bilməz"

Prezident İlham Əliyev: "Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedəcək, vətəndaşların sosial vəziyyəti ildən-ilə yaxşılaşacaq"

ABŞ-Türkiyə böhranının nəticəsi ağır olacaq - Oleq Ponomarenko

Qazaxda bir gecədə üç nəfər bıçaqlandı

Düşmən cəbhədə təxribat törətdi

Tramp Makrona zəng etdi: Suriyadakı vəziyyət...

"Sarı jiletlər"in aksiyaları Fransaya 200 milyon avroya başa gəlib

"O insanlarla İŞİD arasında fərq yoxdur" - Ərdoğandan sərt sözlər

İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların sayı artıb

Cənubi Koreyada neft tankerində yanğın: 2 ölü

İndoneziyada zəlzələ, 5,2 bal

Azərbaycanda Novruz bayramı qeyd edilir

Qaçqın axınının azalması meyli saxlanılır

Şəkər xəstələri üçün dərmanların alınmasına ayrılan vəsait 22 faiz artırılıb

Bayram repertuarı

On yaşlı azərbaycanlı qız Amerikada 100 min dollar qazana bilər - VİDEO

ABŞ prezidentliyinə namizəd ilk 24 saat ərzində 6,1 milyon dollardan artıq vəsait toplayıb

Qızlar üçün maraqlı NOVRUZ FALLARI

Sədaqət toyunun vaxtını AÇIQLADI

Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur - FOTO

Günün qoroskopu: Özəl həyatda isə işlər o qədər də yaxşı deyil

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

Əfv sərəncamı Prezidentimizin humanizm siyasətinin daha bir nümunəsidir

Sabahdan BAYRAM TƏTİLİ başlayır

Övladlığagötürmə ilə bağlı yeni qaydalar hazırlanır

Türkiyədə Koroğluya abidə ucaldıldı

Tehranda təyyarədə yanğın olub

Xoşqədəm Hidayətqızı: "O rəqqasə də ailə dağıdıb"

Azərbaycan şəhəri erməni şəhəri ilə qardaşlaşıb?

Məşhur müğənnini öldürmək istəyən azərbaycanlı kimdir?

Paşinyan “Putinin NATO-su”na faciəvi ssenari yazdı: Dağılacaq, əgər...

Zurabişvili azərbaycanlılarla görüşdü - FOTO

U-21 millimizə daha bir futbolçu çağırıldı

Bütün oyunlar eyni saatda - birinci divizion

Novruzda damdan atılan duz və Bahar qız haqqında maraqlı məlumatlar

Yeni yaradılan Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin ödənişli xidmətləri - SİYAHI

Azərbaycanda bayram ərəfəsində qızıl və gümüş bahalaşıb

Bakıdan tarixi Novruz şəkilləri - FOTO

Ronaldu İspaniyada klinika açdı

AÇ-2020-nin seçmə mərhələsinin topu təqdim olundu

"0:6 hesablı məğlubiyyəti hamımız xatırlayırıq" - Maksim Medvedev

"Azərbaycan millisi bizə çətinlik yarada bilər" - xorvatiyalı hücumçu

Rusiya diviziyaları HÜCUMA HAZIRDIR

Qıpçaq bəyinin sultan nəvəsinin gedişi – Nazarbayev hər kəsi mat qoydu

BMW-dən türk dili qadağası

Bakıda yataqxanada yanğın: Sakinlər təxliyyə olundu

Riqa-Bakı-Riqa aviareysləri bərpa olunacaq

Novruz gəlir, yaz gəlir...

“Keçəl” və “Kosa” ilə bağlı təzadlı fikirlər - Onlar dəyişdirilməlidirmi?

Prezident İlham Əliyev: Bizim tariximiz qorunur, tarixi abidələr bərpa olunur və İçərişəhər öz gözəl simasını saxlayır

İtaliyanın əyalət parlamenti “erməni soyqırımı”nı tanıdı

Nəriman Həsənzadə: "Onda “Oskar”ı da ləğv etsinlər" - MÜSAHİBƏ

Gömrükçülərdən daha bir əməliyyat: 110 kiloqramdan artıq heroin aşkarlandı

Azərbaycan Premyer Liqasında 22-ci turun oyunlarının vaxtı açıqlandı

"Ailə dağıdan bütün məşhurların adını efirdə açıqlayacağam" - Xoşqədəm

"Atası yaşda kişi ilə eşq yaşamamalıdır" - Aysel Xoşqədəmi məhkəməyə verib

Messi və Dibala millinin yeni formasını təqdim etdi - FOTO

Aygün oxudu, Ayan oynadı - 3 ildir küsülüdürlər - VİDEO

Bakı toplantısının əks-sədası: Neft bahalaşır

"Aqolli Azərbaycanda ən yaxşı səfirimiz idi" - Albaniyanın prezidenti

Yeni Zelandiya terrorçusu Türkiyədə “Vampir” Drakulanın əsir saxlandığı yeri ziyarət edibmiş

"Real"ın "Liverpul"u dağıtmaq planı - Ulduzlar hədəfdədi

"Bu nə sinədir?" - Mətanətin dekoltesi tənqid edildi

Fətullah Gülənin qardaşı evində ölü tapıldı

“Bu il çempion “Neftçi” olacaq” - Ramin Musayev