AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Sabiq deputat "Nəsimi" bazarında satıcı işləyir

  47

Gələn il böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi respublika səviyyəsində qeyd ediləcək. Gələn il Bakının məşhur "Nəsimi bazarı" söküləcək.

Bu iki məlumatın xəbər lentində ard-arda yer almasının bir təsadüf olub-olmadığı bilmirik. Amma bilinən odur ki, gələn il gerçəkləşdiriləcək bu hadisələrdən biri Nəsiminin adını yaşadacaq, digəri isə bir məkandan Nəsimi adını ömürlük siləcək.

Birinci xəbərlə işimiz yoxdur, bizi daha çox ikinci hissə maraqlandırır. Yaşı 60-dan çox olan bu bazarın birdən-birə bağlanması zərurəti haradan yarandı?

Bu suala birinci cavabı xəbər yayılan kimi Nəsimi rayon icra başçısının müavini Qurban İsmayılov verib.

O bildirib ki, ərazidə olan həm yaşayış evləri, həm də bazar şəhərin memarlıq üslubuna uyğun gəlmir.

"Buna görə də yaşayış evlərinin bir çoxu sökülərək yerində çoxmərtəbəli binaların tikintisinə başlanılıb. Bazarın sökülməsi məsələsi ilə bağlı bazar rəhbərliyi ilə tikinti şirkəti arasında danışıqlar aparılır".

Demokratikmusavat.com publika.az-a istinadən xəbər verir ki, bazarda fəaliyyət göstərən satıcıların aqibətinə gəldikdə isə, Qurban İsmayılov bildirib ki, bu məsələ bazar rəhbərliyi ilə tikinti şirkəti arasında tənzimlənəcək.

Bu açıqlamada bir məqam diqqət çəkir. Bazar görüntüyə uyğun deyilsə, o təmir edilə və fəaliyyəti davam etdirilə bilər.

Daha söküb bina tikmək niyə?

Üstəlik, dünyanın ən inkişaf etmiş ölkələrinin paytaxtlarında, böyük şəhərlərində bu cür bazarlar var. Məsələn, Parisdə "Saint-Ouen" bit bazarı, İstanbulda "Balıq bazarı", İngiltərədə "Borough Market" bazarları qədim olduqlarına görə turistlərin daha çox diqqətini cəlb edir. Xatırladım ki, bu bazarların 100-150 illik tarixləri var.

İndi biz 60 yaşlı bazar köhnədir deyə onu necə sökə bilərik?

Əsas səbəbi araşdırmaq üçün üz tutduq bazara. Bazardakı sakitlik və alıcı qıtlığını səhər saatları, eləcə də həftə içi olduğu ilə əlaqələndirsək də, məlum oldu ki, əsas səbəb sökülmə xəbərləridir. Alıcılar deyir ki, bu xəbərlər yayılandan alıcı üzünə həsrətdirlər.

60 il əvvəl bu bazara gəlib

1959-cu ildə ilk dəfə tələbə vaxtı rayondan bu bazara kartof satmaq üçün gələn 79 yaşlı Yunis adlı satıcı deyir ki, zavodda işdən çıxandan sonra yenidən satıcı kimi bazara üz tutub. Ömrünün son 20 ili bu bazarda keçib.

"İllərdir hamımız çörək pulumuzu burdan çıxarırıq. 50-60 nəfər burdan qazandığı pulla ailə saxlayır. Hər ailədə 5-6 nəfər olduğunu nəzərə alsaq, nə qədər adamın çörəyinin kəsiləcəyini təxmin edərsiniz. İndi birdən-birə xəbər yayılıb ki, bazar bağlanır. Amma bazar rəhbərliyi bizə heç bir xəbərdarlıq etməyib. Bu yaşımda gedib harada işləyə bilərəm? Əslində özümdən çox bu gəncləri düşünürəm. Mən pensiya ilə dolanmağa çalışacam, bəs bu cavanlar necə edəcək".

Yunis dayı ilə söhbətimizi görən satıcılar bir-bir başımıza toplaşır. Məlum olur ki, onlar söküntü ilə bağlı ancaq mediadan eşidiblər. Bazar rəhbərliyi isə onlara heç bir söküntünün olmayacağını deyib.

