AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Separatçının Fransaya səfəri: vasitəçinin beynəlxalq hüquqa zidd davranışı

  11

Demokratikmusavat.com bildirir ki, Newtimes.az analitik məqalə ilə çıxış edib. Məqaləni oxucularımıza təqdim edirik:

Təcavüzkar Ermənistana havadarlıq edib, ona müxtəlif üsullarla yardım edənlər sakit dayanmırlar. Onlar əvvəlki fəaliyyətlərini bir qədər də gücləndirməyə çalışırlar. Bunun son nümunələrindən biri Bako Saakyan adlı əli günahsız insanların qanına bulaşmış terrorçu-separatçının Fransaya getməsi oldu. Məsələ onunla bağlıdır ki, bir tərəfdən Fransa Prezidenti Azərbaycanla əməkdaşlıqdan danışır, digər tərəfdən isə Ermənistanda Frankofoniya təşkilatının sammitində iştirak edir, ancaq Bakıya gəlməyi özünə rəva görmür. Emmanuel Makron İrəvanda deyir ki, ermənilər onların həmvətənləridirlər. Sonra da bəyan edir ki, Dağlıq Qarabağ münaqişəsi ədalətli, dinc yolla həll edilməlidir. Ancaq bu cür manevrlər ətrafında qurulan "sabun köpüyü" şousu erməni terrorçunun Fransaya səfəri ilə darmadağın oldu. Göründü ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri Dağlıq Qarabağda cinayətlər törətmiş insanlara yardım edir. İstər-istəməz fikir yaranır: Nikol Paşinyana ""DQR" nümayəndələri də danışıqlarda iştirak etsin" təlimatı xaricdən verilməyib ki? Bununla bir sıra dairələrin münaqişənin həllinin uzanmasında maraqlı olduğu üzə çıxmırmı? Bu suallara cavab üzərində geniş dayanmağa ehtiyac görürük.

Avropanın səhvi: erməni separatizminə dəstək böyük bəlalar yarada bilər

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan qeyri-legitim qurumun "rəhbəri" Bako Saakyanın Fransaya səfər etməsinə reaksiya, təbii ki, sərt olmalı idi. Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan silahlı qüvvələri, havadarları və yerli erməni separatçılar eyni dərəcədə bu cinayətdə məsuliyyət daşıyırlar. Tarixin hökmü ilə onlar məhkəmə qarşısında da duracaqlar. Onların sırasında B.Saakyanın öz yeri var.

Belə bir şəxsin Parisə səfər etməsi və orada erməni separatizminə dəstək ifadə edən görüşlər keçirməsi Fransanın dövlət imici və ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olması baxımından həm çox təəssüfedici, həm də düşündürücüdür. Necə olur ki, Avropanın böyük dövlətlərindən olan, dünyada humanizmdən və demokratiyadan danışan, üstəlik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini ədalətli həll etmək məsuliyyətini öz üzərinə götürən üç həmsədr dövlətdən biri olan Fransa bu dərəcədə haqsız mövqe tutur? Ona bu səlahiyyəti demokratiyanın hansı prinsipi verir? Və belə bir ölkə niyə vasitəçi olmalıdır?

Əslində, artıq bir neçə dəfədir ki, belə bir vəziyyət yaranır. Dağlıq Qarabağdakı qanunsuz rejimi təmsil edən adamlar gah Avropada, gah da Amerikada peyda olurlar. Həmin ölkələrin siyasi dairələri yaxalarını qırağa çəkib, "onlar rəsmi səfər etmirlər" deyirlər. Lakin separatçıların bu kimi səfərlərindən sonra nədənsə erməni terrorçularına yardımlar artır və hətta əlavə dəstək də ifadə edilir. İndi eyni ssenarini Suriyada PYD ilə bağlı aparırlar. B.Saakyan ABŞ-a da səfər edib. Fransada olduğu kimi, onu Amerikada da gizli dəstəkləyiblər. Deməli, məsələni hansısa təsadüfə və ya "qeyri-rəsmidir" deyib, fikir çaşdırmağa bağlamaq olmaz. Söhbət artıq Azərbaycanın torpaqlarını işğal altında saxlayan separatçı-terrorçu qrupuna Qərbin ciddi yardımlarından və havadarlığından gedir.

