AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Sevdiyi xanıma hisslərini etiraf edə bilməyən xalq artisti - Keçmişdəki mən - FOTO

  70

Qabil Quliyev: "Bu gün onları heç kim tanımır, amma məni çoxları tanıyır" 

Demokratikmusavat.com kaspi.az-a istinadən yazını təqdim edir.

Onunla söhbət hər zaman maraqlı alınır. Zarafatlarından isə doymaq olmur. 69 yaşı var və düşünür ki, insan özünü hansı yaşda hesab edirsə, o yaş dövrünü yaşayır. Və hər bir yaş dövründə həyatı sevərək yaşamağı üstün tutur. Müsahibimiz xalq artisti, Lənkəran Dövlət Dram Teatrının istedadlı aktyoru Qabil Quliyevdir. O, ömrünün 45 ilini Lənkəran Teatrına həsr edib.  
 
Atla dərsə gedən xalq artisti
 
1949-cu ildə Cəlilabad rayonunun Tahirli kəndində anadan olub. İlk təhsilini 8 illik kənd məktəbində, orta təhsilini Cəlilabad 1 saylı şəhər orta məktəbində alıb. 1966-cı ildə orta məktəbin 11-ci sinfini bitirdikdən sonra Bakı Neft Sənayesi məktəbində oxuyub və bu təhsil ocağını fərqlənmə diplomu ilə bitirərək, 1968-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinin əyani şöbəsinə daxil olub.

Xalq artisti deyir ki, uşaqlığı kənddə keçib: "Qar və yağış yağanda yollarımız palçıq olardı. Ayaqqabılarımız batmasın deyə, rezin çəkmə ilə məktəbə gedirdik. Qar yağanda əmim oğlu məni ata mindirib, məktəbə aparırdı. Boyum o qədər balaca idi ki, qarda batmağımdan qorxurdular.  Ona görə, məni atla dərsə aparıb, sonra da dalımca gəlirdilər.  O zaman qar çox yağırdı". 

Uşaq illərini xatırlayarkən simasında təbəssüm yaranır. Deyir ki, uşaqlığı maraq dolu keçib: "Bir dəfə uşaq vaxtı səhər tezdən hündür bir ağaca çıxmışdım və yerə yıxıldım. Ayılanda artıq axşam idi. Gördüm ki, başım üzərində bacım Elmira dayanıb və ağlayır. Sən demə, mən ağacdan düşüb, huşumu itirmişəm və yıxılıb orda qalmışam.  Bacım evdə qorxusundan heç kimə bir söz deməyib və özü gedib məni axtarıb. Gəlib görüb ki, huşumu itirmişəm və ağacın altında qalmışam". 
 
Müəlliməsinə vurulma və nakam sevgi  
 
Məktəb illərindən danışan Qabil müəllim mütaliəni çox sevib. Deyir ki, məktəblərinin kitabxanasında oxumadığı kitab qalmayıb.  İndinin özündə də mütaliəsiz qala bilmir. Yaxşı oxuduğuna və bu səviyyəyə gəlib çıxdığıma görə, mütaliələrə borcludur.

Məktəb sevgisinin ülviliyindən danışırıq. Aydın olur ki, xalq artistimiz ikinci sinifdə oxuyarkən rus dili müəlliməsi Zinaidaya aşiq olub: "O, bizim məktəbə təyinatla gəlmişdi. Coğrafiya müəllimimiz Əhməd müəllimin nişanlısı idi. Zinaida müəllimə ona olan sevgimdən xəbərdar idi və  buna görə məndən küsmüşdü. Evdən məktəbə gedəndə bizim yolumuz çaydan keçirdi. Ççayın yanında bulaq vardı. Gördüm orda çayın yanında bir pasport ilişib. Bu Əhməd müəllimin pasportu idi. Onu kitabın arasına qoyub məktəbə apardım. İkinci dərsdə Zinaida müəlliməmizin dərsi idi. Forsla, icazəsiz ayağa qalxdım və pasportu gətirib müəlliməyə verdim. Pasportu görəndən sonra Zinaida müəllimə ayağa qalxdı və məni qucaqladı. Dedi ki, səninlə artıq dostuq".