Satıcıların bəziləri bazarın Bakının müasir görüntüsünə uyğun olmaması fikrini qəbul etdiklərini deyir, amma onları bundan daha çox öz aqibətləri narahat edir:

"Burada daimi alıcılarımız var. İndi bizi hansı bazara köçürəcəklər, orada normal alıcı tapa biləcəyikmi?"

50 yaşımda harada iş tapacam?

Satıcılar bazara gələnlərin hər dəfə söküntü barədə sorğu-sualından bezdiklərini deyirlər:

"Çünki bir tərəfdən müdriyyət heç bir söküntü olmadığını, televiziyalar isə bazarın söküləcəyini deyir. Biz də çaşqınlıq içərisindəyik. Söküntü xəbərlərindən sonra təzə mal gətirmək istəmirik. Bizə söküntüdən altı ay əvvəl xəbər verməlidirlər ki, mallarımızı sataq, ya da yeni yer tapaq. Bazar rəhbərliyi də bizə deyib ki, elə bir şey olsa, beş-altı ay əvvəldən məlumat veriləcək. Paltar satanlar arasında bəziləri bütün pullarını, hətta evini satıb mal alıblar. İndi bazar bağlansa, onların vəziyyəti necə olacaq?" 50 yaşımız var, bundan sonra harada işləyə bilərik? Bazar bağlansa, havada qalacağıq".

Alıcılar arasında bütün bu söhbətlər xəbərsiz olacağına and içənlər də oldu, hətta bazarın bağlanmasından narahat olmadığını deyənlər də.

Amma 15 ildir həyat yoldaşı ilə bazarda satıcılıq edən Lalə xanım bu xəbərin ən çox narahat olanlardandır:

"Özümün 60, yoldaşımın 64 yaşı var, təqaüd almırıq, bu yaşımda da məni heç kim işə götürməz. Nə etməliyəm? Bazar bağlansa, mütləq bizə əlavə yer verməlidirlər. Yeddi nəfərlik ailəyik burdan gələn pulla dolanırıq. Bazar bağlansa nə edəcəyik?"

Adını demək istəməyən başqa bir satıcı qadın deyir ki, onlara xəbər verilmədən bazar sökülsə hüquqlarını qorumaq üçün lazımi addımlar atacaqlar:

"Bazar bağlanmadan 6 ay əvvəl bazar rəhbərliyi bizə xəbər verməlidir. Mən kimsəsiz qadınam, evim yaxınlıqdadır. Ona görə də bura rahat gəlib-gedə bilirəm. Təqaüd yaşım da deyil, sabah bazar bağlansa, mənim aqibətim necə olacaq? Heç olmazsa, əvvəldən desələr, malları əldən çıxararıq. Ermənistanda 5 il Ali Sovetin deputatı işləmişəm, qanunları bilirəm. Xəbər verilmədən heç kimin evini sökə bilməzlər. Xəbər vermədən bazarın sökülməsi bizim hamımızın dənizə tökülməsi deməkdir. Onlarla ailə buradan dolanır".

Rəhbərlik nə deyir?

Bütün ölkə Nəsimi bazarının söküləcəyindən danışarkən alıcıların bundan xəbərsiz olması şübhəlidir. Bu şübhəyə son qoymaq üçün bazar rəhbərliyi ilə bir də biz danışmaq istəyirik. Alıcılardan öyrənirik suallarımıza Vaqif adlı nəzarətçi cavab verə bilər, o da səhərdən bazardadır, "polkalar"ı gəzir. Lakin bir anda Vaqif bəyi gördüm deyən olmur. Bazar rəhbərliyi üçün müəyyən edilmiş otağa baş çəkirik. Orada bazar gözətçisi kimi özünü təqdim edən şəxs Vaqif bəyin 15 dəqiqəyə gələcəyini deyir. Vəd etdiyi vaxt tamama yetəndə isə onun işinin çıxdığını azı bir-iki saat olmayacağını bildirir və üstəlik, bazar nəzarətçisi ilə telefonla danışmağımızın mümkünsüz olduğunu deyir. Nə Vaqif bəyin nömrəsini verir, nə də özünün telefonu ilə danışmağımıza imkan yaradır. Bunu deyib yanımızdan elə qaçır ki...

