AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Arzularının arxasınca gedən sənətçi - FOTO

  35

Teyyub Aslanov ilk qazancını ailəsi üçün xərcləyib 

Demokratikmusavat.com kaspi.az-a istinadən yazını təqdim edir.

Muğam sənəti bu gün sözün əsl mənasında öz inkişaf dövrünü yaşayır. Bu inkişafda muğam ifaçılıq sənətimizi yaşadanların,  gənc nəslə təbliğ edən pedaqoqların payı az deyil. "Ustad" deyə müraciət etdiyimiz bu sənətkarlar yaşı bilinməyən muğamlarımızı böyük sevgi ilə təbliğ edirlər. Bu gün keçmişinə səyahət edəcəyimiz sənətkar da məhz o ustadlardandır. Əlinə qaval alanda dünya onun gözündə qəzəl, tələbələri isə təsnif kimi canlanır. 
 
Görüş...
 
Xalq artisti Teyyub Aslanovla onun çox da uzaqda qalmayan keçmişinə səyahət etmək üçün görüşdük. Sənətkarla ilk tanışlığımız hələ bir neçə il əvvəl Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tələblərinə muğam sənətinin dərinliklərindən bəhs edərkən reallaşıb. Dərsinə qonaq olduğumuz Teyyub müəllim tələbələrini gələcəyin xanəndələri gözündə görürdü. Onun sevinclə, ümidlə ən istedadlı tələbələrini ətrafına cəm edib, onları beynəlxalq festivallara, dövlət televiziyasına çıxardığının şahidi olmuşam. Deyirdi ki, bu gün tələbəyə uşaq gözündə baxmaq, onu ruhdan salmaq doğru deyil. Tələbədə özünə inam və güvən yaratmaq lazımdır. 

Neftçilikdən müğənniliyə
 
Beləliklə, qonağımız Teyyub Aslanovla keçmişə səyahət edirik. Müsahibimiz 1967-ci ilin 6 fevralında dünyaya gəlib. Bakı şəhərində doğulan xanəndənin kiçik yaşlarından musiqiyə böyük həvəsi olub. Azyaşlı Teyyubu qohum-tanışların şad günlərində mütləq oxutdurardılar. Bu həvəs onu orta məktəbin birinci sinfindən musiqi məktəbinə (nağara sinfi), daha sonra isə Bakıxanov qəsəbəsində yerləşən Mədəniyyət sarayının "Mahur" instrumental ansamblına gətirir. 1974-1984-cü illərdə 96 saylı orta məktəbdə təhsil alır və orta məktəbi yaxşı qiymətlərlə bitirir, Azərbaycan Neft-Kimya İnstitutuna daxil olur. Ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanır. Geri döndükdən sonra Nəriman Əliyevdən özəl olaraq muğam dərsləri almağa başlayır.

1984-1989-cu illərdə Azərbaycan Dövlət Neft-Kimya İnstitutunun neft-mədən fakültəsində ali təhsil alan həmsöhbətimiz 1989-1994-cü illərdə isə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində musiqili teatr aktyorluğu ixtisası üzrə təhsilini davam etdirir.

Xanəndə həmin illəri belə xatırlayır: "Məktəb illərimdə çox nadinc olmuşam. Həyatımın hər anı mənim üçün dəyərli və unudulmazdır. Məktəbdə ən çox Azərbaycan dili və Ədəbiyyat fənlərini sevirdim. Məktəbi bitirdikdən sonra neft-mədən fakültəsinə daxil oldum,  əslində isə "avtomatika və telemexanika" fakültəsində oxumağı daha çox arzulayırdım. 2 il burada təhsil aldım".
 
Xanəndə həyat hekayəsindən o qədər maraqla danışır ki, özümdən biixtiyar sual verirəm - "Bəs  neftçi hara, xanəndəlik hara?". .... Müsahibimiz gülərək "O zaman "Bəxtiyar" filmini çox sevirdim" deyir: "Mən də Bəxtiyar kimi sənətimi dəyişib ifaçı oldum. Təbii ki, zarafat edirəm. Uşaq yaşlarımdan oxuyurdum. Azərbaycan Televiziyası ilə ilk çıxışım isə Bəxtiyardan fərqli olaraq, "Üzüyümün qaşı firuzədəndir"  mahnısı ilə deyil, Neftçilər günündə -  20 sentyabrda ifa etdiyim "Neftçi" mahnısı ilə oldu".

