AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

"Yeni Azərbaycan Partiyasının hər bir üzvü bu günümüzün uğurlarının əsası olan Heydər Əliyev ideyalarının təbliğatçısıdır"

  28

Demokratikmusavat.com "İki Sahil" qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadənin yazısını təqdim edir:

Müasir Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsi

1992-ci il oktyabrın 16-da xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi kimi dəyərləndirilən 91 nəfər ziyalının müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevə bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, xalqın partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı "Azərbaycan Sizin sözünüzü gözləyir" müraciəti dövlətçilik tariximizdə dönüş nöqtəsi oldu. Ziyalıların müraciətinə Ümummilli Liderin "Yeni, müstəqil Azərbaycan uğrunda" cavabı həmin dövrün çətinliklərindən xilas yolunu göstərməklə yanaşı, bugünkü uğurlarımızın başlanğıcı kimi dəyərləndirildi. "Azərbaycanın bugünkü həyatı və gələcək taleyinə dair digər problemlər də məni narahat edir", - söyləyən ulu öndər Heydər Əliyev "Azərbaycanın çağdaş və gələcək taleyi ilə bağlı bu problemlərin həllində biganə qalmağa heç kəsin haqqı yoxdur" bildirərək bu inamı da ifadə etmişdir ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində obyektiv zərurətdən irəli gələrək yaradılan Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər.

Bu sözləri YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə deyib.

V.Rəhimzadə qeyd edib ki, bu partiya uğurlar, qələbələr partiyasıdır: "Yeni Azərbaycan Partiyasının yaradılmasından bizləri 26 illik zaman ayırır. Təsis konfransını 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyası bu gün xalqın partiyasına çevrilərək, ulu öndər Heydər Əliyevin ideyalarının, həyata keçirilən siyasətin təbliğatçısı və iştirakçısı kimi davamlı uğurları ilə diqqət mərkəzindədir. Ən əsası bu günümüzün reallıqları ulu öndər Heydər Əliyevin ziyalıların müraciətinə cavabında əksini tapan arzu və istəklərinin təsdiqidir. Dünənin, bu günün partiyası kimi gələcəyə böyük inamla addımlayan Yeni Azərbaycan Partiyası sözlə əməl birliyini, monolitliyini daim qoruyur, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirir. Bu gün 750 minə yaxın insanı sıralarında birləşdirən partiya, dünya təcrübəsində analoqu olmayan bu mühüm uğura da imza atıb ki, yaranmasından 7 ay sonra iqtidar partiyası kimi fəaliyyətini davam etdirir, 26 illik tarixini qələbələr və uğurlarla zənginləşdirir".

"Bu gün Yeni Azərbaycan Partiyası öz sıralarında 750 minə yaxın insanı birləşdirir, onların 40 faizi gənclərdir. Yəni, bu gün partiyamızın fəaliyyəti, ideyaları, apardığı siyasət gənc nəsil üçün də cəlbedicidir və bu, çox müsbət haldır. Bu, onu göstərir ki, Azərbaycanda bundan sonra da uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq və partiyanın təbliğ etdiyi, bəyan etdiyi prinsiplər bu gün xalq tərəfindən tam dəstəklənir. İndi Azərbaycanda görülmüş işlər, ölkəmizin uğurlu inkişafı, əlbəttə, hər bir vətənpərvər insana əyani şəkildə göstərir ki, bugünkü iqtidarın apardığı siyasət yeganə düzgün siyasətdir". Dövlətimizin başçısı İlham Əliyevin bu fikirləri müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının II qurultayında "Birincisi, gənclər bizim partiyanın sıralarında xüsusi qayğıya malik olmalıdırlar. Onlara qayğı göstərmək lazımdır. İkincisi də, gənclər arasında geniş iş apararaq, partiyanın nizamnaməsini, məramnaməsini və partiyanın gördüyü işləri onlara anlatmaq lazımdır" tapşırığının reallıqda öz əksini tapan davamıdır. Dahi şəxsiyyət Heydər Əliyev partiyanın sıralarında qadınların və gənclərin böyük çoxluq təşkil etməsinin vacibliyini bildirirdi. Yeni Azərbaycan Partiyasının tərkibində Gənclər Birliyinin və Qadınlar Şurasının yaradılması, həmçinin partiyanın rayon təşkilatlarında onların fəaliyyətinin genişləndirilməsi də bu tələbdən irəli gəlirdi. 750 minə yaxın üzv böyük qüvvədir. Bu, yalnız rəqəm deyil, eyni zamanda, həyata keçirilən siyasətə dəstək, partiyanın bu gününə və gələcəyinə inamın göstəricisidir. Məhz bu inam partiyanın ölkədə keçirilən hər bir seçki prosesindən böyük qələbə ilə çıxmasını şərtləndirir.