Bazar rəhbərliyindən cavab ala bilməsək də, ərazidə tikinti aparan "Olympus Park Şirkəti"nin Nəsimi nümayəndəsi Fizamməd Xankişiyevlə danışa bildik. O bildirdi ki, tikinti işləri Azadlıq prospekti ilə akademik M.Mirqasımov və Mirəli Qaşqay küçələrinin kəsişməsində pilot layihə əsasında həyata keçirilir.

"Pilot layihəni bizim şirkət aparır. Nəsimi bazarına bitişik həyət evlərini sökərək tikinti işlərinə başlamışıq. Ərazidə 4 bina tikilir, bir bina bazar ərazisinə düşür. Pilot layihələr zamanı yaşayış və qeyri-yaşayış obyektlərinin sahibləri ilə danışıq aparırıq. Pilot layihələrin icrası zamanı sakinlərin razılığının alınması ilə bağlı şərt var. Biz də hazırda bazar sahibi ilə razılaşma aparırıq, müəyyən detalların sonlanma mərhələsindəyik. Yəqin ki, növbəti ilin əvvəlində bazar söküləcək. Bazarın söküləcəyi dəqiqdir, lakin hansı aydan başlanacağı məlum deyil. Danışıqlarda tam detallar həllini tapmalıdır. Həmin bazar ərazisində tikiləcək binanın 3 mərtəbəsi ticarət mərkəzi olacaq və bazar sahibinə həmin ərazidə obyekt veriləcək. Bazar sahibi icarədarlarına yer var".

F.Xankişiyev bildirdi ki, tikinti başlanandan 18-24 ay sonra başa çatmalıdır.

"Bu müddət ərzində bazar ərazisində fəaliyyət göstərən satıcıların aqibəti barədə bazar sahibi məlumatlı ola bilər. Bizim işimiz bazar sahibi ilə razılıq əldə etməkdir".

Demokratikmusavat.com

Xəbər Lenti

Yaponiyada quş fermasında yanğın: minlərlə cücə tələf olub

İsveçrədə qatar relsdən çıxıb

Xaspoladobada dəhşətli yanğın baş verib

Meksikada atışma: 6 ölü

Mourinyo yeni macəra axtarışında

Tramp mayda bu ölkəyə səfər edə bilər

Avtomobil yoldan çıxaraq aşıb, xəsarət alan var

"İnter"dən qələbə, "Napoli" xal itirdi

Texasda atışma zamanı 1 nəfər ölüb, 3 nəfər yaralanıb - FOTO

Nigar Arpadarai: "İldən-ilə Formula 1-in təşkilinə görə xərclərimiz azalır, gəlirlərimiz isə artır" - MÜSAHİBƏ

"Betis" - "Alaves" matçında bərabərlik

ABŞ-da atışma olub, xəsarət alanlar var

Verratti "PSJ" ilə müqavilə müddətini uzadıb

PSJ tək qola sevindi

Canavarlar mal-qaraya hücum edərək qoyunları parçalayıb - FOTO

Bağlı qapı arxasında olan şəxs xilas edilib

Günün qoroskopu: Bacarıq və biliklərinizə kimsənin qiymət vermədiyini düşünməyin

Şəkidə çoxmənzilli 28 binanın dam örtüyü təmir olunacaq

Bahalığa görə Tehranda 180 restoran bağlandı

"Ermənilər qətlə yetirdiklərini və yaralıları silos quyusuna atıb üzərini torpaqladılar"

Parisdə “sarı jiletlər”in aksiyalarında 1500 nəfərə yaxın insan iştirak edir

İrandan Pakistana etiraz notası - Səfir XİN-ə çağırıldı

Bir şəklin tarixçəsi- “Yeddi oğul”dan kimlər getdi, kimlər qaldı...

Rüstəm İbrahimbəyovun qəfil dönüşünə belə reaksiya oldu...

