AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

"Tanınmaq üçün oxumuram" - FOTO

  14

Eleonora Mustafayeva: Sənətçi üçün öz sənətini göstərməkdən gözəl nə ola bilər? 

Demokratikmusavat.com kaspi.az-a istinadən yazını təqdim edir.

Festival tamaşaçılara bayram ab-havası bəxş edir. Bu bayramda hər kəs sevinir - iştirakçılar da, tamaşaçılar da. Ötən ay Musiqili Teatrın istedadlı aktrisası, solistimiz Eleonora Mustafayeva da böyük bayram coşqusunu həm yaşayıb, həm də yaşadıb. Belə ki, aktrisa oktyabrın 11-dən 15-dək Qazaxıstanın Karaqanda şəhərində XX beynəlxalq "Muzıkalğnaə Sarıarka" musiqi festivalında iştirak edib. Müxtəlif üslub və janrlarda musiqilərin səsləndirildiyi, bir neçə gün davam edən silsilə konsert proqramında Qazaxıstanla yanaşı, Türkiyə, Rusiya, Qırğızıstan, Özbəkistan, Tatarıstan və Azərbaycan da yer alıb. E.Mustafayeva ölkəmizi təmsil edərək təntənəli bağlanış mərasimində Qırğızıstan Respublikasının Xalq artisti Baktıbek Ibıkeev və Rusiyanın Xalq artisti Aleksandr Tsiqankovla bərabər konsertə yekun vurub. Aktrisa səfərdən döndükdən sonra qonağımız oldu və səfər təəssüratlarını bizimlə bölüşdü. 
 
- İstərdik ki, səfərlə bağlı təəssüratlarınızı bizimlə bölüşəsiniz.
 
- Çox sevincliyəm və Azərbaycanı beynəlxalq festivalda təmsil etdiyim üçün məmnunam. Bilirsiniz ki, mayda Türkiyəyə qastrol səfərinə getmişdim. Orada "Birinci  Beynəlxalq  Gaziantep Opera və Balet Festivalı"nda Azərbaycanı təmsil edirdim. Festivalın təşkilatçıları ilə orada tanış olmuşdum və onlar məni növbəti festivala dəvət etdilər. Musiqili Teatrın rəhbərliyinə, Əliqismət Lalayevə məktub göndərdilər. Əliqismət müəllim də o festivalda iştirak etməyim üçün razılığını verdi. Bunun üçün rəhbərliyimizə minnətdarlığımı bildirirəm. 
Festivalda iştirak edən başqa xalqların nümayəndələri ilə dostlaşdıq, səmimi müzakirələr apardıq. Sanki onları çoxdan tanıyırdım. Onlar bizim solistləri də tanıyırlar və vasitəmlə onlara öz salamlarını göndərdilər. Konsert öncəsi çox həyəcanlanırdım. Festivalda ilk çıxışımda Gülçöhrənin "Aşiq oldum" ariyasını oxuyacağımı zənn edirdim. Ancaq gördüm ki, ifaçılar Gülçöhrənin başqa ariyasını ifa edirlər. 

- Bəs nə etdiniz?
 
- Onlara heç nə hiss etdirmədim. Onların ifa etdikləri "Hicran dərdi" ariyasını səsləndirdim. Birinci "Azərbaycan" əsərindən başladım və gördüm ki, bunu çox gözəl qarşılayırlar, bu onların ürəyincə idi.
 
- Orada sizi kimlər müşayiət edirdi və nə səsləndirdiniz?
 
- Qırğızıstanın Əməkdar incəsənət xadimi Duysen Ukibayın dirijorluğu ilə Tattimbeta adına Qazaxıstanın Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti altında "Arşın mal alan" operettasından (Ü.Hacıbəyov) Gülçöhrənin ariyasını, "Ne poy, krasavitsa pri mne" (S.Raxmaninov), "Bolero" (Kyaro), "Gianni Schicchi" (C.Puççini) operasından Laurettanın ariyasını ifa etdim.

- Festivaldan sonra sizə hansı fikirləri bildirdilər?
 