Təbii ki, irad tutula bilər ki, eyni dəstək Rusiyadan da olur. Doğrudur, ancaq Moskva son zamanlar obyektiv mövqe tutmağa başlayıb. Üstəlik, Rusiya daim balansı gözləyir, Azərbaycanla əlaqələrini inkişaf etdirir. Bununla belə, təəssüf ki B.Saakyanı Rusiyada da qəbul ediblər. Lakin bu, separatçının Amerika və Fransaya səfərlərindən sonra baş tutub. Görünür, Moskva separatçıdan müəyyən məsələlərlə bağlı izahat tələb edur. Hər bir halda, Minsk qrupunun həmsədr ölkələrinin errməni separatçısını qəbul etnəsi və onunla danışıqlar aparması arzuolunan hal deyil. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin məlum bəyanatı tam yerindədir.

Əlavə olaraq deyə bilərik ki, B.Saakyanın və qondarma rejimin digər nümayəndələrinin bir sıra ölkələrdə, xüsusilə də Minsk qrupunun həmsədri olan ölkələrdə qarşılanması, onlarla danışıqların aparılması xüsusi məqsəd daşıyır. Bununla bağlı bir prinsipial məqamı vurğulamaq istərdik.

Qərb dövlətləri separatizmə görə Abxaziya, Cənubi Osetiya və Krımdan olan adamları öz ərazilərində qəbul etmirlər. Onların gedişinə qadağa qoyulub. Bundan başqa, ABŞ-ın sanksiya tətbiq etdiyi adamların Avropa ölkələrinə girişində də problemlər olur. Məsələn, Rusiya kimi böyük dövlətin nazirlərindən birinin təyyarəsini Rumıniya öz hava məkanına buraxmamışdı. Separatçı bölgələr kimi tanıdıqları yerlərdən hansısa siyasətçinin Qərb dövlətlərinə girişindən isə söhbət gedə bilməz. Bəs onda Dağlıq Qarabağdakı separatçılar hansı statusdadırlar ki, onlara "yaşıl işıq" yandırılır?

Burada, əslində, məntiq çox aydındır. Şübhə yoxdur ki, sözdə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyənlər əməldə tamamilə fərqli mövqe tuturlar. Onlar, əvvəla, erməni terroruna haqq qazandırırlar və ona maliyyə, silah, logistik dəstək verir; ikincisi, rəsmi İrəvanın təcavüzkar siyasətinə gizli yardım edirlər. Sözdə müəyyən həqiqətləri desələr də, konkret olaraq Ermənistanın qarşısını kəsəcək addımlar atmırlar. Əksinə, müxtəlif gəlişigözəl sözlər altında bu təcavüzkar ölkəyə böyük yardımlar göstərirlər.

Risklər və təhlükələr: terrora zəncirvari dəstəyə təhrik edənlər

Məsələn, sözdə deyirlər ki, ölkələrin ərazi bütövlüyü toxunulmazdır, ancaq reallıqda Azərbaycanın ərazi bütövlüyünü pozan Ermənistanı işğal altındakı ərazilərdən çıxmağa məcbur edə biləcək heç bir iş görülmür. Bundan başqa, ümumi sözlərlə münaqişənin yalnız danışıqlar yolu ilə həllindən dəm vururlar. Bununla da əslində, təcavüzkarın işğal etdiyi torpaqlarda qalmasına imkan yaradılır. Onlar bilirlər ki, hərbi əməliyyatlarda ermənilər məğlub olacaqlar, buna görə də "sülh"dən və "dinc nizamasalma üsulları"ndan bəhs edirlər. Nədənsə, ermənilər bu torpaqları işğal etdiyi müddətdə Amerika və Fransa heç belə "humanist" deyildilər.