Yığmamız İspaniya toplanışını məğlubiyyətlə başa vurdu

"Qalatasaray"dan böyükhesablı qələbə, "Trabzonspor" uduzdu

Səfir: Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku çox yüksək səviyyədə təşkil edilib

Bakıda evindən oğurluq edən bacısı oğlunu bağışladı: Xəstə atasına görə

Müğənni Afət Fərmanqızı:“Nəsiminin daha bir qəzəlinə mahnı yazdırmışam”

Məktəb direktorunu döyən "Drakon"a cinayət işi açıldı

Rüstəm İbrahimbəyov uzun aradan sonra Bakıya gəldi və tanınmışları restorana topladı - siyasətdən gedir - FOTO

Dünya çempionumuz Dubayda gümüş medalla kifayətləndi

Olimpiya çempionumuz Antalyada gümüş medal qazandı – FOTO

“Qarabağ”a uduzmuşuq, burda nə var ki?” – Cavid Hüseynov

"Qələbə istənilən halda şirindir” – Riçard Almeyda

"Qarabağ" - "Qəbələ" oyunundan FOTOlar

“Real Madrid” öz meydanında məğlub olub

Mixeil Saakaşvili erməni olmadığını genetik testlə sübut edib - FOTO

Ötən ay 124 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmayıb

"Çalışırdıq ki, oyunumuzu daha çox əks-hücumlar üzərində quraq" - Maksim Medvedev

Ötən ay Azərbaycana 56 mindən çox Gürcüstan vətəndaşı səfər edib

Cəlilabadda çay daşqını: komissiya yaradılıb - FOTO

"Məğlubiyyət olsa da, qarşıya ümidlə baxırıq" - "Qəbələ"nin baş məşqçisi

Ələt-Astara yolunda “Mercedes SLS” aşaraq yanıb külə döndü: 3 nəfər ağır xəsarət aldı - YENİLƏNİB - FOTO

Kürdəmirdə Mercedes beton lövhəyə çırpıldı: 2 yaralı - FOTO

Yol polisləri yolda qalan avtomobili təmir etdi

Azərbaycanda gəncdən iyrənc ƏMƏL - Əmisinin...

Güclü külək qərb bölgəsində fəsadlar törətdi

Sürücü sərnişinlərin həyatını təhlükəyə atdı

Azərbaycanda bu vulkanın püskürəcəyi gözlənilir

Vətəndaşlar yeni tikilən binadan ikinci əl ev almır - SƏBƏB ÇOX MARAQLIDIR

Vətəndaşlar yeni tikilən binadan ikinci əl ev almır - SƏBƏB ÇOX MARAQLIDIR - VİDEO

Bakıda fantastik qiymətə qarajlar satılır

Türkiyə və Rusiya prezidentləri yenidən görüşəcək

Gənc tamaşaçılar: Batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışları çox maraqlı keçdi

Azərbaycanlılarla çeçenlərin davasında erməni izi

Azərbaycan Dubaydakı “Gulfood 2019” Beynəlxalq qida sərgisində təmsil olunur - FOTO

Ələt-Astara yolunda “Mercedes SLS” aşaraq yanıb külə döndü: 3 nəfər ağır xəsarət aldı - FOTO

Netanyahu yeni XİN başçısı təyin etdi

Məşhur bloqer çeçenlərlə azərbaycanlıların kütləvi davasına görə saxlanıldı

Vətənsiz qalan azərbaycanlı qardaşlar kömək istəyirlər - FOTO

Mehdiabadda 4 otaqlı ev yanıb

"Xal itkiləri hələ çox olacaq" - Qurban Qurbanov

İran istehsal etdiyi sualtı gəmini təqdim edib

Cəlilabadda avtomobil aşaraq yanıb, xəsarət alanlar var

“Kalaşnikov”dan kamikadze PUA - VİDEO

40 yaşında qol vurdu, Bundesliqanın tarixinə düşdü

"Barselona"nın oyunu Çakıra tapşırıldı

"Hücumçu problemimiz var" - Elşad Əhmədov

"Mentalitetimiz buna imkan vermir” - Aftandil Hacıyev

"Qarabağ" və "Səbail"dən qələbə

Sabirabad sakini armaturların altında qalaraq ölüb

İrandan İsraillə müharibə xəbərdarlığı

ABŞ-dan Bəşər Əsədə ciddi mesaj

Yusif Mustafayev toyda ofisiantı qorxutdu - VİDEO

Səfir: "Bakı belaruslu idmançılar üçün uğurlu bir meydançadır"