- Festivalda iştirak etdiyimizə görə sertifikat və mükafat təqdim edərək öz təşəkkürlərini bildirdilər. Bundan sonra da işbirliyimizin olacağını qeyd etdilər. Mən oradan böyük ruh yüksəkliyi ilə ayrıldım. Dünyanın müxtəlif ölkələrindən və türkdilli dövlətlərdən də ora iştirakçılar gəlmişdi. Biz onlarla söhbət edir, bir sənət yoldaşı kimi müzakirələr aparırdıq. 
 
- Ümumiyyətlə, beynəlxalq festivallar ifaçıya nə qazandırır?
 
- Festival sənətçiyə birinci növbədə təcrübə, sonra da dost qazandırır. Özünü çox xoşbəxt hiss edirsən. Sənətçi üçün öz sənətini göstərməkdən gözəl nə ola bilər? Sənin ifan eşidilir və qiymətləndirilir. İncəsənət adamına bir xoş söz deyirlərsə, bu onun üçün ən gözəl dəyərdir.
 
- Bilirik ki, Musiqili Teatrda tam işçi olaraq, Opera və Balet Teatrında isə müqavilə ilə işləyirsiniz. Hər iki teatr arasında tempi tutmaq sizə çətin deyil ki?
 
- Analıq məzuniyyətindən döndükdən sonra Musiqili Teatrda çalışıram. Bir neçə aydır ki, teatra geri dönmüşəm. Əvvəllər də Musiqili Teatrda işləmişəm. Qeyd edim ki, Musiqili Teatr mənə çox uğur gətirib. Bu teatrın ayağı mənim üçün düşərli olub. Bu teatrda yarımı tapdım. Opera və Balet Teatrının ayrı, Musiqili Teatrın isə tamam ayrı dəst-xətti, yolu var. Musiqili Teatra dönüşüm düşərli oldu, festivallara dəvət aldım. Musiqili Teatrda Faiq Sücəddinov və Tamara Vəliyevanın "Mən dəyərəm min cavana" tamaşasında Gülnaz, Rauf Hacıyevin "Talelər qovuşanda" komediyasında isə Nərgiz rolunda çıxış edirəm. Yeni bir obraz üzərində çalışıram.
 
- Bu gün opera sənətində baş verən yeniliklər birmənalı qarşılanmır. Sizin dünya opera sənətindəki proseslərə münasibətiniz necədir?  
 
- Ümumi dünya opera sənətindəki yeni nəfəsdən söhbət gedirsə, mən bu tendensiyanı qəbul edirəm. Bu gün opera sənəti öz inkişaf dövrünü yaşayır. Mən bu yeniliyin əleyhinə deyiləm. Hər bir köhnə əsəri yeni şəkildə təqdim etməyin tərəfdarıyam. Opera sənətinə yeni gələn gənc nəsil klassik əsərlərə yeni ruh, yeni nəfəs verir. Burda pis nə var? Opera bu gün də dinlənilir, sevilir. Görün bizim neçə opera ifaçılarımız dünyanı fəth edib. Bu gün opera sənətinə böyük maraq var.

- Bəzən Opera və Balet Teatrında "Leyli və Məcnun", "Şah İsmayıl" kimi klassik əsərlərə davamlı olaraq müraciət edilməsini qınayırlar. 
 
- Opera və Balet Teatrında yeni tamaşaların səhnələşdirilməsi böyük maliyyə tələb edir. Güman edirəm ki, yeni tamaşalar da olacaq. Opera və Balet Teatrı təmir olunduqdan sonra da yeni tamaşalar hazırlanacaq. 

- Sizi bir ifaçı olaraq yaxşı tanıyırıq. Efirə yaraşan və əsil Azərbaycan xanımını xatırladan simaya maliksiniz. İstərdik, sizi yeni film və seriallarda da görək. 
 
- Yaxşı bir obraz olsa, niyə də olmasın. Subay olarkən Abbasqulu ağa Bakıxanov haqqında bədii-sənədli filmdə balaca bir rol canlandırmışdım. Həmin obraza hazırlaşmamışdım da. Ancaq o kiçik obraz mənə çox uğur gətirmişdi. Həmin film nümayiş olunduqdan sonra çoxlu film təklifləri aldım.
 
