Mingəçevirdə yeniyetmənin idarə etdiyi velosiped mikroavtobusa çırpılıb.
Demokratikmusavat.com "report"-a istinadən bildirir ki, hadisə Energetiklər yaşayış massivi ərazisində baş verib.
Belə ki, mikroavtobus velosipedlə hərəkətdə olan 2003-cü il təvəllüdlü şəhər sakini Behbudov Ömər Amir oğlunu vuraraq xəsarət yetirib.
Yaralı xəstəxanaya qaldırılıb.Yaralıya travmatoloji yardım göstərildikdən sonra vəziyyəti stabilləşib.
Faktla bağlı araşdırma aparılır.
Demokratikmusavat.com