Qarşısına xanəndə olmağı məqsəd qoyan Teyyub, ailəsindən gizlin 1989-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyorluğu ixtisasına daxil olur. Həmin illəri belə xatırlayır: "O zaman xanəndəlik bu qədər məşhur deyildi. Mən ürəyimin səsinə qulaq asıb təhsilimi yarımçıq qoydum. Həyatımda yeni səhifə açmağı hədəfləmişdim. Tələbəlik illərimdə həm də restoranda işləyirdim. Dərsdən sonra muğam ustadının yanına gedirdim. Axşamlar isə işləyib, pul qazanırdım". İncəsənət Universitetinə daxil olmamışdan öncə fəhlə kimi çalışırdım və 180 manat maaş alırdım. Neft quyusunda qazmaçı köməkçisi də işləmişəm".
 
İfaçılıqdan ilk maaşını 1984-cü ilin sentyabrında qazandığını deyən xanəndə həmin pulu özünə xərcləməyib: "İlk maaşımı orta məktəbin sonuncu sinfində ifaçılıqdan qazanmışam. O zaman mənə 20 rubl pul vermişdilər. Həmin pula evə şirniyyat aldım. Ondan sonra qazandığım pulları da evə vermişəm".
 
Arzunun bir addımlığında
 
İncəsənət Universitetində təhsil aldıqdan sonra cəsarəti və çalışqanlığı ona arzusunda olduğu qapıları açır. 1995-ci ildən "Azərbaycan" muğam üçlüyü və başqa ansambllarla bərabər bir çox xarici ölkələrdə (ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Türkiyə, Avstriya, Niderland, Yunanıstan, Polşa, Rumıniya, Ukrayna, Belarus, Moldova, Tacikistan, İran və s.) konsert və festivallarda iştirak edir. Uğurları da bundan sonra başlayır. 

Deyir ki, bir vaxt var idi İncəsənət Universitetində təhsil alırdı, indi isə bu doğma ocaqda təhsil verir: "İnsanın arzuları sonsuzdur. İllər ötdükcə yeni arzular doğur. O illərdən çox keçib. Bu gün İncəsənət Universitetində gənc xanəndələrin yetişməsində az-çox bizim də əməyimiz keçir. Xanəndə olmaq arzusu ilə universitetə sənəd verən gənclər muğamı sevirlər".

Xalq artistimiz söhbət əsnasında öz dövrünün çətinliklərindən də danışdı. Dedi ki, sovet dövründə böyüyən gənclik çox çətinliklər görüb: "Çətinliklər insanın yetişməsində böyük rol oynayır. Hər insanın öz məqsədi olmalıdır və bu məqsəd uğrunda gecə-gündüz əzmlə, səbirlə çalışmalıdır. Bizim dövrümüzdə indiki müasir avadanlıqlar yox idi. Uşaq vaxtı qavalımı özüm hazırlamışdım. Ustadımın köməkliyi ilə evdə qavalıma üzlük çəkmişdim. Dəfim olana qədər onu işlətmişəm. İndiki uşaqlara hər bir şərait, imkan yaradılıb. Mənim oxuduğum vaxtda diktofonlar belə yox idi ki, müəllimlərimin səsini ona yazıb, evdə dinləyim. Maqnitofonlar var idi, amma hər adamın da imkanı yox idi almağa. 300 manata 2 kasetli maqnitofon almışdım. O da lentlə idi, tez dolurdu. İndi müasir telefonlar, diktofonlar var. Nə qədər istəyirsən səs yaz, sonra onu sil və ya özündə saxla. Bizi o çətinliklər yetişdirib". 
 
Zamanında dostları ona xanəndəliyi atmağı, bizneslə məşğul olmağı tövsiyə edib: "Musiqiçi dostlarım var idi ki, mən universitetdə oxuyanda bizneslə məşğul olurdular. Dedilər ki muğamla deyil, bizneslə məşğul ol, daha çox qazanc əldə edərsən. Mən ürəyimin səsinə qulaq asdım. Bu gün onlar məni görəndə deyirlər ki, sən öz yolundan dönmədin. Özümü nə biznesdə, nə də başqa sahədə görmürdüm. Bəlkə də o əzmkarlığım məni bu səviyyəyə qədər gətirib çıxardı".
 