- Nə üçün qəbul etmədiniz?
 
- Ailə həyatı qurdum və seçimimi etdim. 
 
- Həyat yoldaşınız sizin aktrisalıq fəaliyyətinizə icazə vermədi, yoxsa bu sizin öz istəyiniz idi?
 
- Həyat yoldaşım da incəsənət adamıdır. O, dünyanın müxtəlif ölkələrini gəzir, geniş dünyagörüşünə sahibdir. Tamaşalarda quruluşçu və kostyum rəssamı olaraq çalışır. O mənim bütün dostlarımı və sənət yoldaşlarımı tanıyır. Biz bir-birimizi çox yaxşı başa düşürük. Yoldaşım mənim səhnə fəaliyyətimə heç zaman mane olmayıb. Əksinə, hər zaman deyir ki, sən oxumalısan, səhnəyə çıxmalısan. Ancaq mən ailəmi yerbəyer etməmiş, səhnəyə çıxmaq istəmirdim. Kiçik övladımın 5 yaşı tamam olduqdan sonra səhnəyə geri döndüm. Mənim üçün ailə hər şeydən önəmlidir. İnsan dünyaya bir dəfə gəlibsə, o, həyatda istədiyi kimi yaşamalıdır. Bu mənim seçimimdir. Mən tanınmaq üçün oxumuram. Ona görə oxuyuram ki, oxumağı və incəsənəti sevirəm. Özümü sənətdə sevmirəm, sənəti özümdə sevirəm. Mən özümü rahat hiss etdikdən sonra səhnəyə çıxdım. Əvvəllər elə hiss etdirdim ki, həyatımda nəsə çatmır.
 
- Həyatınızda çatışmayan o hissə nə idi?
 
- Mənim ikinci hissəm, yoldaşlarım, ailəm. Tam səmimi deyə bilərəm ki, öz yarımı tapdım. Adi misal çəkim, festivala dəvət alanda, özümdən o qədər də əmin deyildim. Ancaq yoldaşım və qayınanam məni həvəsləndirirdilər ki, sən getməli, oxumalı, səhnəyə çıxmalısan, Azərbaycanı təmsil etməlisən. Mən festivala gedəndə düşünürdüm ki, ailə qayğılarım necə olacaq? Ancaq ailəm mənə dəstək oldu. Doğulduğum ailədə belə görmüşəm və öz ailəmdə də belə davranıram. Güclü olmağa çalışıram və mənim gücüm ailəmdir. Hara gedirəmsə, bilirəm ki, məni evdə ailəm gözləyir. Allah hər kəsə belə ailə qismət etsin. 
 
- Müsahibələrinizin birində demisiniz ki, həyat yoldaşınız ən birinci sizin səsinizə vurulub.
 
- Elədir, mən Musiqili Teatrda çalışanda yoldaşım teatrda Oqtay Mirqasımovun çəkdiyi bir filmdə quruluşçu rəssam olaraq çalışırdı. Filmin bir kadrı kulisin arxasında çəkilirdi. Kulisdən səsimi eşitmişdi, özlüyündə demişdi ki, bu səsdə nəsə var. Üzümü görmədən səsimi eşitmişdi və səsimə vurulmuşdu. Deyir ki, üzünü çevirəndə gözümü səndən çəkə bilmədim. Qayınanam da məni Musiqili Teatrda "Milyonçunun dilənçi oğlu" tamaşasında görmüşdü. Onun da məndən xoşu gəlmişdi. 
 
- Qaynınız Tural Mustafayev rejissordur, qayınananız - tanınmış sənətkarımız Almaz Mustafayeva aktrisadır, həyat yoldaşınız isə tanınmış rəssamdır. Belə bir ailədə yaşamaq necə bir hissdir?
 
