AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Elmar Məmmədyarov: "ATƏT məkanında mövcud münaqişələr sülhə və təhlükəsizliyə ən ciddi təhdid olaraq qalır" - FOTO

  28

ATƏT məkanında mövcud münaqişələr sülhə və təhlükəsizliyə ən ciddi təhdid olaraq qalır.

Xarici İşlər Nazirliyindən Demokratikmusavat.com-a verilən məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyasında çıxışı zamanı deyib.

E.Məmmədyarov qeyd edib ki, Azərbaycanın prinsipial mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də, dövlətlərin beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsinə əsaslanır:

"Vyanada keçirilmiş Nazirlər Şurasının sonuncu sessiyasından bəri, indiyədək biz Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində heç bir konkret irəliləyiş görməmişik. Əfsuslar olsun ki, gücdən istifadə etməklə ərazilərin ilhaqının yolverilməzliyi, beynəlxalq hüququn ciddi pozulması ilə nəticələnmiş vəziyyətin tanınmaması öhdəliyi və bu vəziyyətin saxlanılmasına köməklik və ya yardım göstərilməsindən çəkinmək kimi fundamental prinsiplər vasitəçi ölkələr tərəfindən selektiv tətbiq olunur.

Eyni zamanda, biz danışıqlar formatının sual altına alınması ilə bağlı Ermənistanın davamlı cəhdlərini müşahidə etdik. Diasporunun fəal dəstəyi ilə Yerevan yüz minlərlə azərbaycanlı məcburi köçkünün, onların doğma yurd-yuvalarına qayıtmaq hüququ da daxil olmaqla insan hüquqlarının pozulması, Azərbaycanın işğal olunmuş ərazilərinin demoqrafik, mədəni və fiziki xarakterinin dəyişdirilməsi qeyri-qanuni təcrübəsini davam etdirir. 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını kobudcasına pozaraq, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşma və digər fəaliyyətlərini davam etdirməkdədir. İşğal olunmuş ərazilərdə qeyri-qanuni hərbi və mülki infrastrukturun yaradılması da daxil olmaqla Ermənistan tərəfinin qanunsuz fəaliyyəti onun işğalı möhkəmləndirmək və baş vermiş faktla (fait accompli) üz-üzə qoymaq məqsədi daşıyan niyyətini və sistemli siyasətini nümayiş etdirir. Bu addımlar, xüsusilə də Ermənistanın imtina etməsi səbəbindən Azərbaycanın işğal olunmuş ərazilərinə fakt araşdırıcı qiymətləndirmə missiyasının göndərilməsində uğursuzluq, sülh prosesində etimada xələl gətirir".

XİN rəhbəri əlavə edib ki, ATƏT-ə üzv dövlətlərin ərazilərinin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı olan bu qanunsuz fəaliyyətlər üçün istifadə olunması tamamilə qəbuledilməzdir:

"Bu, müvafiq mandatlara, ATƏT-in əsas prinsiplərinə, öhdəliklərinə və qərarlarına ziddir. Biz müvafiq iştirakçı dövlətləri Ermənistan, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış Ermənistanın tabeliyində olan qanunsuz rejimin agentləri tərəfindən suveren torpaqlarının Azərbaycanın qanuni təhlükəsizlik maraqlarına qarşı istifadə olunmasının qarşısını almaq üçün təxirəsalınmaz effektiv addımlar atmağa çağırırıq.

BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Helsinki Yekun Aktının prinsipləri və ATƏT-in qərarları və sənədləri münaqişənin həllinin və Minsk Konfransının həmsədrlərinin mandatının əsasını təşkil edir. BMT-nin 1993-cü ildə qəbul etdiyi qətnamələr işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını və qarşılıqlı addım kimi kommunikasiya və nəqliyyat əlaqələrinin açılmasına və məcburi köçkünlərin evlərinə qayıtmasına yardım göstərməyi tələb edir. Bu yanaşmanın əsas konsepsiyası münaqişənin nəticələrini aradan qaldırmağa, digər siyasi məsələlərin isə Minsk Konfransı çərçivəsində davam edən danışıqlar vasitəsilə həllinə əsaslanır".

E.Məmmədyarovun sözlərinə görə, Azərbaycan hesab edir ki, sülhə, sabitliyə və qarşılıqlı faydalı regional əməkdaşlığa alternativ yoxdur və o, münaqişənin qısa zamanda siyasi həllində ən maraqlı tərəfdir:

"Münaqişənin həlli yalnız beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür.

Azərbaycan torpaqlarının hərbi işğalı həll yolu deyil və heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcəkdir.