2018-ci il ölkəmizdə prezident seçkiləri ili kimi xarakterizə olunur. Hər bir seçki prosesinə böyük ruh yüksəkliyi ilə qatılan Yeni Azərbaycan Partiyasının seçdiyi şüarlara diqqət yetirdikdə partiyanın məqsəd və məramı özünü qabarıq şəkildə büruzə verir. "Davamlı inkişaf, yüksək rifah", "Yeni hədəflərə doğru" deyib, fəaliyyətinin əsasında dövlətə, xalqa xidmətin dayandığını bir daha təsdiqləyən Yeni Azərbaycan Partiyası 2018-ci il prezident seçkilərində uğurlarımızın davamlılığının təmin edilməsi üçün "İlhamla irəli" söylədi. Növbəti 7 ilin hədəfləri müəyyənləşdirilərək, onlara yalnız və yalnız Prezident İlham Əliyevin rəhbərliyi ilə nail olmağın mümkünlüyü verilən səslərlə təsdiqləndi. Dövlətimizin başçısı İlham Əliyev bu dəstəyi andiçmə mərasimində belə dəyərləndirmişdir: "Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm. Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib. Azərbaycan xalqı görülən işlərə yüksək qiymət vermişdir, görülən işlərə səs vermişdir. İnkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs vermişdir".

Yeni Azərbaycan Partiyasını xalqın partiyasına çevirən, qələbələr partiyası kimi tanıdan - tutduğu yola sadiqliyi, populizmdən uzaq olması, hər addımında dövlətin maraqlarını üstün tutmasıdır. Qeyd etdiyimiz kimi, Azərbaycanın 27 illik müstəqillik tarixinin bələdçisi olan partiya müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin son 15 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində əldə olunan uğurlar sayəsində də özünə inamı və etimadı gücləndirir.

26 illik zəngin tarixin səhifələrini bir Azərbaycan vətəndaşı, cəmiyyətin güzgüsü olan mətbuatın nümayəndəsi, "91-lər"dən biri kimi vərəqləməyi özümə borc bilirəm.

Sabitlik və təhlükəsizlik inkişafı şərtləndirən əsas amillərdir

Qeyd etdiyimiz kimi, Yeni Azərbaycan Partiyası yarandıqdan 7 ay sonra iqtidar partiyasına çevrildi. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı həm Azərbaycanın, həm də Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələnin əsasını qoydu. Müstəqilliyimizin ilk illərində yaşanan ağrılı-acılı, o çətin durum yaddaşlardadır. Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, tariximizin hər bir səhifəsi bizim üçün əziz olmalı, keçmişdən nəticə çıxarılmalıdır.

Tarixi paralellər əsasında Azərbaycanın müstəqillik yolunun heç də hamar olmadığını aydın görmək mümkündür. Bu əsas məqamı da xüsusi vurğulamaq lazımdır ki, möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamı əsasında 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi tariximizin ayrı-ayrı dövrlərinə nəzər salmağa, onlardan dərs almağa, ən əsası zəngin tariximizlə qürur duymağa əsas yaradır.

1991-1993-cü ilin yayına qədər olan dövr Azərbaycan tarixinə xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran illəri kimi yazılıb. Həmin dövrün iqtidarının səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları ucbatından Azərbaycan öz dövlət müstəqilliyini itirmək təhlükəsini yaşayırdı. Belə çətin məqamda ulu öndər Heydər Əliyev ona üz tutan xalqını ümidsiz qoymadı. O, hakimiyyətə qayıdışı ilə Azərbaycanı düşdüyü ağır problemlərdən xilas etdi, ən əsası ölkədə sabitliyi təmin etməklə, hər sahədə uğurlara yol açdı. Ümummilli Liderin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də atəşkəs sazişinin imzalanması bugünkü uğurlarımızı şərtləndirdi. Qısa müddətdə sabitlik diyarına çevrilən Azərbaycan böyük investisiyalar məkanı kimi tanındı. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 250 milyard dollardan artıqdır.

Demokratiya sabitliyin və qanunun aliliyinin təmin olduğu şəraitdə inkişaf edir, bu halda Azərbaycanın uğurları təqdirəlayiqdir. Sabitliyin təminatında, ölkədə mövcud ab-havanın yüksək səviyyədə olmasında isə əsas faktor xalq-iqtidar birliyi, həmrəyliyidir. Azərbaycanın regionda sabitləşdirici faktor kimi tanınması və nüfuz qazanmasında bu amilin rolu inkaredilməzdir. Ölkə Prezidenti İlham Əliyev sabitliyi bütün inkişafın əsası kimi dəyərləndirərək bildirir: "Bu, aksiomadır. Bunu biz yaxın tarixdə dəfələrlə görmüşük. Sabitlik pozulan zaman inkişaf da dayanır, ölkə iqtisadiyyatı tənəzzülə uğrayır, sərmayə qoyuluşu dayanır. Bir sözlə, sabitlik hər bir ölkənin inkişafı üçün başlıca şərtdir. Azərbaycanda isə sabitliyin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və eyni zamanda, bizim apardığımız siyasətdir. Çünki bizim siyasətimiz milli maraqlara söykənir, milli maraqlarımız bizim üçün hər şeydən üstündür. Ölkəmizin təhlükəsizliyi, sabitliyi, iqtisadi və sosial inkişafı, beynəlxalq arenadakı artan rolu sabitliyin təminatçısıdır".

Demokratikləşmə prosesinin sürətləndirilməsi ölkənin hərtərəfli inkişafında əsas amildir. Dövlətimizin insan hüquq və azadlıqlarının qorunması, mətbuat azadlığının təmin edilməsi, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının normal fəaliyyətlərinin təminatı istiqamətində atdığı addımlar göz önündədir. Milli Konstitusiyamızın qəbulundan ötən 23 ildə bu sənədə 3 dəfə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı referendumun keçirilməsi, Seçki Məcəlləsinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar, mətbuat azadlığının təminatına, eyni zamanda, jurnalist məsuliyyətinin və peşəkarlığının artırılmasına yönələn davamlı tədbirlər bir daha bu reallığı təsdiqləyir ki, Azərbaycanın demokratiya təcrübəsi öyrənilməyə layiqdir.