Xalq artistindən ilk sevgisini soruşuruq. Danışmaqda tərəddüd etsə də, istəyimizə nail oluruq: "Mən heç zaman sevgi məktubu yazmamışam. Sevgi etirafının isə müxtəlif formaları var". Əsl sevgi ilə tələbəlik illərində qarşılaşıb: "Tələbəlik illəri insan ömrünün ən gözəl illəridir. Mən iki tələbəlik yaşamışam. Bakı Neft Sənayesi məktəbində operator kursunda təhsil alırdım. Orada "çertyoj çəkənlər" qrupu var idi. Orada mavi gözlü, Gülsurə adlı incə bir qız vardı. Onlar iki bacı idilər və bir-birilərinə bənzəyirdilər. Biz Gülsurə ilə sadəcə, dost idik. Ağlımıza heç nə gəlmirdi. O, məni görən kimi elektriçkadan düşürdü, birgə gedirdik. Valideynləri də məni tanıyırdı və güvənirdi. Gedib şəhəri gəzdikdən sonra onu evlərinə ötürürdüm. Daha sonra o, Azərbaycan Dövlət Pedaqoji İnstitutuna qəbul oldu. Tələbəlik illərində cəmi iki dəfə görüşə bildik və ondan sonra bir-birimizi itirdik. O illərdən sonra bir dəfə də olsun görüşə bilmədik və mən zamanında cəsarət edib ona hisslərimi etiraf edə bilmədim. Onun surəti heç zaman gözlərim qarşısından getmir. 1966-cı ildə olduğu kimi, onun surəti, şəkli gözümün qarşısındadır. Ondan sonra heç zaman tale bizi qarşılaşdırmadı". 

Müsahibimizə "indi onunla qarşılaşsaydı nə deyərdiniz" sualını veririk: "Ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim". 
 
Tələbəlik illərində universitetin yataqxanasında qalıb. Deyir ki, tələbəlik illərinin gözəlliyi bişirdikləri yeməklər olub. Tələbənin ən çox sevdiyi yemək qaynadılmış kartof və ət konserv idi. 
 
Tələbəlik illərində çalışıb, özünü zəhmətə alışdırıb: "Mənim kurs rəhbərim Akademik Milli Dram Teatrının direktoru, rəhmətlik Əliheydər Ələkbərov idi. İşləmək üçün ona müraciət etdim.  Əgər işləməsəm, oxuya bilməyəcəkdim. O da məni böyük məmnuniyyətlə "Azdrama"ya işə götürdü. İlk olaraq səhnədə dekorator işlədim. Daha sonra məni yardım heyətinə aktyor götürdü. Beləliklə, həm əlaçı təqaüdü, həm də "Azdrama"dan məvacib alırdım. Bəy balası kimi yaşayırdım. Televiziya verilişlərindən qonorar alırdım. Maliyyə cəhətdən heç bir problemim yox idi".

50 ilə bərabər 1 il 

Onun hərbi xidməti yaradıcılıqla bağlı olub. Belə ki, hərbi xidmət borcunu Dövlət Kino Komitəsinin hərbiləşdirilmiş kino bazasında keçirib: "Orda ancaq filmlərin çəkilişlərində iştirak etmişəm. O illər çox gözəl keçib.  "Mosfilm"in truppası ilə işləyirdik. "Marşal ulduzu", "İnsanlıq naminə" kimi filmlərdə çalışmışam. Gürcülərin "Sibir babası", "Azərbaycanfilm"lə Çexoslovakiyanın "Baranda" studiyasının çəkdiyi "Səmt küləyi" fillərində də çalışmışam. "Qatır Məmməd", "Nəsimi" kimi filmlərdə işləmişəm".
 
Deyir ki, əlinə silah almayıb: "Mənim dövrümdə müharibə yox idi. Sibir meşələrində film çəkərkən çox əziyyət çəkirdik, soyuqdan donurduq. Bığlarımız, qaşlarımız buz bağlayırdı. Bakıda film çəkilişlərində isə günlərimiz çox yaxşı keçirdi. Bir dəfə Naxçıvanda çəkilişdə idik. Sirkdən ora iki qartal gətirmişdilər. Ordan qayıtdıq, gəlib Biləcəriyə çatanda gördük ki, qartalın biri yoxdur. Baxdıq ki, qartal relsin üstündə oturub. Çox nəhəng quş idi. Onu güclə tutduq. Qatarın altında qalsaydı, yəqin ki, bizə böyük bir problem yaranardı. Bəxtimizdən, qartal çox yorğun idi. Leş yeyən qartallardan idi. Bir qanadının uzunluğu iki metr olardı". 