- Biz böyük bir orkestrik (gülürük). Ailəmiz çox möhkəm təməllər üzərində qurulub. Bizim üçün ailə dəyərlərimiz hər şeydən önəmlidir. Bundan gözəl nə var? Adi bir səfərə gedəndə, ailə üzvlərimizin hamısı gəlir, ürək sözlərini deyir, təkliflərini bildirir və böyük ruh yüksəkliyi ilə yola salırlar. Geri dönəndə bunu böyük ruh yüksəkliyi ilə qeyd edirik. İndi səfərdədir, onun yolunu gözləyirik. Tural sanki mənim doğma qardaşımdır. Çox sevinirəm ki, mənim belə yaxınlarım, doğmalarım var. Bu həyatda ailəm, o cümlədən bacım Luiza hər zaman mənə dəstək olub.

Demokratikmusavat.com

Xəbər Lenti

Rəqsanə təsdiqlədi: polis rəisi evini əlindən alır

Qeysər kəsiyi əməliyyatları “epidemiya” halını alıb - Ümumdünya Səhiyyə Təşkilatı

Yeni ildə sevdiklərimizə nə hədiyyə edək? - SEÇİM

ABŞ-ın İrəvandakı yeni səfirindən Qarabağ mesajı

Valideynləri 5 yaşlı körpəni şkafa kilidləyib ac saxladılar - DƏHŞƏTLİ FOTO

Politoloq: "NATO ilə Rusiya arasında təmasların Bakıda baş tutması Azərbaycandakı təhlükəsizlik mühitinin yüksək qiymətləndirildiyini göstərir"

Bülənt Ərsoy yeni imici ilə səhnəyə çıxdı - FOTO

Nənələrimiz və analarımız niyə bu qədər zorakılığa məruz qalmırdı? - ŞƏRH

ABŞ səmasında 10 saat havada asılı qalan nəhəng obyekt UNO-dur? - FOTO

Dünyada su problemi başlayır - Araşdırma

Ronalduya iki il həbs cəzası veriləcək

Flora Kərimovadan seviləsi qadın olmağın ƏSAS SİRRİ: Qorxmamışam ki, kimsə məni ata bilər

Dünyanın dörd bucağına terror məktubları göndərilir - FOTO

Suriyanın bu ərazisi İŞİD-dən azad edildi

Göz quruluğu sindromu

750 milyon insan ölkəsini tərk etmək istəyir - Araşdırma

Hindistanda məbəddə plovdan zəhərlənmə - 7 ölü, 80 nəfər xəstəxanada

Belarus Prezidentinin Rusiyaya səfərinin tarixi açıqlanıb

Lavrov Tahir Salahovun sərgisində olub

Aşıq Əliyə qadağa: “Bir də bu mahnını oxuma” - VİDEO

"Tolqa heç vaxt oğlunu qucağına almayıb" - Günay

“Ferrari” yeni bolidini təqdim edəcək

Yaponiya süni "ulduz yağışı" yaradacaq

18 yaşlı idmançıdan dünya REKORDU

"Paşinyan hakimiyyətinin təcrübəsi çatmır" - Sabiq erməni deputat

Əfqanıstanda dəfn mərasiminə HÜCUM - 4 ölü, 9 yaralı

Azərbaycanda “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti yaradılıb

Lukaşenko və Putin Ermənistan rəhbərliyini işğal olunmuş rayonları qaytarmağa çağırdı

İspaniya kuboku 1/8 finalın püşkü atıldı - "Barselona" və "Real"ın rəqibləri müəyyənləşdi

Kürdəmirdə yol tikintisinə 2,82 milyon manat ayrılıb

Budapeştdə də etiraz aksiyası başladı

Rəşadın erməniyə hücumu - VİDEO

Rekordçu 27-ci klubla müqavilə imzaladı

FHN əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr, fəxri adlar verilib

Aleksandr Lukaşenko: "Ermənistan KTMT üzvlərinə güzəştə getməlidir"

Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla Əliyevanın bir qrup rusiyalı qadının məktubuna cavabı

Ekspert: "Azərbaycan-Rusiya strateji əməkdaşlığı bundan sonra da səmərə verəcək"

Nazir: "Azərbaycan torpaqlarının işğalı heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcək"