Dünən ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan xarici işlər naziri ilə çox mühüm və faydalı məsləhətləşmələrin keçirildiyini sizə məlumat verməkdən şadam. İl ərzində ilk dəfədir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan və Azərbaycan xarici işlər nazirləri tərəfindən birgə bəyanatı razılaşdırmağa nail olduq. Ən vacib məqamlardan biri əlbəttə ki, intensiv və nəticəyə yönəlik, o cümlədən yüksək səviyyədə danışıqların aparılmasıdır. Hesab edirəm ki, Ermənistanda seçkilər yekunlaşdıqdan və yeni hökumət formalaşdıqdan sonra biz gələn il ciddi irəliləyiş əldə etməli və bölgəyə sülh, sabitlik və tərəqqinin gətirilməsi imkanını yaratmalıyıq".

Demokratikmusavat.com

Xəbər Lenti

Trampın çəkindiyi 3 əsas siyasi rəqib məlum oldu

Varan "Real"dan ayrılacağı haqda açıqlama verdi

Ağ Evdən açıqlama: “Tramp demokratlara qarşı hüquqi təqibə başlamayacaq”

İranın Şiraz şəhərində 11 nəfər öldü - FOTO

"Napoli" futbolçusuna 150 milyon qiymət qoydu

Bağ evlərindən oğurluq edən şəxslər saxlanıldılar - FOTO

“Tünzalə çox danışır, Elza müğənni deyil”

İtaliyada 100-ə yaxın reys təxirə salınıb - SƏBƏB

Ekspert: "Nazarbayevin əsasını qoyduğu xarici siyasi kurs onun xələfləri tərəfindən davam etdiriləcək"

ABŞ-da məscidə od vuruldu

Tereza Mey istefa şərtini açıqladı

"Bizə qarşı oyunlarda güclərinin 200 faizini istifadə edirlər"

Süd və süd məhsulları alarkən diqqətli olun!

Türkiyə Rusiya vətəndaşları üçün vizanı ləğv edir

"Reytinqə görə məxluqları efirə çıxarıb dağ başına qoyurlar"

Bakıda kompüter oyunları salonundan oğurluq edən qrupun bir üzvü saxlanıldı

Tanınmış marketdə malların kassada başqa qiymətə satılması ilə bağlı açıqlama - FOTO

“Çat Kapı Aşk” filminin qala-gecəsi İstanbulda keçirildi - VİDEO - FOTO

10 448 tənha ahıl və əlilliyi olan şəxs evlərində sosial xidmətlə təmin olunur

“Qaşıqçı cinayəti”ndə əsas günahkarın məhkəmədən yayındığı məlum olub

LUKOIL "Şahdəniz- 2" layihəsi üçün kreditdən niyə imtina etdi?

Azərbaycanda 25 nəfərin öldüyü yanğın daha bir cinayətin üstünü açıb - Qaçırdığı qadını öldürmək istəyib.…

İranda çovğun və daşqın: 113 min nəfərə yardım edilib - VİDEO

AÇ-2020-nin talismanı bəlli oldu

Almaniya yeni islam yaratmaq istəyir

Ayanın 4 evi, 3 maşını var

Qazaxıstanda daha iki şəhərin adını dəyişmək istəyirlər

Gömrükdə avtomobillərdən 14 mobil telefon çıxdı - FOTO

Əminin məhbus qardaşoğluna telefon ötürmək cəhdi alınmadı - FOTO

Peçenye 24 yaşlı qadını öldürdü

Azərbaycan hekayələri Fransada təqdim olundu - FOTO

İspaniya Kralı Argentinada bir saat təyyarədə qaldı

19 cinayətin üstü “isti izlər”lə açıldı

"Erməni əsgərlərin cəzalandırılaraq Dağlıq Qarabağa göndərilməsi bir çox mətləblərdən xəbər verir"

Ukraynada prezidentliyə ən şanslı namizədlər - REYTİNQ

77 il əvvəl itkin düşən sualtı qayıq tapıldı - VİDEO

Müharibə veteranlarına Prezident təqaüdü təyin olunacaq - Tarix açıqlandı

Müharibə veteranlarına Prezident təqaüdü təyin olunacaq - Tarix açıqlandı

Gürcüstanda sosial işçilər tətil elan edirlər

Son 100 ildə adını dəyişən ölkələr - SİYAHI

Expressbank aztəminatlı ailələrə bayram sevinci bəxş etdi

Netanyahu ABŞ səfərini yarımçıq qoydu

"Azərbaycanın güclü futbolçuları var"