Azərbaycanın 2001-ci ilin yanvarında demokratik islahatların inkişafı ilə məşğul olan dünyanın nüfuzlu təşkilatı Avropa Şurasına tamhüquqlu üzv kimi qəbulu, ötən 17 ildə əlaqələrin inkişafı Azərbaycanın demokratik islahatlara sadiqliyini sözdə deyil, əməldə təsdiqlədiyinin nümayişidir. İnsan hüquq və azadlıqlarının qorunması və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində atılan addımların ümumiləşdirilmiş ifadəsi kimi 18 iyun tarixinin ölkəmizdə İnsan Hüquqları Günü kimi təsis edilməsidir. Milli Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi məqsədilə keçirilən ümumxalq səsverməsinə çıxarılan məsələlərə də diqqət yetirdikdə vətəndaş amilinə verilən dəyər özünü qabarıq şəkildə nümayiş etdirir. Məhz son referendumda əlavə və dəyişikliklərin bir qismi insan hüquq və azadlıqlarının qorunmasına, bir qismi isə idarəetmə sistemində təkmilləşməyə xidmət edir.

Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuatın da zamanın tələbinə uyğun təkmilləşdiyi, yeniləşdiyi göz önündədir. Mətbuatın üzərindən senzuranın götürülməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, KİV-lərin inkişafına Dövlət Dəstəyi Konsepsiyasının qəbulu və bu sənədə uyğun olaraq Azərbaycan Respublikası Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, həmçinin 2003-cü ildə jurnalistlərin I Qurultayında mətbuatı tənzimləmə funksiyasını yerinə yetirən Mətbuat Şurasının formalaşması, həmçinin hər bir sahə kimi mətbuatın inkişafına xidmət edən qanunların qəbulu, Konstitusiyada əksini tapan "Məlumat azadlığı" kimi maddələrdə təkmilləşmə və s kimi biri-birindən önəmli addımlar ümumilikdə dünya informasiya məkanına inteqrasiya siyasəti həyata keçirən Azərbaycanda müstəqil mətbuatın inkişafına diqqət və qayğını nümayiş etdirir. Ölkəmizdə əhalinin 80 faizdən çoxunun internet istifadəçisi olması da müstəqil, azad mətbuatın inkişafının göstəricisidir.

Demokratiyanın vacib amillərindən biri də seçkilərin azad, şəffaf və dünya standartlarına uyğun keçirilməsidir. 2003-cü ildə Azərbaycan hökuməti ilə Avropa Şurası Venesiya Komissiyası, həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə birgə əməkdaşlıq nəticəsində qəbul olunan Seçki Məcəlləsinə zamanın tələbinə uyğun olaraq mütəmadi əlavə və dəyişikliklərin edilməsi Azərbaycan dövlətinin seçki

prosesinin şəffaflığında və demokratikliyində maraqlı olduğunu bir daha təsdiqləyir. Hər bir seçki prosesinə təkmil seçki təcrübəsi ilə qatılan Yeni Azərbaycan Partiyası kampaniyanın hər bir mərhələsini demokratik, beynəlxalq standartlara uyğun həyata keçirmək üçün ciddi səylər göstərir, uğurlu nəticələr isə göz önündədir. Beynəlxalq təcrübələr olan "exit poll"un keçirilməsi, barmağın gözəgörünməyən mürəkkəbə boyanması və s. kimi yeniliklərin tətbiqi də bu demokratikliyi, şəffaflığı artırır.

Dövlətimizin başçısı İlham Əliyevin daim qeyd etdiyi kimi, iqtisadi və siyasi islahatların vəhdətliyi davamlı inkişafı təmin edir. Demokratikləşmənin əsası kimi ölkəmizdə sabitliyin, təhlükəsizliyin təminatı bu inkişaf üçün əsas stimulverici amildir. Azərbaycanın müxtəlif humanitar, iqtisadi, siyasi tədbirlər üçün ideal məkan kimi qəbul olunmasında da sabitləşdirici faktor kimi rolu əsas yer tutur. Tolerantlıq təcrübəsi və multikultural dəyərlərin inkişafına töhfələri təqdir olunur. Bunun təsdiqi 2016-cı ilin ölkəmizdə "Multikulturalizm İli", 2017-ci ilin isə "İslam Həmrəyliyi İli" elan edilməsi, müxtəlif mədəniyyətlərarası, dinlərarası dialoq tədbirlərinə ev sahibliyi etməsini qeyd edə bilərik. Bütün bunlar Azərbaycanın sabit ölkə imicinə yeni-yeni əlavələr etməklə, dünyaya bir sülh, həmrəylik mesajıdır.

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir

Azərbaycan tarixən neft ölkəsi kimi tanınıb, nüfuz qazanıb. Xalqımızın müstəqillik arzularının əsas tərkib hissələrindən biri də məhz malik olduğu təbii resursların əsl sahibinə çevrilmək olub. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı xalqımıza bu sevinci də yaşatdı. 1994-cü il sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın iqtisadi inkişafının, dünya iqtisadi sisteminə inteqrasiyasının əsasını qoydu. Neft strategiyasının əhəmiyyətindən bəhs edərkən siyasi tərəf daha çox önə çəkilir. Bu saziş Azərbaycanın bu gününə və gələcəyinə inamı artırdı. Əvvəldə də qeyd etdiyimiz kimi, ölkə iqtisadiyyatına 250 milyard dollara yaxın investisiyanın yatırılması ölkəmizə olan inamın göstəricisidir. Eyni zamanda, "Əsrin müqaviləsi"ndən sonra onlarla saziş, anlaşma memorandumları imzalandı. Ən əsası müqavilənin imzalanmasının 23 illiyi ərəfəsində "Yeni əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qazandığı mövqeyə işıq saldı.