O zaman İncəsənət Universitetində təhsil aldığını və gecəsini gündüzünə qatıb oxuduğunu, muğamı öyrəndiyini görən dostları bəzən sənətkarı qınayıb da. Onu musiqinin çətin bir sahəsi ilə məşğul olmaqdan çəkindirməyə çalışıblar.  "Mən Azərbaycanın muğam sənətini beynəlxalq festivallarda təmsil etməyə başlayanda onların düşüncələri dəyişdi. Xarici səfərlərə gedib, musiqimizi nəinki Azərbaycanda, beynəlxalq arenada təbliğ etdikcə arzularıma addım-addım yaxınlaşırdım. Vaxtilə mənə əlçatmaz görünən sənətkarlarla eyni səhnəni bölüşürdüm".

Bir zamanlar təhsil aldığı universitetdə pedaqoji fəaliyyətlə məşğul olmağın avantajlarından danışan müsahibim hazırda muğam kafedrasının müdiri vəzifəsində çalışır. Deyir ki, tələbələrini çox gözəl başa düşür: "Əsas odur ki, tələbədə öyrənməyə həvəs və maraq olsun. Muğam sənətinin diqqətdən kənar qalan dövrü mənim gənclik illərimə təsadüf edib. Həmin dövrdə belə, bu sənət nə yaddaşlardan silinib, nə də xalqın sevgisindən məhrum olub. Bu sənət bizə dədə-babalarımızdan miras kimi yadigar qalıb. Muğam sənəti bizdən sonra da yaşayacaq. Bizim məqsədimiz odur ki, bu sənəti gənclərimizə öyrədək və onlar da yetişməkdə olan gənc nəslə ötürsünlər". 
 
Xanəndə sonda əlavə etdi ki, "Xalq artisti" fəxri adı onun yaradıcılığının zirvəsidir. Bu adın məsuliyyəti çox böyükdür. Həm şərəfli, həm də məsuliyyətlidir. 

Sözsüz ki, bu gün Xalq artisti adına layiq görülən xanəndə keçmişi ilə gənclərə örnəkdir. Onun timsalında şahidi oluruq ki, insan nəyisə ürəkdən istəyirsə, nə valideynlərin təkidi, nə çevrəsindəki insanların münasibəti, nə də yaşadığı dövrün çətinlikləri ona mane ola bilmir. Bir sözlə, Teyyub Aslanov öz sənət yolu ilə Azərbaycan gəncliyinə nümunəvi bir örnəkdir.

Demokratikmusavat.com

Xəbər Lenti

Texasda atışma zamanı 1 nəfər ölüb, 3 nəfər yaralanıb - FOTO

Nigar Arpadarai: "İldən-ilə Formula 1-in təşkilinə görə xərclərimiz azalır, gəlirlərimiz isə artır" - MÜSAHİBƏ

"Betis" - "Alaves" matçında bərabərlik

ABŞ-da atışma olub, xəsarət alanlar var

Verratti "PSJ" ilə müqavilə müddətini uzadıb

PSJ tək qola sevindi

Canavarlar mal-qaraya hücum edərək qoyunları parçalayıb - FOTO

Bağlı qapı arxasında olan şəxs xilas edilib

Günün qoroskopu: Bacarıq və biliklərinizə kimsənin qiymət vermədiyini düşünməyin

Şəkidə çoxmənzilli 28 binanın dam örtüyü təmir olunacaq

Bahalığa görə Tehranda 180 restoran bağlandı

"Ermənilər qətlə yetirdiklərini və yaralıları silos quyusuna atıb üzərini torpaqladılar"

Parisdə “sarı jiletlər”in aksiyalarında 1500 nəfərə yaxın insan iştirak edir

İrandan Pakistana etiraz notası - Səfir XİN-ə çağırıldı

Bir şəklin tarixçəsi- “Yeddi oğul”dan kimlər getdi, kimlər qaldı...