Üçüncüsü, belə bir ikili standartla işləməklə vasitəçilər reallıqda münaqişənin ədalətli həllinin qarşısını alırlar. Onlar səmimi olsaydılar, artıq problem çoxdan həllini tapmışdı. Buradan aydındır ki, B.Saakyan kimilərə qapısını açan Fransa, əslində, münaqişənin həllinin qapısını bağlamış olur. Bu cür mövqedə olan ölkənin ATƏT-in Minsk qrupunda həmsədr olmağa haqqı varmı? Qəti əminik - yox!

Problemin digər aspekti başqa müstəvidə təhlükələrin meydana çıxa bilməsi ilə bağlıdır. Məsələ ondan ibarətdir ki, geosiyasi baxımdan çox həssas olan Cənubi Qafqazda erməni separatizminə dəstək vermək və onu dünyaya nümayiş etdirmək zəncirvari olaraq başqa separatçı dalğanın baş qaldırmasına rəvac verəcək. İndi ekspertlər Yaxın Şərqdəki geosiyasi dinamikanın yaxın məkanlara yayılmasından bəhs edirlər. Əslində, biz bu barədə uzun müddətdir ki, yazır və meydana çıxa biləcək təhlükələri analiz edirik.

Digər ölkələrin mütəxəssisləri də artıq bu barədə danışırlarsa, deməli, qarşıya çıxa biləcək vəziyyət getdikcə hətta Stanislav Tarasov kimi "ekspert"lərə də aydın olur. Çünki bu vəziyyəti onun xislətində olan siyasilər və ekspertlər yaradıblar. Həqiqəti gizlədərək, erməni separatizminə müxtəlif ibarələrlə dəstək verərək, Cənubi Qafqazı da geosiyasi olaraq partlama nöqtəsinə gətirib çıxarıblar.

Onlar bu barədə ədaləti bərpa etmək üçün danışmırlar. Başqasını risk mənbəyi kimi göstərib, özlərinə tərəf çəkmək üçün söz açırlar. Avropalılar rusları, ruslar da onları günahkar göstərirlər. Biz isə ədalətə söykənir, proseslərin real məntiqini açıb göstəririk. Azərbaycan rəhbərliyi daim obyektiv və ədalətli siyasi kursu ilə bütövlükdə regionun rifahı üçün addımlar atıb. Buna qarşılıq isə Azərbaycana dost deyənlər lazımi səviyyədə səmimi olmayıblar. Təəssüf ki, bu, artıq etiraf edilməli olan bir reallıqdır.

Erməni separatçısının Fransaya girişinə icazə verən siyasilər də eyni dərəcədə ikiüzlü mövqedədirlər. Onlar abxaz və ya osetin separatçısı ilə erməni separatçısı arasında süni fərq qoyurlar. Çünki erməni separatçısı onların öz uşaqlarıdır. Bir neçə il bundan öncə bu kimi məqamları elə də qabartmırdılar, çünki ümid edilirdi ki, vəziyyət ədalətə doğru dəyişəcək. Özünü demokratiyanın və humanizmin beşiyi sayan Qərb gec və ya tez usanıb düz yola gələr. Lakin sən demə belə deyilmiş...

Şübhəsiz ki, Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyətini davam etdirəcək. Rəsmi Bakı istənilən şəraitdə beynəlxalq hüquqa, üzvü olduğu beynəlxalq təşkilatların nizamnamələrinə uyğun hərəkət edib və edəcək. Çünki Azərbaycan həqiqi mənada hüquqi dövlətdir. Burada müstəqil, demokratik və qanunların aliliyinə dərin hörmət göstərilən, multikultural dəyərləri dövlət səviyyəsində mühafizə edən bir cəmiyyət yaradılır. Bu səbəbdən Azərbaycan rəsmi dairələri B.Saakyan kimi separatçıların Avropa ölkələrində və Amerikada təntənəli qarşılanmalarına təmkinlə reaksiya verir. Ancaq məsələ həm də ümumən regionun gələcək taleyi ilə bağlıdır. Bu baxımdan separatizmə dəstək verənlər yalnız Azərbaycana pislik etmirlər. Onlar regiondakı müttəfiqlərini və özlərini də yeni ziddiyyətlər burulğanına atırlar.

