Auditorlar Palatasının idarə rəisi Vəli Rəhimovu Birinci vitse-prezidentə hörmətsizlik etməyə kim vadar edir?!

 

Azərbaycanda vəzifəli şəxs, başını aşağı salıb qanunazidd hərəkətlərini sərbəst və maneəsiz davam etdirdikcə, insanların "bataqlıqda" boğulma ehtimalı gündən-günə artır, insanlar xilas olmaq üçün çabaladıqca isə, " bataqlıq" öz qurbanını daha tez udur və bu hadisəyə görə, cəmiyyət hakimiyyətə qarşı qəzəb püskürür...

 

Təəssüflə qeyd edək ki, bu qorxunc ifadələr mötəbər bir təşkilatın - Azərbaycan Respublikası Auditorlar Palatasının İdarə rəisi Vəli Rəhimovun tutduğu məsul vəzifə ilə bir araya sığmayan, dövlət üçün çox təhlükəli olan fəaliyyətinin ifadəsidir...

 

Xəbər verdiyimiz kimi, Auditorlar Palatasının Maliyyə və təşkilati-texniki təminat idarəsinin rəisi, Şura üzvü Vəli Rəhimovun qanunazidd hərəkətləri barədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya ünvanlanan müraciətdə əks olunun hüquqazidd faktların miqyası çox genişdir...


Təəssüf ki, "limitsiz" nəfsə malik olan məmur özbaşınalığının, ona verilmiş "geniş və məqsədli səlahiyyətlərin" çox qabarıq pozuntuları sonda, əvvəl-axır "təhlükəli zona"ya daxil olur... İnanırıq ki, bu zonanın qiymətləndiriciləri müraciətin ünvanlandığı Ali İdarəetmə orqanının ciddi tələblərinə yaxşı bələddirlər!... 
Söz yox ki, ədalət tərəzisinə nəzarət funksiyası Uca Yaradanın əlindədir...

 

2016-cı ilin payızından Ölkə üzrə bələdiyyələrin maliyyə fəaliyyətinin auditinin "vahid əldə cəmlənməsi" məqsədi ilə Azərbaycan Respublikası Auditorlar Palatasının Şura üzvü və İdarə rəisi Vəli Rəhimov, Auditorlar Palatasından məqsədli şəkildə qeydiyyatdan keçirdiyi ”ÇİNAR” Audit Konsalting, ”Leqal Audit”, ”Trust Audit” və ”Universal Audit Konsalting” MMC-lər vasitəsi ilə təkcə 2018-ci ildə altı yüzdən yuxarı bələdiyyənin "auditini aparmış", bu təşkilatların hesablarına "təzyiq və ciddi tapşırıqlarla" daxil olmuş pulların "siyahı" üzrə bölüşdürülməsini həyata keçirib! Müraciətdə həmin təşkilatların xəzinəsinə (bank hesablarına) daxil olmuş pulların vergi və digər öhdəliklərinin hansı vəziyyətdə olmaları, qalan pulların isə necə bölüşdürülməsi barədə maraqlı nüanslar mövcuddur.

 

Qeydiyyatdan keçirərkən, həmin hüquqi şəxslərin dördünün də elektron poçt ünvanı [email protected], əlaqə telefonu (050) 324-54-32-dir. Bunlar da Vəli Rəhimova aiddir, hətta onlardan ”ÇİNAR” Audit Konsalting MMC-nin icraçı direktoru da Vəli Rəhimovun oğludur.

 

Maraqlıdır ki, Vəli Rəhimovun Auditor Hesabatında ciddi nöqsan və catışmazlıqların olduğunu bilən Auditorlar Palatasının Şurası, Direktoru və həm də auditoru olduğu "JPA İnternational Azərbaycan" MMC-yə verilmiş  lisenziyanı 01 dekabr 2017-ci il tarixli qərarı ilə ləğv etmiş, lakin qısa müddətdən sonra, yəni 2018-ci ilin yanvar ayının əvvəlindən isə onu həmin Şuranın üzvü seçib.

 

Hörmətli oxucucular! Bundan əvvəlki buraxılışlarımızda Vəli Rəhimovun qanunazidd hərəkətləri barədə material dərc edib, gözlədik ki, qarşı tərəf də mövqeyini bildirsin. Lakin onlar "sükut"a üstünlük verdilər. Ona görə də oxucuları çox intizarda qoymayacağıq və yaxın günlərdə Birinci vitse-prezidentə ünvanlanmış müraciəti səhifələrimizdə geniş şəkildə  işıqlandıracağıq ki, cəmiyyət bilsin ki,Vəli Rəhimovun qanunazidd hərəkətlərinə, vəzifə səlahiyyətlərini aşmasına rəvac verənlər kimlərdir...
Bizi izləyin...

 

"Demokratik musavat.com

0.184494972229