VƏLİ RƏHİMOVUN QANUNSUZ HƏRƏKƏTLƏRİNDƏN VİTSE -PREZİDENTƏ MÜRACİƏT OLUNDU- ŞİKAYƏT

 

Bundan bir qədər əvvəl xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Auditorlar Palatasının Maliyyə və təşkilati-texniki təminat idarəsinin rəisi Vəli Rəhimovun qanunazidd hərəkətləri barədə peşəkar auditor tərəfindən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya ünvanlanan müraciətdə əks olunun faktlar məmur özbaşınalığının, məmura verilmiş "geniş səlahiyyətlərin" çox qabarıq pozuntularını açıq-aydın ortaya qoyur.

 

Müraciətdən məlum olur ki, Vəli Rəhimov 2016-cı ilin payızından Ölkə üzrə bələdiyyələrin maliyyə fəaliyyətinin auditinin "vahid əldə cəmlənməsi" məqsədi ilə İdarə rəisi və Şura üzvü olduğu Auditorlar Palatasından məqsədli şəkildə qeydiyyatdan keçirdiyi ”ÇİNAR” Audit Konsalting, ”Leqal Audit”, ”Trust Audit” və ”Universal Audit Konsalting” MMC-lərin qeyri-rəsmi idarə edəndir. Bu hüquqi çəxsləri qeydiyyatdan keçirərkən onların dördünün də elektron poçt ünvanı [email protected], əlaqə telefonu (050) 324-54-32-dir ki, bunlar da V.Rəhimova aiddir. Hətta onlardan ”ÇİNAR” Audit Konsalting MMC-nin direktoru isə V.Rəhimovun oğludur.

 

Maraqlı və hazırkı dövrdə çox az hallarda "baş tutan" nüansla qaşılaşdıq. V.Rəhimovun təqdim etdiyi Auditor Hesabatında ciddi nöqsan və catışmazlıqların olduğunu nəzərə alaraq, Auditorlar Palatası Şurasının 01 dekabr 2017-ci il tarixli qərarı ilə Direktoru və həm də auditoru olduğu "JPA İnternational Azərbaycan" MMC-yə verilmiş lisenziya ləğv edilmişdir. Halbuki, həmin lisenziyanın başa çatma tarixi 04 mart 2018-ci il tarixədək olmuşdur.

 

Amma qısa müddət sonra, yəni 2018-ci ilin yanvar ayının əvvlindən V. Rəhimov həmin Şuranın üzvü seçilib. Kənar hər hansı istənilən auditor, yaxud inzibati işçi bu vəziyyətdə tutduğu vəzifədən də, Palatadan da xaric edilərdi.

 

Əziz oxucucular müraciət bizim üçün maraqlı faklarla doludur və zaman-zaman həmin faktlarla Sizləri tanış edəciyik. Amma maraqlıdır ki, Dövlətimizdə hərtərəfli güclü islahatların aparıldığı, korrupsiyaya qarşı mübarizənin daha ciddi arenaya daxil olduğu bir dövrdə, ölkənin samballı müstəqil maliyyə orqanında son iki ildə Vəli Rəhimovun qanunazidd hərəkətlərinə, vəzifə səlahiyyətlərini aşmasına rəvac verənlər kimlərdir? Onu qəflətən bu sahədə "monopolist şəxsə" çevrilməyinin səbəbi nədir? 

 

Həmin müraciətdən hazırlanmış materialları oxucu gözü ilə qiymətləndirmək üçün zaman-zaman səhifəmizdə tanış olacaqsınız, bizi izləyin!

 

KİV olaraq əminik ki, Birinci vitse-prezidentin qəbulunda daha geniş dəlillər təqdim etməklə israrlı olan mütəxəssisin müraciətində göstərilənlər yəqin ki, Ali İdarəetmə orqanı tərəfindən qısa müddətdə ciddi qiymətləndiriləcəkdir.

 

"Səhər Xəbər.org"

 

P.S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq

0.1625280380249