Rüstəm İbrahimbəyovun qəfil dönüşünə belə reaksiya oldu...

Yığmamız İspaniya toplanışını məğlubiyyətlə başa vurdu

"Qalatasaray"dan böyükhesablı qələbə, "Trabzonspor" uduzdu

Səfir: Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku çox yüksək səviyyədə təşkil edilib

Bakıda evindən oğurluq edən bacısı oğlunu bağışladı: Xəstə atasına görə

Müğənni Afət Fərmanqızı:“Nəsiminin daha bir qəzəlinə mahnı yazdırmışam”

Məktəb direktorunu döyən "Drakon"a cinayət işi açıldı

Rüstəm İbrahimbəyov uzun aradan sonra Bakıya gəldi və tanınmışları restorana topladı - siyasətdən gedir - FOTO

Dünya çempionumuz Dubayda gümüş medalla kifayətləndi

Olimpiya çempionumuz Antalyada gümüş medal qazandı – FOTO

“Qarabağ”a uduzmuşuq, burda nə var ki?” – Cavid Hüseynov

"Qələbə istənilən halda şirindir” – Riçard Almeyda

"Qarabağ" - "Qəbələ" oyunundan FOTOlar

“Real Madrid” öz meydanında məğlub olub

Mixeil Saakaşvili erməni olmadığını genetik testlə sübut edib - FOTO

Ötən ay 124 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmayıb

"Çalışırdıq ki, oyunumuzu daha çox əks-hücumlar üzərində quraq" - Maksim Medvedev

Ötən ay Azərbaycana 56 mindən çox Gürcüstan vətəndaşı səfər edib

Cəlilabadda çay daşqını: komissiya yaradılıb - FOTO

"Məğlubiyyət olsa da, qarşıya ümidlə baxırıq" - "Qəbələ"nin baş məşqçisi

Ələt-Astara yolunda “Mercedes SLS” aşaraq yanıb külə döndü: 3 nəfər ağır xəsarət aldı - YENİLƏNİB - FOTO

Kürdəmirdə Mercedes beton lövhəyə çırpıldı: 2 yaralı - FOTO

Yol polisləri yolda qalan avtomobili təmir etdi

Azərbaycanda gəncdən iyrənc ƏMƏL - Əmisinin...

Güclü külək qərb bölgəsində fəsadlar törətdi

Sürücü sərnişinlərin həyatını təhlükəyə atdı

Azərbaycanda bu vulkanın püskürəcəyi gözlənilir

Vətəndaşlar yeni tikilən binadan ikinci əl ev almır - SƏBƏB ÇOX MARAQLIDIR

Vətəndaşlar yeni tikilən binadan ikinci əl ev almır - SƏBƏB ÇOX MARAQLIDIR - VİDEO

Bakıda fantastik qiymətə qarajlar satılır

Türkiyə və Rusiya prezidentləri yenidən görüşəcək

Gənc tamaşaçılar: Batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışları çox maraqlı keçdi

Azərbaycanlılarla çeçenlərin davasında erməni izi

Azərbaycan Dubaydakı “Gulfood 2019” Beynəlxalq qida sərgisində təmsil olunur - FOTO

Ələt-Astara yolunda “Mercedes SLS” aşaraq yanıb külə döndü: 3 nəfər ağır xəsarət aldı - FOTO

Netanyahu yeni XİN başçısı təyin etdi

Məşhur bloqer çeçenlərlə azərbaycanlıların kütləvi davasına görə saxlanıldı

Vətənsiz qalan azərbaycanlı qardaşlar kömək istəyirlər - FOTO

Mehdiabadda 4 otaqlı ev yanıb

"Xal itkiləri hələ çox olacaq" - Qurban Qurbanov

İran istehsal etdiyi sualtı gəmini təqdim edib

Cəlilabadda avtomobil aşaraq yanıb, xəsarət alanlar var

“Kalaşnikov”dan kamikadze PUA - VİDEO

40 yaşında qol vurdu, Bundesliqanın tarixinə düşdü

"Barselona"nın oyunu Çakıra tapşırıldı

"Hücumçu problemimiz var" - Elşad Əhmədov

"Mentalitetimiz buna imkan vermir” - Aftandil Hacıyev

"Qarabağ" və "Səbail"dən qələbə

Sabirabad sakini armaturların altında qalaraq ölüb

İrandan İsraillə müharibə xəbərdarlığı

ABŞ-dan Bəşər Əsədə ciddi mesaj

Yusif Mustafayev toyda ofisiantı qorxutdu - VİDEO

Səfir: "Bakı belaruslu idmançılar üçün uğurlu bir meydançadır"