Prezident İlham Əliyev İranın informasiya və milli təhlükəsizlik nazirini qəbul edib

“Google” 2018-ci ildə adları ən çox axtarılan idmançıları açıqladı

"Minsk qrupu Qarabağ münaqişəsini həll etmək üçün əlini ağdan qaraya vurmayıb" - Lukaşenko

“Sibel Can məni evinə dəvət etdi” - Ruhi Əliyeva

Qurban Qurbanov ilin məşqçisi seçildi - 10 ildə 9-cu dəfə

Toy gecəsinin səhəri gəlini öldürən bəydən QANDONDURAN İFADƏ: Atamla... - FOTO

Almeydanın klubunda maliyyə problemi - "Ödənişlər gecikəndə futbolçular əsəbiləşir"

Türkiyədə SOCAR neft-kimya kompleksinin idarə heyətində dəyişiklik olub

Nazir müavini: "Bolqarıstan QDİƏT-də Azərbaycanın işini davam etdirəcək"

Ermənistanla sərhədin Qazax və Ağstafa rayonları ərazisindəki döyüş postları DSX tərəfindən təhvil alınıb

“Terrorçular Menbicdən çıxmasa, Silahlı Qüvvələrimiz ora girəcək“

"Trend of the Year” 2018 mükafatını alanların adları açıqlandı - FOTO

“Qarabağ”ın futbolçusuna Londonda maraqlı dəstək - FOTO

Uğursuz paltar seçən Xatunun selluitləri göründü - FOTO

Hər il övladı dünyaya gələn kişi: "Arvadımla qarşı-qarşıya oturub çay belə içmərəm" - VİDEO

Evdən qaçan 15 yaşlı qızın faciəvi sonu - Oğlanla yazışmırş - FOTO

Baş katib: "QDİƏT üçün müasir dövrün çağırışlarına cavab vermək vacibdir"

Sampaolinin yeni iş yeri müəyyənləşdi

Lavrov: "Rusiya Dağlıq Qarabağ məsələsində razılaşmaya nail olunması üçün əlindən gələni edəcək"

Aİ növbəti dəfə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini ifadə edib

“Qarabağ”ın oyunundakı erməni təxribatı ilə bağlı YENİ TƏFƏRRÜATLAR

“Ölümümü gözləyirəm” - Niyam oğlu dediyi uşağın atası deyilmiş - VİDEO - FOTO

“İnsanlarımız inkişafdan geri qalırlar” - Bakını çirkləyən şəhər sakinləri - VİDEO - FOTO

Bakıdan İrəvana iki zərbə: ermənilər Dağlıq Qarabağ məsələsində birdəfəlik UDUZDULAR

Ruhi Əliyeva: "Gəldiyimi eşidən kimi Sibel Can məni evinə dəvət etdi"

ABŞ Səudiyyə vəliəhdini Haşoqqinin qətlində ittiham etdi - RƏSMİ

Avropa Parlamentində qəbul edilən qətnamə Azərbaycan diplomatiyasının növbəti uğurudur

Cavab oyunlarının vaxtı açıqlandı - Azərbaycan kuboku

Türkiyədə su anbarında şlüz dağılıb, ətraf ərazilər təhlükədədir

Azərbaycanda ər ona xəyanət edən arvadının Votsap səsini yaydı: "Pivə alıb sizə gəlirəm" - VİDEO

Vasif: "Bu oyunda nə xanımlıq qalır, nə cənablıq"

Mövlud Çavuşoğlu: "Azərbaycanın QDİƏT-ə sədrliyi müddətində bir sıra problemləri həll etmək mümkün oldu"

Türkiyədə 200-dən çox hərbçi saxlanıldı

Tramp bayram qabağı Ağ evdə jurnalistləri qəbul etməyəcək

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - FOTO

Paşinyanın ən yaxın adamlarından biri sutenyor çıxdı

Almeydalı "Astana"nın Avropa macərası başa çatdı - VİDEO

"Avropa Parlamentinin yeni qətnaməsi Azərbaycanın maraqlarına cavab verir" - FOTO