Bu gün B.Saakyanı Fransa qəbul edirsə, sabah Korsika separatçısını hansısa müsəlman ölkəsi qəbul edə bilər. Və bu anormal tendensiya genişlənib, trend halını ala bilər. Onda meydana çıxa biləcək risklərə görə kimlər məsuliyyət daşıyacaq? Separatizm Avropanın dərinliklərinə qədər irəliləyəndə, yenə də "İslam terroru"ndan bəhs edəcəklər? Bizcə, Qərb siyasətçiləri heç rasional düşünmürlər - onlar əvvəlki kimi oturduqları budağı kəsirlər.

Demokratikmusavat.com

Xəbər Lenti

Bank Respublika istehlak kreditləri üzrə faiz dərəcəsini 18%-ə endirdi

Ermənilər bəlanı seçdilər: Qarabağ münaqişəsində "varçapet" virusu yarandı

Nazir: "Türkiyə Azərbaycanla kənd təsərrüfatı sahəsində innovasiyalarla bölüşməyə hazırdır" - FOTO

Klublararası dünya çempionatının iştirakçılarının tam siyahısı dəqiqləşdi

15 ildir səhnədən uzaqlaşan xalq artisti: "Hər şeyi unutmuşam" - VİDEO

Ronaldudan "Real"lıları əsəbləşdirəcək açıqlama - "Burada ailə mühiti daha çoxdur"

Azərbaycan Qırğızıstanın keçmiş gömrük rəhbərinin ekstradisiyasına icazə verib

Günümüzün ən önəmli məsələsi ilə bağlı reklam çarxı - VİDEO

Dünyanın ən böyük silah istehsalçıları açıqlandı

14 günlük körpə "ölüm öpüşü"nün qurbanı oldu - FOTO

Robben karyerasını bitirir?

Paşinyanın heykəlini dağıtdılar - FOTO

AFFA "Krasnodar"ın iki futbolçusunu milliləşdirdi

"Neftçi" 19 yaşlı futbolçu ilə yeni müqavilə imzaladı

Ermənisayağı "demokratiya" - Çanaq kimin başında çatlayacaq?

"Mançester Siti"nin futbolçusuna qarşı irqçilik

"Sənətimi ataram" - Ailə qurmaq istəyən Türkandan ETİRAFLAR - VİDEO - FOTO

"Mən bədbəxt ailə başçısı idim" - Niyam evlilik həyatından DANIŞDI - VİDEO - FOTO

Polisin qolu qandallı məhkumu yumruqlama anı - VİDEO

Qalmaqallı tutulmanın təfərrüatı: 7 pasportu varmış

Elzadan Dostəliyeva bacılarına sərt sözlər: "Siz də çaşın"

Muğam Mərkəzində “Sarı simin lisanı” adlı konserti keçirilib - FOTO

Yüzlərlə sakin soyunub, mərkəzi küçələrə axışdı - FOTO

"Qarabağ" sabah Londona gedir

Bahar Muradova: "Ermənistanda "seçki oyunu" oynanıldı"

Tbilisidə torpaqlarının əcnəbilərə satılmasına etiraz olaraq aksiya keçirilib

Natavanla Səidə arasında nə baş verir?

Şahbaz Quliyevin qardaşı: “...quru nəfəsləri qalıb”

“Ermənistanın sözü əməlinə düz gəlmir” - Zatulin

Sergey Markov: "Azərbaycan ümummilli lider Heydər Əliyevin sayəsində Cənubi Qafqazın ən mühüm ölkəsidir"

Facebook-da əxlaq senzurası başlandı

Tehranda Xəzərdə əməkdaşlıq və təhlükəsizlik üzrə görüş keçirilir

Tramp Parisi "partladır": Fransanı "sarılıq" bürüyüb - VİDEO - FOTO

Məsut Özil sağaldı - “Qarabağ”a qarşı oynayacaq?

Azərbaycan Beynəlxalq Bankından kredit faizlərində Yeni il endirimi!