Xalq artistindən ilk maaşını xəbər alırıq: "İlk maaşımı neft sənayesində işləyəndə almışam. Orada neft çıxarma operatoru işləyirdim. Çox zaman mədəndə növbətçi qalırdım. O zaman maaşım 200 manatdan çox idi. Mən heç zaman iş axtarmamışam, iş məni tapıb. İncəsənət Universitetində təhsil alandan sonra ilk iş yerim "Azdrama" olub və orada ilk məvacibimi 1969-cu ilin yanvarında almışam. O zamanlar ayda iki dəfə - ayın 15-də, bir də ayın 30-da məvaciblər verilirdi. 120 manat maaş almışdım".

Hərbi xidmətdən isə heç dönmək istəməyib, ancaq nə biləydi ki, qisməti onu Lənkəran Teatrında gözləyir: "Əslində, mənim niyyətim əsgərlikdə qalmaq idi. Dostlarım təkid edirdilər ki, Moskvada qalma, geri dön. O zaman kaskadyorluq da edirdim. Yaxşı at çapırdım və kaskadyor kimi  çalışırdım. Mən də geri döndüm. Gördüm ki, kinostudiyada aləm bir-birinə dəyib. Heç kim mənə sahib çıxmadı. Mən də Mədəniyyət və Turizm Nazirliyinə müraciət etdim. O vaxt rəhmətlik Məmməd Ziyadov nazirin birinci müavini idi. Dedi ki, Bakıda indi vəziyyət yaxşı deyil, gəl səni Lənkəranda bir teatr açılıb, ora göndərək. Bir il orada işlə, bir ildən sonra da Allah kərimdir, bir şey fikirləşərik. O bir ilin üzərindən artıq 50 il keçib".

Sevgi dolu ömür
 
Xalq artisti hesab edir ki, həyat sevgisi olmasa, insan yaşaya bilməz. O, insanın hər bir yaşam dövrünü yüksək qiymətləndirir: "Hər bir yaş dövründə insan həyatını sevməlidir. Həyatı gözəlləşdirən, şirinləşdirən sevgidir. Heç zaman peşman olmamışam. Hərdən düşünürəm ki, bir zamanlar mənimlə bərabər neft sənayesində işləyənlərin arasında Sosialist Əməyi Qəhrəmanları da, böyük vəzifə sahibi olanlar da. Mən heç də onlardan kiçik bir mənsəbə sahib deyiləm. Bu gün onları heç kim tanımır, amma məni çoxları tanıyır".

Qabil Quliyev müasir gənclərə baxanda təəssüf hissi keçirir. Deyir ki, müasir gəncliyimiz çox dar çərçivədə böyüyür: "Onların dünyagörüşləri o qədər də geniş deyil. Gənclərimizin əksəriyyəti bu gün öz tarixini, klassik ədəbiyyatını bilmir. Soruşanda da deyirlər ki, bunlar mənim nəyimə lazımdır? Ancaq bu, belə olmamalıdır. İnsan öz tarixini, adət-ənənələrini bilməlidir, mənən zəngin olmalıdır. Mənən zəngin olan insanlar həyatda xoşbəxt yaşaya bilərlər. İstərdim ki, bizim gənclərimiz öz tarixini və mədəniyyətini sevsin və qiymətləndirsin. Hər şey mədəniyyətdən başlayır. Torpağını, vətənini, xalqın milli dəyərlərini hər bir vətəndaş sevməlidir və buna məhkumdur. Torpaq anadır, onu sevmək mütləqdir. Ayağımın altında torpaq olmasa, mən necə yaşayaram? İnsanın ayağı torpaqda olanda güclü olur. Öz torpağında olanda isə o daha güclü, ürəkli olur. Bu torpağı qorumaq vacibdir".

Demokratikmusavat.com

Xəbər Lenti

Nigar Arpadarai: "İldən-ilə Formula 1-in təşkilinə görə xərclərimiz azalır, gəlirlərimiz isə artır" - MÜSAHİBƏ

"Betis" - "Alaves" matçında bərabərlik

ABŞ-da atışma olub, xəsarət alanlar var

Verratti "PSJ" ilə müqavilə müddətini uzadıb

PSJ tək qola sevindi

Canavarlar mal-qaraya hücum edərək qoyunları parçalayıb - FOTO

Bağlı qapı arxasında olan şəxs xilas edilib

Günün qoroskopu: Bacarıq və biliklərinizə kimsənin qiymət vermədiyini düşünməyin

Şəkidə çoxmənzilli 28 binanın dam örtüyü təmir olunacaq

Bahalığa görə Tehranda 180 restoran bağlandı

"Ermənilər qətlə yetirdiklərini və yaralıları silos quyusuna atıb üzərini torpaqladılar"

Parisdə “sarı jiletlər”in aksiyalarında 1500 nəfərə yaxın insan iştirak edir

İrandan Pakistana etiraz notası - Səfir XİN-ə çağırıldı

Bir şəklin tarixçəsi- “Yeddi oğul”dan kimlər getdi, kimlər qaldı...