Bu gün Sumqayıtın bir hissəsində işıq olmayacaq

Myanmada dəhşətli partlayış: 16 ölü, 48 yaralı

Bədii gimnastımız beynəlxalq turnirdə 2 bürünc medal qazandı

İranda benzin borusu yanır

Sabahın hava proqnozu açıqlandı

İdman gimnastlarımız Dünya Kubokunda çıxış ediblər

Yeni Zelandiyadakı terroru kral komissiyası araşdıracaq

Qazaxıstanda neft yatağında yanğın

Prezident İlham Əliyev banqladeşli həmkarını təbrik edib

“Ayselin günahı yoxdur” - Ayandan həmkarına dəstək - VİDEO

Azərbaycan Litvaya qarşı

Keşişə 1 milyon dollar verildi

Tramp-Rusiya sövdələşməsi təsdiq olunmadı

Rusiyalı ekspert: "Paşinyan və komandası Ermənistan iqtisadiyyatını tamamilə çıxılmaz vəziyyətə salacaq"

AVRO-2020-nin seçmə mərhələsi - Türkiyə yenə meydana çıxır

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artır

Putin II Dünya müharibəsi ilə bağlı tədbirə çağırılmadı

Gömrükdən "Marlboro" və kürü keçirmək istədi - FOTO

Hollandiya - Almaniya matçında 5 qol - VİDEO - FOTO

İsrailə raket atıldı - YARALILAR VAR

Tramp Türkmənistanın Azərbaycan vasitəsilə Qərbə qaz ixrac etmək imkanından yararlanacağına ümid edir

İsrail XİN Trampın Qolan yüksəkliləri haqqında imzalayacağı sənədin tarixini elan edib

ABŞ-ın Yaponiyadakı hərbi bazasında partlayış

NATO-nun baş katibi Tbilisiyə gəlib

Azərbaycanın rəqibi Uels Slovakiyanı məğlub etdi

Ərdoğan: "Bu bütün dünyaya təhdiddir"

Azərbaycanda 240-dan çox uşaq ürəyindən əməliyyat edilib

"Serbiya NATO üzvü olmaq istəmir"

Tarixi oyunlarda Azərbaycana ilk medalı qazandıran xanım - Portret - FOTO

Bir nəfərin auditoriyada 150 adamı öyrətmək dövrü bitmək üzrədir - Uğur hekayəsi - FOTO

Fərəh Əliyeva: "Bu sənət əynimə biçilib" - FOTO

15 yaşlı qız dəm qazından zəhərlənib

AVRO-2020: Almaniya - Niderland oyununda 5 qol vuruldu

Flora Kərimova ilə Afət Fərmanqızı arasında yaşanan qalmaqala Brilliant Dadaşova da qoşuldu

Günün qoroskopu: Yeni maraqlı görüş və tanışlıqlar ola bilər

İtaliyanın "Kazalesi" mafiya şəbəkəsinin 4 üzvü həbs olunub

Naməlum avtomobil 2 qadını vurdu

PSJ Tuxellə yeni müqavilə imzalayacaq

AVRO-2020: Xorvatiya uduzdu, İsraildə 6 qol

Seçkidə səs yığa bilmədi, istefa verdi

Nazarbayev istefa qərarını Putinə deyibmiş

Azəri qızı Güneldən sinəsi və göbəyi açıq FOTOLAR

Ruminiya İsrail səfirliyini Qüdsə köçürür

Kənd uşaqlarına dərs keçmək üçün hər gün Bakıdan Siyəzənə gedən xanımlar - Örnək - FOTO

Universiteti bitirəndən 2 il sonra öz işini qurdu - FOTO

Hindistanda avtobus qəzası: 6 ölü, 45 yaralı

AVRO-2020: Uelsdən qələbə, Qazaxıstan darmadağın oldu

"Qaynanam Elminaz xala mükəmməl insandır" - FOTO

Dənizə düşən şəxs xilas edilib

Həyat yoldaşını səyahət zamanı tapan Rahidə - Səyyah - FOTO

Onun, erməni şahmatçı ilə qarşılaşmada etdiyi "quduz vəzir" kombinasiyası hələ də şahmat aləmində müzakirə olunur - FOTO

Keçmiş prezident evini 80 dollara kirayəyə verir

Enən təyyarəni ildırım vurdu

Soçidə enən təyyarəni ildırım vurdu

Kişi arvadını öldürmək üçün təyyarəni öz evinə çırpdı - VİDEO

Paşinyan Baxtadze ilə görüşüb

"Barselona" ilə "Real" arasında mübarizə

“Belə şeylərə normal münasibət bəsləyirəm” - Şeydayev

Macarıstanda saxlanılan şəxs İŞİD terrorçusu çıxdı

İndoneziyada ilk metro xətti açıldı

“Sözsüz ki, kefsizik” - Yurçeviç