"Sənayedə təbii resurslardan səmərəli istifadə edilməsi" mövzusunda tədbir keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıda aqrar və yaşıl texnologiyalar üzrə beynəlxalq forumda iştirak edir

"Qarabağ" "Zirə"ni darmadağın etdi - VİDEO

Ermənisayaq "demokratiya" şəraitində tarixə düşən biabırçı seçkilər

Çörək bahalaşıb - Gürcüstanda

Meksika Qran-prisi “Formula 1”in təqvimindən çıxarıla bilər

“Qızımın toyunda mənə ağır sözlər dedi” - Elariz Rüfətlə əlbəyaxa olmasından DANIŞDI - VİDEO - FOTO

Olimpiya çempionumuz Rusiyada min dollar qazandı

"Uşaqlara süd vermirəm, çünki reanimasiyadadılar" - Rəqsanə

“Köhnə ayaqqabımı rənglədib geyinirdim” - Teatrda yatan Azər Axşamdan ETİRAFLAR - VİDEO - FOTO

Fransada aksiyaya görə daha 2 futbol matçı təxirə salındı

BirBank tətbiqi "Ən innovativ mobil bank" seçilib

Zaur 33 il əvvəlki FOTOsunu yaydı

Reynaldo yenidən “Qarabağ”da

Prezident İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının prezidentini qəbul edib - FOTO

Bitkoinin qiyməti 3 600 dolları keçib

Prezident İlham Əliyev türkiyəli naziri qəbul edib - FOTO

Vüsalənin qızı ilə Yeni il ab-havalı FOTOları

Deputat: "Ermənistanda seçkilərin antidemokratik və qeyri-şəffaf şəkildə keçirilməsi açıq-aydın ortadadır"

Qırğızıstanda baş nazirin sabiq müavini saxlanılıb - Qanunsuz gəlirlər...

“Mükafatı ilk gətirən Röyanı unutmayın...”

"Real"a bir qol bəs etdi - VİDEO - FOTO

Türkiyədə mikroavtobusla TIR toqquşdu: 4 ölü, 16 yaralı - YENİLƏNİB - FOTO

Libertadoresin tarixi finalı - Kubok "River Pleyt"indir - VİDEO - FOTO

"Fənərbağça" yenə uduzdu - VİDEO - FOTO

Türkiyədə mikroavtobusla TIR toqquşdu: ölənlər və yaralananlar var - FOTO

Paşayev oynadı, komandası məğlub oldu

"Mənə iki gün öncədən deyildi ki, yığmadan gedirsən" - Rəşad Sadıqov

“Ay zibil” - Bərbad dublyajın günahkarı kimdir? - ARAŞDIRMA

Lavrov Xəzər Konvensiyasının əsas nailiyyətindən danışıb

Paşinyan seçkilərdə qalib gəldi

Çində torpaq sürüşməsində 3 nəfər ölüb, bir neçə adam dağıntılar altında qalıb

Dəməşq aeroportuna hava hücumunun qarşısı alınıb

Kolumbiyada ölkəmiz barədə sənədli filmin hazırlanması arzusu bildirilib - FOTO

Kolumbiya televiziyasının təmsilçiləri ölkəmiz barədə sənədli filmin hazırlanması arzusunu bildiriblər - FOTO

Ər-Riyad Qaşıqçının qətlində ittiham olunanları Türkiyəyə verməkdən imtina edib

Meksikada bir qrup miqrant atəşə tutulub: qadın ölüb, üç yaşlı uşaq yaralanıb

Vergi Məcəlləsinə son dəyişikliklər dərzi, aşpaz, dayə, bərbər və daha KİMLƏRİN xeyrinə olacaq?

Qaşıqçının ölüm qabağı dediyi son sözləri...

ABŞ-da 1,3 mindən çox aviareys təxirə salınıb

Sərxoş piyadanı avtomobil vurub

Fransada silahlı hücum: 3 qadın yaralanıb

Ermənistanın təhsil müəssisələrində minlərlə qanun pozuntusu qeydə alınıb

Makron aksiya iştirakçılarına yeni təkliflərlə çıxış edəcək - FOTO

Libertadores Kubokunun qalibi əlavə vaxtda müəyyənləşdi

Analitik: "Ermənistanda insanlar seçkiyə şübhə ilə yanaşdıqları üçün səsverməyə getməyiblər"

"Ağrıya dözməyi bacarırsansa, qalib gələcəksən" - Örnək - FOTO

İtaliya A Seriyasında 12 il sonra...