Rüstəm İbrahimbəyovun qəfil dönüşünə belə reaksiya oldu...

Yığmamız İspaniya toplanışını məğlubiyyətlə başa vurdu

"Qalatasaray"dan böyükhesablı qələbə, "Trabzonspor" uduzdu

Səfir: Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku çox yüksək səviyyədə təşkil edilib

Bakıda evindən oğurluq edən bacısı oğlunu bağışladı: Xəstə atasına görə

Müğənni Afət Fərmanqızı:“Nəsiminin daha bir qəzəlinə mahnı yazdırmışam”

Məktəb direktorunu döyən "Drakon"a cinayət işi açıldı

Rüstəm İbrahimbəyov uzun aradan sonra Bakıya gəldi və tanınmışları restorana topladı - siyasətdən gedir - FOTO

Dünya çempionumuz Dubayda gümüş medalla kifayətləndi

Olimpiya çempionumuz Antalyada gümüş medal qazandı – FOTO

“Qarabağ”a uduzmuşuq, burda nə var ki?” – Cavid Hüseynov

"Qələbə istənilən halda şirindir” – Riçard Almeyda

"Qarabağ" - "Qəbələ" oyunundan FOTOlar

“Real Madrid” öz meydanında məğlub olub

Mixeil Saakaşvili erməni olmadığını genetik testlə sübut edib - FOTO

Ötən ay 124 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmayıb

"Çalışırdıq ki, oyunumuzu daha çox əks-hücumlar üzərində quraq" - Maksim Medvedev

Ötən ay Azərbaycana 56 mindən çox Gürcüstan vətəndaşı səfər edib

Cəlilabadda çay daşqını: komissiya yaradılıb - FOTO

"Məğlubiyyət olsa da, qarşıya ümidlə baxırıq" - "Qəbələ"nin baş məşqçisi

Ələt-Astara yolunda “Mercedes SLS” aşaraq yanıb külə döndü: 3 nəfər ağır xəsarət aldı - YENİLƏNİB - FOTO

Kürdəmirdə Mercedes beton lövhəyə çırpıldı: 2 yaralı - FOTO

Yol polisləri yolda qalan avtomobili təmir etdi

Azərbaycanda gəncdən iyrənc ƏMƏL - Əmisinin...

Güclü külək qərb bölgəsində fəsadlar törətdi

Sürücü sərnişinlərin həyatını təhlükəyə atdı

Azərbaycanda bu vulkanın püskürəcəyi gözlənilir

Vətəndaşlar yeni tikilən binadan ikinci əl ev almır - SƏBƏB ÇOX MARAQLIDIR

Vətəndaşlar yeni tikilən binadan ikinci əl ev almır - SƏBƏB ÇOX MARAQLIDIR - VİDEO

Bakıda fantastik qiymətə qarajlar satılır

Türkiyə və Rusiya prezidentləri yenidən görüşəcək

Gənc tamaşaçılar: Batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışları çox maraqlı keçdi

Azərbaycanlılarla çeçenlərin davasında erməni izi

Azərbaycan Dubaydakı “Gulfood 2019” Beynəlxalq qida sərgisində təmsil olunur - FOTO

Ələt-Astara yolunda “Mercedes SLS” aşaraq yanıb külə döndü: 3 nəfər ağır xəsarət aldı - FOTO