Finala 100 gün qaldı

“Şəhid kəməri” gəzdirənlərin saxlanılması xəbəri yalan çıxdı

"Bunu mən də gözləmirdim" - Pyentek

"Çeçenlər bizim qardaşlarımızdır" - Zabit Səmədov

Dövlət qulluğuna imtahanın nəticələri AÇIQLANDI

Zakir Həsənov Türkiyənin silahları ilə tanış olub - FOTO

Haiti qarışdı: “Rədd olsun amerikalılar, yaşasın Putin!”

“Real” öz meydanında məğlub oldu - FOTO

Şəmkirli keçmiş məhkum Bakıda narkotik və silahla tutuldu

Rafael Ağayev yenə əlidolu gəlir

“İsraillə müharibə riski böyükdür”

Çeçenistan müxalifətinin lideri Azərbaycana müraciət etdi: “Çeçenləri təxribata çəkirlər...”

Azərbaycanlı qadınların pasportlarını alıb fahişəliyə cəlb etdilər - FOTO

Düşmənin felinə uymayaq

İğdırda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçiriləcək

Çempionlar Liqasının növbəti oyunlarına hakim təyinatları

Bolqarıstanın Azərbaycandakı konsulu gimnastlarla görüşüb - FOTO

"Sabah" yenə uduzdu, "Qarabağ" "Qəbələ"yə qarşı - YENİLƏNİB

Rusiyada deputat və polis saxlanıldı - Qanunsuz ova görə

Azərbaycan gimnastı: "Tokioda keçiriləcək Dünya Çempionatına böyük əzmlə hazırlaşacam"

Mertens Qətərdə birinci oldu

Avropa dövlətləri NATO öhdəlikləri üçün 102 milyard dollar xərcləməlidir

Məşhur futbolçunun evi qarət olundu

"Qumarda 130 min uduzduğuna görə nazirlikdən çıxarıldı" - Dələduz qadının ilginc əməlləri

Müdafiə naziri İDEX - 2019 Beynəlxalq Müdafiə Sərgisində iştirak edir - FOTO

Bakıda Dünya Kubokunda batut üzrə sinxron proqramların qalibləri mükafatlandırılıb - FОТО

Çeçen güləşçi: "Hər iki xalqın nümayəndələrini belə təxribatlara uymamağa çağırıram"

Aya gedib, orada qalacağıq” - NASA Ayda yaşamaq üçün baza tikməyə hazırlaşır - FOTO

Ramil Usubovdan yeni rəis təyinatı

İkardi agentinə görə "Real Madrid"ə keçməyib

Belarus idmançısı: "Bakıda Milli Gimnastika Arenasında keçirilən yarışlar hər cür tərifə layiqdir"

Bakıda Dünya Kubokunda tamblinq yarışlarının qalibləri mükafatlandırılıblar - FOTO

Tamaşaçı: "Arzu edirəm ki, Mixai Malkin Azərbaycanı Olimpiya Oyunlarındfa təmsil etsin"

Parisdə 1600 insan köçürülüb - Bombaya görə

Kante İspaniyaya keçmək istəyir?

Ermənilər azərbaycanlılar və çeçenlər arasında "nifrət və nifaq toxumlarını əkməyə" çağırır

“Burdan tanrı kimi ayrılacam”

"İstanbula sevgilimi görməyə getdim" - Oksana

Messi ilə görüşən uşağın həyatı cəhənnəmə döndü- Ölümlə hədələnir - FOTO

Nazir Azərbaycan-çeçen münasibətlərindən danışdı: Bu narazıçılığın yeganə çıxış yolu... - VİDEO

Messi ilə göürşən uşağın həyatı cəhənnəmə döndü- Ölümlə hədələnir - FOTO

Azərbaycan gimnastı Bakıda keçirilən Dünya Kubokunda tamblinq üzrə gümüş medal qazandı