"Elə-belə fırlanmağa çıxmışdım" - Bakıda mənzildən oğurluq edən Gürcüstan vətəndaşı - VİDEO - FOTO

Türkiyədəki qatar qəzasının səbəbi bilindi - FOTO

Saunada yanğın oldu - 50 nəfər təxliyə edildi

Rəşaddan erməni təxribatına sərt reaksiya: Qaçdım ki, əlindəki əskini alım - VİDEO

Strasburqu qana boyayan terrorçunun FOTOsu - İŞİD üzvüdür

Lavrov və Çavuşoğlu arasında Bakıda görüş keçirilir

Lavrov: "Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı siyasi savaş meydanı olmamalıdır"

Türkiyəli mütəxəssis millimizə baş məşqçi təyin olundu

Dilarə açıq-saçıq geyimi ilə diqqət çəkdi - FOTO

1 mənzil sizdən, əlavə 14 otaq bizdən! - "Hünər Qüllələri" layihəsinin təqdimatı olub

Röya: “Qadın qadını necə belə əzə bilər?”

"Azarkeş meydançaya bayraqla qaçdı, biz də qarşısını almağa çalışdıq" - Rəşad Sadıqov

"Fənərbağça"nın yeni məşqçisinin ADI AÇIQLANDI - FOTO

İranda bu qadınlara 74 şallaq vurulacaq - FOTO

"Arsenal" - "Qarabağ" matçından FOTOLAR

"QDİƏT XİN Şurasının Bakı iclası əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün çox yaxşı imkandır"

Erməni əsgər anası oğurluq etdi - Ac uşaqları üçün

BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli Bakı Ali Neft Məktəbində master klass keçdi - FOTO

Xatun: "Roza Zərgərlidən qorxuram"

"Milan"dan biabırçı məğlubiyyət - VİDEO

İrlandiya parlamenti abortları leqallaşdırdı

"Qremmi" mükafatı alan müğənni vəfat etdi - FOTO

YUNESKO Azərbaycanın fəaliyyətinə dair 5 illik hesabatı qəbul edib

2018/2019 avrokubok mövsümündə Azərbaycanın yekun mövqeyi müəyyənləşdi - REYTİNQ

Ələkbər “Maşın”da niyə yoxdur? - Murad söz vermişdi...

Rəqsanədən əkizləri ilə bağlı paylaşım

Nazir müavini: "Azərbaycan və Aİ tərəfdaşlıq sazişinin mətnini marta qədər razılaşdıra bilərlər"

"Beşiktaş" Avropa Liqası ilə vidalaşdı - VİDEO - FOTO

ABŞ Senatı Azərbaycanda səfir postuna namizədi təsdiq etdi

"Bunu yalnız qorxaqlar edə bilərlər" - Qurban Qurbanov

Moskva hava limanlarında 50-ə yaxın reys təxirə salınıb və ləğv edilib

"Maşın şou" başladı - Bu da iştirakçılar

Terrorçular 47 dinc sakini güllələyərək qətlə yetiriblər

Səbail rayon icra başçısının müavini dəyişdirilib

Almaniya vətəndaşı Türkiyədə qatarın aşması nəticəsində həlak olub

Aİ Brexit haqqında danışıqların yenidən aparılmasını mümkünsüz olduğunu bəyan edib

Ankarada güclü qar və buz səbəbindən məktəblər üçün tətil elan edilib

Bakıda 32 yaşlı kişi qonaq getdiyi evdən itkin düşdü

Çavuşoğlu və Pompeo arasında telefon danışığı olub

Venesuelada yanacaq doldurma məntəqəsində partlayış baş verib

Avropa Liqasında 1/16 finalın bütün iştirakçıları

Turizm xidmətlərinə dövlətin nəzarət edə bilməsi üçün mexanizmlər tətbiq ediləcək

"Arsenal" - "Qarabağ" oyununda erməni azarkeş separatçı rejimin bayrağı ilə stadiona qaçıb - FOTO

Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini uzadıb

Strasburqda terakt törətmiş şəxs məhv edilib - RƏSMİ - FOTO

Sergey Lavrov: "Rusiya istəyir ki, Dağlıq Qarabağ münaqişəsi ədalətli, qarşılıqlı məqbul həll olunsun"

Avropa Liqasında qrup mərhələsinə yekun vuruldu

Unikal ölkə - Bu ölkədə siyasət və idarəçilik birbaşa kriminal aləmlə bağlıdır

Yaponiya hökuməti daha çox əcnəbi işçi cəlb etmək üçün proqram hazırlayır

İki Koreyanın dəmir və avtomobil yollarının birləşdirilməsi tarixi məlum olub

"Qarabağ" uduzdu - YENİLƏNİB

2019-cu ildə qlobal neft tələbatı sutkada 100,6 milyon barrelə çatacaq

"Qarabağ" uduzur - YENİLƏNİR

"Beşiktaş" və "Astana" mübarizəni dayandırdı - YENİLƏNİR

Günün qoroskopu: Maraqlarınızı başqalarının mənafelərinə qurban verməyin

ABŞ-dan şahzadə ilə bağlı son qərar

Qobustanda tarixi lövhə tapıldı - "Tazı-Çaqqal oyunu"

Tramp yeni il gecəsini ləğv etdi

FETÖ Türkiyədəki maliyyə mənbələrini itirir

"Vladimir Putin İlham Əliyevin strateji tərəfdaşlığımızı irəli aparmağa imkan verən şəxsi münasibətini yüksək qiymətləndirir" - Lavrov

"Beşiktaş" və "Çelsi" uduzur, "Sevilya"dan 3-cü qol - YENİLƏNİR

İlham Əliyev: "2019-cu ilin Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə yeni impuls verəcəyinə ümid edirik"

Rusiya Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlıdır - Sergey Lavrov

Rusiya Dağlıq Qarabağ münaqişəsinin ədalətli və qarşılıqlı məqbul həllində maraqlıdır - Sergey Lavrov

Fransada Milad bazarına hücum: Polis şübhəlini tapmaq üçün çağırış edib

Ermənistanda məhkəmə rusiyalı hərbçini həbs etdi

İspaniya kubokunun püşkü atıldı

"Sevilya" öndə, "Beşiktaş" "Malmö"yə qarşı - YENİLƏNİR

Türkiyənin bu şəhəri suyun altında qala bilər

YPG yox ediləcək, Türkiyə-ABŞ savaşı başlayacaq - Rus mediası

Gəncədə piyadanı avtomobil vurub

Avropa İttifaqı Rusiya ilə bağlı qərar qəbul etdi

Qohum-qonşuya görə... Azərbaycanda geylərlə lesbiyanlar necə olur ki, biri-birilə evlənirlər?

"Beş göz" alyansı Huawei-ə qarşı

Azərbaycan iqtisadi artımında böyük nailiyyətlər qazanıb - Səfir - FOTO

Auditorlar Palatasının idarə rəisi Vəli Rəhimovu Birinci vitse-prezidentə hörmətsizlik etməyə kim vadar edir?!

Bakıda 37 metr hündürlüyündə yolka quraşdırılır - FOTO

Elnarənin oğlu zəhərləndi - Müğənni xəbərdarlıq etdi - FOTO

Əl yükündə 5 min “Senator” çıxdı

ABŞ “kimə gəldi” yardım etməyəcək

Amerikalı yazar açıqladı: Rusiya və Çin...

Rusiya-Gürcüstan yolu bağlandı: Azərbaycan avtomobilləri...

Ukrayna Rusiyaya doğru hücuma keçəcək - Zaxarova

Türkiyə klubundan maraqlı addım

2 saat gecikdi, 200 min avro cərimə olundu

Macarıstan parlamentində qanun layihəsinin müzakirəsi zamanı ara qarışıb

Rusiyadan Azərbaycana gələn avtomobildən silah çıxdı - FOTO

Xərçəngə qalib gələn aparıcı: Oğlum dedi ki, səni öldürəcəm

Xələf Xələfov yeni vəzifəyə təyin olundu