Azərbaycanın bu gün dünyanın enerji təhlükəsizliyinin təminatında əsas rol oynamasına möhkəm təməl yaranıb. 2006-cı və 2007-ci illərdə çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin istifadəyə verilməsi layihələrin davamlılığını təmin etdi. Belə ki, 2014-cü ildə "Cənub Qaz Dəhlizi"nin təməli qoyuldu və 2018-ci ilin mayında rəsmi açılışı oldu. Bu ilin iyununda onun əsas tərkib hissələrindən olan TANAP istifadəyə verildi. Azərbaycan bu layihələrin uğurlu sonluqla başa çatması ilə təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi mövqeyini daha da möhkəmləndirdi. Son illərin uğurlarından 2017-ci ilin noyabrında İki Milyardıncı Ton Azərbaycan neftinin hasil olunmasını da qeyd etməliyik.

Neft-qaz sənayesinin inkişafını iqtisadiyyatın əsası kimi dəyərləndirən Prezident İlham Əliyev, eyni zamanda, bu məqsədi də qarşıya qoyub ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. 2003-cü ildən bu günə qədər qeyd olunan istiqamətdə atılan addımlar və onların uğurlu nəticələri göz önündədir. Dövlətimizin başçısı regionların malik olduğu potensial imkanlardan səmərəli istifadəni təmin etmək məqsədilə 2004-cü ildə ilk Dövlət Proqramını təsdiqlədi və onun uğurlu icrası növbəti iki sənədin qəbulunu zərurətə çevirdi. Artıq gələn il dördüncü Dövlət Proqramının icrasına başlanılacaq.

Dövlət proqramlarının uğurlu icrası sosial-iqtisadi göstəricilərdən də aydın görünür. Son 15 ildə ümumi daxili məhsulun 3 dəfədən çox artması, iki milyona yaxın yeni iş yerinin yaradılması, yoxsulluq və işsizlik səviyyəsinin 5 faizə enməsi, ölkə iqtisadiyyatına investisiya qoyuluşunun ilbəil artması, valyuta ehtiyatlarımızın artımı, həmçinin iqtisadi tərəqqiyə əsaslanaraq güclü sosial siyasət əsasında əmək haqlarının, pensiyaların dəfələrlə artımı və s. kimi biri-birindən önəmli uğurlarımız dövlətimizin düşünülmüş, gələcəyə hesablanmış siyasətinin məntiqi nəticəsidir.

Bu məqamı da xüsusi qeyd edək ki, 1999-cu ildə Dövlət Neft Fondunun yaradılması ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Neft gəlirlərinin səmərəli istifadəsində əhəmiyyətli rol oynayan Dövlət Neft Fondu şəffaflıq kriteriyaları üzrə nümunəvi qurum kimi dəyərləndirilir. Fondun aktivləri hesabına mühüm sosial-iqtisadi layihələr həyata keçirilir ki, onlar da ümumilikdə ölkənin hərtərəfli inkişafını sürətləndirir.

Azərbaycanın uğurları beynəlxalq maliyyə qurumlarının hesabatlarında da birinciliyini qorumasına əsas yaradır. Dünya Bankının hesabatlarında ölkəmiz hər zaman islahatçı ölkə kimi nüfuzunu qoruyub saxlayır. Beynəlxalq qurumların proqnozlarında bu məqam da öz əksini tapır ki, enerji layihələrinin uğurlu icrası nəticəsində dövlət büdcəmizə milyardlarla vəsait daxil olacaq, Azərbaycanın davamlı inkişafı təmin ediləcək. Hər bir addım ümumilikdə bir məqsədə xidmət edir: ölkənin dayanıqlı inkişafı təmin edilsin, əhalinin sosial müdafiəsi daha da gücləndirilsin. Məhz görülən işlərin, əhəmiyyətli addımların nəticəsidir ki, Azərbaycan özünü dünyada sosial dövlət kimi təqdim edib. Ölkəmizin yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan seçilməsində də bu amilin rolu inkaredilməzdir.

Ulu öndər Heydər Əliyev müstəqillik yolunda ilk addımlarını atan dövlətin qarşısında dayanan vəzifələri açıqlayarkən iki və çoxtərəfli əlaqələrin qurulmasını və inkişafını əsas amil kimi irəli sürürdü. Məhz 1993-cü ildən qoyulan möhkəm təməl Azərbaycanın bugünkü uğurlarını şərtləndirir. Belə ki, ölkəmizin dostlarının sayı günbəgün çoxalmaqda, beynəlxalq nüfuzu möhkəmlənməkdə, ən əsası söz sahibi kimi yeri və rolunu artırmaqdadır. Azərbaycanın 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi böyük uğur, ən əsası ölkəmizin ədalətli mövqeyinin təsdiqi idi.