"Əli və Nino" ilə beynəlxalq festivalın qalibi olan azərbaycanlı gənc - Örnək - FOTO

MSK sədri: "Ermənilərin çoxusu ümumdövlət seçkilərə məhəl qoymadı"

"Liverpul"un oyunçusu 6 aylıq diskvalifikasiya oluna bilər

Günün qoroskopu: Qətiyyətli və iradəli olsanız, məqsədə çatacaqsınız

Koçaryan tərəfdarları mitinqlərə çağırış etdilər

"Kubokda da hədəfimiz finala çıxıb, qalib olmaqdır" - Namik Ələsgərov

Ermənistanda seçki saxtakarlığı: Faktlar AÇIQLANDI

Ermənistanda seçkilər kütləvi qanun pozuntuları şəraitində keçirilib

Ermənistanda seçkinin ilkin nəticəsi bilindi

Aygün Kazımova “Altın Kelebek” aldı - FOTO

Ər-Riyad Ankaranın tələbini rədd etdi

Ermənistanda əhalinin əksəriyyəti seçkilərə getmədi

"Matçın sonlarında 6 müdafiəçi ilə oynadıq" - Ayxan Abbasov

Ermənistanda erkən parlament seçkilərində seçici fəallığı aşağı olub

"Bu gün bizim günümüz deyildi" - Roberto Bordin

Şərif Şərifov Rusiyada bürünc medal qazanıb

Kolumbiyada avtobus qəzası: 9 nəfər ölüb, 4-ü yeniyetmədir

Mariana Vasileva: "Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ölkədə idmanın və incəsənətin inkişafına böyük töhfə verirlər"

"Zirə"nin baş məşqçisi 0-6 hesablı məğlubiyyət barədə: "Futbolçularla sabah danışacağıq"

Barmaq tanıma qurğusu Serj Sarqsyanı tanımadı - VİDEO

Girdiman qalası ilə dəyişik salınan Niyalqala – Azərbaycanda ən qədim istehkamlardan biri - FOTO

“Neftçi” xal itirdi, “Qarabağ” 6 qola sevindi - YENİLƏNİB

İranlılardan Ruhaniyə məktub: Axı söz vermişdiniz...

“Futbolu bilən yeganə insan Qurbanov idi, o da getdi” - Kamran Ağayev

Ermənistanda səsvermə başa çatdı - Kütləvi saxtakarlıq

Daha 3 ölkə OPEC-ə qoşuldu

Ermənistanda seçki saxtakarlığı: 80-dən çox…

Aftandil Hacıyev Ruslan Qurbanovu cəzalandırıb: "Onun istəyilə deyil..."

Xaçmazda piyadanı maşın vurub, digər avtomobil isə üzərindən keçib

“Huawei” qalmaqalına görə ABŞ səfiri Çin XİN-ə çağırıldı

Rusiya çempionu hamamda öldü

"Millədə olan məğlubiyyətlərdən sonra kefimiz pozulurdu" - Qurban Qurbanov

Gəncədə yüksək sürət yol qəzasına səbəb olub

Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb

Bərdədə maşın qoyun sürüsünü vurub, 15 baş heyvan tələf olub - FOTO

“Əminliklə deyirəm ki, fasilədən sonra “Qəbələ” qələbələri sıralayacaq”

"Neftçi" "Sumqayıt"a qarşı, "Qarabağ"dan darmadağın - YENİLƏNİR

"Bu, Ermənistan tarixində ən biabırçı seçkilərdir" - David Şahnazaryan

"Taliban" üzrvləri hərbi bazaya hücum edib: 8 ölü

Ermənistandakı seçkilərdə seçici passivliyi davam edib

DÜNYA BALACA KƏNDDIR...

