Nazim İbrahimovun qardaşının məhkəməsinin vaxtı bəlli oldu

 

Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı, iş adamı Sahib İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başlayır. 

Demokratikmusavat.com-un xəbərinə görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın icraatına verilib. 

Məhkəmənin hazırlıq iclası noyabrın 21-nə təyin edilib. 

İş üzrə 52 zərərçəkmiş şəxs var. 

Məlumata görə, S.İbrahimov zərərçəkmişlərə dəymiş zərəri ödəyib.
 
Qeyd edək ki, S.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. Məhkəmənin qərarı ilə S.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilmişdi. Daha sonra onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib və azadlığa buraxılıb.
 
Xatırladaq ki, mətbuatda daha əvvəllər də S.İbrahimovun tikinti şirkətinin vətəndaşları aldatması ilə bağlı şikayət məktubları yer alıb. Belə ki, şikayətçilər müqavilə əsasında şirkətə pul ödəsələr də, mənzillərin onlara verilmədiyini bildiriblər.
0.30882406234741