Təkcə cari ilin ötən dövründə Azərbaycanın xarici siyasət sahəsində əldə etdiyi uğurlara diqqət yetirsək, ümumi bir mənzərəni yaratmış olarıq. Azərbaycanla Avropa İttifaqı arasında imzalanan "Tərəfdaşlığın prioritetləri" adlı sənəd ölkəmizlə qurum, həmçinin üzv dövlətlərə münasibətlərin bu gününə və gələcəyinə işıq saldı. Belə ki, həmin sənəddə bütün sahələr üzrə mövcud imkanlar və tərəfdaşlığın genişləndirilməsinin zəruriliyi öz əksini tapıb. Almaniya Kansleri Angela Merkelin Cənubi Qafqaz regionuna səfəri çərçivəsində Azərbaycana səfəri, ən əsası Azərbaycanı ənənələri olan ölkə kimi dəyərləndirməsi xarici siyasət sahəsində uğurlarımızın tərkib hissəsidir. Həmçinin Azərbaycan təkcə iki tərəfli deyil, üçtərəfli formatda əlaqələrin təşəbbüsçüsü kimi çıxış edir. Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə kimi birliklər deyilənlərin bariz nümunəsidir.

Təbii ki, bu uğurlarımız yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini şərtləndirir. Diplomatik uğurlarımızla yanaşı, iqtisadi imkanlarımızın genişlənməsi fonunda ordumuzun gücünün və qüdrətinin artması da Dağlıq Qarabağ probleminin həllinə geniş yol açır. "Azərbaycan Xalq Cümhuriyyəti İli" çərçivəsində, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi, Bakının azad olunmasının 100 illiyi ilə əlaqədar keçirilən paradlar Azərbaycan Ordusunun malik olduğu imkanların təqdimatıdır. Eyni zamanda, 2016-cı ilin aprel döyüşləri, cari ilin Naxçıvan qələbələri bu əminliyə əsas verir ki, Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etmək gücündədir. Üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil. Dövlətimizin başçısı İlham Əliyev beynəlxalq təşkilatların tribunalarından Azərbaycanın mövqeyinin dəyişməz olduğunu, torpaqlarımızın bir qarışının belə düşmənə verilməyəcəyini bəyan edir.

Təkmilləşmə, müasirləşmə yeni-yeni hədəflərin açarıdır

İslahatların zamanın tələbinə uyğun təkmilləşməsi, Azərbaycanın hər addımında dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinad etməsi yenilikçi ölkə kimi nüfuzunu daha da artırır. Eyni zamanda, yeni texnologiyaların inkişafı və tətbiqinin genişləndirilməsi ölkəmizin davamlı inkişafına təkan verir. Bu mühüm uğurumuzu da qeyd etməliyik ki, artıq üçüncü peykimiz orbitə çıxarılıb. Möhtərəm Prezidentimiz bu münasibətlə xalqımıza təbrikində bildirmişdir ki, Azərbaycan qarşıya qoyduğu bütün vəzifələri uğurla icra edir: "Bizim yolumuz inkişaf və bu gün Azərbaycan dünyada müasir texnologiyaların inkişafında öz dəyərli sözünü deyir. "Azərspace 2" telekommunikasiya peykinin orbitə çıxarılması bizim növbəti tarixi qələbəmizdir. Bundan sonra da Azərbaycan yalnız uğurlar, qələbələr yolu ilə gedəcək".

Uğurlarımıza yol açan mühüm amillərdən biri idarəçilik sistemində təkmilləşmə və yeniləşmədir. Məlumdur ki, 2016-cı ildə keçirilən referendumda səsverməyə çıxarılan əlavə və dəyişikliklərin bir hissəsi məhz idarəçilik sistemində təkmilləşməyə xidmət edir. Prezidentlik müddətinin 7 ilə qədər uzadılması, vitse-prezidentlik institutunun yaradılması, yaş məhdudiyyətinin aradan götürülməsi və s. kimi mühüm məsələlər bu günümüzün reallıqları sırasındadır.

Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi uğurlarımızın davamlılığında mühüm amillərdəndir. Sosial problemlərin həllini daha çox öndə saxlayan Mehriban xanım Əliyevanın öz doğma yurd-yuvasından didərgin düşmüş soydaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımları təqdir olunur. Mehriban xanım Əliyeva daim bu inamı ifadə edir ki, tezliklə Dağlıq Qarabağ problemi öz ədalətli həllini tapacaq, soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar.

Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini, UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi fəaliyyəti hər zaman ölkə ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir. UNESCO-nun Ümumdünya İrs Komitəsinin növbəti 43-cü sessiyasının gələn il Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsində təbii ki, Mehriban xanım Əliyevanın bu xidmətlərinin rolu böyükdür. UNESCO ilə Azərbaycan arasındakı əlaqələr Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 2004-cü ildə qurumun xoşməramlı səfiri seçiləndən sonra daha sürətlə inkişaf etməyə başladı. Onun səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahılarında yer almışdır. Muğam sənətinin, aşıq sənətinin, Novruz bayramının, İçərişəhərin, tar ifaçılığı sənətinin UNESCO-nun nadir, şah əsərləri sırasına daxil edilməsi Azərbaycanla bu təşkilat arasında olan əməkdaşlığın davamlılığını diqqətə çatdırır. Bir sözlə, bu əməkdaşlıq Azərbaycanın sərvətlərinin beynəlxalq məkanda dəyərləndirilməsində körpü rolunu oynayır.

Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığı əsasında keçirilən birinci Avropa Oyunları, eyni zamanda, IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın müstəqillik tarixinin uğurlarının, həmçinin İslam həmrəyliyinə, multikultural dəyərlərin inkişafına töhfələrinin təqdimatında, dünyaya sülh, əməkdaşlıq, birlik mesajlarının ünvanlanmasında əhəmiyyətli rol oynadı.

Uğurlarımızın miqyası genişdir. Təbii ki, Yeni Azərbaycan Partiyasının bələdçisi olduğu müstəqil Azərbaycanımızın 27 ildə əldə etdiyi uğurları bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. Əsas odur ki, Azərbaycan ulu öndər Heydər Əliyevin yolu ilə inamla irəliləyir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bugünkü Azərbaycan Ümummilli Liderin görmək istədiyi Azərbaycandır. Azərbaycana hansı tərəfdən diqqət yetirsək, yalnız və yalnız inkişafın şahidi olarıq. Həyata keçirilən siyasətin alternativsizliyi davamlı uğurların müşayiətçisidir.

Yeni Azərbaycan Partiyası: dünya miqyasında çox böyük və güclü partiya

Yazıya müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin partiyanın 25 illiyi münasibətilə keçirilən təntənəli mərasimdə səsləndirdiyi bu fikirlərlə yekun vurmaq istərdik: "Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür. Partiyamızın üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər. Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır. Bizim beynəlxalq əlaqələrimiz də genişlənir. Beləliklə, məndə partiyamızın gələcək inkişafı ilə bağlı çox nikbin fikirlər var".

Prezident İlham Əliyevin bu fikirləri ümummilli lider Heydər Əliyevin "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır" fikrinin davamıdır. Partiyanın 26 illik yoluna bələdçilik edən bu inam qarşıdakı uğurların aydın mənzərəsini yaradır.

Yeni Azərbaycan Partiyasının hər bir üzvü belə monolit, dövlətə və xalqa xidməti fəaliyyətinin əsasında saxlayan, Azərbaycanın davamlı uğurlarına böyük töhfələr verən, sözlə əməl birliyinin nəticəsi olaraq cəmiyyətdə nüfuzunu günbəgün artıran partiyada təmsil olunmağı ilə qürur duyur, dünənimizin, bu günümüzün və sabahımızın əsası olan Heydər Əliyev ideyalarının əsas təbliğatçısıdırlar.

Demokratikmusavat.com

Xəbər Lenti

Tramp və Demokratlar 2019-da yeni başlanğıca hazırlaşır

“Futbolumuzun anası ağlar qalıb!” - İdman jurnalistlərindən AFFA-ya ŞOK İTTİHAMLAR

Yəməndə atəşkəs öncəsi ağır döyüşlər baş verib

Trampın fondu bağlanır

Dilarə və Xose arasında gərginlik: "Mənimlə əllə-qolla danışma"

Neftin qiyməti 56 dollardan da aşağı düşüb

Bakıda 22 yaşlı qız itkin düşdü

"Brent" markalı neftin qiyməti 57 dollardan da aşağı düşüb

Yaponiya hökuməti əcnəbi işçilərin həyat şəraitinin yüngülləşdirilməsini nəzərdə tutan layihəni tamamlayıb

Salyanda 5 qadını qətlə yetirən ata və oğulun apellyasiya şikayəti təmin edilməyib

Yük maşını alışıb yanıb

Tramp Davos İqtisadi Forumunda iştirak edəcək

Uqandada avtobus uçurumdan düşüb: 19 ölü

Klublararası dünya çempionatı: "River Pleyt" - "Əl Ayn" yarımfinal matçı başa çatıb - FOTO

ABŞ Gülnarə Kərimovaya qarşı sanksiyaların müddətini uzadıb

İbrahimoviç yeni müqavilə imzalayıb

Azərbaycanda gimnastikanın inkişafına və bütün uğurlara Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın siyasəti sayəsində nail olunub - UEG prezidenti

Ən ucuz yeni il bazarlığını haradan etməli? - QİYMƏTLƏR - VİDEO - FOTO

Berlin silah ixracı şərtlərini sərtləşdirir

Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər

"Onlar soxulcandırlar" - Əkizlərə SƏRT REAKSİYA

Bətnindən nəhəng törəmə xaric edilən qadın ana oldu

Günün qoroskopu: Həll və çözüm axtarışını bir qədər ertələməyə can atın

“Maşın şou”: Növbə Nərgizə çatdı - FOTO

Goranboyda piyadanı maşın vuraraq öldürüb, yaxınları yolu bağlayıblar - FOTO

Belçikanın baş naziri istefa verdi

İmişli Rayon Təhsil Şöbəsinin müdiri işdən çıxarıldı

Yevlaxda avtomobil elektrik dirəyinə çırpılıb

Yerevanda Qarabağ danışıqlarının detalları məlum oldu

Gədəbəyin 8 yaşayış məntəqəsinə təbii qaz verilib - FOTO

Formula 1: 2018-ci il mövsümünün yekunları - FOTO

İl ərzində 4 mindən çox insan miqrasiya zamanı ölüb

Rusiya səfirindən ermənilərə sərt cavab

Tramp internet nəhənglərinə qarşı ağlasığmaz ittiham irəli sürdü

Yol polisi Tahir Kərimlini əsassız danışmaqda ittiham etdi

Cəlilabadda VAZ traktorla toqquşub

Ədliyyənin inkişafına dair Dövlət Proqramı təsdiqlənib

İbrahimoviç ABŞ klubunda qaldı - rəsmi

"Prosineçki yaxşı üstünlüklərə sahibdir" - Edin Ceko

"Mükafat aldığım üçün çox xoşbəxtəm" - Donald Gerye

"Hələlik, uşaqlar" - Mourinyodan jurnalistlərə

Bakıda 23 yaşlı qız itkin düşüb

Qarabağ atları London Beynəlxalq Atçılıq Şousunda

Qızıgilə qonaq gedən qadını maşın vurub öldürdü

MTN işində Əhəd Abıyev epizodu - Körpünün pulu necə oğurlanıb?!