MMA döyüşçüsü rəqibini nokautla salamladı - VİDEO

"Donald Trampa deyirəm: bizim xalqı rahat buraxın" - Fransanın xarici işlər naziri

Qubada kotec yanıb

"Heç kimlə bu barədə danışmamışam" - Qurban Qurbanov

"Neftçi" "Sumqayıt"a qarşı, "Qarabağ"dan darmadağın, "Qəbələ"dən xal itkisi - YENİLƏNİR

"Bu görüşdə qələbə bizə çox vacib idi" - Tərlan Əhmədov

"Deviçin zədələnməsi planlarımızı pozdu" - "Sabah" komandasının baş məşqçisi

Ermənistanda seçicilər açıq-aşkar təlimatlandırılmış hərəkətlər edir

Vanadzora seçkilərdə nəzarət üçün əlavə polis qüvvələri göndərilib

CAR-da dəhşətli qəza: 13 nəfər diri-diri yandı

“Qarabağ”la “Keşlə”dən qələbə, "Səbail" "Qəbələ"yə qarşı - YENİLƏNİB

Vanadzora seçkilərdə nəzarətin həyata keçirilməsi üçün əlavə polis qüvvələri göndərilib

Azərbaycan gimnastı: "Mən bədii gimnastika üzrə Regionlararası Kubokun medalını qazandığıma görə çox şadam"

Serj Sarqsyanı təhqir etdilər

İtkin düşən milyonçu qızının cəsədi tapıldı - FOTO

Britaniya Rusiyaya qarşı daha iki cinayətə görə ittiham irəli sürdü

"Taliban" hərbi bazaya hücum etdi: ölənlər və əsir düşənlər var - FOTO

İraq yenə sel suları altında qaldı, 7 nəfər öldü

Ermənistan polisinə seçkiqabağı təşviqat pozuntuları ilə bağlı 80-dən çox məlumat daxil olub

Ruslanın özbaşınalığı ona baha başa gəldi - Əsas komandadan uzaqlaşdırıldı

Millimiz üçün yeni baş məşqçi - Baş katib Parisə gedir

"Sabah" yenə uduzdu - YENİLƏNİB

Ermənistanda seçkilərdə 32 qanun pozuntusu qeydə alındı, lakin cinayət işi qaldırılmayıb

Sudanın təyyarə qəzası: ölənlərdən 5-i hakimiyyət nümayəndələridir - FOTO

“Survivor”un iştirakçısı "Savaşçı"da Kənan M.M.-in sevgilisi olacaq

Bakıda bədii gimnastika üzrə 5-ci Regionlararası Kubokun mükafatlandırma mərasimi keçirilib - FOTO

Politoloq: "Ermənistanda insanlar hakimiyyətə inanmır və seçkilərdə iştirak etmək istəmirlər"

Neymar "Mançester Yunayted"ə keçə bilər

Polis reyd keçirdi, 100-dən çox sürücü saxlanıldı - FOTO

"The Washington Post" İsrail ilə Səudiyyə Ərəbistanı arasındakı gizli anlaşmadan yazdı - FOTO

"Parlaq Emənistan" partiyası: "Həyəcan doğuran məlumatlar alırıq və polisə təqdim edirik"

Ermənistanda otel sahibini otağında güllələdilər - FOTO

Hesablama Palatasının sədri: "Rusiya SSRİ kimi dağıla bilər"

"Ermənistanın siyasi, iqtisadi və digər müstəvilərdə məğlubiyyəti Azərbaycanın qələbəsi kimi dəyərləndirilə bilər"

Makron “Sarı jiletlilər”dən üzr istədi

İran 2018-ci ildə raket sınaqlarının sayını iki dəfə artırıb

Serj Sarqsyan üzə çıxdı, amma danışmadı

"Arsenal" Özilin qiymətini açıqladı

Fələstin parlamenti buraxılır?

"Bavariya"nın ilk transferi bəlli oldu

Belçikada milliyətçi partiya koalisiya hökumətindən çıxdı

Əfqanıstanda qadın idmançılar təcavüzə məruz qalır - ŞOK İDDİA - FOTO

Qırğız əsilli idmançı postsovet ölkələri arasında ilk dəfə UFC çempionu oldu

Çində 22 avtomobil toqquşdu: ölənlər və yaralananlar var

Azərbaycanda yeni duz yataqları açılacaq