Netanyahu yeni XİN başçısı təyin etdi

Məşhur bloqer çeçenlərlə azərbaycanlıların kütləvi davasına görə saxlanıldı

Vətənsiz qalan azərbaycanlı qardaşlar kömək istəyirlər - FOTO

Mehdiabadda 4 otaqlı ev yanıb

"Xal itkiləri hələ çox olacaq" - Qurban Qurbanov

İran istehsal etdiyi sualtı gəmini təqdim edib

Cəlilabadda avtomobil aşaraq yanıb, xəsarət alanlar var

“Kalaşnikov”dan kamikadze PUA - VİDEO

40 yaşında qol vurdu, Bundesliqanın tarixinə düşdü

"Barselona"nın oyunu Çakıra tapşırıldı

"Hücumçu problemimiz var" - Elşad Əhmədov

"Mentalitetimiz buna imkan vermir” - Aftandil Hacıyev

"Qarabağ" və "Səbail"dən qələbə

Sabirabad sakini armaturların altında qalaraq ölüb

İrandan İsraillə müharibə xəbərdarlığı

ABŞ-dan Bəşər Əsədə ciddi mesaj

Yusif Mustafayev toyda ofisiantı qorxutdu - VİDEO

Səfir: "Bakı belaruslu idmançılar üçün uğurlu bir meydançadır"

Finala 100 gün qaldı

“Şəhid kəməri” gəzdirənlərin saxlanılması xəbəri yalan çıxdı

"Bunu mən də gözləmirdim" - Pyentek

"Çeçenlər bizim qardaşlarımızdır" - Zabit Səmədov

Dövlət qulluğuna imtahanın nəticələri AÇIQLANDI

Zakir Həsənov Türkiyənin silahları ilə tanış olub - FOTO

Haiti qarışdı: “Rədd olsun amerikalılar, yaşasın Putin!”

“Real” öz meydanında məğlub oldu - FOTO

Şəmkirli keçmiş məhkum Bakıda narkotik və silahla tutuldu

Rafael Ağayev yenə əlidolu gəlir

“İsraillə müharibə riski böyükdür”

Çeçenistan müxalifətinin lideri Azərbaycana müraciət etdi: “Çeçenləri təxribata çəkirlər...”

Azərbaycanlı qadınların pasportlarını alıb fahişəliyə cəlb etdilər - FOTO

Düşmənin felinə uymayaq

İğdırda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçiriləcək

Çempionlar Liqasının növbəti oyunlarına hakim təyinatları

Bolqarıstanın Azərbaycandakı konsulu gimnastlarla görüşüb - FOTO

"Sabah" yenə uduzdu, "Qarabağ" "Qəbələ"yə qarşı - YENİLƏNİB

Rusiyada deputat və polis saxlanıldı - Qanunsuz ova görə

Azərbaycan gimnastı: "Tokioda keçiriləcək Dünya Çempionatına böyük əzmlə hazırlaşacam"

Mertens Qətərdə birinci oldu

Avropa dövlətləri NATO öhdəlikləri üçün 102 milyard dollar xərcləməlidir

Məşhur futbolçunun evi qarət olundu

"Qumarda 130 min uduzduğuna görə nazirlikdən çıxarıldı" - Dələduz qadının ilginc əməlləri

Müdafiə naziri İDEX - 2019 Beynəlxalq Müdafiə Sərgisində iştirak edir - FOTO

Bakıda Dünya Kubokunda batut üzrə sinxron proqramların qalibləri mükafatlandırılıb - FОТО

Çeçen güləşçi: "Hər iki xalqın nümayəndələrini belə təxribatlara uymamağa çağırıram"

Aya gedib, orada qalacağıq” - NASA Ayda yaşamaq üçün baza tikməyə hazırlaşır - FOTO

Ramil Usubovdan yeni rəis təyinatı

İkardi agentinə görə "Real Madrid"ə keçməyib

Belarus idmançısı: "Bakıda Milli Gimnastika Arenasında keçirilən yarışlar hər cür tərifə layiqdir"

Bakıda Dünya Kubokunda tamblinq yarışlarının qalibləri mükafatlandırılıblar - FOTO

Tamaşaçı: "Arzu edirəm ki, Mixai Malkin Azərbaycanı Olimpiya Oyunlarındfa təmsil etsin"

Parisdə 1600 insan köçürülüb - Bombaya görə

Kante İspaniyaya keçmək istəyir?