"Brent" markalı neftin qiyməti 57 dollardan aşağı düşüb

Azərbaycan Hindistandan turistlərin cəlb olunması üzərində işləyir

Xaricdə iş: əmək miqrasiyası dünyanı necə dəyişir

Ermənistanda nazirliklər ləğv edilir

"Nərimanov” metro stansiyasında rəsm sərgisi - FOTO

Tehranda torpağın səviyyəsi niyə enir?

Gülənin qardaşı oğluna 7,5 il müddətinə həbs cəzası verildi

Pul, karyera, sevgi: Bürcləri 2019-cu ildə nə gözləyir?

Şahın oğlu İranda hakimiyyətin dəyişməsini istəyir

Səudiyyə Ərəbistanında ən iri dövlət büdcəsi təsdiqləndi

Venesuela defoltla üzləşə bilər

ABŞ İsrail-Fələstin münaqişəsi üzrə yeni barışıq planı hazırlayıb

ABŞ-dan “Taliban”a gözlənilməz təklif

Lənkəranda qızıl oğruları tutuldu

ADU-da “KİV-də Azərbaycan dilinin təmizliyinin qorunması” mövzusunda dəyirmi masa keçirilib - FOTO

Federasiyadan məşqçilər üçün seminar

Azərbaycan çempionatında finalçılar bəlli oldu

“Neftçi” “Sumqayıt”la cavab matçına hazırlığı başa vurdu

İtaliya möhtəşəm futbol ölkəsidir, amma... - “Ayaks”ın futbolçusu

Messinin orda olması, onların transferinə kömək ola bilər - Overmars

“Novıy qod”dan “Yeni gün”ə

"Mourinyo iddialı oğlandır" - Kloppdan dəstək

UEFA "Çelsi"nin oyunu ilə bağlı intizam işi açdı

"Tottenhem"də yeni müqavilə

İrandan gözlənilməz bəyanat: Türkiyə bunu etsə...

"Qızıl buts" Messiyə təqdim olundu

Səmra maşının üstünə uzandı, alt paltarı göründü - FOTO

İrəvandan şok etiraf: Bakının bu silahı qarşısında çarəsizik

ABŞ-dan acı etiraf: Rusiya və Çin qarşısında acizik

Koçaryan Avropa ölkələrinin birindən sığınacaq istəyəcək

Xanəndə Elnarəylə Roza Zərgərli çəkilişdə dalaşıb? - AÇIQLAMA

İrəvan və Bakı ilə bağlı çalışırıq… - Rusiya

Bakıda qardaşı arvadını yandıraraq öldürənə 17 il həbs verildi

Bərdə nə vaxt gözəl idi: Böyük Nizaminin dövründə, yoxsa indi?

"Arsenal"ın oyunçusuna banan qabığı atan azarkeşə SƏRT CƏZA - 4 il...

Rusiyada Şaxta Baba uşaqların gözləri önündə öldü

“Maşın şou”nun iştirakçıları hansı talismanlara inanırlar? - VİDEO

Bakıda masaj salonu fahişəxana çıxdı, sahibi həbs olundu

Şəbnəm kəməri tərsinə bağladı, ələ saldılar - FOTO

İş adamının şikayəti rədd edildi - 12 milyon dollar...

Qar Xalxal yolunu bağladı - Qəzalarda 1 ölü, 46 yaralı var

"Hər bir kişinin onun üçün yaradılan öz qadını var" - Lalə

"Qarabağ" transferi açıqladı - "Görün, kim gəlib?" - VİDEO

Azərbaycan XİN: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması 2019-cu ildə əsas vəzifə olaraq qalacaq - FOTO

Hikmət Hacıyev: "Azərbaycan dostluq əlaqələrinin daha da möhkəmlənməsi üçün xarici ölkələrlə yorulmadan işləyəcək"

Vüqar Rəhimzadə: "Milli Ordumuzun güclü, qüdrətli olması işğal altında olan torpaqlarımızın azad olunmasına gedən yoldur"

"Azərbaycan güləşi ölkə idmanının flaqmanıdır" - Eldəniz Əzizli

“Robin Hud: Başlanğıc” filminə gələn qonaqlar Şervud meşəsinin “nümayəndələri” tərəfindən qarşılandı - VİDEO - FOTO

"Qalaya elə geyinib gəlirlər ki..." - Fərda biabır etdi - FOTO

Türkiyədə ilin ən yaxşıları “Qalatasaray”lılar oldu

2018-ci ildə övladı olan məşhurlarımız - SİYAHI

Matç zamanı Belarusun himni yerinə “Nu pogodi”dən mahnı səsləndi - VİDEO

Prezident İlham Əliyev Gülağa İslamovu ordenlə təltif edib

Bu il 151 fermerə 10 milyon manat məbləğində kredit verilib - FOTO

Səidədən cəsarətli FOTO

İranda məktəb yandı, 3 məktəbli öldü

Mourinyo fantastik məbləğdə təzminat alacaq

“Ondan başqa heç kimlə efirə çıxmaram” - Meyxanaçıdan həmkarlarına SƏRT MESAJ - VİDEO