Finala 100 gün qaldı

“Şəhid kəməri” gəzdirənlərin saxlanılması xəbəri yalan çıxdı

"Bunu mən də gözləmirdim" - Pyentek

"Çeçenlər bizim qardaşlarımızdır" - Zabit Səmədov

Dövlət qulluğuna imtahanın nəticələri AÇIQLANDI

Zakir Həsənov Türkiyənin silahları ilə tanış olub - FOTO

Haiti qarışdı: “Rədd olsun amerikalılar, yaşasın Putin!”

“Real” öz meydanında məğlub oldu - FOTO

Şəmkirli keçmiş məhkum Bakıda narkotik və silahla tutuldu

Rafael Ağayev yenə əlidolu gəlir

“İsraillə müharibə riski böyükdür”

Çeçenistan müxalifətinin lideri Azərbaycana müraciət etdi: “Çeçenləri təxribata çəkirlər...”

Azərbaycanlı qadınların pasportlarını alıb fahişəliyə cəlb etdilər - FOTO

Düşmənin felinə uymayaq

İğdırda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçiriləcək

Çempionlar Liqasının növbəti oyunlarına hakim təyinatları

Bolqarıstanın Azərbaycandakı konsulu gimnastlarla görüşüb - FOTO

"Sabah" yenə uduzdu, "Qarabağ" "Qəbələ"yə qarşı - YENİLƏNİB

Rusiyada deputat və polis saxlanıldı - Qanunsuz ova görə

Azərbaycan gimnastı: "Tokioda keçiriləcək Dünya Çempionatına böyük əzmlə hazırlaşacam"

Mertens Qətərdə birinci oldu

Avropa dövlətləri NATO öhdəlikləri üçün 102 milyard dollar xərcləməlidir

Məşhur futbolçunun evi qarət olundu

"Qumarda 130 min uduzduğuna görə nazirlikdən çıxarıldı" - Dələduz qadının ilginc əməlləri

Müdafiə naziri İDEX - 2019 Beynəlxalq Müdafiə Sərgisində iştirak edir - FOTO

Bakıda Dünya Kubokunda batut üzrə sinxron proqramların qalibləri mükafatlandırılıb - FОТО

Çeçen güləşçi: "Hər iki xalqın nümayəndələrini belə təxribatlara uymamağa çağırıram"

Aya gedib, orada qalacağıq” - NASA Ayda yaşamaq üçün baza tikməyə hazırlaşır - FOTO

Ramil Usubovdan yeni rəis təyinatı

İkardi agentinə görə "Real Madrid"ə keçməyib

Belarus idmançısı: "Bakıda Milli Gimnastika Arenasında keçirilən yarışlar hər cür tərifə layiqdir"

Bakıda Dünya Kubokunda tamblinq yarışlarının qalibləri mükafatlandırılıblar - FOTO

Tamaşaçı: "Arzu edirəm ki, Mixai Malkin Azərbaycanı Olimpiya Oyunlarındfa təmsil etsin"

Parisdə 1600 insan köçürülüb - Bombaya görə

Kante İspaniyaya keçmək istəyir?

Ermənilər azərbaycanlılar və çeçenlər arasında "nifrət və nifaq toxumlarını əkməyə" çağırır

“Burdan tanrı kimi ayrılacam”

"İstanbula sevgilimi görməyə getdim" - Oksana

Messi ilə görüşən uşağın həyatı cəhənnəmə döndü- Ölümlə hədələnir - FOTO

Nazir Azərbaycan-çeçen münasibətlərindən danışdı: Bu narazıçılığın yeganə çıxış yolu... - VİDEO

Messi ilə göürşən uşağın həyatı cəhənnəmə döndü- Ölümlə hədələnir - FOTO

Azərbaycan gimnastı Bakıda keçirilən Dünya Kubokunda tamblinq üzrə gümüş medal qazandı