Ermənilər azərbaycanlılar və çeçenlər arasında "nifrət və nifaq toxumlarını əkməyə" çağırır

“Burdan tanrı kimi ayrılacam”

"İstanbula sevgilimi görməyə getdim" - Oksana

Messi ilə görüşən uşağın həyatı cəhənnəmə döndü- Ölümlə hədələnir - FOTO

Nazir Azərbaycan-çeçen münasibətlərindən danışdı: Bu narazıçılığın yeganə çıxış yolu... - VİDEO

Messi ilə göürşən uşağın həyatı cəhənnəmə döndü- Ölümlə hədələnir - FOTO

Azərbaycan gimnastı Bakıda keçirilən Dünya Kubokunda tamblinq üzrə gümüş medal qazandı

Donbasda döyüşən azərbaycanlı əsir düşdü - VİDEO

Firdovsi Umudovdan çeçenlərlə bağlı insidentə REAKSİYA - FOTO

Bakıda Dünya Kubokunda batut üzrə fərdi proqramların qalibləri mükafatlandırılıb - FОТО

Ramzan Kadırov azərbaycanlılarla çeçenlərin davasına belə reaksiya verdi - FOTO

Alleqrinin əvəzinə əsas 3 namizəd

Çin batutçusu Bakıda qızıl medal qazandı

Nazir Azərbaycan-çeçen münasibətlərindən danışdı: Bu narazaçılığın yeganə çıxış yolu... - VİDEO

Ukraynada “Lotu Quli”nin adamları saxlanıldı - 300 pasport və silahlarla - FOTO

Messidən ardıcıl 11 mövsümlük performans

"Mançester Yunayted"in əsas transfer hədəfi

Aysel 10 min dollara it alıb - FOTO

Qrizmann Torresi keçdi

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda ikinci yarış günü - FOTO

Əfqanıstanda növbəti "Taliban" hücumu: azı 7 polis öldürülüb

Zakir Həsənov BƏƏ-nin müdafiə məsələləri naziri ilə görüşüb - FOTO

Pizarro Bundesliqanın tarixinə keçdi

Qəzəbli Lavrov Britaniyanın müdafiə nazirini “müharibə naziri” adlandırdı

Şəmkirdə yeniyetməni bıçaqladılar

Misirdə terror: azı 15 əsgər həlak olub

Türkiyə rəsmisindən Fətullah Gülənin tutulması iddialarına cavab gəldi

Birinci vitse-prezident Mehriban Əliyevanın adından Gəncənin “İmamzadə” dini kompleksində ehsan verilib - FOTO

Bakıda kütləvi maliyyə fırıldağı - Zərərçəkmişlərin sayı yüzlərlədir

Bakıda kütləvi maliyyə fırıldağı - “Zərərçəkmişlərin sayı yüzlərlədir”

Ermənistanın xarici işlər naziri: "Məmmədyarovla dəhlizdə salamlaşa bilərik..."

ABŞ Avropa ölkələrini İŞİD yaraqlılarını "geri götürməy"ə çağırıb

“Sarı jiletlilər” polis maşınına hücum etdilər: 26 nəfər saxlanılıb - FOTO

Banqladeşdə faciə: 9 nəfər öldü

Tornado zamanı yaralanan qadın "Sevgililər günü"ndə öldü

Yoxlama zamanı 75 min manatdan artıq qurğuların oğurlandığı məlum olub

Bakıda mənzillərə qənim kəsilən keçmiş məhkum saxlanıldı

ABŞ-da qarlı yolda 47 maşın toqquşdu - FOTO

Kanadada neft daşıyan qatar relsdən çıxdı

İran XİN: "ABŞ-ın Avropanı nüvə sazişini pozmağa dair çağırışları cəfəngiyyatdır"

Meksikada bara silahlı hücum: 5 ölü, 5 yaralı

Parisdə etiraz aksiyası zamanı 23 nəfər saxlanılıb

Abu-Dabidə "IDEX-2019" müdafiə sərgisi açılır

Göyçayda 3 avtomobil toqquşdu - Xəsarət alan var

"Qarabağ" "Qəbələ"yə qarşı, paytaxt klubları üz-üzə

"Düşünmürəm ki, Böyük Britaniya təşkilatı razılaşmasız tərk edəcək" - Çexiya XİN

Cüdoçularımız İspaniya turnirinə uğurla başlayıblar

Hezer Nauert namizədliyini geri çəkdi

Putin Makronla nədən danışdı?

Şahzadə "Mançester Yunayted"i 4,9 milyar dollara almağa hazırdır

Azərbaycanda bir ayda 3,8 milyard manatlıq sənaye məhsulu istehsal edilib

ABŞ-da bir nəfər insanları girov götürdü, 4 nəfəri öldürdü

Depozit əmanətlərin sığortalanması müddəti artırılır