Bu il miqrasiya zamanı ölən mühacir və qaçqınların sayı açıqlandı

Ermənistanda baş leytenant xidmət yoldaşını güllələdi

"Neftçi"nin italiyalı futbolçuya şərti: Heç bir klubda çıxış edə bilməz

Prezident İlham Əliyev: "Səhiyyə sahəsindəki islahatlar bir məqsədi güdür ki, Azərbaycan vətəndaşları sağlam olsunlar, yüksək səviyyəli tibbi xidmət ala bilsinlər"

İranda istefada olan hərbçilər etiraz aksiyası keçiriblər

Şaxta baba uşaq bağçasında öldü

Elza Seyidcahanın İnstaqram-ı bloklandı: “Lənətə gəlmişlər”

Zambiyada timsah tutdular, qarnından balıqçı və gənc qız çıxdı

Elnur Məmmədov əsgərlər üçün təşkil olunan konsertdə - FOTO

"Keşlə" Kamran Ağayevə görə cəzalandı

"Mançester Yunayted"in yeni baş məşqçisi müəyyənləşdi

“Çalışırlar ki, mənə "udar" vursunlar...”

"Dağlıq Qarabağ məsələsinin Avropa Parlamentinin sənədində birmənalı şəkildə öz əksini tapması gözlənilən nəticə idi"

Həsən Ruhani Türkiyəyə gedir - YENİLƏNİB

Azərbaycanda ilin ən yaxşıları mükafatlandırıldı

4 yaşlı qızını öldürüb, cəsədini yandıran ana: "Bunu mənə mələklər dedi" - FOTO

Mourinyo QOVULDU - FOTO

KİV: Koçaryan Avropa ölkələrindən birindən sığınacaq istəyəcək

Türkiyə ordusu Fəratın şərqində keçirəcəyi əməliyyatın bəzi detallarını açıqladı

Mourinyo istefaya göndərildi - FOTO

Azərbaycan Kubokunda cavab oyunlarına təyinatlar açıqlandı

Messi Xavini geridə qoydu - FOTO

Həsən Ruhani Türkiyəyə gedir

"Gecə 3 dəfə infarkt vurub" - Mərhum aşığın dəhşətli ÖLÜM SƏBƏBİ - VİDEO - FOTO

She’s Mercedes - Üç şəfəq işarəsi altında individuallıq - FOTO

Türkiyədə səhər saatlarında zəlzələ olub

OPEK dağılacaq? - PROQNOZ

Ermənistanın sabiq baş naziri və daha yeddi min nəfər Serj Sarqisyanın partiyasından istefa verib

“Mehriban düşmən”lərin FOTOsu tənqid olundu

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Milli İncəsənət Muzeyinin üçüncü korpusunun açılışında iştirak ediblər

“Oğluma müğənni qız almaram” - Əməkdar artistdən oğluna QADAĞA - VİDEO - FOTO

Türkiyədə 180 hərbçi həbs edildi

Pərvin: "Şou əhli mənə söz ata-ata gündəmdə saxlayır"

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar

"Heç vaxt "Maşın" şouya getmərəm"

"Barselona"nın futbolçusuna 65 milyonluq təklif

Anası xərçəngdən ölən keçmiş aktrisa intihar etdi - FOTO

Erməni hüquq müdafiəçisi: "Ermənistanda insan hüquqları pozulur, indiki hakimiyyət əvvəlkilərin səhvini təkrarlayır"

Lenovo və Nutanix dünyada öz ilk blockchain layihəsini təqdim etdi

"Müğənniləri sırtıldan biz özümüzük"

Azərbaycan millisinin baş məşqçisi UEFA-nın Pro kateqoriyası üzrə imtahandan kəsildi

İntim münasibət zamanı bədbəxt hadisə - Sadomazoxizmin qurbanları - FOTO

Azərbaycanlı məşqçilərə UEFA-nın Pro lisenziyası təqdim olundu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Pekində Azərbaycan-Çin dostluq konserti keçirilib - FOTO

"Yarım milyonluq maşın olsa, bir-birinin ətini yeyərlər"

Avropa Liqasında 1/16 final mərhələsinin təqvimi

Hindistanda xəstəxanada güclü yanğın nəticəsində ölən və yaralananların sayı artıb

"Anam xəstə olduğu üçün atam başqası ilə evləndi" - Nail Naiboğlu - VİDEO - FOTO

“Maşın”da kövrək anlar - "1 "Şirvan"a qaş alırdım" - VİDEO

Tanınmış futbolçu fahişələrlə yaxalandı

FIFA klublararası dünya çempionatının qaydalarını dəyişdi

Mina da "Maşın"dan planlı getdi?

"5 dəqiqə də vaxt olsaydı, "Fənərbağça"ya 3-cü qolu vura bilərdik" - Çələng

Avstraliyada çamadanda dələlərlə uçan şəxs saxlanıldı

"Beşiktaş" ayrılığı açıqladı - Ulduz futbolçu rəsmən getdi

Natavan qarnını gizlətməyə çalışdı - FOTO