Donbasda döyüşən azərbaycanlı əsir düşdü - VİDEO

Firdovsi Umudovdan çeçenlərlə bağlı insidentə REAKSİYA - FOTO

Bakıda Dünya Kubokunda batut üzrə fərdi proqramların qalibləri mükafatlandırılıb - FОТО

Ramzan Kadırov azərbaycanlılarla çeçenlərin davasına belə reaksiya verdi - FOTO

Alleqrinin əvəzinə əsas 3 namizəd

Çin batutçusu Bakıda qızıl medal qazandı

Nazir Azərbaycan-çeçen münasibətlərindən danışdı: Bu narazaçılığın yeganə çıxış yolu... - VİDEO

Ukraynada “Lotu Quli”nin adamları saxlanıldı - 300 pasport və silahlarla - FOTO

Messidən ardıcıl 11 mövsümlük performans

"Mançester Yunayted"in əsas transfer hədəfi

Aysel 10 min dollara it alıb - FOTO

Qrizmann Torresi keçdi

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda ikinci yarış günü - FOTO

Əfqanıstanda növbəti "Taliban" hücumu: azı 7 polis öldürülüb

Zakir Həsənov BƏƏ-nin müdafiə məsələləri naziri ilə görüşüb - FOTO

Pizarro Bundesliqanın tarixinə keçdi

Qəzəbli Lavrov Britaniyanın müdafiə nazirini “müharibə naziri” adlandırdı

Şəmkirdə yeniyetməni bıçaqladılar

Misirdə terror: azı 15 əsgər həlak olub

Türkiyə rəsmisindən Fətullah Gülənin tutulması iddialarına cavab gəldi

Birinci vitse-prezident Mehriban Əliyevanın adından Gəncənin “İmamzadə” dini kompleksində ehsan verilib - FOTO

Bakıda kütləvi maliyyə fırıldağı - Zərərçəkmişlərin sayı yüzlərlədir

Bakıda kütləvi maliyyə fırıldağı - “Zərərçəkmişlərin sayı yüzlərlədir”

Ermənistanın xarici işlər naziri: "Məmmədyarovla dəhlizdə salamlaşa bilərik..."

ABŞ Avropa ölkələrini İŞİD yaraqlılarını "geri götürməy"ə çağırıb

“Sarı jiletlilər” polis maşınına hücum etdilər: 26 nəfər saxlanılıb - FOTO

Banqladeşdə faciə: 9 nəfər öldü

Tornado zamanı yaralanan qadın "Sevgililər günü"ndə öldü

Yoxlama zamanı 75 min manatdan artıq qurğuların oğurlandığı məlum olub

Bakıda mənzillərə qənim kəsilən keçmiş məhkum saxlanıldı

ABŞ-da qarlı yolda 47 maşın toqquşdu - FOTO

Kanadada neft daşıyan qatar relsdən çıxdı

İran XİN: "ABŞ-ın Avropanı nüvə sazişini pozmağa dair çağırışları cəfəngiyyatdır"

Meksikada bara silahlı hücum: 5 ölü, 5 yaralı

Parisdə etiraz aksiyası zamanı 23 nəfər saxlanılıb

Abu-Dabidə "IDEX-2019" müdafiə sərgisi açılır

Göyçayda 3 avtomobil toqquşdu - Xəsarət alan var

"Qarabağ" "Qəbələ"yə qarşı, paytaxt klubları üz-üzə

"Düşünmürəm ki, Böyük Britaniya təşkilatı razılaşmasız tərk edəcək" - Çexiya XİN

Cüdoçularımız İspaniya turnirinə uğurla başlayıblar

Hezer Nauert namizədliyini geri çəkdi

Putin Makronla nədən danışdı?

Şahzadə "Mançester Yunayted"i 4,9 milyar dollara almağa hazırdır

Azərbaycanda bir ayda 3,8 milyard manatlıq sənaye məhsulu istehsal edilib

ABŞ-da bir nəfər insanları girov götürdü, 4 nəfəri öldürdü

Depozit əmanətlərin sığortalanması müddəti artırılır