Donbasda döyüşən azərbaycanlı əsir düşdü - VİDEO

Firdovsi Umudovdan çeçenlərlə bağlı insidentə REAKSİYA - FOTO

Bakıda Dünya Kubokunda batut üzrə fərdi proqramların qalibləri mükafatlandırılıb - FОТО

Ramzan Kadırov azərbaycanlılarla çeçenlərin davasına belə reaksiya verdi - FOTO

Alleqrinin əvəzinə əsas 3 namizəd

Çin batutçusu Bakıda qızıl medal qazandı

Nazir Azərbaycan-çeçen münasibətlərindən danışdı: Bu narazaçılığın yeganə çıxış yolu... - VİDEO

Ukraynada “Lotu Quli”nin adamları saxlanıldı - 300 pasport və silahlarla - FOTO

Messidən ardıcıl 11 mövsümlük performans

"Mançester Yunayted"in əsas transfer hədəfi

Aysel 10 min dollara it alıb - FOTO

Qrizmann Torresi keçdi

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda ikinci yarış günü - FOTO

Əfqanıstanda növbəti "Taliban" hücumu: azı 7 polis öldürülüb

Zakir Həsənov BƏƏ-nin müdafiə məsələləri naziri ilə görüşüb - FOTO

Pizarro Bundesliqanın tarixinə keçdi

Qəzəbli Lavrov Britaniyanın müdafiə nazirini “müharibə naziri” adlandırdı

Şəmkirdə yeniyetməni bıçaqladılar

Misirdə terror: azı 15 əsgər həlak olub

Türkiyə rəsmisindən Fətullah Gülənin tutulması iddialarına cavab gəldi

Birinci vitse-prezident Mehriban Əliyevanın adından Gəncənin “İmamzadə” dini kompleksində ehsan verilib - FOTO

Bakıda kütləvi maliyyə fırıldağı - Zərərçəkmişlərin sayı yüzlərlədir

Bakıda kütləvi maliyyə fırıldağı - “Zərərçəkmişlərin sayı yüzlərlədir”

Ermənistanın xarici işlər naziri: "Məmmədyarovla dəhlizdə salamlaşa bilərik..."

ABŞ Avropa ölkələrini İŞİD yaraqlılarını "geri götürməy"ə çağırıb

“Sarı jiletlilər” polis maşınına hücum etdilər: 26 nəfər saxlanılıb - FOTO

Banqladeşdə faciə: 9 nəfər öldü

Tornado zamanı yaralanan qadın "Sevgililər günü"ndə öldü

Yoxlama zamanı 75 min manatdan artıq qurğuların oğurlandığı məlum olub

Bakıda mənzillərə qənim kəsilən keçmiş məhkum saxlanıldı

ABŞ-da qarlı yolda 47 maşın toqquşdu - FOTO

Kanadada neft daşıyan qatar relsdən çıxdı

İran XİN: "ABŞ-ın Avropanı nüvə sazişini pozmağa dair çağırışları cəfəngiyyatdır"

Meksikada bara silahlı hücum: 5 ölü, 5 yaralı

Parisdə etiraz aksiyası zamanı 23 nəfər saxlanılıb

Abu-Dabidə "IDEX-2019" müdafiə sərgisi açılır

Göyçayda 3 avtomobil toqquşdu - Xəsarət alan var

"Qarabağ" "Qəbələ"yə qarşı, paytaxt klubları üz-üzə

"Düşünmürəm ki, Böyük Britaniya təşkilatı razılaşmasız tərk edəcək" - Çexiya XİN

Cüdoçularımız İspaniya turnirinə uğurla başlayıblar

Hezer Nauert namizədliyini geri çəkdi

Putin Makronla nədən danışdı?

Şahzadə "Mançester Yunayted"i 4,9 milyar dollara almağa hazırdır

Azərbaycanda bir ayda 3,8 milyard manatlıq sənaye məhsulu istehsal edilib

ABŞ-da bir nəfər insanları girov götürdü, 4 nəfəri öldürdü

Depozit əmanətlərin sığortalanması müddəti artırılır